I HİSSƏ
YAXIN VƏ ORTA ŞƏRQ REGİONU BARƏDƏ
ÜMUMİ MƏLUMAT
1.1. Regionun geosiyasi mövqeyi və təbiəti
Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna
Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əfqanıstan, Ürdün, İraq,
İran, İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə
Ərəbistanı, Suriya, Türkiyə və hələ müstəqil dövlət kimi tam
formalaşmamış Fələstin daxildir. İran və Əfqanıstan Orta Şərqə,
digər dövlətlər isə Yaxın Şərqə aid edilir. Regional bölgü, həmçinin
regionun adı şərtidir və müxtəlif müəlliflər tərəfindən müxtəlif
şəkildə dəyişdirilir*.
Geosiyasi, mədəni və coğrafi termin olan Yaxın və Orta Şərq
ingilis dilində də bu anlayışı ilk dəfə ABŞ dəniz donanmasının
admiralı olmuş, politoloq Alfred Mehen (1840-1914) tərəfindən
işlədilmişdir. On səkkiz dövlətin (o cümlədən, 13 ərəb dövlətinin)
daxil olduğu Yaxın və Orta Şərq regionunun ərazisi 7,3 mln. kv.km,
əhalisi 350,0 mln. nəfərdir (əlavə 1).
Yaxın və Orta Şərqin dünya mədəniyyəti, siyasəti və
iqtisadiyyatında mühüm rol oynaması onun geosiyasi mövqeyinin üstünlüyü,
maye yanacağı sərvətlərilə zəngin olması ilə izah olunur.
Regionun geosiyasi mövqeyi. Yaxın və Orta Şərq regionu üç
qitə – Asiya, Avropa, Afrika və iki okean hövzəsinin qovşağında
yerləşir. Enlik istiqamətində 4400 km (Pamir dağlarından Aralıq
dənizindəki İmroz adasınadək), meridian boyu 3300 km (Qara
dənizdəki Sinop burnundan Bab-əl-Məndəb boğazınadək) məsafədə
* Bəzi mənbələrə görə Yaxın və Orta Şərq regionu Misir və Sudan istisna
edilməklə Cənub – Qərbi Asiya; Kipr, Misir, Sudan istisna edilməklə Ön
Asiya; Levant (bura Yaxın Şərq dövlətləri və bəzi hallarda Balkan
yarımadasının cənubu aid edilir) adlandırılır.
Misirdən Şərqə doğru ərəblərin yaşadıqları ölkələr – Bəhreyn, BƏƏ,
Qətər, Ürdün, İraq, Yəmən, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı,
Suriya, Fələstin Məşriq dövlətləridir.
6
uzanır. Yaxın və Orta Şərq regionunun Aralıq, Xəzər, Qara və
Qırmızı dənizlərə çıxışı vardır. Bu isə bir tərəfdən onun Cənubi
Qafqaz bölgəsinə, Rusiyanın daxili rayonlarına təsirinin artmasına
imkan yaradır, digər tərəfdən regionu Rusiyanın geosiyasi marağının
«hədəfinə» çevirir.
Mesopotamiya ilə Misir arasında quru tranzit keçid əlverişli
coğrafi mövqeyə malik olan sahədir. Bu sahə Anadolu yaylası və
Fərat çayının orta axınından Sinayadək uzanan dağlararası dərələr və
dağ ətəklərini əhatə edir. Üç qitə arasındakı regionun vasitəçilik rolu
«Bərəkətli Aypara» adlanan bu sahədə daha qabarıq nəzərə çarpır.
Dünyanın qədim vasitəçilik – ticarət mədəniyyəti (Finikiya) məhz
burada meydana gəlmişdir. Finikiyalıların ticarət-vasitəçilik və
sələmçilik fəaliyyətindəki məharətini sonralar Fələstində
məskunlaşmış yəhudilər, levantlılar əxs etmişlər. Coğrafi mövqeyin
əlverişliliyi səbəbindən baş verən müharibələr bu bölgənin sakinlərini
dünyanın digər regionlarına «dərbədər» etmiş, iki əsas qüvvə –
yəhudi və ərəb diasporu yaranmışdır.
Region təbiətinin xüsusiyyətləri. Təbii landşaftın müxtəlifliyinə
görə Yaxın və Orta Şərq regionu bir neçə hissədən ibarətdir.
Təbii rayon əmələ gətirən areallar – Nil vadisi, Dəclə və Fərat
çaylararası* allüvial düzənliyidir. Bu iki massiv qədim suvarma
əkinçiliyinin mövcud olduğu sivilizasiya mərkəzləridir. Hər iki
massiv nisbətən çətin keçilən təbii maneələrlə əhatələnir.
Mesopotamiya şimaldan və şərqdən Anadolu və İran yaylalarının
çıxıntıları ilə əhatə olunmuşdur. Nil vadisini Məğrib** bölgəsindən
məskunlaşmamış Liviya səhrası ayırır. Nil vadisi və Mesopotamiya
arasında birbaşa əlaqələrin yaranmasına maneçilik törədən səthi
qızmar günəşdən qarsalanmış Ərəbistan səhraları yerləşir. Nil vadisi
və Mesopotamiya yalnız şimalda qədimdən becərilən və nisbətən
əhalisi sıx olan nalabənzər zolaqla birləşir. Bu zolaq Bərəkətli
Aypara adlanır.
Bərəkətli Aypara, Anadolu yaylası və Fərat çayının orta
axınından Sinay yarımadasınadək uzanan dağlararası dərələr və dağ
yamaclarını əhatə edir.
* Çaylararası düzənlik Mesopotamiya adı ilə də məlumdur. Mesopotamiya
yunan sözüdür. «Mezos» - orta, mərkəz «potamos» - çay deməkdir.
** Məğrib (ərəbcə günbatan) qərb mənasını bildirir. Məğrib ölkələrinə
Mərakeş, Əlcəzair, Tunis, Mavritaniya, Qərbi Səhra və bəzən Liviya aid edilir.
7
Yaxın və Orta Şərq regionu təbiətinin mühüm xüsüsiyyəti
səhra (Rub-əl-Xali, Böyük Nəfud, Kiçik Nəfud, Dəşt-e Kəvir, Dəşt-e
Lut, Dəşt-e Naümid, Dəşt-e Mərğ və b.) landşaftının üstünlüyüdür.
Landşaftın yeksənəqliyi əhalinin məskunlaşması və təsərrüfatın
formalaşmasına təsir etmişdir. Şəhər həyatı hələ qədimdən sahil boyu
bölgələrdə, xüsusilə qərbdə cəmlənmişdir. Cənubda isə rütubətlə
nisbətən yaxşı təmin olunan Yəməndə əhali sıxdır. Köçəri və
yarımköçəri heyvandarlıq, suvarma əkinçiliyi region ölkələri əhalisinin
tarixən ənənəvi məşğuliyyət sahələri olmuşdur.
Faydalı qazıntıları. Yaxın və Orta Şərq neft və təbii qazla
zəngindir. Regionda aşkar olunmuş neft ehtiyatı 100 mlrd. tondur.
Dünya neft ehtiyatının (156,7 mlrd. ton) 64 faizi, neft istehsalatının
(3,1 mlrd. ton) 29,6 faizi Yaxın və Orta Şərq regionunun payına
düşür. Regionda 500 mln. ton neft çıxarılmışdır. Region daxilində
İran körfəzi neft-qaz hövzəsi, xüsusilə seçilir (cədvəl 1).
Cədvəl 1
İran körfəzi hövzəsinin nəhəng və nadir neft yataqları* (2005-ci
il)
Yataqlar Ölkə
İlkin
ehtiyat
mlrd. ton
Yataqlar Ölkə
İlkin
ehtiyat
mlrd. ton
Havar S.Ərəbistanı 11,9 Bibi –
Hakimə İran 1,1
Ağa–Cari İran 10,0 Zubayr İran 1,0
Böyük
Bürhan Küveyt 9,3 Dəmmam S.Ərəbistanı 0,8
Səfaniyə S.Ərəbistanı 3,5 Berri S.Ərəbistanı 0,8
Kərkük İraq 3,0 Husaniyə S.Ərəbistanı 0,8
Rumeyla İraq 2,8 Abu –
Hədriyə S.Ərəbistanı 0,8
Raudatayn Küveyt 2,0 Vəfra Küveyt 0,7
Abkayk S.Ərəbistanı 1,6 Murban BƏƏ 0,6
Qoçsaran İran 1,5 Duhan Qətər 0,6
Marun İran 1,4 Məscide –
Soleyman İran 0,5
Fereydun– İran, 1,3 Bu – Həza BƏƏ 0,5
* Neft geologiyası sahəsindəki mütəxəssislər ehtiyatı 500-1000 mln. ton
olan yataqları nəhəng, 1 mlrd. tondan artıq olanları nadir yataqlar adlandırır.
8
Mərcan S.Ərəbistanı
Əhvaz İran 1,2
Katif S.Ərəbistanı 1,2
XX əsrin 70-ci illərinədək region dövlətlərində neft istehsalına
Qərb dövlətlərinin iri şirkətləri nəzarət edirdi. 1973-cü ildə neft
çıxaran dövlətlər OPEK* çərçivəsi daxilində fəaliyyət göstərərək
beynəlxalq şirkətlər mübarizədə öz maraqlarını qorumaq məqsədilə
neftin qiymətini bir neçə dəfə qaldırır.
Satılan neftə qiymət qoyulması, neft satışından gəlirin yüksəldilməsi
sahəsində neft ixrac edən ölkələrin marağının birgə müdafiəsinə
qulluq edən OPEK ölkələri arasında narazılıqlar da olur.
Ötən əsrin 80-ci illərində üzv dövlətlərdən İraq, Küveyt, BƏƏ
arasında baş verən narazılıq gərginləşərək 1990-cı ildə «Səhrada
fırtına» əməliyyatınadək böyüyür. İraq OPEK üzvü olan qonşu
dövlətləri neftin satışında bu təşkilat tərəfindən təyin edilmiş həddi
qaldırdıqları və nefti aşağı qiymətə satdıqları üçün təqsirləndirir.
İqtisadiyyatını «neft dolları» hesabına dirçəltmək istəyən İraq üçün
bu sərfəli deyildi. Digər tərəfdən Küveyt gizli yolla İraqın Rumeyla
yatağından neft çıxarmaqda günahlandırılır. Nəticədə 1990-cı il
avqustun 1-də İraq Küveyti işğal edir. Ölkənin 7 ay müddətində
işğalı dünya bazarında neftin qiymətinin dəyişilməsinə səbəb olur.
İraq ordusu Küveytə soxulmazdan əvvəl neftin 1 tonu 130-140 dolar,
Küveyt işğal edildikdə 220, daha sonra 250-280 dollar təşkil edirdi.
«Səhrada fırtına» əməliyyatına başlanılması ilə bu, 220 dollara,
qələbədən sonra 130-140 dollara enmişdi. Qeyd edək ki, 2007-ci ildə
neftin qiyməti çox qeyri-stabil olmuşdur.
Yaxın Şərqdə neft çıxaran xarici şirkətlər üzərində milli
nəzarətin yaradılması region xalqlarının həyatında mühüm tarixi
hadisə kimi qiymətləndirilə bilər. Nəticədə İraq hökuməti ölkədə neft
çıxarılması, emalı və ixracını tam milliləşdirdi, Səudiyyə Ərəbistanı,
Küveyt, Qətər, BƏƏ, Oman, Bəhreyn xarici neft şirkətlərinin
ölkədəki fəaliyyətini xeyli zəiflətdi. Yaxın və Orta Şərqdə təbii qaz
* OPEK – 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuelanın
təşəbbüsü ilə neft ixrac edən dövlətlərin maraqlarının birgə
müdafiəsi məqsədilə yaradılmışdır. Sonralar təşkilata Əlcəzair, Qabon,
İndoneziya, Liviya, Nigeriya, Ekvador, BƏƏ, Qətər daxil olmuşdur. İqamətgahı
Vyana (Avstriya) şəhərindədir.
9
ehtiyatı (71,7 trilyon kub m.) da çoxdur. Dünya qaz ehtiyatının
(175,8 trilyon kub m.) 40,8, istehsalının 9,8 faizi bu regionun payına
düşür.
Yaxın və Orta Şərqdə xromit, dəmir filizi, mis, qurğuşun,
manqan, sink, molibden, sürmə, boksit, təbii kükürd, kalium və xörək
duzu, tikinti materialları yataqları aşkar edilmişdir. Bu faydalı
sərvətlərin bəzilərinə görə region dövlətləri dünya bazarında mühüm
yer tutur. Məsələn, Türkiyə xromit ehtiyatlarına görə dünyada
dördüncü (Zimbabve, CAR, Filippindən sonra) yerdədir. İsrail və
Ürdün kalium duzu ehtiyatı ilə zəngindir. İraq və Suriyada zəngin
fosforit yataqları vardır.
Yaxın və Orta Şərq regionu aqroiqlim sərvətlərilə də zəngindir.
Təbiət buraya bol istilik və günəş işığı, regionun əksər dövlətləri
üçün həyati əhəmiyyətə malik olan zəngin yeraltı su sərvəti bəxş
etmişdir.
Region dövlətləri tropik və subtropik qurşaqda yerləşir.
Ərazisinin genişliyi, relyefin müxtəlifliyi, hava kütlələrinin
sirkulyasiyası regionda istilik və rütubətin kəskin fərqinə səbəb
olmuşdur. Türkiyənin Aralıq və Egey dənizləri sahillərində isti yayı,
yağmurlu qışı ilə səciyyələnən Aralıq dənizi iqlimi regionun qərbi və
cənubu istiqamətində quru tropik iqlimlə əvəz olunur. Yalnız
Ərəbistan yarımadasının ucqar cənub-qərbi musson küləklərinin
təsirinə məruz qaldığından nisbətən çox rütubət alır. Regionda və
həmçinin ayrı-ayrı ölkələrdə yağıntı və temperatur fərqi mövcuddur.
Məsələn, İranın şimalına Xəzər dənizi sahillərinə il ərzində 2000 mm
yağıntı düşdüyü halda, ölkənin səhra rayonlarına illərlə yağıntı
düşmür.
Türkiyənin mərkəzi əyalətlərində yanvarın orta temperaturu
0°C, iyulunku 23°C təşkil edir. Ərəbistan yarımadasının düzən sahil
əyalətlərində, Aralıq dənizi sahillərində mülayim qış temperaturu
hakimdir: Səudiyyə Ərəbistanının qərb hissəsində - Ciddədə yanvarın
orta temperaturu 24°C, iyulunku isə 31°C-dir. Ərəbistan yarımadası,
İran, İraq və Misirin daxili əyalətlərində yayda çox yüksək
temperatur ( 45°C-dən artıq ) mövcud olur.
İqlim şəraiti kənd təsərrüfatının yerləşdirilməsinə, əkinə yararlı
sahələrdən səmərəli istifadə olunmasına, aqrar istehsalın sahəvi
strukturuna təsir göstərir. Bu baxımdan mülayim qurşaq bölgələrindən
fərqli olaraq Yaxın və Orta Şərq termik sərvətlərlə yaxşı
10
təmin olunduğundan eyni ərazidən il ərzində 2-3 dəfə məhsul
götürmək imkanlarına malikdir. Aqroiqlim amillərdən ərazinin
rütubətlə yaxşı təmin olunmaması mühüm xüsusiyyətlərdəndir.
Türkiyənin sahillərinə, Levant ölkələrinə yağıntı ilin əsasən qış
fəslində düşür. Lakin qışın isti keçməsi bu ərazilərdə həm taxıl, həm
də tropik bitkiləri (şəkər qamışı, xurma və b.) becərilməsinə imkan
verir.
Regionun müasir iqlim şəraiti onun ərazisinin xeyli hissəsini
əhatə edən səhra və yarımsəhralarda çay şəbəkəsinin inkişafı üçün
yararsızdır. Lakin burada uzunluğu 100 km-lə olan quru çay dərələri
– uedlər(vadi) vardır ki, bunlar güclü yağışlardan sonra belə suyunu
hövzəyə çatdıra bilməyib, səhranın qumları arasında itib-batır. Yaxın
və Orta Şərq ölkələri yerüstü axınlarla zəngin olmasalar da, Nil,
Dəclə, Fərat, Araz, Səfidrud, Harun regionun mühüm çayları hesab
edilir.
İsrailin şimalında İordan çayı ilə qidalanan Qaliley dənizi
(Tiberiad gölü) ölkədə yeganə şirin su mənbəyidir. Yerüstü axından
məhrum olan ərazilər yeraltı sularla zəngindir. Dağətəyi rayonlarda
yeraltı sular Yaxın və Orta Şərq regionunda ənənəvi sayılan
kanallarla (kəhrizlərlə) səthə çıxarılır. Yeraltı suların dərin quyular
qazaraq səthə çıxarıldığı ərazilər də çoxdur. Uedlər və yeraltı suların
səthə çıxdığı səhralarda vahələr (oazis) mövcuddur.
Su ehtiyatlarının məhdud olması, içməli su qıtlığı, suvarma və
su enerji mənbələrinin kasadlığı regionun bir sıra ölkələrində daha
kəskindir. İçməli su problemi Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanında
təmizləyici qurğular tikilməklə həll edilsə də, region dövlətlərinin
böyük əksəriyyəti bu problemin həlli yollarını hələ də axtarır.
Regiondakı siyasi münaqişələr su sərvətləri üzərində
nəzarətdən də kənarda qalmamışdır. 1967-ci ildə İsrail İordan çayının
Qərb sahilini və 1982-ci ildə Livanın cənubunu zəbt etdikdən sonra
İordan çayının yuxarı axını, Qaliley dənizi, Litani və Baniyas
çaylarına nəzarəti də ələ keçirir. Digər tərəfdən İsrail hökuməti
buraya köçmüş yahudilərə Qərb sahildə yeni su quyuları qazımağa
icazə verdiyi halda, bunu fələstinlilərə qadağa edirdi. Ərəblər və
yəhudilər arasında hər hansı bir sülh müqaviləsi su təchizatına
nəzarət problemi ilə də üzləşir.
Fərat çayından istifadə olunmasında da mübahisəli məsələlər
vardır. Türkiyə, Suriya və İraq ərazisindən axan Fərat çayından bu 3
11
ölkə irriqasiya və enerji məqsədləri üçün istifadə edir. 1984-cü ildə
su təsərrüfatının inkişafı layihəsinin həyata keçirilməsi məqsədilə
Türkiyə tərəfindən Fərat üzərində 2 bənd inşa edildi. Bu, Suriya
ərazisində axının azalmasına səbəb oldu. Suriyada bəndin tikilməsi
isə öz növbəsində İraqın su təchizatında «əngəlliklər» yaratdı, bu ilk
növbədə ölkənin kənd təsərrüfatına mənfi təsir göstərdi və 1975-ci
ildə İraq və Suriya arasında kəskin münaqişəyə səbəb oldu.
1.2. Regionun qısa tarixi və çağdaş siyasi problemləri
Yaxın və Orta Şərq dünyanın qədim mədəniyyət ocaqlarından
biridir. Hələ eramızdan əvvəl IX-VIII minilliklərdə Fələstində
heyvandarlıq və əkinçiliklə məşğul olmağa başlamışlar.
Mesopotamiya, İran və Misirdə IV-III minilliklərdə suvarma
sistemləri yaradılmışıdr. Kiçik Asiya, Şimali Mesopotamiya və
regionun digər rayonlarında qədim metallurgiya ocaqları aşkar
edilmişdir. Eramızdan əvvəl IV-I minilliklərdə Yaxın və Orta Şərqdə
quldarlıq dövlətləri yaranır: Mesopotamiyada qədim Babil çarlığı,
Qərbi İranda Elam, Kiçik Asiyada Hett, Misirdə Nom, Aşağı və
Yuxarı Misir padşahlıqları, Levantda finikiyalıların şəhər-dövlətləri,
Ərəbistanın cənub-qərbində Main, Səba, Ermənistan yaylasında
Urartu dövlətləri və b.
Yaxın və Orta Şərq dövlətləri orta yüzilliklərin mədəni həyatında
mühüm rol oynamışlar. Belə ki, Ərəb Xilafətininin yaranması
ilə elm, texnika, incəsənət inkişaf etmiş, Avropa xalqları ərəb, İslam
mədəniyyətinin təsirinə məruz qalmışdır. Uzun müddət
sivilizasiyanın dayağı kimi inkişaf edən Yaxın və Orta Şərq ölkələri
orta yüzilliklərin sonunda zəifləməyə başlayır. Buna səbəb bir
tərəfdən köçəri tayfalarının dağıdıcı hücumları, digər tərəfdən Qərb
dövlətlərinin təcavüzkar siyasəti idi ki, bunun da nəticəsində region
dövlətləri müstəmləkə və yarımmüstəmləkələrə çevrilmişlər.
Osmanlı-Türk imperiyasının yaranması nəticəsində Aralıq
dənizinin şərqində «hərbi-siyasi sədd» formalaşır. Avropa və Asiya
arasında yeni yolun kəşfi Məşriq dövlətlərini dünya iqtisadi magistral
əlaqələrdən kənarda qoyur.
XIX yüzillikdə Qərbdəki texniki tərəqqi Osmanlı – Türk
imperiyasının zəifləməsinə səbəb olur və imperiya Avropanın
12
qüdrətli ölkələrindən asılı vəziyyətə düşür. Avropa dövlətləri «Yaxın
Şərq səddini» həm siyasi, həm də təbii-coğrafi cəhətdən keçməyə nail
olur. Aralıq dənizinin şərqində yerləşmiş Yaxın və Orta Şərq
çıxılmaz vəziyyətdə çox qala bilməzdi. XIX yüzilliyin ortalarında
Fransa diplomatı mühəndis Ferdinand Lesseps Misir və Türkiyə
hökumətlərindən Aralıq dənizini Qırmızı dənizlə birləşdirəcək
kanalın tikintisi üçün imtiyaz alır. On ildən artıq davam edən tikinti
1869-cu ildə başa çatır və həmin ilin 17 noyabr tarixində gəmiçilik
üçün açılır.
Kanalın açılması ilə həm də dünya yəhudilərinin Fələstinə
qayıtması hərəkatı güclənir. 1948-ci ildə İsrail dövlətinin yaranması
regionda siyasi vəziyyəti gərginləşdirdiyindən Yaxın və Orta Şərq
dünya dövlətlərinin bu regionu zəbt etməsi üçün daimi geosiyasi
yarış meydanına çevrilir.
Münaqişələrin «sıxlığına» görə Yaxın və Orta Şərq dünyada
yeganə regiondur və təsadufi deyil ki, onu həmişə partlamağa hazır
olan «barıt çəlləyinə» bənzədirlər. Münaqişələrin ucbatından region
dövlətləri əlverişli coğrafi mövqelərindən, gəlir imkanlarından lazımi
səviyyədə istifadə edə bilmir.
Fələstin problemi yeni mərhələdə. Yaxın Şərqdə Fələstin
Mandatlığı ərazisində Ərəb və Yəhudi dövlətinin yaradılması BMTnin
Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarı ilə
qanuniləşdirilir.1948-ci il mayın 15-də Fələstin torpağının bir
hissəsində İsrail dövləti yaranır.
Fələstin ərəbləri BMT Baş Məclisinin bu qərarını qəbul etmir.
Fələstin xalqı azadlığı uğrunda 50 ildən artıq müddətdə İsrail
təcavüzünə qarşı siyasi və silahlı mübarizə aparır. Nəhayət, 1988-ci il
noyabrın 15-də Əlcəzair şəhərində Fələstin Milli Şurasının 19-cu
sessiyasında qəbul edilmiş siyasi bəyannamədə Fələstin dövlətinin
yaradılması elan edilir. O cümlədən, Qüdsün (Yerusəlimin) şərq
hissəsi daxil olmaqla 1967-ci ildə işğal olunmuş bütün fələstin və
ərəb torpaqlarını İsrailin tərk etməsi, o müddətdə İsrail tərəfindən
salınmış yaşayış məskənlərinin dağıdılması tələbi irəli sürülür.
Beləliklə, fələstinliləriin yaratmağa çalışdıqları dövlətin coğrafi
sərhədləri İordan çayının Qərb sahili (sahəsi 5879 kv.km), Qəzza
bölməsi (sahəsi 378 kv.km), həmçinin paytaxt – Şərqi Qüdsü əhatə
edir. Həmin vaxt bu ərazilərdə 2,8 milyon fələstinli ərəb (İordan
çayının Qərb sahilində – 1,5 mln.-dan artıq, Qəzza bölməsində – 1
13
mln., Şərqi Qüdsdə – 240 min nəfər) və 100 min İsrail mühaciri
yaşayırdı.
1991-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi
Yaxın Şərq problemi üzrə Madriddə keçirilmiş konfransda Qərb
sahildə və Qəzza bölməsində fələstinlilərin yaşamasına icazə
verildiyini bəyan edir.
1993-cü ilin sentyabrında Vaşinqtonda Yaxın Şərq sülh
prosesləri çərçivəsi daxilində İsrail dövləti və Fələstin Azadlıq
Təşkilatı arasında İordan çayının Qərb sahili və Qəzza bölməsində
keçid dövrü müddətində Fələstin üçün müvəqqəti özünüidarəni
nəzərdə tutan bəyannamə imzalanır. Keçid dövrünün 1999-cu ildə
başa çatdırılması və bu müddət ərzində danışıqlar yolu ilə Fələstin
ərazisinə tam siyasi status verilməsi göstərilirdi. 1994-cü il may
Bəyannaməsinə müvafiq olaraq fələstinlilərin Qəzza bölməsi və
İerixon rayonunda özünüidarə hüququ, 1995-ci ilin sentyabrında
İordan çayının Qərb sahilində fələstinlilərin muxtariyyat hüquqlarının
genişləndirilməsi və fələstin torpaqlarında demokratik seçkilər
aparılması haqda müqavilə imzalanır.
1996-cı il yanvarın 20-də aparılmış seçkilərdə 88 nəfərdən
ibarət Fələstin qanunverici şurası (Fələstin Muxtariyyat Şurası)
seçilir. Bu orqan Fələstinin nəzarəti altında olan rayonlarda müəyyən
qanunvericilik səlahiyyətlərinə malik idi. Fələstin milli
muxtariyyətinin başçısı vəzifəsinə Y.Ərəfat seçilir.
1998-ci il noyabr ayında Uay-Planteyşndə (ABŞ) İsrail-
Fələstin danışıqları baş verir. İsrail tərəfdən İordan çayının Qərb
sahilində 764 kv. km ərazidən (ərazinin 13 faizi) 3 ay müddətində üç
mərhələdə qoşunların çıxarılması vəd edilir. Əvəzində Y.Ərəfat
burada yaşayan yəhudilərin təhlükəsizliyini təmin etməyi vəd edir.
Fələstin ərazisinə tam status verilənədək danışıqlara mane ola biləcək
halları qaydaya salmaq nəzərdə tutulur. İsrailin nəzarəti altında olan
ərəb torpaqlarında tikinti işlərinin saxlanılması, Fələstin Milli Şurası
tərəfindən isə İsrailə qarşı qərarların ləğv edilməsi nəzərdə tutulur.
Təəssüflə qeyd etməliyik ki, müqavilənin həyata keçirilməsi İsrail
tərəfindən əlavə tələblərin irəli sürülməsi ilə bağlı çətinliklərlə
üzləşir.
2007-ci ilin noyabr ayının sonlarına yaxın ABŞ prezidenti
C.Buşun təşəbbüsü ilə Birləşmiş Ştatların Anapolis şəhərində İsrail –
Fələstin münaqişəsinin çözülməsinə dair Beynəlxaq sülh konfransı
14
çağrılır. 40-dan artıq dövlətin iştirak etdiyi bu konfransda İsrail ilə
Fələstin arasında 60 illik münaqişənin aradan qaldırılması yolları
geniş müzakirə olunmuş və belə qərara alınmışdır ki, münaqişənin
çözülməsinə dair İsrail və Fələstin rəhbərliyi mövqeləri arasında
yaxınlaşma meylləri var.
Konfransın qərarına əsasən İsrail dövlətinin rəhbərliyi ilə
Fələstin muxtariyyətinin rəhbərliyi arasında bu problemin həlli üçün
2008-ci ilin sonlarına qədər danışıqlar aparılmalıdır ki, problem hər iki
dövlətin mənafelərinə uyğun olaraq tam həll olunsun.
Kipr problemi. Anadolu türklərinin Kiprə miqrasiyası XVI
yüzillikdə adanın Osmanlı imperiyası tərəfindən işğalı ilə başlayır.
Kiprin müxtəlif rayonlarında xristianlarla əhatə olunmuş müsəlman
kəndləri salınır. Kəndlərdə olduğu kimi şəhərlərdə də türklər
tərəfindən xüsusi məhəllələr salınır. Yunan dilinin üstünlüyü və
gündəlik münasibətlərin mövcudluğu şəraitində icmalar bir-birinə
qaynayıb-qarışmır, bunlar arasında mədəni yaxınlıq baş vermir,
qarışıq nigaha isə nadir hallarda rast gəlmək olurdu.
Mədəni və sosial cəhətdən icmaların qapalı yaşaması
iqtisadiyyata mənfi təsir edirdi. Osmanlı hakimiyyətinin Kiprin
provaslav əhalisinə etinasız yanaşması və müsəlman hakimlərin
zorakılığı kiprli yunanların narazılığının mənbəyi olur.
1821-ci ildə kiprli yunanların türk qaydalarına qarşı silahlı
mübarizəsi Nikosiya və digər şəhərlərdə xristianların kütləvi qırğını
ilə yatırılır. Baş keşiş Kiprianos və digər din xadimləri edam edilir.
1878-ci ildə Kiprə ingilislərin daxil olması ilə etnik-siyasi
vəziyyət dəyişir. Kiprli türklər hakim mövqelərini itirir, sayca
onlardan çox (əhalinin təqribən 80 faizi) və iqtisadi cəhətdən güclü
olan yunan icması ilə müqayisədə azlıq təşkil edən xalqa çevrilir.
İcmalar arasındakı ziddiyyət onların birləşərək Böyük
Britaniyaya qarşı mübarizəyə qalxmasına mane olurdu. Hər iki
icmanın birləşməsinə mane olan səbəblərdən biri də yunanların
yaşadıqları ərazilərin, o cümlədən, Kiprin Yunanıstana birləşdirilməsi
(enozis) şüarı oldu. Bu isə kiprli türklərin narahatlığına və onların
Böyük Britaniya hökumətinə yaxınlaşmasına səbəb olur.
Kiprin statusunun gec-tez dəyişməsini başa düşən ingilislər
adada hərbi mövqelərini itirməmək məqsədilə enozis planını qəbul
etmir. Bu məqsədlə Türkiyə Böyük Britaniya ilə müttəfiq olaraq
1955-ci ildə rəsmən bildirir ki, Anadolu sahillərindən 60 km aralıqda
15
yerləşmiş Kiprin Yunanıstana birləşdirilməsi Türkiyə dövlətinin
təhlükəsizliyi baxımından yol verilməzdir.
Əgər iki dünya müharibəsi arasındakı dövrdə kiprli türk
liderləri enozis şüarına cavab olaraq adada ingilis hakimiyyətinin
saxlanılması və ya onun Türkiyəyə qaytarılmasını tələb edirdilərsə,
İkinci Dünya müharibəsindən sonra onlar adanın bölüşdürülərək
(taksim) Türkiyə və Yunanıstana birləşdirilməsini irəli sürürlər. Bu
ideya Türkiyə hökuməti tərəfindən də müdafiə olunurdu. Yunanıstan
hökuməti və kiprli yunanlar taksim planını rədd etdilər. Ona görə də
türklər ingilislər tərəfindən onların (türklərin) marağının qorunması
şərtilə adaya müstəqillik verilməsi ideyasını xoş qarşılayırlar.
1959-cu ildə Böyük Britaniya, Türkiyə və Yunanıstan
arasındakı Kiprin gələcək statusu haqda saziş imzalanır. Sürix-
London müqaviləsinə əsasən adada vahid müstəqil Kipr dövlətinin
yaradılması qərara alınır. Böyük Britaniya, Türkiyə və Yunanıstan
Kiprin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə zəmanət
verir. Yunanıstan və Türkiyə adada ordu saxlamaq, Böyük Britaniya
isə Dekeliya və Akrotiri hərbi bazalarının yerləşdiyi 150 kv. km
ərazini suverenliyi altında saxlamaq hüququ qazanır.
Əfsuslar olsun ki, 1959-cu ildə imzalanmış müqavilə adanın
vahidliyini təmin edə bilmir və onu etnik münaqişə ocağına çevirir.
1974-cü il iyunun 15-də Kiprin mürtəce qüvvələri Afina hərbi
xuntasına arxalanaraq adanın Yunanıstana birləşdirilməsi cəhdilə
dövlət çevrilişi həyata keçirir. Çevrilişdən sonra adada vəziyyət
gərginləşir. Kiprdə yaşayan türklərin hüquqlarını qorumaq və onları
müdafiə etmək məqsədilə Türkiyə dövləti adaya ordu çıxarır və onun
37 faizini zəbt edir.
Yunanıstan və Türkiyə arasında ziddiyyət yaranır. NATO
çərçivəsi daxilində Yunanıstan – Türkiyə arasında Cenevrə
danışıqları baş tutmur. Türkiyə adada hərbi fəaliyyətini genişləndirir.
1974-cü il avqustun 16-da türk ordusu özünümüdafiə qüvvələri ilə
birgə ötən əsrin 60-cı illərində nəzərdə tutulan bölgü xəttinə çatır.
Münaqişə zamanı adanın şimalından cənubuna 200 yunan,
cənubundan şimala 40 min türk köçməyə məcbur olur.
1975-ci ilin fevralında kiprli türklər nəzarətləri altında olan
ərazidə birtərəfli qaydada Kipr Federativ Türk Respublikasının
(KFTR) yaradılmasını elan edir. Qanunverici məclis və hökumətin
yaradılması elan olunur, konstitusiya qəbul edilir. Şimalda yaşayan
16
yunanlar xarici vətəndaş sayılır. Mülkləri müsadirə edilir. Yunan
mənşəli adlar (şəhər, küçə, kənd) dəyişdirilir, o cümlədən,
Nikosiyanın türklərə məxsus yaşayış məhəllələri Levkoşa
adlandırılır.
Beynəlxalq cəbhədə mövqeyini möhkəmləndirmək və
iqtisadiyyatın inkişafı məqsədilə KFTR-nın türk liderləri «İslam
həmrəyliyindən» istifadə edir. KFTR İslam Konfransı Təşkilatında
müşahidəçi statusu alır. Ötən əsrin 80-ci illərinin əvəllərində
Səudiyyə Ərəbistanının məliki Məhəmməd əl-Feysəl əs Səudun
təşəbbüsü ilə KFTR-da İslam Bankı və iqtisadiyyatı Beynəlxalq
İnstitutu, Feysəl adına Kipr İslam Bankı açılır. KFTR ilə Pakistan,
İran, Ürdün və digər ölkələr arasında münasibətlər yaranır.
1983-cü ilin iyununda KFTR qanunverici orqanı muxtariyyət
hüquqları barədə qərar qəbul edir. 1983-cü il noyabrın 15-də Şimali
Kıbrıs Türk Cümhuriyyəti dövlətinin (Şimali Kipr Türk
Respublikası) elan olunur. NATO dövlətləri tərəfindən dəstəklənmək
məqsədilə Şimalda ABŞ hərbi bazasının yerləşdirilməsinə imkan
yaradılır. 1986-cı ildə Lefkoşada 500 mln. dollar vəsait sərf
edilməklə ABŞ tərəfi təyyarə limanını inşa etdirir. İqtisadiyyatına
Türkiyə, ABŞ, Böyük Britaniya, AFR, Danimarka, Səudiyyə
Ərəbistanı və digər ölkələr sərmayə qoyur. Bu sərmayə mənzil
tikintisi, yollar çəkilməsinə (Levkoş-Girna), liman inşası (Girnada),
məscidlərin bərpasına və d. sahələrə sərf edilir*.
Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti
R.Denkdaşın müxtəlif ölkələrlə iqtisadi və hərbi əməkdaşlığı Kipr
probleminin həllini mürəkkəbləşdirir.1986-cı ildə Türkiyə ilə ŞKTC
arasında iqtisadi əməkdaşlıq, 1990-cı ildə pasport nəzarətinin ləğv
edilməsi və gömrük əlaqələrinin genişləndirilməsi, siyasi və iqtisadi
sahədə əməkdaşlıq barədə deklarasiya imzalanmışdır. 1997-ci ilin
iyununda Türkiyə və ŞKTC arasında iqtisadi, maliyyə, müdafiə,
xarici siyasət və təhlükəsizlik sahələrində inteqrasiya tədbirləri haqda
müqavilənin imzalanması isə Kipr probleminin həllini daha da
* Türkiyə dövlətinin maliyyə yatırımına baxmayaraq, türk icması
çətinliklərlə rastlaşır, sənaye istehsalı və kapital qoyuluşunun həcmi azalır,
büdcədə kəsr mövcuddur. Ümumdaxili məhsulun 70 faizi xidmət sahəsi, 7,5
faizi kənd təsərrüfatı, 13,5 faizi sənaye, 5 faizi turizmin payına düşür. Əmək
qabiliyyətli əhalinin 10 – 12 faizi işsizdir.
17
dərinləşdirir.
Azərbaycan Respublikası və ŞKTC arasında münasibətlər
yaradılmışdır. Bakıdan Levkoşaya təyyarə xətti açılmış,
respublikamızın iş adamları Kiprin türklərin məskunlaşdığı
ərazilərdə, kiprli türklər isə Azərbaycanda öz sərmayələri ilə biznes
qurmağa başlamışlar. Azərbaycanda turizmin və subtropik
meyvəçiliyin inkişafına kiprli türklərin yardımı böyükdür. 2007-ci
ilin noyabr ayında Bakıda keçirilmiş Türk dövlətləri və
cəmiyyətlərinin növbəti qurultayında kiprli türklərin rəhbəri çıxış
edərək rəsmi Bakının onlara göstərdiyi yardımı müsbət
qiymətləndirmişdir.
Beynəlxalq ictimaiyyət Kipr probleminin həllinə cəhd göstərmişdir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrində adanın
bölüşdürülməsinə imkan verməmək, xarici dövlətlərin adada hərbi
iştirakına yol verməmək, respublikanın daxili işlərinə qarışmamaq
göstərilir.
BMT Baş Katibliyinin vasitəçiliyi ilə türk və yunan icmaları
arasında danışıqlar aparılır. Kipr probleminin nizama salınmasının
əsas məramını siyasi cəhətdən bərabərhüquqlu iki icmanın daxil
olduğu vahid suveren dövlətin yaradılması təşkil edir.
1.3. Regionun əhalisi və demoqrafik problemlər
Yaxın və Orta Şərq regionunda 400,0 mln. əhali yaşayır.
Demoqrafik göstəricilər regionun bir sıra ölkələrində (Əfqanıstan,
bəzi əmirliklər, Yəmən) siyahıyaalma aparılmadığından BMT-nin
təxmini məlumatlarına əsaslanır. Yaxın və orta Şərq regionu
əhalisinin 60 faizindən çoxu Türkiyə, İran və Misirdə yaşayır.
Antropoloji cəhətdən region əhalisi avropoid irqinin cənub
qrupuna aid edilir. Antropoloji və etnik mənsubiyyət bir-birinə uyğun
gəlmir. Belə ki, türklər, oturaq həyat keçirən ərəblər, kürdlər,
yəhudilərin böyük qismi, Ön Asiya, Əfqanıstanın əksər xalqları Hind-
Pamir, İran xalqları birinci qrupdan ikinciyə keçid müşahidə edilir.
Aralıq dənizi bölgəsinin antropoloji xüsusiyyətləri qərbi türklər və
köçəri ərəblərdə daha parlaq əks olunur. Yaxın və Orta Şərq
regionunda monqoloid (həzarələr, türklər və ərəblərin bir qrupu), zənci
(Cənubi Ərəbistanda ərəblərin bir qismi) və avstraloid (İran və
18
Əfqanıstandakı brahuilər) elementlərinin qarışığı var.
Yaxın və Orta Şərq xalqlarının böyük əksəriyyəti sami, iran,
türk dil qruplarına aid edilir.
Sami dil qrupuna 13 ərəb dövləti (Bəhreyn, BƏƏ, Qətər, İraq,
Ürdün, Yəmən, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı,
Suriya, Fələstin) əhalisinin böyük qismi, həmçinin İsrail, Türkiyə,
İranda yaşayan ərəblər aiddir. Geniş xalq kütləsinin işlətdiyi danışıq
ərəb dili ilə ədəbi ümumərəb dili arasında mühüm fərq var. Yaxın və
Orta Şərqdə ərəb dialektinin 3 – Suriya (Suriya-Fələstin), İraq və
Ərəbistan növü mövcuddur. Sami dil qrupuna İranın qərbində, İraq
və Suriyanın şimal rayonlarında yaşayan assuriyalılar (aysorlar) aid
edilir. Bu qrupa, həmçinin İsrailin dövlət dili sayılan
müasirləşdirilmiş qədim yəhudi dili – ivrit aid edilir. Lakin ölkənin
yəhudi əhalisinin əksəriyyəti bu dildən az istifadə edir və idiş dilində
danışır.
İran qrupu dillərində farslar, puştular, taciklər, kürdlər,
bəluclar, lurlar, bəxtiyarilər, həzarələr, digər xalqlar və tayfalar
danışır. Farslar və puştular əsasən İran və Əfqanıstanda, taciklər
Əfqanıstanın şimal-qərbində, İranın Xorasan əyalətində, kürdlər
Türkiyə, İran, İraq, Suriyada, bəluclar İran, Əfqanıstanda, lurlar və
bəxtiyarilər İranda, həzarələr Əfqanıstanda yaşayırlar. Fars və tacik
(Əfqanıstanda bu farsi-kabuli və ya dəri dili adlandırılır) dilləri birbirinə
yaxındır.
Türk dillərində türk, azərbaycanlı , özbək, türkmən və digər
xalqlar və etnik qruplar danışır. Türklər – Türkiyə, Kipr,
azərbaycanlılar İran, İraq, özbəklər Əfqanıstanda, türkmənlər İran,
Əfqanıstanda yaşayır. Türk dilləri bir-birinə çox yaxındır. Yaxın və
Orta Şərq regionunda ədəbi ənənələrə malik türk və Azərbaycan
dilləri üstünlük təşkil edir.
Digər dil qruplarından olan xalqlar Kiprdə yaşayan yunanlar,
regionun bir sıra ölkələrinə səpələnmiş ermənilərdir. Regionda
gürcülər, lazlar, Hindistan, Pakistan və Şərqi Afrikadan olanlar da
yaşayır.
Yaxın və Orta Şərq regionu əhalisinin böyük əksəriyyəti (90 %-i)
İslam dininə etiqad edir. İslam region ölkələrinin (İsrail və Kipr
istisna olmaqla) dövlət dini olmaqla yanaşı, sosial-iqtisadi, siyasi və
19
mədəni həyatın müxtəlif sahələrinə təsir edə bilmişdir. Yaxın və Orta
Şərq müsəlmanlarının əksər hissəsi sünni məshəbinə* aiddir.
İran müsəlmanlarının 90, İraqın 62, yəmənlilərin 50 faizi
şiələrdir. İran körfəzi əmirliklərində də şiələr yaşayır. Dünya müsəlmanlarının
müqəddəs saydıqları Məkkə və Mədinə Səudiyyə
Ərəbistanında, Kərbəla və Ən-Nəcəf İraqda, Məşhəd və Qum
şəhərləri İrandadır.
Yaxın və Orta Şərq regionu əhalisinin 4 faizi xristianlardır.
Xristianların böyük əksəriyyəti Misirdə yaşayır. Misir xristianları
Qibti kilsəsinə aid edilir. İraq, Livan, Suriya, Kiprdə yaşayan xristianlar
iki: ortodoksal (erməni, yunan, suriya) və katolik (yunan,
maronit və suriya) qruplarına bölünür.
İudaizm region dövlətlərindən yalnız İsraildə hakim dindir. Üç
dünyəvi dinin mərkəzi sayılan Yerusəlim (Qüds) İsraildədir.
Yaxın və Orta Şərq regionu xalqlarının mədəniyyətində oxşar
xüsusiyyətlər çoxdur. Bu təbii-coğrafi və sosial-iqtisadi şəraitin
uyğunluğu, qarşılıqlı mədəni təsirlə izah olu.
Region ərazisində tarixən mədəni-təsərrüfat fəaliyyəti
suvarmadan istifadə etməklə əkinçilik və arid zonada köçəri və
yarımköçəri heyvandarlıq üstünlük təşkil etmişdir. Təsərrüfatın bu
növü sami, fars, türkdilli xalqlar arasında yayılmışdır. Bu xalqlar
arasındakı qarşılıqlı əlaqələr regionda mədəni xüsusiyyətlərin
orijinallığını müəyyən edir.
Yaxın və Orta Şərq xalqlarının mənəvi mədəniyyətinin səciyyəvi
cəhəti – orta yüzilliklərdə ərəblər və onlar tərəfindən işğal
olunan xalqların qarşılıqlı münasibəti nəticəsində formalaşmış ərəb
mədəniyyətinin bu və ya digər xüsusiyyətlərinin saxlanılmasıdır.
Region xalqlarının əksəriyyətinin dilində ərəb və fars terminləri və
sözləri çoxdur. Türk və kurmanc dilində danışan kürdlərdən başqa
* Bu məshəbin tərəfdarları özlərini əhl – əs – sünnə (sünnə adamları)
adlandırır və belə hesab edirlər ki, Məhəmməd (S) peyğəmbərin ənənələrinə
məhz onlar əməl edir, şiələr isə həmin ənənələri təhrif edirlər. Teologiyada
ərəbcə yol, nümunə mənasını bildirən sünniliyi şiyəlikdən ayıran başlıca
fərq budur ki, sünnilər Məhəmmədin vəfatından sonra Allahla insanlar
arasında vasitəçiliyin mümkünlüyünü qəbul etmir, Əlinin xüsusi təbiəti və
onun xəlifələrinin (ərəbcə varis, müavin) imam olmağa, icmaya rəhbərlik
etməyə xüsusi hüquqi haqqında ideyanı inkar edirlər.
20
islam xalqları ərəb əlifbasından istifadə edir. Bu xalqların təhsil
sistemi, ədəbiyyatı, incəsənəti İslamın təsirinə məruz qalmışdır.
Yaxın Şərqdə VII-XII yüzilliklərdə müsəlman hüquq normaları
və dini qanunlarının məcmusu kimi yayılmış şəriət* bu gün də
regionun müsəlman xalqlarının ailə-məişət həyatında dərin kök
salmışdır.
XX əsrin sonlarından etibarən İslamın sosial əxlaq və məişətdə
təsiri bir qədər «yumşalır». Bunun müsbət təzahürlərindən ən
mühümü gender bərabərliyində əks olunur. Belə ki, qadınlar təhsil
almaq, şəhər mərkəzlərində sosial tələbatlarını reallaşdırmaq və s.
imkanlara nail olurlar.
İslam fundamentalizmi mühitində ərəb dövlətləri xalqlarının
siyasi həyatında və mənəvi ideologiyasında Xilafət mənəviyyatı hələ
də yaşayır.
Region əhalisinin 2 faizini təşkil edən yəhudilər mühüm
mədəni qrupu təşkil edir. İsraildə yaşayan yəhudilərin təqribən
yarısının burada doğulmasına baxmayaraq, onların valideynləri, baba
və nənələri XX əsrdə dünyanın 100-dən artıq ölkəsindən gələnlərdir.
Əhatəsində olduqları mühitin müxtəlifliyi səbəbindən onların dilləri
də 2 qrupa (ənənəvi və müasir) bölünür.
Yaxın və Orta Şərq xalqlarının müasir mədəniyyətində də
ümumi cəhətlər çoxdur. Bu yerli ənənəvi və müasir qərb
elementlərinin yanaşı olduğu şəhərlərdə parlaq nəzərə çarpır. Qədim
saraylar və məbədlər, azan səsləri ucalan minarələrlə yanaşı
çoxmərtəbəli binalar, mehmanxanalar təzad təşkil edir. Qoşqu qüvvəsi
hərəkət edən yollar asfalt döşənmiş magistrallarla əvəz olunmuş
və bu yollarda müasir, ən yeni markalı avtomobillər «şütüyür».
Regionun sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində
ədəbiyyat, incəsənət və memarlıq sahələrində müasirliklə milli
ənənələrin qarışdırılması meyli parlaq nəzərə çarpır.
Yaxın və Orta Şərq regionunun əhalisi yüksək təbii artımı ilə
seçilir. Bununla yanaşı, həyat səviyyəsi aşağı olduğu şəraitdə region
ölkələrində hər 1000 nəfərə ölənlərin miqdarı inkişaf etmiş ölkələrlə
* Şəriət – ərəbcə «şəraa» – istiqamətləndirmək deməkdir. Şəriətə görə
azyaşlılar arasında nigah, çoxarvadlılıq, boşanarkən yalnız kişinin hüquqlarının
qorunması, nigahın satın alınması və s. qanuniləşdirilmişdir.
21
müqayisədə yüksəkdir (İsraildə 8, Misirdə 71, Yəməndə 75 nəfər).
Təbii artım sürəti ildə 2,4 faizdir. Artımın yüksək olması region
əhalisinin sayının son 20 ildə iki dəfədən çox artmasına səbəb
olmuşdur.
Yaxın və Orta Şərq regionunun əhalisinin orta ömür müddəti
bir neçə ölkədə (Türkiyə, İran körfəzi əmirlikləri, Kipr,İsrail, Misir,
Ürdün) 70-74 yaşdır. Əfqanıstanda, Yəməndə bu göstərici çox
aşağıdır (45-50 yaş). Təbii artımın yüksək və orta ömür müddətinin
aşağı olması əhalinin yaş strukturuna təsir etmişdir. Regionun bəzi
ölkələrində (İraq, İran, Suriya, Misir) əhalinin 40 faizindən çoxu 15
yaşadək olanlardır (əlavə 5). Region ölkələri üzrə əhalinin 4,5 faizi
(Kiprdə 10 faizi) 65 yaşdan yuxarı olanlardır.
Əhalinin sayına immiqrasiyalar da təsir göstərir. Küveyt,
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İsraildə immiqrantların sayı daha
çoxdur. İsrailə immiqrantlar Avrasiya, Amerika ölkələrindən
gəlmişlər. İran körfəzi sahilindəki əmirliklərdə (Küveyt, Qətər, BƏƏ,
Bəhreyn və Səudiyyə Ərəbistanında) immiqrantların sayı neft «hayküyü
» ilə əlaqədar artmışdır. Küveyt əhalisinin təqribən yarısını Ərəb
ölkələri, İran və digər müsəlman ölkələrindən olan immiqrantlar
təşkil edir. Fələstin ərəblərinin 4 milyonu qonşu (Livan, Suriya,
Misir, Ürdün) və digər ərəb ölkələrində yaşayır.
Regiondan emiqrasiya da mövcuddur. XIX yüzilliyin
sonlarında Livandan, Fələstindən Amerika, Afrika və qonşu ərəb
ölkələrinə köçənlər çox olmuşdur.
Yaxın və Orta Şərq əhalisinin ölkələr və ayrı-ayrı ərazilər üzrə
paylanmasında regional fərqlər vardır. Əhalinin orta sıxlığının
yüksək olmasına görə Bəhreyn, Livan, İsrail, Küveyt seçilir.
Səudiyyə Ərəbisatnı, Oman, Əfqanıstanda əhali seyrəkdir. Regionun
xeyli hissəsini tutan yarımsəhra və səhralarda daimi yaşayış
məskənləri yoxdur. Əksinə, Aralıq dənizi, Qara, Mərmərə, Xəzər,
Qırmızı dənizin sahilləri, Nil, Dəclə və Fərat, Araz, Kabul çayları
vadiləri, həmçinin vahələrdə əhali sıxdır. Belə yerlərdə əhalinin
sıxlığı 1 kv. km-də 500-1000 nəfərə çatır. İsrail əhalisinin 2/3 hissəsi
ölkə ərazisinin 10 %-də, İraq əhalisinin yarıdan çoxu ərazisinin 15
%-də, Misir əhalisinin 98 %-i ölkə ərazisinin cəmi 5 %-də yaşayır.
Türkiyə və İranda əhalinin yerləşməsində kəskin regional fərqlər
vardır.
Yaxın və Orta Şərqin əhalisinin xeyli hissəsi kəndlərdə yaşayır
22
(ötən əsrin 70-ci illərdə bu göstərici 60 faiz idi). Urbanizasiya prosesi
sürətlə gedir. İsrail əhalisinin 80, BƏƏ, Qətər, Küveyt əhalisinin 85-
90, Türkiyə əhalisinin 70 faizi şəhərlərdə yaşayır. Əfqanıstan,
Yəmən, Omanda şəhər əhalisinin miqdarı 40 faizdən yüksək deyil.
Şəhər əhalisi, təbii artım, daxili və xarici miqrasiya nəticəsində artır.
Əhalinin sayına görə Yaxın və Orta Şərqdə orta və kiçik
şəhərlər üstünlük təşkil etsə də, milyonçu (Qahirə – 13, Tehran – 12,
İstanbul – 12, Ankara – 4, Bağdad – 3,5 milyon nəfər və b.) olanları
da var.
Yaxın və Orta Şərq ölkələrində əmək ehtiyatlarının miqdarı
ümumi əhalinin sayı ilə müqayisədə azdır. 15 yaşadək olanların sayı
əhalinin 45 faizini təşkil edir, şəriət adətlərinə görə qadınlar ictimai
istehsala cəlb olunmur, ixtisaslı kadrlar (texnik, mühəndis, həkim)
çatışmır, əmək qabiliyyətli əhali arasında savadsız olanları vardır.
Region ölkələrinin əksəriyyətində təhsilin ibtidai və orta pillələri
mövcuddur. Universitet təhsili azaddır, ali təhsilə tələbatı olanlar
üçün maddi yardım da ayırılır.
İbtidai təhsil regionun bütün ölkələrində məcburi olsa da, bəzi
səbəblər ucbatından (daxili münaqişələr, bəzi əyalətlərin şəhər
mərkəzlərindən uzaqlığı və s.) buna hamı yiyələnə bilmir. Digər
tərəfdən isə məktəb yaşlı qızlar ibtidai və orta təhsil alsalar da,
onların çox az hissəsi təhsillərini universitetlərdə davam etdirə bilir.
Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ kimi daha çox mühafizəkar
ölkələrdə isə təhsilin bütün pillələrində (ibtidai, orta, ali) qızlar və
oğlanlar üçün tədris ayrılıqda aparılır.
XX əsrin 60-70-ci illərindən etibarən əhalinin savadsızlığının
aradan qaldırılması tədbirlərinə baxmayaraq, regionun bir sıra
ölkələrində 15 və ondan yuxarı yaşda olan əhali arasında savadlıların
sayı Qərbi Avropa ölkələri ilə müqayisədə aşağıdır (Yəmən – 38,
Misir – 51, İraq – 58, Səudiyyə Ərəbistanı – 63, Suriya – 71, İran –
72 %). Neft sənayesinin inkişafı və bununla əlaqədar müasirləşmə
regionun bir çox rayonlarında ənənəvi həyat tərzinə də təsir etmişdir.
Məsələn, köçərilərin sayı azalmış və hazırda region əhalisinin cəmi
1%-ni təşkil edir.
Suriya, İran, Səudiyyə Ərəbistanının geniş səhralarında bir
qrup əhali köçəri həyat tərzi sürür, bəzi kürd və fars tayfaları isə yay
və qış otlaqları arasında miqrasiya edir. İstehsala yararlı əhalinin çox
hissəsi işləməyə az meyllidir. Yerli əhali arasında yüksək milli gəlirin
23
bölüşdürülməsi onları heç bir zəhmət çəkmədən həyat tərzi sürməyə
sövq etmişdir. Gənclərin digər hissəsi isə Qərb dövlətlərində təhsil
almaq üşün ölkəni tərk edirlər. Ona görə də Yaxın və Orta Şərq
ölkələrinin bəzilərində işləyənlərin böyük əksəriyyəti immiqrantlardır
(cədvəl 2).
«Neft dollarları» hesabına əldə edilmiş kapitalın bolluğu
şəraitində bu ölkələr nisbətən yüksək əmək haqqı verməklə immiqrant
işçilər cəlb edə bilmişlər. İmmiqrant işçilər təkcə neft
mədənlərində deyil, həmçinin, istehsalın digər sahələrində də
çalışırlar. İran körfəzi əmirliklərində nəhəng tikinti işləri immiqrant
işçilər tərəfindən aparılmışdır.
Əhalinin məşğuliyyət strukturundakı dəyişikliklər sübut edir
ki, neft çıxaran dövlətlərdə, həmçinin, Türkiyə, İsrail, Ürdun, BƏƏ,
Kiprdə xidmət sahələrində çalışanların sayı sürətlə artmışdır (əlavə
7).
Cədvəl 2
Yaxın və Orta Şərq ölkələrində immiqrant işçilərin sayı
Ölkələr İmmiqrant işçilərin
sayı min nəfərlə
Ümumi məşğul
olanların miqdarına
görə
%-ilə
Səudiyyə Ərəbistanı 4560 72
Küveyt 1020 81
BƏƏ 930 90
Oman 210 42
Qətər 190 82
Bəhreyn 130 58
1.4. Region təsərrüfatının ümumi icmalı
İnkişaf etməkdə olan ölkələrdə olduğu kimi Yaxın və Orta
Şərq regionunda XIX əsrin ortalarında iqtisadi inkişaf xarici bazar
üçün istehlak malları və avadanlıqları istehsalına yönəldilmişdi. XIX
və XX əsrin əvvəllərində bunlar əsasən kənd təsərrüfatı məhsulları
idi: Misirdə pambıq, Livanda ipək, Türkiyə, İraq, Suriya və onların
qonşularında müxtəlif növ buğda və s. Sonralar regionda mühüm
ixracat məhsulunu neft və həm də ucuz işçi qüvvəsi əvəz etdi. Artıq
24
XX yüzilliyin ortalarında Yaxın və Orta Şərq dünyanın həm siyasi,
həm də iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. XX
əsrin ikinci yarısından başlayaraq dünyada gedən siyasi proseslər və
regionun əksər ölkələrinin qeyri-sabit vəziyyəti nisbətən inkişaf etmiş
region dövlətlərini (Türkiyə, İsrail, İran, İraq, Səudiyyə Ərəbistanı,
Misir) hərbi sənaye sahələrinin və silah-sursat istehsalını inkişaf
etdirməyə məcbur etmişdir.
Müasir iqtisadiyyatın mühüm energetika xammalı olan neft
ehtiyatlarına görə Yaxın və Orta Şərq regionu dünyada birinci
yerdədir. Dünya neft ehtiyatının təqribən 65, təbii qaz ehtiyatının 26
faizi Qətər, Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, Qətər və BƏƏnin
payına düşür. Dünyada istehsal olunan neftin 26, təbii qazın isə 5
faizi bu ölkələrin payına düşür.
Regionun neft çıxaran iri dövlətlərində (Səudiyyə Ərəbistanı,
İran, İraq, Küveyt, BƏƏ) neft ixracatından gələn gəlir milli iqtisadiyyata
sərf edilməklə yanaşı, çox saylı əhali arasında bölüşdürülür.
Neft gəlirinin milli mənimsənilməsi bir istiqamətə
yönəldilmiş istehlak məhsulları idxalına sərf olunmuşdur. Bu sahədə
digər addım tikinti «hay-küyü» olmuşdur: göydələnlər, inzibati və
infrastruktur tikintilər, səhrada iri beynəlxalq təyyarə meydanları,
avtomobil magistralları, enerji təchizatı sistemləri, su təchizatı
qurğuları, hökumət və parlament binaları, böyük otellər, monarxlar
üçün iqamətgahları inşa edilmiş və diplomatik məhəllələr salınmışdır.
Ötən əsrin 80-ci illərində inkişaf etmiş Qərb dövlətləri 1973-cü
ildə olduğu kimi neftin qiymətinin kəskin artması halları təkrar
olunmasın deyə kompleks tədbirlər hazırlayırlar. Regionun siyasi
durumundan asılı olaraq neftin qiyməti dünya bazarında bəzən
düşməyə, bəzən qalxmağa başlayır. Enerji xammalına əvəz
axtarılması və enerji toplama texnologiyasına diqqət edilməsi neft
ixrac edən dövlətləri narahat edə bilməzdi. Yaxın və Orta Şərqdə neft
ehtiyatının çox olması sübut edilsə də (əlavə 3), onun tükənən sərvət
olması da məlumdur. Neft «xoşbəxtliyinin daimi olmaması» ilk
növbədə ehtiyatı az olan Bəhreyndə özünü göstərir. Onun ardınca
neft ixrac edən digər əmirliklər neftdən sonrakı inkişaf əsrinə hazırlıq
məqsədilə mövcud kapitaldan və sərvətin tükənməsinədək qalan
vaxtdan səmərəli istifadə etmək barədə düşünməyə başlayırlar.
Beləliklə, Yaxın və Orta Şərq regionunda neft ixrac edən
dövlətlərin gələcək iqtisadi siyasətinin əsasını 3 istiqamət müəyyən
25
edir:
• birinci, təsərrüfatın diversifikasiyası*, yəni «monokultur» neft
ixtisaslaşmasından uzaqlaşmaq cəhdi;
• ikincisi, xarici ölkələrdə uzun müddətə və mötəbər kapital
yerləşdirməklə iri maliyyə-investisiya əməlyyatları həyata
keçirmək;
• üçüncü, mühüm məşğuliyyət sahələrində müasir dövrə
uyğunlaşan xüsusi intellektual – mədəni mühit yaratmaq cəhdi
ilə kadrların milliləşdirilməsi siyasəti.
Milli iqtisadiyyatın diversifikasiyası həm istehsal, həm də
qeyri-istehsal sahələrində aparılır. İqtisadiyyatın diversifikasiyasında
ilk istiqamət bir sıra ölkələrdə olduğu kimi ixracat strukturunun
dəyişdirilməsidir. Ölkələrdə xam neft və təbii qaz ixracından neftkimya
məhsulları ixracatına keçilməsinə başlanılmışdır. Məsələn,
Küveytin neftemalı müəssisələri çıxarılan neftin 90 faizini emal edir.
Həmçinin neft məhsulları ixracatından gələn gəlir xam neft
ixracatından gələn gəlirdən üstündür. Yanacaq ixracatının enerji
tutumlu məhsulların ixracı ilə əvəz olunması meyli də müşahidə
edilir.
İri neftemalı və neft-kimya kompleksləri Səudiyyə Ərəbistanında
Əl-Cubeyl və Yanbu, Küveytdə Əş-Şueyl, BƏƏ-də (Əbu
Dabi əmirliyində) Rubays, Qətərdə Umm-Səid, İraqda Ər-Rumeyla,
İranda Abadan, Bəndər-Xomeyni və digər şəhərlərdə inkişaf
etmişdir. Yerli yanacaq və idxal olunan filiz əsasında metal istehsalı
artır. İdxal olunan xammalla işləyən enerji tutumlu metallurgiya
müəssisələri yaradılmışdır. Bəhreyn və BƏƏ-də alüminium istehsalı
müəssisələri, Bəhreyndə dəmir lövhələr istehsalı müəssisəsi, Qətərdə
tam dövriyyəli metallurgiya kombinatı, Omandakı misəritmə zavodu
bunlara misaldır.
Məhsuldar qüvvələrin diversifikasiyasında ikinci mühüm və
eyni zamanda müqabil istiqamət idxal olunan xammal və hissələrdən
əsasən istehlak məhsulları istehsal edən emal sənayesinin kiçik və
orta müəssisələrinin inkişafına təkan verməklə bağlıdır. Emal
sənayesinin inkişaf etdirilməsi məqsədilə bu ölkələrə xarici
sahibkarlar cəlb olunur.
* Diversifikasiya – struktur dəyişikliklərlə mürəkkəbliyin artmağı prosesi.
26
Neft ixrac edən varlı dövlətlər transmilli korporasiya kanalları
ilə xammal, avadanlıq, təkmilləşmə və xüsusilə texnologiya
hazırlamaqda maraqlıdırlar. Transmilli korporasiyaya daxil olmağın
üsulu kapitalın 50 faizdən çox iştirakı ilə qarışıq müəssisələr,
həmçinin ayrı-ayrı səhmdar fəaliyyət formaları yaratmaqdır.
XX əsrin 50-ci illərinədək region iqtisadiyyatında kənd
təsərrüfatı üstün mövqe tutduğu halda, əsrin sonunda bir sıra
dövlətlər ərzaq məhsulları idxalını dayandırır. Hazırda Suriya,
Yəmən, İran, Misir və Türkiyə iqtisadiyyatında kənd təsərrüfatı öz
əhəmiyyətini hələ də saxlayır və ümummilli məhsulun 15-25 faizini
təşkil edir. Bu göstəricilər aqrar məhsullara olan yerli tələbatın hələ
tam ödənilməsi demək deyildir (xüsusilə regionun yoxsul
ölkələrində). Ərzaq məhsullarına tələbatın artması əhalinin yüksək
təbii artımı, kəndlərdən şəhərə miqrasiya, sənayeləşmə strategiyası və
digər səbəblərlə izah olunur. Digər tərəfdən Yaxın və Orta Şərqdə
qiymətli kənd təsərrüfatı xammalı istehsal olunan region
dövlətlərinin əksəriyyəti dünya bazarında kənd təsərrüfatı malları ilə
iştirak edir. Məsələn, Türkiyə yun, üzüm, qoz, fındıq, dərman
bitkiləri, biyan ixrac edir. Əfqanıstan qaragül və qarakülçə dəriləri,
Yəmən qəhvə (Mokko növü) ixrac edir. Dünya xurma istehsalının
böyük bir hissəsi İraqın payına düşür. İran və İraqda bərk arpa növü
becərilir (pivə hazırlanmasında və makaron istehsalında işlədilir).
İran dünya bazarına quru meyvə (kişmiş, badam, püstə və b.) çıxarır.
Aqrar bölmənin inkişafı sahəsində çoxsaylı layihələr xüsusi
qeyd edilməlidir. Əhalisinin böyük əksəriyyətinin hələ qədimdən
heyvandarlıqla məşğul olan, iqlim şəraiti əkinçilik üçün yararsız olan
quraq ölkələrdə dünya bazarından aslılığı zəiflətmək məqsədilə
bitkiçiliyin inkişafı üçün iri şirkətlər yaradılır.
Yaxın və Orta Şərq ölkələrində əkinçilik süni suvarmaya
əsaslanır. Suni suvarma Misir, Türkiyə, İran, Səudiyyə Ərəbistanı,
Suriya, İsrail kimi iri dövlətlərdə müasir qurğulardan istifadə edilirsə,
Ərəbistan yarımadası əmirliklərində enerji tutumlu şirin su qurğuları
və nasos stansiyaları mühüm rol oynayır. Bu isə sübut edir ki, İES-lər
və içməli su komplekslərində neft və qaz yandırılması imkanları
olmasa səhrada əkinçilik barədə söz açmaq lazım gəlməzdi. Səudiyyə
Ərəbistanı buğda (taxılla özünü təmin edir, bəzən ixrac da edir),
Küveytdə tərəvəz, gül, meyvə (Qərbi Avropaya səhləb çiçəyi ixrac
edilir), BƏƏ-də, Omanda, Ürdündə çiyələk yetişdirilir. Onu da qeyd
27
etmək lazımdır ki, bu ölkələrdə aqrotexnologiya idxal olunur,
suvarma qurğuları sistemi xarici mütəxəssislərin rəhbərliyi ilə
immiqrant fəhlələr tərəfindən yaradılmışdır, əkinçilik üçün zəruri
sayılan materiallar və avadanlıq isə Qərbi Avropa ölkələri və
Yaponiyadan gətirilir.
Deməli, məhsuldar qüvvələrin strukturunun diversifikasiyası
istiqamətlərinin əksəriyyəti son nəticədə neftə əsaslanır. Neftdən
sonrakı iqtisadiyyat da neftin «əsiri» olaraq qalır.
Beləliklə, Yaxın və Orta Şərq ölkələrinin milli təsərrüfatının
inkişafı üçün əlverişli coğrafi mövqe, təbii şərait və faydalı sərvətlər
mövcuddur. Ölkənin təbii sərvətlərindən istifadə olunması və
sənayeləşdirilməsində Türkiyə, İsrail, İran, Ürdün, Misir, Suriya
böyük nailiyyət əldə etmişlər.
Küveytin və həmçinin BƏƏ-nin neft çıxaran digər
əmirliklərinin milli bankları neft dollarlarını xarici banklarda
yerləşdirmək üçün investisiya əməliyyatı üzrə ixtisaslaşmışdır. Onu
da qeyd edək ki, tarixən tacirlik ənənələri olan Dubay əmirliyinin
bankları əsasən ticarət banklarıdır və idxal-ixrac əməliyyatına xidmət
üzrə ixtisaslaşmışdır.
Yaxın və Orta Şərq ölkələrinin əksəriyyətində turizm sektoru
iqtisadiyyatın dinamik inkişaf edən sahəsinə çevrilmişdir. Regionun
bir çox dövlətlərində (Türkiyə, Səudiyyə Ərəbistanı, MƏR, BƏƏ,
Suriya, Livan və s.) hökumətin dəstəyi, turizm infrastrukturunun
daim inkişaf etdirilməsi, nisbətən ucuz hava nəqliyyatı, turizm
sektoruna qoyulan şəxsi və dövlət investisiyaları, sərhəd keçid
məntəqələrinin açılması sayəsində inkişaf edən əməkdaşlıq
beynəlxalq, regional və ölkədaxili turizmin inkişafına səbəb
olmuşdur. Regionun «neft dolları» olan dövlətləri turizm sektorunu
inkişaf etdirməkdə daha çox maraqlıdırlar. Tükənən sərvət olan
neftdən əldə edilən gəlir hesabına bu ölkələrdə Avropa standartlarına
cavab verən dəbdəbəli otellər inşa edilmiş, qonaqpərvərlik
sənayesinin yenidən qurulmasında yeni nailiyyətlər əldə edilmişdir.
Yaxın Şərq regionuna 1990-cı ildə 9,6 mln. turist gəlmişdirsə,
2000-ci ildə bu göstərici 24,2 mln., 2006-cı ildə isə 40,7 mln. nəfərə
çatmışdır*. 2006-cı ildə Türkiyəyə 18,9 mln., Kiprə 2,4 mln., İrana isə
* Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatında Dünya regionları üzrə
28
1,6 mln., turist gəlmişdir. Yaxın Şərq ölkələri içərisində gələn
turistlərin sayına görə Səudiyyə Ərəbistanı (9,0 mln. nəfər), Misir
(8,2 mln. nəfər) qabaqcıl yerdədir. Regiona gələn turistlərin sayı
2005-ci illə müqayisədə 2006-cı ildə 10 faizdən çox artmışdır, bu
göstəriciyə görə Yaxın və Orta Şərq 3 ildir ki, Afrika regionundan
irəlidədir. (2006-cı ildə Afrika regionuna gələnlərin sayı 36,7 mln.
nəfər olmuşdur). Yaxın Şərq regionuna 2010-cu ildə 527,3 mln., 2020-ci
ildə 717 mln. turistin gəlməsi proqnozlaşdırılır.
Region ölkələrinin bəzilərinin iqtisadi cəhətdən dirçəlməsində
onların sabiq Sovet İttifaqı və Qərb ölkələri ilə iqtisadi
əməkdaşlığının rolu az olmamışdır. İttifaqın tərkibində ikən
Azərbaycan mütəxəssisləri Suriyada, Misirdə, İraqda, Əfqanıstanda,
Cənubi Yəməndə neft-qaz yataqlarının kəşf edilməsində, mədənlərin
salınmasında, neft kəmərləri çəkilişində, neft və qaz emalı
müəssisələrinin tikintisində iştirak etmişlər. Azərbaycan Respublikası
Yaxın və Orta Şərq ölkələri üçün milli mütəxəssis kadrlar hazırlanmasında
böyük fəallıq göstərmişdir.
1.5. Regionun nəqliyyatı və xarici-iqtisadi əlaqələri
Yaxın və Orta Şərq regionunun əlverişli coğrafi və geosiyasi
mövqeyi beynəlxalq əhəmiyyətli nəqliyyatın bütün növlərinin
inkişafına səbəb olmuşdur. Dünya beynəlxalq iqtisadi əlaqələrində
Atlantik və Hind okeanı hövzələrini birləşdirən Süveyş kanalının
əhəmiyyəti böyükdür. Süveyş kanalının inşası fikri hələ orta
yüzilliklərdə ərəblər tərəfindən irəli sürülmüşdür. Sonralar bu fikir
Fransada XIV Lüdovik və Napoleonun hakimiyyəti dövründə
yenidən baş qaldırır. Yalnız XIX yüzilliyinin ortalarında (1859-cu
ildə) kanalın tikintisinə başlanır. 1869-cu il noyabrın 17-də kanalın
təntənəli surətdə açılışı olur. Kanal şimal-cənub istiqamətində Port-
Səiddən Süveyşədək 93 km məsafədə uzanır. Eni 190-365 metr,
dərinliyi 20 metrdir. Gəmilər kanaldan 11-12 saata keçir. Kanaldan
Yaxın Şərq haqda göstəricilər verilir. Yaxın və Orta Şərq regionuna daxil
olan Türkiyə, Kipr, İran isə digər subregionlara daxil olan ölkələr
sırasındadır.
29
gün ərzində 50 gəmi keçə bilir. Dənizlər arasındakı səviyyə fərqi az
(23 sm) olduğundan kanal şlüzsüzdür. Kanalla şimala və əks
istiqamətə gedən gəmilər Böyük Acı göldə ayrılır.
XX yüzilliyin əvvəllərində kanaldan 4 min gəmi (daşınan
yüklərin miqdarı 20-30 mln. ton) keçibsə, 60-cı illərin ortalarında 20
min gəmi 250 mln. ton yük daşımışdır. Bu onu sübut edir ki, Süveyş
kanalı Avropa və Asiya ölkələrini əlaqələndirən başlıca dəniz
yoludur*. Kanaldan daşınan yük əsasən nefdir. Ona görə də cənubdan
daşınan yüklərin miqdarı əks istiqamətə daşınan yüklərdən 4 dəfə
artıqdır.
1956-57-ci illərdə Fransa və Böyük Britaniyaya məxsus Süveyş
kanalı şirkəti milliləşdirildikdən sonra bu ölkələrin təcavüzü və
1967-75-ci illərdə Ərəb-İsrail müharibəsi nəticəsində kanalın
bağlanması sayəsində kanalla daşınmalardan gələn gəlir 2 dəfə azalır.
1975-ci il iyunun 5-də kanal yenidən açıldıqdan sonra gəmi və yük
dövriyyəsi sürətlə artır, ötən əsrin 90-cı illərində kanaldan 20 min
gəmi 350 mln. ton yük daşımışdır. 1990-91-ci ildəki İraq-Küveyt və
2003-cü ildəki ABŞ-İraq münaqişəsi kanaldan daşınan yüklərin
azalmasına təsir göstərdi. BMT tərəfindən İraq və Küveyt neftinin
daşınmasına embarqo qoyulması dünya bazarına 300 mln. ton neftin
daşınmasına mane oldu. Bu neftin çox hissəsi Süveyş kanalından
daşınırdı.
Kanalın yenidən rekonstruksiyası (enliləşdirilməsi və
dərinliyinin 20 metrə çatdırılması) hazırda daha iri gəmilərin
hərəkətinə imkan yaratmışdır. Buna baxmayaraq, Yaxın Şərq neftini
daşıyan super-tankerlərin çoxu Afrika ətrafından keçir. XXI
yüzilliyin əvvəlləri üçün dünya dəniz nəqliyyatı ilə daşınan yüklərin
14 faizi (440 mln. ton) Süveyş kanalının payına düşür.
Qara, Mərmərə, Qırmızı dəniz və İran körfəzinə çıxacaqda
növbətçi, (keşikçi) olan Bosfor (İstanbul), Dardanel (Çanaqqala),
Bab-əl-Məndəb və Hörmüz boğazlarının da iqtisadi və strateji
əhəmiyyəti böyükdür. Beynəlxalq dəniz yollarına İstanbul (Türkiyə),
İsgəndəriyyə (Misir), Beyrut (Livan) kimi portlar xidmət edir. Yaxın
* London – Bombey arasında dəniz yolu Afrika sahilindən keçməklə
10721 dəniz milidirsə, kanaldan keçməklə 6260 dəniz mili Liverpul –
Lokaqama arasında isə 14436 dəniz mili təşkil edir.
30
və Orta Şərqdə neft çıxarılan ölkələrdə neft ixracı üzrə ixtisaslaşmış
portlar vardır. Məsələn, Səudiyyə Ərəbistanında Ras-Tənnurə,
Küveytdə Mina-əl-Əhmədi, İranda Hərq, İraqda Fao, Um-Qəsr və b.
Neft ixracı çox olan dövlətlərdə bu portların yük dövriyyəsi dünyanın
ən iri portu olan Rotterdamdan (Niderland) çox olur.
Yaxın və Orta Şərq regionunda nefti Aralıq dənizinin şərq
sahillərinə nəql edən kəmərlər də çəkilmişdir.
Yaxın və Orta Şərqdə dini turizm və neft dolları ilə sıx bağlı
olan xarici turizm sürətlə inkişaf edir. Dini turizm sahəsində
müqəddəs ziyarətgahların yerləşdiyi Səudiyyə Ərəbistanı, İran, İraq
xüsusilə seçilir. Xarici turizm sahəsində Bəhreyn, Ürdün, İsrail, BƏƏ
daha irəli getmişlər. Neft ehtiyatının az olması hökuməti onun
çıxarılmasını dondurmaq və çox kapital tələb etməyən inkişaf yolları
axtarmağa sövq edir. Neft dolları fontanı zonasında əlverişli coğrafi
mövqeyi olduğundan Bəhreyn ərazisində bir çox bank və şirkətlər
yerləşdirmişdir. Buna ölkənin həm ada və həmçinin saat qurşağında
mövqeyi – London və Sinqapur birjaları arasında yolun təxminən
yarısında yerləşməsi də təsir edir.
Bəhreynin Yaxın və Orta Şərqdə mühüm maliyyə mərkəzinə
çevrilməsinin digər səbəbi də əvvəllər region dövlətləri ilə dünya
ölkələri arasında maliyyə vasitəçiliyi funksiyasını həyata keçirən
Livanın İsrail tərəfindən təcavüzə məruz qalması olmuşdur. Səudiyyə
Ərəbistanı bir sıra maliyyə əməliyyatlarını Bəhreyn vasitəsilə həyata
keçirir. Bu əməliyyatları Səudiyyə Ərəbistanı özü-nün mühafizəkar
qanunvericiliyi ucbatından Səudiyyə Ərəbistanı öz ərazisində həyata
keçirə bilmir. Ona görə də Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında
xüsusi münasibətlər formalaşmışdır. Bunu İran körfəzində bənd
tikilməsi və onun üzərində şosse yolunun çəkilməsi ilə adanın
Ərəbistan yarımadasının bir hissəsinə çevrilməsi bir daha sübut edə
bilər.
Neft ixrac edən daha varlı Əmirliklər Qərb iqtisadiyyatına
kapital qoymağa müvəffəq olmuşlar. Kapitalı faizlə qoymaqla onlar
məqsədyönlü yatırıma keçmiş (transmilli korporasiya və iri
beynəlxalq maliyyə təşkilatları strukturunda), qiymətli səhmlər əldə
etmişlər. Bunlar isə yuxarı təbəqlərin idarəetmə və mühüm
məsələlərin həllində şəxsi iştirakına imkan verir. Səudiyyə Ərəbistanının
xarici kapital qoyuluşunun həcmi yüzlərlə mlrd. dollarla
hesab olunur. Bunun xeyli hissəsi ABŞ-a yönəldilir.
31
Küveyt Qərb ölkələrində fəaliyyət göstərən onlarla şirkətin
müştərək sahibkarıdır. Bunlara «Britiş Petroleum», «Ceneral
Motors», «İBM», «Ceneral Elektrik», «Kodak», «Lurci», «Xexct»,
«Total», «Xitaçi», «Mitsubisi» və «Soni» misal ola bilər. Küveyt öz
ərazisindəki neftemalı zavodlarından başqa Danimarka, Niderland,
İtaliyada bir neçə emal zavodunun sahibidir. Danimarka, İsveç,
Böyük Britaniya, İtaliya və Norveçdə onlarla yanacaq doldurma
stansiyası ona məxsusdur. Özünün 25 tankeri olan donanması
çıxarılan neftin xeyli hissəsini satmaq üçün şəbəkə yaratmışdır.
Küveytin xarici kapital qoyuluşunun həcmi 100 mlrd. dollardan
artıqdır. Xarici kapital qoyuluşundan gələn gəlir valyuta gəlirinin
mühüm mənbəyinə çevrilmişdir.
Göstərilənlər bir daha sübut edir ki, Yaxın və Orta Şərq siyasi,
iqtisadi və sosial təzadları olan regiondur. İqtisadi geriliyi aradan
qaldırmaq, sərvətlərin tam milliləşdirilməsi, dövlət müstəqilliyinin
qorunmasında region xalqalarının ümumi marağı vardır.
32
II H İ S S Ə
YAXIN ŞƏRQ DÖVLƏTLƏRİ
BƏHREYN* DÖVLƏTİ
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Sahəsi və əhalisinin sayına görə Yaxın və
Orta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından
məşhur olan Bəhreyn dövləti İran körfəzinin təxminən mərkəzində,
eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və hərbi – strateji
mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən
Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan
ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan
Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları
Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir.
Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə
birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə
Ərəbistanı ilə birləşdirən körpü salınmışdır. Asiyada ən uzun (25 km)
7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin
yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq
bəndin uzunluğu 2,3 km-dir.
İki ərəb dövləti arasında dayaz körfəzin üstündən körpü salmaq
fikri çox əvvəllərdən meydana çıxmışdır. İlk dəfə bu məsələ dövlət
rəhbərliyi səviyyəsində 1970-ci ilin ortalarında müzakirə edilmiş və
fikrin həyata keçirilməsində Səudiyyə Ərəbistanı məliklərinin
xidməti böyük olmuşdur. 1968-ci ildə Məlik Feysəlin dövründə
layihələrin öyrənilməsi barədə ilk işçi qrupu yaranmışdır. Feysəli
* Ərəbcə «Daulat əl-Bəhreyn» iki dəniz mənasını bildirir. Sözün
mənşəyi dəqiq məlum deyil. Lakin çox qədim zamanlarda Şərqi Ərəbistan
və Bəhreynin İran körfəzinin suları altında qaldığı və Bəhreynin sahildən
geniş dəniz boğazı ilə ayrıldığı ehtimal olunur.
33
əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı
ildə sarayda xüsusi komitə yaratmış və beş ildən sonra Bəhreyn əmiri
ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə
Səudiyyə Ərəbistanı – Danimarka müştərək şirkəti tərəfindən
hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən
bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə
Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də Səudiyyə
Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd
yolu»da adlandırırlar.
Yolun tən ortasında süni ada salınmışdır. Burada hər iki
dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər
inzibati binalar, məscidlər, restoranlar yerləşir. Sürətli liftlər
arzusunda olan hər kəsi, 65 metr hündürlüyü olan süni yaradılmış
təpəyə qaldırır. Oradan həm Səudiyyə Ərəbistanının, həm də
Bəhreynin yaraşıqlı sahillərini seyr etmək olar.
Körpü hər iki dövlət tərəfindən istifadə edilir. Hündürlüyü
dəniz səviyyəsindən 5 metrdən 15 metrə qədər olan körpüdən hər ay
orta hesabla 10 minlərlə avtomobil keçir. Avtomobillərin hər iki
istiqamətə hərəkəti üçün iki yol ayrılmışdır. Yüngül avtomobillər
üçün keçid haqqı 6, avtobuslar üçün 15 ABŞ dollardır. Yük
avtomobillərinin sahibləri isə daşınan 1 ton yükə 1 dollar gömrük
haqqı verməlidir. Yeri gəlmişkən deyək ki, daşınan yüklərin həcmi
45 tondan artıq olmamalıdır. Beləliklə, ərəb dövlətləri arasında
yeganə ada dövləti olan Bəhreyn süni yolla materikə birləşdirilmiş və
yarımadaya çevrilmişdir.
Bəhreyn ilə Qətər əmirliyi arasında (bu iki dövləti eni 33,5 km
olan körfəz ayırır) uzun müddətdir ki, ərazi və sərhəd münaqişələri
davam edir. Havar və onun yaxınlığındakı bir qrup adalar, həm də
məhəlli suların bölünməsi məsələsi bu dövlətlərin münaqişəsinə
səbəb olmuşdur.
Məsələ ondadır ki, Böyük Britaniya hökuməti bu regiona
nəzarət etdiyi vaxtlarda Bəhreynə nisbətən Qətərə daha yaxın
yerləşmiş Havar adasını rəsmi London ilə daha yaxşı münasibətləri
olan Bəhreynə vermək barədə qərar çıxarır. 1994-cü ilin noyabrında
Havar adasını qaytarmaq məqsədilə Qətər hökuməti Beynəlxalq
Məhkəməyə müraciət edir. Lakin bu məsələ indiyə qədər həll
olunmadığından dövlətlər arasında gərginlik yaradır.
Səth quruluşu və faydalı qazıntıları. Bəhreyn arxipelaqda
34
yeganə adadır ki, geoloji quruluşu qonşu Ərəbistan yarımadasının
sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə mərcan
mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatə
olunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı
böyük ustalığa malik olmalıdır ki, vaxtında və xətasız bu maneələri
dəf edə bilsin.
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir
növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez
qayalar və qarma-qarışıq şəkildə üst-üstə yığılmış daşlarla əvəz
olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı
təpəlikdir. Adanın ən hündür yeri isə onun şimalındadır (135 m.).
Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir.
Bəhreyn adasının əlverişli sahillərində bir neçə dəniz limanı
salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında,
digərləri isə Mühərrək adası ilə ensiz torpaq örtüyü ilə birləşən ər-
Rümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən
müasir okean gəmiləri daxil ola bilər. Xatırladaq ki, hələ qədim
dövrlərdə də əcnəbi yelkənli gəmilər məhz bu yerlərdə lövbər
salardılar. Rəvayətə görə «Min bir gecə» nağıllarının qəhrəmanı
məşhur dənizçi Sindbad da Bəhreyn adasında yaşamışdır. İtaliyalı
tacir və səyyah Marko Polo, məşhur ərəb tədqiqatçısı və
coğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar.
Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə gəlimlisi
təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları
həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə
müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı cəmi 14 mln.
tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı
az olduğundan sənaye əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı
arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir.
İqlimi və hidroqrafiyası. Ərəbistan yarımadasının digər
ölkələri kimi Bəhreyn də şimal yarımkürəsinin subtropik səhra bölgəsində
yerləşir. Buna görə də Bəhreyn təbiəti quraq və isti iqlimə
malik olub flora və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının
olmaması ilə səciyyələnir.
Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti
və quraq keçən yay (iyul – avqust aylarının orta temperaturu 370S),
nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin
dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa
35
əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz
temperaturu arasında fərq 40-dən artıq olmur. Yayda havanın
rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər
olur. Yağışlar əsasən dekabr – may aylarında, İran körfəzi üzərindən
nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir.
Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara
ildə 100 -110 mm yağıntı düşür.
İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu «şemal»
küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində
kiçik gəmilərin hərəkətinə çətinlik törədir. Bu küləklər Ərəbistan
səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur.
Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı
bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür.
Tozlu isti hava adama şiddətli hərarət gətirir.
Bəhreyn arxipelaqında yerüstü su mənbəyi olmasa da adalar,
xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə
zəngindir. Keçmişdə burada yaşayan əhali quyu qazımaq və
«kuanats» adlandırılan yeraltı kanallar vasitəsilə qrunt sularını
istədikləri yerə gətirib çıxara bilirdilər. Bəhreyn adasında tarixi abidə
kimi qorunan kuanatslar (yeraltı kanal) eramızın IV yüzilliyinə aid
edilir. Son vaxtlar neft-qaz, metallurgiya və digər sənaye sahələrinin
inkişafı ilə əlaqədar ölkədə «su qıtlığı» baş verir. Qrunt sularının
ehtiyatı isə azalır.
Torpaq və bitki örtüyü. Bəhreyndə tropik səhra landşaftı
mövcuddur. Adalarda zəif humuslu torpaqlar yayılmışdır. Rütubətin
çatışmaması və olduqca isti iqlim burada zəngin bitki örtüyünün
inkişafına imkan vermir. Bəhreynin başlıca bitki örtüyü quraq iqlimə
və şoranlaşmış torpağa dözümlü alçaq boylu kollar və cod otlarla
təmsil olunur. Nisbətən geniş yayılmış bitkilər dəvətikanı və
yovşandır. Adalarda quşlar, gəmiricilər və sürünənlər üstünlük təşkil
edir. Sahil sularında müxtəlif balıq növləri, dəniz tısbağası, xərçəng
molyuskası çoxdur. Bəhreyndə əl – Əreyn adlanan milli təbiət qoruğu
yaradılmışdır.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk
36
məlumat eramızdan əvvəl III minilliyə aiddir. Bu ərazi müxtəlif
dövrlərdə Dilmun, Sasanilər, Ərəb xilafəti və Ğərmətilər dövlətləri
tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir. İlk
ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn ərazisində
sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə
başlanılmışdır. Arxioloqların muzeylərə verdikləri tapıntılar
Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən şəhərlərin
mənzərəsini təsvir etməyə imkan verir.
Bəlkə buna görə də qədim şumerlər onu «əbədi cənnətə»
bənzədərək Dilmun adlandırmışlar. Şumerlərin bizim günlərə qədər
qalmış yazılarında, Dilmun, iri ticarət və mədəniyyət mərkəzi kimi
xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər
yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir.
Tarixi tədqiqatlar göstərir ki, şumerlər, finikiyalılar və aşşurlar daim
bu adalarda görünmüşlər. Finikiyalılar ticarət məntəqəsi kimi
adalardan daha çox istifadə etmişlər. Buraya Aralıq dənizi
regionundan bitki yağı, taxıl, şərab, silah və parça gətirirdilər. Əks
istiqamətdə isə Yaxın Şərq ölkələrinin qiymətli ədviyyatı, dəri, xəz,
xalça, Çin çörəyi və şəkər qamışı yola salınardı. Bir vaxtlar Bəhreyn
həm də qızıl ticarəti üzrə tranzit məntəqə rolunu oynayırdı. Sonradan
qızıl və qiymətli daş-qaş alveri başqa əmirliklərin əlinə keçmiş,
Bəhreyn isə təbii mirvari istehsalçısı kimi dünyada məşhur olmuşdur.
İslam dininin 638-ci ildə qəbul edilməsinə baxmayaraq
Bəhreyndə ilk məscid 740-cı ildə tikilmişdir. Bu məscid tarixi abidə
kimi indiyə qədər qorunub saxlanılır.
Özünün çoxəsrlik tarixində Bəhreyn, ya vahid dövlət olmuş, ya
da kiçik şəhər – dövlətlərə parçalanmışdır. Bəhreyn tarixinin ən
maraqlı səhifələrinə burada Ğərmətilər dövlətinin yaranması dövrünü
aid etmək olar. İsmaililər məshəbinə etiqad edən Ğərmətilər özlərini
İslam dinini yayan və «ədalət uğrunda çıxış edən» mübariz kimi
qələmə verərək döyüşkən ordular yaratmışlar. Ğərmətilər müharibə
etməklə yanaşı, həm də kənd təsərrüfatı və ticarətlə də məşğul
olurdular. Bu dövrdə Bəhreyn çiçəklənirdi. Lakin sonralar Ğərmətilər
dövləti tənəzzülə uğramış və artıq XI əsrdə bir dövlət kimi yoxa
çıxmışdır.
1515-ci ildə İran körfəzində peyda olmuş portuqallar Bəhreyn
üzərində öz bayraqlarını qaldırmışlar. Portuqallar bu regionda çox
qalmamışlar. Daha təcrübəli müstəmləkəçi dövlət olan İngiltərə
37
mühüm strateji mövqeyə malik olan İran körfəzinə daxil olmaq və
qədim Ərəbistan torpaqlarını ələ keçirmək üçün müxtəlif bəhanələr
axtarırdı. Regionda getdikcə artmaqda olan quldurluq və qul alveri bu
bəhanələrə səbəb oldu. «Quldurluğa və qul alverinə qarşı» şüar irəli
sürən İngiltərə müstəmləkəçiləri İran körfəzi sahillərindəki ərazilər
uğrunda mübarizəyə başladılar.
Ucuz hədiyyələrlə yerli şeyxlərin «könlünü alaraq» və
«Bəhreynin təhlükəsizliyinin qayğısını çəkmək barədə» vədlər
verərək, İngiltərə İran körfəzində gəmilərinin sərbəst hərəkət etmək
hüququnu qazandı.
Bəhreyn ilə İngiltərə arasında ilk müqavilə 1820-ci ildə bağlanmışdır.
Bu müqavilə Bəhreyni İngiltərədən tam asılı vəziyyətə
salmışdır. Sonradan rəsmi London ilə Bəhreyn arasında ingiltərənin
xeyrinə bir-birinin ardınca bir neçə müqavilə imzalanır. 1900-cü ildə
ingilis müstəmləkəçiləri ölkədəki bütün hakimiyyəti öz əllərinə
keçirirlər. O vaxtdan etibarən bütün sorğu, məlumat kitablarında
Bəhreyn rəsmi olaraq Böyük Britaniyanın protektoratı kimi qeydə
alınmışdır. Belə vəziyyət 1934-cü ilə qədər davam etmişdir. O
vaxtlar ölkəni Böyük Britaniyanın İran körfəzi regionundakı rezidenti
idarə edirdi. 1971-ci ilin axırınadək Böyük Britaniyanın İran
körfəzindəki rezidentinin* nümayəndəliyi Manamada yerləşmişdir.
Beləliklə, Ərəb Şərqində özünün müstəmləkəçilik siyasətini həyata
keçirmək üçün Bəhreyn, Böyük Britaniyanın strateji forpostuna**
çevrilmişdir.
Arxipelaqda, xüsusilə Mühərrək adasında Böyük Britaniyanın
hərbi hava, Manama yaxınlığında isə hərbi dəniz bazaları yerləşirdi.
Bəhreyndə hərbi bazaların saxlanılması hər il İngiltərə büdcəsinə 10
mln. funt sterlinqə başa gəlirdi. Lakin İran körfəzi əmirliklərində hasil
edilən neft isə ingilis inhisarçılarına ildə 200 mln. funt sterlink təmiz
gəlir gətirirdi. O vaxtlar ingilislərin bu regiondan çıxıb getməsi
ağılasığmaz bir iş kimi görünürdü. Bununla belə 1960-cı illərin
axırları üçün London rəsmiləri başa düşür ki, Bəhreynə müstəqillik
verilməsindən heç cür qaçmaq mümkün olmayacaq. Bunu zaman özü
tələb edirdi.
* Rezident – diplomatik rütbə.
** Forpost – Ön mövqe, ön istehkam.
38
1971-ci ilin 14 avqustunda Bəhreyn özünü müstəqil dövlət elan
etdi. Amma «gələcəyi nəzərə alan» peşəkar ingilis siyasətçiləri İran
körfəzində baş verən siyasi iqlimin dəyişməsindən faydalanmağa nail
ola bilmişlər. Onlar Bəhreyn ilə «Dostluq barədə» müqavilə
imzalamışlar. Bu müqavilədə dövlətlərarası «məsləhətlərin
keçirilməsi», «ümumi mənfəət», regionda «sabit vəziyyətin
saxlanılması» və s. məsələlər nəzərdə tutulmuşdur.
Siyasətçilər yeni müqaviləni İngiltərənin Bəhreyndə öz keçmiş
mövqeyini saxlamaq təşəbbüsü kimi qiymətləndirmişlər. Həqiqətən
də uzaqgörən London diplomatiyası regionda apardığı siyasətdə bu
dəfə də yanılmadı. Bəhreyn indi də Böyük Britaniya (həm də ABŞ)
ilə sıx siyasi və iqtisadi əlaqələrə malikdir.
Dövlət quruluşu. Bəhreyn konstitusiyalı monarxiyadır. 2001-
ci ildə keçirilmiş referendumda dövlətin yeni konstitusiyası qəbul
olunmuşdur. Bu konstitusiyaya görə 1975-ci ildə buraxılmış
parlamentin (Milli Məclis) fəaliyyəti yenidən bərpa olunmuşdur.
1782-ci ildən Bəhreyn əl-Xəlifə sülaləsi tərəfindən idarə olunur.
Qanunverici hakimiyyət əmirə və bir palatalı Milli Məclisə
məxsusdur. İcraedici hakimiyyət əmirin qardaşının rəhbərlik etdiyi
Nazirlər Şürasına məxsusdur.
Ölkədə Bəhreynin Xalq Cəbhəsi adlanan bir siyasi partiya
fəaliyyət göstərir. Digər siyasi partiya və həmkarlar təşkilatının fəaliyyəti
qadağan edilmişdir. Ərəb əmirliklərinin hamısında olduğu
kimi, Bəhreyndə də hakimiyyət bir sülalənin əlindədir. Həmin
sülaləyə məxsus olan ailələr çox dəbdəbəli həyat tərzi keçirirlər.
Bəhreyn özünəməxsus xarici siyasət yeritməyə təşəbbüs göstərir.
O, beynəlxalq münasibətlərdə güc işlətməmək barədə
müqavilənin bağlanması, bütün dövlətlərlə dinc yanaşı yaşamaq və
heç bir dövlətin daxili işlərinə qarışmamaq ideyasını müdafiə edir.
Bəhreyn dövləti – BMT, Ərəb Dövlətləri Cəmiyyəti, İslam Konfransı
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların fəaliyyətində
iştirak edir. Bəhreynin xarici siyasət mənafeyi əsasən region
dövlətləri çərçivəsində uzlaşır. O, öz siyasətini İran körfəzinin başqa
Ərəb dövlətləri, ilk növbədə Səudiyyə Ərəbistanı ilə uzlaşdırır. Buna
görə də Bəhreyn 1981-ci ildə İran körfəzi Ərəb dövlətlərinin
Əməkdaşlıq Şürası adlanan regional təşkilatın yaradılmasının fəal
tərəfdarı olmuşdur.
Bəhreynlə yanaşı bu təşkilata Qətər, BƏƏ, Küveyt, Oman və
39
Səudiyyə Ərəbistanı da daxil olmuşdur. Şuranın əsas məqsədi siyasi,
iqtisadi və digər sahələrdə birgə fəaliyyəti tənzimləməkdir.
Əməkdaşlıq Şurası çərçivəsində müxtəlif sahələrə də (sənaye,
maliyyə, sığorta, ticarət, nəqliyyat, rabitə və s.) inteqrasiya üzrə birgə
komissiyalar yaradılmışdır. Bəhreyn üçün regionla iqtisadi
əməkdaşlıq, ölkənin gələcək sənayeləşdirilməsinə və inkişafına təsir
edə bilən əsas vasitədir. Bəhreynin kiçik daxili bazarı, onun istehsal
etdiyi metallurgiya və neft məhsullarını istehlak etmək qabiliyyətinə
qadir deyildir. Əməkdaşlıq Şurası çərçivəsində inteqrasiya isə bu
məhsulların satışını asanlaşdıra bilər. Şura tərəfindən qəbul edilən
öhdəçilikdən biri də neft sənayesi ilə bağlıdır. Bu öhdəçiliyə əsasən,
Şuranın üzvü olan hər hansı ölkədə bu və ya digər səbəblər üzündən
neft hasilatı dayandırılarsa, digər üzvlər ona köməklik
göstərməlidirlər. Bu da tamamilə Bəhreynin xeyrinədir.
Bəhreynin hakim dairələri Şura çərçivəsində vahid
infrastrukturun, ümumi bazarın, hərbi qüvvələrin uzlaşdırılmasının
zəruri olduğunu bildirirlər. Həm də mədəniyyət və təhsil sahəsində
sıx əməkdaşlığın yaradılması nəzərdə tutulur.
Əməkdaşlıq Şurasının digər üzvləri kimi Bəhreyn də işğal
edilmiş bütün Ərəb torpaqlarından İsrail qoşunlarının tam
çıxarılmasını, paytaxtı əl-Qüds (Yerusəlim) olmaqla müstəqil
Fələstin Ərəb dövlətinin yaradılması və Fələstin xalqının yeganə
qanunu nümayəndəsi Fələstin Azadlıq Təşkilatının hüququnun
saxlanılmasını tələb edir. Əməkdaşlıq Şurasının fəaliyyəti Bəhreynin
xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir edir və Bəhreyn bir qayda
olaraq onun qərarlarına tabe olur.
Son vaxtlar Bəhreyn – ABŞ münasibətləri güclənir. 1949-cu
ildən etibarən Bəhreyn ABŞ-ın İran körfəzi bölgəsində yerləşdirdiyi
hərbi qüvvələrin labüdlüyünü qəbul edir. Birləşmiş Ştatların 5-ci hərbi
dəniz donanmasının bir qisminin əsas baza kimi Bəhreyndə
yerləşdirilməsinə icazə verilmişdir. İraq – Küveyt müharibəsindən
sonra 1990-cı ilin avqustunda Bəhreyn hökuməti amerkanlıların
adalarda hərbi hava qüvvəllərinin bazalarını yaratmağa icazə verdi.
Manama ilə Vaşinqton arasında birgə müdafiə barədə bağlanmış
sazişə əsasən hər ikisi birgə hərbi təlimlər keçirilməklə yanaşı
regionda hərbi-siyasi vəziyyətin gərgin hallarında isə ABŞ-na icazə
verilir ki, buraya əlavə silah və qoşun hissələri gətirsin.
Bəhreyn dövləti ilə Azərbaycan Respublikası arasında dip-
40
lomatik münasibətlər 1996-cı ilin 6 noyabrında yaradılmışdır. Dövlətin
milli bayramı onun müstəqillik günüdür (16 dekabr 1971).
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
Bəhreyində əhalinin siyahıya alınması ilk dəfə 1941-ci ildə
keçirilmişdir. Həmin vaxtla müqayisədə, ölkə əhalisinin sayı bir neçə
dəfə artaraq 680 min nəfərə çatmışdır (2005). Əsrimizin ortalarına
qədər ölkədə təbii artım aşağı idi. Sonrakı illərdə neft və digər sənaye
sahələrinin inkişafı ilə əlaqədar olaraq başqa ölkələrdən gələn
mühacirlərin hesabına əhalinin miqdarı xeyli artmışdır. Lakin digər
Ərəb ölkələri ilə müqayisədə bu göstərici Bəhreyində hələ aşağıdır.
Əhalinin təqribən 30 faizini yaşı 15-ə qədər olanlar, 68 faizini yaşı 15
– 65 arasında olanlar, 3,2 faizini yaşı 65-i keçənlər təşkil edir. Milli
tərkibinə görə əhalinin 75 faizini ərəblər (yerlilər və mühacirlər),
qalanını Pakistan, İran (10 faiz) və İngiltərədən (8 faiz) gələnlər
təşkil edir.
İslam dini dövlət dinidir. Əhalinin 90 faizi müsəlmandır. Sünni
və şiələrin sayı bərabərdir. Əhalinin qalan hissəsi digər dinlərə sitayiş
edir. Şiə müsəlmanları arasında «Xomeyniçilər» də vardır. Onlar İran
İslam İnqilabını müdafiə edir. Bəhreyində də «İslam hökumətinin»
yaradılmasını tələb edənlər var. Bəziləri isə Bəhreynin İrana
birləşdirilməsi şüarı ilə çıxış edirlər. Bütün bunlar Bəhreynin daxili
siyasi həyatına əhəmiyyətli dərəcədə təsir edir.
Dövlət dili ərəb dilidir. 1971-ci ilədək rəsmi dövlət dili sayılan
ingilis dili də geniş yayılmışdır. Bəhreyndə əhalinin orta sıxlığı hər
kv. km-də 996 nəfərdir. Bu göstəriciyə görə Ərəb ölkələri arasında
birinci yeri tutur. Əhalinin 3/4 hissəsindən çoxu Bəhreyn adasının
şimalında və Mühərrək adasının cənubunda cəmləşmişdir. Bəhreyn
orta ömür müddəti kişilər üçün 71, qadınlar üçün isə 75 ildir. Hər min
nəfərə doğulanların sayı 20,6, ölənlərin sayı isə 3,9 nəfərdir. Əhalinin
87 faizi savadlıdır. Ölkədə iki universitet fəaliyyət göstərir.
Bəhreyndə şəhər, kənd və kiçik balıqçı qəsəbələrinə bölünən yaşayış
məntəqələri vardır. Şəhər əhalisinin xüsusi çəkisi 90 faizi keçmişdir.
Nisbətən böyük şəhərləri Manama, Mühərrək, İssa və Sülməndir.
Manama ölkənin ən böyük şəhəri və dəniz limanıdır. Şəhərdə
təqribən 200 min əhali yaşayır (2005). Şəhərin cənubunda neft-emalı
və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar
41
sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri
var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə
edilir. Manama avtomobil yolu ilə (körpü vasitəsilə) Mühərrək şəhəri
ilə əlaqə saxlayır. Şəhərdə universitet, pedaqoji, peşə və orta təhsil
məktəbləri fəaliyyət göstərir. Əmirin igamətgahı, ölkənin ən böyük
inzibati və ticarət idarələri, xarici şirkət və səfirliklərin yaraşıqlı
binaları, müasir memarlıq üslubu ilə tikilmiş mehmanxanalar,
məscidlər, parklar, xurma ağacları şəhərə xüsusi yaraşıq verir.
Şəhərdə beynəlxalq səviyyəli telekommunikasiya sistemi fəaliyyət
göstərir.
Manamada portuqaliyalıların tikdiyi qalaların qalıqları (XVI
əsr), qədim məscidlər indiyədək saxlanılır. Şəhərdə Bəhreyn
sənətkarlarının qızıl, sədəf və mirvaridən məharətlə işləyib
hazırladıqları qiymətli zinət əşyaları satılan Şərq bazarı, xüsusilə cəlb
edicidir. Manama şəhərinin qərb hissəsində körfəzin 2000 kv. km.
dayazlıq hissəsi süni sürətdə doldurulmuş və burada Yapon
şirkətlərinin iştirakı ilə paytaxtın yeni ticarət mərkəzi – supermarket
tikilmişdir.
1978-ci ildən fəaliyyət göstərən İran körfəzi əmirliklərinin
(Bəhreyn, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı) iri
informasiya agentliyinin mənzil qərargahı Manamada yerləşir.
4. İqtisadiyyatı
Qədim dövrlərdən Bəhreyn ticarət mərkəzi kimi tanınır. Əhali
vahələrdə xurma, həmçinin digər meyvə tərəvəz yetişdirir,
heyvandarlıq və mirvari ovu ilə məşğul olurdu. Sənətkarlar isə
birdorlu gəmilərin inşası ilə məşğul olurdu. 1932-ci ildə ölkədə neft
aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra
ənənəvi təsərrüfat sahələri arxa plana keçdi. Müstəqillik əldə
etdikdən sonra ölkənin siyasi və sosial-iqtisadi həyatında əsaslı və
keyfiyyətli dəyişikliklər baş vermişdir.
Müstəmləkəçilər özlərindən sonra ölkədə qəbilə-tayfa və
feodal münasibətlərinin qalıqları ilə yüklənmiş köhnə ictimai struktur
qoyub getmişlər. Bütün bunlara baxmayaraq Bəhreyndə kapitalist
ictimai münasibətləri İran körfəzinin digər Ərəb ölkələrindən əvvəl
yaranmışdır. Qətər, BƏƏ, Küveyt ilə yanaşı, Bəhreyn də yerli
42
ixtisaslı kadrların az olması ilə əlaqədar mühacir işçi qüvvəsindən
istifadə etməyə məcburdur. Ölkədə işləyən əhalinin yarıdan çoxu (56
faiz) mühacirlərdir. Bəhreynin ümumdaxili məhsulunun (ÜDM)
dəyəri 2004-cü ildə 10,0 mlrd. ABŞ dolları həcmində olmuşdur.
Adambaşına düşən illik gəlir isə 18 min dollara yaxındır. ÜDM-nin
illik artımı təqribən 3 faizə bərabərdir. ÜDM-un 64 faizi xidmət, 34
faizi sənaye, 1 faizi isə kənd təsərrüfatının payına düşür.
Ölkənin əmək ehtiyatları təqribən 300 min nəfərdir. Bunların
təqribən 80 faizi xidmət, sənaye və ticarət sahələrində, 20 faizi
idarəçilik sistemində, 1 faizi isə kənd təsərrüfatında çalışır.
Sənayenin aparıcı sahələri. İran körfəzinin başqa ölkələri
kimi Bəhreyn də sosial-iqtisadi inkişafı və hətta əmirliyin siyasi
həyatı neft və təbii qaz hasilatı ilə bağlıdır. Dövlət büdcəsinə gələn
gəlirin təqribən yarısı neft və qaz sənayesi hesabınadır. Ölkədə
sənaye əhəmiyyətli neft çıxarılmasına 1932-ci ildən başlanılmışdır.
Artıq 1934-cü ilin dekabrında Bəhreyn nefti ilə yüklənmiş ilk tanker
İran körfəzindən çıxmışdır. İlk mərhələlərdə neftdən ölkəyə gələn
gəlir çox cüzi idi (hasil edilən 1 ton neftə cəmi 1,05 dollar verilirdi).
1979-cu ilə qədər neft yataqlarını Amerika şirkəti «Bəhreyn
petroleum kompani» (BARKO) istismar edirdi. Səudiyyə Ərəbistanının
«Arabiyen Amerikan oyl Kompanii» (ARAMKO) şirkəti də
Bəhreyn adasındakı məhəlli sulardan neft çıxarırdı. 1979-cu ildən
başlayaraq neft və qaz sənayesinə Bəhreyn Milli neft şirkəti
(BANOKO) tam nəzarət edir. Bəhreyndə neftin ehtiyatı az
olduğundan onun hasilatı ildən-ilə aşağı düşür. 2005-ci ildə cəmi 2
mln. ton neft çıxarılmışdır. Lakin neft emal edən müəssisələrin istehsal
gücü ildə 14-15 mln. tondur. Bu zavodlarda Səudiyyə
Ərəbistanından sualtı kəmərlə gətirilən neft emal edilir. Bəhreynin
neft emalı müəssisəsi Yaxın Şərqin bu qəbildən olan ən iri
müəssisələrindən biridir.
Hasilat sənayesində təbii qaz istehsalının əhəmiyyəti getdikcə
artır. Ölkədə ildə 4,0 mlrd. kub m3 qaz çıxarılır. Təbii qazdan butan
və propan kimi qiymətli məhsullar istehsal edən müəssisə (illik
istehsal gücü 280 min ton) tikilmişdir.
Alüminium istehsalı Bəhreynin sənaye sahələri arasında
əhəmiyyətinə görə ikinci yeri tutur. Bu sahənin inkişafı üçün yerli
yanacaqla (təbii qaz) işləyən istilik elektrik stansiyalarında alınan
ucuz elektrik enerjisi geniş imkanlar açır. Manama da yerləşən
43
alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir.
Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalı
üzrə ALVA şirkətinə məxsus yeganə zavodun genişləndirilməsi
həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460
min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4
mlrd. dollara başa gəlmişdir. ALVA dövlət şirkəti zavodun istehsal
gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini
Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və Bəhreynin
bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona
əhəmiyyətli maliyyə köməkliyi göstərən Səudiyyə Ərəbistanından
almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr ilə əlaqədar
bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır.
Bəhreyndə sənayenin nisbətən inkişaf etmiş digər sahəsi
gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin
iştirakı ilə Bəhreyndə gəmiqayırma tərsanəsi və gəmi təmiri
müəssisəsi tikilmişdir. Ölkədə fəaliyyət göstərən neft-kimya
kompleksi Səudiyyə Ərəbistanı və Küveyt kapitalının köməyi ilə
yaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen
istehsal edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir
neçə istilik elektrik stansiyaları vardır.
Bəhreyndə kustar sənətkarlığın tarixi qədimdir. Ölkədə
yaşayan əhali çoxdan bəridir ki, dənizdən mirvari çıxarmaq vərdişinə
yiyələnmişdir. Bəhreynin qara mirvarisi, yaxud yerlilərin «balıq
gözü» adlandırdıqları mirvari barədə əfsanələr vardır. Bu qiymətli
mirvarinin qədrini bilən ingilis müstəmləkəçiləri uzun illər ölkənin
bu sərvəti üzərində ağalıq etmişlər. Neft və təbii qaz ehtiyatlarının
kəşfinə qədər mirvari ovu və onun ixracatı ölkə əhalisinin əsas gəlir
mənbəyi olmuşdur. Təsərrüfatın bu sahəsi ötən əsrin 30-cu illərində
ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Sonradan yaponların dünya
bazarına süni mirvari çıxarması Bəhreyndə mirvari vətəgələrinin
azalmasına və bu sahənin tənəzzülünə səbəb olmuşdur. Lakin buna
baxmayaraq bəhreynlilər bu qədim peşələrini unutmamışlar.
Dənizdən yenə də mirvari, süngər çıxarılır, balıq ovlanır. Neft
sənayesinin inkişafı, həm də son illərdə regionda baş vermiş
müharibələrin ağır ekoloji nəticələri ilə əlaqədar İran körfəzinin
çirklənməsi balıqçılıq təsərrüfatına böyük ziyan vurmuşdur.
Bəhreyn hökuməti ölkənin əlverişli coğrafi mövqeyindən və
formalaşan siyasi-iqtisadi imkanlarından (inkişaf etmiş nəqliyyat
44
infrastrukturu, rabitə və b.) istifadə etməklə Yaxın və Orta Şərq
regionunda başlıca işgüzar və maliyyə mərkəzinə çevrilmək barədə
müəyyən tədbirlər həyata keçirir. Ölkədə beynəlxalq yarmarka üçün
iri sərgi kompleksi müvəffəqiyyətlə işləyir. 2005-ci ildə Bəhreynə 2,5
mln. nəfər xarici turist və işgüzar adamlar gəlmişdir. Onların
tələbatlarını ödəmək üçün mehmanxana, restoran və başqa xidmət
sahələri genişləndirilir.
Kənd təsərrüfatının apırıcı sahələri. Bu sahə zəif inkişaf
etdiyindən əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. O,
ümummilli məhsulun cəmi 1 faizini verir. Əkinçilik yalnız süni
suvarma şəraitində mövcuddur. Ölkə ərazisinin cəmi 4 faizi kənd
təsərrüfatı üçün yararlıdır. Bu sahənin isə 2/3 hissəsi xurma
plantasiyalarına ayrılmışdır. Kənd təsərrüfatına yararlı olan digər torpaq
sahələrində sitrus meyvələri, bostan-tərəvəz, az miqdar isə dənli
bitkilər (buğda, arpa, qarğıdalı) becərilir. Bağlarda ərik, armud,
gavalı, manqo, üzüm yetişdirilir. Ölkənin paytaxtının yerləşdiyi sahə
yaşıllığına görə, xüsusilə seçilir. Yollar və küçələr boyunca,
parklarda və həyətyanı sahələrdə xurma, qoz, püstə ağacları
əkilmişdir. Ölkədə hər il 40-45 min ton xurma yığılır.
Otlaq sahələri məhdud olduğundan heyvandarlıq da zəif inkişaf
etmişdir. Ölkədə qaramal, qoyun və keçi saxlanılır. İldə orta hesabla
4-5 min ton ət istehsal edilir.
Bəhreyndə kənd təsərrüfatı və əhalinin ərzaq təminatı problemləri
üzrə məşğul olan xüsusi komissiya işləyir. Komissiya kənd
təsərrüfatı istehsalının müxtəlif, o cümlədən suvarma məsələlərini
öyrənir. Komissiyanın fikrincə əgər «neft dollarları» bir tərəfdən
əhalinin həyat səviyyəsini artırmışsa, digər tərəfdən isə əvvəllər kənd
təsərrüfatı məqsədilə istifadə edilən torpaq sahələrində şəhərlərin və
iri müəssisələrin salınması və genişləndirilməsi, əkin sahələrinin
suvarılması üçün istifadə edilən suyun getdikcə daha çox sənaye və
məişət xidmət sahələrinə verilməsi, kənd təsərrüfatı məhsullarının
azalmasına səbəb olmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində əhalinin ərzaq
məhsullarına olan tələbatının 90 faizi idxal hesabına ödənilirdir. Ölkə
əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları üzrə aparılan
tədqiqatların nəticələrindən əldə olur ki, 2005-ci ildə ərzaq
məhsulları istehsalı 50 faiz artmış, faraş tərəvəzə olan tələbat 26 faiz,
süd və süd məhsullarına 30 faiz, yumurta və balığa olan tələbat 100
45
faiz ödənilmişdir.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Bəhreyndə
nəqliyyatın başlıca sahəsi gəmiçilikdir. Manamada beynəlxalq
miqyasda dəniz gəmiçiliyi ilə məşğul olan ondan artıq xarici şirkətin
şöbələri vardır. Beynəlxalq standartlara cavab verən liman Salman
şəhərindədir. Digərləri isə Manama və Sitra şəhərlərindədir. Sitra
limanından əsasən neft və qaz məhsulları ixrac edilir. Bütün
limanlarda yenidənqurma işləri aparılır. Belə ki, gəmilərin ərzaq və
su təhcizatı üçün anbarlar tikilir, tranzit gəmilər üçün körpülər
genişləndirilir, yükləmə-boşaltma mexanizmləri təkmilləşdirilir.
Bütün bunların İran körfəzi ölkələrinin iqtisadiyyatının sürətli
inkişafı sayəsində Bəhreyn limanlarının yük dövriyyəsi ildən-ilə artır.
Bəhreyndə dəmir yolu yoxdur. Avtomobil yollarının uzunluğu
3200 km-ə bərabərdir. Bunun 2430 km-i bərk örtüklü yollardır.
Ölkədə 3 təyyarə meydanı fəaliyyət göstərir. Beynəlxalq dərəcəli
təyyarə meydanı Mühərrək adasında yerləşir.
Bəhreyn həm xarici, həm də daxili rabitə vasitələri (İran körfəzində
ən güclü radiostansiya, yerin süni peykindən istifadə etməklə
teleks və telefon əlaqələri stansiyası) ilə yaxşı təchiz olunmuşdur.
Xarici ticarət. Bəhreyni adətən «İran körfəzinin ticarət evi»
adlandırırlar. Ticarət mərkəzi kimi o, çox-çox əvvəllərdən şöhrət
qazanmışdır. Məhdud təbii ehtiyatlara malik olan, lakin əlverişli
coğrafi mövqedə yerləşən kiçik ölkə üçün ticarət iqtisadiyyatın
həmişə mühüm tərkib hissəsi olmuşdur. Əsrlər boyunca bu kiçik
arxipelaq ticarət məntəqəsi kimi, burada yaşayan əhali isə tacir,
dənizçi və mirvari ovçusu kimi tanınmışdır. Mirvari ovu tənəzzülə
uğrasa da ticarət əvvəlki kimi ölkə iqtisadiyyatında böyük rolunu
saxlamaqda davam edir. İqtisadçıların fikrincə müasir dövrdə
Bəhreynin regional ticarət mərkəzi kimi «çiçəklənməsinin» başlıca
amili İran körfəzində ağır sənayenin inkişafı ilə də əlaqədardır. Məhz
elə bu amil Bəhreynin geri ixrac (reeksport) məhsulları mərkəzi kimi
rolunu gücləndirir.
Geri ixrac əməliyyatından ölkə xeyli miqdarda gəlir əldə edir.
Geri ixracatda parça, paltar, ev əşyaları, ərzaq məhsulları, oduncaq,
dəzgah, metal avadanlıqları, sement və s. məhsullar üstünlük təşkil
edir. Digər ölkələrdən alınan bu məhsullar Küveyt, Qətər, Səudiyyə
Ərəbistanı və İrana satılır. Bəhreyn idxal etdiyi məhsullarının 40
faizini ixrac edir.
46
Bəhreyn neft, neft məhsulları, alüminium, plastik kütlə və s.
ixrac edir. Başlıca olaraq sənaye və kənd təsərrüfatı avadanlıqları,
nəqliyyat vasitələri, ərzaq məhsulları, sənaye malları və tikinti
materialları idxal edilir. Ticarət etdiyi ölkələr Yaponiya, ABŞ, Böyük
Britaniya, Almaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Avstraliya
İttifaqı və başqalarıdır.
Maliyyə sistemi. 1975-ci ildən sonra Bəhreyn beynəlxalq bank
mərkəzinə çevrildi və 2000-ci ilədək ölkədə 80-dən artıq xarici bank
filialı açıldı. Ərəb ölkələrinin ticarət banklarının əksəriyyətinin
Bəhreyndə şöbələri fəaliyyət göstərir. Ölkənin milli gəlirinin təqribən
20 faizi müxtəlif maliyyə əməliyyatlarından əldə edilən gəlirin
payına düşür. İran körfəzində son illərdə baş vermiş böhranlarla
əlaqədar digər Ərəb əmirlikləri kimi Bəhreyn də müəyyən mənada
zərər çəkmişdir. Ölkənin maliyyə bank sisteminə və sənayesinə
xüsusilə böyük ziyan dəymişdir. Bu zərərin bir hissəsinin neftdən
gələn gəlirin hesabına ödənilməsinə baxmayaraq maliyyə vəsaitinin
çatışmaması ilə əlaqədar Bəhreyn ölkənin iqtisadi inkişafı üzrə
nəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsini müvəqqəti
dayandırmağa məcbur olmuşdur.
Ölkənin pul vahidi Bəhreyn dinarıdır. Təsbit edilmiş kursa
görə 0,38 dinar 1 ABŞ dollarına bərabərdir (2005). 1975-ci ildən etibarən
Bəhreyndə offşor bank əməliyyatlarının keçirilməsinə icazə
verilmişdir. Hazırda ölkədə onlarca offşor bank fəaliyyət göstərir.
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ*
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqeyi. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan
yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri
sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı
Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-
Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib.
Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin
uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru
ölkənin ərazisi 100-150 km məsafədə uzanır.
* Ərəbcə adı «əl-İmarat əl-Arabiyyə əl-Muttəhidə»dir.
47
Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi,
Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə
daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin
ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir*.
Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi),
ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
Əmirliklərin qonşu dövlətlərlə ərazi mübahisələri mövcuddur.
1974-cü ilin avqustunda ərazi və sərhəd məsələləri üzrə BƏƏ və
Səudiyyə Ərəbistanı arasında bağlanan müqaviləyə əsasən Abu-Dabi
əmirliyinin şimal-qərbində yerləşən ərazinin bir hissəsi Səudiyyə
Ərəbistanına verilmişdir. Eni 50 km-dən 80 km-ə qədər olan bu
«dəhliz» Səudiyyə Ərəbistanın daxili hissəsini İran körfəzi ilə
birləşdirir. Bu «dəhliz» hesabına Səudiyyə Ərəbistanın Qətər yarımadasının
şərqindən İran körfəzinə çıxış əldə edə bilmişdir. Lakin
«dəhliz»-in daxil olduğu məhəlli və şelf suları əvvəllər olduğu kimi
yenə də BƏƏ-nin tam tabeliyindədir.
1999-cu ildə Oman Sultanlığı ilə sərhədlərin dəqiqləşdirilməsi
barədə danışıqlara başlanılmışdır. İran körfəzində yerləşən Abu Musa
Böyük Tombe– Bozorq adalarının BƏƏ-nə və ya İrana məxsus olması
barədə mübahisələr davam etməkdədir, baxmayaraq ki, rəsmi
Tehran 2000-ci ildə əlveşli strateji mövqedə yerləşən bu adaların ona
məxsus olması barədə bəyanat vermişdir.
BƏƏ-nin coğrafi və geosiyasi mövqeyinin əlverişliliyi onun
Yaxın Şərq regionu neftinin daşındığı əsas yolların yaxınlığında, İran
və Oman körfəzləri sahilində yerləşməsi ilə müəyyən edilir. Xüsusilə
İran körfəzini Hind okeanı ilə birləşdirən ensiz Hörmüz boğazına
çıxışın iqtisadi və strateji əhəmiyyəti böyükdür. Ölkənin ən iri limanları
Abu-Dabi, Rəşid, Cəbəl-Əli, Şərca, Rəs-əl-Heymə, Füceyrə,
İran və Oman körfəzləri sahillərində yerləşir.
Səth quruluşu və faydalı qazıntıları. Əmirliklərin ərazisi İran
körfəzinin cənub sahili boyunca Qətər yarımadasından Müsəndam
yarımadasınadək 700 km məsafədə uzanır. Sahillərinin kəskin
parçalanması nəticəsində bir sıra qumlu dillər əmələ gəlmişdir. Təbiicoğrafi
xüsusiyyətlərinə görə ölkədə 4 təbii bölgə ayrılır: İran körfəzi
* Bəzi mənbələrdə ölkənin ərazisi 83,6 min kv. km, digərlərində isə 78
min kv. km göstərilir.
48
sahili; Materik yaylası; Oman körfəzi sahili; Dağlıq ərazi.
İran körfəzi sahili təbii bölgəsi ensiz, hamar düzənlikdir.
Düzənliyin dəniz səviyyəsindən orta hündürlüyü 30-50 metrdir. İran
körfəzi sahili bölgəsinin qərbindəki şoranlıqlar qumlu-çınqıllı
sahələrlə növbələşir. Bölgənin şərq hissəsi qərbinə nisbətən dərətəpəlidir.
Materik yaylası təbii bölgəsi İran körfəzi sahili təbii
bölgəsindən cənubda yerləşir. Yaylanın dəniz səviyyəsindən orta
hündürlüyü 100-150 metrdir. Əmirliklərin ərazisinin 2/3 hissəsini
əhatə edən materik yaylasının şimalını əd-Dəfra təbii sətti tutur.
Yayladakı şoranlıqlar daşlı və qumlu səhralarla əvəz olunur.
Səhralarda hərəkət edən qumlar Əmirliklərin əksəriyyəti üçün təbii
«bəla» sayılır. Şərqə və cənuba doğru qum təpələri daha geniş sahədə
yayılmışdır. Nisbətən məhsuldar torpaqları ilə fərqlənən əl-Batin
düzənliyinin cənubunda Səudiyyə Ərəbistanı, Oman və Yəmən
dövlətlərinin ərazisinə qədər uzanan qum təpələri qərbdə Rub-əl-Xali
səhrası ilə qovuşur. Yaylada vahələr çoxdur. Abu-Dabi əmirliyində
yerləşən əl-Ayn və Liva ölkənin ən böyük vahələridir. Təqribən 100
km məsafədə uzanan əl-Ayn vahəsini İran körfəzindən qumlu tirələr
ayırır. Əvvəllər bu sahəni keçmək üçün dəvələrdən istifadə edilirdi və
bu yol yorucu sayılırdı. İndi isə vahəyə sürətli avtomobil magistralı
çəkilmişdir.
Vahə yaxınlığında yerləşən yaşayış məskənləri dağlardakı
bulaq sularından istifadə edirlər. Vahənin indiki sakinlərinin əcdadları
orijinal yeraltı kanalllar sistemi tikmişlər. Daşla hörülmüş
kanallar su mənbələrindən vahəyə qədər 30 km uzanır. Su öz təbii
axarı ilə gəlir. Vahənin özündə kanalın dərinliyi 10-15 metrə çatır.
Əvvəllər yeraltı çənlərə yığılan suyu adi quyularda olduğu kimi
çıxarırdılar. İndi suyu nasoslar vasitəsilə səthə qaldırırlar. Vahənin
özü də yeraltı sularla zəngindir.
Abu-Dabi əmirliyinin paytaxtından təqribən 150 km cənub və
cənub-şərqdə yerləşən Liva vahəsi əslində zəncirvarı halda düzülmüş
30 kiçik vahələrdən ibarətdir. Bu vahələr səhranın qum təpəlikləri
arasında qövs şəklində təqribən 60-80 km məsafədə uzanır.
Vahələrdəki yeraltı sular səthə çox yaxın yerləşmişdir. Torpaqların
yüksək dərəcədə şoranlaşdığı bu vahələrdə Şərqi Ərəbistanın ən iri
ağacı sayılan xurma palmaları yaxşı böyüyür. Hündür gövdəsi və
lələkli çətiri olan palma səhralarda az-az görünən yaşıl vahələrə
49
xüsusi mənzərə verir.
Demək olmaz ki, BƏƏ-nin təbii mənzərəsi yekrəngdir,
cansıxıcıdır. İndi səhraya «hücumlar» edilir, burada yeni-yeni sənaye
müəssisələri, kənd təsərrüfatı fermaları, yaşayış qəsəbələri salınır.
Səhralarda uzanan neft buruqlarını, betondan tikilmiş boz rəngli
müəssisələri, tez-tez tünd yaşıl rəngə bürünmüş vahələr əvəz edir. Bu
vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və ətrafa gözəllik
verir.
Oman körfəzi sahili təbii bölgəsi (bu bəzən əş-Şemaliyə vadisi
də adlanır) şimalda və cənubda Əmirliklər ilə Oman arasındakı
sərhəd boyunca yerləşir. Şərqdə zəif parçalanmış sahil xətti, qərbdə
isə Oman dağ sistemindən ayrılan qollarla həmsərhəddir. ƏşŞemaliyə
vadisinin uzunluğu 75-80, eni isə 10-15 km-dir. Füceyrə
rayonunda vadinin eni 25 km-ə çatır.
Dağlıq təbii bölgəsi Oman körfəzi sahili boyunca uzanan dağ
sisteminin bir hissəsini əhatə edir. Bu bölgənin ən hündür yeri əlƏhdar
dağlarındadır (məsələn, Şam dağında hünd. 3353 m). ƏlƏhdar
dağları ilə Müsəndam yarımadasındakı bölgədə Qərbi Həcər
(hünd. 1643 m) və Ruus-əl-Cəbəl (hünd. 2194 m) dağları yerləşir.
Qərbi Həcər dağları Füceyrəni digər Əmirliklərdən ayırır. Dağ
dərələri və dağətəyi sahələrdə aşınma nəticəsində illər boyu yığılan
aşınma materialları məhsuldar torpaq örtüyünün yaranmasına səbəb
olmuşdur.
Birləşmiş Ərəb Əmirliklərində qiymətli faydalı qazıntılar –
neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin,
boksit, maqnezit, asbest və s. aşkar edilmişdir. Neft və təbii qaz
yataqları daha tez mənimsənilmiş, digərləri isə hələ də tədqiq
edilməkdədir. Məsələn, dağlıq bölgədə yerləşmiş Rəs-əl-Heymə
əmirliyinin faydalı qazıntılarla zəngin olması məlumdur.
Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik olan
neft və təbii qazdır. Əmirliklərin ərazisində və ona məxsus şelf
zonasında İran körfəzi neft-qaz hövzəsinə aid iki areal (Qətər-
Hörmüz və Murban) yerləşir. Qətər – Hörmüz arealında Umm –
Şeyf, Əl-İdd-Əş-Şarqi, Murban arealında isə Bu – Qəza, Abu Cidu,
Murban ən böyük neft-qaz yataqlarıdır. Murban, Bu – Qəza və Adu
Cidu yataqlarının hər birinin neft ehtiyatı təqribən 500 mln. tondur.
Ölkə üzrə neft ehtiyatı isə 12,95 mlrd. tondur. Bu göstəriciyə görə
Yaxın və Orta Şərq regionunda 5-ci yeri (Səudiyyə Ərəbistanı, İran,
50
İraq, Küveyt) tutur. Təbii qaz ehtiyatı isə 6,0 trln. kub metrdən
çoxdur (2005).
İqlimi və hidroqrafiyası. Əmirliklərin ərazisində iqlim
xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq zonası
ayrılır. İran körfəzi bölgəsinə aid edilən Qərb zonasında qış mövsümündə
(dekabr-fevral) gündəlik temperatur müsbət 20-35 dərəcəyə
çatan mülayim isti, yayda isə (iyul-avqust) temperatur tərəddüdü 38-
50 dərəcə olan çox isti hava hakim olur. Bu zonada çox nadir
hallarda temperatur müsbət 5-10 dərəcəyədək aşağı düşür. Qərb
zonasında həm qışda, həm də yayda gecə və gündüz temperatur
tərəddüdü nisbətən kəskin olur. Yayda gecə temperatur 20, qışda isə
15 dərəcəyədək aşağı düşür. Sahildə rütubət yüksək olduğundan (85
– 95 faiz) nəfəs almaq belə çətinləşir.
Oman körfəzi bölgəsinə aid edilən Şərq zonası tropik qurşaqda
yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olur.
Ona görə də bu zona quraqlığı və yayda tozlu hava axınının
üstünlüyü ilə seçilir. Şərq zonasında iqlimin formalaşmasına Oman
körfəzi ilə birlikdə Ərəbistan dənizindən gələn yay və qış mussonları
da böyük təsir göstərir. Qış mussonlarının təsiri ilə Oman körfəzinin
sahil bölgələrində temperatur 20, dağlıq rayonlarında isə 10
dərəcəyədək aşağı düşür. Əl-Batin ovalığı, Qərbi Həcər və Ruus-əl-
Cəbəl dağlarının ətəkləri yay mussonlarının təsirinə məruz
qaldığından iyul ayında sahildə və dağ dərələrində temperatur 25-26
dərəcə təşkil edir. ölkənin qərbinə il ərzində 100 mm (daxili
səhralarda 70-80 mm) yağıntı düşür. Burada yerləşmiş Rəss-əl-
Heymə ən çox yağıntı alan əmirlikdir (200-300 mm). Ölkənin
şərqində yağıntıların miqdarı Qərbə nisbətən çoxdur (il ərzində 200-
250 mm).
Birləşmiş Ərəb Əmirliklərində çay, göl və digər yerüstü su
mənbələri yoxdur. Yeraltı sular yeganə həyat mənbəyidir. Hələ
qədim zamanlarda burada yaşayan tayfalar quyu qazıb yeraltı
sulardan istifadə vərdişlərinə yiyələnmişlər. Quyular ətrafında
vahələr yaranmışdır. Bunlardan ən böyükləri Liva və Büreym
vahələridir. Vahələrdə yaşayış məntəqələri salınmış, sonralar bu
məntəqələr böyüyərək şəhərlərə çevrilmişdir. Abu-Dabi, Dubay,
Şərca vahələrdə yaranan şəhərlərdir.
Qətərdə olduğu kimi yeraltı sular ölkənin bəzi yerlərində o
qədər çoxdur ki, qumlar və daşlar arasında bataqlaşmış sahələr əmələ
51
gətirmişlər. Ölkədə yeraltı suların olmasına baxmayaraq su problemi
çox kəskindir. Suya olan tələbatı ödəmək üçün dəniz suyunu
təmizləyən qurğular tikilir.
Torpaq və bitki örtüyü. BƏƏ səhraları daşlı-çınqıllı, daşlı-qumlu
səth örtüyünə malikdir. Sahildə bataqlaşmış və lilli sahələr, şoranlıqlar
(səbhlər) üstünlük təşkil edir. Dağ dərələrində, Əş-Şemaliyə vadisində
məhsuldar dağ-qırmızı torpaqlar, Rəss-əl-Heymə əmirliyi və əl-Büreym
rayonunda qırmızı-qonur torpaqlar yayılmışdır.
BƏƏ quru səhra və yarımsəha, çılpaq qayalı dağlar, vahələr və
nisbətən məhsuldar dağ vadiləri olan ölkədir. Ərazisində təbii meşə
massivi yoxdur. Bəzi yerlər kol bitkilərindən də məhrumdur. İran və
nisbətən Oman körfəzi sahillərində kserofit səhra çöl bitki örtüyü,
sahildən materikin daxilinə doğru uzaqlaşdıqca səhranın yarımkol
bitkiləri, dağların ətəkləri və vadilərdə subtropik bitkilər yayılmışdır.
Vahələr və vadilərdə xurma və meyvə ağacları bitir. Ölkənin İran
körfəzi sahillərindən 10 km-lə aralı yerləşən əraziləri şoranlaşmış
qumlarla örtülmüşdür. Yeraltı sular səthə çox yaxın yerləşdiyindən
tezliklə buxarlanan nadir yağışlardan sonra, günəşin qızmar şüaları
altında geniş sahələr qar kimi ağ duz ilə örtülür.
Yerli torpaq örtüyü ilə tanış olan xarici mütəxəssislər, əkin və
biçin üçün bu torpaqların yararsız olduğunu sübut etməyə çalışırdılar.
Lakin ölkənin hakim dairələri inanırlar ki, əmirliklərin gələcək nəsli
bağ-bağçaya bürünmüş bir ölkədə yaşayacaqlar. Artıq indinin özündə
BƏƏ-də 80 mln.dan artıq ağac əkilmişdir. BƏƏ ilə oxşar iqlimə
malik olan Avstraliya, Cənubi Amerika və Cənub Şərqi Asiya
bölgələrindən gətirilən bitkilərin yetişdirilməsi üçün ölkədə bir neçə
meşə təsərrüfatı sahələri yaradılmışdır. BƏƏ-də təbiətə qayğı ilə
yanaşırlar. Onu qorumaq məqsədilə Əmirliklərdə qoruq və
yasaqlıqlar yaradılmışdır.
Əmirliklərin heyvanat aləmi həddən artıq kasıbdır. Burada
ceyran, dovşan, sürünənlərdən isə kərtənkələ və ilanların müxtəlif
növləri yayılmışdır. İran körfəzin sahilində quşlar çoxdur. Oman
körfəzi müxtəlif növ balıqla zəngindir.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır.
52
Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa
tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin
yüksək mədəniyyətə malik olduqlarını sübut edir.
XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən
ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin
sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır.
1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi
donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan
sahillərində Portuqaliya ağalığını bərqərar etdi. Lakin Osmanlı
imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI
əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan
İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və
Niderland meydana çıxır.
İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla
istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və
1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq
məntəqəsi olan Hörmüzü tuta bilmişdir. İngiltərə və Portuqaliya
arasında gedən rəqabət 100 ildən artıq davam etmiş və İngiltərənin
qələbəsi ilə bitmişdir. Bu dövrdə İngiltərə İran körfəzində Niderlandı
da sıxışdırıb aradan çıxara bilmişdir.
XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Osmanlı
imperiyasının zəifləməsi ilə əlaqədar İngiltərənin İran körfəzi
bölgəsini zəbt etmək cəhdləri daha da güclənir. Yerli tayfalar
İngiltərəyə kəskin müqavimət göstərirdilər. Regionun dənizçi və
təcrübəli döyüşçülər olan sakinləri dəniz ticarəti üzərindəki
mübarizəsiz heç kəsə vermək fikrində olmadığından daima ingilis
gəmilərinə hücum edirdilər. Beləliklə, İngiltərə «dəniz quldurlarına»
qarşı mübarizə etmək bəhanəsi ilə əslində müstəmləkəçiliyə qarşı
çıxan yerli əhalinin müqavimətini qıra bilmiş və İran körfəzi
bölgəsinin ticarət yolları üzərində nəzarəti öz əlinə ala bilmişdir.
XVIII-XIX əsrlərdə Avropa müstəmləkəçiləri İran körfəzi bölgəsində
ərəb tayfalarının ciddi müqaviməti ilə qarşılaşdıqlarından buranı
«Quldur sahili» adlandırmışlar. 1853-cü ildə İngiltərə hökuməti bu
xoşagəlməz adı «Müqaviləli sahil» adı ilə əvəz etmişdir. Bir qədər
sonra isə onu «Müqaviləli Oman» adlandırmışlar.
İran körfəzi perspektivli neftli bölgələrinə nəzarət uğrunda
mübarizənin kəskinləşdiyi ötən əsrin 30-cu illərində, London
protektorata daha çox fikir verməyə başlayır.
53
İkinci dünya müharibəsi zamanı əmirliklərin bir sıra hərbi
obyektlərində ingilis nizamlı silahlı qüvvələrinin yerləşdirilməsi, həm
də ABŞ qoşunlarının Bəhreynə çıxarılması həyata keçirilir.
1968-ci ilin 18 fevralında Abu-Dabi hakimi Şeyx Zahid ilə
Dubay hakimi şeyx Rəşidin görüşü, Birləşmiş Ərəb Əmirlikləri
dövlətinin yaradılmasında ilk addım oldu. İki əmirliyin federasiyasının
yaradılması barədə razılığa gələn şeyxlər regionun gələcək
tarixinin müdafiəsi işində birgə fəaliyyətin işlənib hazırlanması üçün
Müqaviləli Omanın digər əmirliklərinin və həmçinin Bəhreyn və
Qətərin də bu işə cəlb edilməsini məsləhət bildilər.
Abu-Dabi və Dubay hakimlərinin görüşündən bir həftə sonra
Müqaviləli Omanın 7 əmirliyinin, Qətər və Bəhreyn hakimlərinin
müşavirəsi keçirildi. iştirakçılar Ərəb Ölkələri Federasiyasının (ƏÖF)
yaradılması barədə müqavilə imzaladılar. İran körfəzinin
mühafizəkar üsul-idarəsi tərəfindən ƏÖF-in yaradılması müsbət
qiymətləndirilirdi. Federasiyanın monarxiya xarakteri daşıması isə
bir sıra ictimai təşkilatların etirazına səbəb oldu.
1971-ci ildə Bəhreyn və Qətər özlərini müstəqil dövlət elan
etdilər. 1971-ci ilin dekabr ayının 2-də 7 əmirliyin hakimlərinin
Dubayda keçirilən qapalı müşavirəsində Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ) yeni federativ dövlətin yaranması elan olundu. Əslində yeni
dövlət 6 əmirlikdən ibarət idi. Çünki, Rəs-əl-Heymə əmirliyi
federasiyanın tərkibinə 1972-ci ilin fevralın 10-da daxil oldu.
Əmirliklərə siyasi müstəqillik verən Böyük Britaniya BƏƏ-də
güclü mövqeyini saxlamışdır. İngilislər hüquq sistemində, dövlət
aparatı və orduda müşavir və mütəxəssis kimi qalmışlar. Böyük
Britaniya əvvəllər olduğu kimi Şərca əmirliyində yerləşən hərbi
bazalardan istifadə edir, dövlətinin silahlı qüvvəllərinə hərbi texnika,
silah göndərən başlıca ölkədir. İngilis şirkətləri ilə BƏƏ arasında
iqtisadi əlaqələr getdikcə daha da artır. Federasiyanın idxalatının,
infrastruktur sahələrinin yaradılması üzrə sifarişlərin böyük hissəsi
Böyük Britaniya tərəfindən təmin olunur.
Dövlət quruluşu. Birləşmiş Ərəb Əmirlikləri mütləqiyyət
formalı federasiya şəklində idarə olunan dövlətdir. 1971-ci ildən
müvəqqəti konstitusiya fəaliyyət göstərir.
Dövlətin başçısı Ali Federal Şura tərəfindən 5 il müddətinə seçilən
prezidentdir. Prezidentin bir neçə dəfə seçilməsinə məhdudiyyət
qoyulmur. 1971-ci ildən 2004-cü ilin sonlarına qədər ölkənin prezidenti
54
Şeyx Zahid ben Sultan ən-Nəhayyan olmuşdur. Hazırda bu vəzifəni
onun böyük oğlu Şeyx Xəlifə Bin Zaid al Nəhayyan tutur.
Ali Federal Şura 7 əmirlik rəhbərlərindən ibarətdir. Şura
dövlətin siyasətini müəyyənləşdirir, federal qanunvericiliyi təsdiq
edir, toplantısı ildə 4 dəfə keçirilir. Abu-Dabi və Dubay rəhbərləri
veto hüququna malikdirlər.
Qanunverici hakimiyyət birpalatalı Milli Federal Şuraya
məxsusdur. Şuranın üzvləri (40 nəfər) əmirlik rəhbərləri tərəfindən 2
il müddətinə təyin edilir. Milli Federal Şura bütün federal siyasətin
işlənib hazırlanmasına, prezidentə təqdim edilməsinə qədər
qərarların, beynəlxalq razılaşma və müqavilələrin təsdiq edilməsinə,
Baş nazirin, prezidentin, Ali məhkəmə üzvlərinin təyin edilməsinin
və onların hər birinin istefasının razılaşmasına məsuliyyət daşıyır.
Prezident Milli Federal Şuranın hər hansı qərarına veto qoymaq
hüququna malikdir. Prezident Milli Federal Şuranın sesiyasını
açır, ona sədrlik edir və onu bağlayır. O, Milli Federal Şura
tərəfindən bəyənilmiş qanunları, fərman və qərarları təsdiq edir, Baş
naziri, onun müavinlərini, Nazirlər şurasının üzvlərini təyin edir və
nazirlərin istefasını qəbul edir və s.
Ayrı-ayrı əmirliklərin hökumətlərində əsas vəzifələri hakim
sülalənin nümayəndələri tutur. Abu-Dabidə bu ailə Nəhayyanlar, Dubayda
Maktumlar, Şərcada və Rəs-əl-Heymədə Qasimilər, əl-
Füceyrədə Şərqilər, Umm-əl-Qayveyndə Maallalar, Əcmanda
Naimilərdir.
İcraedici hakimiyyət Nazirlər şurasına məxsusdur. Baş nazir
Şeyx Rəşid ben Səid əl-Maktumdur (Dubayın əmiri). Müvəqqəti
konstitusiyaya əsasən BƏƏ-nin mərkəzi orqanlarına nümayəndələr
əmirliklərin əhalisinin sayına və iqtisadi potensialına görə müəyyən
edilir. Ölkədə siyasi partiyaların və təşkilatların fəaliyyəti qadağan
olunmuşdur. Dövlətin ictimai həyatında İslam qanunlarının təsiri
güclüdür.
İran körfəzinin 7 əmirliyinin federasiyası olan BƏƏ çoxəsrlik
gerilikdən ən müasir və güclü iqtisadiyyatı olan ölkəyə olduqca qısa
müddətdə çevrilmişdir. Belə inkişafa, əsasən ölkə rəhbərliyinin
xidməti sayəsində nail olunmuşdur. Məhz prezidentin göstərişi ilə
neft sənayesindən qənaətlə və düzgün istifadə edilməsi ölkənin
sosial-iqtisadi inkişafına səbəb olmuşdur. Ölkəyə 33 il rəhbərlik etmiş
Şeyx Zahid ben Sultan ən-Nəhayyanı ölkədə əldə edilən
55
nailiyyətlərin «baş memarı» adlandırırlar.
Əmirliklər özünə məxsus xarici siyasət yeritməyə can atsalar
da, bu siyasət haradasa Səudiyyə Ərəbistanı Məlikliyi, İran İslam
Respublikası və OPEK-in siyasəti ilə uzlaşır. Beynəlxalq miqyasda
onlar rəsmi Vaşinqton və Londonun siyasəti ilə həmahəng olmağa
çalışırlar.
Azərbaycan Respublikası ilə münasibətlər. BƏƏ İran
körfəzi sahil dövlətlərinin əməkdaşlıq şurasının digər ölkələri ilə
birlikdə respublikamızın dövlət müstəqilliyini rəsmi olaraq ilk tanıyan
dövlətlərdən biridir. Respublikamız ilə BƏƏ arasında əlaqələr
tədricən inkişaf etməkdədir. 1991-ci ildə Abu-Dabidə Azərbaycan
mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi.
BƏƏ-nin televiziya qrupu respublikamıza gəlmiş, Azərbaycan barədə
film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə
dəfə nümaiş etdirmişdir. Bununla yanaşı BƏƏ-nin prezident sarayında
və Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən
hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri
cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir.
Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi
dünya ölkələrinə çatdırmaq məqsədilə respublikamıza ərəb, o
cümlədən BƏƏ müxbirləri tez-tez gəlirlər. BƏƏ-nin Qırmızı Aypara
Cəmiyyəti respublikamızda erməni faşistlərinin törətdikləri
cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş meydanlarında
yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar
göndərir. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın
uzunmüddətli proqramı hazırlanmışdır.
BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm
formalarından biri də xarici ticarətdir. Respublikamızın Asiya
ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi
BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və
neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı,
yüngül və yeyinti sənaye məhsulları gətirilir. Respublikamızdan
BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi
və metallurgiya məhsulları ixrac edilir.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
BƏƏ-də əhalinin ilk siyahıya alınması 1968-ci ilin mart-aprel
aylarında aparılmış (o vaxt ölkə Müqaviləli Oman adlanırdı) və 180
56
min nəfər sakin qeydə alınmışdı. «Neft hay-küyü»ilə əlaqədar
əhalinin sayı təbi artım, xüsusilə xarici mühacirlərin qonşu Ərəb
ölkələri, Hindistan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına
sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4,0 mln.
nəfərə çatmışdır. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin
əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır.
Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin
sayı 6,0 mln. nəfərə qədər arta bilər.
Yerli sakinlər arasında orta illik artım sürəti digər Ərəb
ölkələrində olduğu kimi, 3-3,5 faiz təşkil edir. 1968-1992-ci illər
ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur.
Yerli əhali arasında təbii artımın yüksəldilməsi üçün dövlət
tərəfindən müxtəlif tədbirlər görülür. Məsələn, dövlət hər doğulan
uşaq üçün ailəyə xeyli miqdarda pul verir. Bu tədbirlərə baxmayaraq
son illər ölkənin iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar buraya
gələn immiqrantların sayı artmış və nəticədə BƏƏ-inn ümumi
əhalisinin sayında yerli sakinlərin miqdarı 1968-ci ildə 40 faizdən,
1975-ci ildə 36 faizə, 2005-ci ildə isə 20 faizə enmişdir. Təsadüfi
deyil ki, son illər BƏƏ hökuməti immiqarsiyanın məhdudlaşdırılması
üzrə bir sıra tədbirlər həyata keçirir, ölkəyə gizli yolla gələnlər ilə
mübarizəni gücləndirir. Ölkədə hər min nəfərə anadan olanların sayı
17,5, ölənlərin sayı isə 4,0 nəfərdir. Ölkə üçün orta ömür müddəti
kişilər üçün 72, qadınlar üçün isə 77 yaşdır.
Birləşmiş Ərəb Əmirliklərində əhalinin ərazi üzrə orta sıxlığı
1968-ci ildə 1 kv. km-də 1,1; 1975-ci ildə 7,7 nəfər olduğu halda;
1992-ci ildə bu göstərici 35,4; 2005-ci ildə isə 40,0 nəfərə çatmışdır.
Ölkədə əhali olduqca qeyri-bərabər yerləşir. Federasiyanın tərkibinə
daxil olan 2 böyük əmirlikdə, Abu-Dabi və Dubayda ölkə əhalisinin
təqribən 3/4, qalan bölgələrdə isə cəmi 1/4 cəmləşmişdir.
Əhalinin qeyri-bərabər yerləşməsinin birinci səbəbi
federasiyanın tərkibinə daxil olan əmirliklərin iqtisadi inkişaf
imkanlarının müxtəlfiliyi və bununla əlaqədar immiqrant işçi
qüvvəsinə tələbatın olmasıdır. İkinci səbəb urbanizasiya prosesinin
olduqca sürətlə getməsidir. Məsələn, 1968-ci ildə əhalinin ilk
siyahıyaalınmada şəhərlərdə yaşayanlar ölkə əhalisinin 67,2 faizini,
1975-ci ildə (ikinci siyahıyaalınmada) 84 faizini təşkil edirdisə,
2005-ci ilin əvvəllərində bu rəqəm 90 faizi keçmişdir. Üçüncü səbəb
ölkədəki yaşayış məntəqələrinin əksəriyyətinin daha əlverişli olan
57
körfəz sahili ərazilərdə, vahələrdə, vadilərdə və s. yerləşməsi ilə
əlaqədardır.
BƏƏ-nin əhalisi müxtəlif irqi-etnik qruplardan formalaşmışdır.
«Neft hay-küyünə» qədər digər ölkələrdən, ilk növbədə İrandan və
Şərqi Afrikadan gələnlərin qarışığından formalaşan İran körfəzi
sahilinin əhalisi Ərəbistanın daxili rayonlarında yaşayan köçərilərdən
xeyli fərqlənirdilər. Sahil ərazidə yaşayan əhalinin görkəmində və
bədənlərinin rəngində neqroid, şəhərlərə köçən bədəvilərdə isə
avropoid irqinə yaxınlıq hiss olunur.
«Neft hay-küyü» dövründə BƏƏ əhalisinin milli tərkibi
mürəkkəbləşdiyindən əmirliklər çoxmillətli ölkəyə çevrilmişdir.
Əhalinin milli tərkibində ərəblərin üstünlük təşkil etməsinə
baxmayaraq, yerli ərəblər cəmi 400 min nəfərdir. Qalanlar isə müvəqqəti,
yaxud daimi yaşayan mühacirlərdir. Bunlara dövlət
aparatında, pedaqoji fəaliyyətdə, kənd təsərrüfatında, sənayedə,
mətbuatda çalışan misirlilər, Fələstin ərəbləri, iraqlılar, suriyalılar,
yəmənlilər aid edilir.
Hindlilər və pakistanlılar ticarətdə özlərinin mövqeylərini
möhkəmləndirmiş və hətta Əmirliklərdə bir sıra müəssisələr
tikmişlər. Mehmanxana və restoranlarda bir qayda olaraq
filippinlilər, yol işlərində əfqanlar və pakistanlılar çalışır. Orduda
ürdünlilər, omanlılar, mərakeşlilər və bəluclar xidmət edir.
Avropalıların əksəriyyəti ingilislərdir. Ölkədə iranlıların sayı çoxdur.
Təkcə Dubay və Şərca əmirliklərində onların sayı 50-60 min nəfərə
çatmışdır. Mühacirlər arasında yalnız ərəblərin BƏƏ vətəndaşlığı
hüququ almağa ixtiyarı var. Ölkə əhalisinin milli tərkibi barədə dəqiq
məlumatlar yoxdur.
Ölkənin rəsmi dövlət dili ərəb dilidir. Fars və urdu dilləri də
geniş yayılmışdır. BƏƏ-nin əhalisinin 95 faizi İslam dininə etiqad
edir. Yerli ərəblər arasında sünnilər (80-85 faiz) geniş yayılmışdır,
Əmirliklərdə yaşayanların 75 faizi savadlıdır. Orta təhsil məcburidir.
Ölkədə 4 universitet və bir neçə texnoloji kollec fəaliyyət göstərir.
BƏƏ-də məşğuliyyət probleminin xüsusiyyətləri Şərqi
Ərəbistanın digər əmirlikləri üçün səciyyəvi olan əlamətləri
xatırladır. İqtisadi cəhətdən fəal əhalinin 80 faizdən çoxu
immiqrantların payına düşür. İşləyənlər arasında qadınların xüsusi
çəkisi 3-4 faizdir. İqtisadi cəhətdən fəal əhalinin 85 faizdən artığı,
daha yüksək inkişaf etmiş 3 əmirlikdə Abu-Dabi, Dubay və Şərcada
58
cəmləşmişdir.
Bizim günlərdə planetimizdə baş verən hər hansı bir hadisə
çətin ki, insanı heyrətləndirsin. Hətta bu yaxın vaxtlara qədər xəyal
sayılan Venereya (Zöhrə) və yaxud Marsa uçuş belə, indi heç kəsdə
təəcub doğurmur. Lakin Ərəbistan səhrasında qısa, cəmi 30-35 il
müddətində ən yeni xəritə və atlaslara belə düşməyən müasir
şəhərlərin salınması, onların istirahət guşələri, təmizliyi bura
gələnlərin hamısını təəcübləndirir. Həqiqətən möcüzədir. Möcüzənin
sirri isə neftdir, «qara qızıl»dır.
Ölkənin paytaxtı Abu-Dabinin işgüzar Dubay, yaxud turizm
mərkəzinə çevrilən Şərca ilə qarışıq salmaq olmaz. Bu şəhərlərin
oxşar cəhətləri yalnız onların küçələrinin enli olması, avtomobillərin
çoxluğu və təmiziliyidir.
Şəhərlərdəki dükanlar (supermarketlər) sanki beynəlxalq ərzaq
və istehlak mallarının sərgisini xatırladır. Yeri gəlmişkən deyək ki,
dükanların piştaxtalarında digər ət məhsulları ilə yanaşı, İslam
aləmində qadağan edilən donuz əti də səliqə ilə düzülür. Ölkədə
spirtli içkilərin qadağan edilməsinə baxmayaraq Səudiyyə Ərəbistanı,
Liviya və Küveytdə ən fərqli olaraq BƏƏ-nin mehmanxanalarında
onu baha qiymətə almaq olar. Məscidlər, yamyaşıl parklar, müasir
avtomobilqayırma sənayesinin nailiyyətlərini nümaiş etdirən ən yeni
avtomobillərin enli küçələrdə hərəkəti, şəhərlərə xüsusi yaraşıq verir.
Binaların və ofislərin ətrafındakı ərazilərin abadlaşdırılması üzrə
bütün işləri, o cümlədən ümummilli proqram kimi qəbul edilmiş
yaşıllaşdırmaya sərf olunan vəsaiti dövlət öz üzərinə götürmüşdür. Əl-
Ayn şəhəri ətrafında kənd təsərürfatı təcrübə stansiyasında hər il 1,3
mln. ədəd dekorativ və meyvə ağaclarının tingləri yetişdirilir.
Yetişdirilmiş ağac tingləri şəhərlərin, eləcə də əmirliklərin
paytaxtlarını birləşdirən magistral yolların hər iki tərəfinin 200 metr
enində yaşıllaşdırılması, həm də kənd təsərrüfatında meyvəçiliyin
inkişaf etdirilməsi məqsədilə əhaliyə pulsuz paylanır.
Ölkənin təhsil sistemində əl-Ayn şəhərində (Büreym vahəsi)
1977-ci ildə tikilib istifadəyə verilmiş universitet mühüm rol oynayır.
Ölkənin digər ali məktəblərindən fərqli olaraq əl-Ayn universitetində
qadınlar üçün xüsusi bölmə fəaliyyət göstərir. Bu bölmədə də bütün
fakültələr təmsil olunmuşdur. Mühazirələri eyni professor-müəllim
heyəti aparır, qızlar onlar üçün ayrılmış xüsusi günlərdə eyni
laboratoriyalardan və kitabxanalardan istifadə edirlər. Onlar idman
59
klublarına getmir. Bunun əvəzində isə qadına ailə həyatında lazım ola
biləcək peşələrə yiyələnirlər. Universitetdə, demək olar ki, körfəzin
bütün ölkələrindən gələn qızlar oxuyur.
Abu-Dabi Əmirliyinin və eləcə də ölkənin ən iri şəhəri onun
paytaxtı Abu-Dabidir (əhalisi 750 min nəfər). Şəhərin köhnə qala
tikililərinin qalıqlarından Abu-Dabinin 1793-cü ildə salındığı güman
edilir. Abu-Dabi əmirliyinin sahil adalarının birində yerləşən bu
şəhər yaxın vaxtlara qədər, yəni 50 il əvvəl o qədər də abad olmayan
tipik Şərq yaşayış məntəqələrindən biir idi. «Neft dövründən» sonra
Abu-Dabinin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmış,
şəhər 500 metrlik körpü ilə materikə birləşdirilmiş və sürətlə yenidən
tikilməyə başlamışdır.
Şəhərin tikintisində Qərbin ən yaxşı layihə və tikinti şirkətləri
iştirak edib. Ötən əsrin 80-ci illərinin əvvəllərində tikinti işlərinə yerli
şirkətlər də qoşulmuşlar. Şəhərin mərkəz və sahil hissələrində yerli
və federal hökumət idarələri tərəfindən tutulan çoxmərtəbəli müasir
binalar ucaldılmışdır. Burada bankların, sığorta şirkətlərinin binaları,
əmirin və onun sülaləsinin sarayları yerləşir. Ticarət mərkəzi,
mehmanxana, klub və kinoteatırların binaları da buradadır.
Şəhərdə xəstəxana, ali məktəblər, üzgüçülük hovuzu və bir sıra
başqa idman və istirahət obyektləri tikilmişdir. Şəhər, demək olar ki,
avropalaşdırılmışdır. Əmirliyin hakim dairələri məscidlərin tikintisinə
xüsusi fikir verirlər. Məscidlər radiolaşdırılmış və
elektrikləşdirilmişdir. BƏƏ-nin başqa şəhərlərində olduğu kimi Abu-
Dabidə də yaşıllaşdırma işləri geniş miqyasda aparılır. Şəhərin yaxşı
təchiz edilmiş dəniz limanı və beynəlxalq aeroportu vardır. Paytaxt
demək olar ki, BƏƏ-nin bütün yaşayış məntəqələri ilə birləşdirilmişdir.
Abu-Dabi nəinki ölkənin, həm də İran körfəzi bölgəsinin iqtisadi,
siyasi və mədəni həyatında mühüm rol oynayır.
Əmirliyin daxili ərazilərində əsaslı dəyişikliklər edilir. Onların
arasında Əl - Büreym vahəsi, xüsusilə Abu-Dabidən 160 km cənubda
yerləşən əl – Ayn şəhəri sürətlə inkişaf etdirilir. Şəhərdə İES, sement
zavodu, evtikmə kombinatı və s. fəaliyyət göstərir. Əl – Ayn Abu-
Dabidən sonra əmirliyin ikinci işgüzar mərkəzinə çevrilmişdir. İran
körfəzi sahilində yerləşən şəhərin 20 – 25 mərtəbəli binaları ən
müasir Qərb memarlıq üslubunda tikilmişdir.
60
4. İqtisadiyyatı
Neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər
geridə qalan Şərca, Müqaviləli Omanın iqtisadiyyatında başlıca yer
tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz
məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit
daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı
illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur.
Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət
məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və CənubŞərqi
Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş
və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün
ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq
Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq
içərisində yaşayırdı.
Abu-Dabidə, Dubayda və Şərcada neft yataqlarının kəşfi bu
əmirliklərdə iqtisadi vəziyyətin əsaslı surətdə dəyişməsinə, sosial və
demoqrafik irəliləmələrə səbəb olmuşdur. Açıq bazar iqtisadiyyatı
yolu ilə irəliləyən BƏƏ ötən əsrin 70-ci illərindən başlayaraq
regionda zəif inkişaf etmiş dövlətdən yüksək həyat səviyyəsinə və
texnologiyalara malik bir dövlətə çevrilmişdir.
Abu-Dabi əmirliyi neft-qaz çıxarılması və emalı, Dubay ticarət
kommersiya və nəqliyyat qovşağı, Şərca yüngül sənaye və
kommunikasiya mərkəzi kimi, ölkə bütölükdə xarici turizm mərkəzi
kimi ixtisaslaşır. 2004-cü ildə ölkənin Ümumdaxili məhsulunun
(ÜDM) dəyəri 54,0 mlrd. ABŞ dollarını keçmişdir. ÜDM-da
adambaşına orta göstəricisi 1995-ci ildəki 9985 dollardan 2005-ci
ildə 23 min dollara qədər artmışdır. Bu göstəricəyə qədər BƏƏ
regionda birinci yeri tutur.
İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə
Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf
səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli
olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri
cəmi 8-10 ilə keçmişdir. Ölkənin belə «sıçrayışında» yerli hakimlərin
ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək
lazımdır.
Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək
dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində
61
əmirliklər qısa tarixi müddətdə «neft hay-küyünün» bəhrəsindən
məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı
sürətdə dəyişdirə bilmişlər. Ölkə, tikintisi böyük vəsait tələb edən iri
infrastruktur sahələrini və sənaye müəssisələrinin çoxunu «neft hayküyü
» dövründə yarada bilmişdir. 1970-ci illərin «neft dollarları
yağışı» dövründə neft çıxaran digər ölkələrdən fərqli olaraq
əmirliklərdə lazımsız, lakin «nüfuzlu» obyektlərin, yəni «neft
erasının piramidası» kimi obyektlərin tikintisinə vəsait
ayrılmamışdır. Burada başlıca olaraq «XXI əsrə sıçrayış» üçün start
meydançasına çevrilə bilən əsası və uzunmüddətli müəssisələrin
tikintisinə kapital qoyulmuşdur.
Neft-qaz və onunla əlaqədar olan neft-kimya sənaye
sahələrinin inkişafına əsaslanan BƏƏ qısa müddətdə ölkə
iqtisadiyyatının təməlini qomuşdur. Ən müasir texnika və avadanlıqla
təchiz olunmuş neftemalı və neft-kimya müəssisələri, aliminium,
sement zavodları, təbii şəkildə və neftlə yanaşı çıxarılan qazların
mayeləşdirilməsi üzrə müəssisələr, su təmizləyici qurğular, elektrik
stansiyaları, polad əridən zavodlar, mineral gübrə, yuyucu maddələr
və s. istehsal edən müəssisələr tikilmiş və istifadəyə verilmişdir.
Yüngül və yeyinti sənaye sahələri də sürətlə inkişaf edir. Sənaye
sahələrinin inkişafı ilə yanaşı, səhrada kənd təsərrüfatı plantasiyaları,
heyvandarlıq fermaları yaradılmış, geniş avtomobil magistralları
salınmış, dəniz və hava limanları tikilmişdir.
BƏƏ-nin milli iqtisadiyyatının özünəməxsus səciyyəvi
xüsusiyyəti vardır. Bu xüsusiyyət inkişaf etməkdə olan, xüsusilə neft
və digər xammal ixrac edən ölkələr üçün xarakterikdir. Ümumdaxili
məhsulun strukturunda 51 faiz sənayenin, 45 faiz xidmət sahələrinin,
4 faiz isə kənd təsərrüfatının payına düşür.
Sənayenin aparıcı sahələri. BƏƏ-nin təsərrüfatında milli
gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər
sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici
şirkətlər məşğul olur. Onların fəaliyyətinə əmirliklərin dövlət
şirkətləri nəzarət edir.
Ölkənin milli sərvəti sayılan neftin aşkar edilmiş ehtiyatı 2005-
ci ilin məlumatlarına əsasən təqribən 12,95 mlrd. ton və ya dünya
neft ehtiyatının 10 faizini təşkil edir. Əgər ölkədə indiki həcmədə
neft və qaz çıxarılsa bu ehtiyatlar XXII əsrin əvvəllərinə qədər
kifayət edər. Neft ehtiyatları başlıca olaraq Dubay və Abu-Dabi
62
əmirliyində cəmlənmişdir. Ölkədə hər il 65-70 mln. ton neft çıxarılır.
Neft hasilatının 95 faizi iki əmirliyin Abu-Dabi (75 faiz) və Dubayın
(20 faiz) payına düşür. Neft ixracatından əldə edilən gəlir onun dünya
bazarındakı qiymətlərindən asılı olaraq dəyişir. Ölkədə ümumi gücü
ildə 11 mln. tondan artıq olan neftemalı müəssisəsi fəaliyyət göstərir.
Birləşmiş Ərəb Əmirlikləri OPEK-in (neft ixrac edən ölkələrin
təşkilatı) digər üzvləri kimi neft ehtiyatlarından səmərəli istifadə edir.
Çıxarılan neftin dünya bazarı tələbatından artıq olmaması məqsədi ilə
OPEK neft hasil edən hər bir ölkə üçün norma (kvota)
müəyyənləşdirir.
Abu-Dabi, Dubay və digər əmirliklərdə neftlə yanaşı təbii
qazda çıxarılır (ehtiyatı 5,3 trln. kub.m). Neft-qaz və onunla bağlı
olan neft-kimya sənayesinin inkişafı ilə əlaqədar əmirliklərdə iri və
müasir texniki tələbatlara cavab verən müəssisələr istifadəyə
verilmişdir. Məsələn, Abu-Dabi əmirliyinin Umm-əl-Nar adasında
neftemalı zavodu, Das adasında mayeləşdirilmiş qaz istehsal edən
kompleks tikilmişdir. Dubay və Şərca əmirliklərində də müvafiq
olaraq neftemalı və mayeləşdirilmiş qaz istehsal edən müəssisələr
yaradılmışdır. Ölkənin digər şəhərlərində də neft və qaz ilə əlaqədar
müxtəlif sənaye sahələri fəaliyyət göstərir.
Ölkədə əmək qabiliyyəti olan adamların təqribən 50 faizi neftqaz
sektorunda və ya həmin sektora xidmət sahələrində çalışır.
Dubay əmirliyindəki alüminium zavodu (illik istehsal gücü 600 min
ton) istehsal etdiyi məhsulun, demək olar ki, hamısını Yaponiyaya və
digər ölkələrə ixrac edir. 2005-ci ildə ölkədə fəaliyyət göstərən 10
sement zavodu (Abu-Dabi, Dubay, əl-Ayn, Rəs əl-Heymə və digər
şəhərlərdə) birlikdə 7 mln. ton məhsul istehsal etmişdir. Onun 4 mln.
tonu ölkənin tələbatına, qalanı isə Küveytin İraq ilə münaqişəsi
zamanı dağılmış binalarının, infrastruktur obyektlərinin və
müəssisələrinin bərpası üçün sərf edilmişdir.
Ölkədə fəaliyyət göstərən istilik elektrik stansiyalarında hər il
təqribən 20-21 mlrd. saat elektrik enerjisi istehsal edilir. Bu da
ölkənin tələbatını tam ödəyir.
Ölkədə dövlət bölməsinə məxsus istehsal ilə yanaşı xüsusi
bölməyə aid olan milli sənaye sahələri (sement, yeyinti, toxuculuq,
kağız-selliloz və s.) də inkişaf etdirilir. Yeyinti sənayesində başlıca
yeri sərinləşdirici içkilər, balıq konservi, un istehsalı tutur. Kustar
sənətkarlıq, əsas etibarilə xalçaçılıq, yun parça toxuculuğu, zərgərlik
63
və gümüş üzərində döymə (naxışsalma) inkişaf etmişdir.
Ölkədə iki iri sənaye bölgəsi: Rusvaye (Abu-Dabidə) və CəbəlƏli
(Dubayda) formalaşmışdır. 1985-ci ildə Dubayın 35 km-dəki,
Cəbəl-Əli bölgəsində sahəsi 100 kv. km olan «Azad iqtisadi zona»
yaradılmışdır. Bu bölgədə 180-dən artıq orta və kiçik müəssisə
vardır. Bunların da əksəriyyəti xüsusi bölməyə (ABŞ, Yaponiya)
məxsusdur. Cəbəl-Əli bölgəsində yüngül sənaye müəssisələri
(toxuculuq və tikiş) üstünlük təşkil edir. Cəbəl-Əli liamının müasir
səviyyədə təchizatı, qiymətlərin, o cümlədən su və enerji təminatının
ucuzluğu, fəhlə qüvvəsinin bolluğu «Azad iqtisadi zonanın» əsas
üstünlüyüdür.
Cəbəl-Əli «Azad İqtisadi zonasının» (AİZ) ixtisaslaşmasında
ticarət-kommersiya əməliyyatları (74 faiz), sənaye (22 faiz) və
xidmət sahələri üstünlük təşkil edir. Cəbəl-Əli AİZ-nın qısa
müddətdə əldə etdiyi nailiyyətlər BƏƏ hökumətini yeni AİZ-lar
yaratmağa sövq edir. İndii ölkədə 9 AİZ fəaliyyət göstərir. Bu göstəriciyə
görə o, Ərəb ölkələri sırasında birinci yeri tutur.
Kənd təsərrüfatının aparıcı sahələri. Ölkədə ekstremal təbii
şərait, ilk növbədə su ehtiyatları cəhətdən kasadlıq əkinçilik və
heyvandarlığın inkişafını uzun müddət ləngitmişdir. Son illər
şəhərlərə sürətli axın ilə əlaqədar kənd təsərrüfatı bölgələrində əhali
olduqca seyrəlmişdir. 1980-ci illərin əvvəllərindən etibarən dövlət
tərəfindən aparılan tədbirlər sayəsində kənd təsərrüfatında yararlı
torpaq sahələri və ərzaq məhsulları istehsalı getdikcə artır.
Ölkədə becərilən torpaqların sahəsi 1980-ci ildə 4,3 min
hektardan XXI əsrin əvvəllərində 40 min hektara qədər artırılmışdır.
Kənd təsərrüfatına zəruri olan təbii su mənbələrinin olmaması ilə
əlaqədar, ölkədə tikilmiş 22 sutəmizləyici qurğunun çoxu əkin
sahələrinin suvarılmasına xidmət edir. Dövlət, kənd təsərrüfatının
inkişaf etdirilməsi üçün fermerlərə pulsuz torpaq sahəsi ilə yanaşı
təsərrüfata lazım olan bütün texnikanı, gübrələri və s. verir. Hətta ilk
vaxtlar təsərrüfatın təşkili üçün fermerlərin iki köməkçisinin ikiillik
əmək haqqının ödənilməsini də öz üzərinə götürür.
Ölkədə əsasən yüksək dərəcədə avtomatlaşdırılmış broyler,
süni iqlim yarada bilən mexaniki qurğularla təchiz edilmiş südçülük
təsərrüfatı və istixanalarda tərəvəzçiliklə məşğul olan təsərrüfatların
inkişafına daha çox fikir verilir.
Şərca, Rəs əl-Heymə və Umm əl-Qayveyndə vahə əkinçiliyi
64
mövcuddur. Abu-Dabinin Büreym vahəsi kənd təsərrüfatının inkişafı
üçün olduqca əlverişlidir. Son illər yeraltı sulardan istifadə etməklə
burada kənd təsərrüfatı məhsulları istehsalı bir neçə dəfə artırılmışdır.
Bu vahədə taxılçılıq və heyvandarlıq ilə yanaşı xurma
plantasiyalarının, üzüm, sitrus meyvələri və tərəvəz əkini sahələri
xeyli genişləndirilmişdir. Vahədə yetişdirilən çiyələk Avropa
bazarlarında müvəffəqiyyətlə satılır. Füceyrə və Şərca əmirliklərində
ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı yüksək keyfiyyətli
tütün də becərilir. Son zamanlar gülçülüyə diqqət artırılır. Ölkədə
getdikcə iri təsərrüfatlar formalaşır.
BƏƏ-nin dağlıq ərazilərində qoyun-keçi, Rəs əl-Heymədə
qara-mal saxlanılır. Sahil bölgələrdə isə balıq və mirvari ovlanılır.
Kənd təsərrüfatı məhsullarının ümumi illik yığımı 900 min t.
çatmışdır. Onun 500 min t. tərəvəz (pomidor, soğan, gül kələm, şirin
kartof, badımcan, xiyar və s.). 400 min t. isə meyvə təşkil edir. İldə
orta hesabla 50 min t. çox ət, süd və quş əti istehsal edilir, 70 min t.
artıq balıq ovlanır. BƏƏ-nin kənd təsərrüfatı əhalinin tərəvəzə olan
tələbatını tam təmin edir. Taxıl və ət məhsullarına olan tələbatın isə
hələ ki böyük hissəsi idxal hesabına ödənilir.
Ölkə həqiqətən «neft hay-küyü» dövründə bağ-bağçaya
çevrilmişdir. Burada ağac əkini hər hansı bir Avropa ölkəsində olduğundan
çoxdur. İndi, demək olar ki, elə bir meyvə və tərəvəz yoxdur
ki, BƏƏ-də yetişdirilməsin. Müstəqillik əldə olunduqdan sonra
əmirliklərdə 150 mln. ağac və 30 mln. xurma palması əkilmişdir.
Turizm son illərdə ölkə iqtisadiyyatın mühüm əhəmiyyət kəsb
etməyə başlamışdır. Əmirliklərdə turistlərə xidmət göstərən 300-dən
artıq (o cümlədən yüksək səviyyəli) otel fəaliyyət göstərir. Ölkəyə
hər il 3 mln. nəfərdən artıq turist gəlir. Xarici turizmdən 2,2 mlrd.
ABŞ dolları gəlir əldə edilmişdir (2005). Turizmin işgüzar və digər
növləri inkişaf etdirilir.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. 1960-cı illərin
axırlarına qədər BƏƏ-də yeganə rabitə vasitəsi kabotaj gəmiçiliyi
(bir ölkənin limanları arasında daşınan yüklər) və qoşqu nəqliyyatı
idi. Başqa sahələrdə olduğu kimi «neft hay-küyü» dövründə bu
sahədə də əsaslı dəyişikliklər edilmişdir. Xüsusilə xaricə yük
daşınmasında başlıca rol oynayan dəniz nəqliyyatı sürətlə inkişaf
etdirilmişdir. 2005-ci ildə əmirliklərin ticarət donanmasında irilixırdalı
60-a qədər gəmi olsa da yüklərin əsas hissəsi xarici gəmilərlə
65
daşınır. Ölkənin keçmiş balıqçı məntəqələrində yeni limanlar
tikilmiş, köhnə limanlarda isə yenidənqurma işləri aparılmışdır.
Ölkənin ən iri portları Abu-Dabi, Min ər-Rəşid və CəbəlƏlidir.
Bu portların inkişafına və təkmilləşdirilməsinə, yükləməboşaltma
avadanlıqlarının alınmasına 100 minlərlə vəsait sərf edilir.
Min ər-Rəşid və Cəbəl-Əli portlarının həm də tranzit əhəmiyyəti
vardır. Körpülərin sayına görə (102) hər ikisi dünyanın ən iri portları
sırasına daxildir. Bu portlar dünyanın 120-dən artıq ölkəsi ilə
müntəzəm gəmi yolu xəttinə malikdir. 2005-ci ildə Min ər-Rəşid və
Cəbəl-Əli portları birlikdə təqribən 5,5 min gəmi qəbul etmişdi.
Ölkədə birinci yer tutan Min ər-Rəşid portunun yük dövriyyəsi ildə
15 mln. tonu ötüb keçmişdir. Dubayda iri tankerlərin təmiri
müəssisəsi fəaliyyət göstərir.
Ölkədə neft və qaz yataqlarını portlarla, neftemalı və
mayeləşdirilmiş təbii qaz istehsal edən müəssisələrlə və həmin
müəssisələri şəhərlərlə birləşdirən ümumi uzunluğu 2000 km-dən
artıq olan onlarca boru kəmərləri çəkilmişdir.
Daxili yük daşınmasında avtomabil nəqliyyatının rolu getdikcə
artır. Federasiyanın tərkibinə daxil olan əmirliklərin paytaxt şəhərləri
bir-birilə yüksək keyfiyyətli avtomobil magistralları ilə
birləşdirilmişdir. Avtomobil yollarını ümumi uzunluğu 500 min kmdən
artıqdır. Ölkədə dəmir yolu yoxdur.
BƏƏ-də beynəlxalq əhəmiyyətli bir neçə hava limanı vardır.
Abu-Dabi, Dubay və Şərcanın hava limanları ildə təxminən bir neçə
mln. sərnişinə xidmət edir. Yerli əhəmiyyətli təyyarə meydanları
əsasən İngiltərəyə məxsus olan keçmiş hərbi hava bazalarında
yaradılmışdır. Əmirliklər hava nəqliyyatı vasitəsilə qonşu Ərəb
ölkələri, həmçinin London, Beyrut, Tehran, Bakı, Moskva, Qahirə və
digər şəhərlərlə müntəzəm əlaqə saxlayırlar.
Xarici ticarət. BƏƏ-nin başlıca ixracat məhsulları neft və ya
mayeləşdirilmiş qaz, alüminium, sement, gübrə, xurma, mirvari və
tütündür. İdxalatının əksər hissəsini maşın və avadanlıq, nəqliyyat
vasitələri, yarımfabrikatlar, tikinti materialları, həm də əhali arasında
geniş istehlak xarakteri daşıyan sənaye və ərzaq məhsulları təşkil
edir. Ölkənin ticarətində, xüsusilə geri ixracın əhəmiyyəti böyükdür.
Geri ixracın 75 faizi Səudiyyə Ərəbistanı, Qətər, Ürdün və Bəhreynə
istiqamətləndirilir. Bu ölkələrə başlıca olaraq minik və yük
avtomobilləri, tütün məmulatları, qaz turbinləri, qaldırıcı və yükləmə-
66
boşaltma mexanizmləri daşınır.
Əmirliklərin xarici ticarətinin 45 faizi neft və neft
məhsullarının payına düşür. Ölkənin ixrac etdiyi məmulatların dəyəri
1993-cü ildəki, 23,6 mlrd. ABŞ dollarından 2005-ci ildə təqribən 60,0
mlrd. dollara qədər artmışdır. İxracatda Yaponiya (29.1 faiz), Koreya
Respublikası (14,2 faiz), Hindistan (5,4 faiz), Oman (3,7 faiz), İran
(2,2 faiz) kimi ölkələr üstünlük təşkil edir.
İxrac olunan məmulatların dəyəri artdığı kimi idxal olunan
məmulatların da dəyəri artır. Məsələn, 1999-cu ildə idxalatın dəyəri
27,5 mlrd. olduğu halda, 2004-cü ildə bu rəqəm 33,1 mlrd. dollara
çatmışdır.
Ölkənin idxal-ixrac əməliyyatlarında ABŞ (6,9 faiz), Almaniya
(6,7 faiz), Yaponiya (6,5 faiz), Fransa (6,3 faiz), Çin (6,1 faiz), Böyük
Britaniya (5,9 faiz), Koreya Respublikası (5,5 faiz) ilə əməkdaşlıq
daha sıxdır.
BƏƏ-nin dünya ölkələri ilə iqtisadi əlaqələrinin mühüm
forması xarici ölkələrə böyük miqdarda kapital qoyuluşudur. Bütün
bunlar da ölkəyə gəlir gətirir. Bununla yanaşı 1971-ci ildə Abu-
Dabidə yaradılmış Ərəb İqtisadi İnkişaf fondu adlanan təşkilatda
BƏƏ fəal iştirak edir. Bu fonddan Asiya və Afrikanın müxtəlif
ölkələrinə göstərilən köməkliklər bir neçə mlrd. dolları ötüb
keçmişdir. Ölkənin pul vahidi federal dirhəmdir.
Maliyyə sistemi. Federasiyanın yaranmasına qədər onun
tərkibinə daxil olan Əmirliklərin maliyyə sistemi
müəyyənləşdirilməmişdi. Əmirliklərin xəzinəsinin o vaxtkı
mədaxilini əhalidən yığılan vergi, töycü, gömrük haqqı, nadir
hallarda isə Böyük Britaniya hökuməti tərəfindən verilən vəsait təşkil
edirdi. Bu vəsaiti isə əmirliklərin hakimləri istədikləri kimi
xərcləyirdilər.
Keçmiş Müqaviləli Oman şeyxlərinin milli valyutaları yox idi.
Burada pul vahidi kimi hind rupisindən istfadə olunurdu. Kağız pullar
da Böyük Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün xüsusi
buraxılışını sübut edən nişanə qoyulurdu. Pul dövriyyəsində
Səudiyyə rialı, İraq rialı, ingilis funt sterlinqi, ABŞ dolları və s.-dən
istifadə edirdilər. 1959-cu ildə Hindistanın milli Bankında Böyük
Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün «Qalf rupi» xüsusi
pul vahidi buraxılmışdır.
1969-cu ildə hind rupisinin və onun ardınca «Qalf rupinin» de67
valvasiyası ilə əlaqədar Müqaviləli Omanın şeyxləri bu valyutadan
imtina etmişdi və «Qalf rupi» Səudiyyə Ərəbistanı rialı ilə əvəz olundu.
Təqribən 2 ildən sonra aydın oldu ki, bu valyutadan istifadə
edilməsi Əmirliklərdə Səudiyyə Ərəbistanının mövqeyini gücləndirir.
Elə buna görə də ingilis müdiriyyətinin təkidi ilə Səudiyyə rialı
dövriyyədən yığıldı və yeni pul vahidinə keçildi. Yeni pul vahidi
Qətər və Dubay rialı adlanırdı. Adından göründüyü kimi bu pul, həm
Qətər rialından fərqlənirdi, həm də o vaxtlar Müqaviləli Oman
şeyxləri arasında Dubayın ticarət – maliyyə mərkəzi kimi rolunun
yüksək olduğunu göstərirdi. Müqaviləli Omanın tərkibinə daxil olan
əmirliklərin bütün maliyyə sisteminə əvvəllər olduğu kimi «Britiş of
Midl İst» şirkəti rəhbərlik edirdi.
1971-ci ildə federasiyanın yaradılmasından sonra əmirliklər
ümumi pul vahidinin qəbul edilməsi barədə razılığa gəlmişlər.
Dirhəm federasiyanın yeni pul vahididir. O, 1973-cü ilin 18 mayında
dövriyyəyə buraxılmışdır.
Neftdən əldə edilən gəlirlərin getdikcə artması, milli iqtisadiyyatın
inkişafı, yerli əhalinin gəlirinin, həm də daxili yük
dövriyyəsinin və xidmət sahələrinin genişlənməsi ilə əlaqədar ölkədə
pul kütləsi getdikcə çoxalır. Ölkə daxilində kağız pul kütləsi nə qədər
çoxalsa da, eyni zamanda BƏƏ-nin milli bankının hesabında olan
xarici valyuta və qızılın artması dirhəmin alıcılıq qabiliyyətinin sabit
saxlanılmasına imkan verir.
Federasiyada ən iri banklar Dubay əmirliyindədir. Onun federasiyada
iri maliyyə mərkəzinə çevrilməsi heç də təsadüfi deyildir.
Bu əmirlik 10 illərlə keçmiş Müqaviləli Omanda ticarət, ticarətnəqliyyat
və maliyyə mərkəzi olmuşdur. Əmirliyin maliyyə fəaliyyəti
«neft çiçəklənməsi» dövründə daha da güclənmişdir. Abu-Dabinin
digər əmirliklərə nisbətən «neft dollarlarına» daha tez nail olmasına
baxmayaraq, burada maliyyə fəaliyyəti ləng getmişdir.
1980-ci ildə Abu-Dabi və Dubay əmirləri neftdən əldə
etdikləri gəlirin 50 faizini federal büdcəyə keçirəcəkləri barədə öz
aralarında müqavilə imzalamışlar. Bu addım, federasiya iqtisadi
inteqrasiyanın güclənməsi üçün Dubayın siyasətində əsaslı dəyişiklik
idi. Bununla da federasiyanın 2 ən iri əmirliyi arasında uzun müddət
davam edən başlıca ziddiyyət aradan qaldırılmış oldu. Hazırda
ölkənin ümumi xərclərinin 1/4 federal büdcədən keçir. Federal büdcə
gəlirinin 85 faizini ölkədə başlıca mövqe tutan və federasiya
68
əhalisinin yarıdan çoxu cəmləşən Abu-Dabi və Dubay əmirliklərinin
payına düşür.
Federal büdcənin yarıya qədəri cari xərclərə və sosial-iqtisadi
inkişafa sərf edilir. Büdcənin hər il 20 faizə qədəri ölkənin müdafiə
əhəmiyyəti daşıyan silahlı və hərbi polis qüvvəllərinin ehtiyacları
üçün xərclənir. Müstəqillik əldə etdikdən sonra nisbətən iri
əmirliklərin bir neçə il federal ordu ilə yanaşı xüsusi orduları mövcud
olmuşdur. Həmin ordularda xidmət edən hərbi qulluqçuların geyim
formaları da müxtəlif idi. Federasiyanın bütün sahələrdə, o cümlədən
hərbi sahədə də inteqrasiyanın güclənməsi ilə əlaqədar 1976-cı ildə
əmirliklərin silahlı qüvvəlləri (quru, hərbi hava və hərbi dəniz) vahid
orduda birləşmişdir.
Hərbi xərclərin böyük bir hissəsi silah, hərbi texnika alınmasına,
müdafiə və təhlükəsizlik qüvvəllərinin təşkilinə sərf edilir.
Qərb ölkələrindən alınan silahlar hesabına, ölkə özünün müasir hərbi
texnika ilə təchiz olunmuş silahlı qüvvəllərini yarada bilmişdir.
FƏLƏSTİN MUXTARİYYƏTİ
Coğrafi mövqe. Fələstin Aralıq dənizi hövzəsinin şərqində
yerləşir. Sahəsi iki ayrıca hissədən ibarətdir: Urdun çayının Qərb sahili
(ərazisi 5,9 min kv.km). Qəzza sektoru [sahəsi 0,4 min kv.km] və
Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah
və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və
cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu - 307 km), şərqdə
isə Urdun ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km).
Qəzza sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur.
(sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir.
(sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır.
(sərhədin uzunluğu 51 km).
Əhali. 2005-ci ilin ortalarına olan məlumatlara görə Qərb sahili
ərazisində 2,5 mln nəfər yerli əhali yaşayırdı. Bundan əlavə Qərb
sahildə təqribən 200 min, Şərqi Qütsdə isə 190 minə yaxın israilli
məskunlaşmışdır. Qəzza sektorunda 2005-ci ildə 1,4 mln. nəfər yerli
sakin və 5 mindən çox İsrail vətəndaşları məskunlaşmışdır. 2005-ci
ilin avqust ayından İsrail hökuməti Qəzza zolağına köçürülənləri
69
evakuasiya etməyə və qərb sahildən bir neçə yəhudi məskənlərini
boşaltmağa başladı.
Fələstin Muxtariyyətində yaşayan fələstinli ərəblərin sayı
təqribən 4,0 mln nəfərə yaxındır. Rəsmi dil – ərəb dilidir. İslam dini
üstünlük təşkil edir. (sünni və şiyələrin sayı təxminən bərabərdir).
Bundan başqa 400 min nəfərə yaxın fələstin ərəbi qaçqın kimi başqa
ölkələrdə (Ürdün, Suriya, Livan, Misir, Səudiyyə Ərəbistanı, Küveyt
və s.) yaşayır. Ötən əsrin 90-cı illərində əhalinin artım tempi 4,0 faizə
yaxın olmuşdur. Sonrakı illərdə bu 3,0 faizə qədər enmişdir. Fələstin
ərəblərinin təhsil səviyyəsi xeyli yüksəkdir. Ali təhsilli şəxslərin payı
çoxluq təşkil edir.
Hər iki hissədə əhalinin əsas hissəsi fələstin ərəbləridir.
Yəhudilər Qərb sahildə əhalinin 17 və Qəzza sektorunda təqribən 1
faizini təşkil edirlər. Qərb sahilində məskunlaşan əhalinin 8 faizi,
Qəzzada isə təqribən 1 faizi xristianlardır. Əhali ərəb və ivrit
dillərində danışır, ingilis dili də geniş yayılmışdır.
İsraillə Fələstin Azadlıq Təşkilatı (FAT) arasında bağlanmış
(1993-98-ci illərdə) bir sıra sazişlərə müvafiq olaraq Fələstin
ərəblərinə müvəqqəti özünüidarə statusu verilmişdir, əslində statusun
son taleyi İsrail və Fələstin tərəfləri arasındakı birbaşa danışıqlar
nəticəsində formalaşmalıdır.
1994-cü ildən qüvvədə olan muxtariyyət rejimi çərçivəsində
Fələstin hakimiyyət orqanları formalaşmışdır. Onlara Qərb sahildə və
Qəzza sektorunda idarəetmə funksiyaları tədricən verilir. 2002-ci
ildən Fələstində faktiki olaraq Prezident Respublikası rejimi fəaliyyət
göstərir.
Fələstin Muxtariyyətinin rəhbəri əhali tərəfindən birbaşa
seçkilərdə müəyyənləşdirilən Prezidentdir. O, həm də Muxtariyyətin
silahlı qüvvələrinin baş komandanıdır. 1994-2004-cü illərdə bu
vəzifəni Yasir Arafat tutmuş, 2005- ci ilin yanvarında isə Mahmud
Abbas prezident seçilmişdir.
Qısa inkişaf tarixi. 1947-ci ildə BMT-nin Baş Assambleyası
Fələstin ərazisinin ərəb və yəhudi dövlətlərinin torpaqları və Qüdsü
də beynəlxalq zona qismində bölünməsinə qərar vermişdir. 1948-ci
ilin may ayında yəhudi dövləti olan İsrailin yaranması elan edilmişdir.
Ərəb rəhbərliyi və qonşu ərəb dövlətləri Fələstinin bölünməsini
tanımaq istəməmişlər. Bunun nəticəsində yaranmış qarşıdurma
müharibəyə gətirib çıxarmış və nəticədə ərəb dövlətinin təşkili üçün
70
nəzərdə tutulmuş ərazi İsrail, Transiordaniya (Ürdün çayının Qərb
sahili, Şərqi Qüdslə birgə) və Misir (Qəzza sektoru) arasında bölüşdürülmüş-
dür. Yüz minlərlə fələstinli ərəb qonşu müsəlman
ölkələrində yaradılmış qaçqın düşərgələrində məskunlaşmışlar. İsrail
indiyədək onların və varislərinin öz ərazilərinə qayıdış hüququnu
tanımır.
1949-cu ildə Transiordaniya (indiki Ürdün Haşimilər
Məlikliyi) Ürdün çayının Qərb sahilini və Qüdsün Şərq hissəsini işğal
etdikdən sonra bu ərazilər Transiordaniyanın tərkibində olmuşlar.
1967-ci il iyun ayında Ərəb-İsrail müharibəsi nəticəsində Qərb sahil,
Şərqi Qüds və Qəzza bölgəsi İsrail ordusu tərəfindən işğal olunmuşdur.
Bu ərazilərdə İsrail hərbi idarəetməsi tətbiq edilmiş, Şərqi Qüds
isə 1980-ci ildə İsrail tərəfindən rəsmən anneksiya olunmuşdur.
1987-ci ilin dekabırından İsrailin işğal altında saxladığı ərazilərdə
kütləvi çıxışlar (intifad) başlanmışdır. İştirakçılar işğala son qoyulmasını
və Fələstin dövlətinin yaradılmasını tələb edirdilər. Bu kütləvi
aksiyalar 1993- cü ilədək davam etmişdir.
1994-cü ildə Ramallahda Fələstin idarəetmə strukturu
yaradılmışdır. 1996-cı ilin yanvarında Fələstində prezident və
Qanunverici Şura seçkiləri baş tutmuşdur. Y.Arafat muxtariyyətin
rəhbəri seçilmişdir. Qanunverici Şuradakı 88 yerdən 55-i onun lider
olduğu FƏTH partiyasına mənsub olmuş, daha 7 nəfər onlarla
həmrəy namizədlər, qalanları isə müstəqil mövqeli sayılanlar olmuşlar.
Qahirə sazişinə (1994-cü il may) müvafiq olaraq İsrail Qəzza
sektorunda və Yerixondakı idarəetməni fələstinlilərə vermişdir.
Sonrakı sazişlərə görə və 1998-ci il oktyabr memorandumu
eləcə də 1999-cu il Şərm-əş-Şeyx sazişinə görə Qərb sahilin əlavə
əraziləri də fələstinlilərin ixtiyarına verilmişdir.
1999-cu ilin sentyabrında (3 il gecikməklə) son nizamlama ilə
bağlı İsrail-Fələstin danışıqları başlanmışdır. 2000-ci ildəki Kemp-
Devid danışıqları da bir nəticə verməmişdir. 2002-ci ildə ABŞ, Avropa
İttifaqı, Rusiya və BMT Fələstin münaqişəsinin nizamlanmasına
dair «Yol xəritəsi» adlı plan təklif etmişlər. Bu plana görə münaqişə
danışıqlar yolu ilə mərhələlərlə nizamlanmalı və nəticədə İsraillə
yanaşı Fələstin ərəb dövlətidə yaradılmalıdır. Bununla belə Qərb
dövlətləri və İsrail terrorizm aktlarının tam ləğvini tələb etmişlər. Bu
təzyiqlər altında M.Abbas Muxtariyyətə Baş nazir təyin olunmuş, az
sonra (2003-cü il sentyabr) o istefa verməli olmuşdur.
71
Fələstin Muxtariyyəti hakimiyyətində korrupsiya hallarının baş
alıb getməsi və idarəetmənin qeyri-səmərəliliyi daxildən də
tənqidlərə məruz qalmışdır. Bu vəziyyət, iqtisadi çətinliklər və
İsraillə qarşıdurmanın zirvəyə çatması sayəsində Həmas təşkilatından
olan islam ekstremistlərinin mövqeləri möhkəmlənmişdir. 2005-ci
ilin yanvarındakı prezident seçkilərində (Yasir Arafatın vəfatından
sonra) FƏTH namizədi olan Mahmud Abbas tutarlı qələbə qazandı.
Az sonra fələstin muxtariyyətinin yeni hökuməti formalaşdı. Yeni
prezident İsrail tərəfi ilə zorakılığa son qoyulmasına dair razılığa
gəldi. M.Abbas «Həmas» təşkilatındakı ekstremist qüvvələrə yerli
parlament seçkilərində iştirak imkanı vəd etməklə onların da bu razılaşmaya
(yəni qeyri-zorakılıq) qoşulmasına nail oldu. 2005- ci ildəki
bələdiyyə seçkilərində Həmas təşkilatı qəti qələbə qazandı. Bunu
görən M.Abbas parlament seçkilərini 2006-cı ilə keçirdi.
2005-ci ilin martından İsrail Yerixon, daha sonra Tulkarm,
Ramallah, Kəlkiyyə və Vifleyem üzərindəki nəzarəti Fələstin
Muxtariyyətinə təhvil verdi. 2005-ci ilin avqustunda Qəzza zolağındakı
və Qərb sahildəki bir neçə İsrail yaşayış məskənlərinin (sonradan
salınmış) əhalisini İsrailin içərilərinə evakuasiya etdi. 2005-ci
ilin sentyabrında Qəzza sektorundan İsrail qoşunlarını çıxarmaqla 38
ililk işğala son qoydu.
Lakin Həmas təşkilatının 2006-cı il parlament seçkilərindəki
tam qələbəsi vəziyyəti olduqca kəskinləşdirdi və əldə edilmiş uğurları
puç etdi. Hökumətdə rəhbərliyi ələ keçirmiş «Həmas» İsrail
dövlətinin varlığını belə tanımaq istəmir. Dünya ölkələrinin
təzyiqlərinə görə «Həmas» təşkilatı öz fəaliyyətində «Yol xəritəsinə»
istinad etməlidir. Lakin «Həmas» təşkilatının qəzəb doğuran
mövqeyi, hətta Fələstin muxtariyyəti daxilində də qarşıdurmalara
gətirib çıxarmışdır.
Məhz «Həmas» rəhbərliyinin mövqeyi və Livandakı terrorizm
yuvası olan «Hizbullahın» onunla həmrəyliyi səbəbindən İsrail həm
Fələstin muxtariyyəti ərazilərinə, həm də Livanın cənubuna hərbi
qüvvələr yeritməli olmuşdur. (2006-cı il iyul). Hazırda Livanın işğal
olunmuş cənub bölgəsində (Hizbullahın bir qayda olaraq İsrailə
hücum etdiyi zolaqda) BMT sülhməramlı qüvvələrinin
yerləşdirilməsi ilə İsrail-Livan münaqişəsinin qarşısının alınması razılaşdırılır.
FƏTH-dən fərqli olaraq Fələstinin «Həmas» hökuməti
beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Muxtariyyətin 100-dən
72
çox ölkə ilə diplomatik əlaqələri vardır.
İqtisadiyyat. Ümumdaxili məhsulun həcmi 2003-cü ildə 5,5
mlrd. dollar (adam başına 1500 dollar) olmuşdur. Ödənişlər İsrail
şekeli, ABŞ dolları və Ürdün dinarı ilə aparılır.
Fələstin iqtisadiyyatı əsasən ölkə hüdudlarından kənardakı
maliyyə mənbələrinə arxalanır: Ərəb ölkələrinin, Fələstin diasporasının
və beynəlxalq təşkilatların 1998- ci ildə əvəzsiz maliyyə yardımının
həcmi təqribən 3,0 mlrd dollar olmuşdur. Bununla belə işsizlik
səviyyəsi 2003-cü ildə 60 faiz olmuşdur. Fələstin əhalisinin təqribən 30
faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Ölkənin Ümumdaxili məhsulunun 9 faizi kənd təsərrüfatının,
28 faizi sənaye və tikintinin, 63 faizi isə xidmət sahələrinin payına
düşür. Sənayedə aparıcı sahə geyim, ayaqqabı, dəri məmulatları,
məişət ləvazimatı və ərzaq istehsalıdır. Bəzək inşaat daşları istehsalı
ilə çox məşhurlaşmışdır. Belə daşlar xeyli sayda ölkələrə ixrac olunur.
Kənd təsərrüfatında əsas çətinlik suvarma sularının çatışmazlığıdır.
Bu səbəbdən Fələstin torpaqlarının ancaq dörddə biri
becərilir. Sitrus bitkiləri, zeytun, tərəvəz, üzüm və bostançılıq
məhsulları yetişdirilir. Heyvandarlıqda qoyunçuluq üstünlük təşkil
edir. Liman və beynəlxalq dərəcəli təyyarə portu Qəzza sektorunda
fəaliyyət göstərir.
2003-cü ildə Muxtariyyətdən mal ixracının həcmi 700 mln dollar
(o cümlədən sənaye məhsulları 75 faiz, kənd təsərrüfat məhsulları
25 faiz), idxal həcmi isə 2,0 mlrd dollardan artıq olmuşdur. İxracatın
80 faizi İsrailə göndərilir. İdxalın 90 faizi də İsrailin payına düşür.
İRAQ RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. İraq, (ərəbcə «Əl-Cumhuriyyət əl-İrakiyyə»)
Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında
yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan
ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq
şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır.
Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə
73
50 km məsafədə İran körfəzinə çıxışı var. Ölkə şimalda Türkiyə, şimal-
qərbdə Suriya, Ürdün, cənub-qərbdə Səudiyyə Ərəbistanı və
Küveytlə, şərqdə isə İranla həmsərhəddir. Türkiyə, Küveyt və İran ilə
sərhədi sabit deyil, münaqişə ocağıdır. Göstərilən sərhədlər daxilində
İraqın sahəsi 437 min kv. km-dir. Bu göstəriciyə görə dünya ölkələri
arasında 57-ci, Yaxın və Orta Şərq ölkələri içərisində isə 5-ci yeri
tutur.
Səth quruluşu və faydalı qazıntıları. Relyefinə görə İraq,
əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada
ən böyük ovalıq sayılan Mesopotamiya* tutur. Ovalığın səthində
çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti
göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta
ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən ərazinin
səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran
körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər
şimalda Babilistan ovalığı ilə əvəz olunur. Ölkənin şimal və şimalşərq
hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə səhra tipli relyefə
malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon
– Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali İraq dağlıq
bölgəsi və Əl-Bədiyə adlanan səhra ayrılır. İraqın ən hündür yeri
(3598 m) İranla həmsərhəd bölgələrdədir.
İraq təbii sərvətlər, ilk növbədə neft və təbii qaz ilə zəngin
ölkələrdən biri hesab olunur. Neft yataqları əsas etibarilə ölkənin şimalında
(Kərkük, Mosul, Xanəkin şəhərlərinin yaxınlığında) və
cənubunda (Bəsrə, Əl-Rumeyla, Əz-Zübeyr və s.) yerləşir. Kəşf olunmuş
neft ehtiyatlarına görə İraq dünyada qabaqcıl, Yaxın və Orta
Şərq ölkələri içərisində isə Səudiyyə Ərəbistanı və İrandan sonra
ikinci yeri tutur (əlavə 3).
Neftlə yanaşı ölkədə böyük ehtiyatı olan təbii qaz yataqları da
mövcuddur. Əhəmiyyətinə görə İraqın ikinci qiymətli sərvəti
kükürddür. Mütəxəssislərin hesablamalarına görə Yaxın və Orta-Şərq
regionunda ehtiyatı məlum olan kükürd yataqlarının təqribən 2/3
hissəsi İraqdadır. Ən iri kükürd yatağıMişrak ətrafındadır. Mosul
ətrafında aşkar edilmiş kükürd yataqlarındakı filizin tərkibində
* Mesopotamiya (yunanca mənası mərkəzində çay olan ərazi deməkdir)
– ərəbcə isə beynənnəhreyn (iki çayın arasında) adlanır.
74
kükürdün faizi 23-ə çatır. Bunlardan başqa İraqda fosfat, daşduz,
müxtəlif tikinti materialları yataqlarının da olması məlumdur.
İqlimi və hidroqrafiyası. Ölkənin iqlimi şimalda və mərkəzdə
subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm
dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar,
quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu
Mosulda (ölkənin şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə
(cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50
dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Yanvar ayının
orta temperaturu Mosulda müsbət 5-7, Bağdadda 9-10 dərəcə olur.
Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması
hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb
küləkləri əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə
«xəms»in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər
yer bozarır. Hava sarı rəngə çalır. Küləklə gələn qum adamı göz
açmağa qoymur. Bu küləyi şimal ölkələrində qar yağan zaman baş
verən çovğunla müqayisə etmək olar.
Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır.
Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az
(100 mm) düşür. Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənubşərqinə
düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və
tədricən ölkənin şərqini əhatə edən leysan yağışlar əksər hallarda
güclü daşqınlarla nəticələnir.
İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili sularla
zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718)
və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimalqərbdən
cənub-şərq istiqamətində axan Dəclə və Fərat Əl-Qürnə
şəhəri yaxınlığında birləşərək Şətt-ül-Ərəb (mənası Ərəb çayı) adı
altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul etmir.
Dəcləyə isə mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən
Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun
ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopotamiya
ovalığına 70 kub metr həcmində su gətirir.
Tez-tez baş verən daşqınlar Dəclə və Fəratın aşağı axınında
bataqlaşmış sahələr əmələ gətirmişdir. Hidrotexniki qurğuların tikintisi
çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil,
Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə,
İraq üçün də Dəclə və Fərat bir o qədər əhəmiyyətlidir. Bu çaylar
75
Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı
əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çayların
nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb
çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə şəhərinə
qədər qalxmasına imkan yaradır.
Torpaq və bitki örtüyü. İraqda müxtəlif torpaq növləri yayılmışdır.
Yuxarı Mesopotamiya torpaqlarının tərkibində humusun
miqdarı çox, Aşağı Mesopotamiyada isə nisbətən azdır. Ovalıqda
torpaqların şoranlaşması yeraltı suların tərkibində duzun miqdarının
çox olması və nəhayət küləklər vasitəsilə səhralardan Mesopotamiyaya
gətirilən duzların yığılması nəticəsində baş verir. Suvarılan torpaqlarda
şoranlaşma daha sürətlə gedir.
İraqda təbii bitki örtüyü zəif inkişaf etmişdir. Şimaldakı dağların
yamaclarında təbii yem bazası sayılan Alp çəmənləri arasında
tək-tük ağaclar bitir. Aşağı Mesopotamiyaya, əsasən Şətt-ül-Ərəb və
Diala çaylarının dərələri üçün xurma ağacları xarakterikdir. Qışda və
baharın əvvəllərində yağışlardan sonra Mesopotamiya yaşıl örtüyə
bürünür. Bataqlaşmış sahələrdə hündürlüyü 7-8 metrə çatan bərk
gövdəli qamış bitir. Bu həmin qamışlardır ki, məşhur Norveç etnoqrafı
və arxeoloqu Tur Heyerdal 1977-78-ci illərdə onlardan «Tiqris»
adlandırdığı gəmini inşa edərək İraqın Əl-Qürnə şəhərindən, Hind
çayı mənsəbinə, oradan isə Cibutiyə səyahət etmişdir.
İraq ekoloji baxımdan dünyanın ən gərgin bölgələrindən
biridir. Ölkədə baş verən daxili çəkişmələr, terror aktları, xarici
müdaxilələr, vətəndaş müharibəsi onun təbiətinə çox böyük ziyan
vurmuşdur. 1996-98-ci illərdə onun ərazisinə raket-bomba zərbələri
endirilib. 2003-cü ilin yazında ABŞ başda olmaqla onun müttəfiqlərinin
hərbi qüvvəlləri ərazini tamamilə zəbt edirlər.
Müharibələrə məruz qalan ölkələrdə isə ekologiyadan və təbiəti
mühafizədən danışmaq olmaz. Təbiətə dəymiş ziyanı aradan qaldırmaq
üçün bir neçə onillər lazım gələcək.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
Müasir İraqın ərazisi dünyanın ən qədim mədəniyyət
mərkəzlərindən biridir. İraqın Kürdüstan dağlıq rayonunda qədim
Daş dövründə yaşamış insan məskənlərinin izləri (Şonidar mağarası),
Mesopotamiyada isə eramızdan əvvəl beşinci minilliyə aid olan mis
76
alətlər, qab-qacaq aşkar edilmişdir. İraqın dağlıq ərazilərində
məskunlaşan tayfaların heyvandarlıq, Mesopotamiyada yaşayanların
isə əkinçiliklə qədim zamanlardan məşğul olmaları məlumdur.
Qədim İraq mədəniyyətinin ilk yaradıcıları burada yaşayan
şumer tayfaları olmuşdur. Sonradan bu yerlərdə akkad, babil, assur
və sasanilərin hökmranlığı qüvvətlənir. VII yüzilliyin 30-cu illərində
isə İraqda ərəbləşmə prosesi geniş vüsət alır, İslam dini hakim dinə
çevrilir. Ərəb xilafətinin paytaxtı Dəməşqdən Bağdada
köçürüldükdən sonra Bağdad İslam dünyasının mühüm siyasi və
mədəni mərkəzinə, İraq isə o dövrün ən inkişaf etmiş ölkələrindən
birinə çevrilir. XVI yüzilliyin axırlarından Birinci Dünya
müharibəsinin sonunadək İraq Osmanlı imperiyasının tərkibində
idarə olunmuşdur.
XIX əsrin axırları, XX əsrin əvvəllərində Mosul rayonunda
neft yataqlarının aşkar edilməsi və Bağdad dəmir yolunun çəkilişi ilə
əlaqədar İraq Qərb dövlətlərinin (Almaniya, Böyük Britaniya)
rəqabət obyektinə, 1920-ci ildə isə rəsmi şəkildə Böyük Britaniyanın
mandatlı ərazisinə çevrilir. Geniş xalq kütlələrinin inadkar
mübarizəsi nəticəsində 1958-ci il iyulun 14-də ölkədə monarxiya
rejimi devrilir və İraq respublika elan olunur. 1959-cu ildə o, Bağdad
paktından* çıxır, ərazisindəki hərbi bazaları ləğv edir və iqtisadiyyatın
müxtəlif sahələrində demokratik dəyişikliklər həyata keçirməyə
başlayır.
Lakin 1960-cı ildən dövlət rəhbərliyində diktatura rejimi
meyli qüvvətləndiyindən demokratik təşkilatların fəaliyyəti
məhdudlaşdırılır və 1961-ci ilin sentyabrında kürdlərə qarşı müharibə
başlanır. 1968-ci ilin 17 iyulunda o vaxtdan həmin gün Milli bayramİnqilab
günü qeyd olunur, hakimiyyətə gələn Ərəb Sosialist Dirçəliş
partiyasının rəhbərliyi ölkədə mütərəqqi sosial iqtisadi dəyişikliklər
həyata keçirməyə başlayır. 1970-ci il martın 11-də İraq hökuməti
kürd probleminin dinc yolla nizama salınması bərədə bəyanat verir
və kürdlərə qarşı 10 ildən artıq davam edən müharibəyə son qoyulur.
* Bağdad paktı – Böyük Britaniyanın təşəbbüsü və ABŞ-ın köməyi ilə
yaranan təcavüzkar hərbi blok. 1995-ci ilin fevralın 24-də Bağdadda İraq və
Türkiyə arasında qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalandı. Sonradan
bu pakta Böyük Britaniya, İran və Pakistan da qoşuldu. İraq bu paktın
tərbindən çıxdıqdan sonra o, əslində fəaliyyətini dayandırdı.
77
1974-cü ildə isə kürdlərə milli muxtariyyət verilməsi barədə Qanun
qəbul edilir.
1980-ci ilin sentyabrında İraq-İran münasibətləri olduqca
kəskinləşərək uzun sürən dağıdıcı müharibəyə çevrilən hərbi toqquşmaya
səbəb oldu. Kökü çox uzaq tarixi keçmişə gedən İraq-İran
münaqişəsinin əsasını dini, siyasi və ərazi xarakterli ixilaflar təşkil
edirdi. Bu müharibə bir tərəfdən ABŞ-a Yaxın Şərqdəki itirilmiş
mövqeyini möhkəmlətməyə imkan verdi. Digər tərəfdən isə siyasi
baxımdan «barıt çəlləyinə» bənzəyən Yaxın Şərqdəki vəziyyəti lap
gərginləşdirdi.
Dünya mətbuatında İraq-İran müharibəsi müxtəlif cür «tanker
müharibəsi», «qeyri-adi müharibə», «iqtisadiyyatı əldən salmaq
müharibəsi» və s. adlandırılıb. İran körfəzində 7 il 6 aydan artıq davam
edən bu müharibə XX əsrdə Asiyada ən uzun və dağıdıcı
müharibə olmuşdur. Bu müharibənin vurduğu ziyanı dəqiq hesablamaq
olduqca çətindir. Müharibə nəticəsində hər iki ölkə
özlərinin inkişaf səviyyəsini ən azı 15-20 il geri atıblar.
1988-ci ilin 20 avqustunda İraq-İran cəbhəsində barışıq barədə
razılaşma əldə olunur. Bu hadisədən 5 gün əvvəl isə İraq prezidenti
Səddam Hüseyn, İran prezidenti Haşimi Rəfsancaniyə 1975-ci il
Əlcəzair müqaviləsi əsasında sülh bağlamaq müraciətini edir. Həmin
müqaviləyə əsasən ölkələr arasında mübahisəli sərhəd xətti Şətt-ülƏrəb
çayının talveqindən (ortasından) keçirdi. Bağdadın müraciəti
Tehran tərəfindən qəbul olunur və avqustun 17-22-si arasında İran öz
qoşunlarını İraq sərhədindən uzaqlaşdırır. 1990-cı ilin oktyabrında isə
hər iki ölkə diplomatik münasibətlərini bərpa edirlər.
İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq
İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi
təcavüzə başlayır. Küveyt İraq ilə birlikdə (onun Bəsrə vilayəti kimi)
uzun müddət Osmanlı İmperiyasının tərkibində olmuşdur. 1899-cu
ildə Küveytin əmiri İngiltərə ilə «Dostluq» haqqında müqavilə
bağlamış və bununla da faktiki olaraq (rəsmi sürətdə 1914-cü ildən)
onun protektoratlığına çevrilmişdir. Bütün bunları İraq hökuməti irad
tutaraq, sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə
Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş
sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə
vilayətindən qoparılmışdır.
Müharibə başlayandan sonra BMT-nin Təhlükəsizlik Şurası
78
İraq təcavü-zünü pisləyən bir neçə qətnamə qəbul edir. Həmin
qətnamələrdə Küveytin qanuni hökumətini bərpa etmək və İraqa
qarşı beynəlxalq sanksiyaları qəbul etmək məsləhət bilinir.
Qətnamələrdə həmçinin müdaxilənin hüquqi cəhətdən qeyri-qanuniliyindən
də bəhs edilir.
BMT-nin Təhlükəsizlik Şürası İraqa zəbt etdiyi ərazidən öz
qoşunlarını geri çəkmək üçün 1997-ci ilin 15 yanvarına qədər vaxt
vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən
gecə tərkibi əsasən ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb
ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti
Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır və qısa
müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənir. 1994-
cü ilin 19 noyabrında İraq, Küveytin suverenliyini, ərazi bütövlüyünü,
sərhədlərinin beynəlxalq statusunu tanıdığını rəsmi şəkildə
elan edir.
Bununla «ürəyi soyumayan» BMT-nin Təhlükəsizlik Şürası
İraqa qarşı daha sərt tədbirlərə əl atır və müxtəlif sanksiyalar tətbiq
etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır
məhsulun çıxarılmasına ilk növbədə neftin və təbii qazın ixracına,
eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xammalın,
hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək
məmulatların idxalına qadağa qoyulur. 1998-ci ilin dekabrında ABŞ
və Böyük Britaniya hərbi hava və hərbi dəniz qüvvəlləri İraqı, ilk
növbədə Bağdadı raket atəşinə tutur. Bu zorakılıq dünya ictimaiyyəti
tərəfindən birmənalı qarşılanmır.
Sonrakı illər İraq üçün daha faciəli olmuşdur. Ölkədə atom silahının
olmasını və hökumətin rəsmi dairələrinin beynəlxalq
terrorizmə dəstək verməsini bəhanə edərək (əslində məqsəd İraq
neftinə sahib olmaq və rəsmi Vaşinqtonun istəklərinə məhəl qoymayan
Səddam Hüseyn hökumətini devirmək idi) ABŞ və onun
tərəfdarları öz hərbi hava qüvvəllərini İraqa göndərir. Ölkə tamamilə
zəbt olunur. Səddam Hüseyn həbs edilir və 2005-ci il dekabrın 30-da
edam edilir.
Ölkədə rəsmi Vaşinqtonun nəzarəti altında parlament və
prezident seçkiləri keçirilsə də sülh və əminamanlıq bərpa olunmayıb.
Artıq bir neçə ildir ki, İraqda vətəndaş müharibəsi səngimir.
Xalq və dünya ictimaiyyəti xarici qoşunların ölkədən çıxarılmasını
tələb edir.
79
Dövlət quruluşu. Dövlət quruluşuna görə İraq respublika
şəklində idarə olunan ölkədir. 2003-cü ilin aprelinə qədər – yəni ABŞ
və onun tərəfdarlarının hərbi qüvvələri İraqı tam zəbt edənə qədər
dövlət idarəçiliyinin ali orqanı İnqilabi Komandanlıq Şurası idi.
Şuranın sədri eyni zamanda ölkə prezidenti və hərbi qüvvələrin baş
komandanı vəzifələrini yerinə yetirirdi (1979-cu ilin iyulundan bu
funksiyalar Səddam Hüseynin əlində idi).
İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra parlament
(30 yanvar 2005) və prezident (6 aprel, 2005) seçkiləri keçirilmişdir.
Prezident seçkilərində kürd mənşəli Cəlal Təlabani qalib gəlmişdir.
Ölkənin ali icraedici orqanı Baş Nazirin rəhbərlik etdiyi Nazirlər
kabinəsidir.
İraqda S.Hüseyn dövründə hakimiyyətdə olan siyasi partiya
qısaca şəkildə BƏ'S adlanan Ərəb Sosialist Dirçəliş Partiyası idi. XXI
əsrin əvvəllərində İraq çoxpartiyalı dövlətə çevrilir. Ölkədəki şiə
müsəlmanları İbrahim əl-Cəfərinin rəhbərlik etdiyi «Birləşmiş İraq
Alyansı», kürdlər Cəlal Təlabaninin rəhbərlik etdiyi «Kürd alyansı»,
ərəblər isə «İraq Milli sazişçilik» partiyalarını yaratmışlar.
3. Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi
İraqda yaşayanların sayı 28,0 mln. nəfəri keçmişdir. Bu göstəriciyə
görə dünyanın 40-cı dövlətidir. Ölkədə 1920-ci ildən əhalinin
siyahıyaalınması işləri aparılır. 1965-95-ci illərdə ölkə əhalisinin sayı
təqribən iki dəfə artmışdır. Orta illik artım 3 faizdən aşağı düşmür.
Etnik tərkibinə görə əhalinin 70 faizini İraq ərəbləri, təqribən 15 faizini
isə kürdlər təşkil edir. Onlardan başqa yerli ərəblərin «turkman»
adlandırdıqları türkdilli əhali (Ağqoyunlular və Səfəvilər dövründə
Azərbaycandan İraqa köçənlər), həmçinin farslar, aysorlar və digər
xalqların nümayəndələri yaşayır. Ərəblər şimal əyalətləri istisna olmaqla
ölkənin hər yerində məskunlaşmışlar. Oturaq həyat tərzi
keçirən ərəblərin əsas kütləsi Dəclə-Fərat çayları arasında yaşayır.
Kürdlər əsasən İraq Kürdüstanı adlanan bölgədə yaşayır.
İraqda kürd problemi uzun illərdir mövcuddur. 1974-cü ildə
kürd xalqının muxtariyyəti barədə qanun qəbul edilmişdir. İlk dəfə
olaraq kürdlər ölkənin başqa vətəndaşları ilə bərabər hüquqa malik
oldular. Onların milli-mədəni dil xüsusiyyətlərinin müdafiə olunması
təmin olundu. Kürd dili ölkənin ikinci rəsmi dili elan edildi.
80
İraq-İran müharibəsi ərəfəsində İraq hökuməti kürdlərə qarşı
münasibətini birdən-birə dəyişərək Kürdüstanın muxtariyyətinin tanınması
barədə yenidən danışıqlara başlamağı qərara alır. Beynəlxalq
təşkilatların yenidən kürd probleminə qarışması İraq hökumətini
əksəriyyəti xaricə qaçmış kürdlərə əfv barədə dekret qəbul etməyə
məcbur etdi və BMT qoşunlarının nəzarəti altında kürdlər öz daimi
yaşayış yerlərinə qayıtdılar.
Süleymaniyədə yaşayanların 90, Kərkük, Ərbil, Neynəvə
əyalətlərində yaşayanların isə 50-60 faizi kürdlərdir. Kürdlərin oturaq
həyata keçməsinə baxmayaraq bəzi iri nəsillər tayfa bölgüsünü saxlamışlar.
Ərbil şəhəri Kürdüstan muxtar rayonunun inzibati
mərkəzidir.
İraqda rəsmi dövlət dili ərəb və kürd, hakim din İslamdır.
Müsəlmanların yarıdan çoxu şiələrdir. İraqda şiələrin 2 müqəddəs
şəhəri Kərbəla və Ən Nəcəf yerləşir. Fərat çayı vadisində yerləşən
Kərbəla şəhəri imam Hüseynin tərəfdarları ilə xəlifə Yəzidin qoşunları
arasında vuruşma yerində salınmışdır. Həmin döyüşdə öldürülmüş
imam Hüseynin qəbri Kərbəlada yerləşir. Qəbrin üstündə
türbə, ətrafında isə məscid və mədrəsə tikilmişdir. Həzrəti Abbasın
məscid türbəsi də Kərbəladadır. İmam Hüseynin qəbrini ziyarət edən
müsəlmanlara kərbəlayi titulu verilir. Məhəmməd Füzuli bu
müqəddəs şəhərdə doğulmuşdur.
Ən Nəcəf Kərbəla əyalətində Fərat çayının sağ sahilində
yerləşir. Ən Nəcəf VIII yüzilliyin ikinci yarısında İmam Əlinin Kufə
ətrafında dəfn edildiyi yerdə salınmışdır. Şəhərdə imam Əlinin
məscid məqbərəsi (hünd. 32 m) yerləşir.
İraqda əhalinin orta sıxlığı hər kv. km-ə 60 nəfərdən artıqdır.
Dəclə, Fərat və Şətt-ül-Ərəb çayları vadisində, şimaldakı dağətəyi
bölgələrdə əhali sıx, ölkənin qərb və cənub bölgələrində isə
seyrəkdir. Daxili miqrasiya kənd yerlərindən şəhərlərə istiqamətlənir.
İşləmə qabiliyyəti olanların təqribən 40 faizi kənd təsərrüfatı,
qalanları isə xidmət və sənaye sahələrində çalışır. İraq İslam
dövlətləri içərisində urbanizasiya səviyyəsi yüksək olan ölkələrdən
biridir. Ölkə əhalisinin 70 faizindən çoxu şəhərlərdə yaşayır. Bağdad,
Mosul, Bəsrə, Kərkük, Ən Nəcəf ölkənin böyük şəhərləridir.
Bütün göstəricilərə görə ölkənin ən böyük şəhəri – əhalisinin
sayı 4,0 mln. nəfəri ötmüş paytaxtı Bağdaddır. Dəclə çayının hər iki
sahilində yerləşmiş şəhərin əsasını 762-ci ildə Abbasilər dövlətinin
81
paytaxtı kimi xəlifə Cəfər əl-Mənsur qoymuş və ona Mədinət əs-
Səlam (sülh şəhəri) adı vermişdir. Sürətlə inkişaf edən şəhər IX
yüzillikdə ən yüksək mərhələyə çataraq ticarət, sənətkarlıq və orta əsr
ərəb-islam mədəniyyət mərkəzinə çevrilmişdir.
Bağdad ölkənin sənaye, ticarət, maliyyə və mədəniyyət
mərkəzidir. O, Aralıq dənizi ölkələrini Orta Şərq və Cənubi Asiya ilə
əlaqələndirən yollar kəsiyində mühüm nəqliyyat qovşağıdır. Bağdad
həm də əlverişli çay portudur. Ölkədə mövcud olan sənaye
müəssisələrinin üçdə biri Bağdad və onun ətrafında cəmlənmişdir.
Bağdadda iki Elmlər Akademiyası (İraq və Kürd), universitet və
digər təhsil ocaqları fəaliyyət göstərir. Bağdad Milli Muzeyi nəinki
ölkənin eləcə də Ərəb Şərqinin ən böyük muzeylərindən biridir. Orta
əsrlərdə İraq-Azərbaycan mədəni əlaqələrində Bağdad mühüm rol
oynayıb. Azərbaycanın bir çox şairləri, o cümlədən, Xətib Təbrizi,
Məhəmməd Füzuli Bağdadda yaşayıb yaratmışlar. Müharibə və terror
aktları Bağdadın əvvəlki görkəminə xeyli ziyan vurmuşdur.
4. İqtisadiyyatı
XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş,
ortasəviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili
Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O
vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına
bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü
dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri
partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar,
başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və
xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.
Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində
aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır:
• əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika
və mədən sənaye müəssisələrini yenidən işə salmaq;
• ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq;
• insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq;
• əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək;
• səhiyyə və maarif sistemlərinin işini bərpa etmək;
• ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq;
82
• qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək.
XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft
sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq,
elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye
sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi
infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi
geniş vüsət almışdı.
Sənayenin aparıcı sahələri. İraqı məşhurlaşdıran, həm də
iqtisadi cəhətdən irəliləməsinə səbəb, onun mədən sənayesi, ilk
növbədə neftçıxarma olmuşdur. Ölkədə aşkar edilmiş 70-dən artıq
neft yatağında neftin ehtiyatı 15 mlrd.tondan artıqdır. Bu göstəriciyə
görə regionda ancaq Səudiyyə Ərəbistanından geri qalır. Başlıca neft
rayonları: Ər-Zubeyr, Ər-Rumeyla, Mosul, Xanakin, Nefte-Xare və
cənub bölgələridir. Ölkədə ən iri neft yataqları Kərkük və
Rumeyladır.
İraqın problemsiz illərində bu iki yataqdan ildə orta hesabla 40-
43 mln. ton neft çıxarılırdı. O vaxtlar həmin yataqların nefti güclü
kəmərlər vasitəsilə Aralıq dənizi sahilinin Trablis (Livan) və Bəniyaz
(Suriya) limanlarına nəql edilirdi. Çıxarılan neftin bir hissəsi Kərkük
şəhərinin müəssisələrində emal olunurdu. Ölkənin cənubundakı
yataqlardan çıxarılan neft gəmilər vasitəsilə Fao və Umm-Qəsr
limanlarına nəql edilirdi. Oradan da tankerlər vasitəsilə dünya bazarına
çıxarılırdı. Bəsrə şəhərində iri neft emalı müəssisəsi fəaliyyət
göstərirdi. Neft emalı müəssisələrində təyyarə və avtomobil benzini,
reaktiv mühərriklər üçün yanacaq, məişətdə işlədilən ağ neft, dizel
yanacağı, sürtkü yağları və s. istehsal olunurdu.
Neftlə yanaşı ölkədə böyük ehtiyata malik təbii qaz yataqları
da var. Təbii qazın ehtiyatı 30 trilyon kub m-dən artıqdır. 1980-ci
ildə ölkənin şimalında və cənubundakı yataqlardan təbii qazın
yığılması və mayeləşdirilməsi üzrə qurğu sisteminin tikintisi
planlaşdırılmışdı. Şimal sistemi ölkənin daxili tələbatı üçün, cənub
sistemi isə əsasən xaricə mayeləşdirilmiş qaz (balon qazı) ixracatı
üçün nəzərdə tutulmuşdu. Cənub layihəsini Yaponiya şirkəti yerinə
yetirirdi və bu iş 1982-ci ildə başa çatdırılmalı idi. Əfsuslar olsun ki,
1980-ci ilin payızında İranla, 1990-cı ilin avqustunda Küveyt ilə baş
vermiş müharibələr və ondan sonrakı qadağalar, ərazinin raket
atəşinə tutulması və s. qaz sənayesində əldə edilə biləcək inkişafı
xəyala çevirdi.
83
Bu yanacaq sərvətlərindən əlavə İraqda böyük ehtiyata malik
kükürd və fosfat yataqları da var. Ötən əsrin sonlarına qədər ölkədə
fosfat xammalının emalı üzrə ümumi gücü 700 min ton olan bir neçə
sənaye müəssisəsi tikilmişdi. Kükürd hasilatının yalnız 10 faizi daxili
tələbat üçün istifadə edilirdi, qalan hissəsi ixrac olunurdu. İraq
kükürdünün idxalatçıları əsasən Hindistan, Misir, Çin və Banqladeş
idi. Başqa sahələr kimi mədən sənayesinin bu sahələri də iflic
vəziyyətindədir.
Ölkənin emaledici sənayesi ilk növbədə idxal olunmuş
hissələrdən avtomobil yığma, kənd təsərrüfatı maşınları,
elektrotexniki məmulat, əczaçılıq, tikinti materialları istehsalı və s.
ilə məşğul olurdu. Ötən əsrin axırları üçün ölkənin elektrik
stansiyalarının gücü 1,7 mln. kvt-a bərabər idi. 90-cı illərin
ortalarından başlayaraq İraq 6 mlrd. kv saat elektrik enerjisi istehsal
edirdi. Dokan şəhərində xarici əsasən rus mütəxəssislərinin köməyi
ilə «Yusifiyə» adlanan istilik elektrik stansiyası tikilib istifadəyə
verilmişdi.
Xarici kapitalın və xarici mütəxəssislərin yardımı ilə İraqda
yeni sənaye sahələrinin yaradılması işinə başlanılmışdı. 1978-ci ildə
Nəsiriyyə şəhərində ölkənin ilk alüminium istehsalı müəssisəsi işə
salındı. Süvürrada əczaçılıq məhsulları istehsal edən müəssisə, əl-
Tağidə elektrik lampaları zavodu, müxtəlif şəhərlərdə kənd
təsərrüfatı maşınları və avadanlıqları istehsal edən müəssisələr,
Kərbəla şəhərində müxtəlif konservlər istehsal edən zavod, Ramadidə
şüşə zavodu, Küt-əl-Ömərdə pambıq-parça istehsal edən fabrik tikilib
istifadəyə verilmişdir. Yüngül və yeyinti sənayesi İraqın ənənəvi
inkişaf etmiş təsərrüfat sahələridir. Toxuculuq, xalçaçılıq, kişi və
qadın üst geyimləri, gön-dəri məmulatları nisbətən yaxşı inkişaf
etmişdi. Yeyinti sənaye müəssisələrinə ölkənin bütün yaşayış
məntəqələrində rast gəlmək olardı. Regionun başqa ölkələrində
olduğu kimi İraqda da sənətkarlıq (xüsusilə zərgərlik və toxuculuq)
yaxşı inkişaf etmişdir.
Kənd təsərrüfatının aparıcı sahələri. İraq tarixən böyük kənd
təsərrüfatı ölkəsi kimi tanınmışdı. Əvvəlki illərlə müqayisədə kənd
təsərrüfatı istehsalı hazırda xeyli azalmışdır. Kənd təsərrüfatına
yararlı torpaq sahələri başlıca olaraq Aşağı Mesopotamiyada və
Şimali İraqın dağətəyi rayonlarındadır. Qədim suvarma
mədəniyyətinə malik olmuş İraqda müharibələr nəticəsində suvarma
84
sistemləri sıradan çıxmışdır. Ölkənin torpaq iqlim şəraiti isə elədir ki,
əkinlərin hamısı süni suvarmaya möhtacdır.
Ölkənin başlıca əkinçilik rayonları Dəclə və Fərat çaylarının
vadiləridir. İraqın cənubunda Şətt-ül-Ərəb çayı boyunca xurma
plantasiyaları geniş sahələri tuturdu. Xurma ağaclarının sayına,
xurma istehsalında, ixracatında İraq dünyada birinci yeri tuturdu.
İraq-İran müharibəsinə qədər dünya bazarına çıxarılan xurmanın 30
faizi İraqın payına düşürdü.
Xurma iraqlıların, ümumiyyətlə ərəblərin məişətində mühüm
əhəmiyyətə malikdir. Ağacın yarpaqlarından, lifindən həsir, süfrə,
səbət, tabaq, kəndir, yelpik və s. toxunur. Xurma salxımları
təmizləndikdən sonra onun saçaqlarından içki çəkilir. Ağacın
budaqları və gövdəsindən tikinti materialları, tapul adlanan qalın
qabığından isə oduncaq kimi istifadə olunur. Bunlardan əlavə ağacı
və onun budaqlarını kəsərkən içindən tökülən qatı ağ kütlə yeyilir.
Xurma pendiri adlanan bu qatı şirənin alıcıları çox olur.
Əkin sahələrinin 80 faizində taxıl bitkiləri, xüsusilə buğda,
arpa, çəltik əkilir. Taxıl bitkilərinin istehsalına görə ölkənin şimal
rayonları fərqlənir. Ölkənin cənub hissəsində, çay vadilərinin
bataqlaşmış hissələrində çəltik becərilir. Diala çayının vadisi boyunca
pambıq plantasiyaları yerləşir. Mesopotamiya ovalığının su olan hər
yerində bağçılıq, üzümçülük inkişaf etmiş, tərəvəz, bostan bitkiləri
geniş yayılmışdır. Ölkənin şimal hissəsində az miqdarda tütün
yetişdirilir.
Heyvandarlıq ekstensiv yolla inkişaf etdirilir. Ərazinin təqribən
60 faizini əhatə edən səhra və yarımsəhralardakı təbii otlaqlarda
yarımköçəri heyvandarlıq mövcuddur. Yuxarı Mesopotamiyada
ölkənin qərbi və cənubundakı səhralarda heyvandarlığın inkişafı üçün
əlverişli təbii şərait var. Qaramal ölkənin şimal bölgələrində, davar
isə hər yerdə bəslənilir. Böyük şəhərlərin ətrafında quşçuluq
təsərrüfatı yaradılmışdır.
İraqın kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına (xurma
istisna olmaqla) olan tələbatını təmin etmədiyindən ölkə hər il ərzaq
məhsullarının idxalına 3-4 mlrd. dollar vəsait sərf edir.
Nəqliyyatı və xarici ticarəti. Başqa qonşu ərəb ölkələri ilə
müqayisədə İraq nisbətən sıx dəmir, avtomobil yollarına və borukəmər
şəbəkəsinə malik olub. Bu yollar əvvəl ingilis
müstəmləkəçilərinin hərbi-strateji planlarına əsasən tikilmişdir.
85
Köhnə yol şəbəkəsi ölkənin sürətlə inkişaf edən milli iqtisadiyyatının
tələbatını təmin etmədiyindən onun yenidənqurmaya və
genişləndirməyə böyük ehtiyacı var idi.
Müstəmləkəçilik illərində bu işləri müəyyən dərəcədə həyata
keçirmiş İraq hökuməti ötən əsrin axırları və yeni əsrin əvvəllərində
baş vermiş daxili münaqişələr və xarici müdaxilələr nəticəsində
bütün nəqliyyat sisteminin dağılmasının və qismən sıradan
çıxmasının şahidi oldu.
Ölkədaxili yük və sərnişin daşımalarında avtomobil
nəqliyyatının rolu böyükdür. Ölkədaxili bütün daşımaların təqribən
80-85 faizi avtomobil nəqliyyatının payına düşür. Avtomobil
yollarının ümumi uzunluğu 40 min km-dən bir qədər artıqdır. Bu
yolların üçdə iki hissəsi bərk örtüklü yollardır. Kərbəla və Ən Nəcəf
dini mərkəzlərini Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri
ilə birləşdirən «Zəvvar yolu» xüsusilə əhəmiyyətlidir.
Əksəriyyəti dağılmış vəziyyətdə olan dəmir yollarının ümumi
uzunluğu 2032 km-dir. İlk dəmir yolunun (Bağdad dəmir yolu)
çəkilişinə 1858-ci ildə almanlar tərəfindən başlanılmış, 1934-1941-ci
illərdə isə həmin yolun inşası Fransa və Böyük Britaniya şirkətləri
tərəfindən tamamlanmışdır. Ötən əsrin ikinci yarısında Bağdad-Əl
Qasım, Bağdad-Bəsrə istiqamətində yeni yollar çəkilmişdir.
İraqda böyük əhəmiyyətli boru kəmərləri (həm neft, həm qaz)
də mövcud idi. İndi onların bəziləri sıradan çıxmışdır. İraq hökuməti
bu kəmərlərin fəaliyyətini bərpa etməyə başlamışdır.
Xarici ticarət. Ölkədə neft daşıyan gəmilərin donanması da
yaranmışdı. Bəsrə, Fao, Umm-Qəsr ölkənin neft ixrac edən başlıca
portlarıdır. Bağdad yaxınlığında beynəlxalq dərəcəli aeroport
fəaliyyət göstərir.
Müstəqillik illərində ölkənin xarici ticarətinin strukturunda
dəyişikliklərə baxmayaraq, xarici ticarət bir tərəfli inkişaf edirdi.
2001-ci ildə ölkə ixracatının dəyəri 15,8 mlrd. dollara bərabər
olmuşdur. Bu da əsas etibarilə dünya bazarlarına çıxarılan neft
satışından əldə olunmuş gəlir idi. Rusiya, Fransa, Çin və Türkiyə İraq
neftinin əsas alıcıları idi. İraq baykot olunana qədər neftlə yanaşı
dünya bazarına xurma, gön-dəri, zərgərlik və xalça məmulatları
çıxarırdı. İraq idxalatının əsasını ərzaq, dərman və əhali tərəfindən
gündəlik işlədilən məmulatlar təşkil edir. Qoyulmuş qadağa
(embarqo) ölkənin xarici ticarət coğrafiyasının genişləndirilməsinə
86
imkan vermir. Ölkənin milli pul vahidi dinardır, 1 dinar 100 filəmə
bərabərdir.
İSRAİL DÖVLƏTİ
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. İsrail Yaxın və Orta Şərq regionunda yerləşmiş
iki qeyri müsəlman ölkəsindən biridir. 1947-ci ilin 29 noyabrında BMTnin
Baş Məclisinin keçmiş Britaniya müstəmləkəsi olmuş Fələstin
ərazisinin 14,1 min kv km-ni müstəqil Yəhudi dövlətini yaratmaqdan
ötrü bu bölgədə yaşayan yəhudi xalqına vermişdi. Son 50-60 ildə İsrailin
yerləşdiyi ərazi zəbt etdiyi torpaqlar hesabına xeyli dəyişkənliyə məruz
qalmışdır. Beynəlxalq ictimaiyyət isə BMT tərəfindən müəyyən edilmiş
ərazi və sərhədləri tanıyır.
1948-49-cu illərdə İsrail BMT tərəfindən müstəqil ərəb dövləti
yaratmaq üçün ayrılmış 11,1 min kv km ərazinin 5,7 min kv km-ni zəbt
edib öz torpağına qatır. 1949-cu ildə İsrailə onun qonşuları Misir, Ürdün,
Suriya və Livan arasında demarkasiya sərhədi barədə razılıq əldə olunsa
da, sonrakı illərdə İsrail bu razılığı tez-tez pozur. Beləliklə, İsrailin
ərazisi 20,8 min kv km-ə çatır. 1967-ci ildə İsrail Ürdün çayının qərb
sahilini, Qəzza bölgəsini və Suriyanın Colan təpəlikləri ərazisini də zəbt
edir. 2005-ci ildə öz qoşunlarını Ürdün çayının qərb sahili və Qəzza
bölgəsindən çıxarır.
Qurudan 4 müsəlman dövləti (əslində Fələstin də daxil olmaqla
5 dövlət olmalı idi) ilə həmsərhəd olan İsrailin qərbdən 188 km
məsafədə Aralıq dənizinə, şərqdən 56 km məsafədə Ölü dənizin
cənub-qərb bölgəsinə, cənubdan 10 km məsafədə Qırmızı dənizin
Əqəbə körfəzinə çıxışı var.
Səth quruluşu və faydalı qazıntıları. Təbiətinin mühüm
xüsusiyyəti ölkənin dənizlər, dağlar və səhralar arasında
yerləşməsidir. İsrailin ərazisi ki-çik olsa da səth quruluşunda
müxtəliflik hiss olunur. Qaliley yaylası adlanan hissə ölkənin şimal
və qərb bölgəsini tutur. Əslində bu yayla hündür düzənliyi xatırladır.
Burada hündürlük 600-700 m-dən artıq deyil. Ölkənin şimali-şərqini
Ürdün çayının dərəsi tutur. Mərkəzi hissə Aralıq dənizi sahili boyunca
yerləşmiş alçaq ovalığı xatırladır. Burada sahil xətti zəif
parçalandığından ovalığın şimal hissəsində yerləşmiş Xayfa körfəzi
87
istisna olmaqla təbii körfəz və buxtalar yoxdur.
Ölkə ərazisinin əksər hissəsini Neqev yaylası tutur.Bu yayla
şimalda alçaq dağ massivlərinə, şərqdə isə Qhor tektonik çöçəkliyinə
yaxınlaşır. Bu çöçəkliyin ən dərin yerində okean səviyyəsindən 392
m. aşağı olan Ölü dəniz yerləşir. Bu dənizlə Qırmızı dəniz arasında
qalan ərazidə Aqava dərəsi yerləşir.
İsrailin ərazisi faydalı qazıntılarla zəngin deyil. Əsasən
mezazoy dövrünün çöküntüləri ilə örtülüdür. Nisbətən hündür
yerlərdə karst hadisələrinə və mağaralarına rast gəlmək olar. Ölkədə
qeyri-metal sərvətlər metal və yanacaq sərvətlərindən çoxdur. Qeyrimetal
faydalı qazıntılar içində Ölü dənizdəki kalium duzları, natrium
və brom çoxdur. Neqev yaylasında fosforit, gips, tikinti materialları
və kvars qumları aşkar edilmişdir. Müxtəlif yerlərdə ehtiyatı az olan
dəmir və mis filizi, neft və təbii qaz yataqları aşkar edilmişdir. Ölü
dənizdən əldə edilən təbii sərvət – potaş, xlorlu maqnezium, xörək və
kalsium duzları, xüsusilə, əhəmiyyətlidir. Bu bölgədə beynəlxalq
əhəmiyyətli kurortlar yerləşir.
İqlimi və hidroqrafiyası. İsraildə Aralıq dənizi iqlim tipi hakimdir.
Ərazidə yay ayları quraq və isti,qış isə mülayim və rütubətli
keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və qışda isə
mülayim enliklərin hava kütlələri hakimdir.Səth quruluşunun
müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur.
Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin
şəkildə azalır. Məsələn, qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində
1000 mm-ə qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat
bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500
mm-ə qədər, Ölü dənizin sahillərinə isə 70-80 mm yağıntı düşür.
Yanvar, fevral ayları ən çox yağış yağan aylardır.
Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20
dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə dərəcə
aşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin
çimərliklərindən ilin 7-8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri
onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağı
düşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32-33 dərəcəyə
çatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür
ərazilərdə qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun
gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur
müsbət 15 dərəcəyə bərabərdir.
88
Ərazi üçün şimal və qərb küləklərinin əsməsi səciyyəvidir.
Yazda və yayın əvvəllərində Ərəbistan yarımadasından quru və isti
xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasında
rast gəlinir.
İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb
hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çayların
əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axarsızdar.
Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan
(Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay
Ölü dənizə tökülür.Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan
hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr
alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km,
maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından ondan
içməli su mənbəyi kimi istifadə olunur.
1000 kv. km ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km)
250 kv. km-i İsrailə məxsusdur. Bu kiçik ərazidən İsrail hökuməti
maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla
yanaşı kurort təsərrüfatı inkişaf etdirilir.
Sənaye, kənd təsərrüfatı və əhalinin suya olan tələbatını
ödəmək məqsədilə su təchizatı və irriqasiyanın mərkəzləşdirilmiş
sistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu
150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xa-
Ayin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan
Yarkon- Şimali Neqev xəttilə birləşir.
Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub
metr oldu-ğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik
çayların və bulaqların 320 mln. kub metri Ürdün çayının İsrailə aid
olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir.
Ümumiyyətlə, İsrail hökuməti içməli su təminatında böyük
müvəffəqiyyətlər əldə etmişdir. Onun bu təcrübəsindən başqa quraq
ölkələr də istifadə edir.
Torpaq və bitki örtüyü. Ölkənin nisbətən çox yağıntı alan
qərb hissəsində quru subtropik meşə və kolluqların qəhvəyi torpaqları,
mərkəzi və şərq bölgələrində boz qəhvəyi torpaqlar,
cənubunda isə subtropik səhra torpaqları yayılmışdır. Dağlıq
ərazilərin bəzi yerləri torpaq örtüyündən məhrumdur. Sahil bölgələrin
torpaqları nisbətən məhsuldardır. Belə torpaqlarda humusun miqdarı
24 faizə çatır.
89
Ölkənin Aralıq dənizi sahili mövqeyi florasının zənginliyinə
səbəb olmuşdur. Endemik bitki növləri üstünlük təşkil edir. Baharda
yağıntılardan sonra ölkənin landşaftı füsünkar olur. Qaliley ölkənin
tarixi-təbii baxımdan gözəl yeri sayılır. Çünki bu rayonun iqlimi
yumşaq, rütubətli, torpaqları məhsuldardır. Əvvəllər meşələrlə örtülü
olan Qalileydə hazırda təbii landşaftdan nadir izlər qalmışdır. Kənd
təsərrüfatına yararlı sahələrdə və yamaclarda meşələr salınmışdır.
Meşələr ərazinin cəmi 5 faizində yayılmışdır. Neqev səhrasının
həyatsız görünüşü vardır. Onu dik qayalar və dərin dərələr «bəzəyir».
İsrail təbiətinin mühafizəsinə,ekoloji mühitinin sağlamlığına
diqqətlə yanaşan ölkələrdən biridir. Hökumət Ölü dəniz bölgəsini
Milli qoruq elan etmişdir. Amma ərazidə uzun illər aparılan
müharibələr və terrorçuların fəaliyyəti ölkənin həm təbii, həm də antropogen
landşaftına böyük ziyan vurmuşdur.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Hələ keçmişdə Fələstin adlanan ərazidə yəhudilər yaşamışlar.
Onlar burada müxtəlif zamanlarda yəhudi padşahlıqları da yaratmışlar.
İsrail müstəqil dövlət kimi 1948-ci ilin 14 mayında (o vaxtdan
həmin gün Milli bayram kimi geniş qeyd olunur) Fələstin ərazisində
müstəqil yəhudi və ərəb dövlətlərinin yaradılmasına dair BMT Baş
Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır.
Qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda
qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya
qəbul etməli idi.
Yəhudi dövləti üçün qarışıq əhalisi (497 min ərəb və 498
yəhudi) olan 14,1 kv. km ərazi (Fələstinin ümumi ərazisinin təqribən
56 faizi) ayrılmışdı. Qüds şəhərinə isə BMT idarəsi altında xüsusi
beynəlxalq rejimli inzibati vahid statusu verildi.
1948-ci ilin may ayında təşkil edilmiş İsrailin müvəqqəti
hökumətinə yalnız sionist (qatı millətçi) partiyaların nümayəndələri
daxil oldu.Yeni yaradılmış hökumətin ilk aktı olan «İstiqlaliyyət
bəyannaməsində» sionizm doktrinası İsrail dövlətinin rəsmi ideologiyası
və siyasəti elan edildi.
İsrail dövləti yarandığı gündən imperialist dövlətləri (əsasən
ABŞ və Böyük Britaniya) və beynəlxalq sionizmin köməyi ilə qonşu
90
ərəb ölkələrinə qarşı işğalçılıq müharibəsinə başladı.Bu müharibədə
İsrail BMT-nin qərarı ilə Fələstin ərəb dövləti üçün ayrılmış ərazinin
əksər hissəsini (6,7 min kv. km ) və Qüdsün qərb hissəsini işğal
edərək 1,2 mln-dan çox fələstinli ərəbi torpaqlarından qovdu və o
vaxtdan Fələstin qaçqınları anlamı meydana gəldi.
Qərb dövlətləri, ilk növbədə, ABŞ və onlarla bağlı olan sionist
dairələri İsrailin ərəb dövlətlərinə qarşı mübarizədə alət və imperializmin
Yaxın Şərqdəki dayaq məntəqəsi kimi istifadə etməyə başladılar.
1956-cı ildə İsrail Böyük Britaniya və Fransa ilə birlikdə
Misirə qarşı təcavüz etmiş, 1958-ci ildə ABŞ və Böyük Britaniyanın
Livan və Ürdünə qarşı müdaxiləsinə yardım göstərmişdi. 1967-ci ilin
iyunun 5-də İsrail Misir,Suriya və Ürdünə planlı basqın edərək ərəb
ərazilərini (təqribən 70 min kv km) zəbt etdi.BMT-nin təhlükəsizlik
şurasının işğal olunmuş ərazilərdən İsrail qoşunlarının çıxarılması
barədə 292 saylı qətnaməsinə (1967-ci il, 22 noyabr) məhəl qoymayaraq
ərəb torpaqlarını işğal altında saxlamaqda davam etdi.
1973-cü il oktyabrın 6-da İsrail ərəb ölkələrinə qarşı yeni
təcavüzkar müharibəyə başlasa da dünya ictimaiyyəti bu müharibənin
daha geniş miqyas almasına imkan vermədi. Sonradan Misir-İsrail
(1974) və Suriya-İsrail (1974) sazişlərinə əsasən İsrail, Süveyş
kanalının qərb sahilini və 1973-cü ildə işğal olunmuş Əl-Qüneytra
bölgəsini Suriyaya geri qaytardı.
1978-ci ilin yazında Livan ərazisinə soxularaq yeni təcavüzə
başladı və ölkənin İsraillə həmsərhəd olan cənub bölgələrini bir neçə
ay işğal altında saxladı.ABŞ-ın vasitəçiliyi ilə Kemp-Deviddə davam
etdirilən (1978-ci il, 5-17 sentyabr) seperat danışıqlar və sonrakı
Misir-İsrail sövdələşmələri Yaxın Şərqdə vəziyyətin nizama salınmasında
əsaslı dəyişikliklər yaratmadı.
2005-ci ilin martında knessetin (parlament) Kemp-Deviddə
bağlanmış sazişlərə əsasən Fələstinin Qəzza bölgəsindən qoşunlarını
çıxarmalı idi. Lakin nə parlament nə də hökumət bu işi yerinə
yetirməyə tələsmirdi. Çünki İsrail işğal etdiyi bütün ərazilərdə, o
cümlədən Qəzza bölgəsində yəhudi məskənləri salmışdı. Ərəb torpaqlarında
məskən salmış ev-eşik qurmuş yəhudilər isə nə o yerləri
tərk etmək istəmirdilər və hökumətə qarşı etiraz aksiyaları
keçirirdilər. Nəhayət, yəhudi məskənlərinin Qəzza bölgəsindən köçürülmə
əməlyyatlarına 2005-ci ilin 15 avqustundan başlanıldı və
91
Qəzza bölgəsi yəhudilərdən təmizləndi.
2006-cı ilin iyulun ortalarında İsrail Livana qarşı yeni hərbi
əməliyyatlara başladı. Ölkənin cənubunu zəbt etməklə yanaşı
Beyrutu və digər böyük şəhərləri raket atəşinə tutdu. İsrail rəsmiləri
bu hərəkətlərini onunla əsaslandırırlar ki, Livanda Fələstinin Hizbullah
və Həmas terorçu təşkilatları fəaliyyət göstərir və bu isə İsrail
üçün ciddi təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyətin və dünyanın
aparıcı dövlətlərinin İsrailin Livana müdaxiləsinin mənfi reaksiyasına
baxmayaraq İsrail terrorçu saydığı təşkilatları və onların üzvlərini
tamamilə məhv etdikdən sonra cənubi Livandan çıxacağını bildirmişdi.
Dövlət quruluşu. Dövlət quruluşuna görə İsrail parlament respublikasıdır.
Dövlətin başçısı knesset tərəfindən 7 illik müddətə
seçilən prezidentdir. Ölkə prezidentinin hüquqları o qədər də böyük
deyil. Qanunvericilik hakimiyyəti birpalatalı knessetə məxsusdur.
120 üzvü olan knesset deputatlarının fəaliyyət müddəti 4 ildir. İcraedici
hakimiyyət Baş nazir başda olmaqla Nazirlər Kabinetinə
məxsusdur. Baş Nazir ümumi səsvermə yolu ilə 4 il müddətinə
seçilir.
İsraildə dünyəvi qanunvericiliklə yanaşı talmudizm
(yəhudilərin əsas dini kitabı) hüququ da geniş yayılmışdır. İsrail
1957-ci ildən BMT-nin üzvüdür. İnzibati ərazi cəhətdən ölkə 6
dairəyə bölünmüşdür.
İsraildə bir neçə partiya fəaliyyət göstərir.Bunlar içərisində ən
böyükləri A.Peres lider olduğu sosialist-demokratik «İsrail Əmək
Partiyası» (Abbreviaturası Avoda); B.Netanyahunun rəhbərlik etdiyi
«Likud» partiyası; X.Eretsin rəhbərlik etdiyi və bir neçə partiyanın
birliyindən yaranmış «Merets» alyansı; E.İşayın rəhbərlik etdiyi dini
yönümlü «ŞAS» partiyası; İ.Livenin rəhbərlik etdiyi Milli dini
yönümlü «Mafrad» partiyasıdır.
Ölkədə rəsmi Konstitusiya mövcud deyil. «Dövlətin yaranması
haqqında Deklarasiya» (1948-ci il), «Parlamentin əsas qanunları» və
«İsrail vətəndaş hüququ» adlı sənədlərlə idarəçilik funksiyaları
müəyyən edilir.
Azərbaycan Respublikası ilə münasibətləri. İsrail dövləti ilə
Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci
ilin 7 aprelində qurulmuşdur. İsrail dövlətinin Azərbaycanda
səfirliyinin açılması və aktiv fəaliyyət göstərməsi müsbət haldır.
92
Səfirliyin fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına kömək
edir. Hər iki ölkənin bütün sahələrdə əlaqələrinin genişləndirilməsinə
imkanlar var. İndiyədək görülən işlər xüsusən iqtisadiyyat və
mədəniyyət sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr
əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaqdır.
Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, vaxtilə respublikamızda
yaşamış, sonradan İsrailə köçmüş yəhudilər Azərbaycanı
çox böyük məhəbbətlə yad edirlər və dövlətlər arasındakı əlaqələrin
inkişafına kömək edirlər.
İsraillə əməkdaşlığın ölkəmizə xarici sərmayə axınının
genişləndirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin həllində yəhudi
lobbisinin dəstəyindən istifadə edəcəyinə, eyni zamanda İsrailin
hərbi-sənaye kompleksinin imkanlarından bəhrələnə bilər. ABŞ-da
yaşayan yəhudi lobbisi Azərbaycan üçün önəmli olan beynəlxalq
problemlərin həllində Azərbaycanı ardıcıl olaraq dəstəkləyir.
İsraildən Azərbaycana gətiriləcək yeni texnologiyalar əsasən
kənd təsərrüfatı sahəsini əhatə edəcək. İndiyə qədər İsrail tərəfi
Azərbaycanda bir sıra layihələr həyata keçirib. Bunlar əsasən kadr
hazırlığı və kadr mübadiləsi ilə bağlı olub. Ölkəmizdə fəaliyyət
göstərən İsrail şirkətləri əsasən səhiyyə və aqrar sektorla bağlıdır.
Qeyd edək ki, Azərbaycanın Asiya ölkələrinə ixrac etdiyi
məhsulların 50 faizindən çoxu İsrailin payına düşür. Bu məhsullar
sırasında yanacaq 99 faiz təşkil edir. İsraildən isə respublikamıza
əsasən elektrotexnika (79 faiz), maşınqayırma və metal emalı sənaye
məhsulları (17 faiz) gətirilir.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
İsrail əsasən gəlmələr və ərəb mənşəli əhalinin yüksək təbii artımı
hesabına əhalisi sürətlə artan ölkələrdən biridir. Məsələn, 1971-
ci ildə ölkədə 3,0 mln,1990-cı ildə 5,0 mln, 2005-ci ildə isə 6,7 mln
nəfər yaşamışdır. Mütəxəssislərin hesablamalarına görə 2015-ci ildə
ölkədə 7,8 mln. nəfərin yaşaması gözlənilir.Fələstin ərəbləri ölkədə
qədim zamanlardan məskunlaşmış finikiya, xanaan və digər sami
xalqlarının nəsilləridir.Fələstin ərazisi ərəblər tərəfindən işğal olunduqdan
sonra yerli xalqlar ərəblərlə qarışmış və ərəb dilini qəbul
etmişlər. Bunların əksəriyyəti müsəlmandır (sünni). Aralarında xristianlar
da vardır. Bunlar arasında olan druzlar Qərbi və Mərkəzi
93
Qalileydə, Hayfa ətrafında yaşayırlar.
İsrail hökumətinin ölkənin ərəb əhalisinə qarşı ayrı-seçkiliyi
siyasi, iqtisadi və sosial problemlərin meydana gəlməsinə səbəb olmuşdur.
İsrail dövlətinin sərhədləri daxilində yaşamaqla ərəblər bu
problemlərin – xüsusilə sosial problemlərin həlli qarşısında acizdir.
Neqev səhrasında tayfa bölgüsünü saxlamış köçəri və yarımköçəri
həyat tərzi sürən ərəblər (təqribən 65 min) iqtisadi və sosial inkişafdan
çox geri qalmışlar. Karaimlər kiçik etnik qrup olub, iudaizmi
qəbul etmişlər. Əsasən Raml şəhəri və onun ətrafında yaşayırlar.
Çərkəzlər Fələstində türklər tərəfindən XIX yüzilliyin axırlarında
məskunlaşmışlar. Onlar Qalileyin iki kəndində icma halında
yaşayırlar. Müsəlmandırlar (sünni) və etnik ənənələrini qoruyub saxlayırlar.
İsrailin yəhudi əhalisi əsasən immiqrasiya nəticəsində folrmalaşmışdır.
Fələstinə yəhudilərin immiqrasiyası XIX yüzilliyin 2-ci
yarısında qüvvətli olmamışdır. 1914-cü ildə yəhudi əhalinin ümumi
sayı 85 min idi. Birinci və ikinci dünya müharibələri arasında immiqrasiya
qüvvətlənir. Xüsusilə Almaniya və onun işğal etdiyi
ölkələrdə yəhudilər təqib edilir. Bunun nəticəsində 1948-ci ildə
Fələstində yaşayan yəhudilərin sayı 655 minə çatır. İsrail dövləti
yarandıqdan sonra ilk 4 il ərzində ölkəyə 700 min immiqrant gəlir.
Ölkədə iqtisadi çətinliklər, həmçinin Yaxın Şərq böhranının
kəskinləşməsi immiqrasiyanın zəifləməsinə, emiqrasiyanın artmasına
səbəb olur. 1975-ci ildə immiqrantların sayı 17 min olmuşsa, ölkəni
tərk edənlər 20 min təşkil etmişdir. 1948-73-cü illər ərzində ölkəni
300 min nəfər tərk etmişdir. 1989-96-cı illərdə MDB ölkələrindən
İsrailə 800 min yəhudi köçmüşdür. Hazırda əhalinin 80 fazini Şərqi
Avropa və MDB ölkələrindən,həmçinin Aralıq dənizi və Afrikada
ərəb dövlətlərindən gələn imminqrantlar, eləcə də İsraildə doğulan
yəhudilər təşkil edir. Əhalinin təqribən 20 faizi ərəb mənşəli
fələstinlilərdir.
Ölkədə orta ömür müddəti 79 yaşdır. Kişilər üçün bu rəqəm
77, qadınlarda isə 80 yaşa uyğun gəlir. Hər 1000 nəfərə anadan
olanların sayı 19,3, ölənlərin sayı 6,3 nəfərdir.
Əhalinin orta sıxlığı barədə dəqiq məlumat vermək mümkün
deyil. Əgər İsrail ərazisinin 20,8 min kv. km olmasının qəbul etsək,
bu halda hər kv. km-ə orta hesabla 300 nəfərdən artıq adam
düşəcəkdir. Əhali ərazi üzrə çox qeyri-bərabər şəkildə yerləşmişdir.
94
Məsələn, Təl-Əviv mahalında hər kv. km-ə 200 nəfərə yaxın, Qüdsdə
1000 nəfərdən artıq, cənub mahallarına isə hər kv. km-ə orta hesabla
50 nəfər düşür.
İsraildə rəsmi dil ivritdir. Fələstin ərəblərinin yığcam yaşadığı
ərazilərdə ərəb dili işlədilir. Bu iki dildən başqa idiş, rus, ingilis və
digər Avropa dillərindən də geniş istifadə olunur. İmminqrantlar
əsasən gəldikləri dövlətin dilində danışırlar. İsraildə sayı 1,2 mln
nəfər olan güclü rus dilli diaspora yaranmışdır.
İvrit dilinin geniş yayılması və hamı tərəfindən işlədilməsi
üçün dövlətin xüsusi siyasəti mövcuddur. Ərəb dili ölkənin rəsmi dili
olsa da, dövlət ərəb məktəblərinin ibtidai və natamam orta
məktəblərində ivritin tədrisini məcburi sayır. Ölkəyə yeni gəlmiş
immiqrantlara ivrit dilini öyrətməyin xüsusi sistemi yaradılmışdır. Bu
işlərlə ivrit dili Akademiyası məşğul olur.
İsraildə əsasən iki dinin yəhudi və islamın tərəfdarları yaşayır.
Əhalinin təqribən 80 faizi iudaizm dininə etiqad bəsləyir. Dindarların
19 faizi sünni məshəbinə mənsub olan ərəblər, təqribən 1 faizi xristianlardır.
İsrailin yaşlı əhalisinin 96 faizi savadlıdır. Nisbətən sanballı
təhsil müəssisələri bunlardır: Hayfadakı İsrail Politexnik İnstitutu,
Qüdsdəki Yəhudi Universiteti, Təl-Əvivdəki Universitet. Məşğulluğu
olan hər 1000 nəfərə 135 alim və mühəndis düşür. Müqayisə üçün
qeyd edək ki, bu göstərici ABŞ-da 70, Almaniyada isə 48-dir.
1983-cü ildə qəbul olunmuş yeni təsnifata görə əgər ölkənin
hər hansı bir yaşayış məntəqəsində 2 min nəfərdən artıq əhali yaşayırsa
o məntəqə şəhər sayıla bilər. Əhalisinin sayı 2000 nəfəri ötməmiş
məntəqələr isə kənd hesab olunur. Belə təsnifata görə ölkə əhalisinin
sayı 100 min nəfəri ötmüş 15-ə qədər şəhər vardır. Bunlardan ən
böyükləri Yerusəlim (Qüds), Təl-Əviv, Hayfa, Bat-Yam və Xolondur.
Bu şəhərlərin hər birinin əhalisinin sayı 200 min nəfəri ötmüşdür.
Sonradan ölkənin paytaxtı elan olunmuş Yerusəlim bütün
göstəricilərə görə ölkənin ən böyük mübahisəli şəhəridir. Üç dinin
mərkəzi hesab olunan Yerusəlimə ziyarətçilərin axını çox güclüdür.
2005-ci ildə şəhər əhalisinin sayı 700 minə yaxınlaşmışdı. Yerusəlim
dünyanın ən qədim şəhərlərindən biridir. Ölü dənizdən qərbdə,
yarımsəhra iqlimli yaylada yerləşmiş Yerusəlim ölkənin böyük
sənaye, ticarət və nəqliyyat mərkəzidir. Şəhərdə metal istehsalı, al95
maz cilalanması, toxuculuq, əczaçılıq, poliqrafiya, yeyinti sənaye
müəssisələri, məişət texnikası istehsal edən iri müəssisə fəaliyyət
göstərir.
Şəhər haqqında ilk məlumat eramızdan əvvəl ikinci minilliyin
ortalarına təsadüf edir. Kənanilərin qalası olmuş Qüdsü eramızdan
əvvəl təqribən 1000-ci ildə yəhudi padşahı Davud işğal etmiş və
şəhər İsrail-Yəhudi padşahlığının sonradan isə Yəhudi padşahlığının
paytaxtı olmuşdur. Eramızın IV əsrində Yerusəlim xristianların
«müqəddəs» şəhərinə çevrildi. Eramızın 638-ci ilində şəhər ərəblər
tərəfindən işğal edilmiş və Məkkədən sonra müsəlmanların ikinci
«müqəddəs şəhəri» olmuşdur. 1099-cu ildə səlibçilər şəhəri işğal etmiş,
1187-ci ildə Səlahəddin Əyyubi şəhəri geri ala bilmişdi. Sonradan
şəhər təqribən 400 il Oısmanlı imperiyasının tərkibində olmuşdur.
1917-ci ilin sonlarında İngiltərə qoşunları şəhəri tutdu və
özünün Fələstin mandatlı ərazisinin inzibati mərkəzi etdi. 1947-ci
ildə BMT Baş Məclisinin qərarı ilə Qüds şəhəri BMT-nin idarəsi
altında beynəlxalq xüsusi rejimli müstəqil inzibati vahid statusu aldı.
Lakin sonradan baş vermiş İsrail-Fələstin və İsrail-Ərəb müharibələri
nəticəsində Yerusəlim şəhəri iki hissəyə bölündü. Qərb (ərazicə
böyük hissə) İsrailə, şərq hissə isə Ürdünə verildi.
1950-ci ildə İsrail qeyri-qanuni olaraq şəhərin qərb hissəsini
özünün paytaxtı elan etdi. 1967-ci ildə İsrail qoşunları şəhərin şərq
hissəsini də zəbt edib öz ərazisinə qatdı. BMT-nin ilk növbədə, ərəb
ictimaiyyətinin bu məsələyə mənfi münasibətlərinə baxmayaraq İsrail
rəhbərliyi Qüds şəhərini öz paytaxtı kimi genişləndirib inkişaf etdirir.
Qüdsdə həm müsəlman, həm yəhudi, həm də xristian dini
abidələri vardır. Şəhərin şərq hissəsində qədim dövr abidələrinin
qalıqları, daha doğrusu xarabalıqları qalmaqdadır. Ömər və Əl-Əqsa
məscidləri, müqəddəs Anna, müqəddəs İakov kilsələri bir neçə darvazası
olan şəhər divarları (o cümlədən Dəməşq darvazası) Qüdsün
maraqlı memarlıq abidələrindəndir.
Şəhərin qərb hissəsi XIX əsrin ikinci yarısından tikilməyə başlamışdır.
Burada çoxsaylı ictimai binalar, yeni Universitet kompleksi,
tibb mərkəzi, otellər, hökumət binaları, muzey və kitabxanalar
və s. inşa edilmişdir.
96
4. İqtisadiyyatı
İqtisadi cəhətdən İsrail regionun ən inkişaf etmiş dövlətidir.
İsıtehsal qüvvələrinin sosial-iqtisadi strukturuna və istehsalın
xarakterinə görə İsrail inkişaf emiş ölkələr qrupuna aid edilir.
Ölkənin qısa müddət ərzində sürətli inkişaf etməsinin əsas səbəbləri
iri imperialist dövlətlərin və beynəlxalq sionizm dairələrinin ölkəyə
güclü maliyyə, iqtisadi, texniki və siyasi yardımı, immiqrantlar arasında
çox savadlı mütəxəssislərin olması idi.
2005-ci il üçün İsrailin ümummilli məhsulun dəyərcə həcmi 110
mlrd. ABŞ dollarını ötmüşdü. Adambaşına düşən gəlir isə 20 min dollara
yaxınlaşmışdır. 1995-2000-ci illərdə ölkədə iqtisadi inkişaf sürəti
5-6, 2000-2005 ci illərdə isə 2-3 faizə bərabər olmuşdur.
Müstəqilliyin ilk 10 illiklərində iqtisadi siyasətdə
nəhəngmiqyaslı dövlətə və həmkarlar ittifaqına məxsus mülkiyyətə
çox fəal dövlət tənzimlənməsi müşahidə olunurdusa, ötən əsrin 90-cı
illərinin əvvəllərində hökumət yeni iqtisadi siyasət konsepsiyasını
həyata keçirməyə başlamışdır. Bu konsepsiyada yenilik azad rəqabətə
və qiymətlərin sərbəstliyinə yol açmış, dövlət şirkətlərin tənzimləyici
fəaliyyətini minimuma endirmişdir. Dövlət həmkarlar ittifaqı
mülkiyyətinə məxsus zəif şirkətləri özəlləşdirir, xarici investisiyalar
üçün əlverişli şərait yaradırdı.
İsrail elmə və elmi tədqiqatlara xüsusi fikir verən ölkələrdən
biridir. Ümumdaxili məhsulun illik dəyərinin təqribən 3 faizi elmi
tədqiqatlara və eksperimental işlərə yönəldilir. Neqev səhrasında
ABŞ-ın Silikon vadisinin analoqu yaradılmışdır. Bu sahənin inkişafına
hər il 1,2 mlrd. dollar xarici investisiya yönəldilir. İsrail dünyada
günəş enerjisindən istifadədə, kənd təsərrüfatında tətbiq edilən genealoji
mühəndislikdə, pilotsuz kəşfiyyatçı təyyarələrin istehsalında
liderliyini qoruyur. İsrail 1988-ci ildə ilk peykini kosmosa çıxarmışdır.
Ölkənin milli istehsalı olan nüvə silahı və atom energetikası
texnologiyası vardır.
İnkişaf etmiş ölkələrin əksəriyyətində olduğu kimi İsraildə də
işsizlik mövcuddur. İşsizlik səviyyəsi 2004-cü ildə 9-10 faiz həddində
olmuşdur. İsrail zəhmətkeşlərinin mənafeyini Histadrut Həmkarlar
İttifaqı birliyi müdafiə edir. Bu təşkilatda 1,5 mln nəfər işçi
birləşir və o bir çox müəssisə və şirkətlərin sahibi və ya ortağıdır.
Sənayenin aparıcı sahələri. İsrail faydalı qazıntılarla zəif
97
təmin olunduğundən onun hasilat sənayesi o qədər də inkişaf
etməmişdir. Hasilat sənayesinin əsasını Ölü dənizdəki natrium və
brom duzları və Neqev səhrasındakı fosfor istehsalı təşkil edir. Çıxarılan
fosfatın üçdə iki hissəsi Nxal-Sin yataqlarının payına düşür.
İsrail nəinki fosfata olan daxili tələbatını tam ödəyir, hətta onu dünya
bazarına da çıxarır. Bunun üçün Aşdod şəhərində xüsusi liman tikilmişdir.
Ölü dənizdən çıxarılan müxtəlif duzların bir qismi ölkənin
daxili tələbatını ödəmək üçün, bir qismi isə ixrac üçün istifadə olunur.
İsrail yanacaq sərvətləri ilə təmin olunmadığından onun energetika
sənayesi istilik elektirik stansiyalarının istehsal etdiyi enerjiyə
əsaslanır. Ölkədə irili-xırdalı 60-a qədər istilik elektrik stansiyası
mövcuddur. Bu stansiyalar il ərzində 30 mlrd. kvt saata qədər elektrik
enerjisi istehsal edə bilirlər. Bu hasilatın 95%-ni idxal olunmuş mazutla
işləyən stansiyalar verir.
Ölkədə arid iqlim mövcud olduğundan israillilər günəş
enerjisindən də maksimum istifadə edirlər. Günəş batareyaları məişət
cihazlarının enerjiyə olan tələbatlarının 40%-ni ödəyir. İsraildə kiçikhəcmli
bir neçə atom elektrik stansiyaları da fəaliyyət göstərir.
İsraildə su təchizatı ayrıca bir sənaye sahəsi kimi fəaliyyət
göstərir. Dövlətin nəzarəti altında olan bu sahə ilə 40-a qədər
təmizləyici müəssisə məşğul olur.
Emaledici sənaye İsrailin inkişaf etmiş sənaye sahələrindən
biridir.Metal emalında müştərək kapitala malik yığma müəssisələri
üstünlük təşkil edir. Belə müəssisələrdə elektron texniki cihazlar,
tibbdə işlədilən cihaz və avadanlıqlar, avtomobillər, kənd təsərrüfat
avadanlıqları və maşınları, müxtəlif təyinatlı dəzgahlar və s. istehsal
olunur. Akkoda şəhərində yerləşən metallurgiya müəssisəsində
gətirilmə filizlərdən istifadə etməklə ildə 130-140 min tona qədər
polad əridilir və ölkənin polada olan tələbatını tam ödəyir. Əlvan
metallurgiya Təl-Əvivdəki alüminium prokatı istehsal edən zavodla,
həmçinin Timna və Təl-Əvivdəki iri mis əritmə zavodları ilə təmsil
olunur.
Kimya sənayesi İsrailin dünya standartları səviyyəsində inkişaf
etmiş sənaye sahəsidir. Ölkənin kimya müəssisələrində yüzlərcə
müxtəlif kimyəvi məmulatlar istehsal edən onlarca müəssisə var. İsrailin
kimya sənayesi məhsulların (mineral gübrələr, yağ-boya
məmulatları, dərman preparatları və s.) dünya bazarlarına ayaq aça
98
bilmişlər. Məsələn, əczaçılıq sənayesi müəssisələrinin 75%-i ölkədən
ixrac olunur. Son illərdə İsraildə şin istehsal edən iki böyük müəssisə
tikilib istifadəyə verilmişdir. Ölkənin Xayfa və Aşdod şəhərlərində
idxal olunan xam neftlə işləyən iki böyük neftemalı zavodu fəaliyyət
göstərir. İsrail dünyada almaz və brilliant istehsalı ilə də məşhurdur.
Dünyada cilalanan almazların 40 %-i İsrailin payına düşür.
İsrail müstəqilliyinin ilk illərində hərbi sənaye sahələrinin inkişafına
xüsusi fikir verir. Ölkədə olan hərbi zavodlarda tank, təyyarə,
kater tipli hərbi gəmilər, raketdən müdafiə sistemləri və orta məsafəli
raketlər istehsal olunur. Hazırlanmış silahların təqribən yarısı dünya
bazarına çıxarılır.
Ölkənin bütün yaşayış məntəqələrində yüngül(əsasən toxuculuq,
ayaqqabı və gön dəri istehsalı) və yeyinti sənaye müəssisələri
fəaliyyət göstərir. Yeyinti sənayesi əsasən meyvə-tərəvəz və ət
konservləri müəssisələri ilə təmsil olunmuşdur.
Kənd təsərrüfatının aparıcı sahələri. İsrailin kənd
təsərrüfatını qonşu ərəb ölkələrinə nisbətən yüksək dərəcədə
mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Torpaqlar gübrə ilə
yaxşı təmin olunmuşlar. Çatışmayan cəhət ancaq su problemidir.
Bunu da işlənilmiş suları yenidən təmizləmək və ondan qənaətlə
istifadə etmək hesabına ödəyirlər.
Ölkənin əsas kənd təsərrüfatı məhsullarına (un, bitki yağları, ət
və şəkərdən başqa) olan tələbatını ödəməklə yanaşı hər il orta hesabla
600-700 mln. dollar dəyərində kənd təsərrüfat məhsulları da ixrac
edir. İsraildə torpaq dövlət mülkiyyətindədir. Kənd təsərrüfatında
aparıcı sahə yüksək məhsuldarlı heyvandarlıqdır. Təbii otlaqları olan
uzaq ərazilərdə, həmçinin ərəb mənşəli əhalinin təsərrüfatlarında
qoyunçuluq geniş yayılmışdır. İribuynuzlu qaramal əsasən tövlə
şəraitində saxlanılır. İsrail bu sahədə Qərbi Avropa ölkələrinin
təcrübəsindən maksimum istifadə edir.
Ölkədə əkin sahələrinin ümumi sahəsi 700 min hektardır.
Bunun 250 min hektarı suvarılır, qalanlarında isə dəmyə əkinçiliyi
inkişaf etmişdir. Taxılın məhsuldarlığı yüksəkdir. Orta hesabla hər
hektardan 35 sentner taxıl məhsulu əldə edilir. Texniki bitkilərdən
yağverən bitkilərin (əsasən günəbaxan, yer fındığı, pampıq)
becərilməsinə xüsusi fikir verilir. Bitkiçilikdən gələn gəlirin təqribən
15%-i tərəvəz məhsullarının payına düşür. Ölkədə meyvəçilik, o
cümlədən, sitrus meyvəçiliyinin inkişafına xüsusi fikir verilir.
99
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. İxracatında çay
nəqliyyatı istisna olmaqla nəqliyyatın bütün növləri inkişaf etmişdir.
Dəmir yollarının ümumi uzunluğu 610 km, avtomobil yollarının
uzunluğu təqribən 16,0 min km, boru kəmərlərinin uzunluğu isə 998
km-dir. Hava nəqliyyatı əsasən beynəlxalq daşımalarla məşğuldur.
Dəniz nəqliyyatı beynəlxalq yük və sərnişin daşımalarına xidmət
edir. Ölkədə Xayfa, Aşdod və Eylat kimi üç müasir port fəaliyyət
göstərir.
Xidmət sahəsində üstünlük turizm və bank sektorlarının
əlindədir. Ümumdaxili məhsulun təqribən 3-4 faizini yaradan turizm
sənayesi Tövrat və İslam məbədlərinin ziyarətçilərinə və kurortistirahət
zonalarındakı turistlərə xidmət edir. 2005-ci ildə İsrailə 2,0
mln. nəfər turist gəlmişdir. Onlardan əldə olunan gəlir isə 2,9 mlrd.
dollara yaxın olmuşdur.
Ölkənin xarici siyasətinin ən tutarlı cəhətlərindən biri ABŞ və
Qərbi Avropanı strateji müttəfiq görməkdir. Bununla belə ötən əsrin
90-cı illərinin ortalarından Cənub-Şərqi Asiyada, Latın Amerikasında
və Qərbi Avropada işgüzar fəallığın artması gözə çarpmağa başlamışdır.
2003-cü ildə ölkədən ixrac olunan malların dəyəri 32 mlrd.
dollar həcmində olduğu halda idxal, həmçinin dəyəri 36 mlrd. dollar
təşkil etmişdir.
İxracat potensialına malik əsas sahə yüksək texnologiya və
hərbi sənaye məhsullarıdır. Elmi tutarlı ixracat göstəricisinə görə İsrail
ancaq ABŞ-dan geri qalır. İdxal strukturunda yanacaq, cilalanmış
almaz, nəqliyyat təyyarələri və vertolyotlar, sənaye avadanlıqları və
hərbi ləvazimatlar üstünlük təşkil edir. ABŞ ölkənin başlıca ticarət
ortağı olaraq qalır. İsrailin xarici ticarət dövriyyəsinin təqribən 20%-i
ABŞ-ın payına düşür.
ABŞ İsrailə hər il orta hesabla əvəzsiz olaraq 3 mlrd. dollar
həcmində maddi yardım göstərir. 2003-cü ildə ölkədə cəmləşən
xarici investisiyaların həcmi 52 mlrd. 2003-cü ildə ölkənin xarici
borclarının miqdarı 71 mlrd. dollara çatmışdır.
Son zamanlar İsrail Yaxın Şərqin mühüm maliyyə
mərkəzlərindən birinə çevrilməkdədir. Ölkənin milli pul vahidi yeni
şekeldir. Məzənnəyə görə 1 yeni şekel 1 ABŞ dollarına bərabər tutulur.
Bir şekel isə 100 aqora bərabərdir.
100
KİPR RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqeyi. Kipr (ölkənin adı latınca (kuprus) mis mənasını
bildirir. Adada hələ qədim zamanlarda mis yataqları mövcud
olmuşdur.Kipr Respublikası Aralıq dənizinin şərq hissəsində,
Türkiyənin cənubunda eyniadlı adada yerləşir. Kiprdən Türkiyə
sahillərinə ən yaxın məsafə 65 km, Suriya və Livana 110 km, Misirə
370 km-dir. Adanın sahəsi 9,2 min kv. km-dir. Adanın qərbdən şərqə
maksimal uzunluğu 225 km, orta eni isə 60 km-dir.
Adanın çox əlverişli coğrafi və hərbi-strateji mövqeyi var. Üç
qitənin yaxınlığında yerləşmiş Kipr adası Avropadan Yaxın Şərqə və
Şimali Afrika ölkələrinə gedən beynəlxalq dəniz və hava yolları
üzərində yerləşmişdir. Ada iki hissəyə parçalandığından onun
ərazisinin 3355 kv. km-i kiprli türklər, 5500 kv. km-i kiprli yunanlar
tərəfindən idarə olunur.
Səth quruluşu və faydalı qazıntıları. Kipr füsunkar təbiətə
malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma
mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur.
Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülmüşdür.
Şimalda Kireniya ( hünd. 1000 m.) dağları uzanır. Bu dağlar çöküntü
mənşəli suxurlardan, əhəng və qum daşlarından ibarətdir. Dağlar
sahilə doğru maili və sıldırımlıdır. Ancaq bəzi yerlərdə qumlu
çimərliklərə də rast gəlinir. Adanın cənub-qərb hissəsində Troodos
adlanan daglar yerləşir. Adanın ən hündür zirvəsi də elə burdadır
(Olimp dağı 1950 m). Əsasən vulkanik suxurlardan ibarət Troodos
dağlarının səthi cavan süxurlarla (əhəng və qum daşları, mergenlər)
örtülmüşdür. Dağlar çox da yüksək olmadığı üçün hələ qədim
zamanlardan insanlar tərəfindən məskunlaşmışdır. Dağların hamar
yamaclarında bağlar, üzümlükdər salınmış, mal-qara üçün otlaq kimi
istifadə olunur.
Dağlar arasında səthi dərə-təpəli Mesoariya düzənliyi yerləşir.
Bu düzənlik ölkənin əsas kənd təsərrüfatı rayonu və Kiprin taxıl anbarı
sayılır.
Troodos dağları bölgəsi Kiprin əsas faydalı qazıntılarının toplandığı
ərazidir. Burada ehtiyatı xeyli azalmış mis, dəmir, xrom
101
filizləri, asbest, gips və müxtəlif tikinti materiallarının olması
məlumdur. Olimp dağı ətrafında xrom filizi çıxarılır. Adanın
cənubunda Limasol və Larnaka şəhərləri yaxınlığında duz mədənləri
vardır. Kiprdə qədim zamanlardan umba (qiymətli gil növü) çıxarılır.
Kirsniya və Troodos bölgələrində mərmər, qum və başqa tikinti materialları
çıxarılır.
İqlimi və hidroqrafiyası. Ölkənin iqlimi subtropik, Aralıq
dənizi tiplidir. Qış ayları rütubətli, mülayim, yay isə quraq və isti
keçir. İyun ayının orta temperaturu müsbət 25°, yanvarınkı isə
müsbət 12° C-dir. Adaya düşən yağıntıların orta illik miqdarı düzənliklərdə
300-500 mm, dağlarda isə 800-1000 mm-dir. Ölkəyə çox
nadir hallarda qar yağır. Yağıntılar əsasən noyabrdan-aprelə qədər
düşür. Maydan oktyabra qədər yağıntı, demək olar ki, olmur.
Aralıq dənizi hövzəsinin digər ölkələrində olduğu kimi Kiprin
də yay ayları isti keçir, oktyabrdan başlayaraq isti havalar azalır. İsti
iqlim və Aralıq dənizi iqlimi bütün il ərzində müxtəlif mədəni
bitkilərin yetişdirilməsinə şərait yaradır. Kiprdə çimərlik mövsümü 7-
8 ay davam edir. Ümumiyyətlə, Kipr xarici turistlərin çox sevdiyi bir
yerdir. Çünki burada ilin orta hesabla 280 günü aydın və günəşli
keçir. Kipr hökuməti təbiətin bəxş etdiyi bu nemətdən maksimum
səviyyədə istifadə edərək ölkədə beynəlxalq dərəcəli onlarca turizm
obyektləri-çoxulduzlu mehmanxanalar, yaxşı təchiz olunmuş iaşə
müəssisələri və digər istirahət ocaqlarının tikintisinə icazə vermişdir.
Dəniz sahillərinə çıxışı olan digər ölkələrdən fərqli olaraq Kiprdə
istirahət etmək bir qədər ucuzdur.
Kiprdə daimi axara malik olan çaylar, demək olar ki yoxdur.
Mənbələrini dağlardan götürən az sulu çaylar qışda və yaz yağışları
hesabına bir müddət axırlar. Çayların əksəriyyəti qısadır, ən uzun çay
50-70 km məsafədə axır. Qışda yağıntıların miqdarı çox olduğundan
çaylar daşır və təsərrüfata ziyan dəyir. Yayda isə onların əksəriyyəti
quruyur, qalanlarının isə suyu azalır. Kiprdə nisbətən əhəmiyyətli
çaylar Akaki və onun qolu Merikidir. Troodos dağlarından cənub
istiqamətində qısa və astanalı dağ çayları axır.
Adada qrunt suları bir qədər dərin qatlarda yerləşdiyi üçün çayların
sularından suvarma ilə yanaşı, məişətdə də istifadə olunur. Sahil
düzənliklərində Larnaka körfəzi, eləcə də Limasol şəhəri yaxınlığında
dayaz, şirin və şor sulu göllər var.
102
Kiprlilər suyun qiymətini yaxşı bilirlər. Çünki ölkədə faktiki
olaraq daimi axara malik olan çaylar olmadığından, dağlara yağmış
qarların əriməsindən sonra əmələ gələn axar suların «ömrü» bir neçə
gün, hətta bir neçə saat olduğundan su problemi son yüzilliklərdə
həmişə ən kəskin problemlərdən biri olmuşdur. Suyun çatışmamasına
isə digər səbəb rütubət saxlayan meşələrin vəhşicəsinə qırılması olmuşdur.
Torpaq və bitki örtüyü. Kiprin bitki örtüyü bir qədər zəngindir.
Keçmiş zamanlarda adanın hər tərəfi həmişəyaşıl hündür
meşələrlə örtülü olub. Kiprdə tədarük olunan oduncağa isə qonşu
ölkələrdə tələbat gündən-günə artırdı. Kipr oduncağı əsas etibarilə
Misirə göndərilirdi. Qədim finikiyalılar Kiprdən gətirilən ağaclardan
gəmi hazırlayırdılar. Sonralar meşələr qırılır, ağaclardan tikinti materialları,
eləcə də yanacaq kimi istifadə edilirdi.
Hazırda ada ərazisinin cəmi 15-16 faizi meşələr ilə örtülmüşdür.
500 metrə qədər olan dağların yamacları və düzənliklər
həmişəyaşıl kolluqlarla, Kireniya və Karpas dağlarının cənub yamacları
isə çöl bitkiləri ilə örtülmüşdür. Ən əhəmiyyətli meşələr
Troodos dağlarının qərb hissəsində qalmışdır. Dağların yamacları
hələb şamı, vələs, şabalıd, yunan qozu, püstə, sərv ağacları ilə
örtülüdür. Düzənliklər və sahil bölgələri bağlar, üzümlüklər, sitrus
meyvələri və zeytun ağacları ilə örtülüdür.
Kiprin torpaqları məhsuldar torpaqlar hesab olunur. Humusun
miqdarı çox olan bu torpaqlarda istiliksevən və quraqlığadavamlı
bitkilərlə yanaşı mülayim qurşağın bitkiləri də yaxşı yetişir.
Kipr öz təbiətinin qorunmasına biganə qalan ölkə deyil. Çünki
ölkə iqtisadiyyatında təbii amillərin rolu böyukdur. Amma adanın iki
hissəyə bölünməsi, burada gedən çəkişmələr təbiətin mühafizəsini bir
qədər arxa plana keçirir.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi,
Azərbaycan Respublikası ilə münasibətləri
Kipr dünyanın qədimdən məskunlaşan ərazilərindən biridir.
Mütəxəssislərin fikrincə məskunlaşma neolit* dövrünə təsadüf edir.
* Neolit – yeni Daş dövrünün son mərhələsi. Bu dövrdən yığılıcıq və
103
Arxeoloqların adada aşkar etdikləri qədim tapıntılar eramızdan əvvəl
üçüncü minilliyin ortalarına təsadüf edir. Bu qazıntılara XİX əsrin
axırında alman və ingilis arxeoloqları tərəfindən başlanılmışdır.
Kipr tarixi krit-miken, yunan və türk sivilizasiyalarının bir
hissəsidir. Eramızdan əvvəl ikinci minillikdə Kipr yunan tayfaları
tərəfindən zəbt edilir. Bu hadisə adada yunan mədəniyyəti və yunan
dilinin yayılmasına səbəb olur.
Arxeoloqlar Kiprdə Afroditanın** çoxlu heykəl təsvirini tapırlar.
Adanın qərb hissəsində Afrodita məbədinin qalıqları da qalmaqdadır.
Sonralar Kipr misirlilərin, assuriyalıların, farsların, romalıların,
bizanslıların təsiri altında idarə olunub
1489-1570-ci illərdə Kipr Venesiya Respublikasının tərkibinə
daxil edilmişdir. Öz gəmilərini Kiprin dəniz quldurlarının basqınından
müdafiə etmək üçün Osmanlı sultanlığı 1570-ci ildə Venesiya
Respublikasına qarşı müharibəyə başladı və bir il ərzində Kipri tam
zəbt etdi. Adanı tutmuş təqribən 30 min türk əsgərinə tutduqları
ərazidə torpaqlar bəxşiş verilirdi. Türk sərkərdələrinin bəziləri yerli
feodal mülkədarlara çevrilirdilər. Kiçik Asiyadan Kiprə türk miqrasiyası
sonrakı illərdə müşahidə olundu. Adada turk əhalisinin formalaşması
prosesi belə başlanmışdı.
1878-ci ildə adanın coğrafi və hərbi-strateji mövqeyinin
üstünlüklərindən öz xeyrinə istifadə etməyə çalışan İngiltərə Kipri
işğal etdi. 1925-ci ildə isə ona rəsmən ingilis müstəmləkəsi statusu
verilir və ada Boyük Britaniyanın xammal bazasına çevrilir. İkinci
dünya müharibəsindən sonra güclənən milli azadlıq hərəkatı Böyük
Britaniyanı Kipri müstəqil dövlət kimi tanımağa məcbur edir. Lakin
Kiprin Dekeliya və Akrotiri rayonlarında Böyük Britaniya hərbi bazaları
(sahəsi 99 kv mil*) saxlanıldı.
1960-cı il avqustun 16-da Kipr rəsmi şəkildə Böyük Britaniyadan
istiqlaliyyət almışdı. Həmin ilin sentyarında o Birləşmiş
Millətlər Təşkilatının üzvü seçilir. Eyni zamanda Böyük Britaniyanın
rəhbərlik etdiyi «Birlik» təşkilatına daxil edildi. Az keçməmiş
heyvandarlığa keçid başlamışdır.
** Afrodita – qədim yunan mifalogiyasında məhəbbət, gözəllik ilahəsi,
yunan allahlarından Zevsin qızı. Romalılarda Venera ilə eyniləşdirilir.
* Mil – uzunluq vahidi. 1 quru mili təqribən 1,6 km-ə, 1 dəniz mili 1,8
km-ə bərabərdir.
104
adadakı etnik qruplaşmalar arasında başlanan ziddiyyətlər yunan və
türk mənşəli kiprlilər arasında silahlı toqquşmalara gətirib çıxardı.
Son nəticədə 1974-cü ildə adanın şimal-şərq hissəsi qalan
ərazidən təcrid olunmuş (Yunanıstan meylli mülki qvardiya
tərəfindən törədilən hərbi çevrilişdən sonra adanın şimal hissəsinə
Türkiyə qoşunları yeridilməsi nəticəsində) və nəhayət, 1983-cü il
noyabrın 15-də Şimali Kipr Türk Respublikası elan edilmişdir.
Uğurlu hərbi əməliyyatlar nəticəsində türk qoşunları ada ərazisinin
təqribən 40 faizini tutdular.
Kiprdə yaranmış vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik
Surası 1974-cü il qətnaməsinə əsasən bütün xarici qoşunları Kiprdən
çıxarmağa çağırırdı. Şimali Kipr respublikasını ansaq Türkiyə Respublikası
tanımışdır.
Zaman keçdikcə kiprli yunan və türk icmaları bir-birindən
təcrid olunur və bir-birinə düşmən münasibəti bəsləyirdilər. Yeni
hərbi toqquşmaların baş verməsinin qarşısını almaq üçün BMT sülh
məramlı qoşun kontingentini adaya göndərməyi qərara alır. Bu gün
adanın hər iki hissəsində BMT qüvvələrinin koməyilə ayırıcı xətt
müəyyənləşdirilmişdir. Yaşıl xətt adanın bu xətt ada ərazisinin 4 faizini
təşkil edən ensiz bufer zonası şəklindədir. Adanın yunanlar
yaşayan hissəsində Böyük Britaniyanın iki hərbi bazası qorunub saxlanılır.
Bu hissədə, həmçinin Yunanıstanın hərbi kontingenti də
yerləşir. Türklər yaşayan hissədə isə Türkiyəyə məxsus hərbi kontingent
vardır. Adanın yunanlar yaşayan hissəsi 2004-cü ildə birtərəfli
qaydada Avropa İttifaqına qəbul edilmişdir. Bu hadisə türk icması
tərəfindən çox pis qarşılandı.
Dövlət quruluşu. İdarəolunma formasına görə Kipr respublikadır.
Adanın hər iki hissəsində parlament demokratiyası
fəaliyyətdədir. Yunanlar yaşayan hissədə dövlətə və hökumətə
prezident rəhbərlik edir. O, Nazirlər Kabinəsinin tərkibini formalaşdırır.
Yunan icmasında ali qanunvericilik hakimiyyət prezidentə və
birpalatalı (56 yer) parlamentə məxsusdur. Ölkə prezidenti və parlament
deputatları 5 il muddətinə seçilir.
Ölkənin türklər yaşayan hissəsində prezident və Baş nazir
vəzifələrini ayrı-ayrı adamlar tutur. Yunan icmasında olduğu kimi
burada da prezident və birpalatalı parlament (50 yer) 5 il müddətinə
seçilir.
İnzibati ərazi cəhətdən Kipr 6 dairədən ibarətdir. Vahid olkənin
105
paytaxtı Nikosiyadır. Bu şəhər yunan və türk icmaları hissələrinə
bölünmüşdür. Bütün dairələrin adları orada yerləşmiş böyük
şəhərlərin adı ilə eynidir. Famaqusta (iki hissəyə bölünmüşdür),
Kireniya (türk icması ərazisindədir), Pafos, Larnaka və Limosol
(yunan icması ərazisindədir) belə dairələrdəndir.
Milli bayram müstəqillik günü olan 1 oktyabrdır (1960).
Dövlət iki hissəyə bolündüyündən onun siyasi partiyaları da ayrı-ayrı
hissələrdə fəaliyyət göstərən müxtəlif yönümlü partiyalardır.
Yunanlar yaşayan hissədə nisbətən böyük siyasi partiyalar 1976-cı ildə
yaradılmış Demokratik partiya; 1946-cı ildə yaradılmış Kipr
Zəhmətkeşlərinin Mütərəqqi partiyası (abbreviaturası AKEL); 1969-
cu ildə yaradılmış Sosial-Demokratlar Hərəkatı partiyası və b.-dır.
Türk icmasının yaşadığı bölgələrdə isə 1975-ci ildə yaradılmış
Milli Birlik partiyası; 1990-cı ildə yaradılmış Demokratik partiya;
1970-ci ildə yaradılmış Türk Respublikası partiyası və b.-dır. Yunan
icması parlamentinin deputatlarının böyük əksəriyyəti Demokratik və
AKEL partiyasının üzvləridir. 2003-cü ildə icmada keçirilmiş
prezident seçkilərində Demokratik partiyanın lideri Tasos Panadopulos
prezident seçilmişdir.
Türk icması parlamentində Milli Birlik və Demokratik partiya
nümayəndələri üstünlük təşkil edirlər. Milli Birlik partiyasının lideri
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri, Demokratik partiyanın
lideri isə ŞKTR-nın prezidenti vəzifəsini tutur.
Hər iki Kipr icmasının xarici siyasətində birtərəflik və bütün
ölkələrlə dostluq münasibətlərini inkişaf etdirmək məsələləri sözdə
ön plana çəkilir.
Kipr probleminin həlli dünya istimaiyyətinin, xüsusilə BMTnin
nəzərindən yayınmır. Bu problem dəfələrlə BMT-də, onun
Təhlükəsizlik Şurasında müzakirə olunub və müəyyən qətnamələr
qəbul edilib. Əgər qəbul olunan qətnamə yunan icmasının xeyrinə
olubsa onu turk icması rədd edib, türk icmasının xeyrinə olan
qətnamələrə isə yunan icması yox deyib.
1997-ci ilin əvvəllərində Kipr Respublikası Rusiyadan «yersəma
» tipli orta mənzilli idarə olunan raketlər almaq istədiyini
bildirdi. Yunanıstan bu işdə ona yardımçı olacağını elan etdi. Onda
Türkiyə ŞKTR-də yerləşdirdiyi ordu kontingentinin sayını artıracağını
bildirdi. Kipr Respublikası Yunanıstan ilə sıx yaxınlaşmaya
can atdığı vaxtda ŞKTR Türkiyə ilə inteqrasiyaya üstünlük verirdi.
106
2002-ci ilin noyabrında BMT Kiprin federal sistemdə yenidən
birləşdirilməsini nəzərdə tutan yeni sülh proqramını irəli sürdü.
Həmin ilin dekabrında Avropa İttifaqı (Aİ) bildirdi ki, Kipr təşkilata
üzvlüyə Avropa İttifaqının 2004-cü ildəki növbəti genişləndirmə
raundunda qəbul ediləcək.
Kiprdəki sülh danışıqlarını dəstəkləyərək Avropa Ittifaqı,
həmçinin bildirir ki, əgər sülh əldə olunmazsa yalnız beynəlxalq
aləmdə tanınmış Yunan Kipri təşkilata üzv qəbul olunacaqdır
2003-cü ilin fevralındakı prezident seçkilərində mərkəzi Demokratik
partiyanın lideri Tassos Papadopulos qalib gəldi. Bir ay
sonra BMT-nin nəzarət etdiyi danışıqlar baş tutmadı. Həm yunanlar,
həm də türklər təklif olunan plandan ehtiyat etdiklərini bildirdilər.
2003-ün aprelində kiprlilər bufer zona boyu hərəkətin məhdudluğunu
sadələşdirdilər. Hər iki icmadan minlərlə kiprli dərhal xətti keçdi. O
vaxtdan bəri çoxlu Kipr türkü daha inkişaf etmiş cənuba işləməyə
getdi. 2004-ün fevralında Yunan və Kipr liderləri güclü beynəlxalq
təzyiq altnda BMT-nin vasitəçilik etdiyi sülh danışıqlarını yekunlaşdırmağa
razılıq verdilər və beləliklə, Kipr vahid dövlət kimi Avropa
İttifaqına üzv oldu. Apreldə adanın hər iki hissəsində keçirilən referendumda
Kipr yunanlarının 75 faizdən çoxu BMT-nin yenidən
birləşmə planından imtina etdilər, Kipr türklərinin 65 faizi isə planı
bəyəndi. Hər iki tərəfin liderləri plana qarşı çıxdılar.
Plandan imtina yalnız Yunan Kiprinin 2004-cü ilin mayın 1-də
Avropa İttifaqına üzv olması ilə nəticələndi. Bununla belə, Türkiyə
Kiprinin birləşmə planını bəyənməsi sülhə doğru konstruktiv bir addım
idi. Bu bəyannamə Türkiyə Kiprinə öz meyvə, tərəvəzlərini
cənuba və eləcə də, Ümumi bazarına tarifsiz daxil etməyə imkan
verdi. Türkiyə höküməti özünün Avropa İttifaqına üzvlük qrafikinə
əlavə olaraq Kipr respublikasının Avropa İttifaqının üzvü kimi tanımağa
razılıq verdi lakin tam diplomatik tanıma yoxdur.
3. Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi
Kiprdə əhalinin sayı həm təbii yolla, həm də miqrasiya hesabına
artır. 1946-cı ildə Kiprdə yaşayanların sayı 442 min, 1990-da
700 min, 2005-ci ildə təqribən 900 min nəfər olmuşdur. Ölkə üçün
illik artım təqribən 1 faiz həddindədir. Əsas etnik qruplara yunanlar
(ümumi əhalinin 78 faizi) və türklər (18 faiz) aid edilir. Bu etnoslar
107
ayrı-ayrılıqda məskunlaşmışlar. Yunan icması ölkənin cənub
qərbində (ərazinin 60%-i), türk icması şimal şərqində (40 faiz)
məskunlaşıb. Yunan provaslav kilsəsi dindarların 78 faizini əhatə
edir. İslam dininə etiqad edənlər 18 faizdir. Gözlənilən uzunömürlülük
78 ildir (kişilər üçün 74, qadınlar üçün 79 yaş). Hər 1000 nəfərə
anadan olanların sayı 13, ölənlərin sayı 8 nəfərdir. Ölkənin hər km2-
də orta hesabla 80 nəfər adam yaşayır. Əhalinin sıxlığı Mesoariya
düzənliyində və sahil bölgələrində nisbətən sıx, Karpas və Troodos
dağlıq ərazilərində nisbətən zəifdir.
Ən sıx əhali paytaxt dairəsində yaşayır. Kiprdə təhsilin səviyyəsi
region miqyasında yüksək hesab oluna bilər. Yaşlı əhalinin
97 faizi savadlıdır. Şəhər əhalisinin sayının sürətlə artmasına baxmayaraq
Kiprin şəhərləri o qədər də böyük deyil. Bütün göstəricilərinə
görə ölkənin ən böyük şəhəri Nikosiyadır. Şəhər Mesoariya
düzənliyində 150 m hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir.
Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Levkoşa adlandırdıqları
şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli
mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil
yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında
beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.
Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir.
Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya
sənaye müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrlə yanaşı
Nikosiyada dulusçuluq xalq sənətkarlığı da inkişaf etdirilimişdir.
Paytaxtın muzeyləri, tarixi memarlıq və arxitektura abidələri
turistlərin çox xoşuna gəlir. Şəhərin əsası eramızdan əvvəl təqribən
VII əsrdə qoyulmuşdur. Eramızdan əvvəl 58-ci ildə Roma imperiyasının
sonralar Bizansın tərkibinə daxil edilib. Əvvəllər şəhər
Ledra adlanırdı. Nikosiya adı şəhərə XIII əsrdə verilmişdir. Nikosiya
qədim yunanların qələbə allahı hesab edilən Nikinin şərəfinə verilmişdir.
4. İqtisadiyyatı
Kipr adasında faktiki 2 dövlət mövcud olduğundan orada birbirindən
o qədər də kəskin fərqlənməyən 2 icmanın iqtisadiyyatından
danışmaq lazımdır. Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti
sənayesi, bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti yaxşı
108
inkişaf etmişdir. Daxili milli məhsulun həcmi 2004-cü il
göstəricilərinə görə bütün ada üçün14 mlrd. dollardan artıq olub. Bu
məhsuldan əhalinin hər nəfərinə orta hesabla 18 min dollar vəsait
düşür. Bu rəqəm türklər yaşayan hissədə 6 min dollardan çox deyil,
yunanlar yaşayan hissədə isə iki dəfə çoxdur. Adanın yunanlar
yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Avropa və Yaxın
Şərqlə mövcud olan əlaqələrindən asılıdır və AİT üçün zəruri hesab
edilən meyarların əldə edilməsinə yönəldilmişdir.
Adanın türklər yaşayan hissəsində yerli hökümətin iqtisadi
siyasəti Türkiyə ilə əlaqələrlə bağlıdır.Yunanlar yaşayan hissədə
ÜDM-un 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd
təsərrüfatının payına düşür. Türklər yaşayan hissədə ÜDM-nun 68
faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının payına
düşür.
Sənayenin aparıcı sahələri. Kipri vahid dövlət kimi götürdükdə
onun əmək qabiliyyətli əhalisinin 2/3 hissəsi xidmət, sənaye və
tikinti sahələrində çalışır. Ötən əsrin 80-ci illərindən sonra Kipr
sənayesinin strukturu böyük dəyişikliklərə məruz qalmışdır. Emaledici,
xidmət və mədən sənaye sahələri dünya standartları
səviyyəsinə qədər yüksələ bilmişdir. Buna baxmayaraq ölkədə xırda
kustar tipli müəssisələr hələ çoxdur.
İri müəssisələrin əksəriyyəti xarici kapitalın (əsasən yunan,
türk və ingilis) əlində cəmləşib. Kiprdə mədən sənayesi ilə çox qədim
zamanlardan məşğul olurlar. Ölkənin əsas sərvəti mis filizidir. Onun
kəşf olunmuş ehtiyatı təxminən 400 min tondur. Filizin çıxarılması
və ilkin emalı ilə ABŞ və Böyük Britaniya şirkətləri məşğul olurlar.
Mədən sənayesinin yerli istehsal sahələri və yerli bazar ilə əlaqələri
çox zəifdir.
Çıxarılan faydalı qazıntının çox hissəsi ilkin emalı keçdikdən
sonra dünya bazarına çıxarılır. Sənaye sahələrinin yaxşı inkişaf
etməməsinin bir səbəbi də energetika bazasının zəifliyi ilə bağlıdır.
Kipr yanacağı idxal edir. İdxal olunan yanacaqla ölkədə İES-lər
fəaliyyət göstərir. Ərəb ölkələrindən gətirilən neftin hesabına Larnaka
şəhərində neft emalı zavodu inşa olunub. Kiprdə elektirik enerjisi
istehsalı 5 mlrd kv/saat-dan çox deyil. Bütün ölkədə yeyinti,
toxuculuq, mebel, metal emal edən müəssisələrə rast gəlmək olar.
Xidmət sahəsində turizm və əcnəbi gələnlərin qeydiyyatı
mühüm əhəmiyyət kəsb edir. Ölkədə gəmiqayırma sənayesi inkişaf
109
etməsə də Kipr bayrağı altında əsasən Yunanıstana, Almaniyaya, Rusiyaya
və Latviyaya məxsus irili-xırdalı 1500-ə qədər gəmi üzür.
Kənd təsərrüfatının aparıcı sahələri. Kənd təsərrüfatı Kipr
sənayesinin həmişə aparıcı sahələrindən olub. Əmək qabiliyyətli
əhalinin təqribən 20 faizi kənd təsərrüfatı sahələri ilə məşğul olur.
Suvarılan torpaqlarda 2-3 dəfə məhsul götürmək mümkündür.
Əkinçilik Kipr kənd təsərrüfatının başlıca sahəsidir. Əkilən qiymətli
texniki, sitrus və başqa meyvələr yüksək əmtəəlik dərəcəsi ilə seçilir
və toplanan məhsulun əksər hissəsi ixrac edilir. Buna baxmayaraq
kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir.
Kiprdə torpaqların 1/3-i dövlətin dini müəssisələrinin, eləcə də
iri sahibkarların əlində cəmləşib. Adada böyük torpaq sahibkarı
provaslav kilsəsidir. Türk icmasının dini təşkilatına məxsus olan vəqf
torpaqları o qədər də çox deyil. Adada kənd təsərrüfatı istehsalının
inkişafı üçün irriqasiya vacib əhəmiyyət kəsb edir.
Hazırda bütün şumlanan torpaqların yalnız 15 faizi daima suvarılır.
Kənd təsərrüfatı daima güclü quraqlığa məruz qalır. Kiprin su
təchizatı probleminə irriqasiyaya, meliorasiyaya hər iki icma çoxlu
vəsait sərf edir.
Kiprdə müxtəlif kənd təsərrüfatı bitkiləri yetişdirilir. Onları 2
qrupa ayırmaq olar. Birinci qrupa dənli, paxlalı, zeytun və tərəvəz
bitkiləri daxildir ki, onlardan adanın əhalisi istifadə edir. İkinci qrupa
sitrus, üzüm, giləmeyvələr və s. aiddir ki, onların əksər hissəsi ixrac
olunur. Kipr əkinçiliyində sürətlə inkişaf edən sahələrdən sitrus
meyvələrinin (portağal, mandarin, limon, qreyfrut) becərilməsidir.
Ən əhəmiyyətli sitrus plantasiyaları adanın cənub hissəsində – Famaqusta
dairəsində, Limasol ətrafında yerləşir. Elə bu şəhər-portlar vasitəsi
ilə sitrus meyvələr ixrac olunur.
Ölkədə yetişdirilən sitrus meyvələrinin təqribən 75 faizi ixrac
olunur. Qalanı isə ölkə müssisələrində konservləşdirilir və onlardan
kompotlar istehsal olunur. Kiprin digər ixracat bitkisi üzümdür.
Üzüm adanın əksər hissələrində yetişdirilsə də əsas üzüm palntasiyaları
adanın cənub qərb hissəsində yerləşir. Üzüm plantasiyalarının
ümumi sahəsi 40 min hektardır. Istehsal olunan üzümün 1/3-i yerli
müəssisələrdə emal olunur. Bir hissəsindən isə şərab istehsal olunur.
Kiprin «Kommandarı» çaxırı çox məşhurdur. Şərabla bərabər
ölkədən kişmiş və üzümün süfrə sortları da ixrac olunur.
Zeytun əkinlərinə adanın hər yerində rast gəlmək olar. Zeytun
110
kiprlilərin əsas qida rasionunun tərkib hissəsidir. Ölkə zeytun yağına
olan daxili təlabatını tam ödəyir. Kipr üçün heyvandarlıq kənd
təsərrüfatının mühüm sahələrindən biri olsa da əkinçiliklə
müqayisədə o bir qədər geridir. Ölkə heyvandarlığında xırda
buynuzlu heyvanlar yetişdirilməsi üstünlük təşkil edir çünki təbii otlaqlar
və çəmənliklər azdır. Yemin çatışmaması ilə xəstəliklər də
heyvandarlığa böyük zərər verir. Baytarlıq xidməti lazımı səviyyədə
deyil. Ölkənin böyük təbii imkanlarına baxmayaraq balıqçılıq lazımı
səviyyədə inkişaf etməmişdir. Əsas səbəbi balıq donanmasının zəif
olmasıdır.
Nəqliyyat, Xarici ticarəti, maliyyə sistemi. Nəqliyyat baxımından
ölkə pis təmin olunmayıb. Adanın daxili yük və sərnişin
daşımalarında avtomobil nəqliyyatı əsas yeri tutur. Amma adanın 2
hissəyə parçalanması vahid nəqliyyat sistemini iflic vəziyyətə
salmışdır. Xarici əlaqələrdə dəniz və hava nəqliyyatının rolu böyükdür.
Nikosiyadan başqa ölkənin bütün böyük şəhərləri həm də
dəniz limanlarıdır. Adada beynəlxalq və yerli əhəmiyyətli aeroportlar
da fəaliyyət göstərir. Ölkənin iqtisadiyyatı üçün xarici iqtisadi
əlaqələrin rolu böyükdür.
Adanın yunanlar yaşayan hissəsinin xarici iqtisadi əlaqələri
Böyük Britaniya, Yunanıstan və Qərbi Avropanın digər dövlətləri
istiqamətindədir. Kipr yunanlarının mal ixracat həcmi 1,3 mlrd. dollar
həcmində idi. Bu ixracatda əsas məhsullar sitrus meyvələri, üzüm,
şərab, kartof, tikiş məhsulları və ayaqqabılardır.
Adanın türklər yaşayan hissəsinin ixracat həcmi 100 mln. dollardan
bir qədər artıqdır. Bu bölgədən əsasən sitrus meyvələri, kartof
və toxuculuq məhsulları ixrac olunur. Adanın yunanlar yaşayan
hissəsində pul vahidi Kipr Funtudur. Türklər yaşayan hissədə pul vahidi
kimi türk lirəsindən istifadə olunur.
Son illərdə Kiprdə Azad İqtisadi Zonaların yaradılmasına və
offşor fəaliyyətinə xüsusi fikir verilir. Bu işlər adanın hər iki
hissəsində aparılır. Bu fəaliyyət adanın yunan payı hissəsində daha
fəaldır. Bu ərazi Qərbi Avropa və Rusiya investorları üçün ən məşhur
zonalardan biri kimi dəyərləndirilir.
Offşor qanunvericiliyi 1975-ci ildə qəbul edilmişdir. Offşor
şirkətlər əsasən beynəlxalq biznes-şirkətlər (İnternational Busines
Company) statusuna malikdirlər. Burada qeydiyyata alınan offşor
şirkətlər 4,25 faiz miqdarında gəlir vergisi ödəyirlər. Onlarda
111
nizamnamə kapitalı 1000 kipr funtundan az olmamalıdır. Şirkətin
katibi Kiprə məxsus fiziki yaxud hüquqi şəxs olmalıdır. Ölkədə
minlərlə offşor şirkəti qeydiyatdan keçmişdir. Onlardan cəmi 10 faizinin
adada ofisləri vardır. Həmin ofislərdə əsasən əcnəbilər olmaqla 5
min nəfər çalışır. Ölkə ikiqat vergi tutmaqdan azad olmaq barədə 30
ölkə ilə müqavilə bağlamışdır.
İnvestorlar üçün çox güzəştli sayılan müqavilələr siyahısında
Rusiya da vardır. Bununla belə Kiprin mərkəzi bankı çirkli pulların
yayılması ilə mübarizə çərçivəsində ölkədə Rusiya banklarının
şəbəkələrinin açılmasının qarşısını almış və 10 mln dollardan çox
məbləğdə köçürmələrin ödənilməsinə qərar vermişdir.
KÜVEYT DÖVLƏTİ*
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri
olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt
cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-
qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195
km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi
uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən
qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin
Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa,
Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları
ölkənin tərkibinə daxildir.
Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min kv. km,
əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min kv. km təşkil edir.
Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq
sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına
qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi
üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir
sıra sərhəd ərazilərini özünün hesab edirdi. Məsələ ondadır ki,
Küveyt və Səudiyyə Ərəbistanının köçəri əhalisi bu mübahisəli
* Ərəbcə adı Daulət əl-Küveytdir.
112
ərazilərin otlaq sahələrindən və içməli su mənbələrindən daima
birlikdə istifadə edirdilər.
Hələ 1922-ci ildə Küveytin, İraqın və Nəcdin (indiki Səudiyyə
Ərəbistanının bir əyaləti) nümayəndələri arasında sərhəd
ziddiyyətlərinin nizama salınması məqsədi ilə danışıqlar keçirilmişdir.
Bu danışıqlara görə Küveyt ilə Səudiyyə Ərəbistanı arasında
sahəsi 5,7 min kv. km olan xüsusi «keçid» bölgəsi yaradılmışdır.
1942-ci ilə qədər bu bölgə «Bitərəf bölgə» adlandırılırdı.
Bitərəf bölgədə zəngin neft yataqları aşkar edildikdən sonra bu
ərazilər uğrunda mübahisələr yenidən qızışır. Yalnız 1969-cu ildə
Səudiyyə Ərəbistanı ilə Küveyt arasında çətin və uzun sürən danışıqlardan
sonra hər iki dövlətin nümayəndələri «Bitərəf bölgə»nin
bölüşdürülməsi qərarına gəlmişlər.
Küveyt və İraq arasında da sərhəd mübahisələri mövcuddur.
Bu mübahisələr nəinki İraq və Küveyt arasında münasibətləri
kəskinləşdirmiş, hətta silahlı toqquşmalara səbəb olmuşdur. Məsələn,
1973-cü ildə İraq qoşunları Umm-Qəsr limanı yaxınlığında yerləşən
Küveyt ərazisinin bir hissəsini işğal etmişlər. İraq həm də Umm-Qəsr
hərbi-dəniz bazasının girəcəyinə yaxın yerləşən Vərba və Bubiyan
adalarının ona məxsus olduğunu iddia edir. Bu sərhəd münaqişələri,
həm də İraq ilə Küveyt arasında mövcud olan başqa problem
məsələlər 1990-cı ilin avqustunda daha kəskin xarakter almış və
müharibə ilə nəticələnmişdir.
Ərazi mübahisələri Küveyt ilə İran arasında da mövcuddur.
İran Auxa və Kubbar adalarının ona məxsus olduğunu iddia edir.
Eyni zamanda qitə şelfi və məhəlli sulardan istifadə edilməsi
məsələlərində də region dövlətləri arasında mübahisələr var.
Səth quruluşu və faydalı qazıntıları. Küveytin səthi qumlu
və daşlı (xüsusilə qərbdə) səhralarla örtülüdür. Çox da yüksək olmayan
səhra yaylası şərqə doğru getdikcə alçalır, sahil xəttində isə
bataqlaşmış ovalıqlara çevrilir. Ovalığın ayrı-ayrı hissələri, dəniz sularının
buxarlanması nəticəsində əmələ gələn şoranlıqlar ilə tutulmuşdur.
Səth quruluşuna görə ölkə ərazisi materik yüksəkliyi,
mərkəzi təpəliklər və sahil düzənliyi təbii bölgələrinə ayrılır.
Materik yüksəkliyi təbii bölgəsi dəniz səviyyəsindən 200-300 m
hündürlükdə olub, ölkənin cənub-qərbini əhatə edir. Materik
yüksəkliyi şimal-qərbdə İraq sərhəddinə qədər uzanan əl-Batin
vadisinə qovuşur.
113
Mərkəzi təpəliklər təbii bölgəsi nisbətən geniş sahəni əhatə
edərək şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Bu isə
hündürlüyü 25-30 m olan maili təpəliklər və çox saylı quru vadilər ilə
səciyyələnir. Mərkəzi təpəliklər təbii bölgəsi cənub-şərqdə qumlu
sahillərlə əvəz olunur.
Sahil düzənliyi təbii bölgəsi Səudiyyə Ərəbistanı ərazisində
yerləşən əl-Həsa ovalığının davamıdır. Düzənliyin səthi qumla örtülüdür,
sahil xətti kəskin parçalanmışdır. Qabarma vaxtı düzənliyin
xeyli hissəsini su basır, Küveyt körfəzi sahillərindən şimalda isə
geniş sahədə şoranlıq əmələ gəlmişdir.
Geoloji baxımdan Küveyt ərazisi Ərəbistan platformasının bir
hissəsidir. Bu ərazilərdə zəngin neft-qaz ehtiyatı toplanmışdır. Neft
ehtiyatına görə (13,0 mlrd. t, dünya ehtiyatının 10 faizi) Küveyt region
ölkələri arasında Səudiyyə Ərəbistanı İran və İraqdan sonra
dördüncü yeri tutur. Müasir neftçıxarmanın səviyyəsi olduğu kimi
qalsa belə onun ehtiyatı ölkəyə 180-200 ilə çatar.
Neft ölkənin cənub (Böyük Burhan, Minaqiş, Vəfra yataqları)
və şimal (Raudateyn, Bəhrə, Muğribə) bölgələrində çıxarılır. Ehtiyatına
görə ikinci böyük sərvəti təbii qaz olsa da, bəzi hallarda təbii qaza
olan daxili ehtiyacını idxalat hesabına ödəyir. Küveytin digər təbii
sərvətləri zəif öyrənilmişdir. Neft kəşfiyyatı zamanı kvars qumları,
təbii asfalt, əhəngdaşı və s. aşkar edilmişdir.
İqlimi və hidroqrafiyası. Subtropik zonada yerləşən Küveytin
iqlimi üçün il boyu yüksək temperatur və yağıntıların az düşməsi
səciyyəvidir. Yanvar ayının orta temperaturu müsbət 110C, iyulunki
isə 340C-dir. Qışda orta aylıq temperatur 5-13 dərəcə arasında
tərəddüd edir. Nadir hallarda temperatur 00C-yə enir. Şimal-qərb
küləklərinin rütubətli cənub-qərb küləkləri ilə əvəz olunduğu hallarda
isə qış aylarında temperatur 200C-dən yuxarı olur. Baharda Küveyt
üzərində əs-Suheyl adlanan isti cənub-qərb küləkləri hakim olan
zaman havanın temperaturu 400C-dək yüksəlir. Bir neçə saat davam
edən bu küləklər zamanı göyün üzü qum və toz buluduna bürünür.
Yazın axırlarında yerli əhalinin «Əs-Sarayt» adlandırdığı qum
tufanları baş verir. Günün ikinci yarısı və çox zaman gecə başlayan
bu tufanlardan sonra qısa müddətli leysan yağışlar yağır. Yay fəslinin
əvvəlləri çox quraq keçir. Yay mövsümündə Ərəbistan yarımadasının
114
səhra və yarımsəhralarından əsən səmum* küləkləri narın qumları və
tozu havaya qaldıraraq İran körfəzi sahillərinə qovur və temperaturu
44-460C, bəzən isə 50 dərəcəyədək qaldırır. Səmum küləkləri əsərkən
Küveytdə dövlət müəssisə və idarələri ancaq səhər və axşam, hava
nisbətən sərin olan vaxtlarda işləyirlər. Yayın axırlarında Küveyt
üzərində şərq və cənub-şərq küləkləri hakim olur və havada mütləq
rütubətlilik artır. Payızda havalar sərinləşməyə başlayır və temperatur
20-25 dərəcə arasında dəyişir. Küveytə yağıntı nadir hallarda düşür
və illik miqdarı 100-200 mm-dən artıq olmur. Yağmursuz keçən
illərdə isə 30 mm yağıntı düşür. Yağıntıların fəsillər üzrə paylanmasında
da fərqlər böyükdür. Yağıntılar əsasən qış mövsümündə
olur. Bəzən il boyu düşən yağıntı cəmi bir neçə günün ərzində düşür.
Küveyt yerüstü sulardan məhrum olan ölkələrdəndir. Ölkədə
yalnız qış mövsümündə müvəqqəti axara malik vadilər mövcud olur.
Yağmursuz dövrlərdə vadilər tamamilə quruyur. Küveytə içməli su
uzun illər İraqdan axan Şətt-əl-Ərəb çayından xüsusi qayıqlarla
daşınırdı. Əhalinin içməli suya olan tələbatı artdıqca onun müntəzəm
daşınması çətinləşirdi. Küveyt yeraltı sularla zəngindir. Yerli əhalinin
yeraltı sulardan istifadə vərdişlərinin olmasına baxmayaraq bu suların
həddindən artıq duzlu olması onun istər məişətdə, istərsə də suvarmada
istifadə olunmasını məhdudlaşdırır. Qızmar iqlim və suyun
çatışmaması çox qədimlərdən İran körfəzi sahilində belə bir xalq
məsələnin geniş yayılmasına səbəb olmuşdur: «Duzlu suyu olan çay
bir səhəng içməli sudan ucuzdur». Hazırda müasir texnoloji üsullarla
İran körfəzi sahillərində dəniz suyunun təmizləməklə əhalinin və
təsərrüfatın suya olan ehtiyacı ödənilir.
Torpaq və bitki örtüyü. İqlimin quraq, su ehtiyatının
məhdud olması ölkədə torpaq və bitki örtüyünün zəif inkişaf
etməsinə səbəb olmuşdur. Şimalda çınqıllı, mərkəz və cənub
bölgələrində qumlu səhra torpaqları yayılmışdır. Yeraltı suların səthə
çıxdığı yerlərdə – vahələrdə xurma ağacları üstünlük təşkil edir.
Səhralarda dəvətikanı, yovşan, dəvəqulağı (süpürgə), sahil zonada
yulğun bitir. Küveytdə akasiyanın müxtəlif növləri və curcub* geniş
* Səmum – «samma» felindən götürülmüşdür. «Zəhərlənmək» mənasını
bildirir.
* Curcub – çətirli, yarpaqları qoşa tikanlı ağacdır.
115
yayılmışdır. Səhraların flora aləmi qış mövsümündə simasını
tamamilə dəyişir və qum üzərində «yaşıl xalça» kimi sərilir. Səhranın
əlvan güllər açan ot bitkiləri (efemerlər) cəmi 5-6 həftə ömür sürür və
günəş şüalarının yandırıcı təsiri ilə quruyur.
Fauna aləmi kasıbdır. İran körfəzi sahili ovalığında çəyirtkə və
quşlar çoxdur. Kənd təsərrüfatına böyük ziyan verən çəyirtkələrin
yayılmasının qarşısı müxtəlif kimyəvi maddələrin tətbiqi ilə alınır.
Küveytin sahil suları balıqla zəngindir. İran körfəzində mollyusk,
xərçəng də ovlanır.
Küveyt təbiətinin qeydinə qalan, ona biganə olmayan
dövlətdir. Səhra landşaftı ekoloji baxımdan çox həssas və tez pozulan
bir landşaft olduğundan ona qarşı daima diqqətli olmaq lazımdır.
Körfəzdə baş vermiş müharibələr, xüsusilə İraqla müharibə nəticəsində
başqa sahələrdə olduğu kimi ekologiya sahəsinə böyük ziyan
dəymişdir. Dövlət bu ziyanı aradan qaldırmaq üçün müəyyən
tədbirlər həyata keçirir.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq olunmuşdur.
Eramızdan əvvəl III minillikdə müasir Küveyt ərazisi Dilmun adlanan
dövlətin tərkibinə daxil idi. Dilmun mədəniyyətinin izləri
Feyləkə adasında aşkar olunmuşdur. Küveytin qədim tarixi Babilistan,
Assuriya, Finikiya və Ərəbistan yarımadasının şimal-şərqində
mövcud olmuş qədim ərəb dövlətlərinin tarixi ilə bağlıdır. Sasanilər
dövlətinin inkişafı dövründə İran körfəzi ərəblər və iranlılar arasında
mübarizə meydanına çevrilir.
XVI əsrin başlanğıcında İran körfəzi sahillərində ilk avropalı
müstəmləkəçilər – portuqaliyalılar peyda olmuşlar. Yerlilərlə
müqayisədə daha yaxşı silahlanmış portuqaliyalılar Bəhreyni və İran
körfəzinin qərb sahillərinin digər əmirliklərini zəbt edə bilsələr də
əhalisi Bəni Xaled tayfasının ətrafında birləşən Küveyti özlərinə tabe
etdirə bilməmişlər. Portuqaliyalılara qarşı mübarizədə Bəni Xaled
tayfasının başçıları Osmanlı imperiyasının köməkliyindən istifadə
edirlər.
XVII əsrin əvvəllərində İngiltərə, Fransa və Hollandiyanın İran
körfəzinə daxil olması Küveytdə vəziyyəti daha da
116
mürəkkəbləşdirmişdir. Bu bölgədə rəhbərliyə İran dövləti də iddia
edirdi. Bu ölkələr arasında gedən mübarizələr nəticəsində (XVII əsrin
ortalarında) Küveyt Türkiyənin nəzarəti altına düşür və Əl-Həsa,
Cənubi İraq, Bəhreyn ilə birlikdə o, Bəsrə vilayətinin tərkibində Osmanlı
imperiyasına qatılır. Vahid Küveyt əmirliyinin yaranması
XVIII yüzilliyin ortalarına təsadüf edir. Bu ərazidə yaşayan və daim
bir-birilə mübarizə aparan qəbilə başçıları Səbah ibn Caber əs-Səbahı
(1756–1762) özlərinin əmiri elan edirlər. Səbahlar sülaləsinin başçısı
Küveyt ərazisində yaşayan tayfaları birləşdirərək müstəqil Küveyt
əmirliyini yaradır, 1760-cı ildə əmirliyin mərkəzi hesab edilən əl-
Küveyt şəhəri hasara alınır və ölkə miqyasında dəniz ticarətinin
mühüm mərkəzinə çevrilir.
Küveytin əlverişli coğrafi mövqeyi İslam və Şərq ölkələrinə
can atan İngiltərənin marağını daha çox cəlb edir. 1776-cı ildə əl-
Küveyt limanına Ost-Hind ingilis şirkətinə məxsus ilk gəmi daxil
olur. İngiltərə Küveytlə «dostluq münasibətləri» yaratmağa nail olur.
Napaleonun Misir yürüşünü (1798–1801) və Səudilər dövlətinin
güclənməsini bəhanə edən İngiltərə İran körfəzi bölgəsində öz dayaq
məntəqələrini və dəniz bazalarını yaratmağa başlayır.
XIX əsrin birinci yarısında İngiltərə bilərəkdən İran körfəzi
rayonunda yerli əhəmiyyətli müharibələr törədir. Nəticədə İngiltərə
bir sıra əmirliklərlə (Məsqət, Bəhreyn, Oman) özünün mənafeyini
güdən müqavilələr bağlamağa, 1899-cu ilin 23 yanvarında isə
Küveytlə gizli müqavilə imzalamaqla ölkə üzərində tam nəzarəti ələ
keçirməyə nail olur. 1914-cü ilin noyabrında isə Küveyt «Britaniya
protektoratlığı altında müstəqil əmirlik» elan edilir.
Birinci Dünya müharibəsi illərində Küveyt İngiltərənin tam
nəzarəti altında olmuşdur. O vaxtlar Nəcd əmirliyi ilə bir neçə dəfə
baş vermiş silahlı toqquşmalarda Küveyti müdafiə edən İngiltərə onu
özündən tam asılı vəziyyətə salmış və ölkə əslində onun
müstəmləkəsinə çevrilmişdir.
İkinci Dünya müharibəsindən sonra Küveytdə milli-azadlıq
hərəkatının qüvvətlənməsi Böyük Britaniyanın protektoratlıq barədə
imzaladığı müqaviləni ləğv etməyə məcbur idi. 1961-ci il iyunun 19-
da Küveyt müstəqil dövlət elan olunur. Müstəqil dövlət elan olunduğu
vaxtdan 70-ci illərə qədər Küveytdə daxili siyasi vəziyyət
qeyri-sabit idi. İraqın Küveytin müstəqilliyini tanımaması «Küveyt
böhranı» adlanan problemin yaranmasına səbəb olur. Bundan istifadə
117
edən İngiltərə Küveytə hərbi qüvvə çıxarır və İran körfəzi
sahillərində yerləşən digər ərəb ölkələrinin daxili işlərinə müdaxilə
etməyə başlayır.
1961-ci ilin avqustunda Ərəb Ölkələri Cəmiyyəti Küveytin
müstəqilliyini qorumaq məqsədilə oraya öz ordusunu göndərir.
İngiltərə ordusu Küveytdən rəsmi olaraq geri çağrılır. 1963-cü ildə
isə Ərəb Ölkələri Cəmiyyətinin qoşunları Küveytdən çıxarılır. Daxili
vəziyyətin kəskinləşdiyini görən Küveyt hökuməti bir sıra tədbirlər
həyata keçirməyə başlayır. Xüsusi bölməni genişləndirir, qarışıq
şirkətlər yaradır, neft ixac edən ölkələr təşkilatının (OPEK)
fəaliyyətində fəal iştirak edir, Ərəb Şərqində iri bank mərkəzlərindən
birinə çevrilir.
Küveytin hakim dairələri xarici siyasət sahəsində də
fəaliyyətlərini genişləndirməyə başlayır. Misir-Səudiyyə Ərəbistanı,
Səudiyyə Ərəbistanı-İraq, Səudiyyə Ərəbistanı-İran arasında münasibətlərin
normal hala salınmasında iştirak edir, Asiya və Afrika
ölkələri ilə əlaqələr yaratmağa başlayır. İsrailin təcavüzündən zərər
çəkmiş Misir, Suriya və Ürdinə maliyyə yardımı göstərir. 1980-cı
illərdə İran və İraq arasında baş verən münaqişə Küveyti də narahat
edir və 1981-ci ildə İran Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı
Şurası yaradılır.
1990-cı ilin iyul ayında Küveyt ilə İraq arasında
münasibətlərdə gərginlik son həddə çatır. Gərginliyi törədən səbəblər
dünya bazarında Küveyt tərəfindən neftin qiymətinin aşağı salınması
və bununla da İraqın zəiflədilməsinə yönəldilmiş ABŞ-sionist qəsdini
həyata keçirmək cəhdləri İraq-Küveyt arasında sərhəd münaqişəsi və
s. idi. Göstərilən və digər səbəblər 1990-cı il avqustun 2-də İraqın
Küveytə qarşı təcavüzünə səbəb olur və Küveyt İraqın 19-cu
mühəfəzəsi (əyaləti) elan edilir. 1991-ci ilin əvvəllərində İraq ilə
Küveyt, daha doğrusu ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli qüvvələr
ilə İraq arasında müharibə başlanır. 42 gündən sonra İraq ordusu
Küveytdən çıxarılır və Küveytin müstəqilliyi yenidən bərpa olunur.
Dövlət quruluşu. Küveyt konstitutsiyalı parlamentli monarxiyadır
(irsi əmirlik). Dövlətin başçısı əmirdir. Konstitutsiyaya görə
əmir əs-Səbahlar sülaləsindən olmalıdır. 2006-cı ilin 29 yanvarından
əmir şeyx Sabah əl-Əhməd əl Cabir əl-Sabahdır. Vəliəhd-şeyx
Həvvaf əl Əhməd əl-Sabahdır. Əmir öz hakimiyyətini Nazirlər Şurası
vasitəsilə həyata keçirir. O, Baş nazir və Nazirlər Kabinəsinin
118
üzvlərini təyin edir. Hüquqları Milli Məclis tərəfindən formal olaraq
məhdud olsa da əmir dövlət başçısı kimi geniş səlahiyyətə malikdir. O,
Milli Məclis tərəfindən bəyənilmiş bütün qanunları təsdiq etməklə
bərabər, eyni zamanda hərbi qüvvələrin baş komandanı və ali
məhkəmənin sədri funksiyalarını yerinə yetirir.
Qanunverici hakimiyyət Əmirə və birpalatalı Milli Məclisə
məxsusdur. Milli Məclisin deputatları əhali tərəfindən ümumi, gizli
və müstəqil seçki yolu ilə 4 il müddətinə seçilir. 2006-cı ilin
iyununda Küveyt Milli Məclisinə keçirilən seçkilərdə ilk dəfə qadınlara
da seçkilərdə iştirak etmək hüququ verildi. Bu vaxta qədər
seçkilərdə ancaq kişilər iştirak edə bilərdilər.
İcraedicilik Nazirlər Şurasına məxsusdur. Nazirlər Şurası Baş
nazir tərəfindən təyin olunur və dövlət başçısı tərəfindən təsdiq edilir.
Şura ölkənin daxili və xarici siyasətini müəyyən edir və onun həyata
keçirilməsini təmin edir. Nazirlər Şurasında məsul şəxslər (Baş nazir,
Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirləri) əs-Səbah sülaləsindəndir.
Küveytdə siyasi partiyaların fəaliyyəti qadağan olunsa da, uzun
illər əhalinin müxtəlif təbəqələrinin marağını müdafiə edən təşkilatlar
fəaliyyət göstərmişdir. Ötən əsrin 30-cu illərində yaranmış gəncküveytlilər
hərəkatı təşkilatı ölkənin müstəqilliyi uğrunda mübarizə
aparsa da, 1939-cu ildə dağıdılmışdır. Lakin onların ideyaları ölkədə
geniş yayılmışdır.
Küveyt müstəqil dövlət elan olunduqdan sonra ziyalılar, xırda
və orta burjua nümayəndələrindən ibarət ərəb millətçiləri hərəkatı
təşkilatı yaradılır. Bu təşkilatın ölkənin siyasi həyatında rolunun olmasına
baxmayaraq parlamentə seçkilərdə müvəffəqiyyət qazana
bilməmişdir.
Küveytdə 1978-ci ildə yaradılan Xalq İttifaqı Partiyası gizli
fəaliyyət göstərir. Küveyt fəhlələri və qulluqçularının Ümumittifaqı
ölkədə kütləvi ictimai təşkilatdır. İnzibati cəhətdən ölkə 3 qubernatorluğa
bölünür.
1950-ci ildən etibarən hər ilin 25 fevral günü Küveytdə Milli
bayram günü kimi qeyd olunur.
1970-ci illərdən başlayaraq ölkənin daxili və xarici siyasətinin
əsas istiqamətləri müəyyənləşdirilir. Daxili siyasətdə monarxiya
hakimiyyət üsulunun möhkəmlənməsi, dini-tayfa ənənələrinə
əsaslanaraq neftdən gələn gəlirin bir hissəsi hesabına küveytlilərin həyat
səviyyəsinin yüksədilməsi, immiqrant fəhlələrin narazılıqlarının
119
aradan qaldırılması və digər mühüm problemlər ön plana çəkilir. 1991-
ci ildə əməkdaşlıq barədə Küveyt-ABŞ sazişi imzalanmışdır.
Azərbaycan Respublikası ilə münasibətdləri. Azərbaycan
Respublikası ilə Küveyt əmirliyi arasında diplomatik münasibətlər
1991-ci ilin 7 oktyabrında yaradılmışdır. Küveyt əmirliyi BMT və
İslam Konfransı Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana
qarşı təcavüzü və ölkəmizə iqtisadi və humanitar yardımın
göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycanı
həmişə dəstəkləyir.
Küveyt Azərbaycan Respublikası ilə də iqtisadi əlaqələrin
yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə 1992-ci ilin
mart ayının 1-də Bakıya gələn Küveytin maliyyə naziri respublikamıza
böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O,
həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə
Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar
da təklif edə bilər. Tərəflər razılığa gəlmişlər ki, əməkdaşlığın
başlanması üçün müvafik infrastruktur, o cümlədən, avtomobil və
hava nəqliyyatı, telefon rabitəsi yaratmaq lazımdır. Küveyt tərəfinə
təklif edilmişdir ki, Bakıda yeni beynəlxalq aeroportun tikintisini
müəyyənləşdirmək imkanını nəzərdən keçirsin. İkitərəfli iqtisadi
əməkdaşlığın digər məsələləri də müzakirə edilmişdir.
Küveyt Azərbaycan Respublikası ilə də iqtisadi əlaqələrin
yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə 1992-ci ilin
mart ayının 1-də Bakıya gələn Küveytin maliyyə naziri respublikamıza
böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O,
həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə
Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar
da təklif edə bilər. Tərəflər razılığa gəlmişlər ki, əməkdaşlığın
başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və
hava nəqliyyatı, telefon rabitəsi yaratmaq lazımdır. Küveyt tərəfinə
təklif edilmişdir ki, Bakıda yeni beynəlxalq aeroportun tikintisini
maliyyələşdirmək imkanını nəzərdən keçirsin. İkitərəfli iqtisadi
əməkdaşlığın digər məsələləri də müzakirə edilmişdir.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
Əhalisinin sayına görə region ölkələri içərisində 14-cü
yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005- ci ildə isə 2,3 mln nəfər
120
əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir.
Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa
ölkələrindən olan immiqrantlar çoxdur.
Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə
3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik
siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq
Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər
həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının
3,4 mln. nəfərə çatması gözlənilir.
1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə
İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması
ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına
səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə
ərəblərdir. Lakin immiqrant ərəblərin uşaqları Küveytdə doğulsalar
da, həmin ölkənin vətəndaşı sayılmırlar, Küveytdə yaşayan immiqrantların
hüquqları o qədər də geniş deyil.
Küveyt əhalisinin orta ömür müddəti 77 yaşdır (kişilər üçün
76, qadınlar üçün 78). Küveyt hökuməti əhalinin oturaq həyata
keçməsi üçün gördüyü tədbirlər nəticəsində ölkədə köçərilərin sayı
kəskin sürətdə azalmışdır*. Ölkə əhalisinin təqribən 1 faizi köçəridir.
Küveytdə rəsmi dövlət dili ərəb dilidir. Ziyalılar arasında və
işgüzar dairələrdə ingilis dili geniş yayılmışdır.
Hakim din İslam dinidir. Əhalinin 95 faizi islam dininə, o
cümlədən, 70 faizi sünni, qalanı isə şiə məshəlinə etiqad edir.
Ölkənin ictimai-siyasi və mədəni həyatında islam dini olduqca
böyük rol oynayır. Dövlətin başçısı eyni zamanda Küveyt
müsəlmanlarının ali ruhani rəhbəri hesab edilir. Bütün dövlət
ümumtəhsil məktəblərində Quran və şəriət qanunları öyrədilir. Küvet
universitetində islam fakültəsi fəaliyyət göstərir. Bununla yanaşı bəzi
küveytlilər özlərini dini təhsillərini dünyanın ən iri müsəlman
* Küveytdə əhalinin oturaq həyata keçməsi digər ölkələrlə müqayisədə
hökumətin məcburiyyəti nəticəsində baş verir. Ölkənin neft mədənlərində
əmək ehtiyatlarının çatışmaması, əhalinin müəyyən hissəsinin isə köçəri
həyat tərzi sürməsi Küveyt hökumətini qısa müddət ərzində neftdən gələn
gəlir hesabına sosial imkanları genişləndirməyə məcbur edir. Oturaq həyata
keçməyə həvəsi olmayan bədəvilərin əksəriyyəti müasir evlərlə təmin
edilərək daimi işə cəlb olunur.
121
universitetlərində, məsələn, Misirin məşhur əl-Əzhar universitetində,
Məkkənin ali ruhani məktəblərində artırırlar.
Küveytdə yaşlı əhalinin 85 faizi savadlıdır. Dünyanın hər hansı
ölkəsindən asılı olmayaraq orada təhsil alan küveytli gəncin təhsil
xərcini dövlət öz üzərinə götürür.
Küveyt beynəlxalq və regional təşkilatlarda, xüsusilə İslam
Konfransı Təşkilatı (İKT) və İslam İnkişaf Bankının (İİB) işində fəal
çıxış edir. İKT-nin başlıca vəzifəsi islamı müdafiə etmək və
müsəlmanlar arasında həmrəyliyi gücləndirməkdir. İİB müsəlman
dövlətlərinin iqtisadi və sosial tərəqqisinə köməklik məqsədi ilə
yaradılmışdır. Küveyt 1963-cü ildən BMT-nin üzvüdür.
İmmiqrasiya prosesinin sürətli inkişafı sayəsində əhalinin ölkə
üzrə sıxlığı da sürətlə artır. Hazırda Küveyt Ərəbistan yarımadasının
sıx məskunlaşan ölkələrindən birinə çevrilmişdir. Bununla yanaşı
əhali ölkə üzrə olduqca qeyri-bərabər məskunlaşmışdır. İran körfəzi
sahilində, əsasən Əl- Küveyt şəhəri və onun ətrafında, dənizsahili
qəsəbələrdə, neft mədənləri bölgələrində əhali daha sıxdır. Məsələn,
paytaxt mahalında əhalinin 1 kv. km-də sıxlığı 2500-2700 nəfər təşkil
edirsə, əl-Əhmədi və Cəhrə əyalətlərində bu göstərici 600 və 300
nəfərdir. İşləyən əhalinin çoxu xidmət sahələrində, tikinti və sənayedə
(xüsusilə neftçıxarmada) çalışır.
1970-ci ilə qədər Küveytdə əmək ehtiyatları «qıtlığı» mövcud
olduğu halda neft istehsalının azalması ilə əlaqədar olaraq işsizlərin
sayı artır. Küveyt hökuməti ölkəyə immiqrant axınını
məhdudlaşdırmaq məqsədilə bir sıra qanunlar qəbul etmişdir. Küveyt
dövlətinin təbəəliyinə keçmək (xüsusilə qeyri-ərəb mənşədən olanlar
üçün) çox çətindir.
Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. Ən böyük şəhərləri
əl-Küveyt, Mina əl-Əhmədi, əs-Salamiyyə, əl-Cəhrə və Mina-
Səuddir.
Əl-Küveyt ölkənin paytaxtıdır. Küveyt körfəzi sahilində
yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. Ətrafı ilə
birlikdə əl-Küveytdə 1,5 mln nəfər (2005) əhali yaşayır. Müasir əl-
Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə
görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər
hesabına şəhər sürətlə böyüyür.
Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti
məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducu-
122
lar quraşdırılır. Əl-Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma
və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir.
Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.
Əl-Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat
qovşağıdır. Şəhərdə beynəlxalq əhəmiyyətli təyyarə meydanı yerləşir.
Əl-Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda
onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi,
KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.
4. İqtisadiyyatı
Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin
70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə
bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin
«iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın
ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur.
Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində
çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati
binaları olan müasir şəhərlər salınmışdır.
Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş
neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su
təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən
müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd
təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan
yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları
çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir.
1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun
satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin
İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda
gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına,
xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru
kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının
dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur.
1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona
enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə
edilən gəlir isə 6850 mln. dollara enmişdir. 1991-ci ilin ortalarından
xarici şirkətlərin fəal iştirakı ilə ölkədə neft sənayesi və təsərrüfatın
digər sahələrinin bərpası üzrə işlərə başlanılmış və qısa müddətdə
123
əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bərpa işlərinin həyata
keçirilməsi üçün 8,5-10 mlrd. dollar vəsait və iki-üç il vaxt lazım olmuşdur.
Artıq 1992-ci ilin axırında ölkədə neft hasilatı 1989-cu ilin
səviyyəsinə çatmışdır. Dağıdılmış iqtisadiyyatın bərpası üçün Küveyt
xarici kredit almağa məcbur olmuşdur. Bu krediti Küveyt İran körfəzi
dövlətlərinin əməkdaşlıq Şurasının üzvləri olan ölkələrdən, xüsusilə
Səudiyyə Ərəbistanı və BƏƏ-dən almışdır.
Küveytin milli təsərrüfatının inkişaf xüsusiyyətləri neft ixrac
edən digər ölkələrin əlamətlərinə oxşardır. Bu ölkədə də başlıca kapital
iqtisadiyyatın daxili inkişafı hesabına deyil, neft ixracatı
nəticəsində əldə edilən vəsait hesabına formalaşır. Müstəqillik əldə
etdikdən sonra dövlət bu vəsaitlərdən müştərək müəssisələrinin
yaradılması üçün fəal istifadə edir. İran körfəzinin başqa
əmirliklərində olduğu kimi Küveyt də sürətlə sənayeləşdirməyə və
iqtisadi strukturunun mürəkkəbləşdirilməsinə daha çox fikir verir.
Belə təsərrüfat mexanizminin yaradılmasında məqsəd «neft erasının»
başa çatmasından sonra ölkənin tələbatını təmin edə bilən milli
iqtisadiyyatı formalaşdırmaqdadır.
Öz planlarını həyata keçirmək üçün, yəni əsaslı sənaye
sahələrinin tikintisi, infrastrukturun yaradılması, ixtisaslı milli kadrların
hazırlanması və s. üçün Küveyt Qərb şirkətlərinin köməyindən
geniş istifadə edir və onlar ilə birlikdə müştərək müəssisələr yaradır.
Xarici sahibkarlara bu və yaxud başqa müəssisə səhmlərinin yalnız
49%-nə şərik olmaq imkanı verilir. Bununla yanaşı Küveyt neft ixracatından
əldə etdiyi olduqca böyük vəsaitin hamısını ölkənin daxili
iqtisadiyyatında istifadə etmək imkanına qadir deyil. Buna görə də
əldə etdiyi kapitalın getdikcə böyük hissəsini faydalı şəraitdə Qərb
ölkələrinin iqtisadiyyatına və banklarına yönəldir.
Ölkənin milli sərvəti olan neftdən gələn gəlirin yerli
küveytlilər arasında eyni miqdarda paylaşdırılması prinsipi qəbul olunmuşdur.
İqtisadiyyatın dövlət tərəfindən tənzim olunması ön plana
çəkilir. Ümumdaxili Məhsulun təqribən 75%-i dövlət bölməsində
əldə edilir.
Xaricə yönəldilən kapitaldan və oradakı avuarlarından ölkə
əhəmiyyətli dərəcədə valyuta əldə edir və neft ixracatından «asılılığı»
keçdikcə zəifləyir. Ümumi daxili məhsulun formalaşmasında neft
sənayesinin əvvəlki kimi başlıca rol oynamasına baxmayaraq, son on
ildə onun payı bir qədər azalmışdır. Emaledici sənaye, tikinti, ticarət
124
və bank əməliyyatının isə payı xeyli dərəcədə artmışdır. Küveyt
iqtisadiyyatının başlıca xüsusiyyəti ölkədə bol və ucuz enerjinin,
böyük investisiya imkanlarının olması, həmçinin yerli əmək ehtiyatlarının
çatışmamasıdır.
Küveytdə ÜDM-un 54 faizi sənayenin, 45 faizi xidmət
sahələrinin, 1 faizə yaxını isə kənd təsərrüfatının payına düşür.
Sənayenin aparıcı sahələri. Ölkə iqtisadiyyatının və onun
maliyyə gəlirinin əsasını neft sənayesi təşkil edir. Neft yataqlarının
ötən əsrin 30-cu illərində kəşf edilməsinə baxmayaraq, onun hasilatına
yalnız 1946-cı ildə başlanılmışdır. Neft çıxarılması, nəql
edilməsi və satılması hələ 1934-cü ildə yaradılan ABŞ və İngiltərə
kapitalının nəzarəti altında olan «Küveyt oyl Kompani» şirkətinin
əlində idi. 1948-ci ildə ABŞ-ın «Aminoyl» şirkəti «Birtərəf bölgə» də
və Küveytə məxsus bir sıra adalarda neft kəşfiyyatı və çıxarılması
işlərinə başlayır. 1960-cı ildən milli «Küveyt neşnl petroleum kompani
» şirkəti yaradılır. Ölkədə neft çıxarılması və onun ixracatı
üzərinə dövlət nəzarəti tədricən artır. Ölkənin siyasi müstəqillik əldə
etdiyi onillikdə neft hasilatı tədricən artmış və 1972-ci ildə ən yüksək
səviyyəsinə (165 mln. ton) çatmışdır. Neft hasilatının artması nəinki
onun böyük ehtiyatı, həm də onun əlverişli təbii-geoloji şəraiti (səthə
yaxın yerləşməsi, buruqların fontan vurması, yəni neftin yığılma
məntəqələrinə boru kəmərləri vasitəsilə öz-özünə axması və s.) və
bununla da hasilahatın maya dəyərinin olduqca aşağı olması ilə izah
olunur.
Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən xarici neft
şirkətləri başlıca olaraq daha zəngin yataqları istismar etməyə cəhd
göstərirdilər. Bu da az vəsait sərf etmək və zəruri texniki tədbirləri
həyata keçirmədən neft hasilatını artırmağa imkan verirdi.
Küveyt öz təbii sərvətlərinin tam sahibi olandan sonra,
hökumət bir tərəfdən neft hasilatının azaldılmasına, digər tərəfdən isə
xam neftin ixracatının neft məhsulları ilə əvəz edilməsinə yönəldilən
siyasət aparmışdır. Nəticədə 1973-cü ildən 1987-ci ilə qədər neft
hasilatı bir qədər azalmışdır. Neft ixracatının əhəmiyyətli dərəcədə
azalmasına baxmayaraq, dünya bazarında neftin qalxması ilə
əlaqədar onun ixracatından əldə edilən gəlir artmışdır.
Ölkədə hər il təqribən 100 mln. ton neft hasil olunur.
Məlumdur ki, dünya bazarında xam neftin qiyməti, neft məhsullarına
nisbətən 4-5 dəfə ucuzdur. Bununla əlaqədar Küveyt neft ixracatın125
dan əldə etdiyi vəsaitin əhəmiyyətli hissəsini ölkə neftinin emalı və
neft-kimya sənayesinin yaradılmasına istiqamətləndirmişdir. Ölkənin
ilk neft təmizləmə müəssisəsi 1949-cu ildə Mina əl-Əhmədi
şəhərində tikilmişdir. 1986-cı ildə bu müəssisənin istehsalat gücü
xeyli genişləndirilmişdir. 1958-ci ildə Mina-Abdulla və 1968-ci ildə
Əş-Şüeyb neft emalı zavodu tikilmişdir.
Küveytdə fəaliyyətdə olan neft emalı müəssisələrinin ümumi
gücü 45 mln. tondur. Neft emalı zavodları avtomobil, təyyarə, mühərrik
yanacaqları, bir sıra sürtkü yağları və s. istehsal edir. Başqa
sözlə desək, yüksəkkeyfiyyətli texnika və müasir texnologiya ilə
təchiz edilən neft emalı müəssisələri təbii xammalı kompleks şəkildə
emal edir.
Təbii qaz Küveytin ikinci mühüm sərvətidir və əsasən neftlə
birgə çıxarılır. Qaz istehsalı 1961-ci ildə 0,98 mlrd. kub m-dən 2003-
cü ildə 11,0 mlrd. kub m-ə çatdırılmışdır. Qazı «Küveyt oyl kompani
» və «Arabiyen Oyl» şirkətləri çıxarır. Mina əl-Əhmədi, ƏşŞüeyb,
Mina-Abdulla şəhərlərindəki emal müəssisələrində istehsal
olunan propan, butan, mayeləşdirilmiş qaz əsasən ixrac olunur.
Emaledici sənayedə neft-kimya, xüsusilə inkişaf etmişdir. Bu
sahə başlıca olaraq ölkənin dövlət bölməsi çərçivəsində yaradılmış və
inkişaf etməkdə davam edir. Ötən əsrin 70-ci illərində dünya bazarında
neftin qiymətinin qalxmasından sonra neft-kimya sənayesi daha
sürətlə inkişaf etmişdir. İlk növbədə Əş-Şüeyb və Mina əl-Əhmədidə
fəaliyyət göstərən neft-kimya müəssisələri yenidən qurulmuş və yeni
müəssisələr tikilmişdir. Bu müəssisələrdə xammal kimi əsasən
tərkibində etan və propan olan neftlə yanaşı çıxan qaz, həm də neft
emalı nəticəsində əldə edilən qazdan istifadə olunur.
Küveytin iqlim şəraitinin xüsusiyyətləri, yəni tarixən mövcud
olan içməli «su qıtlığı» ölkədə iqtisadiyyatın xüsusi sahəsinin – dəniz
suyunun təmizlənməsi üzrə təmizləyici qurğular ölkə iqtisadiyyatının
mühüm sahəsidir. İlk su təmizləyici qurğu 1950-ci ildə Mina əlƏhmədidə,
sonralar isə əş-Şüeyb və əş-Şüveyxdə tikilmişdir. Ölkənin
paytaxtında həm də çirkab suların təmizlənməsi üçün dörd zavod
fəaliyyət göstərir. Çirkab sular təmizləndikdən sonra onlardan əkin
sahələrininin suvarılmasında, landşaftın yaşıllaşdırılmasında geniş
istifadə edilir. Təmizləyici qurğuların sayının və gücünün artırılması
elektrik enerji istehsalı ilə sıx əlaqədardır.
1970-ci ilə qədər Küveytdə elektrik enerjisi neft və qaz
126
əsasında işləyən istilik elektrik stansiyalarında istehsal olunurdu.
1970-ci ildən isə su təmizlənərkən elektrik enerjisi alınmasına
başlanılmışdır. Hazırda ölkədə hər il 19-20 mlrd. kv / saat elektrik
enerjisi istehsal olunur.
Son illər ölkədə günəş enerjisinə maraq artır. 1980-ci ildə
Sülaybitəhdə günəş enerjisi ilə işləyən elektrik stansiyası
yaradılmışdır. Enerjinin bu növü Küveytin iqlim şəraiti üçün,
xüsusilə, əlverişlidir. Hesablamalara görə ölkə ərazisinin cəmi 1,0%-
ində günəş enerjisinin toplanması (akkumulyasiyası) hər birinin gücü
1 min MVT olan onlarla elektrik stansiyalarına bərabər olardı.
İqtisadiyyatın sürətli inkişafı, sənayeləşdirilmə, kənd
əhalisininin şəhərlərə köçməsi, şəhərlərin genişləndirilməsi və yeni
şəhərlərin salınması, infrastruktur sahələrinin yaradılması milli tikinti
sənayesinin yaradılmasına və sürətli inkişafına səbəb olmuşdur.
Ölkədə həyata keçirilən tikinti işləri, xüsusilə şəhər
tikintilərinin, liman təsərrüfatının genişləndirilməsi, yaşayış
məntəqələri yerləşən sahil bölgəsinin yenidən qurulması, yeni sənaye
obyektlərinin tikintisi və s. həddindən artıq tikinti materialları tələb
edir ki, bunu da nə yerli istehsal, nə də idxal hesabına ödəmək mümkün
deyildi. Buna görə də ölkə tikinti materialları istehsalını
gücləndirmək məqsədi ilə tikinti sənayesinin inkişafına daha böyük
miqdirda vəsait ayırmağa məcbur olmuşdur. Xüsusilə İraq-Küveyt
müharibəsində dağıdılmış Küveyt şəhərlərinin bərpası üçün daha çox
tikinti materialları tələb olunmuşdur. Bu məqsədlə qonşu ərəb
ölkələri, xüsusilə BƏƏ Küveytə tikinti materialları ixracatını
artırmışdır.
«Neft erasına» qədər yüngül və yeyinti sənayesinin əsasını
çoxlu sayda kiçik müəssisələr və emalatxanalar təşkil edirdi. Bu
müəssisələrin əksəriyyəti demək olar ki, şəhərlərdə, ilk növbədə
paytaxt mahalında yerləşirdi. Ötən əsrin 70-ci illərində bu sahələrdə
xüsusi bölmənin fəaliyyətini gücləndirmək üçün dövlət bir sıra
tədbirlər həyata keçirmişdir. Məsələn, yüngül və yeyinti sənaye
müəssisələrinin tikintisi üçün ayrılan torpaq sahələri güzəştli
qiymətlə verilmiş, onlar üçün zəruri olan infrastruktur sahələrinin
tikintisini dövlət öz üzərinə götürmüş, sahibkarları bəzi vergilərdən
azad etmiş və onlara aşağı faizlə kredit vermişdir. Belə şəraitdə
yüngül və yeyinti sənaye sahələrinin müəssisələrinin sayı sürətlə
artmışdır. İndi ölkədə bir neçə iri toxuculuq və tikiş fabriki, dəri
127
məmulatları, ayaqqabı istehsal edən müəssisə fəaliyyət göstərir.
Sintetik lif, polietilen, çit məhsulları istehsalı Küveytin yüngül
sənayesinin yeni sahələridir. Yeyinti sənayesinin 400-dən artıq
müəssisəsində un, çörək, şirniyyat, süd, spirtsiz içki, süni buz və
dondurma və s. istehsal edilir.
Digər sənaye sahələri başlıca olaraq məişət metal məmulatları
və ağac emalı müəssisələri, metal boru, şüşə, avtomobil şinləri,
sabun, kağız, dəftərxana məmulatları istehsal edən müəssisələr ilə
təmsil olunur. İrili-xırdalı belə müəssisələrin sayı bir neçə minə
çatmışdır.
Ölkənin sənaye müəssisələrinin böyük əksəriyyəti
sənayeləşdirilmiş Əş-Şüeyb bölgəsində cəmlənmişdir. Əş-Şüeyb
sənaye bölgəsinin yaradılmasına ötən əsrin 60-cı illərində başlanmış
və 70-ci illərinin ortalarında başa çatmışdır. Hazırda Əş-Şüeyb iki
bölgədən – ümumi sahəsi 10 kv. km olan və paytaxtdan 44 km
cənubda yerləşən Şərq (Əş-Şüeyb sənayeləşdirilmiş bölgə) və ümumi
sahəsi 13 kv. km olan və paytaxtdan 50 km cənubda yerləşən Qərb
(Mina əl-Əhmədi sənayeləşdirilmiş bölgə) hissələrdən ibarətdir.
Kənd təsərrüfatının aparıcı sahələri. Ümummilli məhsulun
cəmi 1 faizi bu sahənin payına düşür. Orta illik temperaturun yüksək
olması, yağıntıların az düşməsi, suyun çatışmaması, qeyri-məhsuldar
torpaqlar və tez-tez baş verən qum tufanları kənd təsərrüfatının
inkişafında, xüsusilə, əkinçilikdə böyük maneələrdir. Şumluq torpaq
sahələri ölkə ərazisinin cəmi 3 faizini təşkil edir.
Küveyt hökuməti ötən əsrin 60-cı illərində hidropon* üsulla
kənd təsərrüfatı məhsulları yetişdirməyə başlayır. Artıq ilk
təcrübədən məlum oldu ki, bu yolla yetişdirilən tərəvəzin
məhsuldarlığı adi yolla yetişdirilən tərəvəzə nisbətən yeddi dəfə
yüksək olur, sudan istifadə isə yarıya qədər azalır. Küveytin iqlim
şəraiti üçün isə bunun olduqca böyük əhəmiyyəti var.
Yaponiya şirkətlərinin köməyi ilə ölkədə kənd təsərrüfatı
sahəsində bir neçə dövlət ferması yaradılır. Bu təsərrüfatlarda
* Bitkilərin süni mühitdə torpaqsız becərilməsi. Bu zaman bitkinin kök
sistemi suda və yaxud rütubətli havada inkişaf edir. Bitkilər qidanı kökləri
əhatə edən qidalı məhluldan alırlar. Hidropon üsulu ilə bitki becərmək
torpaqdan bitki becərməkdən az zəhmət tələb edir, su və qida maddələri
qənaətlə sərf olunur.
128
pomidor, xiyar, kahı, çiyələk, gül becərilir. Yığılan pomidor, çiyələk
ilk növbədə qonşu ərəb ölkələrinə ixrac edilir.
Küveyt və eləcə də, İran körfəzinin digər əmirlikləri qarşısında
əlverişsiz iqlim şəraitində kənd təsərrüfatını iqtisadiyyatın faydalı
sahəsinə çevirmək kimi mühüm məsələ durur. Bu məqsədlə ölkədə
süni iqlim qurğuları ilə təchiz olunmuş, yüksək dərəcədə
mexanikləşdirilmiş və avtomatlaşdırılmış dövlət eksperimental
heyvandarlıq və quşçuluq fermaları yaradılmışdır. Bu nümunəvi
fermalar özünü doğrultmuşdur. Kənd təsərrüfatının daima inkişaf
etdirilməsi sayəsində ölkə, əhalinin ərzaq məhsullarına olan
tələbatının 35 faizini ödəyir.
Müasir, yüksək səviyyədə təchiz olunmuş dövlət fermaları və
plantasiyaları ilə yanaşı kənd təsərrüfatında ənənəvi vahə əkinçiliyi
də mövcuddur. Vahə əkinçiliyi əl-Cəhra və əl-Əhmədi
rayonlarındadır. Heyvandarlıq son vaxtlara qədər kənd təsərrüfatının
çox geri qalmış ənənəvi sahəsi hesab olunurdu. Ekstensiv istiqamətdə
olan bu sahədə bədəvilər dəvə, davar saxlamaqla məşğul olurdu. Neft
istehsalına başlanılması, müasir nəqliyyat şəbəkəsinin yaradılması
bədəvi təsərrüfatlarının əhəmiyyətini getdikcə itirir. Küveyt
hökumətinin və xarici mütəxəssislərin köməyilə heyvandarlıqda
müasir bölmə yaradılır.
Niderlanddan və Belçikadan məhsuldar cins inəklər gətirilir,
dövlət fermalarında xırdabuynuzlu mal-qara inkişaf etdirilir. Ölkədə
ət, süd, yun istehsalı artırılır. Quşçuluq fermalarının yaradılması
əhalinin quş əti və yumurtaya olan tələbatının 60-65 faizinin
ödənilməsinə səbəb olmuşdur.
Balıqçılıqla İran körfəzi sahillərində yaşayan əhali hələ
qədimdən məşğuldur. Bu sahədə əhəmiyyətini tədricən itirməkdə
olan ənənəvi bölmə ilə yanaşı müasir dövlət bölməsi də fəaliyyət
göstərir. Dövlət bölməsi qüvvətli balıq ovu donanmasına, balıq
emalı, süni buz istehsalı, hazır məhsulu qablaşdıran və saxlayan
müasir müəssisələrə malikdir.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Cəmi bir neçə
on il əvvəl Küveytdə ənənəvi nəqliyyat növləri kimi quruda dəvə,
dənizdə isə kiçik yelkənli «dou» gəmiləri üstünlük təşkil edirdi.
Ölkənin nəqliyyat şəbəkəsinin əsasını karvan yolları təşkil edirdi.
İkinci dünya müharibəsindən sonra neft hasilatının artımı, onun
ixracat limanlarına daşınmasının zəruriliyi, xarici neft şirkətlərinin
129
fəaliyyətinin genişlənməsi, iqtisadiyyatın inkişafı təcili olaraq müasir
nəqliyyat və rabitə sisteminin yaradılmasını tələb etmişdir.
Əgər əvvəllər xarici şirkətlər yalnız neft hasilatına xidmət edən
nəqliyyat şəbəkəsinin yaradılması ilə məşğul olurdularsa, artıq 50-60-
cı illərdə Küveyt hökuməti milli təsərrüfat mexanizminin tərkib
hissəsini təşkil edən nəqliyyat şəbəkəsinin yaradılmasına başlamışdır.
Nəqliyyatın ayrı-ayrı növlərinə, xüsusilə avtomobil və dəniz
nəqliyyatının inkişafına daha çox fikir verilmişdir. Bu dövr ərzində
bir çox atomobil magistralları çəkilmiş, dəniz və hava limanları
təkmilləşdirilmiş və yenidən tikilmişdir. Demək olar ki, dəniz ticarət
və mülki hava donanması yenidən yaranmışdır.
Küveytdə dəmir yolu olmadığından avtomobil nəqliyyatı
mühüm əhəmiyyətə malikdir. Bərk örtüklü avtomobil yollarının
ümumi uzunluğu 3600 km-dir. Beynəlxalq əhəmiyyətli ən mühüm
şosse yolları: əl-Küveyt – Cəhra – Səfvan – Bəsrə (uz. 118 km), Mina
əl-Əhmədi- Əş-Şüeyib – Əş-Şüveyx – Mina-Abdulla – Mina-Səud
(uz. 107 km), Əl-Küveyt – Əs-Səlmi (uz. 95 km) istiqamətindədir.
Bu yollar ölkənin yaşayış məntəqələrini birləşdirməklə yanaşı qonşu
ölkələrlə də (İraq, Səudiyyə Ərəbistanı) əlaqə yaradır. Əl-Küveyt –
Bəsrə yolu vasitəsilə Bağdad, Dəməşq və Beyrut arasında olan
magistrala çıxmaq mümkündür. Neft mədənləri rayonlarına xidmət
edən Əl-Küveyt – Əl-Əhmədi – Burkan – Mina-Abdulla – Vəfra
yollarının əhəmiyyəti böyükdür.
Dəniz nəqliyyatı əsasən xarici ticarətə xidmət edir. İdxalın 90,
neft ixracatının 100%-i dəniz nəqliyyatının payına düşür. Küveyt
qüvvətli milli dəniz donanması yaratmışdır. Ən mühüm dəniz ticarət
limanları Əş-Şüveyx (paytaxt rayonunda), Əş-Şüeyb Umm-Qəsrdir.
İran – İraq və İraq – Küveyt münaqişələri ölkənin dəniz limanlarının
yük dövriyyəsinin azalmasına səbəb olmuşdur. Buna baxmayaraq
Küveyt hökuməti dəniz limanlarının (xüsusilə, Əş-Şüveyx, ƏşŞüeyb)
inkişafına xüsusi fikir verir. Ölkənin iqtisadi həyatında Mina-
Abdulla, Mina əl-Əhmədi, Mina Səud limanlarının da əhəmiyyəti
böyükdür. Küveyt region ölkələri arasında ən iri dəniz ticarət
donanmasına malikdir (ümumi su tutumu 3,4 mln. ton olan 100
gəmi).
Boru nəqliyyatı şəbəkəsi neft istehsalının inkişafı ilə əlaqədar
sürətlə genişləndirilmişdir. Boru kəmərləri ölkənin neft və qaz
yataqlarını limanlarla əlaqələndirir. Boru yollarının ümumi uzunluğu
130
880 km-dir. Raudateyn-əl-Əhmədi, Umm-Qudeyr – Əş-Şüeyb, Vəfra
– Mina-Abdulla mühüm neft və qaz kəmərləridir. Münaqiş – ƏlƏhmədi,
Burkan – Əl- Əhmədi, Məqva – əl-Əhmədi istiqamətində də
boru kəmərləri vardır. Boru nəqliyyatı «Küveyt oyl kompani»
şirkətinə məxsusdur.
Hava nəqliyyatı 1953-cü ildən müntəzəm fəaliyyət göstərir.
1962-ci ildə Küveyt hökuməti hava nəqliyyatı üzərində nəzarəti öz
əlinə alır. 1980-cı ildə paytaxtda yeni təyyarə limanı istifadəyə
verilmişdir. Yaxın Şərqdə ən mühüm hava nəqliyyatı mərkəzlərindən
biri sayılır. Ölkədə 8 təyyarə meydanı var.
Xarici ticarət. Regionun başqa ölkələri kimi Küveyt də xarici
ticarət əlaqələrindən çox asılıdır. 2003-cü ildə Küveyt ixracatının
dəyəri 21,5 mlrd. idxalatın dəyəri isə 7 mlrd. ABŞ dolları olmuşdur.
Xarici əlaqələr bir tərəfdən valyuta, digər tərəfdən isə müasir
təsərrüfatın əsasını yaratmaq üçün zəruri olan maşın və avadanlıq
əldə etməyin mənbəyini təşkil edir.
Uzun illərdir ki, Küveyt azad ticarət siyasəti aparır və olduqca
aşağı gömrük vergisi təyin edir (orta hesabla idxal edilən məhsulun
dəyərinin 4-5 faizi). Bir sıra məhsullar, məsələn təzə meyvə və
tərəvəzin bəzi növləri, ət məhsulları, diri qaramal, hökumət
müəssisələri tərəfindən sifariş verilən mallar (tikinti materiallarının
bəzi növləri, istehsal məqsədi ilə maşın və avadanlıqlar, müxtəlif növ
elektron hesablayıcı qurğular, yanğın söndürən maşınlar və s.) ölkəyə
gömrük haqqı alınmadan daxil olur. Lakin yerli istehsal məhsulları
ilə rəqabət apara biləcək bəzi idxal məhsullarına isə (şirniyyat, undan
hazırlanmış məmulatlar, yuyucu tozlar, bəzi meyvə və tərəvəz,
sərinləşdirici içkilər və s.) dəyərin 10-15 faizinə qədər vergi qoyulur.
Silah və sursat, partladıcı və narkotik maddələr (yerli əzcaçılıq
sənayesi üçün zəruri olan maddələr istisna olmaqla), zəhər və zəhərli
maddələr (ölkənin kənd təsərrüfatında istifadə olunanlardan başqa),
spirtli içkilər, islam ənənəsinə, ölkənin dövlət quruluşuna və əhalinin
mənəviyyatına ziyan vura bilən kino və vidiofilmlər, bu yönümlü çap
məmulatları, donuz əti və ondan hazırlanmış müxtəlif məhsulların
idxalı qadağan edilir.
Ölkənin ticarət əməliyyatı müvafiq xarici şirkətlər ilə bilavasitə
əlaqə saxlayan milli şirkət və təşkilatlar tərəfindən həyata keçirilir.
Küveytin xarici ticarətinin əlamətdar xüsusiyyətlərindən biri də
ondan ibarətdir ki, idxalat dəyərinin artmasına baxmayaraq xarici
131
ticarət dövriyyəsində 1961-ci ildən 2005-cü ilə qədər dəyərinə görə
ixracat idxalatdan üstün olmuşdur.
Küveytin başlıca ixracat məhsulu yanacaqdır. Ayrı-ayrı illərdə
ixracat gəlirinin 80 faizə qədəri neftin payına düşmüşdür. Yanacaq
ixracatında neft məhsulları hesabına xam neftin payı xeyli aşağı
düşmüşdür. Küveyt inkişaf etmiş ölkələr arasında – ən iri ticarət
ortaqları Avropa İqtisadi Birliyinin üzvü olan ölkələr və Yaponiyadır.
Qonşu ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Pakistan,
Sinqapur, Filippin, Braziliya, Türkiyə, Hindistan və digər dövlətlərlə
də ticarət əlaqələri saxlayır. Ölkənin pul vahidi Küveyt dinarlarıdır.
Maliyyə sistemi. Ölkədə milli maliyyə sisteminin əsası müstəqillik
əldə olunduqdan sonra qoyulmuşdur. 1961-ci iln 13 mayında
dinar ölkənin qanuni pul vahidi kimi təsdiq edilmişdir. Dövlət
büdcəsi gəlirinin 90 faizə qədərini ənənəvi olaraq neft və neft
məhsulları ixracatından əldə edilən vəsait təşkil edir. Küveyt neftdən
gələn gəlirin bir hissəsini ənənəvi olaraq Qərb ölkələrindən qiymətli
kağız almağa sərf etmiş və onların banklarında saxlamışdır. 1974-cü
ildən başlayaraq Küveyt kapitalının bir hissəsi Qərb dövlətlərinin
sənaye, kənd təsərrüfatı və s. infrastruktur sahələrində istifadə
edilməsinə istiqamətləndirilir.
QƏTƏR DÖVLƏTİ*
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Qətər əmirliyi Ərəbistan yarımadasının şimalşərqində,
İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir.
Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85
km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın
yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və
adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl-
Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir.
Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun
qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus
* Ərəbcə adı Daulət əl-Qətərdir.
132
olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu
ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara
görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru
sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80
km-dir.
Səth quruluşu və faydalı qazıntıları. Səth quruluşuna görə
Qətərdə şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və mərkəz)
ayırmaq olar.
Qətər yarımadasının sahil xətti olduqca girintili-çıxıntılıdır.
Sahil bölgəsinin dəniz səviyyəsindən hündürlüyü 1 m-dən 10-15
metrə qədərdir. Bu bölgədə şoranlıqlar (səbhlər), əhəngdaşlı qayalar,
qum təpələri, narın qumlu çimərliklər vardır. Yarımadanın cənubqərb
qurtaracağında yerləşən şoranlıq (Səbh əs-Səlva) cənub və
cənub-şərq istiqamətində 10-12 km məsafədə uzanır. Qərbdə bu
şoranlıq Ukayr-Səlva yüksəkliyinin yamaclarına, şərqdə isə Duhan
yüksəkliyinə qədər davam edir. Səbh əs-Səlvadan şimala əs-Səlva
körfəzinin sahili boyunca Ubeynat burnuna qədər (85-90 km
məsafədə) çimərliklər uzanır. Çimərlik quruda Duhan yüksəkliyinin
yamacları ilə əhatələnir. Sahil bölgədə buxtalar çoxdur (Şakik, Doha,
əs-Səlva və b.). Sahil zona mərcan rifləri ilə əhatə olunmuşdur.
Sahil xəttindən təqribən 30-35 km aralı yerləşən keçid bölgədə
hündürlük tədricən 20-40 metrə qədər yüksəlir. Bölgənin eni şimalda
5-10, bəzi yerlərdə isə 30 km-ə çatır. Mərkəzi bölgədə hündürlük
40-60, Duhan, əl-Kərrar, əs-Səvab yaxınlığında isə 60-80 metrə
qədər artır.
Qətər dünya əhəmiyyətli təbii qaz ehtiyatları ilə zəngindir. Bu
ərazidə təbii qazla bərabər neft də çıxarırlar. Neftin başlıca yataqları
qurudadır. Ölkədə çıxarılan neftin demək olar ki, 50 faizi Duhan
şəhərinin yaxınlığında yerləşmiş yataqların payına düşür. Neft
yataqları əsasən 1300-3500 metr dərinliklərdə yerləşir. Ötən əsrin 90-
cı illərindən etibarən ölkənin gələcək iqtisadi inki-şafında böyük rol
oynayacaq təbii qaz ehtiyatlarının əhəmiyyəti getdikcə artır. Şelf
sularında kəşf edilmiş və istismara verilmiş Port-Fild dünyanın ən iri
təbii qaz yataqlarından biridir (ehtiyatı 10 trilliyon kub metr). Bu
zəngin yatağın kəşfindən sonra təbii qaz ehtiyatına görə Qətər
Rusiya, ABŞ və İrandan sonra dördüncü yerə çıxmışdır. Dünya üzrə
təbii qaz ehtiyatının təqribən 8 faizi Qətərdə cəmləşmişdir. Təsadüfi
133
deyil ki, təyyarə ilə Doha şəhərinə enən sərnişinin gözünə ilk
növbədə dəyən obyekt nəhəng təbii qaz çənləri olur. Təbii qaz
Qətərin yeni iqtisadi rəmzidir və gələcəkdə ölkənin gerbindəki əyri
yelkənli qayığı dəyişdirməyə qadirdir.
Qətərdə bu vaxta kimi digər faydalı qazıntı yataqlarının kəşfi
üzrə geniş işlər aparılmamışdır. Lakin bununla belə neft kəşfiyyatı
zamanı fosfor, kükürd, asbest və manqan filizi yataqları aşkar
edilmişdir. Kəşf edilmiş bu yataqların ehtiyatları hələlik dəqiq
qiymətləndirilməmişdir.
İqlimi və hidroqrafiyası. Qətərdə tropikdən subtropikə keçid
xarakterli iqlim hakimdir. Ölkədə bütün ilboyu havalar isti və
rütubətli keçir. Yayda üzücü istilər olur. İyul-avqust aylarının orta
temperaturu 44 dərəcə olsa da, Ərəbistan və İranın səhra və
yarımsəhralarından gələn hava axını temperaturun əksər hallarda 50
dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür.
Dekabr və fevral aylarının orta temperaturu 10-20 dərəcə arasında
tərəddüd edir.
Yay və qış aylarında gündəlik temperatur fərqi 10 dərəcəyə
çatır. Qətərdə ilin on ayında şimal-qərb (yerli əhali bunu «şemal»
küləkləri adlandırır) küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda
isə qonşu ərazilərin səhra və yarımsəhralarından toz və qum gətirir.
Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. İlin
başqa vaxtlarında yağıntı düşmür. Ölkənin cənubunda il ərzində
düşən yağıntıların miqdarı 60 mm, şimalına isə 130 mm-dir.
Yağıntılar noyabrdan marta qədər olan dövrdə də qeyri-bərabər
düşür. Bəzən bütün ilboyu düşən yağıntı bir-iki gün ərzində düşür.
Qətərdə çay, göl və digər yerüstü su mənbəyi yoxdur. Ərazidə
kiçik quru yataqlar (vadilər) vardır. Yağışlardan sonra su ilə dolan bu
vadilərdəki su ya tezliklə buxarlanır, ya da torpağa hopur. Paytaxtın
yaxınlığında yerləşmiş Məşrib ölkənin ən böyük vadisidir. Qətərdə
yeraltı suların əhəmiyyəti böyük olsa da, bu sərvət tükənmək üzrədir.
Ölkənin şimalı cənuba nisbətən yeraltı sularla yaxşı təchiz
olunmuşdur. Şimalda yeraltı sular atmosfer mənşəli olduğundan
şirindir. Cənuba getdikcə yeraltı sular həm şorlaşır, həm də onların
debiti azalır.
XX yüzilliyin əvvəllərində ölkədə 25 min əhali yaşayan zaman
20-30 su quyusu olduğu halda, 50-ci illərdə 286, 60-cı illərdə 433,
70-ci ildə 1205, 1980-cı ildə 1589 artezian quyusu qazılmışdır. Buna
134
uyğun olaraq çıxarılan suyun miqdarının artmasına baxmayaraq 70-ci
illərin ikinci yarısından «su qıtlığı» daha kəskin problemə çevrilir.
Qətər hökuməti dəniz suyunun təmizlənməsinə də xüsusi fikir verir.
Torpaq və bitki örtüyü. Sahil zonada bataqlıq, şoranlıq
torpaqları, keçid zonasında çox zəif və az məhsuldar torpaqlar
yayılmışdır. Lakin keçid zonasının şimal və şimal-şərqində,
mərkəzdə və yarımadanın cənubunda əkinçiliyə yararlı sahələr də
vardır. Bu sahələr daşdan, çınqıldan təmizləndikdən sonra və yeraltı
sulardan müntəzəm istifadə nəticəsində suvarma tətbiq etməklə
əkinçilik areallarına çevrilə bilər.
Bitki örtüyünü əsasən kserofit, halofit (şoranlıqlarda bitən
bitkilər) və istiyə davamlı bitkilər təşkil edir. Kserofitlər ölkənin hər
yerində, halofitlər və istiyə davamlı bitkilər isə məhdud ərazidə
yayılmışdır. Yarımadanın mərkəzi hissəsində tikanlı bitkilər, yemlik
taxıl, yovşan, qumotu, gəvən, qrunt və şosse yolları boyunca
bağayarpağı, yamac və dərələrdə quraqlığa davamlı quzuqulağı,
çobanyastığı, leylək otu, qarayonca, qaranquşotu və s. bitir. Çınqıl və
qumla örtülü dəniz sahilləri bitki örtüyündən məhrumdur. Vahələrdə
xurma və müxtəlif meyvə ağacları üstünlük təşkil edir.
Qətərin fauna aləmi zəngin deyildir. Ərəbistan ceyranının nəsli
kəsilməkdədir. Bu heyvanı artırmaq məqsədilə xüsusi fermalar
yaradılmışdır. Mərkəzi yaylalarda dovşan, sürünənlər, sahildə isə
quşların müxtəlif növləri vardır. Sahil suları dəniz heyvanları ilə
zəngindir. Böyük Mirvari sayı (dayazlığı) adlandırılan bölgəni Qətər
adası şərq və qərb hissəyə ayırır. Burada sənaye əhəmiyyətli 70
növdən artıq balıq və müxtəlif dəniz heyvanları yaşayır.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Qətərin ərazisi qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan
əvvəl III minillikdə bu ərazi İran körfəzi bölgəsində hakim olan və
paytaxtı Bəhreyndə yerləşən əfsanəvi Dilmun dövlətinin tərkibinə
daxil idi. VII yüzillikdə Qətər Ərəb xilafətinin tərkibinə qatılır.
Xilafət dağıldıqdan sonra IX yüzilliyin axırlarından XII yüzilliyin
sonlarınadək Qətər Ğərmətilər dövlətinin tərkibində olur. XIII-XIV
yüzilliklərdə Bəhreyn əmirliyinin hakimiyyəti altına düşür.
135
XVI yüzilliyin əvvəllərində Bəhreynlə birlikdə Qətəri portuqaliyalılar,
sonra isə türklər işğal edir. XVIII yüzillikdə Qətər
ərazisində başda Tani feodal şeyx sülaləsi olmaqla kiçik əmirlik
yaradılır. Sonrakı yüzillikdə əmirlik bütün Qətər yarımadasını öz
təsiri altına salır. Qətər əmiri ilə Bəhreyn əmiri əl-Xəlifə arasında
hakimiyyət uğrunda mübarizə başlayır. Bundan istifadə edən
İngiltərə 1868-ci ildə Qətərlə «müttəfiqlik» barədə müqavilə
bağlayır.
Ölkənin formal hakimi türk qubernatoru olsa da, əslində 1878-
ci ildən Qətəri ət-Tani qəbiləsinin başçısı olan şeyx Kasim ben-
Məhəmməd ət-Tani idarə etməyə başlayır. Şeyx bir-biri ilə
düşmənçilik edən tayfaları barışdırmış və nisbətən müstəqil siyasət
apara bilmişdir. İngilislərin dəfələrlə Şeyx Kasimi İran körfəzində
İngiltərə və Hindistan gəmilərinin qarət edilməsində təqsirləndirilməsinə
baxmayaraq o, ömrünün axırınadək (1913) İngiltərənin protektoratlığını
qəbul etməmişdir. Qətərin belə müstəqil siyasət
yeritməsi ilə İngiltərə heç cür razı ola bilmirdi.
İngilislər yaxşı başa düşürdülər ki, Qətərin nisbətən müstəqil
siyasət yeritməsi İran körfəzinin digər əmirliklərinə də «pis təsir»
göstərə bilər. Birinci dünya müharibəsi ərəfəsində Türkiyənin
mövqeyinin zəifləməsindən istifadə edən İngiltərə onu bir sıra
mübahisəli məsələlərin nizamlaşdırılması üzrə danışıqlar keçirməyə
məcbur etdi. 1913-cü il iyulun 29-da İngiltərə–Türkiyə arasında
bağlanmış müqaviləyə əsasən, Türkiyə Qətər ərazisinə iddiadan
imtina etmiş, yarımadanın əmir və onun varisləri tərəfindən idarə
edilməsinə etiraz etmədiyini bildirmişdi.
Lakin Qətərin müstəqil inkişafı çox çəkmədi. 1916-cı il
noyabrın 3-də Böyük Britaniya Qətər hakimini ingilis
protektoratlığını qəbul etmək barədə müqaviləni imzalamağa məcbur
idi.
Böyük Britaniya İran körfəzi əmirliklərinin hamısını siyasi
cəhətdən özünə tabe etdirməklə qısa müddətdə bu regionda iqtisadi
mövqeyini gücləndirdi. XX əsrin birinci rübünün axırlarında İran
körfəzi bir növ «Britaniya malikanəsinə» çevrildi. Artıq bu dövrdə
İngiltərə körfəzin məhəlli sularında mirvari ovu, neft kəşfiyyatı və
hasilatı üzrə əmirliklərlə konsessiya müqavilələri imzalamışdır.
1930-cu ildə Qətərdə neft ehtiyatı aşkar olunmuş və İkinci Dünya
müharibəsindən sonra onun çıxarılmasına başlanıldı.
136
İran körfəzi sahili əmirliklərin ərazisindən çıxmağa hazırlışan
Böyük Britaniya gələcəkdə də bu regionda öz nüfuz dairəsini
saxlamaq üçün əmirliklərdə hakimiyyəti ona sadiq olan sülalələrə
verməyə təşəbbüs göstərirdi. Vəziyyəti sabit saxlamaq məqsədi ilə
rəsmi London əmirliklərin rəhbərlərinə İran körfəzində federal
dövlətin yaradılmasını məsləhət gördü. Federasiyaya 9 əmirlik daxil
olmalı idi.
İran körfəzi sahili əmirlikləri başçılarının 1969-ci ilin
fevralında keçirilən birgə konfransında keçmiş müqaviləli Omanın 7
əmirliyi, Bəhreyn və Qətər də daxil olmaqla martın 30-da federasiya
yaradılmasını rəsmiləşdirdi. Lakin federasiyanın Ali Şurasının həmin
ilin mayında keçirilən birinci sessiyasında Abu-Dabi və Qətər
əmirlikləri arasında ziddiyyət yarandığından bu məsələ öz müsbət
həllini tapa bilmədi. Yaranmış vəziyyət Böyük Britaniyanın özünün
federasiyaya qarşı münasibətini dəyişdirir. O, Bəhreyn və Qətərdə
müstəqil dövlət yaratmağa razı olur. Federasiyanın yaradılması
cəhdlərinin baş tutmadığını görən şeyxlər müstəqil dövlət yaratmağa
hazır olduqlarını bildirirlər. 1971-ci ilin sentyabrın 1-də Qətər
müstəqil dövlət elan edilir.
Dövlət quruluşu. Qətər mütləq monarxiyadır. Dövlətin başçısı
böyük hüquqları olan əmirdir. Qətər dövlətinin əmiri, 1972-ci il
fevralın 22-də dövlət çevrilişi nəticəsində hakimiyyəti öz əlinə alan
Şeyx Xəlifə ben Xamad ət-Tanidir. Qanunverici hakimiyyət əmirə,
icraedicilik isə əmir və onun tərəfindən yaradılmış hökumətə
məxsusdur. Dövlətin 1970-ci ildən (1972-ci ildən düzəlişlərlə)
müvəqqəti konstitusiyası qüvvədədir. Ölkənin yüksəkrütbəli bütün
vəzifələri ət-Tani sülaləsinin əlindədir.
Ölkədə siyasi partiyaların və ictimai təşkilatların fəaliyyəti
qadağandır. 1971-ci ildən 3 sentyabr Milli bayram – müstəqillik günü
kimi qeyd edilir.
Qətər müstəqillik əldə etdikdən sonra BMT, bir sıra beynəlxalq
və regional təşkilatların tərkibinə daxil olmuşdur. Qətərin hakim
dairələri ölkənin sosial-ictimai həyatının İslam xarakterli olmasını
qeyd edir, müsəlman ölkələrinin həmrəyliyinin güclənməsinə daha
çox fikir verirlər. İslam ölkələri ilə maliyyə-iqtisadi və hərbi-strateji
əməkdaşlıq sahələrində fəal iştirak edən Qətər beynəlxalq aləmdə
nüfuzunu qaldırmaqla yanaşı, həm də özünün neft, qaz, neft-kimya,
metallurgiya sənaye məhsullarının satış bazarını və kapital ixracının
137
coğrafiyasını genişləndirməyə təşəbbüs göstərir.
Qətərin xarici siyasəti üçün onun ərəb ölkələri ilə
münasibətinin əhəmiyyəti böyükdür. Ərəb həmrəyliyinin qəti
tərəfdarı olan Qətər Yaxın Şərq probleminin nizamlanmasında
prinsipial mövqe tutur. İsrail tərəfindən işğal olunmuş bütün ərəb
torpaqlarının qaytarılmasını və müstəqil Fələstin dövlətinin
yaradılmasını tələb edir. O, həmçinin İran körfəzində sabit vəziyyətin
qorunub saxlanılmasının tərəfdarıdır. Qətərin xarici siyasətində İran
körfəzi sahilinin digər ərəb ölkələri ilə münasibəti xüsusi yer tutur.
1981-ci ildən İran körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası
yaradıldıqdan sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyə
almışdır. Qətərin hakim dairələri qeyd edirlər ki, Şura çərçivəsində
əməkdaşlıq ölkənin müstəqil iqtisadi inkişafını və təhlükəsizliyini
təmin edir. Qətər dövləti də Şuranın üzvü olan ölkələrin «Ümumi
bazar»ının yaradılmasının fəal tərəfdarıdır.
Bununla yanaşı Qətərin hakim dairələri sənaye cəhətdən
inkişaf etmiş ölkələrlə də hərtərəfli münasibətlərini genişləndirməyə
çalışırlar. Belə ki, ABŞ-dan Qətərə silah göndərilməsi və İran
körfəzində fövqəladə vəziyyət yaranarsa, neft mədənlərinin
müdafiəsi üçün ABŞ-ın yaratdığı «çevik silahlı qüvvələrdən» istifadə
edilməsi barədə müqavilələr imzalamışdır.
Azərbaycan Respublikası ilə münasibətləri. Azərbaycan
Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlər
1994-cü ilin 14 sentyabrında yaradılmışdır. Qətər beynəlxalq
təşkilatlar (BMT, İKT və s.) çərçivəsində Ermənistan
Respublikasının Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı
qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini daim
dəstəkləmişdir. Azərbaycan Respublikasının 28 sentyabır 2002-ci il
tarixli fərmanına əsasən Respublikamızın Səudiyyə Ərəbistanındakı
səfiri eyni zamanda Qətər dövlətində səfir təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü
ilin 30 noyabrından dekabrın 1-dək Qətər dövlətinin başçısının dəvəti
ilə Qətərdə rəsmi səfərdə olmuşdur. Səfər zamanı Xarici İşlər
Nazirlikləri arasında turizm, mədəniyyət, iqtisadi, ticarət və texniki
sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Hazırda iki
ölkənin rəhbərlikləri arasında mütamadi məktub mübadiləsi aparılır.
138
3. Əhalisi və şəhərləri, paytaxtın qısa səciyyəsi
Qətərdə əhalinin siyahıyaalınması ilk dəfə 1970-ci ildə
aparılmış və ölkədə 111 min nəfərin yaşaması qeydə alınmışdır. O
dövrdən bəri əhalinin sayı 7 dəfədən çox artmış və 2005-ci ildə 800
min nəfəri ötmüşdür. 1985-2005-ci illərdə əhalinin orta illik artımı
2,5% təşkil etmişdir. Qonşu əmirliklərdə olduğu kimi Qətərdə də
əhalinin sürətli artımı, Qərbdə adlandırıldığı kimi «neft erası»
mərhələsi ilə bağlı olmuşdur. Qətərdə orta ömür müddəti 73 ildir.
Kişilər üçün bu müddət 70, qadınlar üçün isə 75 yaşdır. Ölkənin
əhalisi əsasən immiqrantlar hesabına artmışdır. 1930-cu illərin
axırlarında Qətərdə zəngin neft yataqlarının kəşfindən sonra, xarici
şirkətlər buraya hər vasitə ilə mühacir axınını gücləndirmişlər.
1940-60-cı illərdə neft hasilatının sürətli artımını və
daşınmasını təmin etmək üçün xarici mütəxəssis və fəhlələr zəruri
idi. Qətər siyasi müstəqillik əldə etdikdən sonra ölkəyə mühacir axını
daha da sürətlənir. Ölkənin iqtisadi inkişaf layihələrinin həyata
keçirilməsində xarici mütəxəssislərin rolu böyük idi. Son nəticədə
gəlmələr, yəni Asiya, Afrika, Avropa və hətta Amerikanın müxtəlif
ölkələrindən gələn mühacirlər, habelə müvəqqəti yaşayış qeydiyyatı
hüququna malik olan və Qətər vətəndaşı sayılmayanlar yerli əhalinin
sayını 3 dəfədən çox ötüb keçdi. Qeyd edək ki, İran körfəzinin bütün
əmirliklərində olduğu kimi, Qətərdə də xarici mühacirlər xüsusi
sahibkarlıq hüququna malik olmasalar da ölkəyə mühacir axını
davam edir. Yerli hökumət mühacirlərin kortəbii axınının qarşısını
almaq məqsədi ilə müəyyn tədbirlər görür və prosesi ciddi nəzarət
altına almağa təşəbbüs göstərir. Əhalinin indiki artımı göstərir ki,
2015-ci ildə Qətərdə 1,0 mln. nəfərin yaşaması gözlənilir.
Qətərin mürəkkəb tarixi keçmişi, onun əhalisinin milli
tərkibinə də müəyyən təsir göstərmişdir. Ölkə ərazisində ərəblər, hələ
İslama qədərki dövrdən məskunlaşmağa başlamışlar. Bu tayfaların
bəziləri (davasir, amamar, maadidlər və b.) oturaq, digərləri isə
(maxand və b.) köçəri həyat tərzi keçirirdilər. Tarixən bu ərazidə ərəb
tayfaları bir-birini sıxışdırmış, bəziləri isə buradan qovulmuşlar.
Yalnız XIX əsrin axırlarında Qətərdə hakimiyyət maadid tayfasının
ət-Tani nəslindən olan şeyxlərinin əlinə keçir.
Neftin kəşfi İran körfəzi sahilinin digər əmirliklərində olduğu
kimi, Qətərdə də sosial problemlər yaratmışdır. Bu da ölkə əhalisi
139
arasında qeyri-ərəb xalqlarının (hindli, pakistanlı, fars, avropalı,
amerikalı və b.) xüsusi çəkisinin getdikcə artmasında əks olunur.
Hazırda ölkə əhalisinin 40 faizini ərəblər (onun da yalnız yarısını
qətərlilər), qalanını qeyri-ərəb millətlərin nümayəndələri təşkil edir.
Qeyri-ərəb millətləri arasında pakistanlı, hindli və iranlıların birlikdə
payı təqribən 85-90 faizdir. Əhalinin milli tərkibində yaranmış belə
vəziyyət Qətərin hakim dairələrinin ölkənin mövqeyini islam
aləmində möhkəmləndirmək və Qətəri «ərəbləşdirmək» tədbirləri
barədə düşünməyə vadar edir.
Bu məqsədlə ölkəyə ərəb mütəxəssis və fəhlələrinin əsasən işçi
qüvvəsi kimi cəlb edilməsinə baxmayaraq, Qətərdə qeyri-ərəb
immiqrantların sayı getdikcə artır. Bunun da başlıca səbəbi ölkəyə
ərəb mənşəli mütəxəssis və fəhlələrin cəlb edilməsi məsələsinin
xüsusi şirkətlərə tapşırılması idi. Onlar üçün isə ölkəyə qeyri-ərəb
(hindli, pakistanlı) mütəxəssis və fəhlələrin cəlb edilməsi iqtisadi
cəhətdən daha faydalı idi. Çünki ərəblərdən fərqli olaraq gəlmələr ən
aşağı əmək haqqı ilə işləməyə hazır olduqlarını bildirirdilər. Bu isə
dövlətin apardığı immiqrasiya siyasətinə uyğun gəlmirdi. Qətər
hökuməti ötən əsrin 80-cı illərinin əvvəllərində immiqrasiya
məsələsini dövlətlərarası səviyyəyə qaldırmış və bir sıra ərəb
dövlətləri ilə (Misir, Mərakeş, Sudan, Tunis) ölkəyə fəhlə qüvvəsinin
göndərilməsi barədə müvafiq müqavilələr bağlamışdır. Ölkədə rəsmi
dil ərəb dilidir. 1971-ci ilədək dövlət dili sayılan ingilis dilində də
danışanlar hələ çoxdur. Ölkədə hakim din İslam dinidir.
Sürətli inkişaf yoluna qədəm qoyduqdan sonra Qətər
ictimaiyyəti tədricən müasir həyatın bütün sahələrində tərəqqiyə nail
olmağa səy göstərir. Bu sahədə atılan addımlardan biri 1973-cü ildə
milli universitetin yaradılmasıdır. Universitet Qətərin
yeniləşdirilməsində, onun iqtisadiyyatının yüksəlməsində fəal rol
oynayır. Qətərdə yaşlı əhalinin 85 faizi savadlıdır. Təhsil bütün
pillələrdə (o cümlədən, xaricdəki təhsil) pulsuzdur.
Ölkənin sosial-iqtisadi inkişafı əhalinin təfəkkürünə də təsir
etmiş, milli mədəniyyətin yeni formalarının yaranmasına şərait
yaratmışdır.
Qətərdə və eləcə də İran körfəzinin digər əmirliklərində
iqtisadi cəhətdən fəal əhalinin formalaşması və inkişafının
özünəməxsus xüsusiyyətləri vardır. Əvvəla, əhalinin yarıya qədərini
təşkil edən işləyənlərin əksəriyyəti mühacirlərdir (87-90 faiz).
140
Nisbətən yüksək həyat səviyyəsinə çatmış, dövlət tərəfindən hər cür
güzəşt və imtiyazlar alan yerli əhali «ərköyünçülüyündən» istehsal
sahələrində çalışmaqdan yayınırlar. Onlar ticarət, maliyyə və s.
xidmət sahələrində çalışmağı üstün tuturlar. Üçüncüsü, ölkədə qeyriistehsal
sahəsində çalışanların xüsusi çəkisi ildən-ilə artır.
Təkcə dövlət aparatında çalışanlar iqtisadi cəhətdən fəal
əhalinin 25 faizə qədərini təşkil edir. Əhalinin məşğuliyyəti ölkədəki
ictimai həyatı daha parlaq əks etdirir. Məsələn, kənd təsərrüfatı və
dəniz təsərrüfatında işləyənlərin xüsusi çəkisi olduqca azdır. Bunun
da obyektiv səbəbləri var. Məsələn, əkinə yararlı torpaqların
məhdudluğu, suyun çatışmamazlığı, kənd təsərrüfatının müasir
texnika ilə təchizatı bu sahədə çalışanların sayını azaldır. Dəniz
təsərrüfatında isə «yapon sehrbazlarının» fəaliyyəti nəticəsində
mirvari ovunun azalması, körfəzin çirklənməsi bu sahənin də
tənəzzülünə təsir etmişdir.
Statistik məlumatlara görə, Qətərdə iqtisadi cəhətdən fəal
əhalinin yalnız 30-35%-i maddi nemətlər istehsalında, qalanı isə
xidmət sahələrində çalışır.
Qətərdə əhali ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta
hesabla hər kv. km-ə 70 nəfər adam düşür. Əhali əsasən İran
körfəzinin sahillərindəki şəhərlərdə və ölkənin daxilindəki vahələrdə
yaşayır. Şərqi Ərəbistanın digər əmirliklərində olduğu kimi Qətərdə
də əhalinin 80 faizdən çoxu şəhərlərdə yaşayır. Hökumət bütün Qətər
vətəndaşlarını rahat mənzillə, yaxud fərdi evlərlə təmin edir. Əhali
arasında fərdi tikililərə daha çox meyl vardır. Bu təşəbbüskarlığı
müdafiə edən dövlət fərdi tikililər üçün torpaq sahəsi ayırır, tikintiyə
sərf olunan vəsaitin 70 faizini 20-25 il müddətinə borc verir.
Ölkənin ən iri şəhərləri Doha, Umm-Səid, Umm-Baba və
Duhandır. Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ
ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub,
yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Əvvəllər şəhərin
yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən
etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin
əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi.
1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı
«neft dollarları» hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki
köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək
heç bir qədim tikili qalmamışdır. Yalnız yenidən qurulmuş əl-Küt
141
qalası etnoqrafiya muzeyinə çevrilmişdir.
Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km
məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər
sahilə xüsusi yaraşıq verir. Dəniz sahili boyunca gözəl memarlıq
üslubu ilə yeni-yeni binalar tikilmişdir. Binalar hündür deyil və hiss
olunur ki, şəhərin memarları «göydələnlərlə» şəhəri doldurmaq və
onun formalaşmış memarlığını dəyişdirmək fikrində deyillər. Burada
12 mərtəbəli bina sanki göydələni xatırladır.
Parlamentin iqamətgahı – Doha qəsri özünün böyüklüyü və
möhkəmliyi ilə fərqlənir, Milli bank zərif İslam memarlıq ənənələrini
xatırladır, arı şanına bənzədilən universitet binası insanı
heyrətləndirir. Şəhər yalnız bəzi məhəllələrində sırf ərəb memarlıq
üslubunu saxlamışdır. Lakin onun irili-xırdalı yüzlərcə məscidi
Dohanın şərtsiz müsəlman şəhəri olduğunu daim yada salır. Hər bir
məscid yerləşdiyi məhəlləyə yaraşıq verir. Şəhərin son dərəcə
təmizliyi və səliqə-səhmanı həm turistləri heyrətləndirir, həm də
«yaşıllar partiyasının» hər bir üzvünün arzusuna müvafiq gəlir.
Şəhər əhalisi sürətlə artdığından XXI əsrin əvvəlləri üçün şəhər
əhalisinin sayı 400 min nəfərə çatmışdır. Bu da ölkə əhalisinin 50
faizini təşkil edir. Doha ölkənin siyasi, iqtisadi və mədəniyyət
mərkəzidir. İran körfəzi regionunda mühüm tranzit-ticarət
mərkəzlərindən biri olan Dohada metal emalı müəssisələri, sement zavodları,
istilik elektrik stansiyaları fəaliyyət göstərir. Şəhərdə əsasən
qədim əlyazmaları ilə zəngin olan milli kitabxana, milli və etnoqrafik
muzeylər fəaliyyət göstərir. Paytaxtda ölkənin və regionun ən böyük
və müasir avadanlıqlarla təchiz olunmuş «Əl-Cəzirə» informasiya
agentliyi və televiziya kanalı fəaliyyət göstərir.
Son onilliklərdə Qətərdə neft hasilatı ilə sıx bağlı olan iki yeni
müasir şəhər salınmışdır. Bunlardan biri paytaxtdan 96 km şimalqərbdə
əs-Salva körfəzinin sahilində neft-kimya sənayesinin mərkəzi
olan Duhan şəhəridir. Şəhərdə neft məhsulları istehsalı üzrə müxtəlif
müəssisələr vardır. Duhan müasir avtomobil magistralı və boru
kəməri vasitəsilə Doha şəhəri ilə birləşdirilmişdir. Duhandan gələn
təbii qaz ilə paytaxtın su təmizləyici qurğuları və elektrik stansiyaları
işləyir.
Dohadan 35 km cənubda, körfəz sahilində Umm-Səid şəhəri
yerləşir. Bu şəhər ilk növbədə sənaye bölgəsi və ölkənin qapısı kimi
inkişaf etmişdir. Umm-Səid limanı ölkədəki poladəritmə, neft-kimya
142
və mayeləşdirilmiş təbii qaz müəssisələrinə xidmət edir. Bu limandan
müxtəlif adda idxal və ixracat məhsulları daşınır. Avtomobil yolları
Umm-Səid şəhərini paytaxt və Duhanla birləşdirir.
4. İqtisadiyyatı
Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci
illərinin «neft erasından» bəhrələnən dövlətlərdən biridir. Neft və
təbii qaz bu ölkənin «taleyini» əsaslı surətdə dəyişdirmiş, onun sosial
iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli
təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə
çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara
yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları
ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və
avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların
çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr,
metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar,
müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın
vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri
iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz
ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. «Neft dolları»
adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və
dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.
Sosial-iqtisadi inkişafının indiki mərhələsinə çatmaq üçün
Qətər uzun bir yol keçmişdir. 1929–1933-cü illərin dünya iqtisadi
böhranına qədər əmirlik Paris və Bombey bazarlarında yüksək
qiymətləndirilən mirvari hesabına dolanırdı. Dünya iqtisadi böhranı
və yapon sahibkarı Mikimoto tərəfindən süni yolla mirvari əldə
edilməsi ölkəni dolanacaq mənbəyindən məhrum etdi. Məhz həmin
vaxtlarda İngiltərə–İran neft şirkəti yarımada və onun şelf sularının
sərvətləri ilə maraqlanmağa başlamışdır.
1935-ci ilin mayında, Qətərin o vaxtkı hakimi Şeyx Abdulla
ben-Kasim ilə uzun və çətin sürən danışıqlardan sonra İngiltərə–İran
neft şirkəti 75 il müddətinə Qətərin 10 min kv. km ərazisində neft
yataqlarının kəşfi və istismarı hüququnu «Petroleum development
kompani of Katar» şirkətinə vermiş və 1938-ci ilin oktyabr ayından
həmin şirkət Qətərin cənub-qərbində indiki Duhan şəhəri
yaxınlığında ilk neft buruğunu qazmışdır. Artıq 1940-cı ilin
143
yanvarında Qətərdə maye yanacaq əldə edilmişdir. İkinci Dünya
müharibəsinin başlanması ilə əlaqədar bütün işlər dayandırılmış və
yalnız 1947-ci ildə neftçıxarma işləri bərpa olunmuşdur. 1949-cu ilin
yanvarında isə 15 min ton neftlə yüklənmiş ilk tanker Qətər
sahillərindən Avropaya yola salınmışdır.
1952-ci ildə «Petroleum development kompani of Katar»
şirkətinin neft-qaz kəşfiyyatı və istismarı hüququnu «Katar petroleum
kompani» (KPK) şirkəti ələ keçirmiş və həmin ilin dekabrında ingilis
şirkəti «Şell» yarımadanın şərq sahilindən şelf bölgəsinin 75 il
müddətilə ona konsessiya verilməsi barədə Qətərin şeyxi ilə
müqavilə imzalamışdır. 1953-cü ildə «Şell-Katar» neft şirkəti fəal
axtarış işlərinə başladı. Yeddi ildən sonra isə sənaye əhəmiyyətli
zəngin yataqlar kəşf edilmiş və neft çıxarılmasına başlanılmışdır.
1935-ci ildə bağlanan ilk müqaviləyə əsasən xarici şirkətlər
ölkədən çıxarılan hər ton neftə görə Qətər şeyxinə bir dollar verməli
idilər. 1951-ci ildə bu rəqəm 3 dollara çatdırılmış, bir ildən sonra isə
qonşu İranda neft sənayesinin milliləşdirilməsindən qorxuya düşən
KPK «gəlirin bərabər bölüşdürülməsi» Prinsipi ilə razılaşmağa
məcbur olmuşdur.
1973-cü ilin oktyabr hadisələri ilə bağlı maye yanacağın
qiyməti nəinki bir neçə dəfə qaldırılmış, həm də neft hasil edən Ərəb
ölkələrinin sərvətləri üzərində xarici kapitalın bilavasitə nəzarəti
azalmış, regionun bir sıra ölkələrində isə xarici şirkətlərə məxsus
olan müəssisələrin milliləşdirilməsi prosesi başlanmışdı. Qətər də bu
prosesdən kənarda qalmamışdır.
Xarici neft şirkətləri ilə münasibətlərin dəyişdirilməsi barədə
işgüzar danışıqlara başlayan Qətər bölgü nisbətini öz xeyrinə dəyişdirməyə
nail olur. 1974-cü ilin iyulunda Qətər əmiri ölkədə baş
Neft Korporasiyasının (Katar Ceneral Petroleum Korporeyşn)
yaradılmasına icazə verir. Bu təşkilata neft sənayesinin bütün
sahələrində fəaliyyət göstərmək, yerli və xarici şirkətlərin səhmlərini
almaq, yeni şirkətlər yaratmaq hüquqları verilir.
1976-cı ildə KPK, 1977-ci ildə isə «Şell of Katar» şirkətlərinin
bütün kapitalı dövlətin əlinə keçir. 70-ci illərin axırlarında neft
siyasəti sahəsində bütün məsuliyyət Qətər Baş Neft Korporasiyasına
tapşırılır. 80-cı illərin əvvəllərində neftin hasilatı, nəql olunması,
saxlanılması, təmizlənməsi, təbii qazın çıxarılması, emalı, satışı, neftqaz
sənaye müəssisələrinin tikintisinə tam nəzarət bu təşkilata
144
tapşırılmışdır. 70-ci illərin ortalarından başlayaraq Qətərin neft
ixracatında əldə etdiyi gəlir bir neçə dəfə artmışdır. 1974-1975-ci
maliyyə ilindən başlayaraq Qətər tarixində ilk dəfə olaraq «neft
dollarlarının» böyük bir hissəsi sənaye istehsalının inkişafına və kənd
təsərrüfatının yüksəldilməsinə ayrılır. Ölkənin ÜDM-da sənayenin
payı 49 faiz, xidmət sahələrinin payı 50 faiz, kənd təsərrüfatınin payı
isə 1 faizə bərabərdir.
Sənayenin aparıcı sahələri. Qətər iqtisadiyyatının əsasını
neft-qaz hasilatı və onların emalı təşkil edir. Son illər neft ehtiyatının
tükənməsi ilə əlaqədar onun hasilatı getdikcə azalmaqdadır. Çıxarılan
neftin təxminən yarısı şelf zonasının payına düşür. Ötən əsrin 70-ci
illərinin ortalarından 80-ci illərin əvvəllərinə qədər çox qısa
müddətdə Qətər həm «neft sıçrayışını», həm də onun tənəzzülünü
görmüşdür. Sıçrayışın əvvəlində neft ixrac edən digər ölkələr kimi,
Qətər də əldə etdiyi «neft dollarlarını» iqtisadiyyatın sürətli
inkişafına sərf etmişdir.
Ölkədə neft hesabına yaşamağın və varlanmağın uzun sürməyəcəyini
yaxşı başa düşürlər. Gec-tez neft ehtiyatı az olan Qətər
«neft dollarlarından» məhrum ola bilər. Bu səbəbə görə hakim
dairələr neftdən əldə edilən gəlir hesabına həmişə ölkənin
iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirməyə təşəbbüs göstərmişlər.
Bununla da onlar Qətərdə elə bir iqtisadi model yaratmaq
istəyirlər ki, gələcəkdə ölkənin iqtisadiyyatı yalnız neft və qazdan
asılı olmasın.
Ötən əsrin 90-cı illərinin əvvəllərində qətərlilər
iqtisadiyyatlarının möhkəmliyinə yenidən arxayın olmağa
başlamışlar. Onlar dövlətin gələcək inkişafını dünya bazarında təbii
qaza olan tələbatın artması və Qətərin zəngin təbii qaz ehtiyatlarına
malik olması ilə əlaqələndirirlər. Mütəxəssislərin hesablamalarına
görə artıq XXI əsrin birinci rübündə Qətərdə təbii qaz nefti tam əvəz
edəcəkdir. Mülahizələrə görə ölkədə aşkar edilmiş neftin ehtiyatı
yalnız 20-30 ilə çata bilər. Qətər isə əvvəllər olduğu kimi, yanacaq
ixracatçısı kimi öz mövqeyini saxlayacaq, sənaye sahələrini, o
cümlədən neft-kimya, gübrə, alüminium və s. sahələri inkişaf
etdirəcəkdir. Bununla yanaşı, Qətər, həm də Yaponiya və Avropa
ölkələrini təbii qaz ilə təmin edəcəkdir.
Qətər ölkədə «əsrin layihəsi» adlandırılan Nord-Fild
yatağından ildə 8 mlrd. kub m. təbii qaz çıxarır. Çıxarılan təbii qazın
145
bir hissəsi ölkə tələbatı (elektrik stansiyalarında, su təmizləyici
qurğularda, sənayedə) üçün sərf edilir, Bir hissəsi isə emal olunaraq
butan, propan və yanacaq kimi ixrac edilir. İxrac edilən təbii qaz
məhsullarından əldə edilən gəlirin qaz sənayesinin gələcək inkişafına
sərf edilməsi nəzərdə tutulmuşdur. Artıq Qətər hökuməti bu sahənin
inkişaf etdirilməsi üçün Fransanın «TOTAL», İtaliyanın «ENİ»,
ABŞ-ın «XANT» şirkətləri ilə müvafiq müqavilələr bağlamışdır.
Xarici şirkətlərin köməkliyi ilə ölkədə təbii qazın
mayeləşdirilməsi üzrə zavod, mayeləşdirilmiş qaz daşınması üçün
tankerlər, okean gəmilərinin qəbulu üçün liman tikilir. Bu layihələrin
həyata keçirilməsi Qətərə 5-6 mlrd. dollara başa gələcəkdir. Təbii qaz
üzrə layihələrin həyata keçirilməsi Qətəri dünyanın iri təbii qaz
ixracatçısına çevirmişdir. Yaponiya ilə bağlanmış müqaviləyə görə
1997-ci ildən etibarən Qətərdən Yaponiyaya hər il 8 mlrd. kub m-dən 12
mlrd. kub m-ə qədər mayeləşdirilmiş qaz göndərilməlidir. Qonşu
Ərəb ölkələrini təbii qazla təmin etmək məqsədi ilə yeni qaz
kəmərlərinin çəkilişi nəzərdə tutulur. Aydın məsələdir ki, bütün bu
layihələrin həyata keçirilməsi üçün ilk növbədə regionda sabit
vəziyyət, ədalətli sülh yaratmaq vacibdir.
Ölkədə neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin
təməli ötən əsrin 70-ci illərin əvvəllərində qoyulmuşdur. Qətərdə
yanacaq resursları bol olduğundan energetika sənayesi sürətlə inkişaf
etmişdir. Buradakı istilik elektrik stansiyalarında ildə təqribən 7 mlrd.
kvt/saat elektrik enerjisi istehsal edilir.
Ölkədə neft emalı və neft-kimya sənayesi inkişaf etdirilir.
Umm-Səid şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Neft
emalı müəssisələrinin ümumi gücü 4 mln. tona yaxındır. Umm-
Səiddə etilen istehsal edən neft-kimya kombinatı, təbii qazın
mayeləşdirilməsi üzrə zavod, azot gübrəsi istehsal edən iki müəssisə,
qara metallurgiya müəssisəsi tikilmişdir.Umm-Baba və Doha
şəhərlərinin yaxınlığında yerləşən ölkənin ilk müəssisələrindən biri
olan, lakin daima yeniləşdirilən sement sənayesinin, elektrik
stansiyalarının, su təmizləyici qurğuların gücü artırılır.
Ölkədə əhalinin və sənaye müəssisələrinin sayının sürətlə
artması ilə əlaqədar dəniz suyunu təmizləyən köhnə qurğuların gücü
artırılır. Vüseylə şəhərində nəhəng su təmizləyici müəssisə
tikilmişdir. Layihəyə görə zavodun tikintisi 1,3 mlrd. dollara başa
gəlməlmişidir. Bu müəssisənin tikintisində Böyük Britaniya şirkəti də
146
iştirak edir.
Onu da qeyd etmək lazımdır ki, Qətər kapitalının iştirakı ilə
başqa ölkələrdə, məsələn Fransanın Dyünkerk şəhərində etilen
istehsal edən neft-kimya müəssisəsi tikilmişdir. İdxal məhsullarının
bəzilərinin yerli məhsullarla əvəz edilməsi üçün dövlət tərəfindən hər
cür yardım göstərilir. Dövlət yüngül sənaye və xidmət sahələrinin
inkişafı üçün sahibkarları həvəsləndirir. Ölkənin kustar sənaye
müəssisələrində yun parça, gön-dəri məmulatı, metal və zərgərlik
əşyaları istehsal olunur. Kustar sənaye müəssisələrinə ölkənin hər
yerində rast gəlinir. Yeyinti sənayesinin inkişaf etdirilməsinə yerli
sahibkarlar, xüsusi firma və şirkətlər cəlb olunmuşdur. Bu sahələrin
müəssisələrində un, şəkər, spirtsiz içkilər və s. istehsal olunur.
Kənd təsərrüfatının aparıcı sahələri. Qətərdə kənd
təsərrüfatı ümummilli məhsulun cəmi 1 faizini verir. Bu neft və qaz
sənayesinin yüksək inkişafı ilə deyil, əsasən kənd təsərrüfatına yararlı
torpaq sahələrinin məhdudluğu ilə əlaqədardır. Kənd təsərrüfatına
yararlı torpaq sahələri ölkə ərazisinin təqribən 3 faizini təşkil edir. Bu
sahədə çalışanların sayı da ildən-ilə azalır. Balıqçılıq təsərrüfatı da
daxil olmaqla aqrar bölmədə işlək əhalinin yalnız 3 faizi çalışır.
Onlar ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının cəmi 20
faizini ödəyir.
Qətərdə torpaq sahibkarlığının tarixən iki forması: mülk
(xüsusi torpaq sahibkarlığı) və dira (köçəri və yarımköçərilər
arasında xüsusi torpaq sahibkarlığı) mövcud olmuşdur. Qətərin
hakim dairələri aqrar siyasətdə xüsusi bölməni inkişaf etdirməyi
üstün tutur və bu məqsədlə torpaq sahibkarlarına hər vasitə ilə kömək
edir. Burada əsas məqsəd yerli istehsal hesabına ölkə əhalisinin
ərzağa, xüsusilə meyvə-tərəvəzə, paxlalı bitkilərə olan təlabatını
qismən ödəməkdir. Südlük istiqamətli heyvandarlıq, quşçuluq və
balıqçılıq sahələri çox sürətlə inkişaf edir. Qətər kənd təsərrüfatı
problemlərinin həlli ilə bağlı ümumərəb tədbirlərində yaxından
iştirak edir.
Əkinçilik yarımadanın şimalında qrunt suları çox olan
vahələrdə inkişaf etmişdir. Belə vahələrdə qarğıdalı, darı, yonca və
tərəvəz yetişdirilir. Ölkənin şimal və mərkəz hissələrindəki vahələrdə
hələ qədim zamanlardan xurma becərilir. Xurma ağaclarının
kölgəsində nar, sitrus meyvələri, banan yetişdirilir. Əkin sahələrinin
30-35 faizi xurma plantasiyalarının və bağlarının payına düşür.
147
Vahələrdə tərəvəz və bostan bitkiləri də yetişdirilir. Köçəri
təsərrüfatlarının əvvəlki əhəmiyyətini itirməsinə baxmayaraq Qətərdə
9 minə qədər dəvə, 7 mindən artıq qara mal, 80 minə qədər qoyun və
keçi bəslənilir. Umm-Kafnda heyvandarlıq və quşçuluq, Əbu-Saildə
qoyunçuluq fermaları tikilmişdir.
Dəniz ovçuluğu ölkə əhalisinin qədim peşələrindən biridir.
Ölkədə ildə 2 min tona qədər müxtəlif növ balıq ovlanır. Doha
şəhərində ər-Ruvay və əl-Vəkra qəsəbələrində hazırlanan ənənəvi
yelkənli balıqçı qayıqları, ən müasir texnika ilə təchiz edilmiş balıq
ovlayan gəmilərlə əvəz olunur. Balıq ovu üzrə yaradılmış milli
şirkətin xüsusi donanması və balıqdondurma müəssisələri vardır.
Dənizdən mirvari çıxarılması əvvəlki əhəmiyyətini itirsə də bu
ənənəvi peşə ilə məşğul olanlar da vardır. Mirvari Böyük Mirvari
dayazlığında çıxarılır. Bu dayazlıq Bəhreynin sahil sularından
Birləşmiş Ərəb Əmirliklərinin sahillərinə qədər 500 km-lik məsafədə
uzanmışdır. Burada 220 dayaz yer və say (dəniz dibində hündürlük)
yerləşir ki, həmin ərazilərdə mirvari molyuskaları törəyib artır.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Ölkədə neft və
təbii qaz hasilatının artırılması, yeni sənaye müəssisələrinin tikilməsi,
köhnələrinin təkmilləşdirilməsi, müasir şəhərlərin salınması, kənd
təsərrüfatının və xarici ticarət əlaqələrinin genişləndirilməsi nəqliyyat
şəbəkəsinin inkişafına səbəb olmuşdur. Qətərdə, paytaxtı Duhan və
Umm-Səid şəhərləri ilə birləşdirən ilk şosse yolu hələ İkinci Dünya
müharibəsindən əvvəl çəkilmişdir. Müharibədən sonra Doha–Umm-
Səllal–Hor, Doha–Zikrik, Doha–Səlva, Doha–əl-Haur–ər-Ruvays–əz-
Zübar istiqamətində mühüm avtomobil yolları çəkilmişdir. 60-cı
illərin axırlarından XXI əsrin əvvəllərinə qədər şosse yollarının
uzunluğu 8 dəfə artaraq 1500 km-ə çatmışdır. Qətər şosse yolları
vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ və Omanla əlaqə saxlayır. Boru
kəmərlərinin uzunluğu 2050 km-dir. Ölkədə dəmir yolu yoxdur.
Neft və mayeləşdirilmiş qaz ixracatının, ümumiyyətlə, xarici
ticarət dövriyyəsinin genişlənməsi, ölkənin başlıca limanlarının
yenidən qurulmasını tələb etmişdir. Doha və Umm-Səid limanlarında
daha böyük işlər görülmüşdür. 1966-cı ildə tikilmiş Doha limanı
yalnız kiçik dəniz gəmilərini qəbul edə bilirdi. Limanda
yenidənqurma işləri aparıldıqdan sonra Doha limanına iri okean
gəmiləri daxil olur. Metallurgiya və neft-kimya kompleksinə xidmət
edən Umm-Səid dəniz limanı yenidən qurulduğundan o, müxtəliftipli
148
ən müasir okean gəmilərini qəbul edə bilir. Ölkənin başlıca dəniz
qapısı sayılan Umm-Səid limanında idxalat və ixracat məhsullarının
çox böyük hissəsi keçir. Hor-Şakik limanında da yenidənqurma işləri
aparılmışdır.
Ölkənin həyatında hava yolları getdikcə mühüm əhəmiyyət
kəsb edir. Qətərin paytaxtında beynəlxalq əhəmiyyətli təyyarə limanı
vardır. Bu limandan nəinki sərnişin, həm də ölkəyə gətirilən və tez
xarab olan ərzaq məhsulları, bəzi qiymətli təcili yüklərin
daşınmasında istifadə olunur.
Ölkə ən müasir rabitə əlaqələrinə malikdir. Yerin süni peyki vasitəsilə
dünyanın 120-dən artıq ölkəsi ilə telefon əlaqələri saxlayır.
Asiyada getdikcə güclü maliyyə mərkəzlərindən birinə çevrilən
Qətərin müasir infrastruktur sahələrinə malik olması onun bank işləri
üzrə daha faydalı əməliyyatını təmin edir. Qətərdə xarici ölkələrlə
əlaqədar olan 20-dən artıq bank fəaliyyət göstərir.
Xarici ticarət. Xarici ticarət ölkənin iqtisadiyyatı üçün həyatı
əhəmiyyətə malikdir. Qətər müstəqillik əldə etdikdən sonra ölkədə
milli pul vahidindən – Qətər rialından istifadə olunur. Ölkənin sabit
gəlir mənbəyinə malik olması, Qətərlə ticarət əməkdaşlığını yaratmaq
istəyən xarici ortaqların sayını da artırmışdır. İxracatda neft,
mayeləşdirilmiş qaz, metal, neft-kimya məhsulları, idxalında isə
maşın və avadanlıq, ərzaq məhsulları, nəqliyyat vasitələri, əhali
arasında geniş istifadə olunan sənaye məhsulları üstünlük təşkil edir.
Son illər Qətər, Bəhreyn və Küveyt kimi onunla qonşu olan
ölkələrlə xarici malların geri ixracatçısına (reeksportçusuna) çevrilir.
Ölkənin tranzit-ticarət mərkəzi kimi mövqeyini gücləndirməyə
çalışan Qətər hökuməti geri ixracat məhsullarına qoyulan bütün
vergiləri ləğv etmiş və idxal malları rüsumuna yenidən baxmışdır.
Başlıca olaraq idxal olunan çəltik, şəkər, meyvə-tərəvəz, qəzet və ölkəyə
gələn turistlər gömrük rüsumundan azad edilmiş, idxal olunan digər
mallara isə olduqca aşağı vergi təyin edilmişdir.
Qətərin əsasən Yaponiya, Fransa, Almaniya, İtaliya, Böyük
Britaniya və ABŞ-la ticarət əlaqələri saxlayır. Son vaxtlar İran
körfəzi sahili Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəal çıxış
edir və bu ölkələr arasında Ümumi Bazar və vahid valyuta
yaradılması təklifini müdafiə edir.
Ölkədə nəzərdə tutulan iqtisadi inkişaf proqramının həyata
keçirilməsi üçün tələb olunan ən yeni maşın və avadanlığın,
149
tankerlərin, sutəmizləyici qurğuların, bütöv sənaye komplekslərinin
və s. Qərb ölkələrindən alınması üçün Qətər böyük məbləğdə vəsait
sərf etmişdir. Qətər hökuməti elm, maarif və səhiyyənin inkişafına,
istehlak xarakterli sənaye məhsullarının idxalına bolluca vəsait
xərcləmişdir. Lakin yanacaq ixracatından valyuta gəliri, xeyli müddət
ölkənin idxalat xərcindən artıq olduğundan Qətərdə böyük miqdarda
kapital yığılmışdır. Dövlət bu kapitalı inkişaf etmiş ölkələrin
sənayesinə qoyur, iri Qərb şirkətlərinin səhmlərini alır, mehmanxalar
və birgə müəssisələr tikir. Qətər hətta Qərbi Avropa ölkələrinə borc
da verir.
Maliyyə sistemi.1990-cı ilin başlanğıcında Qətərin qızılvalyuta
ehtiyatı 13 mlrd. dollar, xarici dövlət avurları 12 mlrd. dollar,
xarici kapital qoyuluşu isə 25 mlrd. dollar qiymətləndirilmişdir. O
vaxt cəmi 400 min əhalisi olan bir ölkə üçün bu göstəricilər çox
böyük rəqəmlərdir. «Neft dollarları» əldə edilməsinə görə Qətər
region ölkələri arasında Səudiyyə Ərəbistanı, İran, BƏƏ və
Küveytdən sonra 4-cü yerə çıxmışdır. Səhmlərin əldə edilməsi Qətər
milli burjuaziyasının nümayəndələrini Qərbin işgüzar ortaqlarına
çevirir.
Dövlət tərəfindən iri xarici şirkətlərin qiymətli kağızlarının
alınması və Qərb ölkələrinə borc verilməsi Qətərin iqtisadiyyatını
dünya təsərrüfatına bağlayır. Qətər də Əməkdaşlıq Şurasına daxil
olan digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrə güzəştli
kreditlər verir. Qətər kapitalı Şura üzvü olan digər ölkələrin kapitalı
ilə birlikdə dünya iqtisadiyyatının inkişafına və beynəlxalq
münasibətlərin bəzi məsələlərinin həllinə xeyli təsir göstərir.
Beləliklə, Qətər neft və təbii qaz ölkəsi olmaqla yanaşı, həm də
böyük kapital ixracatçısıdır. Onun kapitalı dünya təsərrüfatının bir
çox sahələrində dövriyyədədir. Kapital qoyuluşu dairəsini
genişləndirmək, müştərək müəssisələrin tikintisi üçün yeni-yeni
ortaqlar və sahələr axtarır.
LİVAN RESPUBLİKASI*
* Ərəbcə adı Əl Cumhuriyyət əl Lübnaniyyədir.
150
1. Coğrafi mövqe və təbiət
Coğrafi mövqe. Aralıq dənizinin şərq sahilində yerləşən Livan
Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail,
cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT
tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan
sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli
kimi böyük portlar salınmışdır.
Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə
– Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən
beynəlxaq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin
belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu
Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın
ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu
dövlətidir.
Səth quruluşu və faydalı qazıntıları. Livan əsrarəngiz təbiətə
malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin
İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar. Sərin dağ dərələri və
gözəl dəniz sahili çimərlikləri vardır. Səth qurluşuna görə əsasən
dağlıq ölkədir. Ərazisinin beşdə dörd hissəsi 500 m-dən yüksəkdə
yerləşir. Təbii şəraitinə görə ölkəni dörd təbii-coğrafi rayona ayırmaq
olar: Sahil düzənliyi; Cəbəl Lübnan (Livan) dağ massivi; Bəqa
çökəkliyi; Cəbəl Əş-Şeyx və Cəbəl Əş-Şərqi (Antilivan) dağları.
Livan (qərbdə) və Antilivan (şərqdə) dağ silsilələri ölkə ərazisini
şimaldan cənuba kəsib keçir. Sıldırım dağ massivlərində 3000 m-dən
artıq olan yüksəkliklər vardır. Ölkənin ən hündür yeri Qurnət Əs-Səud
dağıdır (hünd. 3083m). Antilivan dağları ölkənin şərqində Suriya ilə
sərhəd boyunca uzanır. Bu dağlar cənubda Əş-Şeyx dağ massivinə
(hünd. 2814) keçir. Əş-Şeyx dağları (Avropa ədəbiyyatında Hermon)
çox sıldırımlı olub bitki örtüyündən tam məhrumdur.
Ölkənin dağ massivləri mezazoyun* əhəng və qumdaşlarından
ibarət çökmə suxurlardan təşkil olunduğundan burada karst
mağaralarına** rast gəlmək olur. Bunlardan biri Ceyt mağarasıdır.
* Mezazoy – Yerin geoloji tarixində era. Mezazoy erasının yaşı 160-170
mln. Ildir.
** Karst mağarası – təbii sularla həll olunan suxurlarda yaranmış
boşluqlar. Karstların yerüstü və yeraltı formaları olur.
151
Mağaranın tavanından sızan damcılardan əmələ gələn əhəngli ərp
yığını süni işıqlandırılarkən «bülluru» xatırladır və bu qeyri-adi
mənzərə insanı heyrətləndirir. Mağara ölkənin mühüm turizim
obyektidir.
Livan dağları qərbdə sahil düzənliyinə enir. Sahildüzənliyinin
ən ensiz yeri 1, enli yeri isə 10 km-dir. Düzənlik başdan-başa
portağal və banan plantasiyaları ilə örtülüdür. Ölkənin ən böyük
şəhərləri də sahil düzənliyində salınıb.
Bəqa çökəkliyi Livan və Antilivan dağları arasında yerləşir.
Çökəkliyin uzunluğu 120 km, dərinliyi isə 750-900 m-dir. Ölkənin ən
böyük çayı Nəhr əl-Litanı bu çökəklikdən axır. Bəqa çökəkliyinin
cənubu Livanın sıx məskunlaşmış və mühüm kənd təsərrüfatı rayonu
hesab olunduğu halda, şimalı əksinə, daşlı səhradır. Səhrada yay
aylarında baş verən qum qasırğaları təsərrüfata böyük ziyan vurur.
Livan ərazisi seysmik zonada yerləşdiyindən Bəqa çökəkliyi və
sahil düzənliyində tez-tez zəlzələ hadisələri baş verir. Livanda faydalı
qazıntı azdır. Ölkə tikinti materialları ilə nisbətən zəngindir.
Bunlardan mərmər, gips, əhəng daşı xüsusilə əhəmiyyətlidir. Livanda
dəmir və qurğuşun filizləri də aşkar edilmişdir.
İqlimi və hidroqrafiyası. Livanda subtropik Aralıq dənizi tipli
iqlim hakimdir. Ölkə iqliminin formalaşmasına ərazinin səth
quruluşu və Aralıq dənizinin təsiri böyükdür. Yay uzun, isti və quru,
qış isə mülayim və yağmurlu keçir. Aralıq dənizi sahillərində iyul
ayının orta temperaturu müsbət 28, yanvarınkı müsbət 13 dərəcə
təşkil edir. Dağlara qalxdıqca subtropik iqlim mülayim iqlimlə əvəz
olunur. Dağlıq ərazilərdə iyul ayında orta temperatur müsbət 6
dərəcədən aşağı düşmür. Hündür dağların zirvəsi dekabrdan mayadək
qarla örtülü olur.
Bəqa çökəkliyi üçün isti və quru iqlim səciyyəvidir. Burada
yay aylarında gündüz temperatur 35 dərəcəyədək yüksəldiyi halda
gecə çox sərin keçir. Yağıntıların paylanmasında ərazi üzrə fərqlər
mövcuddur. Dağlararası çökəkliklərə il ərzində 400, ölkə daxilində
dağlara 1000 mm, dağların Aralıq dənizi sahili yamaclarına isə 2500-
3000 mm-ə qədər yağıntı düşür. Ölkəyə yağıntı əsasən payız-qış
mövsümündə yağır.
Yay mövsümünün quraq keçməsinə baxmayaraq, havada
rütubət yüksək olur (xüsusilə sahildə).
Ölkənin ən mühüm çayı Nəhr əl-Litanidir. Uzunluğu 182 km olan
bu çay Bəqa çökəkliyi ilə axaraq Aralıq dənizinə tökülür. İkinci böyük
152
çay ölkənin şimal-şərqindən axan Əl-Asidir (uz. 400 km). Əl-Asi yuxarı
axınında cəmi 30 km məsafədə Livana məxsusdur. Başlanğıcını
Livan dağlarından götürən qısa çaylar çoxdur. Çaylarda daşqınlar
qışda və baharda olur. Ölkənin çayları gəmiçiliyə yararlı deyil. Lakin
dağ çayları olduğundan onların hidroenerji ehtiyatı böyükdür. Əl-
Litani üzərində bəndlər və kiçik su elektirik stansiyaları tikilmişdir.
Torpaq və bitki örtüyü. Livanda qəhvəyi, boz-qəhvəyi torpaqlar
üstünlük təşkil edir. Sahil düzənliyi və dağ yamaclarında
yüksək məhsuldar qırmızı torpaqlar yayılmışdır. Livan zəngin floraya
malik ərəb ölkələrindən biridir. Sahil düzənliyi həmişəyaşıl bitkilərlə
örtülüdür. Livan dağlarının qərb yamaclarında palıd, ağcaqayın,
dəfnə, şam, yabanı zeytun və s. bitir. Yüksəkliyə qalxdıqca ardıc,
kökü kəsilməkdə olan Livan sidri* yayılmışdır.
Ölkə ərazisinin 13 faizi meşələrlə örtülüdür. Livanın şərqində
quraqlığa davamlı bitkilər (püstə, tikanlı kollar və digər kserofit
bitkilər) yayılmışdır.
Livan təbiətinə biganə qalan ölkə deyil. Turizm və istirahət
ölkə iqtisadiyyatına valyuta gətirən əsas sahələrdən biri olduğundan
livan hökuməti təbiətin qayğısına, ətraf mühitin mühafizəsinə ciddi
fikir verir. Bu məqsədlə ölkədə qoruq və yasaqlıqlar, mühafizə
olunan xüsusi ərazilər yaradılmışdır. Lakin əfsuslar olsun ki, Yaxın
Şərq böhranı, xüsusilə İzrail ilə hərbi qarşıdurması onun təsərrüfatına
və təbiətinə böyük ziyan vurur.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
Livan qədim tarixə malik ərəb ölkələrindən biridir. Müasir
Livanın yerləşdiyi ərazinin əlverişli cografi mövqeyi, təbii coğrafi
xüsusiyyətləri eramızdan çox-çox əvvəl burada əhalinin məskunlaşmasına
səbəb olmuşdur. Eramızdan əvvəl IV-II minilliklərdə sahil
düzənliyində və Livan dağlarının ətəklərində məskunlaşmış
finikiyalılar bu ərazidə bir neçə quldar şəhər dövlətlər yaradırlar.
Sonradan bu şəhər – dövlətlər regionda daha güclü feodal dövlətlər
olan Assur, Babil və Əhəmənilər tərəfindən zəbt olunur.
Eramızın birinci yüzilliyində Livan, Finikiya ilə bərabər Roma
* Livan sidri – hündürlüyü 25-40 m-ə çatan, enli, çətirli, iynəyarpaqlı
ağacdır. Ağacın silueti ölkənin milli bayrağında da əks etdirilmişdir.
153
imperiyasının tərkibinə daxil olur. Romalılar Finikiya şəhərləri və
qalalarının yerində Roma üslubunda məbədlər, saraylar tikir,
körpülər salır, yollar çəkir. Livanda bu günədək saxlanılan orijinal
memarlıq nümunələrinin xarabalıqları Roma işğalı dövrünə aiddir.
Eramızın ilk yüzilliklərindən Livanda xristianlıq yayılmağa başlayır.
Yeddinci yüzillikdə Livan Yaxın Şərqdə get-gedə qüvvətlənən Ərəb
xilafətinin tərkibinə qatılır. Yerli xalqların danışdığı aramey dili ərəb
dili ilə əvəz olunur, əhalinin bir hissəsi İslam dinini qəbul edir,
digərləri xüsusilə dağlıq bölgələrdə yaşayanlar isə İslama qədərki
etiqadlarını (maronizmi)* saxlayırlar.
XIII-XVI yüzilliklərdə Livan Misir məmlüklərinin, 1516-cı
ildə isə Osmanlı türklərinin əsarəti altına düşür. Türklər təqribən 400
il əvvəl Livanı öz təsiri altında saxlaya bilmişlər. 1860-cı ildə
müsəlman-xristian münaqişəsindən bəhanə kimi istifadə edən Fransa,
xristianları müdafiə etmək məqsədilə Livanı işğal edir. Bir ildən
sonra İngiltərə və Türkiyənin təzyiqi ilə Fransa öz qoşunlarını
Livandan çıxarır. Fransa, İngiltərə, Avstriya, Prussiya, Rusiya və
Türkiyə nümayəndələrindən ibarət Beynəlxalq Komissiya ölkəyə
muxtariyyət verir və ölkə rəsmi olaraq Livan adlanır.
1918-ci ilin payızında ingilis-fransız qoşunları Livanı yenidən
işğal edir. 1920-ci ildə İngiltərə ilə Fransa arasında gizli sövdələşməyə
əsasən Livan Fransanın mandatlığı altında idarə olunan
dövlətə çevrilir. 1926-cı ilin mayında Livan respublika şəklində idarə
olunan dövlət kimi tanınmağa başlasa da konstitusiyaya görə ölkənin
xarici siyasəti, milli ordu və müdafiə məsələləri Fransa tərəfindən
tənzim olunurdu. Ölkənin müstəqilliyini məhdudlaşdıran konstitusiya
maddəsi ləğv olunduqdan sonra 1943-cü il noyabrın 22-də Livan
rəsmi olaraq müstəqil respublika elan olunur. O vaxtdan 22 noyabr
günü – ölkənin milli bayramı kimi qeyd olunur. Lakin Fransa öz
qoşunlarını ölkədən 1946-cı il dekabrın 31-də çıxarır.
XX yüzilliyin ikinci yarısından başlayaraq müstəqil Livanın
siyasi həyatında ziddiyətlər daha da kəskinləşir. İstiqlaliyyət qazandığı
ilk illərdə Livan hökumətinin yeritdiyi siyasət 1958-ci ildə
* Maronizm – dini icmaları V-VII yüzilliklərdə Suriyada və Livanda
Şərq xristian kilsəsinin parçalanması nəticəsində yaranmışdır. Dini təlimin
əsasını Maron adlı bir şəxs qoymuşdur. Maronitlər ərəb dilində ibadət
edirdilər.
154
xalq üsyanına səbəb olur. Üsyanı yatırmaq məqsədilə Livan
prezidenti ABŞ-dan kömək istəyir. Bu isə ABŞ-ın Livanın daxili
işlərinə qarışmasına və ölkəyə qarşı təcavüzünə səbəb olur. 1958-ci
ildə rəhbərliyə gələn yeni hökumət ölkənin daxili və xarici siyasətində
müstəqil istiqamət seçir və İsrail təcavüzünə məruz qalan
ərəb ölkələri ilə həmrəy olduğunu bildirir.
1968-ci ildən Livan ərazisində Fələstin müqavimət hərəkatının
(FMH) fəaliyyət göstərməsi İsrailin Livana basqını üçün bəhanə olur.
1969-cu ildən 1982-ci ilədək Livanda Fələstin Azadlıq Təşkilatının
(FAT) rəhbər orqanları və ordu hissələri yerləşmişdi. 1975-ci ilin
aprelində fələstinlilər ilə Livanın sağ xristian qüvvələri arasında baş
verən vətəndaş müharibəsi ölkədə kəskin siyasi böhrana səbəb olur.
Böyük insan təlafatı və iqtisadi dağıntılarla nəticələnən və 19 ay
davam edən hərbi əməliyyatlar, əsasını Suriya qoşunları təşkil edən
ərəb ölkələri birgə qüvvələrinin Livana daxil edilməsindən sonra
dayandırılır.
1978-ci ilin martında İsrail Livanın cənub rayonlarını işğal
edir. Dünya ictimaiyyətinin təzyiqi ilə İsrail qoşunları həmin ilin iyulunda
ölkədən çıxarılır və Livanın cənub bölgələrinə, yəni İsrail ilə
sərhəd bölgələrinə BMT qoşunu yeridilir. 1982-ci ilin yayında İsrail
yenidən Livana qoşun çıxarır və 1985-ci ilə qədər ordu hissələrini
Livanda saxlayır. Eni 10 km-ə qədər olan cənub bölgə İsrailin təsiri
altında qalır. 1983-cü il mayın 17-də Qərb dövlətləri Livanı İsrail ilə
«sülh müqaviləsi» bağlamağa məcbur edir. Bir ildən sonra isə bu
müqavilə qüvvədən düşür.
2006-cı ilədək ölkənin cənub ərazilərində sabitlik yaratmaq mümkün
olmamışdır. Həmin ərazilərə mərkəzi hökumət nəzarət edə bilmir.
Məhz Fələstin muxtariyyətində İsrailin və onun tərəfdarlarının terrorçu
təşkilat hesab etdikləri «Hizbulla»nın muxtariyyətinin parlament
seçkilərində qalib gəlməsi və Livanın cənubundakı hakim mövqeyi İsraili
2006-cı ilin iyul ayında yenidən Livana hücum etməyə sövq edir.
Təqribən 35 gün ərzində ölkənin böyük şəhərləri və «Hizbulla»
təşkilatının bütün məntəqələri dağıdılır. BMT-nin sülh məramlı
qüvvələrinin Livanın cənub bölgələrində yerləşdirilməsi ilə əlaqədar
İsrail – Livan münaqişəsinin qarşısı alınır.
Livan Respublikası 1992-ci ilin 18 sentyabrında Azərbaycan
Respublikasının müstəqilliyini tanımışdır. Lakin əfsuslar olsun ki,
ölkələrimiz arasında iqtisadi münasibətlər geniş inkişaf edə
155
bilməmişdir.
Dövlət quruluşu. Livan parlament şəklində idarə olunan respublika
olsa da, siyasi sistemi qeyri-sabitliyi ilə fərqlənir. Sonrakı
dəyişikliklərlə 1926-cı ildə qəbul olunmuş konstitusiya qüvvədədir.
1943-cü ildə əldə olunmuş razılaşmaya əsasən dövlət və hökumət
rəhbərliyində vəzifələr konfessional (yəni dini icmalar) prinsip
əsasında bölünür. Dövlət rəhbəri olan prezident ancaq xristian – maronit
ola bilər. Veto hüququna malik olan prezidentin fəaliyyət
müddəti altı ildir. Baş nazir sünnü məzhəbli, parlamentin sədri isə şiə
məzhəbli müsəlman olmalıdır.
Konstitusiyaya əsasən icraedici hakimiyyət prezidentin əlində
cəmlənmişdir. O, Baş nazirlə bərabər ayrı-ayrı nazirləri də təyin edir.
İnzibati cəhətdən Livan 5 mühəfəzə bölünür. Qanunverici hakimiyyət
bir palatalı parlamentə məxsusdur. Parlamentə deputatlar
konfessionallıq prinsipi əsasında seçilir. Parlamentin 128 deputatı 4
illik müddətə seçilir. Parlament ölkə prezidentini seçir, onun təqdim
etdiyi hökumət üzvlərini təsdiq edir. Hüquq sistemi dini məhkəmələr
istisna olmaqla Fransa modeli əsasında qurulmuşdur. Xarici siyasətinin
formalaşmasında Suriyanın, İranın, Fransanın rolu böyükdür. Livanda
bir neçə siyasi partiya fəaliyyət göstərir. Bunların ən böyükləri
Mütərəqqi-Sosialist partiyası; Livan Kommunist partiyası; Ərəb
Sosialist Dirçəliş partiyası və başqalarıdır.
Silahlı qüvvələrin sayı 16 mindən 18 minə qədər olan müxtəlif
dini təriqətləri təmsil edən ordudan və kiçik (800 nəfərlik), əsasən
xristianlardan ibarət hərbi hava (450 nəfərlik) və hərbi dəniz
qüvvələrindən ibarətdir. Ordunun heç də hamısı mərkəzi hökumətə
sadiq deyil. Ordu əsas etibarilə ABŞ-da, Böyük Britaniyada və
Fransada istehsal olunmuş hərbi sursatla təchiz olunmuşdur. Daxili
təhlükəsizlik qüvvələrinin böyük hissəsi 1987-ci ildə ordunun
tərkibinə daxil edilmişdir. Nizami ordu ilə yanaşı, dini təriqətlərin
özlərinin milis qüvvələri də mövcuddur.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
2005-ci ildə Livanda 4,5 mln nəfərin yaşaması qeydə alınmışdır.
Bu demoqrafik göstərici ölkədə mövcud olan ayrı-ayrı statistik
tədqiqatların nəticələri əsasında əldə edilmişdir. Ölkədə əhalinin ümumi
156
siyahıya alınması 1932-ci ildə aparılmışdır. Tam və dəqiq olmayan bu
siyahıya alınmaya görə o vaxt xristianların (maronitlərin) sayı 792,
müsəlmanların sayı 536 min nəfər olmuşdur. Sonrakı illərdə
siyahıyaalınma işləri yerinə yetirilməmişdir. Təbii ki, ilk siyahıya
alınmadan 75 il keçdikdən sonra ölkədə güclü demoqrafik dəyişikliklər
baş vermişdir. Heç kəsdə şübhə oyanmır ki, bu müddətdə müsəlman
əhalinin sayı xeyli artmışdır. Ötən əsrin 90-cı illərində əhalinin orta illik
təbii artım tempi 7,5 faiz olmuşdur.
Livan əhalisinin 90 faizdən çoxunu ərəblər təşkil edir. Ölkədə
Livan (2,7 mln nəfər), Fələstin (600 min) və Suriya (100 min)
ərəbləri ilə yanaşı, kürdlər, farslar, ermənilər, çərkəzlər və b.
xalqların nümayəndələri yaşayır. Ölkənin rəsmi dövlət dili ərəb
dilidir. Livan ziyalıları və burjua nümayəndələri arasında fransız dili
geniş yayılmışdır. Livanda 10-dan artıq dini icmalar (müsəlmanlar
üçün – sünnü, şiə, druz*, xristianlar üçün – maronit, pravoslav,
həmçinin katolik, erməni qriqorian və s.) mövcuddur. Əhalinin 70
faizindən çoxunu müsəlmanlar təşkil edir. Gözlənilən uzunömürlülük
71 ildir. Kişilər üçün – 69, qadınlar üçün – 73 yaşdır. Yaşlı əhalinin
təqribən 90 faizi savadlıdır.
Livan urbanizasiya səviyyəsi yaxşı inkişaf etmiş müsəlman
ölkələrindən biridir. Dəniz sahili düzənlikdə, Livan dağlarının cənub
yamaclarında əhali sıx, Bəqa çökəkliyində isə seyrəkdir. 1978-ci il
İsrail təcavüzündən sonra ölkənin cənub rayonlarından Beyrut,
Tripoli, Sayda şəhərlərinə əhali axınının təsirilə urbanizasiya
genişlənmişdir. Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. Ən
mühüm şəhərləri Beyrut, Tripoli, Sayda, Zəhla, Surdur.
Beyrut əhalisinin sayına (1,5 mln. nəfər, 1998), iqtisadi və
mədəni əhəmiyyətinə görə ölkənin ən böyük şəhəridir. Aralıq dənizi
sahilində yerləşmiş Beyrut (qədimdə Beruta, Berit adlanırdı),
Finikiyanın ticarət və port şəhəri kimi eramızdan əvvəl XVIII
yüzillikdən (bəzi mənbələrə görə XV yüzillikdən) məlumdur.
Milli vətənpərvər qüvvələrə və Fələstin Azadlıq hərəkatına
qarşı daxili irtica, İsrail və ABŞ hərbiçiləri tərəfindən törədilən
* Druzlar – müsəlman dini təriqətlərindən biri. XI əsrin əvvəllərində
ismaililər arasında təbliğat aparan Dərazinin (təriqətin adı da buradandır)
fəaliyyəti nəticəsində yaranmışdır.
157
azğınlıqlar nəticəsində (əsasən 1975-76, 1982-83-cü illər) Beyrutun
xeyli hissəsi dağıdılmışdır. Finikiya, Roma, Bizans tikililərinin qalıqları,
XIII-XVI əsr məscidləri, kilsələr, XX yüzilliyin sonlarındakı
dağıntılara qarışaraq Beyrutun xarici görkəmini bir qədər
dəyişmişdir.
Ölkənin sənaye müəssisələrinin 70 faizi Beyrut və onun ətrafında
cəmlənmişdir. Şəhərdə toxuculuq, yeyinti, gön-dəri, neft
emalı, sement, əlvan metallurgiya, metal emalı müəssisələri var.
Beyrut ölkənin mühüm nəqliyyat qovşağı, ticarət-maliyyə, mədənimaarif
və turizm mərkəzidir. Şəhərin yaxınlığında beynəlxalq
əhəmiyyətli təyyarə limanı fəaliyyət göstərir. Beyrut müasir şəhərdir.
Şəhərdə Avropa memarlıq üslubunda tikilmiş çoxmərtəbəli evlər,
mehmanxanalar, inzibati binalar köhnə tikililərlə təzad təşkil edir.
4. İqtisadiyyatı
Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli
coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir
dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli
burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli)
inkişafına meydan açan «Azad iqtisadiyyat» və «Azad bazar*»
siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və Şərq
arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin
tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci
ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci
ildən sonra Livanın iqtisadiyyatı İsrail təcavüzünə və vətəndaş
müharibəsinin dağıntılarına məruz qalmışdır.
Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili
məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun
dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək
olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa
prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi
* Azad bazar – dövlətin amiranə-bürokratik müdaxiləsindən azad
olunmuş bazar. Azad bazar – bazar qanunlarının tam dolğunluğu ilə,
fəaliyyətdə olması, qiymətlərin tələb və təklif arasındakı faktiki nisbətlərinin
təsiri altında müəyyənləşdirilməsi, başqa sözlə, inhisarçılığın tam ləğvi ilə
və s. səciyyələnir.
158
ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur.
Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı
1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə
müqayisədə təqribən 70 faiz artmışdır.
2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd.
dollara çatmışdır. Adambaşına düşən rəqəm isə 5 min dollara yaxın
olmuşdur. ÜDM orta illik artım tempi 90-cı illərin ortalarında 5,4
faiz, 2004-cü ildə isə təqribən 2 faiz olmuşdur.
Təbii ehtiyatlar baxımından faydalı qazıntıların qətiyyən
olmaması və tarixən formalaşmış beynəlxalq vasitəçilik funksiyasının
mövcudluğu ölkənin təsərrüfat həyatının istiqamətlərini
formalaşdırmışdır. Qabaqcıl mövqelər bunlardır: tranzit, xarici
ticarət, nəqliyyat, beynəlxalq bank əməliyyatları və turizm. Ümumdaxili
məhsul istehsalında kənd təsərrüfatı, meşəçilik və balıqçılığın
payı 12, sənaye sahələrinin payı 21, müxtəlif xidmətlərin payı isə 67
faizdir. Məşğulluq strukturu baxımından iş qabiliyyətli adamların 7
faizi kənd təsərrüfatı, 31 faizi sənaye və 62 faizi isə xidmət
sahələrində çalışır.
Sənayenin aparıcı sahələri. Neft emalı zavodları Sayda və
Tripoli şəhərlərindədir. Bu müəssisələr tranzit kəmərlərə gələn xam
neft əsasında işləyir. Mühüm sənaye müəssisələrinin əksəriyyəti
Beyrut və onun ətrafında cəmlənmişdir. Bu bölgədə bir neçə
toxuculuq müəssisəsi, qənnadı fabriki, alüminiumdan məmulatlar
hazırlayan müəssisələr fəaliyyət göstərir. Livanda olan sənaye
müəssisələrinin beşdə ikisi yeyinti sənayesinin payına düşür. Bu
sahənin ən böyük müəssisələri şəkər, meyvə və tərəvəz konservləri
istehsal edən zavodlardır.
Toxuculuq təsərrüfatın ən qədim sahələrindəndir. İpək parçalar
yerli, pambıq parçalar isə əsasən Misir və Suriyadan idxal olunan
xammaldan istehsal olunur. Beyrut və Tripoli yaxınlığında sement
zavodları var. İdxal olunan hissələrdən hazır məmulatlar, məsələn,
elektrik motorlar, soyuducu, televizor və s. yığılır.
Maliyyə sistemi və turizm Livan iqtisadiyyatının inkişaf etmiş
sahəsi olub, Beyrut Yaxın Şərqdə ən iri maliyyə-bank mərkəzlərindən
biri hesab olunur. 2002-ci ilədək Beyrutda 70 kommersiya bankı
fəaliyyət göstərirdi. Sonradan ölkənin siyasi həyatının qeyri-sabitliyi
üzündən həmin bankların böyük bir qismi Bəhreyn paytaxtı Manama
və Küveyt paytaxtı Əl-Küveytə köçürüldü.
159
Livanın bəyaz qumlu dəniz sahilləri, həmişəyaşıl meşələrlə
örtülü dağları, maraqlı təbii abidələri, tarixi memarlıq nümunələri və
xidmət sahəsinin nümunəvi təşkili ölkəni beynəlxalq səviyyəli turizm
mərkəzinə çevirmişdir. Lakin həm maliyyə-bank sisteminin, həm də
beynəlxalq turizmin inkişafı Livanın özünün və Yaxın Şərqin siyasi
vəziyyətindən çox asılıdır.
Sənaye sahələri əsasən əhalinin ərzağa, geyimə, yanacağa, ev
ləvazimatına olan tələbatının ödənilməsinə yönəldilmişdir.
Kənd təsərrüfatının aparıcı sahələri. Livanda işləmək qabiliyyəti
olanların təqribən 7 faizi iri torpaq sahibkarlığı üstünlük
təşkil edən kənd təsərrüfatı sahələrində çalışır. Ölkədə təqribən 400
min ha sahə becərilir. Bunun dörddə biri suvarılır. Sitrus meyvələri,
alma, zeytun və tərəvəz yetişdirilməsi nisbətən yaxşı inkişaf
etdirilmişdir. Üzümçülük və tütünçülüyün də rolu az deyil. Hər il orta
hesabla 330-360 min ton sitrus meyvələri (əsasən portağal və limon),
200 min ton alma, 40 min ton zeytun yığılır.
Əldə olunan məhsulun xeyli hissəsi qonşu Ərəb və Avropa
ölkələrinə ixrac olunur. Dənli bitkilərdən arpa, buğda, texniki
bitkilərdən şəkər çuğunduru və tütün əkinləri üstünlük təşkil edir.
Heyvandarlıq kənd təsərrüfatının geri qalmış sahəsidir. Quşçuluq və
balıqçılıq nisbətən inkişaf etmişdir.
Yerli əhalinin qida rasionunun əsasını buğda, paxlalı bitkilər və
tərəvəz təşkil edir. Ərzaqla özünü təminat təqribən 30 faiz
həddindədir.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Livanda avtomobil
nəqliyyatı nisbətən yaxşı vəziyyətdədir. Şosse yollarının
uzunluğu təqribən 6700 km-dir. Vətəndaş müharibəsi başqa sahələrdə
olduğu kimi yol təsərrüfatına da böyük ziyan vurmuşdur. Livandan
avtomobil yolu ilə Suriyaya, İsrailə getmək mümkündür. Ölkədə
dəmiryollarının uzunluğu çox deyil (cəmi 222 km).
Qonşu ərəb ölkələrindən çıxarılan neftin bir qismi boru
kəmərləri vasitəsilə Livan portuna gəlib çıxır. Beyrut, Tripoli və
Sayda ölkənin ən böyük dəniz portları və magistral neft kəmərlərinin
son nöqtələridir. Hava nəqliyyatına «Midl end eyrlayn» şirkəti
nəzarət edir.
Turizm. Livan iqtisadiyyatında özünəməxsus yer tutur. 2003-
cü ildə Livana təqribən 800 min xarici turist gəlmişdir. Turizmdən
gələn gəlir təqribən 1,0 mlrd. həcmində olmuşdur. Livan ənənəvi
160
turizm ölkəsidir. İkinci Dünya müharibəsindən sonra valyutaların
sərbəst mübadiləsi, sadələşdirilmiş gömrük qaydaları, həmçinin
qonşu ölkələrlə müntəzəm rabitə sayəsində turizm sahəsindən gələn
gəlirlər 1950-1975-ci illərdə on dəfədən çox artmışdır. Sonrakı
illərdə ölkədəki silahlı qarşıdurmalar və iri mehmanxanaların
dağıdılması nəticəsində turizm tənəzzülə uğramışdır. 1990-cı illərin
ortalarından Livan iqtisadiyyatındakı turizm sektorunun mövqeləri
qismən bərpa olunmuşdur. 2005-ci ildə ölkəyə gələn turistlərin sayı
1,1 mln, turizmdən əldə olunan gəlir isə 5,4 mlrd. dollar təşkil
etmişdir.
Bu göstəricilər daha yüksək ola bilərdi. Lakin ölkə ərazisindəki
qeyri-sabitlik turizmin daimi inkişafını məhdudlaşdırır.
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi
əhəmiyyət kəsb edir. Dövlətin xarici siyasəti tərəfdaşların diversifikasiyasına
və xarici investisiyaların cəlb edilməsinə yönəlmişdir.
Mal ixracatının həcmi 2005-də 1,5 mlrd. dollar, idxal həcmi 7 mlrd.
dollar olmuşdur. İxracat strukturunda əsasən meyvə və tütün (20
faiz), toxuculuq məmulatı (12 faiz), elektrik avadanlığı (10 faiz),
zərgərlik məmulatları (10 faiz), kağız (8 faiz), dərmanlar və
parfümeriya yer alır. Idxalın üçdə bir hissəsini ərzaq, dörddə bir
hissəsini maşın və avadanlıq təşkil edir. Kütləvi istehlak malları,
kimyəvi məhsullar və yanacaq idxal strukturunda üstünlük təşkil edir.
Xarici ticarətdə əsas tərəfdaşları Avropa İttifaqı ölkələri, ABŞ və
Fars körfəzi ölkələridir. Ölkənin pul vahidi - Livan funtudur.
Maliyyə sistemi. Hökumətin ən mühüm vəzifələrindən biri
Livana məxsus olan Yaxın Şərq regionunun maliyyə və investisiya
mərkəzi rolunun bərpasıdır. Lakin ölkənin maliyyə bazarı hazırkı
vaxtadək olduqca passivdir və az sayda bağlanmış sazişlər
həddindədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dağıdılmış iqtisadiyyatın
bərpası dövlət borcunun artması hesabına aparılırdı. Xarici
borc 2003-cü ildə 28 mlrd. dollara çatmışdır.
Büdcə-maliyyə adaptasiyası proqramına müvafiq olaraq 1999-
2003-cü illərdə büdcənin gəlir hissəsini kəskin şəkildə artırmaq
nəzərdə tutulurdu. Bu dövlət müəssisələrinin özəlləşdirilməsi, vergi
tutmada yükləmə, sosial ödəniş məsrəfinin ixtisarı və xaricdə çalışan
Livan vətəndaşlarının qazancları hesabına keçirilməli idi.
2003-cü ildə birbaşa xarici investisiyaların məbləği 1,0 mlrd.
dollara çatmışdır. 2000–2005-ci illərdə ölkə iqtisadi kömək qismində
161
3,5 mlrd. dollar almışdır. 2005-ci ildə xarici borc 9,3 mlrd dollar
həddinə çatmışdır.
MİSİR ƏRƏB RESPUBLİKASI*
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Misir iki qitədə Afrikanın şimal-şərqində və
Asiyanın cənub-qərbində Sina yarımadasında yerləşir. Ərazisinin
təqribən 3 faizi Asiyada, qalanı isə Afrikadadır. Bu hissələri birbirindən
Süveyş kanalı** ilə kəsilmiş Süveyş bərzəxi birləşdirir.
Süveyş kanalı Afrika ilə Asiya arasında şərti coğrafi sərhəddir.
Misirin ərazisi 1,0 mln. kv.km-dir. Konfiqurasiyasına görə ərazi
düzbucaqlı kvadrata bənzəyir. Bu kvadratın hər hansı bir tərəfinin
uzunluğu 1000 km-ə yaxındır.
Misir qərbdən Liviya, cənubdan Sudan, şimali-şərqdən İsrail
və BMT-nin Fələstin ərəb dövləti üçün ayırdığı ərazi ilə
həmsərhəddir. Ölkə şimalda Aralıq, şərqdə Qırmızı dənizlərin suları
ilə əhatələnir. Misirin mühüm dəniz və hava yolları kəsilişində
yerləşməsi onun geosiyasi mövqeyinin üstünlüyüdür.
Səth quruluşu və faydalı qazıntıları. Atlantik okeanından
Fars körfəzinə qədər uzanmış Böyük Səhra – Ərəbistan geoloji
plitəsinin üzərində yerləşmiş Misirin relyefi orta hündürlüyü 300-
1000 m arasında olan yaylalardan ibarətdir. Nisbətən hündür dağlar
Sina yarımadasındadır. Ölkənin cənubundan şimalına Nil çayı uzanır.
Nil çayından qərbdə səthi əsasən daşlı və çınqıllı olan Liviya
səhrası yerləşir. Ölkə ərazisinin təqribən 70 faizini təşkil edən bu
səhranın qərb tərəfinin səthi qumlarla örtülüdür. «Qum dənizi»
adlanan ən böyük qum yığımı ölkənin qərb sərhəddindən şimali-qərb
və şərq sərhədlərinə qədər uzanır.
* Ərəbcə adı Cumhuriyyət Misir əl-Arabiyyədir.
** Süveyş kanalı şlüzü olmayan gəmiçilik kanalıdır. 1869-cu ilin 11 noyabrından
fəaliyyət göstərir. Uzunluğu 161 km, eni 130-150 km-dir.
Gəmilər kanaldan 11-12 saata keçir. Kanal dünyanın bütün ölkələri üçün
açıqdır. Atlantik okeanından Hind okeanına ən qısa su yolu Süveyş
kanalından keçir.
162
Nil çayından şərqə doğru Ərəbistan səhrası yerləşir. Bu
səhranın Misir ərazisində orta hündürlüyü 300-700 m. arasındadır.
Bu səhrada onlarca vadiyə rast gəlmək olar.
Sina yarımadası səthinin əksər hissəsini Ət-Təhrif yaylası
tutur. Səthinin çox hissəsi daşlı olan yaylanın hündürlüyü Aralıq
dənizinə tərəf açılır. Yarımadanın cənub hissəsində qədim kristallik
çöküntülərdən ibarət orta hündürlüklü dağlar yerləşmişdir. Ölkənin
ən hündür nöqtəsi olan Cəbəl-Katrin (2637 m.) dağı buradadır.
Yarımadanın qərb hissəsindən Süveyş kanalı keçir.
Misirin Aralıq dənizi sahili bölgəsi təbii buxtalarla, demək olar
ki, parçalanmamışdır. Ölkənin böyük dəniz limanları olan
İsgəndəriyyə və Port-Səid süni yaradılmış buxtalar ətrafında
salınmışdır. Qırmızı dənizin Misir sahilləri, demək olar ki, başdanbaşa
mərcan rifləri ilə örtülmüşdür.
Nil vadisi və Nil deltasının Misirin təbiətində özünəməxsus
yeri var. Nil vadisi uzunluğu 1500 km, orta eni 10 km və ətrafı
səhralardan ibarət olan böyük bir oazisdir. Ölkənin cənubunda dərə
bir qədər ensiz, şimalında isə əksinə bir qədər enlidir. Nil dərəsi
şimalda Nil deltasına keçir. Səthi çay gətirmələrindən ibarət deltanın
cənubdan şimala uzunluğu 175 km, qərbdən-şərqə isə 220 km-dir.
Sahəsinə görə (22 min kv.km) Nil deltası dünya deltaları içərisində
böyüklərindən biridir.
Misir müxtəlif faydalı qazıntılarla təmin olunmuş
ölkələrdəndir. Sina yarımadasında, əsasən onun cənub-qərb
hissəsində və Qırmızı dənizin sahil bölgələrində polimetal filizlər və
gips aşkar olunmuşdur. Süveyş kanalının qərb sahilində və Liviya
səhrasının şimal hissəsində neft yataqları var. Həm Ərəbistan, həm də
Liviya səhralarında dəmir filizi və məhdud halda qızıl yataqlarının
olması məlumdur. Sinanın dağlıq bölgəsində volfram, qızıl və mis
yataqları var. Səhralarda qiymətli tikinti materiallarına da rast gəlmək
olar. Bunlardan başqa ölkənin müxtəlif yerlərində fosforit, xörək
duzu, kömür yataqları da aşkar edilmişdir.
İqlimi və hidroqrafiyası. Aralıq dənizi sahil zolağı istisna
olmaqla ölkənin iqlimi kontinental tropikdir. Bütün ərazi üçün havanın
quru və az buludlu olması səciyyəvidir. Yağıntıları çox azdır.
Orta eni 30-40 km olan Aralıq dənizi bölgəsində isə xüsusi iqlim tipi
formalaşıb. Bu zolaqda yaz və yay ayları quraq və isti, payız və qış
isə mülayim və rütubətli keçir.
163
Ölkənin şimalından cənubuna getdicə havanın temperaturu
artır, yağıntıların miqdarı azalır. Aralıq dənizi bölgəsində orta illik
temperatur müsbət 20 dərəcə olduğu halda, Nilin orta axarında bu
rəqəm 22-yə, cənubunda isə 26 dərəcəyə bərabərdir. Paytaxtda yay
aylarında hava 30-35 dərəcə qızdığı halda, gecələr 0 dərəcəyədək
çatır. Ümumiyyətlə, Misirdə sutkalıq temperatur amplitudu
yüksəkdir. Səhrada gündüz temperatur 50 dərəcəyədək yüksəlir, gecə
isə 0 dərəcəyə enir. İnsan səhhəti üçün əlverişli olmayan belə iqlim
şəraiti səth örtüyünün dəyişməsinə də təsir göstərir. Belə ki,
temperaturun kəskin dəyişməsi ilə səhralarda olan qayalarda çatlar
əmələ gəlir. Küləklərin təsiri ilə qayalardan qopan qırıntılar ətraf
sahələrə yayılır. Güclü küləklər səhranı yumşaq qum örtüyündən
məhrum edir və çökəkliklərin yaranmasına səbəb olur. Misirdə ilin ən
isti ayları avqust, sentyabrdır. Bu aylarda əraziyə, demək olar ki,
yağış yağmır.
Misirdə iqlimin formalaşmasında daimi əsən küləklərin də rolu
böyükdür. Yaz aylarında burada 50 gün sərasər xəmsin küləkləri əsir.
Bu küləklər başlamamışdan əvvəl üzücü istilər başlayır, sonra isə
güclü külək qum fırtınaları yaradır və toz buludu əmələ gəlir. Gündüz
çox vaxt hava qaralır, yollarda gediş-gəliş çətinləşir, mütləq rütubət
aşağı düşdüyündən nəfəs almaq belə ağırlaşır. Əkin sahələri qum və
tozla örtülür, ağacların yarpaqları büzüşür və quruyur. Bəzi bitkilər
isə tamamilə məhv olur.
Misirdə yağışlar əsasən dekabr və yanvar aylarında düşür. Ən
çox yağıntı Nil deltasının qərb tərəfinə düşür. Ölkəyə orta hesabla bir
ildə 180 mm yağıntı düşür. Məsələn, Qahirə şəhərinə il ərzində 30-35
mm, cənubda yerləşmiş Asuan şəhərinə isə cəmi 3-5 mm yağış düşür.
Ölkənin daxili rayonlarında isə yağmursuz keçən illər tez-tez
müşahidə edilir.
Yağışlar əsasən leysan şəklində düşdüyündən Nil deltasında
bərk örtüyü olmayan yolların müvvəqqəti sıradan çıxmasına səbəb
olur. Dağlıq ərazilərdə, xüsusilə Sina yarımadasdındakı dağlara qar
yağsa da qar örtüyü çox davamsız olur.
Daxili sular. Ölkənin daimi axara malik çayı və əsas su
mənbəyi Nildir. Nil* çayı Misirin iqtisadi həyatında xüsusilə
* Nil çayını misirlilər Əl-Bəhr adlandırır. Nilin uzunluğu 6671 km-dir.
164
əhəmiyyətlidir. O, suvarmada, əhalinin içməli su ilə təminatında əsas
mənbə olmaqla yanaşı, həm də mühüm nəqliyyat yoludur. Nil vadisi
və deltası hələ qədim dövrlərdən əhalinin məskunlaşdığı ərazilər
olmuşdur. Ölkənin bütün əhalisi və təsərrüfat yolları burada
cəmlənmişdir. Nildə daşqınlar yay-payız mövsümünə təsadüf edir.
Axımı nizama salmaq məqsədilə Nil və onun qolları üzərində iri
bəndlər (Köhnə Asuan, Yüksək Asuan), SES-lər (Asuan, Əl-Fəyyum)
tikilmişdir.
Yüksək Asuan bəndi tikildikdən sonra ölkənin cənubunda
nəhəng su anbarı yaradılmışdır. Bəndlərlə yanaşı suvarma kanalları
çəkilmişdir. İsmailiyyə, Əl-Mahmudiyyə, Yusif, İbrahimiyyə və
digər kanalların ümumi uzunluğu 35 min km-dən çoxdur. Yerüstü
sulardan müvəqqəti axınların-vadilərin əhəmiyyəti böyükdür.
Dağlara düşən yağıntılardan sonra bu vadilər su ilə dolur. Köçərilər
bu suları süni hovuzlara toplayır, ondan həm məişətdə, həm də kiçik
sahələrin suvarılmasında istifadə edirlər. Yağmursuz illərdə vadilər
tamamilə quruyur.
Ölkənin səhra rayonlarında qrunt sularının əhəmiyyəti misilsiz
dərəcədədir. Misir zəngin yeraltı su ehtiyyatlarına malikdir. Nildən
qərbdə Liviya səhrasında «yeraltı Nil»in olması ehtimalı təsadüfi
deyildir. Lakin yeraltı sulardan hələ lazımi səviyyədə istifadə
olunmur. Bu sular həm təbii, həm süni yolla səthə çıxır. Yeraltı
sulardan Hərqa, Dəhlə, Fərəfra, Bəhariyyə, Siva və digər sa- hələrdə
geniş istifadə olunur. Nil vadisi, Ərəbistan səhrası və Sina yarımadasının
bəzi quraq rayonlarında da yeraltı suların əhəmiyyəti böyükdür.
Torpaq və bitki örtüyü. Ərazisinin çox yerində şoran, Nil
vadisi və deltasında, həmçinin vahələrdə allüvial torpaqlar
yayılmışdır. Nil vadisi və deltasının torpaqları Nilin Efiopiya yayla-
O, Afrikanın beş ölkəsinin, o cümlədən 1,5 min km məsafədə Misirin ərazisi
ilə axır. Nilin dərəsi Asuandan Qahirəyə qədər olan sahədə 20-25 km-dir.
Qahirə şəhərindən şimala Nilin deltası başlayır. Delta 22-24 min kv. km
sahəni əhatə edir. Çoxlu qollar və göllərlə parçalanır, sahilboyu ilə
İsgəndəriyyədən Port-Səid şəhərinədək 260 km məsafədə uzanır. Nilin
məcrası ondan artıq qola ayrılır. Gəmiçiliyə yararlı ən mühüm qolları şərqdə
Dilat, qərbdə isə Pəşiddir. Nil suyunun bir hissəsi İbrahimiyyə kanalı və
Yusif qolu vasitəsilə Birget-Harun gölünə axıdılır və həmçinin Fəyyum
vahəsinin suvarılmasına sərf edilir.
165
sından gətirdiyi dağ süxurlarının qırıntılarının çökməsi nəticəsində
formalaşmışdır. Bu torpaqların tərkibində dəmir, alüminium,
kalsium, maqnezium elementləri çoxdur. Bunlardan başqa torpağın
tərkibində bitkilərin inkişafı üçün böyük əhəmiyyətə malik fosfor
turşusu, kalium kimi duzlar da vardır. Nil vadisi və deltasında
torpağın formalaşmasına insanlar da böyük təsir göstərmişdir. Əsrlər
boyu bu ərazilərdə əkinçiliklə məşğul olunduğundan torpaq təbii
münbitliyini itirmişdir. Süni gübrələrdən geniş istifadə olunur. Bu isə
Nil vadisi və deltasında müxtəlif – sarı-boz, səhra, karbonatlı, gilliboz
və digər torpaq növlərinin yaranmasına səbəb olmuşdur.
Misirdə mədəni bitki örtüyünə Nil vadisi və deltasında və
vahələrdə rast gəlmək olar. Aralıq dənizi sahilboyu zonasında ağot
(ceyranotu), gəvən, dəvətikanı, itburnu geniş yayılmışdır. Qışda
efemerlərdən süsən, lalə, qaymaqçiçəyi, nərgizgülü çiçəklənərək
səhranın həyatsız simasını tamamilə dəyişdirmişdir. Sahilboyu
zonadan cənubda Liviya səhrasında kserofit kol bitkiləri yayılmışdır.
Qırmızı dəniz sahilində şora kol bitkisi üstünlük təşkil edir. Nil vadisi
və deltasında təbii bitki örtüyünə yalnız deltanın şimalındakı göllər
rayonunda rast gəlmək olar.
Misir hökuməti təbiətin mühafizəsinə, ekoloji tarazlığın
pozulmamasına diqqətlə yanaşmağa çalışır. Aralıq və Qırmızı dənizin
sahil bölgələrində milli parklar salınmış, nadir fauna və flora
nümunələrini qorumaq üçün yasaqlıqlar yaratmışdır. Səhra landşaftı
ekoloji baxımdan tez pozulan bir landşaft olduğundan onlara da
xüsusi fikir verilir. Amma vəsaitin və mütəxəsislərin çatışmaması
səbəbindən bu işlər o qədər də səmərəli aparılmır.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi.
Azərbaycan Respublikası ilə münasibətləri
Misir dünyada bəşəri sivilizasiya ilə bağlı ən qədim
dövlətlərdən biridir. E.ə Yuxarı və Aşağı Misir şahlıqları yaranmışdır.
Bu şahlıqlar dövründə irriqasiya sistemləri yaradılmış, daş və
misdən hazırlanmış alətlər bir qədər də təkmilləşdirilmişdir. E.ə III
minillikdə Nil vadisinin ilk quldar dövlətləri fironların (Faraon)
hakimiyyəti altında mərkəzləşmiş vahid dövlətdə birləşmişdir.
Şahlıqları idarə edən fironlar özləri üçün nəhəng ehramlar (piramidalar)
tikdirir. Müharibələrdə əsir alınmış qullar tərəfindən tikilmiş
Heops, Hefren ehramları, daşdan yonulmuş şir heykəlləri və b.
166
abidələrin qalıqları indiyə qədər qalmaqdadır. Hər il dünyanın
müxtəlif yerlərindən on minlərlə turist bu qədim abidələri görmək
üçün Misirə səyahət edir. Misirin əlverişli coğrafi mövqeyi və
sərvətləri onun müxtəlif dövrlərdə işğalçı dövlətlər tərəfindən zəbt
olunmasına səbəb olmuşdur.
Bizim erayadək Misir assuriya, fars, yunan və b. işğalçı
dövlətlərin təsiri altında olmuşdur. VII yüzilliyin əvvəllərinə yaxın
Misirdə yaşayan qibtilər xristianlığı qəbul edirlər. 639-cu ildə Misirə
Ərəbistan yarımadasından ərəblər gəlməyə başlayır. 640-641-ci illərdə
ərəb qoşunları Misirdəki Bizans ordusunu darmadağın edir və ölkədə
onların hakimiyyətinin möhkəmlənməsinə mane olur.
Sonradan Misir ərəb xilafətinin tərkibinə qatılır və paytaxt
İskəndəriyyə şəhərindən Fustata köçürülür. Bu da öklədə ərəbləşmə
və islamlaşma prosesinin sürətlə getməsinə şərait yaradır. 969-cu ildə
Misir Fatimilər sülaləsindən olan xilafətinin başçılıq etdiyi İsmaillilər
tərəfindən zəbt edilir. Misir o vaxt geniş əraziləri zəbt etmiş Fatimilər
xilafətin mərkəzinə çevrilir. Fatimilər xilafəti dövründə Misirin
iqtisadi və siyasi qüdrəti xüsusilə artır.
XI yüzilliyin ortalarında Fatimilər xilafəti dağılmağa başlayır.
Əvvəlcə Məğrib (Qərb) ölkələri Misirdən ayrılır. Həmin vaxtda
Yaxın və Orta Şərqdə Səlcuqlar sülaləsinin hakimiyyəti qüvvətlənir.
Onlar qısa müddətdə Suriya, Fələstin, Dəməşqi zəbt edirlər. XI yüzilliyin
sonu XII yüzilliyin əvvəllərində səlibçilər (xaçpərəstlər) Suriya
və Fələstinin sahil rayonlarını, Yerusəlimi zəbt edir. Misirə ardıcıl
hücum edərək Tinnis, İsgəndəriyyə şəhərlərini dağıdır, Qahirəni
mühasirəyə alırlar. 1171-ci ildə Fatimilər xilafəti Misirdə hakimiyyəti
ələ keçirmiş Əyyubilər tərəfindən dağıdılır, xilafətin sosial-iqtisadi və
siyasi strukturunu ləğv edir.
1250-ci ildə Misirdə hakimiyyəti məmlüklər ələ keçirir. 1517-
ci ildə türk sultanı I Səlim Misiri işğal edərək məmlüklərin*
hakimiyyətinə son qoyur və ərazini Osmanlı imperiyasının tərkibinə
qatır. Bundan sonra Misirdə torpaqların bir hissəsi Qahirədəki türk
padşahına xərac vermək şərti ilə məmlük feodallarının əlində qalır.
* Məmlüklər – Əyyubilər sülaləsinin (1171-1250) seçmə qoşun dəstələrini
təşkil etmiş döyüşçü qullar. Məmlüklər Misirdə yaşayan türk, gürcü,
çərkəz və Qafqaz xalqlarının digər nümayəndələri olmuşdur.
167
1798-ci ildə fransız ordusu Misiri işğal edir. Lakin 1801-ci ildə fransızlar
İngiltərə – Türkiyə qoşunlarına təslim olur və Misirdə Osmanlı
imperiyasının hökmranlığı bərpa olunur.
XVII yüzilliyin sonu Osmanlı imperiyası zəiflədikdən sonra
məmlüklər Misirdə öz hökmranlığını bərpa edir və məmlük hakimi
Əli bəyin başçılığı ilə müstəqil dövlət yaradılır. 1808-ci ildə Misir
hakimi Məhəmmədəli paşa islahatlar həyat keçirməklə Misiri
qüvvətli dövlətə çevirmək məqsədini qarşıya qoyaraq ixracat
əhəmiyyətli kənd təsərrüfatı və eləcə də sənayenin bəzi sahələrini
inkişaf etdirir.
XIX yüzilliyin 30-cu illərində Misirə xarici kapital axını
güclənir. Fransa və İngiltərə Misirin milli bazarlarını tədricən ələ
keçirməyə başlayır və ölkədə xaricilərə məxsus müəsisələr yaradılır.
Qərbi Avropa şirkətlərinin fəaliyyəti ilə nəqliyyat-rabitə şəbəkəsi,
dəniz limanları, Süveyş kanalı inşa edilir. 1882-ci ildə İngiltərə öz
ordularını Misirə yeridir, ingilis ordusu ölkəni zəbt edərək onu öz
müstəmləkəsinə çevirir. Lakin Misir formal olaraq Osmanlı
imperiyasının tərkibində qalır. Uzun illər ölkə İngiltərənin hərbisiyasi
nəzarəti altında olur. Lakin xalqın müstəmləkəçiliyə qarşı
getdikcə güclənən mübarizəsi rəsmi Londonu 1922-ci ildə Misirin
müstəqilliyini formal olaraq tanımağa məcbur edir. Əslində isə XX
yüzilliyin ortalarına qədər Böyük Britaniya Misir üzərində özünün
hərbi-siyasi və iqtisadi nəzarətini saxlayırdı.
II Dünya müharibəsində Böyük Britaniya Misirin ərazisindən,
təbii ehtiyatlarından və ordusundan Liviyada İtaliya-Almaniya
qoşunlarına qarşı hərbi əməliyyatlar üçün istifadə edir. Müharibə
illərində ölkədə inqilabi və demokratik meylli qüvvələr artır. Misir
burjuaziyası qüvvətlənir, milli şirkətlər yaranır. Müharibədən sonrakı
illərdə milli-azadlıq hərəkatı tamamilə yeni xarakter aldığından 1948-
ci ilin mayında ölkədə hərbi vəziyyət elan olunur. Kommunistlər və
demokratik qüvvələr təqib olunur və həbsə alınır.
Daxili siyasi vəziyyətin kəskinləşməsi şəraitində hərbçi Camal
Əbdül Nasirin rəhbərliyi ilə «Azad zabitlər» gizli təşkilatı 1952-ci il
iyulun 23-də ölkə-də inqilabi çevriliş edir, kral taxt-tacdan əl çəkərək
ölkəni tərk edir. 1953-cü il iyulun 18-də Misir respublika elan olunur.
Üç ildən sonra isə respublikanın ilk konstitusiyası qəbul edilir və
C.Ə.Nasir ölkənin prezidenti seçilir. Ölkədə mütərəqqi sosial-iqtisadi
dəyişikliklərin həyata keçirilməsinə başlanılır.
168
1956-cı ilin iyulunda ingilis ordusu Misirdən çıxarılır və
Süveyş kanalı milliləşdirilir. Kanal milliləşdirildikdən sonra Böyük
Britaniya, Fransa və İsrail Misirə qarşı hərbi təcavüzə başlayır. Bir
sıra sülhsevər dövlətlərin köməyi ilə Misir xalqı tezliklə bu təcavüzü
dəf edir.
1958-ci ildə Misir və Suriya birləşir və Birləşmiş Ərəb
Respublikası adlanan dövləti təsis edirlər. 1961-ci il sentyabrın 1-də
onlar yenidən müstəqil dövlətlərə ayrılırlar. 1967-ci ildə qonşu ərəb
ölkələri və Misir yenidən İsrailin təcavüzünə məruz qalır.
C.Ə.Nasirin vəfatından sonra (sentyabr, 1970) onun müavini
Ənvər Sədat prezident seçilir. Başda Ə.Sədat olmaqla Misir hökuməti
rəhbərləri 1974-cü ildə ölkədə siyasi və iqtisadi böhranın
yaranmasına səbəb olan «İqtisadiyyatın liberallaşdırılması», «açıq
qapılar» və s. adlar altında imperialist dövlətlərə yaxınlaşmaq siyasəti
yürütməyə başlayır. 1978-ci ildə Misir ABŞ-ın vasitəçiliyi ilə İsraillə
Kemp-Devid sövdələşməsini, 1979-cu ildə isə seperat sülh
müqaviləsini imzalayır. Bu hadisədən sonra Ərəb ölkələri (Sudan və
Omandan başqa) Misirlə diplomatik münasibətlərini pozur, onunla
siyasi və iqtisadi əlaqələrdə uzaqlaşmağa səy göstərirlər. Misirin
Afrika Birliyi Təşkilatı və digər regional təşkilatlarda iştirakı
qadağan olunur.
Ə.Sədat sabiq SSRİ və digər dövlətlərlə münasibətlərini
məhdudlaşdırmağa başlayır. Hakimiyyətdə olduğu son dövrdə həm
sol, həm də sağ müxalifətçi qüvvələrə qarşı cəzanı qüvvətləndirir,
nəticədə müsəlman ekstre-mist təşkilatlarının üzvləri tərəfindən
1981-ci il oktyabrın 6-da öldürülür.
Prezident Hüsnü Mübarək hakimiyyətə gəldikdən sonra
(1981-ci il, oktyabr) xarici və daxili siyasətdə bəzi dəyişikliklər
edilir. Müxalifətçi partiyaların (kommunist partiyası istisna olmaqla)
fəaliyyətinə icazə verilir, müxalifətçilərin əksəriyyəti həbsdən azad
edilir. Bununla belə Misirin yeni rəhbərləri Kemp-Devid
sövdələşməsinə sadiq qaldıqlarını bildirirlər. Sina yarımadasından
İsrail qoşunları çıxarılır (1982, aprel).
Misirin Ərəb ölkələri və digər dövlətlərlə pozulmuş
münasibətləri H.Mübarəkin prezidentliyi dövründə yenidən bərpa
olunur.
Dövlət quruluşu. Dövlət quruluşuna görə Misir unitar
respublikadır. 1971-ci il konstitusiyası (1980-ci ildə dəyişikliklər
169
etməklə) qüvvədədir. Dövlət başçısı referendum yolu ilə 6 il
müddətinə seçilən prezidentdir. Prezidentin yenidən seçilmə hüququ
qeyri-məhduddur. Onun namizədliyini xalq məclisi tərəfindən irəli
sürülür. Prezidentin səlahiyyət hüquqları genişdir. O, konstitusiya və
qanunlara riayət olunması, milli birliyin qorunmasına nəzarət edir,
fövqəladə vəziyyət və müharibə elan edir, milli müdafiə şurası və Ali
hakimiyyət şurasının sədri funksiyasını yerinə yetirir, özünün
müavinini, baş nazir və hökumət üzvlərini təyin edir, nazirlər şurası
ilə birlikdə dövlətin ümumi siyasət xəttini müəyyən edir və onun
həyata keçirilməsinə nəzarət edir. 2005-ci ildə Məhəmməd Hüsnü
Mübarək 5-ci dəfə prezident seçilmişdir.
Ali qanunvericilik birpalatalı Xalq Məclisinə, Ali icraedicilik
isə Baş nazirin rəhbərlik etdiyi Nazirlər Şurasına məxsusdur.
Parlamentin 10 üzvünü, Nazirlər Şurasını prezident təyin edir.
Ölkənin milli bayramı 23 iyul günüdür (İnqilab günü, 1952-ci ildən
qeyd olunur).
Misir onlarca beynəlxalq, regional, siyasi və iqtisadi
təşkilatların üzvüdür. O, 1945-ci ildən BMT-nin, 1958-ci ildən Ərəb
Dövlətləri Liqasının, 1963-cü ildən Afrika Ölkələri Birliyinin, 1970-
ci ildən İslam Konfransı Təşkilatının üzvüdür. Ölkə inzibati cəhətdən
26 əyalətə (mühəffəzə) bölünür.
Misirdə çoxpartiyalı sistem mövcuddur. 1978-ci ildə
yaradılmış və prezident Hüsnü Mübarəkin rəhbərlik etdiyi Xalq
Demokratik Partiyası – hakim partiyadır. O, iri torpaq sahibləri,
sənaye-ticarət nümayəndələri, dövlət aparatında yuxarı təbəqənin və
ziyalıların mənafeini müdafiə edir. 1952-ci il inqilabadək fəaliyyətdə
olan «Vəfd» partiyasının əsasında 1984-cü ildə yaradılan «Yeni
Vəfd» partiyası iri və orta sənaye-ticarət nümayəndələri və torpaq
sahibkarlarının marağını müdafiə edir. Ölkədə Sosialist Zəhmətkeşlər
Partiyası, Milli Mütərəqqi Partiya, Liberallar Partiyası və başqa
təşkilatlar fəaliyyət göstərir. 1929-cu ildə yaradılmış Müstəqil
Qardaşlar, dini-siyasi təşkilatı gizli fəaliyyət göstərir.
Azərbaycan Respublikası ilə münasibətlər. Azərbaycan
Respublikasının Yaxın və Orta Şərq ölkələri ilə əlaqələrində Misir
Ərəb Respublikası xüsusi yer tutur. Bu ölkə ilə Azərbaycan arasında
diplomatik əlaqələr 1992-ci il martın 27-də yaradılmış və 1993-cü
ilin martında Bakıda Misirin səfirliyi açılmışdır. Misirin region və
İslam dünyasında rolunu və nüfuzunu nəzərə alan Azərbaycan
170
Respublikası hökuməti 1994-cü ilin sentyabrında Misirdə öz
səfirliyini açmışdır.
İki ölkə rəsmiləri arasında keçən müddətdə bir sıra qarşılıqlı
səfərlər həyata keçirilmiş və çoxsaylı dövlətlərarası və hökumətlərarası
müqavilələr bağlanmışdır.1992-2005-ci illərdə iki dövlət arasında
ikitərəfli və çoxtərəfli əlaqələr kifayət qədər intensiv olmuşdur.
1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının
prezidenti H.Əliyev BMT-nin əhali və inkişaf üzrə Beynəlxalq
Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən
Misir prezidenti H. Mübarəklə keçirilən görüş Azərbaycan-Misir
münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni
perspektivlərinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.
2002-ci il oktyabrın 3-də Azərbaycan Respublikasının
prezidenti H.Əliyev Azərbaycan Respublikası və Misir Ərəb
Respublikası arasında hökumətlərarası iqtisadi və elmi-texniki
əməkdaşlıq üzrə müştərək komissiyaların yaradılması haqqında
sərəncam imzalanmışdır.
Müasir dövrdə informasiya mübadiləsinin mühüm əhəmiyyətini
nəzərə alaraq Misir ilə Azərbaycan arasında mətbuat-informasiya
mübadiləsinin yaxşılaşdırılması barədə müqavilə
imzalanmışdır. Misir-Azərbaycan əlaqələrinin mühüm formalarından
biri də ticarətdir. Azərbaycandan Misirə yeyinti, elektrotexnika
məhsulları ixrac edilir, idxalatın həcmi ixracatdan yüksəkdir.
Misirdən respublikamıza çoxçeşidli məhsullar gətirilir.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
Dünyada az ölkə tapılar ki,onun əhalisi əsasən bir etnosdan
ibarət olsun. Əhalinin etnik tərkibinə görə misirlilərin 98 faizi
avropoid irqinə mənsub olan bir etnosdur. Əhalinin 97 faizi
ərəblərdən və qibtilərdən (koptlardan) ibarətdir. Əhalinin təqribən 2-3
faiz – nubiya və bərbər tayfalarıdır.
2005-ci ildə Misirdə 75,0 mln nəfərdən artıq adamın yaşaması
qeydə alınmışdı. (1971-ci ildə 34 mln, 1992-ci ildə 68,0 mln nəfər).
Proqnozlara görə 2015-ci ildə əhalinin sayı 85 mln nəfərə
yaxınlaşacaq.
Əhalinin sayına görə Misir ərəb və region ölkələri arasında 1-
ci, Afrikada isə 2-ci (Nigeriyadan sonra ) yerdədir. Ölkədən xaricə,
171
əsasən ərəb ölkələrinə qazanc arxasınca gedən miqrantların sayı 3,0
mln nəfərdən artıqdır.
Misir əhalinin təbii artımı yüksək olan ölkələr sırasındadır.
Əhalinin təbii artımı orta hesabla 2 faizə yaxındır. Misir əhalisinin
orta ömür müddəti kişilər üçün 65, qadınlar üçün 67 yaşdır. Hər min
nəfərə 26 nəfər anadan olur, 8 nəfər isə ölür. Yaşlı əhalinin 60 faizə
qədəri savadlıdır. Ölkədə 14 universitet fəaliyyət göstərir. Bunlar
içərisində nəinki Misirdə, eləcə də regionda tanınmışlar – Qahirə və
İsgəndəriyyə universitetləridir. İslam ilahiyyətçiləri arasında
Qahirədəki Əl-Əsxar universiteti böyük nüfuza malikdir.
Müasir Misir əhalisinin formalaşmasına VII yüzillikdə bu
ərazini işğal edən ərəblər təsir göstərmişlər. Yerli əhali tədricən
ərəblərlə qarışmış, onların dillərini, dinlərini və adət-ənənələrini
qəbul etmişlər.
Ölkə əhalisi ərazi üzrə çox qeyri-bərabər paylanmışdır. Ərəblər
əsasən Nil çayı vadisi və deltası, Aralıq və Qırmızı dənizin sahilləri,
Süveyş kanalı zonasında, qibtilər böyük şəhərlərdə, bərbərlər Liviya
ilə sərhəd bölgələrində, nubiyalılar isə ölkənin cənubunda
məskunlaşmışlar.
Misirin dövlət dili ərəb dilidir. Bərbərlər, nubiyalılar həm ərəb,
həm də öz dillərində danışırlar. Ölkənin dövlət dini İslamdır.
Müsəlman dindarların əksəriyyəti sünnilərdir. Qibtilər ərəb dilində
danışsalar da, dini etiqadlarına görə xristianlardır. Ölkə üçün orta
sıxlıq hər kv.km-ə 75 nəfərdən artıqdır. Nil çayı vadisi və deltasında
əhali çox sıx (hər kv.km-ə 1300-1600 nəfər) Liviya və Ərəbistan
səhralarında çox seyrəkdir (hər kv.km-ə 1-3 nəfər). Əhalinin təqribən
yarısı şəhərlərdə yaşayır.
Kənd əhalisi yüksək sıxlığı ilə səciyyələnir. Qahirə-İsgəndəriyyə
şosse yolu boyunca əhalisinin sayı 10-15 min nəfər olan iri
kəndlərə rast gəlmək olar. Misirdə urbanizasiyanın sürəti yüksəkdir.
Ən böyük şəhərləri Qahirə, İsgəndəriyyə, Port-Səid, Süveyş, Asuan,
Məhəllə-əl Kubra , Əsyut və b.-dır.
Qahirə Nil çayı deltasından cənubda, əsasən Nilin sağ
sahilindəki 2 kiçik adada (Cəzirə və Rod) qərarlaşıb. Əhalisinin
sayına görə nəinki Misirin və ya Afrikanın, eləcə də bütün İslam
dünyasının ən böyük şəhəridir. Bu şəhərdə ətrafı ilə birlikdə 13,0
mln. nəfərdən artıq adam yaşayır. Qahirədə sənaye sahələrinin və
əhalinin sürətli artımının qarşısını almaq məqsədi ilə şəhərdən 30-35
172
km məsafədə, səhrada yeni peyk-şəhərlər salınır. Bu şəhərlərin hər
birində 400-500 min əhalinin yaşaması və yeni iş yerlərinin
yaradılmasi nəzərdə tutulmuşdur.
Qahirənin yerində hələ e.ə. XVII yüzillikdə Babilistan, bir
qədər sonra Fustat (köhnə Qahirə) adlı yaşayış məskəni olmuşdur.
969-cu ildə Fustatın şimalında Fatimilərin sərkərdəsi Cövhər əl-
Saqali özünə iqamətgah tikdirərək onu «Əl-Qahirə» (ərəbcə «qalib»
deməkdir) adlandırır. Qahirə 2 əsrə yaxın müddətdə Fatimilər
xilafətinin paytaxtı olur (973-1171). Sonralar əyyubilər, məmlüklər,
fransız və ingilislər tərəfindən işğal edilir. Müstəqil paytaxt olana
qədər Qahirənin əhalisi sürətlə artır, şəhər siyasi və iqtisadi cəhətdən
inkişaf edir, milli azadlıq uğrunda aparılan nümayiş və üsyanların
mühüm mərkəzinə çevrilir.
Qahirə 1953-1958-ci illərdə Misir Respublikasının, 1958-
1971-ci illərdə Birləşmiş Ərəb Respublikasının, 1971-ci ildən isə
Misir Ərəb Respublikasının paytaxtıdır. Ölkədə sənaye istehsalının
1/4 hissəsi Qahirənin payına düşür. Şəhərdə və onun ətrafında
metallurgiya (Heluanda), metal emalı, maşınqayırma, toxuculuq,
yeyinti, sement, kağız, dəri-ayaqqabı, kimya, poliqrafiya sənaye
müəssisələri vardır. Ölkənin mühüm dəmir, şosse və su yolları bu
şəhərdən keçir. Paytaxtın təyyarə limanı Afrika qitəsinin ən böyük
təyyarə limanlarından biridir. Şəhər həm də iri ticarət-maliyyə
mərkəzidir.
Qahirə nəinki Misirin, həm də bütün ərəb mədəniyyətinin,
elminin və incəsənətinin mərkəzidir. Müasir şəhər köhnə (Fustat) və
yeni hissədən ibarətdir. Yeni Qahirə Qərbi Avropanın və Amerikanın
böyük şəhərlərindən seçilmir. Burada enli prospektlər, geniş
meydanlar, bulvarlar, çoxmərtəbəli hökumət idarələri, səfirliklər,
mehmanxanalar, banklar və s. vardır. Qahirənin şərq və cənub
rayonlarını əhatə edən köhnə hissədə Roma və Bizans tikililəri,
məscidlər, məqbərələr, qala divarlarının qalıqları və qədim ərəb
mədəniyyətini təmsil edən digər memarlıq abidələri qorunub
saxlanılır. Qahirədə Misir Ərəb Respublikasının ali təhsil ocağı olan
Qahirə Universiteti, digər ali təhsil müəssisələri yerləşir.
Qahirədə metropoliten fəaliyyət göstərir. Qahirənin mərkəzi
Ərəb Dövlətləri Liqası təşkilatının mənzil iqamətgahının yerləşdiyi
Ət-Təhrir meydanıdır. Şəhərin işgüzar mərkəzi Qəsir-ən-nil və
Təlaab-Xarb küçələri hesab olunur. Qahirə yaxınlığında qədim
173
Misirin yaşayış məntəqəsi olan Giza şəhəri yerləşir. Öz piramidaları
ilə məhşur olan bu şəhər əslində Qahirə ilə birləşmişdir.
Qahirədə milli kitabxana və onlarca məhşur muzeylər fəaliyyət
göstərir. Bunlar içərisində 1858-ci ildə yaradılmış Misir muzeyi,
1908-ci ildə yaradılmış Qahirə muzeyi, 1881-ci ildə yaradılmış İslam
İncəsənəti muzeyi, 1891-ci ildə yaradılmış Geologiya muzeyi, 1939-
cu ildə yaradılmış Misir incəsənəti muzeyi şəhərə gələn turistlərin
diqqətindən yayınmır.
4. İqtisadiyyatı
Ötən əsrin ortalarına qədər Misir, sənaye sahələri zəif inkişaf
etmiş mo-nokultur (təkbitkiçilik) kənd təsərrüfat ölkəsi olmuşdur.
Misir hökuməti 1952-ci ildən başlayaraq ölkədə əsaslı sosial-iqtisadi
dəyişikliklər həyata keçirir. Bu müddətdə xarici mülklər
milliləşdirilmiş, kənd təsərrüfatında yarımfeodal, mülkədar torpaq
sahibliyini tədricən aradan çıxaran islahatlar keçirilmişdir.
Ötən əsrin 50-60-cı illərində, dövlət sektorunun
gücləndirilməsi siyasəti yeridilmiş, beşillik planlar həyata keçirilmiş,
tutarlı kapital mülkiyyətçilik və iri torpaq sahibliyi
məhdudlaşdırılmış, kəndlilərə torpaq paylanmışdır. 70-ci illərdən
başlayaraq ölkəyə xarici kapitalın cəlb edilməsinə və Qərblə iqtisadi
əlaqələrə üstünlük verilmişdir. Misirdə 90-cı illərin əvvəllərindən
sosial-iqtisadi inkişafın bazar iqtisadiyyatı modelinə keçidi
başlanmışdır. Bu halda dövlət təsərrüfat subyekti qismində öz
mövqelərini zəiflətmişdir. Turizm ,yüngül və yeyinti sənaye
müəssisələri özəlləşdirilmiş, valyuta qanunvericiliyi
liberallaşdırılmışdır. Hazırda ümum daxili məhsulun 70 faizi özəl
sektorun payına düşür, bütün kapital qoyuluşunun 60 faizi də özəl
sektora aiddir.
2005-ci ildə Misirin ümumdaxili məhsulunun həcmi 70 mlrd.
dollara yaxın olmuşdur. Milli gəlirin adambaşına düşən həcmi isə 3
min dollardan artıq olmuşdur. 1990-2005-ci illərdə iqtisadi artım
tempi hər il 4-5 faiz olmuşdur.
Ölkə iqtisadiyyatının sahələr üzrə strukturuna görə: ümum
daxili məhsul istehsalının 14 faizi kənd təsərrüfatı və balıqçılığın
(işçi qüvvəsinin təqribən 30 faizi bu sahə ilə məşğuldur); 30 faizi
174
sənaye və tikintinin (işçi qüvvəsinin 20 faizi); 56 faizi xidmət
sahələrinin payına düşür.
Sənayenin aparıcı sahələri. Misirin sənaye sahələri içərisində
hasilat sənayesinin xüsusi mövqeyi var. Ölkə təbii ehtiyatların
müxtəlifliyi ilə fərqlənir. Ölkədə daş kömür, volfram, qızıl, mis,
dəmir və manqan filizləri, fosforlar, müxtəlif inşaat materialları, neft,
təbii qaz yataqları var.
Neft yataqları Süveyş kanalının hər iki sahili boyunda yerləşir.
Afrikada sənaye üsulu ilə ilk dəfə neft çıxarılmasına (1896-cı il) və
emalına (1913-cü il) Misirdə başlanılmışdır. Ölkədə neft ehtiyatı o
qədər çox deyil (500 mln ton). İllik hasilat isə 40 milyon tondan
çoxdur. Misirdə neft ehtiyatı işləri ilə onlarca şirkət məşğul olur. Ən
böyükləri Misir-Amerika qarışıq şirkəti (Qalf oil Petroleum
Company) Süveyş körfəzindəki Morqan yatağında, Petrobel şirkəti
Belayim yatağında neft çıxarır. Təbii qaz çıxarılmasına ötən əsrin 70-
ci illərindən başlanılmışdır, təbii qaz ehtiyatları 55 mln. m3
həddindədir. Ölkədə həm neftin, həm də təbii qazın ehtiyatları az
olduğundan tükənmək üzrədir. Ona görə ölkəyə xammal və yanacaq
idxalı tədricən artır.
Dəmir filizi ehtiyatı isə müstəsnalıq təşkil edir, çünki Asuan
şəhərinin cənub-şərqində yeni yataqlar aşkar edilmişdir. Dəmir
filizinin ehtiyatı 400 mln. ton həddindədir. Sina yarımadasında kəşf
olunmuş Mağara daş kömür yatağının ehtiyatı 30 mln. tona yaxındır.
Kömürün çıxarılmasına Böyük Britaniya şirkətləri nəzarət edir.
Xörək duzu Sina yarımadasının şimalında yerləşmiş göllərdən
çıxarılır.
Energetika sənayesi yüksək Asuan hidroenerji kompleksi
istifadəyə verildikdən sonra inkişaf etməyə başlamışdır. Hidrotexniki
kompleksdə olan su elektrik stansiyası ildə 10 mlrd. kvt/saatdan artıq
elektrik enerjisi istehsal edir. Ölkədə mövcud olan su və istilik
elektrik stansiyalarında 65,0 mlrd. kvt/saat (2004) elektrik enerjisi
istehsal olunur. İstilik elektrik stansiyaları Asuan, İsgəndəriyyə,
Qahirə, Port-Səid rayonlarındadır. Enerjiyə artan tələbatı nəzərə
alaraq Günəş enerjisindən səmərəli istifadə olunması nəzərdə tutulur.
Ölkədə Günəş enerjisi ilə işləyən suqızdırıcı qurğular az da olsa
mövcuddur.
Emaledici sənaye 300-dən artıq iri müəssisələrdə
cəmlənmişdir. Ölkədə toxuculuq, tikiş, metallurgiya, metalemalı,
175
maşınqayırma sənaye sahələri inkişaf etdirilir.
Metallurgiya müəssisələrində polad, çuqun, alüminium istehsal
olunur. Ölkənin mühüm qara metallurgiya kombinatı Heluanda,
əlvan metallurgiya müəssisələri isə Hər-həmmadi və İsmailliyədədir.
Misirdə ildə 2,5 mln. ton polad, 170 min ton alüminium, 7,0 mln. ton
azot gübrələri, 1,6 mln. ton superfosfat, 22 mln. ton sement istehsal
olunur.
Neft emalı sənayesi inkişaf etdirilir. Dövlət və xüsusi şirkətlərə
məxsus neftayırma müəssisələri İsgəndəriyyə, Süveyş, Qahirə və
Tantadadır. Neft emalı müəssisələri 1 ildə 45 mln. ton neft emal edə
bilirlər. Kimya sənayesi azot və fosfor gübrələri, boyaq maddələri və
digər kimyəvi məhsullar istehsalı üzrə ixtisaslaşmışdır. Əsas
mərkəzləri Asuan, Süveyş, Heluan və digər şəhərlərdir. Tikinti materialları
sənayesi zəif inkişaf etmişdir. Sement istehsalı tələbatın cəmi
50 faizini ödəyir.
Maşınqayırma minik və yük avtomobillərinin, müxtəlif elektromexaniki
məmulatların (məişət təyinatlılar üstünlük təşkil edir)
yığılması ilə məşğuldur. Maşınqayırmanın mühüm mərkəzləri
Qahirə, İsgəndəriyyə, Heluan, Port-Səiddir. İsgəndəriyyədə gəmi
təmiri müəssisələri fəaliyyət göstərir.
Ən müasir avadanlıqlar ilə yaxşı təchiz olunmuş sahə
parfumeriya-kosmetika istehsalı sayılır. Bu sahə üçün zəruri nadir
xammal xüsusi ilə müxtəlif efir yağları mövcuddur. İstehsal olunan
salon mebeli öz keyfiyyəti ilə məşhurlaşmışdır.
Kənd təsərrüfatının aparıcı sahələri. Vaxtilə ölkə
iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı
əvvəlki mövqeyini bir qədər itirmişdir. Misirdə «torpaq qıtlığı» və
ərzaq çatışmamazlığı hələ XX yüzilliyin əvvəllərində ölkə əhalisinin
80 faizinin kənd rayonlarında yaşadığı vaxtda kəskin problemlərdən
idi. Həmin dövrdə əhalinin cəmi 1 faizini təşkil edən «torpaq aristokratları
» becərilən torpaqların 40 faizini mənimsəmişdi. İngiltərə
müstəmləkəçilərinin nəzarətində becərilən əmtəəlik pambıq əsas
kənd təsərrüfatı bitkisi sayılırdı. 1952-ci ildən ölkədə aqrar islahatlar
keçirilir. İslahatlar nəticəsində monokultur təsərrüfat forması elmi
cəhətdən əsaslandırılmış növbəli əkinlərlə (məsələn, yonca, qarğıdalı,
pambıq, buğda, çəltik) əvəz olunur. Becərilən torpaqların bir hissəsi
kəndlilərə paylanılır.
1952-ci il inqilabından sonra bir neçə mərhələdə aparılan aqrar
176
islahatlar 70-ci illərə qədər Misir kəndlərində mühüm sosial
dəyişikliklərə səbəb olsa da, sonrakı illərdə iri torpaq sahibkarlarının
mənafeyi yenidən qorunmağa başlanılır. Becərilən torpaqların 95,3
faizini və eləcə də mühüm kənd təsərrüfatı texnikası sahibkarların
əlində cəmlənmişdir. Torpaqsız kəndli-fəllahlar muzdla işləyir, bəzi
kəndlilər torpağı icarə götürərək icarə haqqını məhsul ilə ödəyir. Xam
torpaqların mənimsənilməsi və meliorasiyası, gübrə, toxum əldə
edilməsi, kreditlər verilməsində dövlət bölməsinin rolu böyükdür. Nil
vadisi və deltası rayonunda mövcud olan məhsuldar torpaqlar və bol
su hələ qədim zamanlardan burada məskunlaşan əhalini əkinçiliklə
məşğul olmağa sövq etmişdir.
Bu məqsədlə Nil çayı üzərində su qurğuları yaradılır və
suvarma kanalları çəkilir. Misirin getdikcə artmaqda olan əhalisini
kənd təsərrüfatı məhsulları ilə təmin etmək, dünya bazarına uzunlifli
pambıq ixracını yüksəltmək məqsədilə suvarma əkinçiliyinin
genişləndirilməsi Nildən daha səmərəli istifadə olunmasını tələb edir.
Nilin axınını tənzimləmək üçün suvarma sistemi yaradılır*. Hazırda
əkin üçün yararlı ümumi sahə ölkə ərazisinin 1 faizdən bir qədər
çoxunu təşkil edir. Kənd təsərrüfat məhsuldarlığının artım tempi
əhalinin artım sürəti ilə üst-üstə düşür. Ərzaq problemi əhəmiyyətli
dərəcədə idxal hesabına həll edilir (hər il 3 mlrd. dollarlıq həcmdə).
Kənd təsərrüfatında başlıca sahə suvarılan əkinçilikdir. Suvarma
əkinçiliyi kənd təsərrüfatı məhsulunun 70 faizdən çoxunu verir.
Heyvandarlığın 22 faiz, balıqçılığın payı isə təqribən 7 faiz təşkil
edir.
Ölkədə yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri bunlardır:
pambıq (hər il orta hesabla 400 min ton), buğda (təqribən 6 mln. ton),
qarğıdalı (təqribən 6 mln. ton), çəltik (5 mln. ton), müxtəlif tərəvəzlər
(təqribən 17,5 mln. ton). Bunlarla yanaşı şəkər çuğunduru, paxla,
sitrus bitkiləri, üzüm, alma yetişdirilir. Hər il 2-3 dəfə məhsul yığılır.
Pambıq istehsalının həcminə görə Misir dünyada qabaqcıl yerlərdən
birini tutur. Misir pambığı yüksəkkeyfiyyətli – uzunliflidir.
* 1898-1902-ci illərdə Asuan şəhəri yaxınlığında bənd tikilir. Bəndin
uzunluğu təqribən 2 km, eni 8 m, hündürlüyü 54 m-dir. Su anbarının tutumu
5,5 mlrd. kub metrdən çoxdur. 1960-1971-ci illərdən köhnə Asuan
bəndindən 6 km cənubda uzunluğu 4 km, hündürlüyü 110 m, su anbarının
tutumu 160 mlrd. kub metr olan bənd tikilmişdir.
177
Təbii otlaqlar məhdud olduğundan heyvandarlıq lazımi
səviyyədə inkişaf edə bilməmişdir. Oturaq əhali iribuynuzlu qaramal,
ev quşları saxlamağa üstünlük verir. Əkinçilik rayonlarında
heyvandarlıq südlük istiqamətindədir. Köçərilər dəvə, qoyun, keçi
bəsləməyə üstünlük verirlər. Mal-qara az məhsuldardır və daima yem
çatışmazlığı ilə üzləşir. Ölkəyə böyük həcmdə ət məhsulları idxal
olunur.
Balıqçılıq daxili tələbatı ödəmək məqsədi ilə inkişaf etdirilir.
Balıq və digər dəniz məhsulları misirlilərin qidasında mühüm yer
tutur. İqlim şəraiti və əhalinin peşəkarlığı balıqçılığın inkişafı üçün
əlverişlidir. Nil çayında, göllərdə, Aralıq və Qırmızı dənizin
sularında müxtəlif balıq növləri ovlanır.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Misirdə
nəqliyyatın bütün növləri vardır. Daxili yükdaşımanın 85 faizi
avtomobil nəqliyyatının payına düşür. Şosse yollarının ümumi uzunluğu
48 min km-dir. Qahirə-İsgəndəriyyə, İsgəndəriyyə-Mərsə-Mətruh-Əs-
Səlmum, Qahirə-Süveyş, Süveyş-Port-Səid, Qahirə-Qürdəqa, QahirəƏsyut
mühüm avtomobil magistrallarıdır. Dəmir yollarının uzunluğu
– 7,7 min km-dir. Qahirə-Asuan, Qahirə-İsgəndəriyyə, Qahirə-
Süveyş, Port-Səid-İsmailliyyə mühüm dəmir yollarıdır. Misir
iqtisadiyyatında çay nəqliyyatının da rolu böyükdür. Nil çayı
deltasındakı kanalların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Daxili
su yollarının uzunluğu 3,4 min km-dən artıqdır. Misirin ərazisindən
beynəlxalq dəniz və hava yolları keçir. Süveyş kanalının əhəmiyyəti
xüsusilə böyükdür. Yük dövriyyəsinə görə o, dünyanın iri gəmiçilik
kanallarındandır. Hər il kanaldan orta hesabla 350 mln. ton yük
daşınır (dünya dəniz yüklərinin 14 faizi). Misir hökuməti kanaldan
hər il orta hesabla 2 mlrd. dollar gəlir götürür.
Ölkənin xarici ticarəti dəniz nəqliyyatı ilə həyata keçirilir.
Mühüm limanları İsgəndəriyyə, Süveyş, Port-Səid, Ras-Qərib, RasŞükeyr
və Səfaqadır. Port-Səidin yaxınlığındakı Şərq limanında iri
gəmilərin yan almasını təmin etmək üçün dərinsulu kanal inşa
edilmişdir. Həm də həmin ərazi azad ticarət zonası elan olunmuşdur.
Misirin özünün milli dəniz donanması vardır. Süveyş körfəzi
rayonundan İsgəndəriyyə şəhərinə neft kəməri çəkilmişdir.
Misir ərazisindən 30-dan artıq beynəlxalq hava xətti keçir.
Ölkənin bütün şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarə
meydanları var. Qahirədə yerləşən təyyarə limanı ən iri beynəlxalq
178
hava yolları qovşağıdır.
Turizm ölkə iqtisadiyyatının gəlirli sahələrindəndir. Misirin
turist cəlb edən təkrarolunmaz təbii şəraiti, diqqətəlayiq tarixi-mədəni
abidələri vardır. Ölkədə turizmin müxtəlif növləri (ekskursiya, kurort-
məzuniyyət və s.) inkişaf etdirilir. 1970-ci ildən 1990-ci ilədək
ölkəyə gələn turistlərin sayı 2 dəfə artaraq ildə 2 mln. nəfərə çatmışdır.
2005-ci ildə isə ölkəyə təqribən 8,2 mln. əcnəbi turist gəlmişdir.
Misirə turist axını Qərbi Avropa ölkələri (40 faiz), ərəb ölkələri (38
faiz), ABŞ (14 faiz) və digər bölgələrdəndir (8 faizdir). Ölkəyə gələn
turistlləri ilk növbədə Qahirə, Luksor və Asuandakı mühüm tarixi
abidələr və muzeylər maraqlandırır. Turizmdən gəlir 7,0 mlrd.
dollardan artıqdır.
Xarici ticarət. Xarici ticarətində xroniki kəsirə baxmayaraq bu
sahə Misir iqtisadiyyatında çox mühum əhəmiyyətə malikdir.
1974-cü ildən ölkə rəhbərliyi «açıq qapı» siyasətini yeridir.
Məqsəd xarici investisiya və texnologiyaları ölkəyə cəlb etmək,
həmçinin region ölkələri ilə əməkdaşlığı nizama salmaqdır. 2003-cü
ildə ölkədən mal ixracatının dəyəri 6,6 mlrd. dollar, idxal dəyəri 14,6
mlrd. dollar olmuşdur. Dövlət neft və neft məhsulları, pambıq və
düyü ixracatına inhisarı öz əlində saxlamışdır. Ənənəvi ixracat
malları aşağıdakılardır: neft və neft məhsulları (bütün ixracat
həcminin 50%-ə yaxını), alüminium, çiyidli-pambıq, iplik, parça,
əczaçılıq malları, sintetik yuyucu malları, tütün məmulatları və son
dövrlərdə bu siyahıya təbii qaz da əlavə edilmişdir.
İdxal məhsulları: taxıl, ət və süd məhsulları, metal prokatı,
avadanlıq, nəqliyyat vasitələri, elektrik mühərrikləri, ağac
materialları, yanacaq və neft məhsulları. İxracatdan əldə olunan
vəsait idxal məsrəflərinin 30 faizini ödəyir. Yaranmış kəsir fərqi
turizmdən, Süveyş kanalından istifadədən, xaricdə işləyən misirlilərin
pul köçürülmələri hesabına ödənir.
Misirin ixrac mallarının ən böyük alıcısı ABŞ-dir. Misirə ən
çox mal göndərən isə Avropa İttifaqı ölkələridir. Misir 2001-ci ildən
Avropa İttifaqının assosiativ üzvüdür. Bunun sayəsində Misir malları
(ərzaq, pambıq və iplik istisna olmaqla) Avropa İttifaqı ölkələrinin
bazarlarına gömrük rüsumu qoyulmadan çıxarılır.
Ölkənin pul vahidi – Misir funtudur. 1 ABŞ dolları təqribən 4
funta (2004-cü il) bərabərdir.
Maliyyə sistemi. Mərkəzi bankın başçılıq etdiyi bank sisteminə
179
80 bank daxildir (2005-ci ildə). Bunlardan Milli bank, Qahirə bankı,
İsgəndəriyyə bankı, Misir bankı (bütün bank aktivlərinin 70 faizi
bunların payına düşür) qabaqcıl banklardır. Özəl banklardan
«Beynəlxalq Kommersiya Bankı» və «Misir İnterneşnl» bankları
(aktivlərin 10 faizi) gözə çarpandır. Bank sisteminin liberallaşmasında
əsas mərhələ dövlət bankı səhmlərinin özəl şəxslərə satışına icazə
verən 1998-ci il qanununun qəbul edilməsidir. Ölkədə inflyasiya
səviyyəsi 2003-cü ildə 3,1 faiz olmuşdur. Misir özünün milli pul
vahidinin konversiya edilməsinə nail olmuşdur.
Ölkədə maliyyə sahəsinin özəlləşdirilməsinə imkan verəcək
kifayət dərəcədə möhkəm iqtisadi baza mövcuddur. Bu durum
hökumət üçün iqtisadiyyatın perspektivli sektorlarını vergidən azad
etməyə yol açmışdır. Ödənc balansı son onillik müddətində defisitlə
təkmilləşdirilmişdir. Xarici borclar 2004-cü ildə 24 mlrd. dollar
(ümumi daxili məhsulun 36 faizi) səviyyəsinə çatmışdır. Paris klubu
çərçivəsindəki danışıqlar nəticəsində Misir xarici borcların 24,5 mlrd.
dollar məbləğinin mərhələlərlə silinməsinə və borcların qalıq
hissəsinin ödənişinin 25 il müddətində həyata keçirilməsinə nail
olmuşdur.
Ölkə iqtisadiyyatını qaldırmaq, yoxsulluq və işsizlikdən yaxa
qurtarmaq üçün Misir hökuməti müxtəlif yollardan istifadə edir.
Bunlardan biri də Azad İqtisadi Zonaların yaradılmasıdır. İlk belə
zona Port-Səid şəhərində yaradılmışdır. İsgəndəriyyə şəhərinə yaxın
Qahirə-İsgəndəriyyə avtomobil trassında Əl-Əmriyyə adlı Azad
Ticarət Zonası təşkil edilmişdir. Burada topdan satış ticarəti və
yüklərin saxlanılması əməliyyatları həyata keçirilir. Belə funksiyalı
Azad Ticarət Zonası Süveyş, Naser-Siti, İsmailiyyə və Safaq
şəhərlərində təşkil edilmişdir.
Azad Ticarət Zonası rejimi investorları gömrük rüsumundan,
digər vergilərdən və ödəmələrdən azad edir. Belə iş üsulu Misirə
idxal olunan avadanlıq, mexanizm və nəqliyyat vasitələrinə şamil
edilir. Obyektin istifadəyə verilməsindən sonra investorun həyata
keçirdiyi gəlir bölgüsü vergi qanunvericiliyinin təsirindən azaddır.
Misir qanunvericiliyinə görə ayrı-ayrı müəssisələrə onların harada
yerləşməsindən asılı olmayaraq Azad Ticarət Zonası rejimində
fəaliyyət göstərmələrinə icazə verilir. Bu, lisenziya ilə rəsmiləşdirilir.
180
OMAN SULTANLIĞI*
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqeyi. Ərəbistan yarımadasının cənub-şərqində
yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən
Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası
ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212
min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası
dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri
qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman
sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya
olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd
mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və
gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur.
Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə
2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi
strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin
dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır.
Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta
əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi
Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır.
Səth quruluşu və faydalı qazıntıları. Ölkə ərazisinin 82
faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15
faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə
qədər olan dənizsahili ovalıqlar tutur. Omanın ən aşağı nöqtəsi dəniz
səviyyəsindən 33 m, ən yüksək nöqtəsi 3353 m hündürlükdədir.
Oman körfəzi sahilində ensiz Əl-Bəttin ovalığı uzanır. Ovalığın
qərbində o qədər də hündür olmayan Əl-Həcər və Əl-Gərbi dağları
yerləşir. Dağlar cənub-qərbdə tədricən yüksəlir. Müsəndam
yarımadasının şimal hissəsindən Ras-əl-hədd burnuna qədər 1000 km
məsafədə Həcər dağları uzanır. O, üç hissəyə: Qərbi, Şərqi və
Mərkəzi Həcər dağlarına bölünür. Həcər dağlarının ən yüksək nöqtəsi
olan Şam zirvəsi (3353 m) Mərkəzi Həcər dağlarında yerləşir. Həcər
* Şəhərin banisi Oman -ben-İbrahimin şərəfinə belə adlandırılıb.
181
dağları strukturuna və geoloji quruluşuna görə İrandakı Məklqi
dağlarına bənzəyir. Həcər dağlarının şimali-şərqində eni 45-50 km-ə
çatan Əl-Bəttin adlanan sahil ovalığı yerləşir. Həcər dağlarından
qərbə hündürlük tədricən enir və xarici görünüşcə gölə bənzər çınqıllı
düzənliyə, daha sonra isə Rəb-əl-Xali səhrasına keçir
Rüb-əl-Xali səhrasının Omana aid olan hissəsinin uzunluğu
1100, eni 550-600 km-dir. Səhradan cənub-qərbdə Dofar təbiicoğrafi
vilayəti yerləşir. Dofar vilayəti dəniz səviyyəsindən 1000-
1300 m hündürlükdədir.
Neft və təbii qaz istisna olmaqla ölkənin təbii sərvətləri zəif
öyrənilmişdir. Ölkədə manqan, xromit, mis, dəmir filizləri ehtiyatları
haqqında məlumatlar vardır. Ölkənin müxtəlif bölgələrində duz, Sur
şəhəri yaxınlığında daş kömür yataqları aşkar edilmişdir.
İqlimi və hidroqrafiyası. Oman tropik enliklərdə yerləşdiyindən
ölkədə tropik iqlim hakimdir. Sahil ərazilərin iqlimi subtropik,
rütubətli, daxili bölgələrdə isə quru, kəskin kontinental,
gündüz və gecə temperaturlarının fərqli olması ilə səciyyələnir.
Sahildə may-iyun aylarında temperatur +40 dərəcə C-yə çatır. Daxili
bölgələrdə yay aylarında temperatur +50 dərəcə C-yə qədər yüksəlir.
Noyabrın axırından martın əvvəlinədək keçən payız-qış mövsümü
kifayət qədər yumşaq və sərin keçir.
Ölkənin paytaxtı Məsqət dünyanın ən isti iqlimi olan şəhərlərindən
biridir. Omanda yanvar ayının orta temperaturu +21
dərəcə C, iyun ayının isə +34 dərəcə C-dir. Orta illik temperatur +27-
28 dərəcə C-dən aşağı düşmür. Yazda və yayın əvvəllərində
Ərəbistan yarımadasının səhralarından əsən küləklər havanın
hərarətini çox yüksəldir. İlin sərin keçən aylarında ərazidə şimal-şərq
mussonları hakim olduğundan dağlara yağıntı nisbətən çox düşür
(500 mm-ə qədər).
Həm daxili bölgələrdə, həm də sahillərdə yağıntıların miqdarı
dəyişkəndir (25 mm ilə 125 mm arasında). Yağıntılar əsasən qışda və
yayın əvvəlində düşür. Ən yağıntılı ay fevraldır. Əl-Əhdar yaylası
məsaməli su keçirən süxürlardan təşkil olunduğundan buraya yağan
yağış suları torpağın səthində durmur və tezliklə aşağı horizontlara
süzülür. Nəticədə onlar qrunt sularının yaranmasına səbəb olur.
Qrunt sularından da Əl-Bəttin sahil ovalığının məhsuldar
torpaqlarını suvarmaq üçün istifadə olunur. Fələc adlanan bu süni
yeraltı suvarma kanalları ölkənin bir çox bölgələrində əkinçiliyi
182
inkişaf etdirmək üçün çox əlverişlidir. Bu suvarma sisteminin
üstünlüyü ondan ibarətdir ki, buxarlanma nəticəsində suyun itməsi
təhlükəsi aradan qalxır, hətta uzunsürən quraqlıqda su axını burada
tamamilə kəsilmir, əhəng qatı altında yığılan suyun təbii çıxış
yerlərində vahələr əmələ gəlir.
Cənub-qərb mussonları Dofarın dağlıq hissələrinə də rütubət
gətirir. Yağıntılar dağların yuxarı hissələrindəki subalp və alp
çəmənlərinə həyat verir və dərələrdə subtropik bitkilərin inkişafına
səbəb olur ki, bu da Ərəbistanın təbii landşaftı üçün tamamilə qeyriadi
haldır. Sahildəki düzənliklərin bəzi yerlərində xurma bitir.
Omanda daimi axarı olan çaylar yoxdur. Yağış halında düşən
atmosfer çöküntülərinin bir qismi torpağın altına keçərək vadilər
vasitəsilə Oman körfəzinə tərəf axır, bir qismi isə səhralarda itib
batır. Bu vadilərin suayırıcısı Həcər dağlarıdır. Bu dağlardan şimalda
Əs-Səlil, Əl-Ayn, cənubda isə Xəlfə vadiləri uzanır. Ölkənin ən
böyük (uzunluğu 200 km) vadisi Xəlfədir.
Torpaq və bitki örtüyü. Omanın torpaq örtüyü, fauna və
florasını isti və quraq iqlim formalaşdırır. Qışda yağıntılar yağan vaxt
səhra, yabanı acı qarpız tağları və dəvələrin çox sevdiyi qırmızımtıl
kolluqlarla örtülür. Bəzi vadilərdə ilb adlanan qollu-budaqlı ağaclara
da rast gəlmək olur. İlbin oduncağından tikintidə istifadə edilir,
albalıya oxşar qırmızı rəngli meyvələri yeyilir, yarpaqları isə keçilər
üçün yemdir. Ölkədə Vadi-Serin adlanan təbii qoruq yaradılmışdır.
Omanın sahil sularında sənaye əhəmiyyətli qiymətli balıqlar (tunets,
makrel, sardin, köpək balığı), başayaqlılar (kalmar, iblis),
buğumayaqlılar (lanqust, krevet) və s. vardır.
Omanın təbii landşaftı pozulmağa daha tez məruz qaldığından
son illərdə ölkənin ekoloji durumunun tarazlığına, ətraf mühitin
mühafizəsinə diqqət artırılır. Təbii landşaftı qorumaq üçün ölkənin
bəzi bölgələrində qoruqlar salınsa da, amma bu işlər lazımı səviyyədə
inkişaf edə bilməmişdir.
183
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Ərəb ölkələrinin tarixi ilə məşğul olanların fikrincə Omanın
ərazisi ən qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan əvvəl IVIII
minilliklərdə Omanın dəniz sahilləri Cənub-Qərbi Asiya ilə
Cənubi Asiya ölkələri arasında gedən ticarətdə mühüm rol oynayırdı.
Eramızdan əvvəl birinci minilliyin əvvəllərində Omanda yəməni ərəb
tayfa birliklərinin hakim mövqe tutması onun Cənub-Qərbi Ərəbistan
ilə əlaqələrinin möhkəmlənməsinə, dövlətin formalaşmasına və
iqtisadiyyatının inkişafına təsir göstərdi. Lakin VI yüzillikdə
Sasanilərin basqınları, qonşu bədəvi tayfaların dağıdıcı hücumları
Omanı çox sarsıtdı.
VII yüzillikdə Ərəb xilafətinin tərkibinə qatılmaqla Oman
feodal münasibətləri inkişaf edən bir dövlətə çevrilir. VIII yüzilliyin
ortalarında isə Oman (ibadi məzhəbinin rəhbərliyi altında)
müstəqillik əldə edir. İbadilər silahlı çıxış və üsyandan imtina edir,
dini təbliğat vasitəsilə xəlifə canişinləri ilə yaxşı münasibət saxlamağa
çalışırdılar. Bu hərəkat sonradan şərqi Afrikaya da yayıldı.
İbadilər Omanda öz imamlığını yaratdılar. İbadi imamları həm dini,
həm də siyasi hakimiyyətə malik idilər.
Konstantinopolun (İstanbul) 1453-cü ildə türklər tərəfindən
zəbt edilməsi Avropa ölkələrini şərqə doğru yeni dəniz yolları
axtarmağa vadar etdi. 1507-ci ildə Portuqaliya admiralı Alfonso
Albukerkin gəmiləri dənizdən Məsqət şəhərini atəşə tutduqdan sonra
sahil şəhərlərini talan etdilər. Sonradan Omanın dəniz sahilləri
Hollandiya, Fransa, XVII yüzillikdə İngiltərə və Nəcd ərəbləri
arasında mübarizə meydanına çevrilir. Omanın müasir sərhədləri
daxilində əvvəllər Məsqət sultanlığı və Oman imamlığı adlanan
inzibati vahidlər mövcud olub. Hələ XIX əsrin əvvəllərində coğrafi
və hərbi-strateji baxımdan əlverişli mövqeyi olan Oman və Məsqət
İngiltərənin nəzarəti altında idarə olunurdu. Məsqət sultanlığı ilə
İngiltərə arasında isə “Xüsusi müqavilələr” imzalanmışdı.
1913-cü ildə Oman imamlığı Məsqət sultanlığının tərkibindən
ayrılaraq özünü müstəqil dövlət elan edir. İngiltərə tərəfindən
silahlandırılan Məsqət sultanlığı Oman imamlığını özünə tabe
etdirmək üçün onunla 7 il müharibə aparır. Bu müddətdə imamlığı
özünə tabe etdirə bilmədiyindən 1920-ci ildə bağlanmış Sib
184
müqaviləsinin şərtlərinə əsasən Oman imamlığı Məsqət sultanlığından
ayrılaraq müstəqil elan olunur.
35 ildən sonra yenə də rəsmi Londonun yaxından iştirakı ilə
Məsqət sultanının qoşunları imamlığın ərazisini zəbt edir və İngiltərə
onu Məsqət sultanlığının bir bölgəsi elan edir. Bir neçə ərəb ölkəsi
Böyük Britaniyanın bu siyasi addımını pisləyir. 1958-ci ildən
etibarən Oman-Məsqət münaqişəsi BMT-nin Baş Məclisinin
sessiyalarında dəfələrlə müzakirə olunsa da rəsmi London Oman
imamlığının müstəqilliyi barədə beynəlxalq səviyyələrdə qəbul
olunan qərarları, verilən qətnamələri «qulaqardına» vurur.
Ötən əsrin 60-cı illərinin ortalarında Omanda mühüm hadisələr
baş verir. 1967-ci ilin avqustunda ilk neft quyusu fontan vurur. Əgər
bu hadisəyə qədər Oman, əsasən qonşu ölkələrə kənd təsərrüfatı
məhsulları satıb, bir ildə 1mln. funt sterlinq dəyərində gəlir əldə
edirdisə, 1967-ci ildə bu rəqəm 13, 1970-ci ildə isə 73 mln. funt
sterlinqə bərabər oldu. Amma o vaxt hakimiyyətdə olan Sultan Səid
ben Teymur «Allahın bəxş etdiyi nemətin» gətirdiyi vəsaitdən
səmərəli istifadə edə bilmirdi.
Deyilənlərə görə banklara etibar etməyən sultan neft satışından
əldə olunan vəsaiti hər gün üstündə yatdığı döşəyin altında yığıb
saxlayırmış. Ümumiyyətlə isə o, hər cür yeniliyin əleyhinə olub.
Məsələn, sultan öz təbəələrinə eynək taxmağı, ictimai yerlərdə siqaret
çəkməyi qadağan etmişdir. O vaxtlar ölkə işıqsız, qəzet-jurnalsız və
idxalına qadağan qoyulmuş radio, telefon və avtomobilsiz yaşayırdı.
Yeni ev tikmək və ya radioqəbuledici almaq istəyənlərin hər biri
sultandan icazə almalı idi.
1970-ci ilə qədər Omanda cəmi iki məktəb və bir şəhər xəstəxanası
mövcud idi. Məktəblər ancaq oğlanlar üçün idi. Sultan
sarayından təyyarə meydanına qədər çəkilmiş yeganə asfalt yolun
uzunluğu 12 km-dən çox deyildi. Gün batandan sonra Məsqət
şəhərinin qapıları bağlanırdı. Hər hansı bir iş üçün gecə küçəyə
çıxmağa məcbur olan şəxs əlindəki neft lampası ilə mütləq özünü
işıqlandırmalı idi. Əks təqdirdə onu istintaqsız və məhkəməsiz
həbsxana gözləyirdi.
Belə bir şəraitdə yenə də Böyük Britaniyanın köməyi ilə 1970-
ci ilin 23 iyulunda Omanda saray çevrilişi təşkil olunur və Sultan
Səid ben Teymurun oğlu Kabus ben Səid ben Teymur atasının taxttacına
sahib olur və Omanı müstəqil dövlət elan edir. 1970-ci ilin
185
avqustunda isə paytaxtı Məsqət şəhəri olan dövlət Oman Sultanlığı
adını qəbul edir. Omanın tərkibinə islahatçı sultan kimi daxil olmuş
Kabus ben Səid Səidilər səlaləsindən 14-cü sultandır.
Sultan Kabusa atasından əslində çox kasıb, siyasi və etnik
cəhətdən çox qeyri-sabit bir ölkə miras qalmışdır. O vaxtlar ölkə
iqtisadiyyatının əsasını təşkil edən neftçıxarma xarici şirkətlərin
əlində idi. Nəzərə alsaq ki, ölkədə mütəxəssis yox idi, əslində onların
hazırlığı üçün imkanlar da yox idi onda problemin ağırlığı, vəziyyətin
gərginliyi aydın olar. Geriliyin bir səbəbi də dövlət sərhədlərinin
demarkasiya olunmamasında idi. Bundan başqa ölkənin müxtəlif
bölgələri arasında hərc-mərclik hökm sürürdü. Nisbətən inkişaf etmiş
sahil bölgələri ilə geri qalmış mərkəz bölgələri arasında əlaqələr,
demək olar ki, mövcud deyildi.
Hakimiyyətə başladığı ilk gündən sultan Kabus özünün daxili
siyasətinin əsas istiqamətlərini bir sözlə – «modernləşdirmə» sözü ilə
təyin etdi. Bununla yanaşı öz təbəələrinin mömünlüyünü nəzərə
alaraq sultan belə bir şüar da irəli sürdü: «Bizim qanunumuz da,
konstitusiyamız da Qurani Kərimdir». Bundan sonra o ölkədə
modernləşdirmə işlərinə başladı. Yol tikintisi işlərini alman, tibb
işlərini isveç, arxeologiya işlərini italyan, memarlıq işlərini kiprli,
parksalma işlərini filippin mütəxəssislərinə tapşırdı. 1970-ci ildə
Oman radiosu, beş ildən sonra isə televiziyası ilk verilişlərinə
başladı. 1973-cü ildə ölkənin ilk beynəlxalq təyyarə meydanı, bir
ildən sonra isə dəniz portu fəaliyyət göstərməyə başladı.
Modernləşdirmə proqramının əsas istiqamətlərindən biri də
təhsil sahəsində baş verdi. 1972-ci ildə oğlanlar və qızlar üçün onlarca
pulsuz məktəblər açılır. 1986-cı ildə isə Sultan Kabus adına
ölkənin ilk universiteti fəaliyyətə başlayır. Ötən əsrin 70-ci illərinin
ortalarından sultanın fərmanı ilə Milli inkişaf şurası yaradılır və
1976-80-ci illəri əhatə edən ilk beşillik plan qəbul edilir. Sonradan
iqtisadi və sosial inkişafın digər beşillik planları da qəbul edilir.
Dövlət quruluşu. Oman mütləq monarxiyadır. Müstəqil Omanın
ilk konstitusiyası 1996-cı ildə qəbul edilmişdir. Dövlətin rəhbəri
sultandır. Hakimiyyət yalnız kişilərə ötürülür. Qanunvericilik
hakimiyyəti sultana, icra hakimiyyəti isə sultana və hökumətə
mənsubdur. Sultan hökumətə rəhbərlik edir və eyni zamanda xarici
işlər, müdafiə və maliyyə nazirləri vəzifələrini də əlində saxlayır.
Hökumətin tərkibinə sultan Kabusun şəxsi nümayəndəsi (Baş nazir
186
müavini) və 25 nazir daxildir.
Konstitusiyaya görə ikipalatalı məşvərətçi orqan-Oman Şurası
(83 üzvü vardır) və Dövlət Şurası (48 üzv) fəaliyyət göstərir. Ali
məhkəmə orqanları – İslam və şəriət məhkəmələridir. Ölkədə siyasi
partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edilmişdir.
Oman sultanlığı BMT, Ərəb Dövlətləri Liqası, İslam Konfransı
Təşkilatlarının üzvüdür. Ölkənin milli bayramı – 18 noyabr günüdür.
1971-ci ildən ölkə bu günü – Milli gün bayramı kimi geniş qeyd edir.
Oman dünya birliyində öz layiqli yerini tutmaq üzrədir. 1970-
ci ilə qədər Omanın beynəlxalq sahədəki bütün maraqlarını Böyük
Britaniya təmsil edirdi. 1971-ci ildən Oman qısa müddətdə xarici, ilk
növbədə ərəb, sonra İslam, daha sonra dünyanın başqa dövlətləri ilə
münasibətlərini nizama salır. Hazırda ölkədə 70-ə qədər xarici
ölkənin səfirlikləri fəaliyyət göstərir. Sultanlıq da dünyanın 50-yə
yaxın ölkəsində öz səfirliyini açmışdır. Ümumiyyətlə, Oman
sultanlığı Qərb təmayüllü istiqamət götürmüş ölkələrdən biridir.
Böyük Britaniya və ABŞ ilə münasibətləri çox yaxındır. Dövlət
idarəçiliyində Böyük Britaniya müşavirlərinin rolu hələ də öz
əhəmiyyətini saxlayır. ABŞ-in hərbi hava qüvvələrinə isə istənilən
vaxt Omanın bəzi təyyarə meydanlarından istifadə etmək imkanı
verilib.
Azərbaycan Respublikası ilə münasibətləri. Oman sultanlığı
Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən
biridir (30.XII.1991). İki ölkə arasında diplomatik əlaqələr 1992-ci
ilin 13 iyulunda yaranmışdır.
Oman sultanlığı beynəlxalq təşkilatlar (BMT, İKT və s.)
çərçivəsində Ermənistan Respublikasının Azərbaycana qarşı hərbi
təcavüzü ilə bağlı qətnamələrinin qəbul edilməsində Azərbaycanın
mövqeyini daim müdafiə etmişdir. İki ölkənin xarici işlər nazirləri
arasında diplomatik yazışmalar həyata keçirilir. Azərbaycan
Respublikasının Səudiyyə Ərəbistanı məlikliyindəki səfiri həm də
Oman sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
2003-cü ildə «Azərbaycan Hava Yolları» Dövlət Konserninin
nümayəndə heyəti Omanda olmuş və Oman sultanlığı hökuməti
arasında hava əlaqələri yaratmaq barədə saziş imzalamışlar.
2004-cü ilin martında Oman Mərkəzi Bankının nümayəndə
heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış və
əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan Respub187
likasının xarici işlər naziri 2005-ci ilin aprel ayında Omana etdiyi
rəsmi səfər çərçivəsində sultanlığın baş nazirinin müavini, xarici işlər
naziri və başqa nazir və rəsmi şəxslərlə görüşmüşdür. Səfər zamanı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Oman sultanlığı
Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Anlaşma
Memorandumu imzalanmışdır.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
2005-ci ilin məlumatlarına əsasən Oman əhalisinin sayı 3 mln.
nəfəri ötmüşdür. Bu göstəriciyə görə dünyada 135-ci yeri tutur.
Oman illik təbii artımı böyük olan ölkələrdən biridir. Ötən əsrin 90-cı
illərində əhalinin illik artım tempi 3,7 faizə bərabər idi. Hazırda bu
rəqəm 3 faizə enmişdir. Əhalinin təqribən 1/3-i iki şəhərdə – paytaxt
Məsqət və liman şəhəri Mətrahda məskunlaşıb. XXI yüzilliyin
əvvəlləri üçün hər 1000 nəfərə anadan olanların sayı 42, ölənlərin
sayı isə 12 nəfərdir. Körpələr və uşaqlar arasında ölüm halları
çoxdur. Gözlənilən uzunömürlülük 75 ildir (kişilər üçün 71, qadınlar
üçün 73 yaş). Əhalinin təqribən 80 faizi ərəb, qalanları isə Pakistan
və Hindistandan gələn müsəlmanlardır. Bu yerlərə gəlib çıxmış
Yəmən ərəbləri (yəmənilər) ölkənin şimalında, Səudiyyə Ərəbistanı
məlikliyinin Nəcd əyalətindən gələn ərəb tayfaları (nizarilər) isə
cənubda məskunlaşmışlar.
Yeddinci yüzilliyin axırlarında omanlılar Şərqi Afrikaya daxil
olaraq yerli əhalinin formalaşmasına da müəyyən dərəcədə təsir
etmişlər. Omanın qul tacirləri uzun əsrlər boyu Ərəbistan
yarımadasının müxtəlif bölgələrinə Afrikadan gətirdikləri qulları
satmaqla məşğul olmuşdur.
Qədim adət və ənənələrinə sadiq qalan Oman əhalisi iki qrupa:
«ərəb ariba» (yerli ərəblər) və «musta ariba» (qarışıq ərəblər)
bölünür. Omanın dəniz sahillərində məskunlaşan ərəblərin Afrika
zənci qulları ilə qarışığından mulatlar törəmişdir. Ona görə
omanlıların bir qisminin xarici görünüşlərində qara rəngli çalarlar
üstünlük təşkil edir. Bununla belə ölkənin daxili bölgələrində
yaşayan tayfalar avropoid irqini qoruyub saxlamışlar.
Omanlılar arasında tarixdə məskunlaşmış şəxsiyyətlər də az
olmayıb. Dənizçi Sindbadın omanlı olması hamıya məlumdur.
Məşhur səyyah Vasqo da Qamanın gəmilərinin Hindistana omanlı
188
bosman Əhməd ben Məcid aparıb. XVII yüzillikdə omanlı səyyah və
dənizçi Əbu Übeydə ben Abdulla ben Qasim yelkənli gəmidə ilk dəfə
dünya səyahətinə çıxıb.
Omanda rəsmi dil ərəb dilidir. Şəhərlərdə ingilis dili də çox
işlədilir. Dövlət dini İslamın təriqətlərindən olan ibadilikdir. Bu
təriqətin meydana gəlməsi VII yüzilliyin ortalarına təsadüf edir.
Həmin dövrdə müsəlman siyasi təşkilatları yaranır. Bu təşkilatlar
VIII yüzilliyin ortalarında Omanda öz imamlığını yaradırlar. İbadi
tərəfdarları özlərini «həqiqi müsəlman» və ya «məsləkinə görə canını
fəda edən» adlandırırlar. Ölkə sultanı ibadilərin başçısı sayılan
imamdır. Əhalinin böyük bir hissəsi sünnü, farslar, pakistanlılar və
hindlilər isə şiə müsəlmanlardır. Şiə icması sayca az olsa da
nüfuzludur. Onlar Əl-Bəttin düzənliyində daha çox məskunlaşmışlar.
Omanın dövlət dili ərəb dilidir. İngilis, bəluc, urdu və hindi
dilləri də geniş yayılmışdır.
Yaşlı əhalinin 76 faizi savadlıdır. Təhsilin bütün növləri pulsuzdur.
Ali təhsil verən məktəblərdən ən nüfuzlusu 1985-ci ildə
Məsqətdə təsis olunan Sultan Kabus Universitetidir. 3 min nəfərdən
çox tələbə xaricdə təhsil alır. Omanda 1972-ci ildən təhsil pulsuzdur
və hər iki cinsdən (kişilər və qadınlar) olanlar üçün eyni şərait
yaradılmışdır. Son 30 ildə ölkədə 300 ibtidai məktəb açılmışdır.
Humanitar, tibb, təbiət elmləri, kənd təsərrüfatı, texnika, iqtisadiyyat
və pedaqoji ixtisaslar üzrə kolleclərdə tələbə hazırlığı aparılır.
Şəhərlərdə qadınlar ictimai həyatda kişilərlə bərabər çalışırlar.
Omanda yaşayanların təqribən 55 faizi şəhərlərdə, qalanları isə
kənd yerlərində məskunlaşıb. Məsqət, Mətrah, Nəzva, Səlalə, Sur
nisbətən böyük şəhərlərdir.
Paytaxt Məsqətdə 400 min nəfərə yaxın əhali yaşayır. Körfəz
sahilində, sıldırım dağ yamaclarında yerləşmiş Məsqət bütün
göstəricilərə görə ölkənin ən böyük şəhəridir. XVI yüzillikdə şəhəri
dənizdən qorumaq məqsədilə portuqaliyalılar onu daş hasarla əhatəyə
alır (Bakının İçərişəhəri kimi). Məqsətin köhnə tikililəri də bu
hissədə qalmışdır.
Əhalinin sayı artdıqca Məsqət şimala doğru genişlənmiş və
onun 4-5 km-də Mətrah adlanan peyk şəhər salınmışdır. Əslində bu
şəhərlər artıq birləşmişlər. Yeni şəhərdə müasir üslubda evlər,
küçələr, yaşıllıqlar salınmışdır. Möhtəşəm görkəmi olan sultan sarayı
da yeni hissədədir. Məsqətdə məscidlərin sayı məktəblərin sayından
189
çoxdur. Məsqət eyni zamanda ölkənin ən böyük nəqliyyat
mərkəzidir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə
meydanı fəaliyyət göstərir. Məsqətdə 40-a yaxın məscid vardır.
Qahirə və Bağdaddan fərqli olaraq onların yaranma tarixini müəyyənləşdirmək
o qədər də asan deyil. Şəhərdə olan məscidlər başqa
ərəb ölkələrində yerləşən məscidlərdən tamamilə fərqlənir. İbadilər
öz təlimlərində İslam dinində olan qayda-qanunları sadələşdirirlər.
Ona görə də ibadilərin məscidləri minarə və digər bəzək-düzəyə
malik deyil.
4. İqtisadiyyatı
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı
o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı
illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss
olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır.
Lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft
satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin
yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına
yönəldilir.
Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement,
ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli
müəssisələrin tikintisinə «yaşıl işıq» yandırıldı. Yeni yaradılan
müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi.
Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin
biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli
mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu
proses «omanlaşdırma» adlanır.
İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt,
Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq
Oman rəhbərliyi öz vətəndaşları üçün «parnik şəraiti» yaratmır, yəni
ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman
rəhbərliyi yaxşı başa düşür ki, 40-50 ildən sonra ölkədə neft
ehtiyatları tükənəcək. Ona görə də bu sahədən əldə edilən vəsait ilk
növbədə ölkənin iqtisadi inkişafına təkan verə biləcək obyektlərin
tikintisinə qoyulur.
2004-cü ildə ölkənin ümumdaxili məhsulunun dəyəri 22 mlrd.
190
dollar olmuşdur. Əhalinin hər nəfərinə təqribən 8000 dollar düşür.
Ötən əsrin 70-ci illərinin ortalarından neft sektoru iqtisadiyyatın
dayağı və əsas gəlir mənbəyinə çevrilmişdir. Ölkə iqtisadiyyatı
beşillik planlar üzrə inkişaf edir. Hazırda 2006-2010 illəri əhatə edən
yeddinci beşillik həyata keçirilir. Çoxsahəli iqtisadiyyatın inkişafı,
əcnəbi işçi qüvvəsini yerli sakinlərlə əvəzləmək üçün milli kadrların
ixtisaslarının artırılması əsas vəzifələrdir. Ölkə iqtisadiyyatına xarici
investisiyaların cəlb edilməsi cox əhəmiyyətli sayılır. İqtisadiyyatın
sahələr üzrə strukturuna nəzər saldıqda ümumdaxili məhsulun 3 faizi
kənd təsərrüfatından, 40 faizi sənayedən, 57 faizi xidmət
sahələrindən əldə olunur. İqtisadiyyatın orta illik artım tempi 4
faizdir.
Sənayenin aparıcı sahələri. Ötən əsrin 70-ci illərinin əvvəllərindən
ölkədə hasilat sənayesinin inkişafında tərəqqi baş verir.
Ölkədə neft axtarışı ilə məşğul olmağa 1967-ci ildən sonra başlamışlar.
İlk dəfə 1956-cı ildə «Petroleum konseşinz ltd» şirkəti Fəhud
rayonunda neft quyusu qazmışdı. Ölkə üzrə neftin kəşf edilmiş
ehtiyatları 735 mln. ton (2003), təbii qaz ehtiyatı 815 mlrd kub
metrdir. Bu iki sərvət ölkə sənayesinin aparıcı sahələridir. İllik hasilat
müvafiq olaraq 45 mln. ton və 10.5 mlrd kub metrdir.
Omanın kontinental şelfində neft axrarışı işləri ilə məşğul olan
mütəxəssislərin fikrincə dəniz dibində böyük ehtiyatı olan yataqlar
mövcud ola bilər. Ölkədən çıxarılan neftin bir qismi «Eşlend
kompani» şirkətinin 1982-ci ildə tikdirdiyi neftayırma zavodunda
emal olunur. Bu müəssisənin məhsulları ölkə tələbatını ödəyir,
çıxarılan neftin əksər hissəsi isə ixrac olunur. Yaponiya, Fransa və
Hollandiya Oman neftinin əsas alıcılarıdır. Ölkənin büdcə gəlirlərinin
əsas mənbəyini neft satışından əldə olunan gəlir təşkil edir. Neft
istehsalı və ixracı ölkədə möhkəm valyutanın yaranmaasına səbəb
olmuşdur.
Neftin kəşfiyyatı və çıxarılması illə «Petroleum Divelopment
of Oman» şirkəti məşğul olur. Şirkət kapitalının 60 faizi Oman
dövlətinə məxsusdur. Ölkədə təbii qaza olan tələbatı ödəmək və
dünya bazarına təbii qaz ixrac etmək məqsədilə 80-ci illərin
əvvəllərində tədbirlər hazırlanmışdır. 1989-cu ildə dövlət bölməsinin
kapitalı əsasında İbal-Məsqət qaz kəməri istifadəyə verilmişdir. Bu
magistral qaz kəmərindən ölkənin şimalında yerləşmiş Rusayal
sənaye mərkəzinə qollar ayrılır.
191
Təbii qazdan kibrə istehsalına başlanmışdır. 2000-ci ildən
istehsal gücü 6,2 mln ton olan maye qaz zavodu fəaliyyət göstərir.
Dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq ölkə
neftdən bir ildə 8-10 mlrd. ABŞ dolları həcmində gəlir əldə edir. Neft
və təbii qazdan başqa Omanda mis, xromit daş kömür, qızıl,
qurğuşun və s. çıxarılır. Çıxarılan mis filizi Səudiyyə Ərəbistanı
kapitalının köməyilə tikilmiş mis əritmə zavodunda emal olunur.
Emaledici sənaye inkişaf etdirilir. Bu sahənin müəssisələrində
sement, plastik kütlə məmulatları, soyuducu, un istehsal edilir, meyvə
konservləri, Şərq şirniyyatı hazırlanır, xurma qablaşdırılır, balıq
qurudulur. İqtisadiyyatın daha sürətli inkişafına maneçilik törədən
amil energetika bazasının zəifliyidir. Ölkədə mazut və qazla işləyən
bir neçə istilik elektrik stansiyası fəaliyyət göstərir.
Region ölkələrinin hamısında olduğu kimi Omanda da kustar
sənətkarlıq bizim günlərədək öz əhəmiyyətini itirməmişdir. Kustar
müəssisələrdə yeyinti məhsulları (xurma, qəhvə, Şərq şirniyyatı və s.)
istehsal olunur, gümüş, qızıl və misdən müxtəlif zinət məmulatları
hazırlanır, omanlıların çox sevdikləri soyuq silah (xəncər, bıcaq),
həmçinin dəri, müxtəlif parçalar, xalça-palaz istehsal edilir. Dəniz
sahillərində yaşayan sənətkarlar qayıq hazırlamaq üzrə
ixtisaslaşmışlar.
Kənd təsərrüfatının aparıcı sahələri. Oman tarixən maldarlıq
və əkinçilik ölkəsi kimi tanınırdı. İndinin özündə də vahə əkinçiliyi
və köçəri maldarlıq öz əhəmiyyətini saxlaya bilmişdir. Omanın lap
qədimdən şöhrət tapdığı arıçılıq heyvandarlıqda xüsusi yer tutur.
Ərazinin cəmi 7 faizi əkinçiliyə yararlıdır. Əl-Bəttin vadisi və sahil
düzənliyi ölkənin mühüm əkinçilik rayonlarıdır. Omanda suvarma
məqsədilə yaradılmış yeraltı kanallardan – fələclərdən istifadə geniş
yayılmışdır. Əkin sahələrinin 95 faizi suvarılır.
Əkinçilikdə xurma becərilməsi üstünlük təşkil edir. Ən böyük
xurma plantasiyaları Əl-Bətindədir. Hər il orta hesabla 150-160 min
ton xurma toplanır. Xurma plantasiyalarında xurma ilə yanaşı
subtropik və tropik meyvələr – limon, manqo, banan, nar, üzüm və s.
yetişdirilir. Limon yetişdirilməsi xüsusilə əhəmiyyətlidir. Yığılan
limonun xeyli hissəsi ixrac olunur. Dənli bitkilərdən suya və münbit
torpağa çox tələbkar olmayan durra əkinləri üstunlük təşkil edir.
Buğda və arpa suvarılan torpaqlarda, tütün və şəkər qamışı isə
ölkənin cənubunda yetişdirilir. Omanda tərəvəz və bostan bitkiləri də
192
becərilir.
Heyvandarlıq ənənəvi sahə olsa da ekstensiv xarakter daşıdığından
lazımi səviyyədə inkişaf edə bilməmişdir. Ölkənin fizikicoğrafi
şəraiti davar və dəvə saxlamaq üçün əlverişlidir. Balıq və
mirvari ovu omanlıların ənənəvi vərdişlərindən sayılır. Sahil sularında
ilboyu balıq ovlanır (bir ildə 100 min ton). Ovlanan balığın 80
faizi ixrac edilir. Ən böyük balıq vətəgələri Barka yaxınlığındadır.
Sahildə balığın emalı üzrə müəssisələr tikilmişdir. Omanlılar Ərəbistan
dənizi sahillərində dəniz bağaları da ovlayırlar. Bağanın əti
yeyilir, qunu isə satılır. İllik balıq ovu 120 min ton həddindədir.
Nəqliyyatı və xarici siyasəti. Omanda nəqliyyat sistemi zəif
inkişaf etmişdir. Ölkədə dəmir yol xətti yoxdur. Daxili bölgələr ilə
əlaqələrdə avtomobil yolları ilə bərabər karvan yolları da öz əhəmiyyətini
saxlamışdır. Son illərdə xarici mütəxəssislərin köməyilə
Oman körfəzi sahilboyu Məsqət-Əs Suhar istiqamətində 790 km
uzunluğunda müasir tələbatlara cavab verən şosse yolu çəkilmiş,
Məsqət yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı, Mina
Kabusda isə iri dəniz portu salınmışdır. Soxar şəhərində ən müasir
gəmilərə xidmət edən dərinsulu port salınır.
Xarici ticarət. Oman iqtisadiyyatı üçün xarici tacarətin əhəmiyyəti
ölçüyəgəlməzdir. Ölkədən neft, neft məhsulları, balıq, meyvə,
tərəvəz və s. ixrac edilir. Çox işlənən mallar, maşın və avadanlıq,
nəqliyyat vasitələri, çatışmayan ərzaq və s. idxal olunur. Əsas
etibarilə Böyük Britaniya, Yaponiya, Hollandiya, ABŞ, Cənubi
Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı ilə
ticarət edir. Milli pul vahidi Oman rialıdır. Bir rial təqribən 3 ABŞ
dollarına bərabər tutulur.
Oman xarici iqtisadi əlaqələrində İran körfəzi ölkələrinin
əməkdaşlıq Şurasına daxil olan ölkələrlə qarşılıqlı sərfəli əlaqələrin
möhkəmləndirilməsinə üstünlük verir. Omanın telekommunikasiya
sistemi İran körfəzi zonasında qabaqcıl sayılır. Omana hər il 400-500
min nəfər əcnəbi turist gəlir.
193
SURİYA ƏRƏB RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqeyi. Yaxın Şərq ölkələrindən biri olan Suriya
Asiya qitəsinin qərbində yerləşir. Beş ölkə – Türkiyə, İraq, Ürdün,
Livan və İsraillə həmsərhəddir. Şimal-şərqdə 183 km məsafədə
Aralıq dənizinə çıxışı var. Sahəsi 185,2 min kv. km-dir. 1967-ci ildə
baş vermiş İsrail-Ərəb müharibəsi nəticəsində Suriya torpaqlarının
Colan təpəlikləri adlanan kiçik bir hissəsi (təqribən 1,0 min kv. km)
İsrail tərəfindən zəbt olunub. Sahəsinə görə dünya ölkələri içərisində
86-cı yeri tutur.
Ölkənin coğrafi və hərbi-strateji mövqeyi çox əlverişlidir.
Qərbi Asiyanı Afrika və Aralıq dənizi ölkələri ilə birləşdirən mühüm
hava, avtomobil yollarının bəziləri Suriya ərazisindən keçir. Digər
tərəfdən Aralıq dənizinə birbaşa çıxışı olmayan İraq və Ürdün Suriya
torpaqlarından keçməklə Avropa və Şimali Afrika ölkələri ilə əlaqə
saxlayır.
Səth quruluşu və faydalı qazıntıları. Suriyanın ərazisi iki:
dağlıq qərb və düzənlik şərq hissəyə ayrılır. Ərazinin çox hissəsi
şimal-qərbdən cənub-şərqə Mesopotamiya ovalığı ilə İran körfəzinə
tərəf meylli olan, hündürlüyü 700-200 metr arasında tərəddüd edən
yüksəklikdir. Qərb hissə sahilboyu düzənliklərdən, dağ
sistemlərindən və tektonik mənşəli dərələrdən ibarətdir.
Ölkənin qərbində yerləşmiş düzənlik təqribən 200 km
məsafədə ensiz (10- 30 km) zolaq şəklində Aralıq dənizi sahili
boyunca uzanır. Şərqə getdikcə düzənlik tədricən dağlıq bölgəyə
birləşir.
Suriya sözünə ilk dəfə klassik antik ədəbiyyatında Esxil* və
Herodotun** əsərlərində rast gəlinir və belə güman edilir ki, bu yunan
* Esxil – qədim yunan dramaturqu. Yunanıstan – İran müharibəsində
iştirak etmişdir. Əsərlərində dövrünün fəlsəfəsi, siyasi-ictimai, əxlaqi
məsələlərinə toxunulmuşdur.
** Herodot – qədim yunan tarixçisi. Tarix adlanan məşhur əsərin
müəllifi. Bir neçə Şərq ölkəsinin tarixi, coğrafiyası, əhalisi, ictimai-siyasi
quruluşu barədə məlumat vermişdir.
194
mənşəli söz olub, Assuriya sözünün təhrif olunmuş şəklidir. Ərəb
tarixçiləri və səyyahları Suriya ərazisini həmişə Əş Şam
adlandırmışlar. Ulu şairimiz Nizami Gəncəvinin «Sirlər xəzinəsi»
əsərindəki «Kərpickəsən kişinin bir cavanla hekayəti» şerində Şam
(ölkə paytaxtı Dəməşqin əvvəlki adı) şəhərində baş vermiş
hadisələrdən danışılır.
Suriyalıların Bəhr adlandırdıqları Aralıq dənizi sahilboyu
düzənliyi, eləcə də bütün ölkənin təbii incisidir. Aralıq dənizinin bu
hissəsində su təmiz, şəffaf və istidir. Yanvar-mart ayları istisna
olmaqla burada ilboyu çimmək olar. Çimərliklər bəzi yerlərdə çınqıl
adlanan xırda daşlarla, bəzi yerlərdə açıq sarı qumlarla örtülüdür.
Laziqiyyə (Latagiya) limanı istisna olmaqla Suriyada əlverişli
təbii liman yoxdur. Vaxtilə sovet mütəxəssislərinin köməyilə
Laziqiyyədə müasir dəniz limanı salınmışdır. Sahildə yerləşmiş kiçik
buxtalardan ancaq yerli əhəmiyyətli gəmiçilikdə istifadə olunur.
Ölkənin Livan və Türkiyə ilə sərhədləri dağlıq bölgələrdən keçir.
Suriyanın ən hündür yeri Livan sərhədindəki Əş Şeyx dağlarındadır
(2814 m). Ölkənin cənub-şərqini Suriya səhrası tutur. Bu səhra
Ürdün, İraq və Səudiyyə Ərəbistanı ərazilərinə də daxil olur. Əslində
bu səhra quru çay dərələri ilə kəsilmiş yayladır. Yaylanın şimal
hissəsində Tədmor Avropa ədəbiyyatında (Palmira) vahəsi yerləşir.
Ölkənin şimal-şərqində Dəclə və Fərat çayları arasında Cəzirə yaylası
yerləşir. Cəzirə yaylasının şimal hissəsi təsərrüfat baxımından inkişaf
etmiş bir ərazi kimi tanınır. Əbd-əl-Əziz dağları bu yaylanı şimal və
cənub hissələrə bölür.
Uzunluğu 200, eni 15-30 km olan Aralıq dənizi sahilindəki
düzənlikdən şərqə qırışıq dağlar uzanır. Əl-Ğab adlanan tektonik
mənşəli dərə bu dağları bir-birindən ayırır. Eni 15-20 km olan ƏlĞab
dərəsi ilə Əl-Asi (Avropa ədəbiyyatında Oront) çayı axır. ƏlĞabdan
cənubda yerləşən dağlar Ənsariyyə adlanır. Bu dağların
ətəklərindən Hələb-Laziqiyyə və Həmat-Baniyas istiqamətində
müasir tələbatlara cavab verən şosseyolu çəkilmişdir.
Son vaxtlar aparılan geoloji kəşfiyyat işləri nəticəsində ölkədə
əhəmiyyətli faydalı qazıntı sərvətləri aşkar edilmişdir. Sənaye
əhəmiyyətli ehtiyatı təqribən 300 mln. t. olan neft əsas etibarilə
ölkənin şimal-şərqində (Suadiyyə, Rumelan, Qaraçuk, Deyrik, Xirvə
yataqları) yerləşmişdir. Tərkibində kükürdün faizi çox olan Suriya
neftinin nəql olunması və emalı bir qədər çətindir. Tədmor vahəsi
195
ətrafında fosforit çıxarılır. Laziqiyyə və Hələb şəhərləri ətrafında
aşkar edilmiş mərmər, təbii asfalt, şüşə istehsalında istifadə olunan
kvars qumları, daşduz yataqlarının iqtisadi əhəmiyyəti böyükdür.
Ölkədə aşkar edilmiş dəmir filizinin tərkibində dəmirin faizi aşağı
(30-32) olduğundan ondan geniş istifadə olunmur.
Suriya təbiəti üçün səciyyəvi olan hallardan biri də vahələrin,
yəni suvarılan əkinçilik sahələrinin olmasıdır. Ürəksıxıcı təbiəti olan
səhralar içərisində adda-budda görünən yaşıl vahələr sözün tam
mənasında cənnəti xatırladır. Belə vahələr içərisində Dəməşq Qutası
çox məşhurdur. Ümumiyyətlə, Suriya dağlarının ətəklərində
yerləşmiş bütün vahələr Quta adlanır. Dəməşq Qutasının sahəsi 300
kv. km-ə bərabərdir. Qədim zamanlardan bizim günlərə qədər
Dəməşqin hər hansı bir tərifi ilk növbədə Qutanın təsviri ilə başlayır.
Ərəb müəllifləri onu «Şərqin incisi», «Allah vergisi» və s. gözəl
adlarla adlandırırlar.
Müsəlman rəvayətlərinin birində deyildiyi kimi, gəncliyində
Məkkədən Dəməşqə karvan aparıb gətirən Məhəmməd peyğəmbər
(S) bir dəfə gül-çiçəyə bürünmüş Dəməşq Qutasını gördükdən sonra
oraya daxil olmaq istəməyib. Ondan yolunu nə üçün başqa yerdən
saldığını soruşduqda cavab verir ki, mən cənnət barədə fikirlərimin
alt-üst olmasına razı ola bilmərəm. Dəməşq Qutasında badam, qoz,
alma, əncir, ərik, sitrus meyvələri və s. yetişdirilir. Suriyanın ikinci
məşhur Qutası Tədmordur. Bu vadi Suriya səhrasının şimalında Əl-
Asi və Fərat çayları arasında yerləşmişdir. Burada əsasən xurma və
zeytun yetişdirməklə məşğul olurlar.
İqlimi və hidroqrafiyası. Suriyada Aralıq dənizi tipli
subtropik iqlim hakimdir. Ölkənin qərb bölgəsində yumşaq dəniz
iqlimi mövcud olduğu halda daxili bölgələrdə və şərqdə
kontinentallıq artır. Suriyanın Aralıq dənizi bölgəsinin ürəkaçan
təbiəti, xüsusilə səfalı iqlimi ölkənin digər yerlərinin təbiəti və iqlimi
ilə təzad təşkil edir. Aralıq dənizi sahilində ən isti ay olan iyunun orta
temperaturu müsbət 25-26 °C, Suriya səhrasında isə 45-50 °C
dərəcədir. Dəniz sahili bölgəyə 800-900, ölkənin qərbində yerləşmiş
Ənsariyyə dağlarının yamaclarına 1500, səhra və yarımsəhralara isə
50-80 mm yağıntı düşür.
Ölkənin ən böyük çayı Fəratdır. Suriya ərazisində bu çay Bəlx,
Xabur, Deyr əz-Zor qollarını qəbul edir. Ümumi uzunluğu 2300 km
olan Fərat 675 km məsafədə Suriya ərazisindən axaraq İraqa daxil
196
olur. Fəratda səviyyənin tənzimlənməsi, ucuz elektrik enerjisi əldə
olunması və suvarma problemini qismən həll etmək üçün tərkibində
azərbaycanlı mütəxəssislərin də olduğu sabiq SSRİ-nin iqtisadi və
texniki köməkliyilə hidroenerji kompleksi tikilib istifadəyə
verilmişdir. Fərat kimi Türkiyədən başlayan Dəclə cəmi 50 km
məsafədə Suriya ərazisindən axır. Dəclə istisna olmaqla Suriya
çaylarının su ehtiyatı 50 mlrd. kub metrdir, bunun 25 mlrd. kub metri
Fəratın payına düşür.
Fərat çayı dərəsi qədim xalqların və sivilizasiyaların
beşiklərindən biri hesab olunur. İran körfəzinə tökülənə qədər Fərat
Dəclə ilə birləşir. İki çayarası və ya Mesopotamiya* adlanan hövzədə
hələ 5 min əvvəl şumerlərin mədəniyyəti yüksək inkişaf səviyyəsinə
çata bilmişdir.Suriya ərazisində Fərat çayının dərinliyi 4-7 metr
arasında tərəddüd edir. Fərat çoxlilli çaydır. Hesablanmışdır ki, o,
ildə təqribən 15 mln. ton lil axıdır. Bu lilin əksəriyyəti onun dərəsinə
və deltasına çökür. Belə lilli torpaqlarda isə pambıq, şəkər qamışı,
çəltik və meyvə-tərəvəz yetişdirmək çox əlverişlidir.
Torpaq və bitki örtüyü. Suriyanın fauna və flora aləmi o
qədər də zəngin deyil. Aralıq dənizi sahili bölgəsində vahələrin və
çay dərələrinin məhsuldar torpaqlarında istiliksevən Aralıq dənizi
bitkiləri bitir. Humusdan məhrum olmuş səhra torpaqlarında isə
ancaq istiyə və quraqlığa davamlı alçaqboylu ağaclara və kolluqlara
rast gəlmək olar. Dağların ətəyində tala şəklində meşələr də
qalmışdır.
Suriya hökuməti təbiətinə biganə qalan dövlət deyil. Ölkədə
ekoloji tarazlığı qorumaq üçün milli parklar, qoruqlar və yasaqlıqlar
salınmışdır. Amma bu işlər lazımlı səviyyədə inkişaf edə
bilməmişdir.
* Mesopotamiya (yunanca mezos – orta, potamos – çay, ərəbcə Mabeyn
ən nehreyn) Dəclə və Fərat çaylarının hövzələri arasında təbii-coğrafi
vilayət. Şərqin qədim mədəniyyət mərkəzlərindən biridir. Bu ərazidə
eramızdan əvvəl IV və III minilliklərdə Şumer, Akkad, Ur, II minilliyin
əvvəllərində isə Babilistan dövləti yaranmışdır.
197
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Suriya qədim tarixə malik olan ölkələrdən biridir. Əldə olunan
məlumatlara əsasən, demək olar ki, eramızdan əvvəl III minilliyin
ikinci yarısında Suriyada tayfa quruluşu mövcud olmuş və burada
yaşayanların əksər hissəsi oturaq həyat tərzi sürməyə meyl
göstərmişlər. Ölkənin əlverişli coğrafi mövqeyi, şəhərlərin və kiçik
quldar dövlətlərin yaranması üçün nə qədər münasib idisə, xarici
müdaxiləçilər üçün də bir o qədər tamahlandırıcı idi.
Eramızın 633-640-cı illərində Suriya büsbütün ərəblər
tərəfindən zəbt edilir. Suriyanın ərəb hakimi Müaviyyə 661-ci ildə
özünü Ərəb dünyasının xəlifəsi, Dəməşqi isə Ərəb dünyasının paytaxtı
elan edir. VIII yüzilliyin ortalarınadək Suriya Əməvilər
xilafətinin siyasi, mədəni və iqtisadi mərkəzinə çevrilir. Məhz bu
illərdə Suriyada şəhərlər və ticarət inkişaf etdirilir. VIII yüzilliyin
ortalarından Ərəb-İslam dünyasında hakimiyyət Abbasilər sülaləsinin
əlinə keçdiyindən, Suriyanın, xüsusilə Dəməşqin Ərəb-İslam dünyasındakı
mövqeyi zəifləməyə başlayır. Xilafətin paytaxtı isə Bağdada
köçürülür.
Sonrakı yüzilliklərdə də Suriya üçün əmin-amanlıq illəri olmur.
Suriya torpaqları səlcuqların, səlibçilərin, Misir məmlüklərinin*,
monqolların işğalı altına düşür. XII yüzilliyin axırlarına yaxın
Səlahəddin Əyyubinin** Yaxın Şərqdəki müvəffəqiyyətli hərbi
əməliyyatları Suriya tarixinin parlaq səhifələri hesab olunur. 1187-ci
ildə Fələstin ətrafında səlibçiləri darmadağın etmiş Səlahəddin
Əyyubi Qüds şəhərini (indiki Yerusəlim), Suriya və Fələstin torpaqlarını
azad etmişdir.
1516-cı ildə Yaxın və Orta Şərqdə çox qüvvətlənmiş Osmanlı
imperiyası Suriyanı öz tərkibinə qatır. XIX yüzillikdən başlayaraq
* Məmlüklər – Əyyubilər sülaləsinin (1171–1250-ci illər) seçmə qoşun
dəstələrini təşkil etmiş döyüşçü qullar. Məmlüklər türk, gürcü, çərkəz, çeçen
və başqa Qafqaz xalqlarının nümayəndələri olmuşlar.
** Səlahəddin Əyyubi (1138–1193) – Əyyubilər sülaləsinin banisi.
Mənşəcə türkləşmiş kürddür. Səlib yürüşünün iştirakçıları ilə döyüşən
müsəlman qoşunlarına rəhbərlik etmişdir. Mahir döyüşçü, sərkərdə və
siyasətçi kimi tanınır.
198
Avropanın inkişaf etmiş dövlətləri Suriya ilə maraqlanmağa başlayırlar.
1918-ci ildə türklər Suriyadan həmişəlik getsə də onların yerini
fransızlar tutdu. 1928-ci ilin aprelində Suriya rəsmi sürətdə Fransanın
mandatlı ərazisi* elan olundu.
1943-cü ilin dekabrında Fransanın Suriya üzərindəki mandatı
ləğv edilir. Amma sonuncu yadelli əsgər Suriya torpaqlarını 1946-cı
ilin aprelin 17-də tərk edir. O vaxtdan etibarən hər il aprelin 17-də
Suriyada Milli bayram – Müstəqillik günü qeyd olunur. Dəməşqin
mərkəzi meydanlarının birində iti nəzərləri uzaqlara zillənən, əlində
ölkənin azadlıq və müstəqillik rəmzini bildirən məşəl tutmuş suriyalı
ərəbin bürüncdən heykəli ucaldılıb. Heykəlin barelyefini isə Suriya
xalqının azadlıq uğrunda mübarizəsinin müxtəlif anlarını əks etdirən
rəsmlər haşiyələndirir.
1944-cü ildən etibarən yeni yaradılmış gənc Suriya hökuməti
ölkənin xarici siyasi müstəqilliyini möhkəmləndirmək üçün bəzi
tədbirlər həyata keçirməyə başlayır. 1944-ci ilin iyulunda Sovet
İttifaqı ilə Suriya arasında diplomatik münasibətlər yaradılır. 1945-ci
ilin fevralında Suriya faşist Almaniyası və Yaponiyasına müharibə
elan edir. 1945-ci iln martında Suriya Ərəb Ölkələri Cəmiyyətinin
yaradılmasında fəal iştirak edir, 1945-ci ilin oktyabrında isə o, BMTyə
üzv qəbul olunur.
1948-49-cu illərdə Suriya Ərəb ölkələrinin İsrail təcavüzü
əleyhinə hərbi əməliyyatlarında iştirak edir. 50-ci illərin ortalarından
Suriyanın siyasəti açıq antiimperialist xarakter kəsb edir. 1967-ci ilin
iyununda Suriya özü İsrail təcavüzünə məruz qalır. Bu müharibə
nəticəsində ölkənin cənub-qərbindəki Colan təpələri adlanan əyalət
(sahəsi 1,6 min kv. km) İsrail tərəfindən işğal olunur.
1973-cü ilin oktyabrında baş vermiş İsrail – Ərəb
müharibəsindən sonra Suriya ordusu Colan təpələri əyaləti ərazisinin
təqribən 1/3 hissəsini, o cümlədən əyalətin inzibati mərkəzi Əl-Quneytra
şəhərini İsrail təcavüzündən azad edir. Colan təpəli rayonun
qalan hissəsi (təqribən 1 min kv. km) həm də İsrail işğalı altındadır.
1963-cü il martın 8-də Suriyada hakimiyyət Ərəb Sosialist
* Mandatlı ərazi – Millətlər Cəmiyyətinin mövcud olduğu dövrdə
(1919–1946) beynəlxalq hüquqda Millətlər Cəmiyyəti adından keçmiş
Osmanlı imperiyası ərazisinin bir hissəsini, yaxud Almaniya müstəmləkələrini
idarə etmək üçün verilmiş səlahiyyət.
199
Dirçəliş Partiyasının (ərəb abbeviaturası BƏS) əlindədir. 1963-cü
ildən etibarən hər növbəti ilin 8 martı Suriyada İnqilab günü kimi
geniş qeyd edilir. 1966-cı ilin fevralın 28-də ölkəyə rəhbərlik BƏS
partiyasının sol cinahının əlinə keçir. 1970-ci ilin noyabrında isə
hakimiyyətə general Hafiz Əsədin başçılıq etdiyi qrup gəlir.
Suriyada Ərəb Respublikasının siyasi həyatı üçün Fələstin və
Livan probleminin nizama salınması çox mühüm əhəmiyyət kəsb
edir. Ərəb Ölkələri Cəmiyyətinin və Livan hökumətinin razılığı ilə
Suriyanın 40 min nəfərə yaxın əsgər və zabiti Livan torpağında onun
İsraillə sərhəd bölgələrində cəmləşdirilir. Onlar Livandakı dini-siyasi
qruplaşmalar arasında tez-tez baş verən münaqişə və çəkişmələrin
qarşısını almaqda Livan hökumətinə köməklik göstərməli idilər.
Sonradan İsrailin təkidi, Livan hökumətinin razılığı ilə Suriya
əsgərləri Livandan çıxarılır. Suriyalı əsgərlər Livandan çıxdıqdan sonra
2006-cı ilin iyun ayında Livan torpağında fəaliyyət göstərən Fələstin
müxtariyyətində hakimiyyətə gəlmiş Həmas təşkilatının İsrailin
terrorçu hesab etdikləri hərbi-siyasi birləşmələrini məhv etmək üçün
İsrail Livana hücum etsə də, təqribən 40 gündən sonra BMT-nin
Təhlükəsizlik Şurasının bu hadisəyə dair xüsusi qətnaməsinə əsasən
Livanın cənub bölgələrindən çıxmağa məcbur olur. İsrail əsgərlərinin
zəbt etdiyi Livanın cənub bölgələrinə əsasən BMT-nin sülhməramlı
qüvvələri və Livan ordusunun əsgərləri yerləşdirilir.
ABŞ başda olmaqla imperialist dövlətləri Suriyanın yeritdiyi
müstəqil xarici siyasətlə, rəsmi Dəməşqin Fələstin xalqının haqq
işinin tərəfdarı kimi Suriyanı özlərinin tərtib etdikləri «qara siyahıya»
salaraq onu terrorçu dövlət adlandırırlar. Rəsmi Vaşinqton və digər
NATO dövlətləri öz vətəndaşlarını Suriyaya turist səfərləri etməkdən
çəkindirirlər.
Dövlət quruluşu. Suriya seçilmə məhdudiyyəti olmayan
prezident idarəetmə üsuluna malik respublikadır. Konstitusiyaya görə
dövlətin başçısının səlahiyyət müddəti 7 ildir. Namizədliyi Ərəb
Sosialist İntibah Partiyasının səmanəti ilə parlament tərəfindən irəli
sürülür və ümumxalq referdumunun təsdiqinə təqdim olunur. 1971-ci
ildən 2000-ci ilə qədər bu vəzifəni Hafiz Əsəd yerinə yetirirdi. Onun
vəfatından sonra bu vəzifəyə oğlu Bəşşar Əl-Əsəd seçilmişdir
(17.VII.2000). Suriya prezidentinin hüquqları böyükdür. O, silahlı
qüvvələrin Baş Komandanı və Müdafiə Şurasının sədri vəzifələrini
yerinə yetirir. Nazirlər Şurası bütövlükdə və ayrı-ayrılıqda prezident
200
və parlament qarşısında məsuldur.
Qanunvericilik hakimiyyəti Xalq Şurası adlanan birpalatalı
parlamentə məxsusdur. Deputatların səlahiyyət müddəti 4 ildir.
Qanunvericilik sistemi İslam hüququna və mülki hüquqa söykənir.
Ölkədə xüsusi İslam Məhkəmələri fəaliyyət göstərir. İcraedici
hakimiyyət prezident və Nazirlər Şurası tərəfindən icra edilir.
Nazirlən Şurası icraedici hakimiyyətin ali orqanıdır. İnzibati cəhətdən
ölkə 14 mühəfəzə (əyalətə) bölünür. Paytaxt Dəməşq ayrıca inzibati
vahid kimi idarə olunur. Mühafizələrin və onların inzibati
mərkəzlərinin adları eynidir.
Suriya BMT-nin, Ərəb Ölkələri Cəmiyyətinin, İslam Konfransı
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların üzvüdür.
Suriyada bir neçə siyasi partiya, həmkarlar, gənclər, qadın təşkilatları
fəaliyyət göstərir. Ölkənin daxili və xarici siyasəti Ərəb Sosialist
Dirçəliş partiyası (BƏS) tərəfindən tənzim olunur. Partiyanın baş
katibi Bəşşar Əsəddir.
BƏS-dən başqa Suriyada digər partiyalar da fəaliyyət göstərir.
Bu partiyaların hamısı Mütərəqqi Milli Cəbhə adlanan təşkilatın
tərkibindədir. Ölkə parlamentindəki 250 deputat yerinin 16-sı Milli
Cəbhənin tərəfdarlarının, bunun 135-i təkcə Ərəb Sosialit İntibah
Partiyasının (BƏS) üzvləridir.
Suriyanın daxili və xarici siyasəti Ərəb Sosialist Dirçəliş
Partiyası tərəfindən tənzim olunur. Bu partiya 1947-ci ilin aprelində
Dəməşqdə, bütün ərəb xalqlarının istiqlaliyyəti və birliyi uğrunda
mübarizə şüarları ilə çıxış edən xırda burjua-millətçi qrupların
birləşməsi nəticəsində yaranmışdır. «Birlik, azadlıq və sosializm»
partiyanın proqram şüarlarıdır. BƏS partiyasının bir sıra ərəb
ölkələrində bölmələri mövcuddur.
Azərbaycan Respublikası ilə münasibətləri. Yaxın və Orta
Şərqin nüfuzlu dövlətlərindən biri hesab edilən Suriya Ərəb
Respublikası Azərbaycan Respublikası arasında diplomatik əlaqələr
1992-ci ilin martın 28-də yaradılmışdır. Ölkələrimiz arasında
əməkdaşlıq indiyə qədər əsasən BMT və İslam Konfransı Təşkilatı
çərçivəsində həyata keçirilir.
Suriya Ərəb Respublikası ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli
əlaqələri möhkəmləndirmək məqsədilə 1997-ci ilin aprelində
Azərbaycan Respublikasının Prezidenti Dəməşqdə Azərbaycan Respublikasının
səfirliyinin təsis edilməsi barədə qərar qəbul etmişdir.
201
1997-ci ilin payızında ölkəmizin xarici işlər naziri Suriyaya
rəsmi səfər etmişdir. Səfər zamanı keçirilmiş görüşlərdə regional və
beynəlxalq problemlər, Ermənistanın Azərbaycana qarşı yönəltdiyi
işğalçı siyasətinin ağır nəticələri, Yaxın Şərq problemi və qarşılıqlı
maraq doğuran bir sıra siyasi-iqtisadi məsələlər müzakirə
olunmuşdur.
Azərbaycanla Suriya arsında ticarət əlaqələri hələlik birtərəfli
istiqamətdədəir. Azərbaycana Suriyadan gətirilən məhsulların
dəyərcə 70 faizə qədəri yüngül sənaye məhsullarının payına düşür.
Suriyadan kimya və neft-kimya, metallurgiya, agac emalı sənaye
məhsulları da idxal edilir. Vaxtilə Suriyada fəaliyyət göstərmiş sovet
neftçiləri məhz Azərbaycan Dəniz Neft Qurğularını Layihələşdirmə
İnstitutunun layihəsi əsasında Süveydə, Qaraçuk və Rumelan neft
yataqlarını istifadəyə verməyə kömək etmişlər. Suriyada işləmiş
həmyerlilərimizin əksəriyyəti dövlət mükafatlarıyla təqdim olunmuş,
neftçi Lətif Sadıqovun adı «Suriyanın fəxri vətəndaşları» kitabına
yazılmışdır.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
Suriyada yaşayanlar barədə məlumat eramızdan öncə VI
minilliyə aid edilir. Laziqiyyə şəhərinin 15 km-də Uqarit adlanan
qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Qədim suriyalıların əsas
məşğuliyyəti əkinçilik və maldarlıq olub. Ölkənin şimalında qədim
karvan yollarının kəsişdiyi ərazilərdə yaşayanlar isə sənətkarlıq və
ticarətlə məşğul olmuşlar. Onlar Ön Asiyada mövcud olan tayfa və
qəbilələrin dillərində danışırdılar. Bu dillərin əksəriyyəti semit
qrupuna aid idi. Eramızın VII yüzilliyindən etibarən Suriyada ərəb
dili, İslam dini və mədəniyyəti güclü kök salıb inkişaf edə bilmişdir.
2005-ci ilə olan məlumatlara əsasən Suriyada 20 mln nəfərə
yaxın adam yaşayır. Təqribən 2 mln. suriyalı xaricdə işləyir. Müasir
Suriya təbii artımı böyük olan ölkələrdən biridir. 1990-2005-ci illərdə
orta illik artım 3 faizə yaxın olmuşdur. Orta ömür müddəti 69 ildir
(kişilər üçün 68, qadınlar üçün 70 yaş). Etnik tərkibinə görə əhalinin
90 faizi suriyalı ərəblərdir. Azlıqda qalan xalqlar içərisində kürdlər
üstünlük təşkil edir. Ölkədə ermənilər də məskən salmışlar. Kürdlər
ölkənin şimalının dağlıq rayonlarında Hələb və Həsəkə vilayətlərində
yaşayır. Son illərdə şəhərlərə köçüb gələn kürdlərin sayı artmır.
202
Kürdlər indiyədək öz qəbilə-tayfa quruluşlarını qoruyub saxlaya
bilmişlər.
Dövlət dili – ərəb dilidir. Dövlət dini sünni məzhəbli İslam
dinidir. Dindarların təqribən 80 faizə yaxını bu dinə etiqad
bəsləyirlər. Əhalinin bir qismi ələvilər və druzlardır. Əhalinin
təqribən 10 faizii xristian məzhəblidir. Ölkənin yaşlı əhalisinin
təqribən 75 faizi savadlıdır. Ən böyük ali təhsil ocaqları Dəməşq,
Hələb, Hims və Laziqiyyə şəhərində yerləşmiş universitetlərdir.
Suriya əhalisi ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta
hesabla hər kv. km-ə 110 nəfərə yaxın adam düşür. Əhalinin böyük
bir qismi ölkənin qərbindəki əyalətlərdə və Aralıq dənizinin sahilində
yaşayır. Burada sıxlıq hər kv. km-ə 700 nəfərdən çoxdur. Suriya
səhrasında daimi yaşayış məskənləri ancaq Fərat çayı dərəsində və
yeraltı sular üzə çıxan vahələrdədir.
Suriyada daxili və xarici miqrasiya mövcuddur. Daxili miqrasiyalar
əsas etibarilə kənd yerlərindən şəhərlərə və əksinə, əhalisi
sıx olan əyalətlərdən əhalisi seyrək olan əyalətlərədir. Suriyalıların
bir qismi əsas etibarilə iş axtarmaq məqsədi ilə Avropa və Amerika
ölkələrinə müharicət etmişlər.
Suriya Ərəb Respublikasında yaşayanların təqribən 60 faizini
şəhərlilər, qalanlarını isə kənd yerlərində yaşayanlar təşkil edir.
Ölkədə əhalisinin sayı 300 min nəfərdən artıq olan altı şəhər
(Dəməşq, Hələb, Hims, Həmat, Deyr-əz-Zur və Laziqiyyə) var. On
üç şəhərin əhalisi 50 min, 45 şəhərin əhalisi isə 10 min nəfərdən
çoxdur. Şəhərlərdə yaşayanların 80 faizi mühəfəzə (əyalət)
mərkəzinin əhalisidir.
Dəməşq (ərəb dilində «təşəbbüs», «fəaliyyət» mənasını
bildirir) nəinki Suriyanın, eləcə də dünyanın ən qədim şəhərlərindən
biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir.
Eramızdan əvvəl X yüzilliyin əvvəllərindən e.ə. 732-ci ilə qədər
şəhər qədim Dəməşq padşahlığının paytaxtı olub.
Çoxəsrlik tarixi boyu Dəməşq assuriyalılar, farslar,
makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala
məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və
mədəniyyət mərkəzi kimi yenidən dirçələ bilib. Eramızın 635-ci
ilində ərəblər tərəfindən zəbt olunana qədər Dəməşq bizansların
hakimiyyəti altında idarə olunub. Eramızın 661-750-ci illərində
Dəməşq Əməvilər xilafətinin paytaxtı olduğundan müsəlman
203
dünyasının ən böyük siyasi, dini və ticarət mərkəzinə çevrilir.
XIII və XIV yüzilliklərdə Dəməşq monqollar tərəfindən
basqına məruz qalır və Tamerlan ordusu tərəfindən dağıdılır. 1516-cı
ildən I Dünya müharibəsinin axırına kimi Suriya və Dəməşq də
Osmanlı imperiyasının tərkibinə daxil idi. Müasir Dəməşq Bəradə
çayının hər iki sahilində Kasyun dağının ətəklərində dəniz
səviyyəsindən təxminən 700 metr hündürlükdə yerləşib. Təyyarədən
şəhərə baxanda o, çay boyunca yaşıl zolaqla əhatə olunmuş böyük
ovalığı xatırladır. Belə güman olunur ki, Suriyada mövcud olan bütün
qızılgül növlərinin vətəni Dəməşqdir. Əgər Bakıda və Azərbaycanda
həvəskarlar üzüm tənəklərini tağlara qaldırırlarsa, Dəməşqdə və
Suriyada qızılgülləri tağlara qaldırırlar. Şəhərin coğrafi mövqeyi çox
əlverişlidir. O, Aralıq dənizindən Mesopotamiya və İran körfəzinə,
Kiçik Asiyadan Ərəbistan yarımadasına və Misirə gedən mühüm
nəqliyyat yollarının kəsişdiyi yerdə yerləşsə də, onun mövcudluğu
həmişə burada suyun bolluğu ilə bağlı olub. Dəməşq vadisi şəhəri su
ilə təchiz etməklə bərabər onun ətrafını əhatə edən bağ, bostan və
üzümlüklərdə, bir sözlə şəhər ətrafının yaşıl qurşağında yetişdirilən
kənd təsərrüfatı məhsulları ilə də təmin edir.
Qədim Şərq şəhərlərinin hamısında olduğu kimi, Suriya
paytaxtının da yeni və qədim hissələri var. Ümumiyyətlə, Dəməşqdə
yeniliyə və köhnəliyə, antikliyə və ultramüasirliyə hər addımda
təsadüf etmək olar.
Ümumi şəhər ansanblında müasir tikililər daha geniş yer
tutduğundan, şəhərin Avropa görkəmi daha tez nəzərə çarpır. Eyni
zamanda dövlət tərəfindən tikilmiş yeni binalar, məktəblər,
müəssisələr, banklar, qospitallar öz xarici görkəmlərində ərəb
memarlıq üslubunu saxlayır. Binaların əksəriyyəti ağ əhəngdaşından
tikildiyindən onlar şəhərə parlaqlıq və gözəllik verir.
Dəməşqdə 3 mln. nəfərdən artıq adam yaşayır. Bunların 90
faizi ərəblərdir. Ərəblərdən başqa şəhərin bəzi məhəllələrində
kürdlər, türklər və avropalılar məskunlaşıb. Dəməşqdə yaşayanların
90 faizə qədəri etiqadlarına görə sünni müsəlmanlardır. Şəhərdə irilixırdalı
300-dən artıq məscid fəaliyyət göstərir. Şəhər əhalisinin 100
min nəfəri provaslav və katolik etiqadlıdır. İlk xristian kilsələrindən
birinin patriarxiyası* Dəməşqdə yerləşib.
* Pravoslav xristian kilsəsinin başçısının yüksək rütbəsi. Həqiqi mənası
ata hökmranlığı.
204
Dəməşq bütün göstəricilərinə görə ölkənin ən iri sənaye
şəhəridir. Burada bir neçə toxucu-əyirici fabrik, şüşə, əzcaçılıq,
sement, elektrokabel istehsal edən müəssisələr, xalça fabriki, şəkər,
konserv, meyvə suyu, pasterizə edilmiş süd istehsal edən zavodlar,
həmçinin elektrik stansiyaları, metallurgiya və maşınqayırma
müəssisələri var. Dəməşqin fabrik-zavod müəssisələrinin əksəriyyəti
şəhərin kənarlarında salınıb.
Dəməşq həmçinin ölkənin mühüm tranzit-nəqliyyat
mərkəzidir. Aralıq dənizi vasitəsilə Ürdünə və İraqa gələn yüklərin
böyük bir qismi Dəməşqdən keçir. Dəməşq ölkə dəmir yollarının
qovşağı olsa da, daxili yük və sərnişin daşımalarında avtomobil
nəqliyyatının rolu böyükdür. Dəməşqin bir neçə km-də beynəlxalq
dərəcəli aeroport var.
Bütün paytaxtlar kimi Dəməşq də ölkənin siyasi-ictimai və
mədəni həyatında böyük rol oynayır. Bütün böyük müəssisələr, elm,
mədəniyyət və poliqrafiya mərkəzləri Dəməşqdədir.
Suriyalıların bütün ölkədə ən müqəddəs hesab etdikləri yer,
Dəməşqin memarlıq incisi sayılan Əməvilər məscididir. Bu tarixi
abidə İslama qədərki qədim Yupiter ibadətgahının yerində tikilib.
Eramızın IV yüzilliyində yenidən qurulan bu tarixi abidə müqəddəs
İohan krestitel kilsəsi adlandırılmışdı. Suriya ərazisindəki xristian
abidələri Əməvi rəhbərliyini ciddi düşündürmüş və əsaslı quruculuq
işlərinə sövq etmişdir. Böyük xərc və əziyyətlə başa gələn bu məscid
binası müsəlman ölkələrində sonralar tikilən bu tipli binalar üçün
həqiqi nümunə olmuşdur.
Dəməşqin görkəmli yerlərindən biri də şəhərin türk
qubernatoru Əsəd paşa əl-Əzəmin 1750-ci ildə tikdirdiyi və sonradan
əl-Əzəm adlandırılmış saraydır. Bu sarayda Suriya sənətkarlarının
uzaq keçmişdən şöhrət qazandıqları Dəməşq dekorativ incəsənətinin
bütün növləri təsvir olunub. Saray tikilərkən istifadə olunan tikinti
daşlarının müxtəlif rəng çalarları, incə mozaika, ciddi harmoniya və
rənglərin simmetrik düzülüşü zərif kübarlıq təsəvvürü yaradır.
Dəməşqə gələnləri Süleymaniyyə dərviş məscidi də cəlb edir.
Şəhərdə və bütün ölkədə ən zərif və gözəl məscid kimi tanınan
Süleymaniyyə 1554-cü ildə inşa edilmişdir. Süleymaniyyə
məscidinin minarələri və böyük gümbəzləri şəhərin, demək olar ki,
hər yerindən görünür.
205
4. İqtisadiyyatı
İstiqlaliyyətini 1943-cü ildə əldə etsə də, Suriya ancaq II
Dünya müharibəsindən sonra müstəqil siyasi və iqtisadi inkişaf
yoluna qədəm qoydu. Milli və iqtisadi müstəqilliyinin ilk illərində
Suriya Yaxın və Orta Şərqdə kapitalizm münasibətləri hələ rüşeym
halında olan aqrar-xammal ölkələrindən biri idi. O zaman ölkə
iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi.
Suriya hökumətinin həyata keçirdiyi ilk tədbirlər sırasına yerli
pulun xarici valyutadan asıllığının qarşısını almaqdır. Milli sənayeni
inkişaf etdirmək məqsədilə dövlət bir sıra bankları, hərəsində 100
nəfərdən artıq fəhlə çalışan müəssisələri, habelə sığorta şirkətlərini
milliləşdirdi. Ölkənin yeraltı sərvətləri ümumdövlət mülkiyyəti elan
olundu, elektrik stansiyalarının üzərinə dövlət nəzarəti qoyuldu.
Suriya hökumətinin iqtisadiyyat sahəsində həyata keçirdiyi ən
mühüm tədbirlərdən biri də dövlət bölmələrinin yaradılması idi. Bu
prosesin ilk illərində dövlət keçmiş müstəmləkə inzibati idarəsinə
mənsub olan mülkiyyəti, xarici şirkətlərə məxsus olan zavod və
fabrikləri pul ilə onlardan satın alırdı. Artıq 1965-ci ilin əvvəlləri
üçün İraq və Səudiyyə Ərəbistanından başlayıb Suriya ərazisindən
keçən neft kəmərləri istisna olmaqla xarici kapital Suriyada öz
mövqeyini, demək olar ki, tamamilə itirdi. Sonrakı illərdə dövlət
bölmələrinin genişləndirilməsi işinə diqqət daha da artırıldı. Hazırda
Suriya sənayesinin istehsal etdiyi ümumi məhsulun yarıdan çoxu
dövlət bölmələrinin payına düşür.
İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti
planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik
planın (1961-1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd.
Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin
ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.
1966-1970-ci illəri əhatə edən II beşillik planın vəzifələrini
həyata keçirmək üçün ölkə iqtisadiyyatına təqribən 5 mlrd. Suriya
funtu məbləğində kapital qoyulur. İkinci beşillik plan sənaye və
nəqliyyat tikintisinə, istilik-energetika bazasının möhkəmlənməsinə
və sosial-ictimai məsələlərin inkişafına xüsusi diqqət verməli idi.
1967-ci ildə baş vermiş İsrail-Ərəb müharibəsi beşillik planların
həyata keçirilməsinə maneçilik törətdi.
XX əsrin axırlarına yaxın Suriyanın sosial-iqtisadi vəziyyəti bir
206
qədər ağırlaşdı. Bunun səbəbləri çoxdur. Bu səbəblər içərisində
dünya bazarında neftin satış qiymətlərinin stabil olmaması, bəzi ərəb
ölkələrinin Suriyaya göstərdikləri əvəzsiz köməkdən imtina etmələri,
Livanda ekspedisiya korpusunun saxlanması, Fələstinin açıq-aşkar
müdafiə etməsi ilə əlaqədar İsrail və Qərb ölkələri ilə
münasibətlərindəki gərginlik və s. bu qəbildən olanlardır. Xarici
mütəxəssislər belə hesab edirlər ki, Suriyanın dövlət büdcəsinin 40-
45 faizi hərbi xərclərə sərf olunur.
Region ölkələrinin əksəriyyətindən fərqli olaraq Suriya
iqtisadiyyatında dövlət öz aparıcı rolunu saxlamaqdadır. Maliyyə,
xarici ticarət, dəmir yolu, hava nəqliyyatı və s. tamamilə dövlətin
nəzarətindədir. Bununla yanaşı son illərdə iqtisadiyyatda
liberallaşdırma və şəxsi bölmənin genişləndirilməsi istiqamətində
addımlar atmağa başlanılmışdır. Şəxsi bölmə kənd təsərrüfatı,
parakəndə satış, turizm və mehmanxana biznesində, xidmətin
müxtəlif sahələri, mənzil tikintisində özünə geniş yer tuta bilmişdir.
2000-ci ildə yeni prezident hakimiyyətə gəlməklə ölkəyə xarici
kapitalın cəlb edilməsi üçün geniş işlər görməyə başlanılmış, bütün
əsas fondların 30 faizdən çoxunun yer aldığı dövlət sektorunun
yenidən qurulması proqramının icrası başlanılmışdır.
2005-ci ildə ölkənin ümumdaxili məhsulunun həcmi 60 mlrd.
ABŞ dollarına çatmışdır. Bu isə adambaşına 3500 dollar düşməsinə
səbəb olmuşdur. İqtisadiyyatın inkişaf tempi 90-cı illərdə 5,6 faiz təşkil
etsə də, 2005-ci ildə bu rəqəm 3,2 faiz həddinə enmişdir.
İqtisadiyyatın sahələr üzrə strukturuna (2004-ci il) kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq Ümumdaxili məhsulun 27
faizini, sənaye sahələri 23 faizini, xidmət sahələri isə 50 faizini təşkil
edirdi.
Sənayenin aparıcı sahələri. Sənaye Suriya iqtisadiyyatında
sürətlə inkişaf edən sahələrdən biridir. Ölkə sənayesində hasilat, neft
emalı, metal emalı, hərbi, energetika, kimya, tikinti, yüngül yeyinti
sahələri nisbətən inkişaf etmişdir. Əmək qabiliyyətli əhalinin 30 faizə
qədəri bu sahələrdə çalışır.
Hasilat sənayesi son illərdə iqtisadiyyatın nisbətən dinamik
sahəsinə çevrilmişdir. Neft ehtiyatlarının təqribən 500 mln. tona
yaxın olması məlumdur. İllik hasilat isə orta hesabla 30 mln. tondur.
Suriyada bərk yanacağın az olması, təbii qaz və su resurslarından zəif
istifadə ölkənin enerji balansında neft çıxarmanın rolunu
207
qüvvətləndirmişdir.
Suriya ərazisində Rumelan, Cibis, Hələb, Cənubi Fərat və
Tədmor adlanan 5 iri neft sənaye rayonu ayırmaq olar. 2005-ci ilə
olan məlumata əsasən ölkədə 72 neft-qaz yatağı açılıb. Ancaq bu
yataqların əksəriyyətinin nefti ağır, parafinli və kükürdlüdür. Hazırda
ölkədə sənaye istismarında 7, təcrübə-sınaq istismarında isə 16 yataq
fəaliyyət göstərir.
Suriya ərazisində əsas neft rayonu Rumelandır. Ölkədə olan
neft ehtiyatının və çıxarılan neftin yarıdan çoxu bu yatağın payına
düşür. Ölkə rəhbərliyi Suriyanın neftçıxarma sənayesinin gələcəyini
dövlətə məxsus neft şirkətlərinin xarici partnyorlarla əməkdaşlığında
görür. 1989-cu ildən bəri Suriyada ABŞ, Böyük Britaniya, Rusiya,
Almaniya, Fransa, Norveç şirkətləri neft və qaz kəşfiyyatı işləri ilə
məşğul olurlar. Suriyanın neft emalı müəssisələrinin illik gücü 12
mln. tondur. Hims və Bəniyasda yerləşən bu zavodlarda texniki
yanacaq, müxtəlif sürtgü yağları və b. məhsullar istehsal olunur. Suriyada
neftlə bərabər təbii qaz da çıxarılır.
Ölkədə neft və qazla yanaşı dəmir filizi (ehtiyatı 450 mln. ton),
fosfat (ehtiyatı 1,5 mlrd. ton), sement, daşduz da çıxarılır. Yerli fosforit
əsasında ölkədə mineral gübrə istehsalına başlanılmışdır. Fosfat
gübrələri daxili təlabatı ödəməklə yanaşı ixrac da olunurlar. Kimya
sənayesi gübrə və yuyucu maddələrlə yanaşı, lak və boyalar, sintetik
materiallar, əczaçılıq və kosmetika məhsulları istehsal edir.
Emaledici sənayenin payına Suriya milli sənayesinin təqribən
20 faizi düşür. Emaledici sənaye sahələri içərisində kapital qoyuluşuna,
fəhlələrin sayına və ümumi məhsulunun dəyərinə görə ən inkişaf
etmiş toxuculuq sənayesidir. Suriyanın toxuculuq sənayesinin
əsasını pambıqtəmizləmə, əyirici, tikiş, trikotaj və corab istehsal edən
müəssisələr təşkil edir. Suriyanın toxuculuq sənayesi yerli xammal
əsasında inkişaf etməyə başlamışdır. Ölkədə 150 mindən artıq
dəzgahı olan ondan artıq əyirici fabrik vardır. Bu fabriklərdə bir ildə
təxminən 35 min ton pambıq parçaya olan daxili tələbatını tamamilə
ödəyir və müəyyən hissəni ixrac etməyə imkan yaradır. Ölkədə toxuculuq
məmulatı istehsalı ildən-ilə artır.
Pambıq parça ilə yanaşı ölkədə yun və ipək parça toxuculuğu da
inkişaf etdirilir. Suriyada hər il orta hesabla 2 min ton yun ipliyi hazırlanır.
Suriya toxuculuq sənayesinin ixrac üçün istehsal etdiyi hazır
məmulatı ilk növbədə Ərəb ölkələrinə, pambıq ipliyi isə Rusiya, Ru-
208
mıniya, Almaniya, İtaliya və başqa ölkələrə göndərir.
Yeyinti sənayesi əhəmiyyətinə görə toxuculuq sənayesindən
sonra ikinci yeri tutur. Yeyinti sənayesinin əsasını şəkər, bitki yağı,
konserv, içki, tütün məmulatı istehsalı ilə məşğul olan müəssisələr
təşkil edir.
Suriyanın təbii şəraiti şəkər istehsalı üçün əlverişli hesab olunur.
Son illərdə şəkər çuğunduru əkin sahələri 13,5 min hektardan
36,0 min hektara qədər, məhsul toplanması 201,6 min tondan 1,3
mln. tona qədər, bir hektardan orta məhsuldarlıq isə 15 tondan 36
tona qədər artmışdır. Ölkədə olan 7 şəkərçuğunduru emalı zavodlarının
(Hims, Əzra, Raqqa, Deyr-əz-Zur, əl-Tab, Miskin və Təəl-
Sabah) birgünlük istehsal qüvvəsi 750 tondan 4000 tona qədər artmışdır.
Ölkədə bitki yağı istehsal edən irili-xırdalı yüzlərcə kiçik
müəssisə var. Konserv zavodlarının sayı ondan çoxdur. Bir neçə
dövlət tütün fabriki bir ildə 5 min ton tütün məmulatı istehsal edir.
Suriyada böyük tikintilər başlandığından tikinti materialları
sənayesinin, xüsusilə sement istehsalının əhəmiyyəti xeyli artmışdır.
Köhnə müəssisələrinin modernləşdirilməsi və yeni zavodların tikintisi
hesabına sement istehsalı ilə «Ceneral sement kompani»
şirkəti məşğul olur. Bu şirkətin yeddi şəhərdə (Dəməşq, Hələb,
Həmət, Laziqiyyə və s.) iri müəssisələri var. İstehsal olunan sementin
böyük hissəsi ölkə daxilində istifadə olunur. Bununla belə qonşu
ölkələrə hər il 500-600 min ton sement ixrac edilir.
Sement zavodlarından başqa ölkədə dəmir-beton şpalları hazırlayan
zavod, şüşə zavodu, ağac emalı zavodları və tikinti sənayesinə
lazım olan başqa müəssisələr var. Suriyada kağız və karton istehsal
edən bir neçə müəssisə var. Bu müəssisələr bir ildə 35 min ton
məhsul istehsal etmək qüvvəsinə malikdirlər. Yerli müəssisələrin
istehsal etdikləri kağız və karton məmulatı ölkə ehtiyacını ödəyə
bilmir.
Metallurgiya, metal emalı və maşınqayırma sənayesi 400-dən
artıq müxtəlif təmir, mexaniki və metalemaledici müəssisələrdə
cəmlənmişdir. Ölkədə idxal olunan hissələrdən soyuducu, paltaryuyan
maşın, televizor, elektrik və su sayğacları istehsal edən
müəssisələr var.
Kənd təsərrüfatının aparıcı sahələri. Əmək qabiliyyəti olan
adamların təqribən yarısını özündə birləşdirən kənd təsərrüfatı ölkə
milli gəlirinin ancaq 20 faizini yarada bilir, kənd təsərrüfatında üç
209
bölmə: dövlət, kooperativ və kiçik kəndli təsərrüfatları fəaliyyət
göstərir. 1958-ci ildə icarə münasibətləri və aqrar islahatlar haqqındı
ilk qanun qəbul olunur. 1963 və 1970-ci ildə aqrar islahat
qanunlarına mühüm əlavələr edildikdən sonra torpaq sahibkarlarının
mülkiyyəti bir qədər məhdudlaşdırılmışdır.
Aqrar islahatlardan sonra dövlətdən torpaq almış kəndlilər
arasında kooperativ hərəkat genişlənməyə başlayır. Hazırda Suriyada
1,8 mln. hektar sahəsi olan 4500-dən artıq kooperativ təsərrüfat var.
Ölkə kənd təsərrüfat məhsulları istehsalının 45 faizi bu
kooperativlərin payına düşür.
Ümumi sahəsi 18,4 mln. hektar olan Suriya torpaqlarının 8,7
mln.-u kənd təsərrüfatı üçün əlverişlidir, bunun isə təqribən 6,0 mln.
hektarından istifadə olunur. Fərat vadisində və oazislərdə suvarılan
əkinçilik üstünlük təşkil edir. Becərilən torpaqlarda əsasən dənli
(buğda, arpa, qarğıdalı), texniki (pambıq, tütün, şəkər çuğunduru)
bitkilər yetişdirilir. Suriyada bostan və tərəvəz bitkiləri, üzüm və
meyvə bağları da geniş ərazi tutur. Kənd təsərrüfatı məhsuldarlığının
qeyri-sabit və aşağı səviyyədə olması onun texniki-iqtisadi geriliyi ilə
bağlıdır. Suriyada əl əməyindən və qoşqu heyvanlarının gücündən hələ
çox istifadə olunur. Yem çatışmazlığı üzündən heyvandarlıq lazımi
səviyyədə inkişaf edə bilməmişdir. Ölkədə ət, yağ, yun, dəri və bağırsağa
(kolbasa istehsalı üçün) olan tələbatın müəyyən hissəsi yerli imkanlar
hesabına ödənilir.
Əsasən ekstensiv istiqamətdə (yəni kəmiyyətə üstünlük
verməklə inkişaf edən) heyvandarlığın məhsuldarlıq səviyyəsi
aşağıdır. Baytarlıq mədəniyyətinin zəif inkişafı, otlaqların çatışmazlığı,
müharibələr və başqa səbəblər üzündən son illərdə ev heyvanlarının
sayı bir qədər azalmış, təbii artım isə çox zəif olmuşdur.
Suriya hökuməti heyvandarlıqdakı geriliyi aradan qaldırmaq
üçün nümunəvi fermalar, elmi-tədqiqat mərkəzləri yaratmışdır.
Ölkədə əhalinin ət məhsullarına olan tələbatını ödəmək üçün böyük
şəhərlərin ətrafında broyler təsərrüfatları yaradılır. Suriyanın sahil
sularında balıq ovu inkişaf etdirilir (ildə orta hesabla 12-13 min ton
balıq ovlanır).
Nəqliyyatı, xarici ticarəti. Suriyanın nəqliyyat şəbəkəsi o
qədər də yaxşı inkişaf edə bilməmişdir. Burada hər min kv. km
əraziyə təqribən 6 km uzunluğunda dəmir və 65 km uzunluğunda
şosse yolu düşür. Bu göstəriciyə görə Suriya qonşuları Türkiyə və
210
İraqdan geri qalır. Ölkə daxili yük və sərnişin daşımalarının 80 faizə
qədəri avtomobil yollarının payına düşür. Suriyanın bərk örtüklü avtomobil
yollarının uzunluğu 40, dəmir yollarınınkı isə 3,1 min kmdir.
Boru kəməri nəqliyyatı neftin İraq və Səudiyyə Ərəbistanından
tranzit axınına, həmçinin ölkə neftinin nəqlinə hesablanmışdır.
Ölkənin avtomobil yollarının 5 min km-i iqtisadi və strateji
əhəmiyyətinə görə beynəlxalq dərəcəlidir. Suriyadan avtomobillə
Livana, Ürdünə, İraqa, Türkiyəyə getmək olar. Ölkə daxili ən mühüm
dəmir yolu Qamışlı-Laziqiyyə (uz. 758 km) xəttidir. Dəniz nəqliyyatı
lazımi səviyyədə inkişaf edə bilməmişdir. Laziqiyyə, Tartus və
Bəniyas ölkənin ən böyük dəniz portlarıdır. Dəməşq və Hələb
şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarə portları
fəaliyyət göstərir.
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi
əhəmiyyət kəsb edir. Xarici iqtisadi siyasət sahəsində Suriya
hökuməti balanslaşdırılmış yanaşma nümayiş etdirir. Ərəb
həmrəyliyinə meyllidir və invistisiya ab-havasının yaxşılaşdırılmasına
çalışır. Suriya ixracatının əsasını neft, pambıq, sement, arpa,
diri heyvan, müxtəlif meyvələr, yun, gön-dəri və s. təşkil edir. Ölkə
ixracatından gələn gəlirin təqribən 40 faizi neft və neft məhsullarının,
30 faizi toxuculuq və gön-dəri məmulatının, 10 faizi kimyəvi
məhsulların payına düşür. Suriya maşın və avadanlığa, nəqliyyat
vasitələrinə, qara və əlvan metallara olan tələbatının təqribən 90,
qənd, çay, qəhvə, çəltik, ət məhsullarına olan tələbatının 40 faizini
idxal hesabına ödəyir. Bunlardan başqa böyük həcmdə meşə materialları,
əhali tərəfindən çox işlənən məmulatlar da idxal olunur.
2005-ci ildə xarici ixracatının dəyəri 6,0 mlrd. dollar
həcmində olmuşdur. Əsas alıcıları Qərbi Avropa ölkələri, Türkiyə və
Livandır. Elə həmin il idxalın həcmi 5,0 mlrd. dollara bərabər olmuşdur.
Ukrayna satıcı dövlətlər sırasında liderdir. Ölkənin pul vahidi –
Suriya funtudur. Son illərdə Dəməşq, Tartus, Hələb və Laziqiyyədə
Azad ticarət zonaları təsis olunmuşdur. Lakin onlar hələlik lazımınca
təşəkkül tapmamışlar.
2005-ci ildə ölkənin xarici borcu 30,0 mlrd. dollardan bir
qədər artıq olmuşdur. Suriya Asiya ölkələri ilə əlaqələrinə xüsusi
fikir verir. Rusiya ölkədə 40-dan artıq obyekti inşa etməklə yanaşı,
ölkə ordusunu müasir silahlarla da təchiz edir. Rusiyaya borcu 12
mlrd. dollardır.
211
SƏUDİYYƏ ƏRƏBİSTANI MƏLİKLİYİ
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Səudiyyə Ərəbistanının yerləşdiyi Ərəbistan
yarımadası üç tərəfdən dənizlə (şərqdə İran və Oman körfəzləri,
cənubda Ədən körfəzi və Ərəbistan dənizi, qərbdə Qırmızı dəniz)
əhatə olunmuş iri coğrafi vahiddir. Yarımadada bir neçə ərəb dövləti
yerləşir. Bunlardan ən böyüyü Səudiyyə Ərəbistanı məlikliyidir.
Ərazisi 2,15, başqa mənbələrə görə 2,21 mln. km2-dir. Səudiyyə
Ərəbistanının dövlət sərhədi bəzi bölgələrdə dəqiq müəyyənləşdirilməmişdir.
Ərazisinin böyüklüyünə görə region ölkələri
arasında birinci, dünyada 13-cü yeri tutur.
Ərazi və sərhəd məsələsi ötən əsrin 50-ci illərinə qədər Cənubi
Ərəbistan və İran körfəzində bir sıra ərəb əmirliklərini öz nəzarəti
altında saxlayan Böyük Britaniya müstəmləkəçiləri tərəfindən
bilərəkdən dolaşıqlığa salınmış və indiyə qədər qəbilə, sülalə
münasibətləri və iqtisadi amillərlə ağırlaşmış, çətin həll olunan
problemə çevrilmişdir. Məlikliyin Yəmən, Oman və Birləşmiş Ərəb
Əmirlikləri ilə dövlət sərhədi dəqiq demarkasiya olunmamışdır. 1969-
cu ildə Səudiyyə Ərəbistanı – Küveyt xüsusi dövlət komissiyası
Küveytlə Səudiyyə Ərəbistanı arasında yerləşmiş «Bitərəf zona» adlanan
ərazini bölüşdürmək barədə razılığa gəlmişlər.
Səudiyyə Ərəbistanı əlverişli coğrafi və strateji mövqeyi olan
region ölkələrindən biridir. Avropa, Asiya və Afrika arasında
mərkəzi mövqe tutan Səudiyyə Ərəbistanı qərbdən Qırmızı dəniz,
şərqdən İran körfəzinin suları ilə əhatə olunmuşdur. Dəniz
sərhədlərinin ümumi uzunluğu 2510 km-dir.
Səth quruluşu və faydalı qazıntıları. Geoloji cəhətdən Ərəbistan
yarımadası Afrikanın şimal-şərq sahilinin davamı olan qədim
qaya süxurlarından ibarət bir platformadır. O qədər də uzaq olmayan
geoloji dövrdə bu regionda bir sıra nəhəng çatlar əmələ gəlmişdir ki,
bunun nəticəsində sonralar Qırmızı dənizin suları altında qalan dərə
formalaşmışdır. Ərəbistan platformasının meylliyi qərbdən şərqə
olduğundan Qırmızı dənizin şərq sahili İran körfəzi sahilindən
hündürdür. Ərəbistan yarımadasının ən uca dağları Şərq sahildədir
212
(Cəbəl-Şəfa və Cəbəl-Hicaz).
Cəbəl-Şəfanın davamı olan Hicaz dağları qırılmaz zəncirvarı
deyildir. Bu dağlar en dairəsi istiqamətində dərin dərələr, keçidlər və
«Hərrat» adlanan nəhəng lava sahələri ilə bir-birindən ayrılır. İlk baxışdan
Hərrat sahələri adamı heyrətə gətirir: qara, kələ-kötür, nəhəng
kömür parçalarına bənzəyən bu daşlar 10 km-lərlə səthi əhatə edir,
insana ay landşaftı təsiri bağışlayır. Burada yer başdan-başa lava ilə
örtülmüşdür, təkcə küləyin gətirdiyi qumla dolmuş kiçik çuxurlarda,
bu yerlərin cansızlığını daha da nəzərə çarpdıran qısaömürlü səhra
çiçəyi bitir (hərrat-qaynar olmaq, isti olmaq deməkdir).
Səudiyyə Ərəbistanında ən yüksək zirvələr Hicaz (mənası
maneə, sədd deməkdir) dağ sistemindədir. Burada orta hündürlük
dəniz səviyyəsindən 2000 m yüksəkdir. Cəbəl-İbrahim kimi ayrı-ayrı
zirvələrin hündürlüyü 2500 m-dən çoxdur. İqlim şəraitinə görə
ölkənin ən gözəl yeri məhz buradır. Belə ki, dəniz səviyyəsindən
1500 m hündürlükdə yerləşən və əlverişli iqlimi olan Ət-Taif şəhəri
ölkənin ən məhşur istirahət yerlərindən biri sayılır.
Ölkə ərazisinin əksər hissəsini Böyük və Kiçik Nəfud və Rubəl
Xali səhraları tutur. Böyük Nəfud səhrasından sel sularının və
küləyin gətirdiyi qum yığınlarından əmələ gəlmiş yerlərin landşaftının
səciyyəvi xüsusiyyəti səhranın at ayağının izini xatırladan
nəhəng çuxurlarla (ərəblər bunu fulci adlandırır) örtülü olmasıdır.
Bəzi fulcilərin diametri 2 km-ə, dərinliyi 80 m-ə çatır. Böyük
Nəfuddan cənubda yerləşən Kiçik Nəfud səhrasının dyunları (qum
təpələri) arasında səhra otlarına, yayın ən isti günlərində belə yaşıllığını
və təravətini saxlayan alçaqboylu tikanlı kollara rast gəlmək
olar. Ona görə də bu rayon bədəvilərin ən çox sevdiyi otlaq yeridir.
Ərəbistan yarımadasının ən böyük səhrası (sahəsi təqribən 1,0
mln. km2) olan Rub-əl Xalidə (ərəbcədən tərcümədə boş dörddə bir
deməkdir) şiddətli küləyin təsirindən qumun üst qatı daim hərəkətdə
olduğundan adamda elə təsəvvür yaranır ki, hündür qum yığınlarının
üstündən tüstü çıxır. Səhranın Bəhr-əs-Səfi adlanan qərb hissəsi,
xüsusən pis ad çıxarmışdır. Buradakı qumlar at üçün keçilməzdir,
«səhra gəmisi» adını qazanmış dəvələr də barxanların ətəklərində
qarnına qədər quma batır. Ölkənin Əl-Həsa adlanan İran körfəzi
sahilləri səthi qumlu düzənliklərdən ibarətdir.
İlk nəzərdə qəribə görünsə də ərazisinin çox hissəsini cansız
qum yığınları təşkil edən Səudiyyə Ərəbistanı hökuməti Avtsriyanın
213
«Şerf» şirkətindən qum almaq barədə saziş imzalamışdır. Xüsusi texnologiyaya
əsaslanan bu qum «qeyri-adi keyfiyyətlərə» malikdir.
Xüsusi emaldan sonra o uzun müddət rütubəti özündə toplamaq və
saxlamaq qabiliyyətinə malik olur. Mütəxəssislərin fikrincə, belə
qumun 1 kub metri tərkibində 60 litr su saxlamaq imkanına malikdir.
Toplanmış sudan sonradan lazım olan vaxt istifadə etmək olar.
Səudiyyə Ərəbistanından başqa Uqanda, Keniiya, Yaponiya da bu cür
qumları idxal edib, ondan istifadə edirlər.
Ötüb keçmiş sellərin, çayların «vadi» adlanan böyük və kiçik
yataqları Ərəbistan yarımadası relyefinə ayrı bir xüsusiyyət verir,
onlar müxtəlif istiqamətlərdə uzanıb gedirlər. Ərəbistan iqliminin
daha yağışlı qədim dövründə aramsız olaraq vadilərdən axan sellər və
çaylar Rub-əl Xali səhrasından İran körfəzinə tərəf axırdılar.
Ölkədə yağışlı dövrlərdə cəmi bir neçə vadi su ilə dolur.
Məsələn, mənbəyi Məkkə şəhəri yaxınlığından başlayan Fatimə
vadisində daşqın vaxtlarında axar suyun eni bəzən bir neçə kilometrə
çatır. Səudiyyə Ərəbistanının qərbində ən mühüm vadi Dəvasir
vadisidir. Bişə, Rəniyə, Tətlit və bir çox başqa adsız çay yataqlarının
«birləşməsindən» əmələ gəlmiş Dəvasir vadisi və Səudiyyə
Ərəbistanının qərbindəki başqa bütün quru çay yataqları kimi Kiçik
Nəfudun qumlarında sona yetir. Bir neçə ildən bir, xüsusilə uzun
müddət yağan yağışlardan sonra bu vadilər su ilə dolur.
Buna baxmayaraq Dəvasir sisteminin bütün vadilərində çox da
böyük olmayan dərinlikdə yeraltı sular vardır. Bunlardan xurma ağaclarının
və bəzi taxıl bitkilərinin becərilməsində istifadə edirlər.
Məsələn, Bişə vadisinin Dəvasirlə birləşdiyi yerdən 250 km
məsafədə zəngin yeraltı su təbəqəsi mövcuddur. Bu vadidə əs-Sülayil
şəhəri istiqamətində 100 km məsafədə yeraltı sular 1-2 metrə qədər
dərinlikdən çıxır.
Əsrin əvvəllərində Ərəbistana gəlmiş avropalı səyahətçi Douti
yazır ki, Dəvasir vadisinin oazisləri bədəvi qəbilələrini xurma ilə
təchiz edir. Buradakı xurma ağacları meşəlikləri sürətlə gedən dəvə
ilə üçgünlük yol uzunluğundadır. Dəvasir, Tətlit, Həmd, Bişə və
Rəniyə vadilərində qədim kəndlərin xarabalıqlarına da rast gəlmək
olur. Bu onu göstərir ki, keçmişlərdə bu yerlərin əhalisi indikindən
xeyli çox imiş.
Qırmızı dənizin Səudiyyə Ərəbistanına aid edilən ərazi suları
daxilində onlarla kiçik adalar Səudiyyə Ərəbistanına məxsusdur. Bu
214
adaların səthi qayalıqlardan, mərcan riflərindən, yaxud qumluqlardan
ibarətdir. İran körfəzinin sahilləri isə daha girintili-çıxıntılıdır. Lakin
qumlu alçaq sahil, kiçik körfəzlərin dayazlığı onlardan gəmiçilik
məqsədilə istifadə olunmasını çətinləşdirir. Bəhreyn boğazı eyniadlı
arxipelaqı materikdən ayırır. İran körfəzi sahilində Dəmman ticarət
və Ras-Tənnur neft limanları fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanı faydalı qazıntılar, xüsusilə də yanacaq
sərvətləri ilə yaxşı təmin olunmuş ölkələrdən biridir. Neft ehtiyatına
görə o dünyada birinci yeri tutur. Ehtiyatı 37,3 mlrd. tondan artıq
olan neftin ən iri yataqları ölkənin şərqində və İran körfəzinin şelf
zonasındadır. Təbii qazın ehtiyatı 6,4 trln. m3-dir. Qaz ehtiyatına görə
dünyada yeddinci-səkkizinci yerdədir.
Son tədqiqatların nəticəsində ölkənin qərb hissəsində Fatimə
vadisi rayonunda tərkibində metalın faizi 47-yə çatan və ehtiyatı
böyük olan dəmir filizi yataqları aşkar edilmiş və həmin yataqlar
əsasında metallurgiya müəssisəsi tikilmişdir. Yəmənlə sərhəd
bölgələrində mis və digər polimetal filizlər, Ciddə şəhərindən şimalda
uran filizi yataqları tapılmışdır.
Bunlardan başqa ölkədə ehtiyatı 1 mlrd. tondan artıq olan daşduz
yataqları da aşkar edilmişdir. Daşduz Cizan şəhərinin yaxınlığında
çıxarılır. Səudiyyə Ərəbistanı tikinti materialları ilə də
zəngindir. Ölkənin çox yerində daş, gips, gil, qum və s. vardır. Yerli
əhali bunlardan geniş istifadə edir. Yanbo şəhərindən şimalda böyük
gips yataqları yerləşib. Dəmman yaxınlığında yerli əhəngdaşı
əsasında sement zavodları fəaliyyət göstərir. Səudiyyə Ərəbistanı
hökuməti 1972-ci ilin iyulundan neftdən başqa ölkənin digər mineral
sərvətlərinin istismar edilməsini nizama salan yeni qanun qəbul etmişdir.
Bir sıra güzəştləri olan bu yeni qanun xarici və yerli sahibkarları
faydalı qazıntıların kəşfiyyatını aparmağa daha da həvəsləndirir.
İqlimi və hidroqrafiyası. Səudiyyə Ərəbistanının ərazisi bütövlükdə
quru subtropik zonadadır. Bu zonada yağıntı az, temperatur
isə yüksəkdir. Ölkənin mərkəzi hissəsində sahil bölgələrindən fərqli
olaraq (bu bölgələrdə havanın yüksək hərarətinə yüksək nəmişlik də
əlavə olunur) havanın quruluğu istiyə dözməyə imkan verir. Qırmızı
dənizin şərq sahilində ilin 10 ayı çox isti keçir. Buxarlanmış hava tez
bir zamanda adamın əynindəki paltarı isladır. İran körfəzi sahilində
istiyə dözmək Qırmızı dəniz sahillərinə nisbətən daha asandır.
Səudiyyə Ərəbistanında hava şəraitinin və temperaturun for215
malaşmasında küləklər mühüm rol oynayır. Ölkənin şərq hissəsində
şimal və şimal-qərb küləkləri hökm sürür (ərəblər bu küləkləri «şemal
» adlandırırlar). Bu küləklər qış aylarında temperaturun kəskin
surətdə aşağı düşməsinə səbəb olur və Hind okeanından əsən ilıq
hava axınını dağıdır. İnsan orqanizminə daha çox zərər vuran isti
Şərq küləyini ərəblər «səmum» adlandırırlar. Bu söz «zəhərli»,
«zərərli» mənalarını bildirir.
Hind okeanının musson küləkləri ölkəyə yağış gətirir. Bu
yağışlar subtropik zonalarda olduğu kimi adətən güclü, qısamüddətli
olduğundan təsərrüfata, evlərə böyük ziyan vurur. Mərkəzi
Ərəbistanda və Nəcddə yağışlar yay və qış aylarında, Hicazda isə
qışın və yazın əvvəllərində yağır. Ölkənin şərq hissəsində yağışlar
adətən noyabr, dekabr aylarında başlayıb may ayında qurtarır. Ən
yağışlı yer Asir adlanan cənub-qərb rayonudur.
Burada il ərzində sahilə 200 mm, dağlara 600 mm-ə qədər yağıntı
düşür. Mərkəzi rayonlarda və Nəcddə il ərzində yağıntı 100
mm-ə yaxın, Hicaz dağlarında bundan bir yarım, iki dəfə çox olur.
Ölkənin şərq hissəsində (Dəhran rayonu) yağıntının orta illik miqdarı
75 mm-dir, lakin bəzən bu 175 mm-ə qədər artır, ya da 25 mm-ə
qədər enir.
Ərəbistan yarımadası platforıması şərqə tərəf getdikcə
alçaqlaşdığından qərb rayonlarında yağan yağışlar suyadavamlı
təbəqələrə qədər süzülüb keçir və şərq rayonlarının yeraltı
rezervuarlarında yığılıb qalır. İran körfəzi rayonunda quyu qazmaqla
təmiz şirin suyun asanlıqla əldə edilməsi bununla bağlıdır. Əl-Həsa
və Əd-Katif oazislərində əsrlərdən bəri ərəblər quyunu əl ilə qazıb su
çıxarırlar. İran körfəzi rayonu sahillərində, hətta körfəzin dibində
belə şirin su fəvvarələri aşkar edilmişdir. Bu səbəbdən də sahil
rayonunun şirin su ilə təchiz olunması, yarımadanın başqa hissələrinə
nisbətən qat-qat yaxşıdır.
Qərbdə, dəniz səviyyəsindən 200-400 m hündürlükdə olan
Dəhnə qumluqlarında isə su azdır. Burada yağış suyunu kiçik
hovuzlara yığır, əl ilə 70 m, bəzən daha dərin quyular qazırlar.
Kifayət qədər yaxşı içməli su əldə etmək üçün qazma üsulu ilə 160-
230 m dərinliyə qədər quyu qazmaq və güclü nasoslardan istifadə
etmək lazım gəlir. Bir çox yerlərdə su şor çıxır və içmək üçün yararlı
olmur.
Səudiyyə Ərəbistanında daimi axara malik çaylar, eləcə də
216
şirin sulu göllər yoxdur. Buna baxmayaraq çox yağıntılı illərdə su
nəinki çayların quru yatağını (vadini) doldurur, hətta müvəqqəti
axınlar və göllər yaradır. Bu cür göllərin suyu çirkli və duzlu
olduğundan ondan məişətdə istifadə olunmur. Qalın qum qatından
keçərək yaxşıca süzülən və keyfiyyətinə görə bulaq suyundan
seçilməyən yeraltı suların əhəmiyyəti böyüyür.
Torpaq və bitki örtüyü. Səudiyyə Ərəbistanında bitki örtüyünün
kasıblığı (Asir dağlarının terraslarını və mədəni bitkiləri olan
yaşıl vadilər istisna olmaqla), səthin qumlu və daşlı, temperaturun
yüksək və yağıntının az olması ilə izah olunur.
Burada ən çox yayılmış ağac xurma palmasıdır. Bu ağac
vətəni olan Ərəbistan yarımadasından qədim Mesopotamiyaya ,
Misirə, İsrailə və başqa ölkələrə yayılaraq Yaxın Şərqin bir çox
xalqlarının müqəddəs ağacına çevrilmişdir. Səudiyyə Ərəbistanında
bizim başa düşdüyümüz mənada meşə yoxdur. Amma burada
alçaqboylu tamarisk* cəngəllikləri çoxdur. Bu kollar qumlu torpaqda
yaxşı inkişaf etdiyindən onları süni surətdə də becərirlər.
Yeri gəlmişkən, səhrada yaşamağın nə qədər çətin olması,
ərazisinin çox hissəsi cansız qumlardan ibarət olan Səudiyyə
Ərəbistanında kəskin surətdə hiss olunur. Dəhşətli istiyə və
nəfəsqaraldan bürküyə qalib gəlmək, qum tufanlarının vurduğu zərəri
minimuma endirmək, susuz, təbii bitki örtüyündən məhrum olmuş
səhrada təqribən 25 mln. əhalinin normal həyatı və dinamik surətdə
inkişafı, sənaye, kənd təsərrüfatı və məişət xidmətləri üçün kifayət
qədər içməli su mənbəyi tapmaqda elm və texnikanın, o cümlədən,
kosmonavtikanın nailiyyətlərindən istifadə etməyi bacaran adamlara
qibtə etməmək olmur.
İçməli su ilə təminat Səudiyyə Ərəbistanı dövləti qarşısında
duran ən ümdə problemlərdən biridir. Hazırda ölkədə 30 su
təmizləyici qurğu fəaliyyət göstərir ki, onlar bir ildə bir mln.m3 təmiz
su istehsal edə bilirlər. Amma bir tərəfdən bu özü azlıq edir, digər
tərəfdən baha başa gəldiyindən Səudiyyə Ərəbistanı bu problemin
həlli üçün çıxış yolları, alternativ variantlar axtarır.
Bu yollardan biri də Antarktidanın şelf və ya materik
* Tamarisk - alçaqboylu istiyə və susuzluğa davamlı ağac və kol.
Qumların irəliləməsinin qarşısını almaq üçün əkilir.
217
buzlaqlarından istifadə etməkdən ibarətdir. Mütəxəssislər hesablamışlar
ki, Antarktida aysberqlərinin (suya düşmüş buz dağı) Səudiyyə
Ərəbistanı sahillərinə gətirmək texniki cəhətdən çətin deyil və buzlaq
suyu təmizlənmiş dəniz suyundan dəyərcə 50-70 faiz ucuz başa gələ
bilər. İkinci variant isə aysberqlərin Səudiyyə Ərəbistanına nisbətən
Antarktidaya xeyli yaxın yerləşmiş Cənubi Afrika Respublikası
sahilərinə çatdırmaq, həmin buzlaqdan alınmış təmiz suyu tankerlərə
dolduraraq Səudiyyə Ərəbistanına göndərməkdir.
Səudiyyə Ərəbistanı hökuməti təbiətinə biganə qalan dövlət
deyil. Ölkədə ekoloji tarazlığı qorumaq üçün milli parklar, qoruqlar
və yasaqlıqlar salınmışdır. Amma bu işlər lazımi səviyyədə inkişaf
edə bilməmişdir.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Səudiyyə Ərəbistanı köçəri ərəb tayfalarının çox qədimdən
məskunlaşdığı ərazilərdəndir. Ərəb tayfaları ilkin dövrlərdə ölkənin
şimal-şərqində, eramızdan əvvəl ikinci minillikdə isə Ərəbistan
yarımadasının hər yerində yayılmışdır. Məkkə şəhəri tezliklə
Ərəbistanın mühüm siyasi, ticarət mərkəzinə çevrilir. Məkkəlilər
yeddinci əsrin ortalarında qonşu tayfaları öz ətrafında birləşdirdilər.
Hicaz əyalətində yeddinci əsrdə yeni din – İslam və ilk müsəlman
teokratik dövləti – xəlifət yaranır. Xəlifətin ilk paytaxtı Mədinə
şəhəri olur.
Ərəb xəlifəti VII-VIII əsrdə Əməvilərin, VII-IX əsrlərdə
Abbasilərin hakimiyyəti altında olur. X-XII yüzilliklərdə Ərəbistan
yarımadasında müstəqil əmirliklər, sultanlıqlar yaranır. XVI əsrdə
ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı (o vaxtlar Hicaz
adlanırdı) Osmanlı imperiyasının təsiri altına düşür. XVIII yüzilliyin
ortalarında türklərin Ərəbistandan çıxarılması hərəkatı başlanır. Bu
hərəkata Nəcd əyalətinin Səudilər sülaləsindən olan Əmir
Məhəmməd ibn Səud başçılıq edir. O, qarşısında Ərəbistanı İslamın
vəhhabilik* təriqəti bayrağı altında birləşdirib azadlıq hərəkatına
* Vəhhabilik – ortodoksal İslamda yaranmış dini-siyasi cərəyan. XVIII
əsrin ortalarında Nəcddə türk sultanlarına qarşı ərəblərin azadlıq hərəkatı.
218
başlamaq məqsədi qoymuşdu. XX əsrin əvvəllərində Ərəbistan
yarımadasında əmirliklərin birləşdirilməsi və vahid mərkəzi dövlət
yaradılması uğrunda mübarizə daha geniş vüsət alır. Nəhayət, 1926-
cı ilin yanvarında Nəcd əmirliyinin hakimi Əbdül Əziz ibn Səudun
başçılığı ilə müstəqil dövlət yaradılır. Əbdül Əziz ibn Səud özünün
«Hicaz, Nəcd və Birləşdirilmiş digər əyalətlərin» məliki elan edir.
1932-ci il sentyabrın 23-də Səudiyyə Ərəbistanı adı almış
məlikliyin tarixi-coğrafi əyalətlərinin (Hicaz, Nəcd, Əl-Həsa və Əl-
Asir) bir dövlət tərkibində birləşdirilməsi haqqında məlikin fərmanı
elan olunur. O vaxtdan Səudiyyə Ərəbistanı məlikliyi dünya
xəritəsinə düşmüş və həmin gün milli bayram şəklində geniş qeyd
olunur. 1943-cü ildə Səudiyyə Ərəbistanı məlikliyi ilə diplomatik
münasibətlər yaradan ABŞ, 1951-ci ildə «Qarşılıqlı müdafiə və
qarşılıqlı yardım» haqqında saziş imzalayır.
Səudiyyə Ərəbistanı inkişaf etmiş ölkələr ilə iqtisadi və siyasi
əlaqələri genişləndirmək, antikommunizm siyasəti yürütməklə yanaşı
ərəb ölkələrinə qarşı İsrail təcavüzünü pisləyir və bu təcavüzdən
ziyan çəkmiş ərəb ölkələrinə və ümumiyyətlə, müsəlman ölkələrinə
maddi yardım göstərir.
Xarici mütəxəssislərin və fəhlələrin ilk dəstələri Səudiyyə
Ərəbistanında ötən əsrin 60-cı illərindən görünməyə başladı. Neftçıxarmanın
sürətli artımı illərində milyonlarla fəhlə Ərəbistana axışıb
gəldi. Ərəb ölkələrinin, Hindistanın, Pakistanın, Banqladeşin, Cənubi
Koreyanın, Tayvanın, Filippinin və s. ölkələrin mütəxəssisləri
təyyarə meydanları, magistral yollar, iri müəssisələr, elektrik
stansiyaları, bank binaları tikdilər, yaşıllıqlar saldılar və indiyədək bu
sahillərdə işləyib xidmət edirlər.
Şübhə yoxdur ki, əcnəbilər məlikliyin yerli əhalisi kimi sosial
nemətlərdən istifadə edə bilmirlər. Onların iş günü formal olaraq
normalaşdırılsa da, əmək haqqı yerli əhaliyə verilən əmək haqqından
xeyli aşağıdır. Buna baxmayaraq xaricilər aşkar, yaxud gizli surətdə
Səudiyyə Ərəbistanına o ümidlə axışıb gəlirlər ki, bir neçə ildən
sonra öz gələcəklərini təmin edəcək qədər vəsait qazanıb vətənlərinə
Banisi Məhəmməd ibn Əbd Vəhhabdır. Vəhhabilər Qurani-Kərimi qəbul
etsələr də, İslam dinində müqəddəslərə pərəstişi, dərvişliyi rədd etmiş,
cihata böyük diqqət vermişlər.
219
qayıda bilsinlər.
Ölkənin tarixində hakimiyyətə qarşı ən böyük çıxış İslam
ənənəçilirənin üsyanı oldu. 1979-cu il noyabrın 20-də səhər minə
yaxın adam Məkkədə müsəlman dünyasının əsas müqəddəs yeri olan
Əl-Həram məscidini tutdu. «İslam dinindən ayrılmış, amerikanlaşmış
hakimiyyəti» devirmək şüarı altında keçirilən üsyan İranda baş
vermiş fevral inqilabından da ilham almışdı. Hakimiyyət orqanları
Məkkədə üsyanı yatırsa da, bəzi dəyişikliklər etməyə məcbur oldu.
Söz verildi ki, məsləhətverici məclis yaradılacaq, dövlət vəsaitlərinin
xərclənməsi üzərində nəzarət artırılacaq, korrupsiyaya qarşı mübarizə
gücləndiriləcək. Bundan əlavə hökumət şiələrin yaşadığı bölgələrin
inkişafı üçün ayrılan maliyyələşdirməni xeyli artırdı, onların dini
həyatdakı məhdudluğunu bir qədər azaltdı.
Səudiyyə Ərəbistanı Cəmiyyətində ölkənin idarəçiliyində
iştirak etmək istəyənlər çoxdur. İçərisində hakim ailənin şahzadələri
olan qüvvələr kapitalist inkişaf yolunun gələcəyini təmin etməyə,
rejimin demokratikləşdirilməsinə nail olmağa can atırlar. Digər
tərəfdən İslam fundamentalizminin güclü cərəyanı islahatların
qabağını almağa çalışır və belə bir şüar irəli sürür: «Əgər elektrik
işığı dinin alovunu kölgədə qoyursa, onu söndürmək daha yaxşıdır».
Məlikliyin hakim dairələri üçün yenilik tərəfdarları ilə İslam
ənənəçiləri arasında müəyyən çıxış yolları tapmaq bir qədər çətindir.
Buna baxmayaraq Səudilər sülaləsinin həm siyasi, həm də sosialiqtisadi
həyatda rollarının saxlanılması, mütləqiyyətin hələ yaşamağa
qadir olduğunu göstərir.
Dövlət quruluşu. Səudiyyə Ərəbistanı məlikliyi mütləqiyyət
formalı idarəetmə üsuluna malik teokratik monarxiyadır. Qurani-
Kərim konstitusiyanı əvəzləyir. Məlik dövlətin rəhbəri olmaqla
yanaşı həmçinin Səudiyyə Ərəbistanı ərazisində yerləşən iki
müqəddəs məscidin (ərəbcə Xadümül hərəmeyn) və bütün ölkə
müsəlmanlarının başçısıdır. 1982-ci ildən ölkənin məliki Əs-Səudilər
ailəsindən olan Fəhd ben Əbdül Əzizin vəfatından sonra (2005-ci il 1
avqust) ölkə vəliəhti əmir Abdullah bin Əbdüləziz Əl Səid sülaləsinin
ailədaxili razılığına əsasən Səudiyyə Ərəbistanı məlikliyinin dövlət
başçısı – Məlik, ali baş komandan, eyni zamanda Baş nazir elan
edilmiş, o da sələfi kimi 2 Müqəddəs Ocağın Xadimi titulunu
götürmüşdür. Vəliəhdlik mexanizmi rəsmi olaraq 1992-ci ildən təsbit
edilmişdir. Taxt-tacın vəliəhdi məlikin sağlığında ülamaların razılığı
220
ilə təyin edilir. Dövlətdə bütün rəsmi vəzifələri Əs-Səudilər ailəsinin
üzvləri tutur. Əs-Səud nəslinin 5 mindən çox şahzadəsi içərisində
dövlətin əsasını qoyan İbn Səidin oğlu və nəvələrindən otuzu və iri
qəbilə başçıları idarəetmə sistemində əsas rol oynayır. Ali hakimiyyət
orqanlarına – dövlət başçısı və vəliəhd, Nazirlər Şurası, Məşvərət
Şurası, Ali Məhkəmə Şurası daxildir. Əslində ölkə bütünlüklə bir
ailənin malikanəsidir. Bu ailənin içərisində birlik və həmrəylik
müxtəlif qruplaşmaların mənafelərini nəzərə almaqla elə mühafizə
olunur ki, heç bir qruplaşma hakimiyyəti inhisarlaşdıra bilməsin.
İdarəetmə sistemində yüksəkrütbəli rühanilərdən ibarət Üləmalar
Şurası mühüm rol oynayır. Bütün qanunvericilik aktlarının layihələri
dini baxışlara müvafiqliyi cəhətdən qabaqcadan razılaşdırılmalıdır.
Ölkədə ictimai əsayişi qoruyan orqanlarda xüsusi bölmələr
yaradılmışdır. Bu struktur həyat tərzinin və insanların (o cümlədən
əcnəbilərin) davranışının islam normalarına və ənənələrinə
uyğunluğuna diqqətlə və qısqanclıqla nəzarət edir. Səudiyyə ərəbləri
ictimaiyyətində tayfa bölgüsü prinsipi güclüdür. Tayfalara şeyxlər
rəhbərlik edir. Ərazi inzibati baxımdan ölkə 4 tarixi bölgəyə və 13
əyalətə bölünür.
Səudiyyə Ərəbistanında heç bir siyasi partiya və həmkarlar
təşkilatı yoxdur. Bunları yaratmaq rəsmən qadağan olunub, əslində
onların yaranmasına ehtiyac yoxdur. Yaranmış bütün problemlər
şəriət qayda-qanunlarına əsasən nizamlanır. Ölkədə radikal şiə
qruplaşmaları «Səudiyyə Hisbullahı», «İslamçı Hicaz Cihadı» sayılır.
1990-cı ildə yaranmış «İslahatlar Uğrunda Şiə Hərəkatı» daha
mötədil qruplaşma hesab edilir.
Səudiyyə Ərəbistanı bitərəflik siyasətini özünün rəsmi xarici
siyasət kursu elan etmişdir. Dövlət öz xarici siyasətində ilk növbədə
ərəb və islam ölkələri ilə münasibələrini genişləndirir. Səudiyyə
Ərəbistanı ABŞ və dünyanın digər ölkələri ilə də əlaqələrini ildən-ilə
artırır. 1990-cı ilin avqustunda İraqın Küveytə təcavüzü ilə əlaqədar
olaraq ABŞ və onun müttəfiqlərinin qoşun hissələri Səudiyyə
Ərəbistanında yerləşdirildi. Bu hadisə Səudiyyə Ərəbistanı ilə ABŞ
və digər Qərb dövlətlərinin yaxınlaşmasına təkan verdi.
Səudiyyə Ərəbistanı məlikliyi BMT-nin, Ərəb Ölkələri
Cəmiyyətinin, İslam Konfransı Təşkilatının, İran körfəzi ərəb
dövlətlərinin, başqa beynəlxalq və regional təşkilatların üzvüdür.
Azərbaycan Respublikası ilə münasibətləri. Ərəb dünyasının
221
və müsəlman aləminin ən nüfuzlu dövlətlərindən biri də Səudiyyə
Ərəbistanı məlikliyidir. Təsadüfü deyildir ki, prezident Heydər Əliyev
müsəlman dövlətləri arasında üçüncü (Türkiyə və İrandan sonra), ərəb
dövlətləri arasında isə birinci səfərini Səudiyyə Ərəbistanı məlikliyinə
etmişdir. 1994-cü ilin aprelində Azərbaycan Respublikası sabiq Sovet
İttifaqının müstəqillik qazanmış müsəlman dövlətləri arasında birinci
olaraq Səudiyyə Ərəbistanı məlikliyində öz səfirliyini açmışdır.
Bu vaxta qədər isə Səudiyyə Ərəbistanı ilə Azərbaycan
Respublikası arasında, demək olar ki, heç bir əlaqə olmamışdır.
Prezident Heydər Əliyev ilk dəfə bu ölkəyə 1994-cü ilin aprelində
səfər etmişdir. 1994-2004-cü illər ərzində müxtəlif sahələrdə çoxsaylı
səfər mübadilələri edilmişdir. Səudiyyə Ərəbistanı tərəfindən
dövlətin rəsmi şəxsləri, eyni zamanda iri şirkət rəhbərləri və iş
adamlarından ibarət nümayəndə heyətləri Azərbaycanda səfərdə
olmuşlar.
Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzü ilə əlaqədar bütün
beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim
dəstəkləyir. İki ölkənin səhiyyə nazirliklərinin hazırladıqları birgə
proqrama əsasən bir qrup azərbaycanlı həkim Səudiyyə
Ərəbistanında öz ixtisası üzrə fəaliyyət göstərmişlər.
1999-cu ilin iyununda Azərbaycanda Səudiyyə Ərəbistanının
səfirliyi fəaliyyətə başlamışdır. Məlikliyin rəhbərləri 2002-ci il
avqustun 11-də qondarma «Dağlıq Qarabağ Respublikası»nda
keçirilmiş «prezident seçkilərini» pisləmiş və Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini bir daha bəyan etmişdir. Rəsmi Ər-Riyad
dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll
olunmayınca, Ermənistan Respublikası ilə heç bir siyasi, iqtisadi və
mədəni əlaqələr qurulmayacaqdır.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə
Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı məlikliyi
arasında iqtisadiyyat, ticarət, investisiya, texniki, mədəniyyət, idman
və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir.
Azərbaycan Respublikası – Səudiyyə Ərəbistanı məlikliyi
Müştərək Komissiyasının birinci iclası 2001-ci ilin fevralında Bakıda
keçirilmişdir. Müştərək Komissiyanın işinin sonunda iki ölkə
arasında protokol imzalanmışdır.
2002-ci ilin dekabrın 28-də Səudiyyə İnkişaf fondu Bakı
222
şəhərində orta məktəb binalarının tikilməsi layihələrini həyata
keçirmək məqsədi ilə Azərbaycan Respublikası hökumətinə 35,7
mln. rial həcmində kredit ayrılması barədə qərar qəbul etmişdir.
2004-cü ilin fevralın 14-15-də Ər-Riyadda Səudiyyə Ərəbistanı-
Azərbaycan Respublikası Hökumətlərarası Müştərək Komissiyasının
ikinci iclası keçirilmiş və iclasın sonunda müvafiq protokol
imzalanmışdır.
2005-ci ilin yayında Azərbaycan Respublikasının xarici işlər
naziri Səudiyyə Ərəbistanı məlikliyində rəsmi səfərdə olmuşdur.
2007-ci ilin avqust ayında Səudiyyə Ərəbistanı məlikliyinin rəsmiləri
respublikamızda olmuşlar. (hər iki ölkə arasında münasibətlərin daha
da inkişaf etdirilməsi qərara alınmışdır. Səudiyyə Ərəbistanında
çalışan azərbaycanlı mütəxəssiələrin sayı ildən-ilə artır. 2007-ci ilin
ortalarına olan məlumata görə Səudiyyə Ərəbistanında 232
azərbaycanlı həkim çalışır. Ailəsi ilə birlikdə bunların sayı 800 nəfərə
çatır.) Bu səfərlər çərçivəsində ölkə rəsmləri ilə ikitərəfli və
çoxtərəfli münasibətlərin mövcud vəziyyəti, perspektivləri müzakirə
olunmuşdur.
Səfərlər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
ilə Səudiyyə Ərəbistanı məlikliyi Xarici İşlər Nazirliyi arasında
ikitərəfli siyasi məsləhətləşmələr haqqında «Anlaşma
Memorandumu» imzalanmışdır.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
2005-ci ilə olan məlumatlara əsasən ölkədə yaşayanların sayı
24,0 mln. nəfərə çatmışdır (o cümlədən 6,0 mln. nəfər əcnəbi).
Səudiyyə Ərəbistanı doğumu artırmaq üçün ciddi-cəhd göstərən
ölkələrdən biridir. Məsələn, ölkədə hamiləliyin qarşısını alan
vasitələrdən istifadə etməyə qadağa qoyulmuşdur. Əhalinin artım
tempi yüksəkdir. Ötən əsrin 1995-2000-ci illərində artım tempi 2,8
faiz olmuşdur. Əvvəlki beşillikdə isə bu rəqəm 3,3 faizə bərabər idi.
İndi isə 2,5 faizə enmişdir. Təqribən 150 min nəfər Səudiyyə ərəbi
xarici ölkələrdə yaşayır. Demək olar ki, ölkə əhalisinin 85 faizi
ərəblərdir. Onların arasında əsl Səudiyyə Ərəbləri, həmçinin
Yəməndən, Ürdündən, Fələstindən və digər qonşu dövlətlərdən olan
ərəblər seçilir. Gəlmə ərəblərin hamısı qazanc arxasınca gələnlərdir.
Rəsmi dil – ərəb dilidir. Dövlət dini – sünnü məshəbli islam
223
dinidir. Yaşlı əhalinin 80 faizi savadlıdır. İbtidai təhsil məcburidir.
Hər 15 şagirdə 1 müəllim düşür, bu isə dünyada ən yüksək
göstəricidir. Bununla belə təhsilin bütün səviyyələrində əvvəllər
olduğu kimi dini tərkib tutarlıdır. Oğlan və qızlar üçün təlim
ayrıcadır. Ölkədə yeddi dövlət Universiteti fəaliyyətdədir. Pedoqoji
heyət əsasən xaricilərdən ibarətdir. Dövlət təhsil müəssisələri ilə
yanaşı 21 kişi və 12 qadın özəl institutu da vardır.
Ölkədə orta ömür müddəti 73 ildir. Kişilər üçün 71, qadınlar
üçün isə 75 ildir. Tibbi yardım ölkənin vətəndaşlarına olduğu kimi,
əcnəbilərə də göstərilir. Hər min nəfər əhaliyə 3,2 xəstəxana
çarpayısı düşür, xəstəxanalar ən müasir tibbi avadanlıqlarla təchiz
olunmuşlar.
Səudiyyə Ərəbistanının yerli sakinləri rəmzi mənada vergi
ödəsələr də eyni zamanda çox sayda maddi yardım alırlar. Təhsil və
tibbi xidmət pulsuzdur. Şagird dərslikləri, dəftərləri, geyim formalarını
və yeməyi pulsuz alır. Peşə təlim məktəblərində oxuyanların
aylıq stipendiyası 500 ABŞ dollarıdır. Xarici ölkələrdə təhsil alan
tələbələrin stipendiyası öz ölkəsində oxuyanlar üçün olduğundan 3
dəfə çoxdur. Ali və orta təhsil müəssisələrinin bütün müdavimləri
üçün işədüzəlmə qanunvericiliklə təsbit olunmuşdur.
Məktəbəqədərki uşaq baxçaları, doğum evləri, sanatoriyalar
dövlətin dotasiyası hesabına fəaliyyət göstərirlər. Doğum, toy və
ölüm hallarında da müavinət verilir. Az gəlirli ailələrə yaşayış evi
pulsuz verilir.
Ölkə əhalisi ərazi üzrə çox qeyri-bərabər yayılmışdır. Orta
sıxlıq hər kv. km-ə 10 nəfərdən bir qədər artıqdır. Qırmızı dəniz və
İran körfəzi sahilləri, həmçinin paytaxt bölgəsində əhali sıxdır. Ölkə
ərazisini təqribən 60 faizi oturaq əhalidən məhrumdur. Belə bölgələrdə
isə hətta köçərilərin belə ayağı dəymədiyi sahələr vardır.
İşlə məşğul olan əhalinin 90 faizi dövlət sektorunda çalışır,
əhalinin sürətli artımı şəraitində iş yerləri ilə təminat zəruri
olduğundan əcnəbi işçi qüvvəsinin öz sakinləri ilə əvəzlənməsi proqramı
həyata keçirilir.
Səudiyyə Ərəbistanı şəhər əhalisinin sayı sürətlə artan
ölkələrdən biridir. Oturaq həyata keçməyə başlamış bədəvilər və
digər peşə sahibləri daha əlverişli iş axtarmaq məqsədi ilə şəhərlərə
miqrasiya edir. Hazırda əhalinin 80 faizə yaxını şəhərlərdə yaşayır.
Ölkənin ən mühüm şəhərləri Ər-Riyad, Ciddə, Məkkə, Mədinə, Ət-
224
Taif, Dəhran, Dəmman, Xüfuf, Bureydə və başqalarıdır.
Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm
Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi
əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 3,0 mln. nəfərdən
artıqdır. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə Vəhhabilər
dövlətinin inzibati mərkəzi kimi salınmışdır.
Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni
mərkəzidir. Şəhərdə neftemalı, sement, yeyinti, toxuculuq,
maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik
stansiyaları fəaliyyət göstərir. Ər-Riyadda bir neçə ali məktəb
fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad
universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və
ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir.
O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir
qismi Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.
Məkkə bütün dünya müsəlmanlarının adını əzbər bildikləri
şəhərdir. Ölkənin qərbində yerləşmiş Məkkə Hicaz əyalətinin inzibati
mərkəzidir. Şəhər Qırmızı dənizin sahillərindən 70-75 km aralıdır.
Rahat avtomobil yolları onu ölkənin digər böyük şəhərləri ilə
birləşdirir.
Səudiyyə Ərəbistanının başqa şəhərlərində olduğu kimi
Məkkənin də əhalisi sürətlə artır. 1970-ci ildə bu şəhərdə 200, 2005-
ci ildə isə 700 min nəfər yaşayırdı. Ziyarət zamanı şəhər əhalisinin
sayı bir neçə dəfə artır. Şəhərdə kimya, toxuculuq, metal emalı,
yeyinti, əczaçılıq, zəmzəm quyusunun «müqəddəs suyunu» şüşələrə
dolduran müəssisələr var. Dini ayin əşyaları (kiçik namaz xalçaları,
müqəddəs kitablar, təsbeh və s.) istehsal edən kiçik müəssisələri
çoxdur. Şəhərdə dini tədris ocaqları ilə yanaşı tibb işçiləri və orta
məktəblər üçün müəllim hazırlayan kolleclər var. Ümumdünya İslam
Cəmiyyətinin və İslam Konfransı Təşkilatının mənzil-qərərgahı
Məkkə şəhərindədir.
Məkkə İslamın ən müqəddəs şəhəridir. Burada İslam dininin ən
müqəddəs məbədi Kəbə (Allahın evi) yerləşir. Müsəlman dünyasında
ikinci müqəddəs məkan Mədinə şəhərində Məhəmməd peyğəmbərin
(S) məzarı yerləşən məsciddir.
4. İqtisadiyyatı
225
Səudiyyə Ərəbistanı İslam dünyası ölkələri içərisində iqtisadi
inkişaf xüsusiyyətlərinə görə seçilən dövlətlərdən biridir. İslam
dünyasının əksər ölkəri kimi Səudiyyə Ərəbistanı Məlikliyi də
təzadlı, İslam fundamentalizmi ilə ultramüasirliyin birgə addımladığı
bir yerdir. Dünyanın ən kamil mütəxəssislərinin inşa etdikləri geniş
və çox rahat avtomobil yolları, uca və yaraşıqlı ofis və
mehmanxanalar, ən mükəmməl kompyüter sistemi, fasadı keramika
ilə bəzədilmiş universitet binaları, heyrətamiz gözəlliya malik
məscidlər, milyon tonlarla çıxarılan qara qızıl, dənizdə ən mükəmməl
texnika ilə təchiz olunmuş neft körpüləri, səbrlə öz növbəsini
gözləyən supertankerlər… Bütün bunlarla yanaşı hər gün müəzzinin
maqnitofon lentinə yazılmış beş rükət namaza çağıran məlahətli səsi,
qara çadralara və baş örtüklərinə bürünmüş qadınlar, şəhər
meydanlarında minlərlə adamın gözləri önündə yerinə yetirilən
qətllər, bütün bunlar ölkədə baş verən hadisələrdir, onun bu
günündür, çox güman ki, həm də sabahıdır.
Əlbəttə güclü iqtisadi dirçəlişə nail olmaq Səudiyyə Ərəbistanı
üçün heç də asan olmamışdır. Əsrimizin əvvəllərində bu ərazi türk
imperiyasının ən geridə qalmış əyalətlərindən biri idi. Avropada və
Amerikada Ərəbistan dəvələrdən, xurma agaclarından, başdan-başa
qara örtüyə bürünmüş gözəl qadınlardan, sirli Məkkədən və min bir
gecə nağıllarından ibarət bir ölkə kimi tanınırdı. Bu ölkədə
dəyişikliklər İkinci Dünya müharibəsindən sonra başlandı və Qərb
ölkələrinin yardımı ilə Səudiyyə Ərəbistanı 20-30 il ərzində geri
qalmış aqrar-heyvandarlıq ölkəsindən, orta səviyyədə inkişaf etmiş
sənaye-aqrar ölkəyə çevrildi, başqa sözlə desək, feodalizm
dövründən bir-başa kapitalizmə sıçradı.
Səudiyyə Ərəbistanının ümumdaxili məhsulunun (ÜDM)
həcmi 2004-cü ildə 200 mlrd. dollara bərabər olmuşdur.
İqtisadi artım tempi 1990-2000-ci illərdə heç də yüksək
olmamışdı. Orta hesabla hər il 2,1 faizi, yəni əhalinin artım
tempindən aşağı olmuşdur. Lakin bu rəqəm 2000-2005-ci illərdə 4-
4,5 faizə qədər yüksəlmişdir. Neftin satış qiymətlərindəki kəskin
dəyişiklər və vergi daxilolmalarının olmaması ilə əlaqədar hökumət
yeni gerçəkliyə uyğunlaşa bilməmiş, bu səbəbdən də ötən əsrin son
onilliyində dövlət xərclərinin səviyyəsi gəlirləri üstələmişdi. İranla
müharibə aparan İraqın müdafiəsinə xəzinədən 26 mlrd. dollar
xərclənmişdir.
226
İran körfəzində ABŞ-la birgə İraqa qarşı müharibə əməliyyatlarında
iştirak Səudiyyə Ərəbistanına 55 mlrd. dollara başa
gəlmişdir. Bura o xərclər də əlavə edilmişdir ki, İslam həyat tərzinin
nümunəvi olmasını nümayiş etdirilməsi məqsədi ilə çox baha başa
gələn və təkəbbürlü layihələrin icrasında həyata keçirilmişdir.
Milli özəl sektora dövlət öz köməyini əsirgəmir. O da nəzərə
alınmalıdır ki, son vaxtlaradək milli sahibkarlığın olmaması üzündən
iqtisadiyyatın bütün ağırlığı dövlətin çiyinlərinə düşürdü. Dövlət
sektoru indi də sənaye və nəqliyyatda əsas mülkiyyətçidir. XXI əsrin
əvvəllərində Ümumi Daxili Məhsulun 65 faizi dövlət sektorunun
payına düşürdü. Lakin son 5 ildə bu pay getdikcə azalmaqdadır.
Nəhəng dövlət şirkətlərinin özəlləşdirilməsi planı hazırlanır
(«Arabian Eyrlaynz» və öz kapitalının həcminə görə dünyanın ən iri
300 şirkəti arasında olan SABİK sənaye qrupu). Hökumət əcnəbi
investorları cəlb etməklə kifayətlənmir. Bu tədbirdə ölkənin xarici
banklarda olan 450 mlrd. dollar vəsaitinin də iştirakı nəzərdə tutulur.
İqtisadiyyatının sahə strukturuna gəldikdə ümumdaxili
məhsulun 51 faizi sənaye və tikintinin, 44 faizi xidmət sahələrinin və
cəmi 5 faizi kənd təsərrüfatının və balıqçılığın payına düşür.
Sənayenin aparıcı sahələri. Hasilat sənayesi ölkənin ən
inkişaf etmiş sahələrindən biridir. Məliklik neftlə zəngindir. Neft
ehtiyatları bol olmaqla (təqribən 36,0 mlrd. ton – dünya neft
ehtiyatının 25 faizi) yanaşı onun keyfiyyəti də yüksəkdir. İllik hasilat
200 mln. tondur. İri neft yataqları Havar və Abkaykdır. Tərkibcə çox
yüngül olan neft Barri və Şüayba yataqlarından hasil edilir.
Yataqların istismarı şəraiti ideala yaxındır: yəni dərinlik o qədər də
çox deyil, daxili təzyiq və quyuların məhsuldarlığı yüksəkdir.
Məsələn, ABŞ-da olduğundan 400 dəfə çoxdur.
Neft sektoru həm ÜDM-un, həm də ixracatın 62 faizini təşkil
edir. Bu sərvət eyni zamanda milli gəlirin təqribən 75 faizini yaradır.
Öz əhəmiyyətinə görə ölkədə ikinci dərəcəli sərvət təbii
qazdır. Artıq 5 yataqda kəşfiyyat işləri tamamlanmış, qaz ehtiyatının
6,4 trln m3 (dünya qaz ehtiyatlarının təqribən 6 faizi) olması məlum
olmuşdur. İllik təbii qaz hasilatı 40 mlrd. m3 həddindədir. Artıq
ölkənin enerji istehlakı strukturunda qazın payı 40 faizi ötmüşdür. Ən
iri istehlakçı sutkada ümumi istehlak gücü 122 mln. m3 olan 5 ədəd
qaz emalı zavodlarıdır. Qaz emalında ayrılan kükürd ixracata və yerli
rezin istehsalı sənayesinə yönəldilir. Neft və qazdan savayı, kömür,
227
sink, boksit, mis, qızıl, gümüş, fosfat, uran, daş, duz və bariy kimi
maddələrlə zəngin sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir.
Ölkədə illik qızıl hasilatı 3 tona çatdırılmışdır.
Tikinti sənayesi zəngin yerli xammal bazasına (gips, mərmər,
gil, əhəng və tikinti daşı və s.) arxalanır. Dağlıq ərazidə sənayedə
geniş istifadə olunan kitrənin* istehsal olunduğu bitki yetişdirilir.
Energetikanın əsasını istilik elektrik stansiyaları təşkil edir.
Hazırki vaxtda neftlə bağlı olmayan sənaye sektorunun ÜDM-da payı
38 faizə çatmışdır. Sənaye müəssisələri əsasən sahil bölgələrində
yerləşdirilmişdir. Səudiyyə Ərəbistanında olan sənaye
müəssisələrinin sayı 3 mini keçmişdir. Bu müəssisələrdə 10 min
addan çox məhsul istehsal olunur.
Ölkənin sənayeləşdirilməsində əsas cəhətlər bunlardır:
• İşlərin yüksək sürət və keyfiyyətli icrası;
• Texnoloji səviyyənin yüksək olması;
• Planlaşdırılan layihələrin miqyasının nəhəngliyi.
Müəssisələr vahid uzunmüddətli plan üzrə bütöv sənaye kompleksi
şəklində, sosial və istehsal infrastruktur əvvəlcədən hazırlanır,
Səudiyyə Ərəbistanındakı bütün sənaye sahələri ARAMKO şirkəti
çərçivəsində formalaşır. Bu məhşur şirkət dünya neftinin 10 faizdən
çoxunu istehsal edir. 1976-cı ildə sənayenin əsas sahələri bazasında
Səudiyyə dövlətinə məxsus SABİK şirkəti yaradılmışdır. Onun
müəssisələrində polad, plastik kütlə, gübrə, məişət təyinatlı müxtəlif
məmulatlar istehsal olunur. SABİK 15 müəssisəni özündə birləşdirir.
Ciddə, Dəmmam və Cubaylda 3 metallurgiya müəssisəsi
fəaliyyət göstərir. Ümumi istehsal gücünə görə bu müəssisələr 2 mln.
ton polad, 1 mln. ton polad armatur və böyük diametrli borular
istehsal edə bilir. Avstraliyadan gətirilən gil torpaqdan alüminium
istehsal edən müəssisə var.
Ölkədə yığma müəssisələri əsasən elektrotexniki məişət
cihazlarının istehsalı ilə məşğuldur. Belə müəssisələr böyük
şəhərlərdə cəmləşmişlər. Səudiyyə Ərəbistanında hətta «Mersedes»
yük maşınları da yığılır. Belə istehsal sahələri üçün bütün zəruri
* Kitrə – müxtəlif akasiya növlərinin çəltilmiş növlərindən sızan və
havada qaladıqda bərkiyən şəffaf kütlə. Onu suda həll etdikdə keyfiyyətli
yapışdırıcı məhlul alınır.
228
maşın və avadanlıqlar idxal olunur.
Səudiyyə Ərəbistanı dünyada ən qabaqcıl şirinləşdirilmiş su
istehsalçısıdır. Quraq ölkəni iqtisadiyyatı üçün bu xüsusi əhəmiyyət
kəsb edir. İstifadə edilən suşirinləşdirici qurğular ölkənin içməli suya
olan ehtiyacının 70 faizini ödəyir. Mövcud su kəmərlərinin ümumi
uzunluğu 30 min km-dən çoxdur.
Kənd təsərrüfatının aparıcı sahələri. Sənaye sahələri ilə
müqayisədə kənd təsərrüfatı o qədər də yaxşı inkişaf etməmişdir.
Ölkə ərazisinin cəmi 4,2 faizə qədəri becərilir. Mühüm kənd
təsərrüfatı rayonları Əl-Asir əyalətinin dəniz sahilləri və Tihamə
vadisidir. Məkkə, Mədinə, Əl-Taif, Bureyda, Anayza, Ər-Riyad, Əl-
Xüfuf, Əl-Katif və digər vahələrdə irriqasiyanı genişləndirmək yolu
ilə əkinçiliyi inkişaf etdirmək olar.
Kənd təsərrüfatının mühüm sahəsi bitkiçilikdir. Xurma və
mədəni bitkilərin becərilməsi xüsusi əhəmiyyət kəsb edir. Hökumət
kənd təsərrüfatının intensivləşdirilməsi üzrə çox geniş proqram qəbul
edib. Səudiyyə Ərəbistanı ərzaqla özünü təminatı 90 faizə çatdırıb.
Kənd təsərrüfatına aid dövlət proqramı həm dövlət xətti ilə, həm də
özəl sektora arxalanmaqla həyata keçirilir. Fermerlərə və kəndlilərə
faizsiz kreditlər verilir, xarici texnikanın, kimyəvi məmulatların,
məhsuldar toxum növlərinin yarısı dövlət hesabına ödənilir. 200
hektaradək sahənin becərilməsi üçün torpaq pulsuz paylanır.
Hökumət dənli bitkilər və xurma üçün satınalma qiymətlərinin
dəyişməz qalmasını təmin edir. Orta hesabla torpaq payı 15 min
hektar olan iri səhmdar kənd təsərrüfatı şirkətləri nisbətən rentabelli
olmaları ilə fərqlənirlər. Bütün dövlət tədarükü onların payına düşür.
Bunlarla yanaşı torpaq payı 120 hektaradək olan ortaölçülü fermalar
da mövcuddur. Ölkə üzrə kənd təsərrüfatı məqsədləri üçün istifadə
olunan torpaqların ümumi sahəsi 53 mln. hektardır.
Taxılın hər hektarından orta məhsuldarlıq 45 sentnerə çatır,
lakin bu nəticəyə çəkilən məsrəflər taxılın dünya bazarındakı
qiymətlərindən 2 dəfə baha başa gəlir. Bu səbəbdən dövlət taxıl
istehsalını milli tələbat həddində məhdudlaşdırır. Otlaqlar əvəzi
ödənilmədən paylanılır, demək olar ki, rəmzi qiymətlərlə.
Heyvandarlıqla məşğul olanlara müxtəlif növ subsidiyalar,
kreditlər verilir, güzəştlər edilir. Ölkədə müasir baytarlıq xidməti
təşkil edilmişdir. Dövlət xaricdən yem idxalını mərkəzləşdirmişdir.
Bundan başqa, dövlət öz hesabına cins mal-qara artımını təmin edir.
229
Qədim zamanlarda qoyunçuluq, atçılıq və dəvəçilik xüsusi
əhəmiyyətə malik olmuşdur. Son zamanlarda öz təsərrüfatlarında
quşçuluq və dəvəquşu yetişdirilməsinə başlanılmışdır. Qırmızı dəniz
və İran körfəzi balıq və digər dəniz məhsulları ilə boldur. Lakin hələ
ki, dəniz məhsulları ölkə sakinlərinin qida rasionunda geniş yer
tutmur.
Nəqliyyatı, xarici ticarət və maliyyə sistemi. Ərazinin hər
yeri məskunlaşdığından nəqliyyat şəbəkəsi lazimi səviyyədə inkişaf
edə bilməmişdir. Ölkənin əsas nəqliyyat növü avtomobil
nəqliyyatıdır. Bərkörtüklü avtomobil yollarının ümumi uzunlğu 50
min km-ə qədərdir. Qrunt yollarının uzunluğu isə 100 min km-dən
artıqdır. Dəmir yollarının ümumi uzunluğu 1400 km-dir. Ən böyük
dəmir yol xətti Ər-Riyad – Dəhran – Dəmmamdır. Sonradan bu yol
Mədinə və Ciddəyədək uzadılmışdır.
Səudiyyə Ərəbistanı neft və təbii qaz çıxaran iri ölkə
olduğundan boru kəmərləri müvafiq surətdə yaxşı inkişaf etmişdir.
Boru kəmərlərinin uzunluğu 9 min km-ə yaxınlaşır. Ölkənin 5 iri
dəniz limanı və beynəlxalq səviyyəli 23 aeroportu var. Ticarət
gəmiçilik donanmasının irili-xırdalı 70 gəmisi var.
Səudiyyə Ərəbistanında müasir kommunikasiya vasitələrinin
bütün növləri mövcuddur. 7 yerüstü peyk stansiyası fəaliyyət
göstərir. Telefonlaşdırma səviyyəsinə görə Səudiyyə Ərəbistanı
inkişaf etmiş ölkələrdən geri qalmır.
Ölkədə dini turizm inkişaf etdirilir. İslamın müqəddəs yerlərinə
ziyarət qədim zamanlardan mövcud idi. Hər il Həcc ziyarəti
müddətində Məkkə və Mədinəyə xarici ölkələrdən gələn 1,5-2,0 mln.
müsəlman qədəm basır, bu da öz növbəsində ölkəyə böyük gəlir
gətirir.
Xarici ticarət. Xarici iqtisadi əlaqələri ilk növbədə İslam və
Ərəb həmrəyliyinin möhkəmləndirilməsinə yönəldilmişdir. Bunu İslam
və Ərəb birliyi təşkilatlarının müdafiəsi naminə keçirilən çoxsaylı
və olduqca bahalı aksiyalarda iştirak göstərir. Regional iqtisadi
əməkdaşlığın təşkilində əsas rolu Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurası oynayır. Bu təşkilata Səudiyyə Ərəbistanı ilə birlikdə Küveyt,
Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn daxildir. İran
körfəzinə çıxışı olan bu ərəb dövlətləri Səudiyyə Ərəbistanı ilə sıx
əlaqələrlə bağlıdır. Xarici iqtisadi və hərbi-strateji siyasətdə isə
Məliklik ABŞ-la ittifaqa önəmli yer verir.
230
2004-cü ildə ölkədən mal ixracının həcmi 90,0 mlrd. dollara
yaxın olmuşdur. Onun strukturunda 90 faizlik payı neft və neft
məhsulları, 6 faizi kimyəvi məhsullar təşkil edir. Səudiyyə Ərəbistanından
ixrac edilən məhsullar əsasən Yaponiyaya (ixrac həcminin
18 faizi), ABŞ-a (16 faiz), Cənubi Koreyaya (10 faiz) və Sinqapura
(8 faiz) göndərilir. Ölkə idxalının dəyəri isə 35 mlrd. dollardan bir
qədər artıqdır. Bunun 35 faizini maşın və avadanlıq, 15 faizini
nəqliyyat vasitələri, 20 faizini ərzaq, 11 faizini kimyəvi məhsullar
təşkil edir. İdxal olunan mallar əsasən ABŞ-dan (idxal dəyərinin 21
faizi), Böyük Britaniyadan (9 faiz), Almaniyadan (8 faiz), Yaponiyadan
(8 faiz) və qonşu ölkələrdəndir.
Maliyyə sistemi. Ölkədə cəmləşmiş birbaşa xarici investisiyaların
həcmi 30 mlrd. dollardan artıqdır. Ölkə iqtisadiyyatına ən çox
sərmayə yönəldən dövlət ABŞ-dır. Bununla belə Səudiyyə Ərəbistanı
özü də çox güclü dünya investorları sırasındadır. Ölkə dünyanın
aparıcı maliyyə fondlarının və təşkilatların üzvüdür. Digər ölkələrə
maliyyə yardımının ümumi həcminə görə Səudiyyə Ərəbistanı ancaq
ABŞ-dan geri qalır.
Böyük həcmdə kapital ixracı onunla izah edilir ki, bolluca
yaradılan neft dollarları ölkənin daxili bazarında həzm edilmir, daxili
bazar dar çərçivədədir və yerli elita özünü daxili böhranlardan və
milliləşdirilmələrdən sığortalayır.
Səudiyyə Ərəbistanının maliyyə və iqtisadi siyasət orqanı
ölkənin valyuta agentliyidir. Bu agentlik Mərkəzi Bank rolunu oynayır.
Maliyyə Nazirliyinin tabeliyində 5 dövlət bankı və 9 sığorta
şirkəti fəaliyyət göstərir. Xarici kapitala malik bank yaradılması da
nəzərdə tutulur.
Ötən əsrin 90-cı illərində büdcədə kəsir sabit olmuşdur.
Dövlət borclarının həcmi 2004-cü ildə 200 mlrd. dollara yaxın olmuşdur.
Hökumət həm ölkə daxilində, həm də xaricdə istiqraz
dövriyyəsinə əl atmağa məcbur olmuşdur.
TÜRKİYƏ RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
231
Coğrafi mövqeyi. Türkiyə iki qitədə: Avropa və Asiyada
ticarət və hərbi-strateji yollar kəsiyində yerləşir. Türkiyənin Avropa
hissəsi Şərqi Frakiya və ya Rumeli, Asiya hissəsi isə Anadolu adlanırr.
Ərazisinin 3 faizi ( 23,7 min kv.km) Avropa, qalan hissəsi
Asiyadadır.
Avropa və Asiya hissələrini bir-birindən Bosfor* (İstanbul və
ya Boğaziçi) və Dardanel** (Çanaqqala) boğazları, Qara dənizi, Aralıq
dənizi və Dünya okeanı ilə əlaqələndirən Egey dənizi ayırır.
Türkiyənin coğrafi və geosiyasi mövqeyinin xüsusiyyəti onun
hələ qədim zamanlardan Avropanın Asiya, Qara və Aralıq dənizi
ölkələri və xalqlarını bir-biri ilə əlaqələndirən yollar qovşağında
yerləşməsidir. Ölkə ərazisindən Avropanı Asiyanın bir sıra ölkələri
ilə birləşdirən beynəlxalq əhəmiyyətli şosse və dəmir yolları keçir.
Türkiyə ərazisi qərbdən-şərqə 1600 km, şimaldan-cənuba 600
km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 2753 km-dir.
Türkiyə şimal-qərbdə Bolqarıstan və Yunanıstan, şimal-şərqdə Gürcüstan,
Ermənistan, şərqdə İran, cənubda Suriya və İraq ilə
həmsərhəddir. Türkiyə-Azərbaycan sərhədinin uzunluğu 11 km-dir.
Türkiyə üç tərəfdən dənizlərlə – şimaldan Qara, qərbdən Egey,
cənubdan Aralıq dənizləri ilə əhatə olunmuşdur. Dəniz sahillərinin
uzunluğu (Mərmərə dənizi, boğazlar və adaların sahilləri daxil olmaqla)
8333 km-dir. Türkiyə sahilləri boyu ərazi sularının sahəsi 6
dəniz mili təyin edilmişdir.
Qara dəniz boğazları mühüm iqtisadi-ticarət və hərbi-strateji
əhəmiyyətə malikdir. Bu əhəmiyyət Qara dəniz və Dunay sahili
* Bosforun uzunluğu 30 km, eni 760 – 3500 m, maksimum dərinliyi 120
m-dir. Bosforun cənub hissəsində Avropa materikinə Qızıl Buynuz körfəzi
(Xalic) yerləşir. Bunun üzərində bir neçə körpü salınmışdır: köhnə (Qalat)
və yeni (Atatürk). 1973-cü ildə Bosfordan uzunluğu 1,5 km, hündürlüyü 64
m olan Üsküdar körpüsü salınmışdır ki, bu körpü İstanbulun Avropa
hissəsini Asiya ilə birləşdirir. İkinci asma körpü ondan kiçikdir və 1988-ci
ildə inşa edilmişdir.
** Dardanel Egey və Mərmərə dənizlərini birləşdirir. Uzunluğu 60 km,
eni 1375 – 9275 m, maksimum dərinliyi 100 m-dir. Mərmərə dənizinin
Bosfor və Qızılbuynuz körfəzi sahillərində dünyanın gözəl şəhərlərindən
biri, Türkiyənin isə ən böyük şəhəri – İstanbul yerləşir.
232
dövlətlər üçün daha böyükdür. Çünki bu dövlətlər Aralıq dənizi sahili
və digər ölkələrlə daimi əlaqələr yaratmaqla yanaşı, həm də
təhlükəsizliyin qorunmasında maraqlıdırlar. Gəmilərin bu boğazlardan
keçmə rejimi 1936-cı ilin iyununda İsveçrənin Montre şəhərində
beynəlxalq konfransın qərarına əsasən tənzimlənir.
Səth quruluşu və faydalı qazıntıları. Türkiyə dağlıq ölkədir.
Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 metrdir. Türkiyənin
Asiya hissəsinin qərbində Kiçik Asiya yaylası (orta hündürlüyü
1000 metr) yerləşir. Onun daxili hissəsi qədim tektonik nüvə -
Anadolu yaylasıdır.
Yaylanın səthi hamar deyil, burada dərələrlə parçalanmış
yüksək dağ silsilələri, geniş quru düzənliklər vardır. Anadolu yaylası
oroqrafik cəhətdən üç rayona bölünür: Qərbi, Daxili və Şərqi
Anadolu.
Qərbi Anadolu oroqrafik rayonu Egey və Mərmərə dənizlərinin
sahillərini əhatə edir. Sahildən hərəkət edərkən alçaq sıra dağların,
dərin enli çay vadiləri ilə əvəz olunduğu aydın görünür. Buradakı
dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar
şimal-qərbi, yəni Şərqi Frakiya dərə-təpəli düzənlik olduğundan kənd
təsərrüfatı üçün əlverişlidir. Düzənlik şimal-şərq və şimaldan çox da
yüksək olmayan dağlarla əhatələnir.
Daxili Anadolu oroqrafik rayonu Anadolu yaylasının çox
yüksək hissəsidir. Burada bir neçə axarsız hövzə vardır ki, bunların
da bir-birindən dağ tirələri ayırır. Hündürlüyü 850 m olan dağ
tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Yaylanın
cənubunda sönmüş vulkanlar yüksəlir. Bunlardan ən hündürü Kayseri
şəhərindən cənubda yerləşmiş Erdjieş dağıdır (3917 m).
Şərqi Anadolu oroqrafik rayonu şimalda Pont, cənubda Şərqi
Tavr arasında İranla sərhəd yaxınlığından Böyük Ağrıdağ (Böyük
Ararat) sönmüş vulkanı ucalır. Türkiyənin ən yüksək nöqtəsi (5137
m) buradadır. Türkiyənin Asiya hissəsi şimalda və cənubda dağ
sistemləri ilə əhatə olunmuşdur.
Şimali Anadolu (Pont) Qara dəniz sahillərinə paralel 100 km
məsafədə uzanır. Bu dağlarda orta yüksəklik 1500 m-dir. Pont dağ
silsiləsinin şərqində yüksəklik (Kackar – 3932 m) qərbinə nisbətən
çoxdur (Yaralıgöz – 2019 m).
Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə
Türkiyə-İran sərhədinədək digər mürəkkəb dağ sistemi Tavr (Toro233
slar) uzanır. Dağ sistemləri çox parçalandığından o, Qərbi (Liki),
Mərkəzi (Kili) və Şərqi Tavrlara bölünür.
Qərbi Tavr dağ sistemi Antalya körfəzi və Antalya düzənliyini
əhatə edir. Yüksək dağ qurşağı (Ağ dağ – 3014 m, Elmalı – 2490 m)
dərin vadilərlə ayrılmış və dərələrlə parçalanmışdır.
Mərkəzi Tavrlar daha yüksək olması ilə seçilir. Bir çox
yüksəkliklərdə hündürlük 3000 m artıqdır (Medetsiz – 3525 m, Aydos
– 3480 m). Kili yarımadasının cənub hissəsində dağ sistemi Aralıq
dənizi sahillərinə qədər enir. Sahildəki Analya, Anamur,
Manavqat, Silifke rayonlarında allüvial düzənliklər var.
Mərkəzi Tavrların şimal-şərq davamı Antitavr silsiləsidir. Bu
silsilə tədricən alçalaraq Uzunyayla platosu ilə qovuşur. Mərkəzi
Tavrları məşhur aşırım Kiri Darvazası kəsir. Buradan Kiçik Asiya
mədəniyyətini Şərq ölkələrinə yayan qədim yollar keçmişdir. Hazırda
aşırımdan dəmir və şosse yolu çəkilmişdir.
Şərqi Tavr Murat çayı və Van gölündən cənuba ölkənin şərq
sərhədinədək uzanır. Şərq hissəsi (Xakyari) çox yüksəkdir, bəzi
dağların zirvələri daim qarla örtülü olur və 4000 metrdən artıq yüksəlir
(Buzul, 4116 m) Şərqi Tavrdan cənubda geniş çökəklik (Diyarbakır)
yerləşir. Çökəklik cənuba getdikcə tədricən alçalır.
Türkiyədə müxtəlif filiz, dağ-kimya, yanacaq-energetika xammalı
ehtiyatları aşkar olunsa da, onların sənaye ehtiyatı azdır. Torosdakı
xromit filizi yataqları ölkənin mühüm təbii sərvətidir, ehtiyatına
görə Türkiyə dünyada qabaqcıl yerlərdən birini tutur. Torosdakı
xromit filizi yataqları ölkənin mühüm təbii sərvətidir, ehtiyatına görə
dünyada qabaqcıl yerlərdən birini tutur (ümumdünya ehtiyatının 8
faiz). Daş və boz kömür, dəmir, mis (4 faiz), volfram (7 faiz), uran (5
faiz), molibden və manqan filizləri, boksit, civə, sürmə (25 faiz)
yataqları da aşkar edilmişdir.
İqlimi və hidroqrafiyası. Türkiyə Aralıq dənizi subtropik
iqlim qurşağında yerləşsə də kəskin parçalanmış dağlıq relyef, atmosfer
dövranının mürəkkəb şəraiti müxtəlif iqlim rayonlarının yaranmasına
səbəb olmuşdur. Ölkədə beş iqlim rayonu ayrılır: Qara dəniz
sahili, Aralıq dəniz sahili, Daxili Anadolu, Şərqi Türkiyə, Yuxarı
Mesopotamiya.
Qara dəniz sahillərində yüksək rütubətlə səciyyələnən mülayim
isti; Aralıq dənizi sahillərində isti quraq yay və mülayim yağmurlu
qışı olan Aralıq dənizi iqlimi; Daxili Anadolu quru, kəskin kontinen-
234
tal; Şərqi Türkiyədə sərt iqlim şəraiti; Yuxarı Mesopotamiyada isti və
quru iqlim hakimdir.
Dənizlərdən daxili rayonlara doğru kontinentallıq artır. Şərqi
Anadoluda yayda temperatur +40 dərəcəyədək yüksəldiyi halda,
qışda – 30 dərəcə C-dək aşağı düşür. Qara və Aralıq dəniz
sahillərində temperatur yayda + 25-28 dərəcə C-dək, qışda +7-10
dərəcə C olur. Orta illik yağıntıların miqdarı 700 mm-dir. Qara dəniz
sahillərinə 2500 mm yağıntı düşür. Ölkədə ən az yağıntı Daxili
Anadoluya (200 – 400 mm) düşür.
Konya düzənliyi istisna olmaqla Türkiyə ərazisində çay
şəbəkəsi sıxdır. Lakin bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə
yararlı deyil. Axının sürətli olması yüksək dağlıq sahələrdə belə
onları donmağa qoymur. Çayların hidroenerji əhəmiyyəti böyük olsa
da, bundan hələ kifayət qədər istifadə olunmur. Yerüstü suların bir
hissəsi suvarmada istifadə olunur. Əksər çayları az suludur, rejimləri
dəyişkəndir, yayladan axan çaylar yayda quruyur. Ölkənin çayları
Qara, Egey, Mərmərə və Aralıq dənizi hövzələrinə aiddir.
Qara dəniz hövzəsi çayların sayına görə zəngindir. Qızıl İrmak
(uz. – 1355 km), Sakarya (uz. – 824 km), Yaşıl İrmak (uz. – 519 km),
Çorox (uz. – 466 km) kimi nisbətən iri , 500-dən artıq orta və kiçik
çay bu hövzəyə aiddir.
Yaxın və Orta Şərqin ən iri çaylarından olan Dəclə (uz. – 1900
km) və Fərat (uz. – 2800 km) başlanğıcını Türkiyə ərazisindən, Kürdistan
dağlarından götürür, İraq ərazisində birləşərək Şətt–ül–Ərəb
çayı adı altında İran körfəzinə tökülür. Fərat Qarasu və Murat çaylarının
qovuşmasından əmələ gəlmişdir. Murat çayının mənbəyindən
Suriya sərhədinədək uzunluğu 1263 km-dir. Dəclə başlanğıcını
yüksək dağ gölü olan Gölcükdən götürür, Türkiyə ərazisində 523 km
məsafədə axır. Kürdistan yaylasında Kür və Araz dağ çaylarının da
mənbəyi yerləşir. Bu çaylar Xəzərə tökülür. Kür (uz.1279 km)
Allahuəkbər dağından başlayır və Türkiyə ərazisi ilə 150 km
məsafədə dərin dərə ilə axır. Araz (1509 km) Bingöl dağından başlayır,
qollar qəbul edərək cənub-şərq istiqamətində Türkiyə sərhədi
ilə axır. Arazın Türkiyə ərazisində uzunluğu 548 km-dir.
Türkiyə ərazisinin 9,2 min kv.km-i göllər təşkil edir. Ən
böyüyü axarsız, yüksək dağ, həm də duzlu göl olan Vandır (3713 kv
km). Dəniz səviyyəsindən 1646 metr yüksəkdə yerləşir.
Torpaq-bitki örtüyü. Türkiyənin torpaqları dağ torpaqları
235
olduğundan az məhsuldardır və təbii halda əkinçiliyə az yararlıdır.
Yer səthinin 80 faizini örtən bu torpaqlar dağ-çəmən, dağ-meşə, dağçöl
torpaqlarına bölünür. Ərazinin 20 faiz düzənlik torpaqlardır.
Qərbi Anadolunun dağətəyi rayonları, Qara və Aralıq dənizinin bəzi
sahillərində boz düzənlik torpaqları yayılmışdır. Qırmızı torpaqlar
Qara dəniz zonasındadır.
Mərkəzi Anadolunun geniş çölləri qoyun və keçilər üçün otlaq
kimi istifadə olunur. Şərqi Anadolunun qara torpaqları olan çöl
əyalətləri əkinçilik üçün əlverişlidir, bura ölkənin taxıl anbarı sayılır.
Lakin əsrlər boyu heyvanlar üçün örüş kimi istifadə olunduğundan
ərazinin bəzi sahələrində torpaq-bitki məhv edilmişdir.
Mülayim isti iqlim və bol yağıntı Qara və Egey dənizi
sahillərində zəngin subtropik bitki örtüyünün yaranmasına səbəb olmuşdur.
Dağların cənub yamacları enliyarpaqlı sıx meşələrlə (fıstıq,
palıd, vələs, ağcaqayın, çinar) örtülüdür, bu meşələrdə şümşad, zoğal,
fındıq ağacları da yayılmışdır. Dağ ətəklərində bağlar, üzümlüklər,
ondan yuxarıda isə iynəyarpaqlı meşələr, lap üstdə alp çəmənlikləri
yayılmışdır.
2. Ölkənin qısa tarixi , idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Türkiyə dövləti Kiçik Asiyada XIV yüzillikdə yaranmışdır. İşğalçılıq
müharibələri nəticəsində XIV-XVI yüzilliklərdə Osmanlı
imperiyası yaranır. XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində
imperiya zəifləyir və Avropa ölkələrinin yarımmüstəmləkəsinə
çevrilir.
1918-23-cü illərdə baş vermiş milli azadlıq hərəkatı İslam dünyasında
Azərbaycandan sonra respublika şəklində idarə olunan ikinci
dövlətin yaranmasına səbəb olur (1923.10.29).
Respublikanın ilk prezidenti görkəmli dövlət xadimi general
Mustafa Kamal Paşa olur. Mustafa Kamal Paşanın rəhbərliyi ilə islahatların
həyata keçirilməsi ilə ölkəni etatizmə (dövlət kapitalizmi)
sövq edir. II Dünya müharibəsindən sonra ABŞ və NATO-nun digər
üzvlərinin Türkiyəyə təsiri artır. XX əsrin 70–80-ci illərində dövlət
bölməsinə istinad edərək (ümummilli məhsulun 50 faiz) aparılan
sənayeləşmə siyasəti ölkədə – energetika, dağ-mədən, qara və əlvan
metallugiya, kimya, neft emalı, maşınqayırma və digər sahələrin
236
yaranmasına səbəb oldu. Bununla yanaşı dövlət bölməsinin maddi
yardımından geniş istifadə təsərrüfatlar arası balansın pozulmasına,
infilyasiyanın güclənməsi və valyuta çətinliklərinə səbəb olur.
İqtisadiyyatda struktur böhran ötən əsrin 70-ci illərinin axırlarında
kəskinləşir ki, bu da sosial narazılıqlar, tətil hərəkatları, siyasi həyatın
qeyri-sabitliyi, irtica təşkilatlar tərəfindən terror azğınlığı ilə
müşaiyyət olunurdu.
Dövlət quruluşu. Türkiyə unitar parlament respublikasıdır.
1982-ci il Konstitusiyasına görə dövlət başçısı parlament tərəfindən 7
il müddətinə bir dəfə seçilən prezidentdir. Prezidentin fəaliyyət
qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini
TBMM-nin sədri icra edir. Qanunverici orqan birpalatalı parlament –
Türkiyə Böyük Millət Məclisidir. TBMM-nın deputatları partiya
səlahiyyətləri üzrə proporsional sistem ilə 5 il müddətinə seçilir.
2007-ci ilin oktyabr ayında Türkiyə Respublikasının Böyük Millət
Məclisi ölkə konstitusiyasına (Ana yazı) dəyişiklik edir. Keçirilmiş
referenduma görə ölkə prezidenti bundan sonra parlament tərəfindən
deyil, xalq tərəfindən 5 il müddətinə seçiləcək. Bir şəxs iki dəfə
dövlət başçısı seçilə bilər. İcraedici hakimiyyət Baş nazir başda olmaqla
Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş nazir
prezidentin təklifilə parlament tərəfindən 4 turdan ibarət səsvermə
yolu ilə seçilir. İnzibati cəhətdən ölkə 80 ilə (vilayətə) bölünür.
Mühüm partiyaları: Ədalət və İnkişaf partiyası, Cumhuriyyət
Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyasıdır. Ana Vətən və Doğru
Yol Partiyaları Demokratik Partiya adı altında birləşmişdir. Demokratik
Sol Partiyası sosial-demokratik təmayüllüdür.
2007-ci il avqust ayında prezident seçkilərində 3 partiyadan
namizəd iştirak etmişdir: Ədalət və İnkişaf Partiyası, Demokratik Sol
Partiyası, Milliyətçi Hərəkat Partiyası. Seçkidə Ədalət və İnkişaf Partiyası
qələbə qazanmış və Abdulla Gül Türkiyə Respublikasının 11-ci
prezidenti seçilmişdir.
1949-cu ildən Türkiyə Avropa Şurasının, 152-ci ildə NATOnun,
1960-cı ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, İslam
Konfransı Təşkilatı, Qara Dəniz Əməkdaşlıq Şurasının Üzvüdür.
1963-cü ildən Avropa İttifaqı ilə əlaqə statusu almış, 1964-cü ildə
İran və Pakistan birgə iqtisadi inkişaf təşkilatına (inkişaf naminə regional
əməkdaşlıq) daxil olur. Avropa İttifaqı ilə inteqrasiyasının
genişlənməsini 1995-ci il martda imzalanmış gömrük ittifaqı
237
müqaviləsi səbəb olmuşdur. 1980-ci ildən Amerika–Türkiyə arasında
«birgə müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlıq haqda
müqavilə» mövcuddur.
Azərbaycan Respublikası ilə münasibətlər. Azərbaycan və
Türkiyə Respublikaları arasında münasibətlərin əhatəli, qarşılıqlı
əməkdaşlıq və dostluq zəminində olmasına bir sıra amillər təsir
göstərmişdir. Əvvəla, hər iki ölkənin əhalisi tarixi köklərlə bir-birilə
sıx bağlıdır. İkincisi, həri iki ölkə arasında əlverişli nəqliyyat sistemi
mövcuddur. Üçüncüsü, hər iki ölkənin iqtisadiyyatının inkişafına
səbəb olan təbii ehtiyat potensialının zənginliyi və s.
Göstərilən bu və digər amillər Türkiyə–Azərbaycan
münasibətlərinin 1992-ci ildən sonra tamamilə yeni məcrada qurulmasına
imkan yaratmışdır. Hər iki ölkə arasında çoxşaxəli diplomatik,
iqtisadi, mədəni əlaqələr mövcuddur. Azərbaycanda
Türkiyənin iş adamları üçün geniş istehlak bazarı olduğu kimi,
Türkiyədə də azərbaycanlı mütəxəssislərin fəaliyyəti üçün şərait
yaradılmışdır.
Türkiyə və Azərbaycan arasında ticarət əlaqələri ildən-ilə
genişlənir. Təsadüfi deyildir ki, Azərbaycanın Asiya ölkələri ilə idxalatının
təqribən 45 faizi, ixracatının isə 38 faizi Türkiyənin payına
düşür. Türkiyədən respublikamıza elektrotexnika avadanlığı, kimya,
neft-kimya, yüngül, maşınqayırma və metal emalı sənaye məhsulları,
meşə materialları və s. ixrac edilir. Nəqliyyat, energetika sahəsində
əməkdaşlıq mövcuddur. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-TiflisƏrzurum
qaz kəməri, tarixi «İpək yolu»nun bərpası, Bakı-Sədərək-
Dilucu-İqdır, avtomobil yolları, Bakı-Tiflis-Qars dəmir yolu hər iki
ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
2007-ci il noyabrın 6-8 tarixində Türkiyə Respublikası
prezidenti Abdullah Gülün Bakıda rəsmi səfərdə olması, bir sıra
mühüm görüşlərlə yanaşı Azərbaycan-Türkiyə biznes Forumunda
çıxış etməsi hər iki ölkə arasında münasibətlərin dərin olmasını bir
daha sübut etdi.
Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq,
qardaşlıq və əməkdaşlıq qurultayında (2007-ci il, 17-19 noyabr) isə
Türkiyə Respublikasının Baş naziri Ərdoğan, sabiq prezident Süleyman
Dəmirəl iştirak etmişlər.
3. Əhalisi və şəhərlər. Paytaxtın qısa səciyyəsi
238
Türkiyədə əhalinin ilk siyahıya alınması 1927-ci ildə aparılmışdır.
1927 və 2007-ci illərdəki siyahıya alınmanın nəticələri göstərir ki,
ölkə əhalisi 80 il ərzində 5 dəfədən çox artmışdır (cədvəl 1 ). Cədvəl
1
Əhalinin artımı və sıxlığı
Əhalinin siyahıya
alındığı illər
Əhalinin
sayı,
Mln. nəfər
Ümumi
artım,
min nəfər
1 kv, km-də əhalinin
sıxlığı, nəfər
1927 13,6 - 18
1940 17,8 1662.9 23
1960 27,7 3690.0 36
1980 44,7 4389.3 58
1990 56,4 - 71,8
1997 65,2 - 83,6
2007 70,5 - 90
Türkiyə üçün yüksək təbii artım (2 faiz) səciyyəvidir. Ölkədə
orta sıxlıq 1 kv. km-də təqribən 90 nəfərdən artıqdır. Şərqi Frakiya,
Anadolunun dəniz sahilləri sıx, Mərkəzi və Şərqi Anadolu isə seyrək
məskunlaşmışdır.
Əhalinin yaş quruplarındakı dinamikadan aydın olur ki, XX
əsrin 70-ci illərilə müqayisədə 2005-ci ildə 0–14 yaşda olanlar
azalmışdır. Əmək qabiliyyətli əhali isə (15–64) artmışdır (cədvəl 2).
Cədvəl 2
Əhalinin yaş qrupları (faizlə)
Yaş qrupu İllər 1970 1980 1995 2005
0 – 14 41.15 37.8 33 29.5
15 – 64 54.45 57.65 63 65.1
65 və yuxarı 4.4 4.55 4 5.4
Cəmi: 100 100 100 100
Əmək qabiliyyətli əhalinin 33 faizi qadınlardır. Əmək qabiliyyətli
əhalinin artması digər problemin – işsizliyin meydana
gəlməsinə səbəb olmuşdur.
Ölkə əhalisinin məşğuliyyət strukturundakı dəyişikliklər
göstərir ki, ötən əsrin 70-ci illərindən başlıyaraq aqrar bölgədə işləyənlərin
sayı azalmışdır. Lakin aqrar bölmədən uzaqlaşanların heç
239
də hamısı digər sahələrdə işlə təmin olunmur. 1979-cu ildə ölkədə 2,3
mln. işsiz qeydə alınmışsa, 2005-ci ildə bu rəqəm 6 mln.-u ötmüşdür.
Dövlətin işsizliyə qarşı mübarizə siyasətinin ən mühüm
istiqamətlərindən biri əmək ehtiyatlarının xarici dövlətlərə göndərilməsi
təşkil edir. XX əsrin 70-ci illərinədək türk vətəndaşları əsasən
Qərbi Avropaya (AFR) göndərilirdi. Lakin Qərbi Avropada iqtisadi
və struktur böhranlarla əlaqədar Türkiyə fəhlə qüvvəsi Yaxın və Orta
Şərqin neft çıxaran ölkələrinə istiqamətləndirilir. 80-ci illərin ortalarında
bu region da immiqrant işçilərin sayını azaldır. Əhalinin 2,5
mln.-dan çoxu xarici ölkələrdə ( AFR, Avropa İttifaqının digər
ölkələri, Yaxın Şərq dövlətləri, Azərbaycan) çalışır.
Ölkə əhalisinin 87 faizi türklərdir. 1923-cü ildəki Lozanna sülh
müqaviləsinə görə Türkiyə qonşu dövlətlərin bir neçəsilə əhalinin
dəyişməsi haqda müqavilə imzalamışdır. Bununla belə, kiçik türk
qrupları hazırda da xarici ölkələrdə yaşayır. Türklər arasında kiçik
etnik qrup – yüryük və təxtaclar vardır ki, bunlar Anadolunun cənubşərq
və qərbində yayılmışlar.
Ölkədə türklərdən sonra ikinci böyük xalq kürdlərdir* (8 mln.
nəfər). Ölkənin şərqindəki on əyalətin əhalisinin əksəriyyəti
kürdlərdir. Digər xalqlardan ərəblər (1 mln. nəfər) cənub-şərq əyalətlərində
əsasən Xatayda yaşayırlar. Qara dəniz sahilləri və Anadoluda
yaşayan çərkəzlər, lazlar, acarlar türklərlə qaynayıb qarışmışlar.
Türkiyədə islam dininin sunni təriqətinə etiqad edilir.
Türkiyə urbanizasiya səviyyəsinin yüksək olduğu ölkələrdəndir.
Ölkədə şəhər əhalisi 80 il ərzində (1927-2007) artaraq 50 mln nəfərə
çatmışdır. Ölkə əhalisinin 72 faizi şəhərlərdə yaşayır. Əhalisinin sayı
1 mln.-dan artıq olan şəhərləri – İstanbul, İzmir, Ədənə, Ankara,
Bursa, Antalyadır. Urbanizasiya prosesi ölkənin qərb rayonlarında
sürətli getmişdir. Bu proses mərkəzi və şərqi Anadolunun bir sıra
şəhərlərini də əhatə etmişdir. Qədim şəhərlərlə yanaşı yeni sənaye və
inzibati mərkəzlər yaranmışdır. Ölkə əhalisinin 25 faiz əhalinin sayı
500-750 min nəfər olan şəhərlərdə yaşayır.
Ankara (ilkin adı Ankira, Anqora) Anadolu yaylasında, Ankara
və Cubuq çaylarının qovuşduğu yerdədir. Şəhər e.ə.VII
* Kürdlərin bir hissəsi İran, İraq, Suriya və digər ölkələrdə yaşayır
onların sayının 15-16 mln. olduğu ehtimalı vardır.
240
yüzillikdə Finikiya padşahı Midas tərəfindən salınmışdır. 1073-cü
ildə türklər tərəfindən zəbt edilmişdir. 1354-cü ildə Osmanlı imperiyasına
qatılmışdır. 1923-cü ildən Türkiyə Respublikasının paytaxtıdır.
Respublika illərində şəhər sürətlə böyümüş, əhalisi artmışdır.
Tarixi tikililərlə yanaşı 1958-ci ildə Kamal Atatürkün dəfn
edildiyi muzey – mavzoley kompleksi qiymətli abidədir. Mühüm
nəqiliyyat düyünüdür. Şəhərdə elektrotexnika, aviasiya, maşınqayırma,
toxuculuq, dəri və yeyinti sənayesi inkişaf etmişdir.
İstanbul (yunanlar Bizans, romalılar Konstantinopol, ruslar
Çarqrad, türklər İstanbul adlandırmışlar) e.ə. 660-cı ildə Bizans imperiyasının
yunan yaşayış məskəni kimi salınmışdır. E.ə. 330-cu ildə
Roma imperatoru Konstantinin şərəfinə Konstantinopol adlandırılmışdır.
330-395-ci illərdə Roma imperiyası-nın, 395-1453-cü
illərdə isə Bizansın paytaxtı olmuşdur. 1453-cü ildə şəhər türklər
tərəfindən tutulmuş 1918-ci ilə qədər Osmanlı imperiyasının, sonra
isə 1923-cü ilin oktyabrınadək Türkiyə Respublikasının paytaxtı olmuşdur.
İstanbul Bosfor boğazının hər iki sahilində, iki qitədə yerləşir.
Şəhərdə Bizans, Roma və Osmanlı dövrünün tikililəri tariximemarlıq
abidələri kimi qorunub saxlanılır.
İstanbul Türkiyənin mühüm sənaye və ticarət-maliyyə mərkəzidir.
Ölkədə istehsal olunan sənaye məhsullarının 1/4-ü onun payına
düşür. Beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağıdır.
Dünyanın gözəl şəhərlərindən olan İstanbulun sürətlə böyüməsi
sosial və ekoloji problemlərin meydana gəlməsinə səbəb olmuşdur.
Bu problemləri aradan qaldırmaq məqsədilə Türkiyə
höküməti kompleks infrastruktur tikililərin inşasına xüsusi diqqət
yetirir.
4. İqtisadiyyatı
Ötən əsrin 80-ci illərində ağır iqtisadi böhrandan və kredit
verən ölkələrin təzyiqindən çıxış axtarmaq məqsədilə inkşafın yeni
strategiyasına keçilir. Yeni strategiyada dövlət tərəfindən nizamlanmaya
yenidən baxılması və iqtisadi sahəyə dövlətin birbaşa
müdaxiləsindən tədricən imtina edilməsi, iqtisadiyyatın rəqabət
qanunlarına tabe olmaqla tam bazar münasibətlərinə keçirilməsi,
241
iqtisadi inkişafı sürətləndirmək və müasirləşdirmək məqsədilə xarici
amil və ehtiyatların hər vasitə ilə istifadə olunmasına şərait yaratmaq,
ölkənin xarici məhsul və kapitalın azad hərəkəti üçün açıq elan
edilməsi, idxalatı əvəz edəcək ixracat istiqamətli sənayeləşmə
modelinə kecilməsi və s. nəzərdə tutulmuşdur. Lakin Türkiyədə yeni
iqtisadi model dövlət tərəfindən planlaşdırmanı aradan qaldırmır,
milli marağı qoruya bilən bazar qüvvələri və dövlət tərəfindən nizamlanma,
açıq iqtisadiyyat və proteksionist* tədbirlərin əlaqələndirilməsi
yolları axtarılır.
Ölkənin son illərdəki iqtisadi inkişafı Türkiyənin dünya
təsərrüfatında «reytinqinin» artması ilə yanaşı getməsə də daxili
struktur irəliləyişlərə səbəb olmuşdur. Ötən əsrin 80-ci illərinin ikinci
yarısından milli məhsul istehsalında sənayenin payı kənd təsərrüfatını
üstələmişdir, halbuki əvvəllər kənd təsərrüfatı ÜMM-da üstün yer
tuturdu.
Bütövlükdə müasir Türkiyə iqtisadiyyatının inkişafı xarici
təmayüllü inkişaf etməkdə olan ölkələrə aiddir. İşçi qüvvəsinin fəal
emiqrasiyası, xarici ölkələrdə yerinə yetirilməli tikinti işləri, qonşu
ölkələrlə ənənəvi məhsullar: paltar, ayaqqabı, şirniyyat, sənətkalıq
məhsulları, geniş miqyasda xırda topdansatış ticarəti və s.
Türkiyə sənaye – aqrar ölkədir. 2005-ci ildə ÜMM 8 faiz artmışdır
(sənaye 27, kənd təsərrüfaı 15,7 faiz). 1997-ci ildə adambaşına
ÜMM 3000 dollar olmuşdur. Sənayenin aparıcı sahələri hasilat
sənayesi ötən əsrin 80-ci illərində sənaye məhsulunun cəmi 6 faiz
vermişdir. Faydalı qazıntıların ixracatında əsaslı irəliləmə olmamışdır.
Xarici bazarda mühüm əhəmiyyət qazanmış xromit hazırda ixracat
strukturunda əvvəlki mövqeyini itirmişdir. Hasilat sənayesi
kömür (3 mln. ton daş, 45-55 mln. ton qonur kömür cıxarır) və dəmir
filizinə (4 mln. ton) olan tələbatı ödəmir, neft çıxarılması tədricən
artır (4 mln. ton).
Emaledici sənaye 90-cı illərin əvvəllərində sənaye bölməsi
məhsullarının dəyərcə 77 faizini ödəyirdi. Bunun əsas hissəsi yeyinti
və yüngül sənayenin (35 faiz) payına düşür. Ölkədə emaledici
sənayenin dəyərcə 18% yeyinti sənayesi verir. Toxuculuq sənayesi
* Proteksionizm – kapitalist ölkələrindən gətirilən mallara yüksək
kömrük qoymaqdan ibarət himayəçilik sistemi deməkdir.
242
daha inkişaf etmiş sahə olub, istehsalın yüksək mərkəzləşdirilməsi,
xüsusilə milli şəxsi iri kapitalın mövqeyini güclü olması ilə
səciyyələnir. Bu sahənin məhsulları Avropa ölkələri ABŞ, Rusiya,
Azərbaycan və digər ölkələrə ixrac olunur. Türkiyə ötən əsrin 80-ci
illərində Avropa İqtisadi Birliyi ölkələrinin toxuculuq məhsullarına
olan tələbatının 1/3-ni ödəyirdi. Ümumi ixracat həcminin 1/3-ni
toxuma malları və hazır paltar təşkil edir.
Tikinti, qara və əlvan metallurgiya, kimya - əczaçılıq, avtomobilyığma
və digir sahələrlə bağlı sənaye sahələri inkişaf etmişdir.
İstehsal vasitələri istehsalı aşağı səviyyədədir, müasir maşın və
avadanlığa olan tələbat idxalat hesabına ödənilir. Türkiyə Avropa
İttifaqının zəif inkişaf etmiş dövlətlərinə yaxınlaşmış (bəzi
göstəricilərə görə onları ötmüş), Misir, Suriya kimi dövlətləri isə ötmüşdür
(adambaşına sement, qara metal, televizor və s. istehsalına
görə).
Energetikanın mühüm xammalı olan neft (enerji balansının 53
faiz) əsasən idxal edilir. 1980-ci ildə istehlak 16 mln. ton olmuşsa,
90-cı illərin əvvəllərində 30 mln. tonadək yüksəlmişdir. İstehlakın
10-12 faiz yerli istehsal hesabınadır. Neft Batman, Qılı, İzmir, Əliağa
şəhərlərindəki ümumi emal gücü 33.5 mln. ton olan dövlət və Mersin
şəhərindəki transmilli şirkətin iştirakı ilə qarışıq kapitala məxsus
müssisələrdə emal olunur.
İri «Petkin» (Yarımca) neft-kimya kompleksindən başqa 1985-
ci ildə Əliağada ikinci neft-kimya kompleksi istifadəyə verilmişdir.
Nəticədə neft məhsulları istehsalı 20 faiz artmışdır. Təbii qaz ölkədə
80-ci illərdən çıxarılır. Qaza olan təlabat Ankara, İstanbul, İzmirdəki
zavodlar və İzmir və Əliağadakı neft emalı zavodlarındakı maye qazdan
istifadə etməklə ödənilir. Türkiyə 1987-ci ildən sabiq SSRİ-dən
(1991-ci ildən Rusiya), 2008-ci ildən Azərbaycandan qaz alır.
Energetika sahəsində ötən əsrin 80-ci illərində irəliləyişlər olmuşdur.
On il ərzində elektrik stansiyalarının ümumi gücü 6 mln.
kvt-dan 16-ya çatmışdır (o cümlədən 34,5 faiz SES-lərin hesabına).
1990-cı ildə Türkiyə qonşu ölkələrə (Bolqarıstan, Rumıniya,
Albaniya, Gürcüstana 900 mln. kvt./s) elektrik enerjisi ixrac etmişdir.
Yaxın Şərqdə iri sayılan istilik elektrik stansiyası – «Afşin-əlbistan»,
«Keban» və «Karakala» su elektrik stansiyalarının istehsal gücləri
genişləndirilmişdir. 1990-cı ildə Fərat çayı üzərində «Atatürk»
bəndinin tikintisi başa çatdırılmış (ildə 8,9 mlrd. kvt/s elektrik ener243
jisi), yeni su anbarı işə salınmaqla, iri suvarma massivi yaradılmışdır.
Son 15 il ərzində ölkədə qara metallugiyanın inkişaf etdirmək
Avropa və qonşu ölkə bazarlarına daxil olmaq məqsədilə Türkiyə
inkişaf etmiş ölkələrdə qara metallurgiyanın ekoloji təhlükəsini
məhdudlaşdırmaq meylindən istifadə edir. Polad istehsalı 1981-ci
ildə 2,4 mln. tondan, 2005-ci ildə 12,7 mln. tona çatdırılmışdır.
Bununla yarısı tam dövriyyəli 3 iri dövlət müəssisəsində Qaraböyük,
Ereqli, İskenderunda qalan yarısı əsasən İzmir rayonundakı 15 xüsusi
kiçik zavodlarda istehsal olunur.
Polad və prokat Türkiyə ixracatında əhəmiyyətinə görə toxuma
mallardan sonra ikinci məhsuldur. Başlıca metallugiya bazası Zonquldaq-
Ereqli daş kömür hövzəsi (Qara dəniz sahilində) və Qərbi
Anadoluda boz kömür yataqları və İES-i ilə əlaqədardır. Seydişehirdə
sabiq SSRİ-nin texniki əməkdaşlığı il tikilmiş alüminium zavodu
fəaliyyət göstərir. 1989-cu ildə 200 min ton gil torpaq, 60 min ton
alüminium istehsal olunmuşdur.
Maşınqayırmada idxal olunan hissələrdən nəqliyyat vasitələri
yığma və istehsalı mühüm əhəmiyyət kəsb edir. Türkiyədə avtomobil
və traktoryığma sənayesində transmilli şirkətlər (Ford, FİAT, Reno,
Mersedes, Daymler-Bents, Britiş Motor, Kraysler və b.) fəal iştirak
edir. Transmilli şirkətlər yerli iri kapitalla əməkdaşlıq edir. Nəqliyyat
vasitələri quraşdırılması bütövlükdə yüksək səviyyədə deyil və illər
üzrə tərəddüd mövcuddur. 90-cı illərin ortalarında xarici lisenziyalarla
75 min yük avtomobilli və dartıcı, 5-7 min avtobus, 250 min
minik avtomobili, 20 min traktor istehsal olunmuşdur. Quraşdırmanı
başa catdıran 19 müəssisə fəaliyyət göstərmişdir (İstanbul, Bursa,
Adapazarı, İzmir, İzmit, Aksaray, Mersin). Türkiyədə dəmir yol
avadanlıqları zavodu SİDEMAŞ (Sivasda), yük və sərnişin vaqonları
zavodu ADMAŞ (Adapazarda), ELMAŞ (Eskişehirdə) – lokomotiv
istehsalı fəaliyyət göstərir.
Gəmiqayırma sənayesini inkişaf etdirmək və müasirləşdirmək
üçün cəhd edilir. Bu sahəyə 10 dövlət və xüsusi bölməyə məxsus
müəssisələr xidmət edir. Ölkədə 8 iri tərsanə – Pendik, Gölçük, (sualtı
qayıq), Camialtı, Taşkizaq, İsteniye, Xalic, Xasköy və Alaybey
mövcuddur. İstanbuldan 40 km cənub-şərqdə – Tuzluda müasir
tərsanənin inşası başa çatdırıldığından gəmiqayırmanın əsas bazası
buraya köçürülmüşdür. Son illərdə Türkiyə özünün təyyarəqayırma
sənayesini yaratmışdır (Eskişehr və Kayseri). Ankara yaxınlığında
244
Myürteddə «F-16» təyyarəsi yığılır. Ölkədə vertolyotyığma zavodu
da vardır.
Kənd təsərrüfatının aparıcı sahələri. Becərilən torpaqlarlın
çox hissəsi (90 faiz) xüsusi mülkiyyətə məxsusdur. Dövlət torpaq
fondu – meşələr, əkinə yararlı sahələr bir qayda olaraq kənd əhalisinin
ümumi mülküdür və onların istifadəsindədir. Torpaqların bir
qismi vəqf (məscidlərin) xüsusi mülkiyyətidir. Aqrar münasibətlərdə
feodal qalıqlar – pay ayırmaqla muzdurluq, su torpaq haqqını
işləməklə ödəmə, borc asılılğı saxlanılır. Kəndlərdə siyasi mühiti
sabitləşdirmək və aztorpaqlıların üstünlük təşkil etdiyi rayonlarda
aqrar ziddiyyəti zəiflətmək məqsədilə 1984-cü ildə suvarılan torpaqlar
haqda qanun qəbul edilmişdi.
Kənd təsərrüfatından gələn gəlirin 2/3 hissəsi bitkiçiliyin payına
düşür. İkinci yer heyvandarlığa məxsusdur. Meşə və balıqçılığın
rolu zəifdir. Dənli bitkilər (əkin sahələrinin 82 faiz) xüsusilə
əhəmiyyətlidir. Əsasən buğda və arpa əkilir. Qarğıdalı, covdar,
vələmir, darı, cəltik becərilir. Texniki bitkilər əkin sahələrnin 12 faizini
tutsa da əhəmiyyəti böyükdür (yerli sənayeni xammalla təmin
edir, bir qismi ixrac olunur). 1995-ci ildə ölkədə 20 mln.ton buğda,
8,0 mln.m arpa, 2,0 min ton pambıq, 500 min ton fındıq, 250 min ton
tütün yığılmışdır.
Əkinçilikdən fərqli olaraq heyvandarlıq (quşçuluq istisna olmaqla)
ekstensiv əsaslarla heyvanların sayını artırmaqla inkişaf etdirilir.
İribuynuzlu mal-qaranın sayı 20, xırdabuynuzlu 70, o
cümlədən qoyunların sayı 50 mln. başdır (1995).
Nəqliyyatı və xarici ticarəti. Türkiyə inkişaf etmiş nəqliyyat
şəbəkəsinə malikdir. Daxili sərnişin və yükdaşımalar əsasən avtomobil
nəqliyyatı vasitəsilə həyata keçirilir. Dəmir yollarının uzunluğu
3,4 min km-dir, bərk örtüklü avtomobil yolları 60 min km-dir.
Mühüm dəniz portları – İstanbul, İzmir, Samsun, İskenderundur.
Türkiyədə nəqliyyat vasitələrinin sayı artır. Əgər 1987-ci ildə 1000
nəfərə 26 vahid nəqliyyat vasitəsi düşürdüsə, 2005-ci ildə bu
göstərici 2 dəfə artmışdır. 1988-ci ilin iyulunda Bosfor üzərində
ikinci asma körpünün istifadəyə verilməsi avtomobil nəqliyyatının
inkişafında mühüm əhəmiyyətə malikdir, çünki Türkiyədə tranzit
yüklərin daşınması valyuta gəlirini yüksəldir. Dəmir yol nəqliyyatının
inkişafı avtomobil yolları ilə rəqabətə dözümlü səviyyədə deyildir.
Dəniz gəmiçiliyi inkişaf etmişdir. Xarici ticarət əlaqələrində
245
nəqliyyatın bu növü mühüm rol oynayır. 1987-ci ildə dövlətə məxsus
«Türk hava yolları» təyyarə şirkəti həm daxili, həm də xarici sərnişin
daşımalarında mühüm rol oynayırdısa, hazırda ölkədə bir neçə xüsusi
təyyarə şirkətləri yaradılmışdır ki, bunlar əsasən daxili sərnişin daşımaları
ilə məşğul olur.
Qərblə həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq
regionu ölkələrinin ticarət-iqtisadi əlaqələrində Türkiyənin vasiticilik
və əlaqələndirici rolu – Türkiyə ərazisindən tranzit daşınmaları, neft
ötürülməsinin artması ilə genişlənir. Bu rol gələcəkdə İran, Qazaxıstan,
Türkmənistan, Azərbaycandan Avropa, Ukrayna və Baltikyanı
ölkələrin yeni neft və qaz kəmərlərinin istifadəyə verilməsi ilə daha
da artacaqdır.
Azərbaycanla Türkiyə arasında magistral Bakı-Tbilisi-Kars
dəmir yolunun tikintisinə 2007-ci il noyabrın 21-də üç respublikanın
(Azərbaycan, Türkiyə, Gürcüstan) prezidentlərinin görüşündə start
verildi. Bu yol bölgədə təhlükəsizlik, əməkdaşlığın, daşıma
xərclərinin 30 faizədək azalacağına zəmanət verməklə yanaşı, iqtisadi
və siyasi cəhətdən çox əlverişlidir; həm də Şərq-Qərb dəhlizin açılmasıdır.
Xarici ticarət. Xarici ticarət sahəsində bazar iqtisadiyyatı proqramının
həyata kecirilməsində daha böyük irəliləyişlər olmuşdur.
1980–95-ci illərdə ixracat dəyər qiymətləri ilə 2,2 mlrd.-dan 21,6
mlrd. dollaradək yüksəlmişdir (10 dəfə). İdxalatın artım sürəti aşağı
olmuşdur: bu dövr ərzində 4.8 mlrd.-dan 33,7 mlrd. dollara, yəni 7
dəfə yüksəlmişdir. Xarici ticarət dövriyyəsində defisit 5 dəfə artmışdır,
bu kəskin problem hələ də həllini gözləyir.
İxracatın 80 faiz emal sənaye məhsulları (toxuculuq, tikiş
məmulatı – 27 faiz, qara metal – 12 faiz, meyvə və qoz 7 faiz, tütün –
4 faiz) təşkil edir. İdxalatda neft, sənaye xammalı, maşın və
avadanlıq üstünlük təşkil edir. Ticarət əlaqələri Avropa İttifaqı
ölkələri (ixracatın 60 faiz, idxalatın 50 faiz), regionun qonşu ölkələri
(20 faiz), ABŞ (7 faiz və 12 faiz), MDB (6 faiz və 9 faiz) ilədir. Rusiya-
Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığın yeni formaları
haqda müqavilə imzalanmışdır. Türkiyə-Azərbaycan əlaqələri
əhatəlidir. Bu əlaqələrdə iqtisadi əməkdaşlıq və ticarət, xüsusilə
əhəmiyyətlidir.
1994-cü ildə bağlanmış neft müqaviləsinə görə Xəzər nefti
Gürcüstandan keçərək Türkiyəyə çatdırılmışdır. «Bakı-Tiflis-Cey-
246
han» adlanan bu neft kəməri 2006-cı ilin iyulunda istifadəyə verilmişdir.
Hazırda Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan neft
Aralıq dənizi sahilində yerləşən Ceyhan portundan tankerlərlə dünya
bazarlarına çıxarılır.
Türkiyənin təbii qaza olan və ildən-ilə artan tələbatını ödəmək
üçün Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan təbii qaz “Bakı-
Tbilis-Ərzurum“ təbii qaz magistral kəməri ilə Ərzurum şəhərinə
çatdırılması və oradan da başqa yerlərə nəql edilməsi planlaşdırılır.
ÜRDÜN* HAŞİMİLƏR MƏLİKLİYİ
1. Coğrafi mövqe və təbiəti
Coğrafi mövqeyi. Ərəbcə Məmləkə-Əl Ürdüniyyə adlanan bu
dövlət Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir.
Sahəsi 89,2 min kvadrat km-dir. Sahəsinin böyüklüyünə görə dünya
dövlətləri arasında 110-cu yeri tutur. Ölkə Suriya, İraq, Səudiyyə
Ərəbistan və İsraillə həmsərhəddir. Əslində Ürdünün Fələstinlə də
dövlət sərhədi olmalı idi. BMT-nin müstəqil Fələstin dövləti üçün
hələ 1947-ci ildə ayırdığı torpaqları İsrail zəbt etdiyindən hələlik bu
sərhəd rəsmi dövlət səviyəsində mövcud deyil. Ölkənin cənubdan
kiçik məsafədə Qırmızı dənizin Əqəbə körfəzinə çıxışı var.
Səth quruluşu və faydalı qazıntıları. Ürdünün təbiəti ilk baxışda
yeknəsək görünsə də onun özünəməxsus çalarları, gözəllikləri və
qəribə təzadları vardır. Ölkə ərazisinin çox hissəsini əsasən şərqə doğru
alçalan səhra və yarımsəhralar tutur. Şərqdəki qumlu
səhralaradan qərbə getdikcə relyef tədricən dəyişir, yəni hündürlük
400-500 metrdən 1200-1800 metrə qədər yüksəlir. Nisbətən hündür
dağlar ərazinin cənubundadır. Məsələn, Ram dağının hündürlüyü
1754 m, Əş-Şəranın hündürlüyü isə 1734 metrə bərabərdir.
* Ürdün sözü İordan çayının adından götürülmüşdür. Sami dilində
«axın» və «şırıldayan» mənasını bildirir. Toponimin ürdün sözündən
yaranma ehtimalı da var. Ərəblər və digər müsəlman ölkələri İordaniyanı
Ürdün adlandırırlar. Ölkə 1946-cı ilin 25 mayınadək Transiordaniya
adlanırdı.
247
Ölkənin səth qurluşundakı təzadlardan biri də ondan ibarətdir
ki, Şərq hissədəki səhra və yarımsəhralar zonasını, qərbdəki, qismən
dağlıq ərazini şimaldan cənuba doğru meridian istiqamətində uzanan
Qhor tektonik çökəkliyi ayırır. Bu çökəkliyin cənub davamını əlƏrəb
vadisi təşkil edir. Ölkənin, demək olar ki, yeganə çayı olan
Ürdün bu çökəkliklə axır və dünya ədəbiyyatında məhşurlaşan Ölü
dənizə tökülür. Qhor çökəkliyi planetimizin ən dərin çökəkliyi hesab
edilir. Dərinliyi okean səviyyəsindən 793 metr aşağıdır. Eni 7-8 km,
bəzi yerlərdə 20-25 km-ə çatır.
Ürdün faydalı qazıntılarla o qədər də zəngin deyil. Ölkə
ərazisinin çox hissəsi, xüsusilə şərq bölgəsində faydalı qazıntıları
aşkar etməkdən ötrü geoloji kəşfiyyat işlərini aparmaq nisbətən
çətindir, çünki bu bölgədə su mənbələri, demək olar ki, yox
dərəcəsində olmaqla yanaşı mövcud yeraltı sərvətlər yaşayış
məntəqələrindən və ya magistral yollardan uzaqda yerləşmişdir. Buna
görə də ölkədəki təbii sərvətlər o qədər də yaxşı öyrənilməmişdir.
Ölkənin ən mühüm faydalı qazıntısı ərazinin əksər yerlərində rast
gəlinən yüksək keyfiyyətli fosforit yataqlarıdır.
Fosforit ehtiyatına görə Ürdün regionda birinci, dünyada isə
beşinci yeri tutur. Ürdündə fasforiti «boz qızıl» adlandırırlar. Ölkənin
ən böyük fosforit yataqları Ər-Rüseyf, Ən-Həsa və Şeydidə
cəmləşmişdir. Bu yataqlar içərisində ən perspektivlisi Şeydi
yatağıdır. Fosforitlə yanaşı ölkə mineral duzlar və tikinti materialları
ilə də zəngindir. Ölü dəniz müxtəlif duz ehtiyatının xəzinəsidir.
Burada duzun ehtiyatı 40 mln. tondan artıqdır. Ölü dənizin təbii
sərvətlərindən səmərəli istifadə etmək məqsədilə 1982-ci ildə Lisan
yarımadasında emaledici müəssisə tikilib istifadəyə verilmişdir.
Ürdün tədricən dünyanın iri gübrə istehsalçılarından birinə çevrilə
bilər. Fosfor və duzlardan əlavə ölkədə ehtiyatı böyük olmayan
dəmir, mis, manqan filizləri və uran yataqları aşkar edilmişdir.
İqlimi və hidroqrafiyası. Ürdün ərazicə kiçik dövlət olsa da,
relyefinin müxtəlifliyi, həmçinin ölkənin yerləşdiyi coğrafi enlik
burada yayı isti və quru, qışı yumşaq və nisbətən rütubətli keçən
subtropik iqlimin formalaşmasına səbəb olmuşdur. İlin təqribən 6-7
ayında havalar çox isti və quru olur. Bəzi aylarda heç bir damla da
yağış yağmır. Yağıntılara yalnız oktyabrdan-aprelə qədər təsadüf
edilir. Orta illik yağıntının miqdarı ərazinin şimal-qərbində 400-500
mm, şərqində isə 100-120 mm-dir.
248
Ölkənin müxtəlif rayonlarındakı iqlim şəraiti relyefin müxtəlifliyi
ilə izah olunur. Bu səbəbdən şərq bölgədə havanın orta
temperaturu yanvarda 7-9 dərəcə C (İordan çayının sahillərində 15-
16 dərəcə C), iyulda 28-38 dərəcə C (Qhor vadisində 48-50 dərəcə C)
arasında dəyişir. Ölkənin şərqindəki səhra zonasında bu iqlim
göstəricilərinin kəmiyyəti bir qədər yüksək olur. Yəni sutkalıq və
aylıq amplituda artdığından iqlim sərtləşir.
Ölkənin bütün ərazisi üçün yay mövsümündə qeyri-müntəzəm
və daima əsən qərb küləkləri səciyyəvidir. Ərəbistan yarımadasındakı
səhralardan əraziyə «Sirokko» adlanan qızmar külək əsir. Sirokko
otları, əkinləri yandırır məhv edir, qum fırtınaları yaradır. Bu
səbəbdən də ölkədə bitki örtüyü çox kasıbdır. Yalnız səth axınları
olan yerlərdə xurma və zeytun plantasiyaları salınmışdır. Ölkədə
həqiqi mənada su mənbəyi olan cəmi bir çay var. Bu, daimi axara
malik olan İordan çayıdır. Bundan əlavə vadilər, quru dərələr,
payızda yağışlar mövsümü zamanı sulu olurlar. Bu yağış sularını
toplayıb suvarmada istifadə etmək ötrü ölkədə bəndlər tikilmişdir.
İordan çayı ölkədə daimi axarlı su arteriyasıdır. Çayın ümumi
uzunluğu 252 km-dir. Mənbəyini Hərmun dağ massivindəki Cəbələş-
Şeyl silsiləsindən götürən çay Qhor cökəkliyi ilə axaraq Huma və
Təbəriyyə göllərindən keçib Ölü dənizə tökülür. Çay öz axarı
boyunca çoxlu astanalar əmələ gətirmişdir. Bu çay üzərində su
elektrik stansiyası da tikilmişdir. Maraqlı cəhətlərdən biri də budur
ki, xristianların və müsəlmanların müqəddəs yazılarında İordan çayı
haqqında çoxlu əfsanələr, rəvayətlər mövcuddur. Xristianların
müqəddəs yazılarında göstərilir ki, İsa Peyğəmbər (İisus Xristos)
İordan çayında xaç suyuna salınmış, yəni xristianlığı qəbul etmişdir.
Ürdünü məşhurlaşdıran təkcə təbiətindəki müxtəliflik deyil,
həm də milyon illərlə burada qərar tutan Ölü dənizdir. İordan çayı,
səthə çıxan bulaqlar və digər kiçik axarlar həyat mənbəyi, yaşıllıqlara
təkan verən amil olduğu halda, ölkədəki nadir su hovuzu olan Ölü
dəniz hər şeyi məhv edib duza döndərir.
Ölü dəniz Cənub-Qərbi Asiyanın axarsız göllərindən biridir.
Mənası öz adını ifadə edir. Cünki bəzi bakteriyalar istisna olmaqla
onun suyunda heç bir canlı varlıq yaşaya bilməz. Ölü dənizdəki duz
məhlullarının qalıqları dünya okeanı suyundan 7,5 dəfə artıqdır.
Suyun səthində uzanan adamlar duzun xışıltısını eşidir. Ölü dənizdə
suyun orta duzluluğu 260-270 promilldir. İordan çayındakı
249
balıqlardan təsadüfi üzüb gölə gələnlər dərhal ölür və duzun
içərisində daş kimi bərkiyir. Dənizin sahəsi 1050 kv. km , uzunluğu
76 km, maksimum dərinliyi 356 metrdir.
Ürdünlülər Ölü dənizi müqəddəs sayır və onun haqqında çoxlu
əfsanələr söyləyirlər. Arxeoloqlar 1955-ci ildə Ölü dənizin
yaxınlığında aşkar etdikləri mağaradan dulusçuluq əşyaları və
məişətdə işlədilən digər əşyalar tapmışlar. 1960-cı ildə dənizdə
tədqiqat aparan arxeoloji ekspedisiyanın mütəxəssisləri 70 metr
dərinlikdə qədim zamanlarda yoxa çıxan iki qədim şəhərin – Sadoma
və Qomorra şəhərlərinin xarabalıqlarını və eni təqribən 4 metr olan
yol aşkar etdilər. Mənbələrdən görüldüyü kimi 3-4 min əvvəl Ölü
dənizin səviyyəsinin ən aşağı düşdüyü vaxtlarda romalılar burada yol
çəkmişlər.
Dənizin suyundakı duz adamların dərisindəki yara-xoranı
sürətlə azaltmaq xassəsinə malikdir. Əfsanəyə görə İbrahim
peyğəmbərin Lut adlı nəvəsini Sadoma və Qomorra dağılarkən
mələklər ölümdən xilas edib, o burada sığınacaq tapıb. Hətta indinin
özündə də aydın və sakit havada ən yüksək təpədən baxanda dənizin
dibində həmin şəhərlərin xarabalıqlarını görmək olar.
Ürdündə iri su mənbələri, göllər olduqca azdır. Nisbətən iri və
sulu gölü Əl-Əzraqdır. Bu gölün suyu borular vasitəsilə ölkədə içməli
suyun çatışmadığı onlarca yaşayış məntəqəsini təmin etməyə imkan
verir. Bu gölün yerləşdiyi bölgə milli park elan edilmişdir. Bu
bölgədə məskunlaşan fauna və flora aləmi dövlət tərəfindən qorunur.
Ölkə ərazisində isti su mənbələri də mövcuddur. Zərqameyn qaynar
bulağı bu qəbildəndir. Əfsanəyə görə vaxtilə burada çar Böyük
İrodun hamamı yerləşərmiş. Bu qaynar bulaq eyni zamanda böyük
müalicə ocağıdır. Turistlər bu ekzotik İrod hamamında özlərini buğa
vermək və müalicə olmaq fürsətini əldən vermirlər. Lakin turistləri
qorumaq üçün polislər növbə çəkirlər. Çünki özlərinin ənənələrinə
sadiq qalan bədəvilər əksər hallarda alt paltarında çimirlər. Buna görə
də paltarını tam soyunub lüt çimən avropalıları daşa basır, təhqir
edirlər.
Torpaq və bitki örtüyü. Nisbətən rütubətli sahələrdə təbii
şəkildə bitən yulğun kollarına rast gəlmək olar. Ölkədə qısaömürlü
elə gül növləri var ki, onlar qızmar hava şəraitində çiçəkləyib
kürəciklər əmələ gətirirlər. Kürəciklər torpağa quma düşüb rütubətli
mövsüm başlayana qədər qalır, sonra isə yenidən göyərirlər.
250
Dəvətikanı səhraların maraqlı bitkilərindəndir. Bu bitki qızmar
günəş istisində kiçik yarpaq açıb yaşıl rəng alır. Maraqlı burasıdır ki,
digər səhra bitkiləri istiyə, susuzluğa davam gətirməyib məhv olduğu
halda dəvətikanı 20 m-dən aptıq dərinliyə kök atır və qrunt suları ilə
qidalanır. Ölkədə bitki örtüyü kimi fauna aləmi də kasıbdır.
Bəzən ölkə ərazisindəki çökək, alçaq səthlərdə su, rütubət,
nəmlik nişanələri, həmçinin qrunt sularının səthə yaxın olduğu
ərazilərdə səhraların yaşıl «gözcükləri» əmələ gəlir. Amma bir
müddətdən sonra bunlar günəşin qızmar istisinə dözməyib məhv olub
gedir. Daimi yaşıllıqlara yalnız ölkənin qərb hissəsində, yəni İordan
çayının sahillərində rast gəlmək olar.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Ürdün dövlətinin ərazisi tarixin müxtəlif dövrlərində bu
regionda yaranan daha güclü imperiya və dövlət birliklərinin
tərkibinə daxil olmuşdur. Artıq hamıya məlumdur ki, İordan çayının
qərb sahilləri dünya mədəniyyətinin qədim ocaqlarından biridir.
Mütəxəssislərin fikrincə, Ürdünün yerləşdiyi ərazidə çox
qədimlərdən sami tayfaları yaşamışlar. E.ə. IX-VII minilliklərdə
burada yaşayan əhali ovçuluq və ibtidai əkinçiliklə məşğul olmağa
başlayır. Arxeoloqların Ölü dənizlə Əqəbə körfəzi arasındakı şəhər
xarabalıqlarında aşkar etdikləri mis mədənləri 7-8 min il əvvəl bu
yerlərdə güclü dövlətin, böyük şəhərlərin olmasını bir daha təsdiq
etdi. Tarixdə məhşur olan Sadoma, Qomorra şəhərləri bu ərazidə
olublar. Eramızdan əvvəl birinci minillikdə indiki Ürdün ərazisinin
bir hissəsi İsrail və Yəhudi padşahlığının tərkibində idi. Sonradan bu
ərazi VII yüzillikdə Ərəb xilafətinə qatılana qədər Makedoniyalı
İsgəndər, Misir və Roma qoşunları tərəfindən zəbt edilir.
Ürdünün müsəlman tarixi VII əsrin ortalarına təsadüf edir. Bu
ərəfədə cənubdan gələn ərəblər Ürdün ərazisini zəbt edərək burada
İslam dinini və ərəb dilini yaymağa başlayırlar. Ölkə XVI yüzilliyin
əvvəllərindən 1918-ci ilədək Osmanlı İmperiyasının tərkibində
olmuşdur. Birinci Dünya müharibəsindən sonra San-Remo
konfransının (1920-ci il) qərarı ilə Böyük Britaniya mandatlığında
olan Fələstin adlanan ərazinin, 1921-ci ildən sonra isə Transiordaniya
adlanan əmirliyin tərkibində qalır.
251
1946-cı ilin 25 mayında müstəqillik əldə edən Transiordaniya
Ürdün məlikliyi adını qəbul edir. Həmin vaxtdan 25 may –
müstəqillik günü kimi qeyd olunur. Əmir Abdulla ölkənin məliki elan
olunur. 1958-ci ilin payızına qədər Ürdün ərazisində Böyük
Britaniyanın ölkəyə zorla qəbul etdirdiyi qanunlar qalırdı. 1958-ci
ilin 2 noyabrında ingilis qoşunları ölkədən çıxarılır.
Dövlət quruluşu. Ürdün kosntitusiyalı monarxiya şəklində
idarə olunur. 1952-ci ildən 1999-cu ilin 7 fevralına qədər dövlətin
başçısı xalq içərisində, Yaxın Şərqdə, eləcə də bütün dünyada öz
siyasəti ilə böyük hörmət qazanmış məlik Hüseyn Ben Təllal olub.
Məhəmməd peyğəmbərin (S) nəslindən (Haşimilər) olan Hüseyn Ben
Təllalın vəfatından sonra oğlu Abdulla Ben Hüseyn Ben Təllal ölkə
taxt-tacına sahib olmuşdur.
Ölkənin ali qanunvericilik hakimiyyəti senat və deputatlar
palatasından ibarət Milli Məclisdən ibarətdir. Senatın üzvləri məlik
tərəfindən 4 il müddətinə təyin olunur. Deputatlar palatasının üzvləri
də 4 il müddətinə amma ümumi seçkilər vasitəsilə seçilir. İcraedicilik
hakimiyyəti Baş nazirin rəhbərlik etdiyi hökumət tərəfindən yerinə
yetirilir. İnzibati cəhətcə ölkə 10 mühəfəzə (əyalətə) bölünür. Ürdün
xalqı hər il 25 may gününü (1946-cı ildən etibarən) müstəqillik günü
və 14 noyabr gününü (1999-cu ildən etibarən) Məlikin anadan olduğu
gün kimi milli bayram kimi qeyd edilir.
1975-ci ildə ölkədə olan bütün siyasi partiya və ictimai
təşkilatların fəaliyyəti qadağan olunmuşdur. O vaxta qədər isə ölkədə
Demokratik, Ərəb Sosialist Dirçəliş, Kommunist və b. partiya və
təşkilatlar fəaliyyət göstərirdi. 1991-ci ildən sonra partiyaların
fəaliyyətinə icazə verildi. Hazırda ölkədə 20-ə qədər siyasi partiya və
təşkilat açıq fəaliyyət göstərir. Ürdün Xalq Birliyinin Demokratik
Partiyası, Kommunist Partiyası, İslam Hərəkatı Cəbhəsi nisbətən
böyük partiyalardı.
Ürdün BMT-nin Ərəb Ölkələri Cəmiyətinin, İslam Ölkələri
Təşkilatının başqa beynəlxalq və regional təşkilatların üzvüdür.
Yaxın Şərq münaqişəsinin ədalətli şəkildə həll olunması uğrunda
mübarizə aparır. Ürdün 1988-ci ildə Əlcəzairdə özünü müstəqil
dövlət elan etmiş Fələstini tanımışdır. 1994-cü ilin 26 oktyabrında isə
İsrail ilə sülh müqaviləsi imzalamışdır. Bu müqavilədən sonra hər iki
ölkə diplomatik səviyyədə əlaqələr yaratmışlar.
Azərbaycan Respublikası ilə münasibətlər. Ürdün Haşimilər
252
məlikliyi 1991-ci ilin dekabrın 28-də Azərbaycan Respublikasının
müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. (Türkiyədən sonra ikinci
dövlət).
1993-cü ilin fevralında Ürdün dövlətinin yüksək səviyyəli
nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər
zamanı 1993-cü il fevralın 13-də Azərbaycan Respublikası ilə Ürdün
Haşimilər məlikliyi arasında diplomatik əlaqələrin yaradılması
haqqında Protokol, Birgə Bəyanat və hökumətlər arasında texniki,
iqtisadi və mədəni əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanmışdır.
Azərbaycanın və Ürdünün ali rəhbərləri ilk dəfə 1994-cü ilin
yanvarında Davos Ümumdünya İqtisadi Forumunda və 2000-ci ilin
dekabrında İslam Konfransı Təşkilatının Kasablanka zirvə
toplantısında təkbətək görüşmüşlər. Görüşlər zamanı dövlət başçıları
ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə
etmişlər. Azərbaycan və Ürdün arasında dövlət və hökumət başçıları,
xarici işlər nazirləri səviyyəsində mütamadi məktub mübadilələri
aparılır. Respublikamızın ali və orta ixtisas məktəblərində Ürdün
üçün müxtəlif ixtisaslı kadrlar hazırlanır.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
Ürdün ərazisinin qədim əhalisi xanaanlar və sami tayfaları
hesab edilir. Sami tayfaları bu ərazidə daha qədimdən məskən
salmışlar. Müstəqillik əldə etdikdən sonar Ürdün hökuməti əhalinin
iqtisadi vəziyyətinin yaxşılaşdırması, təhsil sisteminin qaydaya
salınması sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə
başlamışdır.
2005-ci ilin əvvəlləri üçün ölkədə 5.4 milyon nəfərə yaxın
adamın yaşaması qeydə alınmışdır.Bu göstəriciyə görə dünyanın 108-
ci dövlətidir. Əhilisinin 95 faizini ərəblər təşkil edir. Ölkədə çərkəz,
çeçen, yunan, kürd və başqa xalqların nümayəndələri də yaşayır.
Çərkəzlər (bu ad altında Şimali Qafqazdan gələn bütün xalqlar
nəzərdə tutulur) və çeçenlər Əmman və onun ətrafında yaşayır. Ölkə
əhalisinin təxminən 4-5 faizini köçəri və yarımköçərilər təşkil
edir.Köçərilər arasında indiyədək qəbilə-tayfa bölgüsü
saxlanılmışdır.
253
Ürdündə yaşayanların hamısı yerli, yəni Ürdün ərəbləri deyil.
Burada Fələstin ərəblərinin sayı Ürdün ərəblərinin sayından az deyil.
Fələstinlilərin işgüzarlığı, əməksevərliyi, istedadlı olmaları ərəbislam
dünyasında hamıya bəllidir. Fələstin ailələrində uşaqların,
demək olar ki, hamısı ali təhsil (əsasən Qərb ölkələrinin
universitetlərində) alırlar.
Ölkənin ziyalı təbəqəsini Fələstin ərəbləri təşkil edir. Ölkə
iqtisadiyyatının bir çox sahələri, xüsusilə biznes və ticarət onların
əlindədir. Amma orduda, polisdə və gömrükdə zabit vəzifələrinə,
həmçinin Xarici İşlər Nazirliyində mütəxəssis kimi işə qəbul olunmurlar.
Fələstinlilər bir çox məqamlarda yerli ərəblərdən seçilirlər.
Məsələn, danışdıqları dil bir növ şəhər dili, yəni əbədi dil kimi
səslənir. Ürdün ərəblərinin danışdıqları dil isə bədəvi (çöl)
ərəblərinin dilinə yaxındır. Təbii ki, geyimlərində də fərq var. Ürdün
hökuməti bütün fələstinlilərə Ürdün pasportu vermir. Məsələn, Qəzza
bölgəsində yaşayanlara Ürdün vətəndaşı pasportu vermir.
Ürdün İslam ölkələri içərisində yeganə dövlətdir ki, burada
köçəri həyat tərzi sürən əhali arasında xristianlarda olub. Onlar
özlərini XI-XII yüzilliklərdə bu yerlərdə hakimiyyəti ələ keçirmiş
səlibçilərin* nəsilləri sayırlar. Ötən əsrin 90-cı illərinə qədər əhalinin
təbii artımı 4 faiz təşkil edirdi. Sonrakı onilliklərdə təbii artım bir
qədər aşağı enmişdir (3-2,5 faiz). Ölkədə gözlənilən orta ömür 72
yaşdır, o cümlədən kişilər üçün 72, qadınlar üçün 74 yaşdır.
Dövlət dili ərəb dilidir. Əhali ərəb dilinin Suriya dialektində
danışır. Şəhərlərdə yaşayanlar ingilis dilindən də istifadə edir. Ölkə
üzrə orta sıxlıq hər km2 60 nəfərdən artıqdır. İordan çayının qərb,
şimal şərq sahilləri, Əmman şəhəri və ətrafında əhali sıx, səhra və
yarımsəhra bölgələrində isə seyrəkdir. Ölkə əhalisinin təqribən üçdə
iki hissəsi şəhərlərdə yaşayır. Əmman, Əs-Zərqa, İrbit, Nablus
ölkənin ən böyük şəhərləridir. Ürdündə tarixi şəhərlər də az deyil.
Ürdündə, xüsusilə onun paytaxtı Əmmanda uzun müddət
olmayan şəxs yenidən bu şəhərə gəlsə, gözlərinə inanmaya da bilər.
* Səlib və ya xaç yürüşləri.1096-1270-ci illərdə Fələstindəki xristianlara
məxsus müqəddəs yerlərin müsəlman asılılığından azad etmək şüarı altında
katolik kilsənin təşəbbüsü ilə Qərbi Avropa feodallarının Yaxın Şərqdəki
işğalçı müharibələri.
254
Son illərdə burada salınmış, xarici görünüşü ilə seçilən, əsasən dörd
mərtəbəli (hökumət Əmmanda dörd mərtəbədən hündür ev tikməyə
icazə vermir) villa – mülklər paytaxta xüsusi yaraşıq verir. Məsələ
ondadır ki, Yaxın Şərqin neftlə zəngin olan ölkələrində 10-12 il
işləyən Fələstinli ərəb, topladığı vəsait hesabına regionun nisbətən
sakit və sabit şəhəri kimi tanınan, həm də tarixi vətəninin
yaxınlığında yerləşmiş Əmmanda mülk alıb, yaşamağa üstünlük
verir. Bu cür mülklərin orta qiyməti 200-300 min ABŞ dollarına
bərabərdir. Onlar bütövlükdə, ya da mərtəbə-mərtəbə satılır. Mülkün
xarici divarına onun tikintisinə hökumətin rəsmi icazə verməsi barədə
lövhə vurulur.
Əhalisinin sayı 1,5 mln. nəfərə çatmış paytaxtın tarixi-arxeoloji
baxımdan ən görkəmli yeri Filadelfiya adlanan qədim hissəsidir.
Burada isə ən gözəgəlimli, «turistlərin tələsi» hesab edilən yer Roma
dövrünün xarabalıqlarının yerləşdiyi Haşimilər meydanıdır. Bu
meydandakı 6 min oturacaq yeri olan qədim Roma teatrında
indiyədək müxtəlif festivallar və digər musiqili-əyləncəli proqramlar
keçirilir. Haşimilər meydanından qarşıdakı təpə üzərindəki
Herkules** məbədinin və VII-VIII əsrlərdə ərəblərin inşa etdikləri
qala və bürclərin qalıqları aydın görünür. Qədim Roma kimi Əmman
da yeddi təpə üzərində salınmışdır. Açıq səma altındakı tarixin
yadigarlarını dövlət mühafizəsinə götürülmüşdür.
Əmmandan cənubda yerləşən və dünyanın «səkkizinci möcüzəsi
» sayılan qədim (e.ə. III əsrdə salınıb) Petra şəhəri diqqəti çox
cəlb edir. Maraqlı burasıdır ki, bu şəhərdəki bütün yaşayış binaları,
saraylar, qəbirlər və s. yalnız sal qayalardan yonularaq
düzəldilmişdir. Petrada elə bir tikiliyə rast gəlmək olmaz ki, o birbirinin
üzərinə qoyulmuş bir neçə daşdan düzəldilsin. Burada daş
dövründə yaşamış insanların ev əşyaları, daş alətləri tapılmışdır.
Qədim Nabatey çarlığının mərkəzi olan Petra, tədricən dövlətin ən
zəngin bir şəhərinə çevrilmişdir. Bu şəhərin var-dövlətini, sərvətlərini
ələ keçirməyə çoxları can atsa da, şəhər hər tərəfdən yüksək qayalarla
əhatə olunduğundan buna nail olmaq o qədər də asan olmayıb. Misir
** Herkules (Herakl) – qədim yunan mifologiyasında fiziki cəhətdən ən
güclü qəhramanlardan biri. Zevsin və Alkmenanın oğlu. Herkulesə sitayiş
qədim Yunanıstan və Romada geniş yayılmışdır.
255
piramidaları kimi insanı heyrətə salan Petra xarabalıqları əslində
ölkənin rəmzinə çevrilmişdir.
Ürdünün məşhur tarixi yerlərindən biri də paytaxtdan 40-45
km aralı, yaşıl dərədə yerləşmiş Geraş şəhərinin qalıqlarıdır.
Yunanlar tərəfindən salınmış bu şəhərin qədim adı yunan hökmdarı
Antioxanın şərəfinə Antioxa adlandırılmışdı. Tarixi boyu bu şəhər bir
çox hökmdarlar tərəfindən zəbt olunumuşdur. Makedoniyalı
İsgəndər, Filadelfiyalı Ptolomey, Pompey və b. bu şəhəri ələ
keçirmişlər. E.ə. 63-cü ildə bu şəhəri zəbt edən Pompey onu
romalaşdırmağa başlayır. Romalıların hakimiyyəti dövründə şəhərin
ərazisi təqribən iki dəfə böyüyür. Yunanlıların tikdirdiklərindən əlavə
romalılar burada sütunlarla bəzədilmiş küçələr salır, üç teatr, bir cıdır
meydanı, imperator Adrianın şərəfinə Zəfər tağı tikir, Artemida*
məbədinin ucaldırlar. Eramızın I əsrində bu şəhərdə 16-18 min
nəfərin yaşaması guman edilir.
Eramızın IV əsrində Roma imperiyası zəifləyir və onun
torpaqları Bizans imperiyasının əlinə keçir. Bizanslılar da şəhərdə
özlərinə xas olan abidələr, başqa tikililər ucaldırlar. VII əsrdə baş
vermiş güclü zəlzələ bu abidələrin, tikililərin çoxunu yararsız hala
saldı. Bu şəhərlərdə müxtəlif tarixi dövrlərdə yaradılan mədəniyyət
abidələrinə ikinci böyük zərbəni xaçpərəstlər (səlib yürüşü
iştirakçıları) vurur. İkinci Bolduinin rəhbərliyi altında şəhərə daxil
olan xaçpərəst əsgərlər dini ainləri üçün nəzərdə tutulan yerləri
kazarmalara, binaları isə istehkamlara çevirərək şəhəri dağıdırlar.
Şəhəri tərk edərkən onlar insan əli ilə yaradılan sənət nümunələrini
yerlə yeksan etmişlər. Sonradan arxeoloqlar açıq səmada, qumların
altında qalmış bu mədəniyyət izlərinin qalıqlarını aşkar edə bilmişlər.
4. İqtisadiyyatı
Ürdün orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkədir. Ürdün
tarixən əkinçilik və maldarlıq ölkəsi kimi formalaşmışdır. İkinci
Dünya müharibəsi illərində iqtisadiyyatda bir qədər dirçəliş
* Artemida – qədim yunan mifologiyasında məhsuldarlıq ilahəsi, heyvandarlıq
və ovçuluğun himayəçisi.
256
olmuşdur. O vaxt ölkəni idarə edən ingilis müstəmləkəçiləri hərbi
şəhərciklər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir,
məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu
illərdə sənaye sahələri birtərəfli inkişaf edirdi, yəni əsasən kustar
müəssisələrinə, yeyinti və toxuculuq sahələrinə nisbətən fikir
verirlirdi. Məsələn, 1955-ci ildə Ürdünün sənayesi milli gəlirin cəmi
10 faizini təşkil edirdi. Əhalinin 70 faizi kənd təsərrüfatı sahələrində
çalışırdı.
Milli müstəqillik əldə olunduqdan sonra hökumət
iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır.
İlk növbədə xarici mütəxəssislərin və xarici kapitalın köməyilə
mədən sənayesinin (əsasən fosforit çıxarılması və Ölü dənizdən
müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdə
ərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. Ötən əsrin
80-ci illərindən etibarən xarici turizm sahəsi də ölkəyə böyük həcmdə
valyuta gətirməyə başlayır. Məsələn, 2005-ci ildə Ürdünə 2,9 mln.
nəfər xarici turist gəlmiş və bu sahədən əldə olunan gəlir. 441 mln.
dollara bərabər olmuşdur.
Əgər əvvəllər sənaye müəssisələrinin əksəriyyəti paytaxt
yaxınlığında cəmləşmişsə də sonrakı illərdə hökumət yeni-yeni
mərkəzlər yaratmağa başlamışdır. Hökumət mövcud istehsal
mərkəzləri yaxınlığında sənaye-şəhər peykləri yaratmağa fikir
verməyə başlayır. Ölkədə ixtisaslı kadrların lazımi səviyyədə
olmaması da iqtisadiyyatın, xüsusilə sənayenin hər tərəfli inkişafına
mənfi təsir göstərmişdir. Əmək qabiliyyətli əhalinin ölkədən getməsi
xarici ölkələrdən fəhlə qüvvələrinin gətirilməsinə səbəb olmuşdur.
Son 50 ildə Ürdün iqtisadiyyatı böyük nailiyyətlər əldə edə
bilmişdir. 2004-cü ildə ümumdaxili məhsulun dəyəri 23,0 mlrd.
dollara çatmış, onun adambaşına düşən həcmi isə 4000 dollardan
artıq olmuşdur. Son 10 ildə ölkə iqtisadiyyatının artım sürəti 4-5
faizdən aşağı düşməmişdir.
Dövlətin iqtisadi siyasəti təsərrüfatın bütün sahələrində bazar
mexanizmlərinin aktivləşdirilməsinə yönəldilmişdir. Dövlət
müəssisələrinin bir qismi özəlləşdirilsə də, ölkədə işsizlik problemi
mövcuddur.
İqtisadiyyatın ərazi strukturunda xidmət sahələrinin payı 72,
sənayenin payı 26, kənd təsərrüfatının payı isə 2 faizə bərabərdir.
Sənayenin aparıcı sahələri. Yarım əsr əvvəl Ürdünün sənaye257
si rüşeyim halında idi. İndi isə ölkədə iri sənaye müəssisələri
fəaliyyət göstərir. Əvvəllər yalnız kənd təsərrüfatı ölkəsi kimi tanınan
Ürdündə hazırda sənaye sahələri kənd təsərrüfatını 13 dəfə üstələyir.
Ölkə sənayesinin sürətli inkişafını ləngidən səbəblər çoxdur:
• Ölkədə qiymətli faydalı qazıntıların, xüsusilə yanacaq sərvətlərinin
olmaması;
• Sənayenin inkişafına təkan verə biləcək daxili bazarın məhdud
olması;
• Kapitalın çatışmazlığı və ixtisaslı mütəxəssislərin az olması;
• Energetika və nəqliyyat şəbəkəsinin zəif inkişafı;
• Ölkənin xarici sərmayələrdən və dünya bazarından asılılığı və s.
Sənaye sahələri içərisində fosfor kübrələr istehsalı və onunla
əlaqəli olan sahələr nisbətən yaxşı inkişaf etmişdir. Mədən sənayesi
öz növbəsində kimya sənayesinin inkişafına təkan vermişdir. 1982-ci
ildə Əqəbə şəhərində fosfat əsasında mineral gübrələr istehsal edən
zavod işə salınmışdır. Sonradan yenidən qurulmuş və müasir texniki
avadanlıqla təmin olunmuş bu müəssisə 1 ildə orta hesabla təqribən
1,8–2,0 mln. ton fosfat, 600 min ton kükürd, 150 min fosfat turşusu
istehsal etmək qüvvəsinə malikdir. Kimya sənayesi müəssisələrində
yuyucu tozlar, müxtəlif növ sabunlar, şampun və s. istehsal olunur.
Ölkənin özündə neft çıxarılmasa da, Əz-Zərqa şəhərində iri
neft emalı müəssisəsi fəaliyyət göstərir. BMT Təhlükəsizlik
Şurasının qərarına əsasən Ürdün yeganə dövlət idi ki, ona daxili
tələbatını ödəmək üçün İraqdan neft idxal etmək icazəsi verilmişdir.
İraq nefti kəmər vasitəsilə Əz-Zərqa şəhərindəki müəssisəyə
göndərilir. Bu müəssisənin istehsal etdiyi neft ölkənin neft
məhsullarına olan tələbatını ödəmək qüdrətinə malikdir.
Ölkədə metal emalı sənayesi hələlik rüşeym halındadır. Bu
sənayenin müəssisələri ildə 150 min ton dəmir çərçivələr, metal
hissələr istehsal edən bir neçə kiçik müəssisə fəaliyyət göstərir. Bu
müəssisələrdə az miqdarda çuqun, boru və alüminium istehsal olunur.
Xidmət sahələri sənaye, tikinti və kənd təsərrüfatının bəzi
sahələrinin inkişafı ölkənin elektrik enerjisinə olan tələbatını
artırmışdı. İqlimin quraqlığı və çaylarda suyun azlığı hidrostansiya
vasitəsilə ucuz elektrik enerjisi əldə etməyə imkan vermir. Ona görə
də elektrik enerjisi xaricdən baha qiymətə gətirilən yanacaqla işləyən
istilik elektrik stansiyalarında əldə olunur. Təbii ki, Ürdün elektrik
258
enerjisinə olan tələbatını tam ödəyə bilmir.
Son illərdə ölkədə idxal olunmuş hissələrdən avtomobil və
məişət texnikası (soyuducular, radio-televiziya cihazları) yığan
müəssisələr tikilib istifadəyə verilmişdir. Ürdündə yeyinti sənaye
müəssisələri çoxdur. Bunların içərisində nisbətən böyükləri Nablusdakı
zeytun yağı istehsal edən zavod, Əmmanda meyvə
konservləri və şirələr istehsal edən müəssisə, Əqəbədə şəkər istehsal
edən zavoddur.
Kənd təsərrüfatının aparıcı sahələri. Ürdündə su
mənbələrinin azlığı üzündən torpağın cəmi 14-15 faizi becərilir.
Əkinçilik kənd təsərrüfatının əsas sahəsidir. İordan çayının dərəsi isə
əsas əkinçilik rayonu hesab edilir. Ölkədə əsasən taxıl, meyvə,
tərəvəz, şəkər qamışı, tütün, zeytun, üzüm, arpa, qarğıdalı və s.
becərilir. Zeytun becərilməsi ölkənin kənd təsərrüfatında mühüm
əhəmiyyət kəsb edir. Onun ən yaxşı növlərindən konserv hazırlanır,
zeytun yağı çəkilir. Sənayedə zeytundan sabun bişirmədə istifadə
olunur.
Becərilən torpaqların çox hissəsini dəmyə əkinləri təşkil edir.
Əkin sahələrinin ancaq 10 faizə yaxını suvarılır. Təbii ki, quraq
keçən illərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli azalır.
Ürdünün kənd təsərrüfatında tərəvəzçilik mühüm əhəmiyyət kəsb
edir. Ölkənin torpaq-iqlim şəraiti tərəvəzin qonşu ölkələrə nisbətən 3-
4 həftə tez yetişməsinə imkan verir. Bu isə tərəvəzin qonşu ölkələrin
bazarlarına erkən çıxarmağa və baha satılmasına səbəb olur. Ölkədə
kənd təsərrüfatının intensivləşdirilməsi, məhsuldarlığın artırılması və
əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsindən ötrü
müəyyən dövlət tədbirləri həyata keçirilir.
Heyvandarlıq ekstensivdir. Yem otları az əkildiyindən malqara
ilboyu açıq otlaqlarda saxlanılır. Maldarlıqla əsasən köçəri həyat
sürən əhali məşğul olur. Ölkədə dəvə saxlanılmasına xüsusi fikir
verilir. Böyük şəhərlərin ətrafında quşçuluq fermaları və broyler
təsərrüfatı yaranmaq üzrədir.
Ölkə daxili istehsal hesabına tərəvəz və quru subtropik
meyvələrə olan tələbatını tam ödəyə bilsə də, dənli bitkilələ olan
tələbatının cəmi 30-35 faizini, ət və süd məhsullarına olan tələbatını
ancaq yarıya qədərini ödəyə bilir.
Nəqliyyat və xarici ticarəti. Ölkənin müasir nəqliyyat
şəbəkəsi əslində daxili tələbatı tam ödəmək iqtidarında deyil.
259
Ürdünün əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. Bərkörtüklü
avtomobil yolların ümumi uzunluğu 10 min km-ə yaxındır. Ötən
əsrin axırlarından başlayaraq həm avtomobil parklarının, həm də
parklardakı avtomobillərin sayının çoxalması hiss olununr. Bu da öz
növbəsində beynəlxalq marşrutlarla da yük və sərnişin daşınmasının
artmasına səbəb olmuşdur. Ölkəyə avtomobil göndərilməsində
Yaponiya şirkətlərinin rolu böyükdür. Əmman-Əqəbə, Əmman-
Yerusəlim, Əmman-Dəməşq yolları, demək olar ki, birinci dərəcəli
yollardır.
Ölkədə dəmir yollarının ümumi uzunluğu 600 km qədərdir.
Suriya sərhədindəki Dərya şəhərindən ölkənin cənubundakı Əqəbə
şəhərinə qədər uzanan dəmir yol xətti şübhəsiz bütün ehtiyacları
ödəmək iqtidarında deyil. Ölkənin həm dəmir yol xəttinin, həm də
vaqon parkının müasirləşdirilib yenidən qurulmasına ehtiyac var.
Dəməşqdən Məkkəyə qədər Hicaz dəmir yolunun da yaradılması
layihəsi müzakirə olunur. Dəmir yoluna nisbətən hava nəqliyyatı
daha inkişaf etmiş hesab edilir. 1963-cü idə ölkədə «Aliyə» adlanan
milli aviaşirkət yaradıldı. Bu şirkətin təyyarələri əsasən beynəlxalq
səfərlərə xidmət edir. Əmman və Əqəbə şəhərlərində beynəlxalq
dərəcəli aeroportlar fəaliyyət göstərir. Ölkədə dəniz nəqliyyatı
lazımınca inkişaf edə bilməmişdir. Ölkənin iqtisadiyyatında mühüm
rol oynayan xarici ticarət əlaqələr Qırmızı dənizdə yerləşmiş Əqəbə
limanı vasitəsilə də həyata keçirilir.
Xarici ticarət ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb
edir. Ürdün sənaye malları, yanacaq və ərzaq məhsullarının böyük
əksəriyyətini idxal edir. İdxal olunan məmulatlarının dəyəri hər il
artdığından ölkənin xarici ticarət dövriyyəsi də artır. 2005-ci ildə ölkə
ixracatının dəyəri 3,5 mlrd. ABŞ dollarına bərabər olmuşdur. Bunun
22 faizini fosfat tərkibli materialların, 15 faiz potaşın, 8 faizi fəraş
meyvə və tərəvəzin payına düşür. Həmin il idxalatın dəyəri 5,6 mlrd.
dollara bərabər olmuşdur. Bunun 18 faizi müxtəlif maşın və
avadanlıqların, 12 faizi yanacağın, 10 faizi ərzağın payına düşür.
Ölkənin ticarət əlaqələrində tərəf müqabilləri Hindistan, Səudiyyə
Ərəbistanı, ABŞ, Almaniya və digər dövlətlərdir. Dövlətin milli pulu
Ürdün dinarıdır. Təqribən 0,8 dinar 1 ABŞ dollarına bərabər tutulur.
260
YƏMƏN* RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Ərəbistan yarımadasının cənub və cənubqərbində
yerləşmiş Yəmən Rıespublikası şimaldan və şimal-şərqdən
Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir.
Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni
sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi
strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km
məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km
məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə
yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.kmdir.
Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir.
Yəmən sözünün meydana gəlməsinin müxtəlif yozumu var.
Qədim mənbələrə görə bu söz Ərəbistan yarımadasının cənubunda
yaşamış sami tayfalarından olan qəbilə başçıları Yəmən ibn Kəhtan
və ya Yəmən ibn Heydərin adı ilə bağlıdır. Başqa mənbələrə görə bu
ad ölkənin Məkkədəki müqəddəs Kəbəyə münasib coğrafi mövqeyi
ilə izah olunur. Belə ki, «yaminan» - sağ tərəf deməkdir. Bir sıra
tədqiqatçılar ölkənin adını «yumn» - xoşbəxtlik sözü ilə
əlaqələndirirlər. Yeri gəlmişkən xatırladaq ki, qədim
coğrafiyaşunaslar və tarixçilər Yəməni «Arabia Feliks»(Xoşbəxt
Ərəbistan) adlandırmışlar.
Səth quruluşu və faydalı qazıntıları. Səth quruluşu çox
mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi
bölgə aydın seçilir:
1. Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı;
2. Cəbəl adlanan dağlıq hissə;
3. Mərkəzi yaylalar;
4. Qurumuş çay dərələri ilə kəsilmiş Ərəbistan dənizinin və Oman
körfəzinin sahil zolağı;
5. Hədramaut vadisi.
Yəmən ərazisinin təqribən 15 faizini tutan Tihamə ovalığı
* Ərəbcə adı «Əl – Cumhuriyyət –əl Yəməniyyə»dir.
261
Qırmızı dənizlə dağ silsilələri arasında ensiz qurşaq kimi uzanır. Ölkə
daxilində Tihamənin uzunluğu 500 km-ə qədər, eni isə 40-70 km
arasında dəyişir. Ovalığın 5-15 km enində olan sahilboyu hissəsi
həyatsız səhranı xatırladır. Buna baxmayaraq quru çay vadilərinin
mənsəbində və bəzi buxtaların ətrafında məskunlaşmış yerlərə də rast
gəlmək olar.
Cəbəl dağlıq bölgəsi Tihamə ovalığından şərqə, Səudiyyə
Ərəbistanı sərhədlərindən ölkənin cənub sərhədlərinə kimi eni 150-200
km olan dağlardan ibarətdir. Ölkənin ən hündür dağları Cəbəl
bölgəsindədir. Cəbəl-Nebi dağı (hündürlüyü – 3760 m) nəinki
Yəməndə, həm də bütün Ərəbistan yarımadasında ən hündür dağdır.
Mərkəzi yaylalar bölgəsi sönmüş vulkan konuslarından ibarət
dağlıq yerdir. Mərib şəhəri yaxınlığında bu dağlar çox da yüksək
olmayan Şarki adlanan yaylaya keçir. Şarkidə vadi və quru çay
dərələri çoxdur. Şərqə və şimala doğru yaylanın hündürlüyü azalır və
o dünyanın ən iri qum səhralarından olan Rub-əl-Xaliyə qovuşur.
Sahil zolağı bölgəsi ölkənin cənubundakı dəniz sahillərini
əhatə edir. Burada hündürlüyü 500-800 metrə çatan alçaq dağlara rast
gəlmək olar. Bu bölgənin coğrafi mövqeyi təbii şəraiti əlverişli
olduğundan o Yəmənin sıx məskunlaşmış hissəsidir.Ədən, Əl-
Mukəllə, Şükrə, Zəncibar kimi nisbətən iri şəhərlər bu bölgədədir.
Hədramaut vadisi bölgəsi Ərəbistan dənizi sahilinə paralel,
ondan 150-250 km aralı yerləşmişdir. Qərbdən şərqə tərəf vadi
ensizləşir. Ərəbistan səhralarından dağ sistemləri ilə ayrılan
Hədramaut vadisi yeraltı sularla zəngin olduğundan o ölkənin ən
mühüm kənd təsərrüfatı rayonlarından hesab olunur.
Faydalı qazıntılar da daxil olmaqla Yəmənin təbii sərvətləri
zəif öyrənilmişdir. XX yüzilliyin tikinci yarısında ABŞ, Almaniya,
Böyük Britaniya, İsveç, Sovet ittifaqı mütəxəssisləri Yəməndə geoloji
kəşfiyyat işləri aparsalar da onun nəticəsi böyük olmamışdır.
Yəməndə dəmir filizi, mis, boksit, qurğuşun,uran, qızıl, gümüş,
daş kömür, mərmər, gips, kvars qumları, daşduz və bir sıra faydalı
qazıntılar aşkar edilsə də, bu sərvətlərdən ancaq daşduz və tikinti
materiallarının ehtiyatı çoxdur. Tihamə, Şarki və Hədramaut tarixicoğrafi
vilayətlərində neft və təbii qaz aşkar olunsa da, onlar çox
dərin laylarda yerləşdiyindən, kommunikasiya sisteminin aşağı
səviyyəsi və başqa səbəblər üzündən az miqdarda çıxarılır.
İqlimi və hidroqrafiyası. Yəmən tropik iqlim qurşağında
262
yerləşir. Ölkə iqlimi üçün səciyyəvi xüsusiyyət ondan ibarətdir ki,
ərazidə iki – lap isti və nisbətən mülayim mövsüm ayrılır. İsti
mövsüm aprelin ikinci yarısından başlanır və oktyabra qədər davam
edir. Onun ilk 40-50 günü xüsusilə dözülməz olur. Yerlilər bunu «ƏlƏrvaniyə
» adlandırır. Bu mövsümdə Tihamədə sutkalıq orta
temperatur + 30 C dərəcədən artıq olur. Qızmar yay günlərində
kölgədə temperaturun +40 C dərəcədən yuxarı qalxdığı hallara teztez
təsadüf edilir.
Okyabrın ikinci yarısından aprelin ortalarına qədər davam edən
mülayim mövsümdə havanın temperaturu aşağı düşür və isti küləklər
zəifləyir.Yəmən ərazisində rütubətin və yağıntıların paylanmasında
kəskin fərqlər var. Tihamədə rütubətlilik 80-90, Ədən körfəzi sahilində
65-70 faizdir. Şərqə və şimala doğru getdikcə rütubətlilik 50 faizə qədər
azalır. Tihaməyə il ərzində 100 mm-ə qədər yağış yağır. Lakin elə illər
də olur ki, ora heç yağış düşmür. Dağətəyi ərazilərdə və dağlarda
yağıntıların miqdarı çoxalır (2000 mm-dək).
Yəməndə daimi axara malik olan çay yoxdur. Səth suları leysan
yağışlarından sonra yaranır. Musson yağışları dövründə dərələrdə və
dağətəyi vadilərdə daşlı-çınqıllı sellər əmələ gəlir. Buna görə ölkənin
səthi vadi və quru çay dərələri ilə örtülüdür. Bunların bəziləri
yağmurlu dövrlərdə öz sularını dərələrə qədər axıdır. Yəmənin su
ehtiyatı qrunt sularıdır. Bu sular əsasən artezian quyuları vasitəsi ilə
səthə çıxarılır. Məişətdə yağış sularını toplayan sututarlardan da
istifadə olunur. Şarkidə, Vadi-Ədna məcrasında məşhur Mərib bəndi
tikilmişdir. Ölkədə su probleminin həlli məqsədilə görülən tədbirlərə
baxmayaraq məskunlaşmış bir çox yerlərdə, xüsusilə ölkənin şimalşərqində
«su qıtlığı» açıq-aydın hiss olunur.
Torpaq və bitki örtüyü. Yəmənin torpaqları zəif məhsuldar
torpaqlar kimi tanınır. Ümumiyyətlə, ölkə ərazisinin çox hissəsini
səhralar, yaylalar və dağlar tutduğundan onun qiymətli torpaq
resursları azdır. Ölkənin bitki örtüyü də zəifdir. Daşqın sularının
müvəqqəti basdığı yerlərdə, vadilərin ətrafında akasiya, xurma, ilb*,
küstüm ağaclarına və kat adlanan kollara rast gəlmək olar. Dağlara
qalxdıqca meşələr çoxalır. Mədəni bitkilərdən dağ ətəklərində buğda,
* İlb – qol-budaqlı ağacdır. Gövdəsindən tikinti işlərində istifadə olunur.
Albalı boyda sarı rəngli meyvəsi yeyilir.
263
yulaf, arpa, qarğıdalı, kat və s. yetişdirilir. Yəmən iqtisadi cəhətdən
zəif inkişaf etmiş dövlət olduğundan və müvafiq mütəxəssislərlə
təmin olunmadığından ölkə ekoloji tarazlığına, ətraf mühitin
mühafizəsinə lazımı diqqət ayıra bilmir.
2. Qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibəti
Yəmən dünyanın qədim dövlətlərindən biridir. Eramızdan əvvəl
bu ərazidə Hədramaut, Səba, Main adlanan dövlətlər mövcud olmuşdur.
Yeddinci yüzilliyin əvvəllərində Yəmən ərazisi Ərəb xilafətinin
tərkibinə daxil edilir.O vaxtdan etibarən Yəməndə feodal münasibətləri
və ərəb-islam mədəniyyəti formalaşır. IX yüzilliyin əvvəllərində Yəmən
ərazisinin bir hissəsi şiə təriqətli Zeydi* imamlarının təsiri altına düşür.
Yəmənin sonrakı tarixi tayfalararası münasibətlər, sülalələrin bir-birini
əvəz etməsi ilə bağlı olmuşdur.
XIX əsrin ikinci yarısından etibarən Yəmən tarixində əsaslı
dəyişikliklər baş verir. Hələ XIX yüzilliyin əvvəllərindən başlayaraq
ingilis gəmiləri Ədən portuna daxil olmağa başlayır və şəhərin
Hindistana gedən dəniz yolu üzərində əlverişli mövqeyi onun Böyük
Britaniyanın hərbi dəniz bazasına çevrilməsinə səbəb olur. 1839-cu
ildə Böyük Britaniya Ədən şəhərini zəbt edir, sonrakı illərdə isə
bütün ərazini özünün protektoratı elan edir.
Birinci Dünya müharibəsi qurtardıqdan sonra imam Yəhya Şimali
Yəmən ərazisini müstəqil dövlət, özünü isə ölkənin məliki elan edir.
1934-cü ildə Böyük Britaniya – Yəmən müqaviləsinə əsasən Böyük
Britaniya Yəmən məlikliyinin müstəqilliyini,Yəmən məlikliyi isə
Britaniyanın xeyrinə Ədən protektoratlığını tanıyır. 1937-ci ildə Ədən
rəsmi şəkildə Böyük Britaniyanın müsəmləkəsi elan olunur.
Cənubi Yəmən vətənpərvərləri 1963-cü ildən ingilis müstəmləkəçilərinə
qarşı silahlı mübarizəyə başlayır. Təqribən 4 il yarım
* Zeydilər- şiə təriqətinin bir qolunu təşkil edirlər.Bu təriqətin adı şiə imamı
Məhəmməd Bağırın qardaşı Zeyd ibn Əlinin adından götürülmüşdür.
Məhəmməd Bağırın passivliyindən narazı olan şiələr onun
qardaşı Zeydin başına toplaşmışdılar. Zeydin tərəfdarları Əli nəslindən
seçilən imamın başçılığı ilə teokratik dövlət yaratmağa cəhd göstərən
xüsusi təşkilat yaradırlar.
264
davam edən mübarizə və danışıqlardan sonra 1967-ci ilin noyabrın
30-da Ədəndə 128 il dalğalanan ingilis bayrağı endirilir və Cənubi
Yəməndə müstəqil dövlət yaradılır.1970-ci ilin noyabrın 30-dan bu
dövlət Yəmən Xalq Demokratik Respublikası adlanır.
İngiltərə müstəmləkəçiləri Yəməni iki hissəyə bölməyə nail
olsalar da, Cənub ilə Şimal arasında minilliklər ərzində formalaşmış
ailə, etnik, ticarət-iqtisadi əlaqələrini qıra bilmədilər. Yəmənlilər –
biz vahid xalqıq deyərkən təkcə yaşadıqları ərazinin coğrafi
yaxınlığını deyil, həm də qədim və müasir tarixlərini, din, dil, adətənənələrinin
ümumiliyini nəzərdə tuturdular. O da xatırlanmalıdır ki,
1990-cı ilə qədər hər iki dövlətin sosial-iqtisadi inkişafı müxtəlif
istiqamətdə getmişdir.
1979-cu ildə Yəmən Ərəb Respublikası və Yəmən Xalq
Demokratik Respublikası sərhədində silahlı münaqişə baş verir. Bu
münaqişə 1981-ci ildə dayandırılır. Lakin 1986-cı ildə Cənubi
Yəməndəki hadisələrlə əlaqədar yenidən kəskinləşir. 1987-1988-ci
illərdə hər iki Yəmən dövlətinin rəhbərliyi arasında baş verən danışıqlardan
sonra vəziyyət normallaşır. Bu danışıqlar nəticəsində Yəmən
dövlətləri arasında vətəndaşların sərbəst gediş-gəlişinə icazə verilir.
Süni surətdə parçalanmış eyni millətin yaşadığı ərazidə əslində
formal olaraq yaradılmış iki dövlətin birləşməsi həm Şimali, həm də
Cənubi Yəməndə yaşayanların çoxdankı arzusu idi. Bu dövlətlərin
birləşməsi gözlənildiyindən də tez oldu. Hər iki dövlətin parlamenti
birləşmə ərəfəsində vahid dövlətin konstitusiya layihəsini təsdiq
etdiyindən 1990-cı il may ayının 22-də yeni dövlət – Yəmən
Respublikasının yaradılması elan edildi. O vaxtdan 22 may milli bayram
– Yəmən birliyi günü kimi qeyd olunur.
Yeni vahid dövlət yarandıqdan sonra beş nəfərdən ibarət
prezident şurası və hökumətin tərkibi müəyyən olunur. Bu hadisə
Yəmən xalqının səbisizliklə gözlədiyi birliyə nail olunması ilə
yanaşı, həm də müasir dövrdə «Bölünmüş dövlətlərin» demokratik
yolla birləşməsi təcrübəsində ilk addım atmış dövlət kimi xüsusilə
əhəmiyyətli idi. Həmin ilin 3 oktyabrında vahid xalqı iki dövlətdə
yaşamağa məcbur olan Almaniya Federativ Respublikası və Almaniya
Demokratik Respublikası da birləşdi.
İlkin razılaşmalara əsasən Yəməndə yaradılacaq dövlət strukturları
və qanunvericilik hakimiyyəti keçid dövründə, parlament
seçkilərindən sonra 2,5-2,8 ilə başa çatmalı idi. Parlament seçkiləri
265
1993-cü ilin aprelində başa çatır. Amma bir ildən sonra, 1994-cü ilin
mayında seperatçı əhval-ruhiyyəli ərəb şeyxləri Şimal ilə Cənub arasında
vətəndaş müharibəsi törədirlər. Həmin ilin iyulunda Şimali
Yəmənin qoşun hissələri, Cənubun qoşunlarını məğlub edir və
müharibə dayandırılır.
Ölkənin fəaliyyətdə olan konstitusiyası 1991-ci ildə qəbul
edilsə də, vətəndaş müharibəsindən sonra, daha doğrusu, 1994-cü ilin
sentyabrında o müəyyən dəyişikliklərə uğrayır. Məsələn, ölkədə
prezident və vitse-prezident vəzifələri bərqərar olunur,
qanunvericilikdə islama, şəriətə istinad ön plana çəkilir. 1991-ci il
konstitusiyasında qəbul olunmuş çoxpartiyalı prinsip dəyişmir.
Dövlət quruluşu. Dövlət quruluşuna görə Yəmən respublikadır.
Dövlətin başcısı yeni Konstitusiyaya əsasən ümumi səsvermə yolu ilə
iki dəfədən çox olmamaq şərtilə 7 il müddətinə seçilən prezidentdir. O,
eyni zamanda ölkədəki silahlı qüvvələrin ali baş komandanıdır.
Qanunverici hakimiyyət ikipalatalı parlamentə məxsusdur. Yuxarı
palata Məşvərət Şurası (111 yer) prezident tərəfindən təyin edilir.
Nümayəndələr palatasının deputatları (301 yer) 7 il müddətinə
seçilirlər. Deputatlar hökumətin tərkibini təsdiq etmək, müvafiq
qərarlar qəbul etmək hüquqlarına malikdirlər. İcraedicilik hakimiyyəti
prezidentə və Baş nazirin rəhbərlik etdiyi hökumətə
məxsusdur.İnzibati cəhətcə ölkə 17 əyalətə bölünür.
Yəməndə bir neçə siyasi partiya fəaliyyət göstərir. Əsas partiyalar:
Ümumxalq Konqresi, İslahat İslam Qrupu, İslah, Yəmən
Sosialist Partiyasıdır. Adı çəkilən ilk iki partiya hakimiyyətdə
olanlar, sosialistlər isə onlara müxalifətdə duranlardır. Səudiyyə
Ərəbistanının rəsmi dairələri tərəfindən dəstəklənən İslah Partiyasının
ölkənin siyasi həyatındakı mövqeyi ildən-ilə genişlənir. Müxtəlif
istiqamətli bloklardan yaradılmış bu partiyada aparıcı rol «Müsəlman
qardaşları» təşkilatına məxsusdur.
Yəmən BMT-nin, Ərəb Ölkələri Cəmiyyətinin, İslam Konfransı
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların üzvüdür.
Azərbaycan Respublikası ilə münasibətləri. Azərbaycan Respublikası
ilə Yəmən Respublikası arasında diplomatik münasibətlər
1992-ci ilin fevralın 25-də yaradılmışdır. İkitərəfli əlaqələr, əsasən diplomatik
yazışmalar səviyyəsində olsa da, beynəlxalq təşkilatlarda iki
ölkə arasında məhsuldar əməkdaşlıq həyata keçirilir.
Yəmən Respublikası Birləşmiş Millətlər Təşkilatı və İslam kon-
266
fransı Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycana
qarşı təcavüzü ilə bağlı qərarların qəbul edilməsində Azərbaycanı
birmənalı olaraq dəstəkləyir. Yuxarıda adı çəkilən təşkilatların həyata
keçirdiyi bir sıra siyasi tədbirlərdə iki ölkənin nümayəndələri arasında
müxtəlif səviyyələrdə görüşlər keçirilmişdir.
3. Əhalisi və şəhərləriı. Paytaxtın qısa səciyyəsi
2005-ci ilin əvvəlləri üçün Yəməndə yaşayanların sayı 20,0
mln. nəfəri ötmüşdür. Bu göstəriciyə görə dünyanın 58-ci ölkəsidir.
Yəmən təbii artımı böyük olan ölkələrdən biridir. Onun əhalisinin
ümumi sayı hər il 2,5-2,6 faiz artır. Əhalinin 90 faizini ərəblər təşkil
edir. Bundan başqa ölkədə Hindistan və Pakistandan gəlmələr somali,
yəhudi, həbəş və b. xalqların nümayəndələri yaşayır. Mütəxəssislərin
fikrincə təqribən 2,0 mln. yəmənli ölkə sərhədindən kənarda yaşayır.
Yerli ərəblər qədim zamanlardan Cənubi Ərəbistanda yaşamış ərəb
tayfalarının nəsilləridir.
Yəmənlilər antropoloji xüsusiyyətlərinə görə Aralıq dənizi
tipinə aid edilsələr də, onların sifət cizgilərində Şərqi Afrika və
Cənubi Asiya irqlərinin izlərinə təsadüf etmək olar. Tihamə ərəbləri
uzun müddət Şərqi Afrikanın müxtəlif ölkələrindən gələn tünd rəngli
adamlarla qarışdığından onlarda zənci və efiop irqinə mənsub
əlamətlər nəzərə çarpır.
Ölkə üzrə əhali çox qeyri-bərabər yerləşib. Əhalinin sıxlığı hər
kv.km.-də 37 nəfərdən bir qədər artıqdır. 20,0 mln. nəfərin 65 faizi
Cəbəl dağlıq bölgəsində cəmlənmişdir.Burada orta sıxlıq 200 nəfərə
çatır. Ölkənin şərq hissəsində isə orta sıxlıq 3 nəfərə qədər enir.
Yəməndə köçəri və yarımköçəri həyat tərzi keçirən əhalinin sayı ildənilə
azalır.Hazırda onların sayı 100 min nəfərdən artıq deyil.
Yəmən Respublikasının rəsmi dövlət dili ərəb dilidir.Əhali
ərəb dilinin Yəmən dialektində danışır.Əhali qrupları arasında
Yəmən dialektinin müxtəlif danışıq tərzi yayılmışdır. Cənubi Yəmən
dialekti üstünlük təşkil edir. Böyük şəhərlərdə ingilis dili də işlədilir.
İslam dövlət dini səviyyəsindədir. İslam dini VII yüzilliyin ortalarına
yaxın qəbul edilmişdir. Ölkə müsəlmanlarının yarıdan çoxu sünni,
qalanları şiədir. Şiələr Zeydi təriqətinin tərəfdarlarıdırlar. Ölkənin
şimali qərbində və dağlıq bölgələrində yaşayanların əksəriyyəti Zeydi
267
təriqətli şiələr, qalan yerlərdə yaşayanlar isə sünni müsəlmanlardır.
Ölkə əhalisinin 2/3 hissəsi kənd yerlərində yaşayır. Daxili miqrasiya
kəndlərdən şəhərlərə, həmçinin dağlıq rayonlardan intensiv
əkinçiliyin inkişaf etdiyi Tihamə, Hədramaut bölgələrinədir. Uzun tarixi
dövr ərzində Yəmənin dünyanın başqa ölkələri ilə iqtisadi, mədəni
əlaqələrinin zəif olması, şəhərlərin özünəməxsus orta əsr görkəminin
saxlanılmasına səbəb olmuşdur. Yalnız ölkənin paytaxtı Sənanın,Taizin
və dəniz sahillərində yerləşmiş bəzi şəhərlərinin görkəmində türk milli
memarlıq üslubunun əlamətləri aydın seçilir. Yəmənin böyük şəhərlərinə
Səna, Ədən, Taiz, Hodeyda aid edilir. Səna ölkənin siyasi, Ədən isə
iqtisadi mərkəzidir.
Bütün göstəricilərə görə Səna ölkənin ən böyük şəhəridir.
Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən
2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan
geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna
ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir.
Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas
sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal
emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir.
Səna müasir tələblərə cavab verən şosse yolları vasitəsilə Taiz,
Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında
beynəlxalq dərəcəli təyyarə meydanı var. Paytaxtda milli ənənələrə,
incəsənətə çox böyük qayğı ilə yanaşırlar. Sənanın ən milli koloritli
yeri-köhnə şəhərdir. Köhnə şəhər YUNESKO-nun qərarına əsasən
memarlıq abidəsi kimi qorunur.
Əhəmiyyətinə görə ölkənin ikinci şəhəri əvvəllər Cənubi
Yəmənin paytaxtı olmuş Ədəndir. Əhalisinin sayı 500 min nəfəri
ötmüş şəhərin çox əlverişli mövqeyi var. Süveyş kanalı istifadəyə
verildikdən sonra (1869-cu il) Ədənin bir port kimi əhəmiyyəti çox
artmışdır. Ədəndə ən inkişaf etmiş məhəllə Krater adlanır. İri dövlət
müəssisələri, banklar, sığorta idarələri bu məhəllədədir. Ədən ölkədə
həm də ikinci böyük mədəni-maarif mərkəzidir. Şəhərdə bələdiyyə
kitabxanası, arxeoloji muzey, radioteleviziya mərkəzi, idxal olunan
nefti emal edən iri müəssisə, gəmi təmiri zavodu, yüngül və yeyinti
sənaye müəssisələri fəaliyyət göstərir.
4. İqtisadiyyatı
268
BMT-nin təsnifatına görə Yəmən iqtisadi cəhətdən zəif inkişaf
etmiş ölkələr qrupuna aid edilir.Ölkənin daxili məcmu məhsulunun
illik dəyəri 11,0 mlrd., milli gəlirin adambaşına düşən payı isə 700
ABŞ dollarından bir az artıqdır.Ölkə təsərrüfatının geri qıalmasının
səbəbləri çoxdur. İqtisadi inkişafa yeddi ilə qədər davam edən
vətəndaş müharibəsi mənfi təsir göstərmişdir.
İqtisadi artım tempi 1990-2001-ci illərdə 5,6 faiz olmuşdur.
Sonrakı illərdə bu rəqəm 3,5-ə enmişdir. İqtisadi siyasət ölkənin geriliyinin
aradan qaldırılmasına yönəldilmişdir. Əhalinin üçdə-bir
hissəsi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ümumdaxili
məhsulun 20 faizi kənd təsərrüfatı və balıqçılığın, 35 faizi sənayenin,
45 faizi isə xidmət sahələrinin payına düşür.
Kənd təsərrüfatının aparıcı sahələri. Ölkədə Afrika darısı,
arpa, buğda, qarğıdalı, çəltik və,s əkilir. Məhsuldar illərdə 1,2 mln.
tona yaxın taxıl əldə edilsə də, bu təlabatını ödəmir. Darı və kalış
yerli torpaq-iqlim şəraitinə uyğunlaşdığından suvarma tələb etmir.
Onları həm quru çay dərələrində, həm də mərkəzi yaylalarda
becərirlər. Bağçılıq inkişaf etmişdir. Burada xarici bazar üçün xurma,
banan, ananas, papayya*, manqo, daxili bazar üçün üzüm, ərik, nar,
gavalı, əncir və.s yetişdirilir.
Yəməni dünya bazarında tanıdan onun məşhur qəhvəsidir.
XVII yüzillikdən burada qəhvə dənindən istifadə olunur.Yəmən
qəhvəsi Avropa ölkələrinə Mokko portundan daşındığı üçün onun ən
qiymətli növünü «Mokko» adlandırmışlar. Dünya ölkələrində
qəhvənin bu növü çox yüksək qiymətləndirilir. Qəhvə ağacları 1200-
2000 metr yüksəkliklər arasındakı terraslarda** yetişdirilir. Bar verən
ağacdan bir ildə 6-7 kq məhsul əldə olunur. Yəməndə yetişdirilən
qəhvənin tərkibində kofeinin faizi yüksəkdir. Əhalinin yoxsul
təbəqəsi qəhvə qabığından və onun emalından qalan tullantıdan
«kişr» adlanan içki hazırlayır.
Qəhvə əkinləri hesabına genişləndirilən kat kolları əsasən
Mərkəzi yaylalarda və Taiz şəhəri ətrafında geniş yer tutur.
* Papayya – xarici görünüşünə görə meyvəsi yemişə oxşayan ağac. Onu
bəzən yemiş ağacı da adlandırırlar.
** Terras – (latınca torpaq , yer mənalarını bildirir) – dağ yamacları, göl və
dəniz sahillərinin pilləvars relyef formaları. Terraslardan əkin yerləri,
yolların çəkilişi və s. məqsədi üçün istifadə olunur.
269
Yəmənlilər tərkibində narkotik maddə olan bu bitkinin yarpağını
çeynəməyi xoşlayırlar. Daxili bazarda kat yarpağı yüksək qiymətləndirilir.
Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil
edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir.
Tütün əsasən Hədramautda yetişdirilir. Bostançılıq və tərəvəzçilik
yəmənlilərin qədim peşələrindən sayılır.
Heyvandarlıq kənd təsərrüfatının ən zəif inkişaf etmiş sahəsidir.
Təbii yem bazasının çox məhdud olması bu sahənin inkişafını ləngidir.
Ərəb ölkələrinin əksəriyyətindən fərqli olaraq Yəməndə qaramalın
zebu cinsinin saxlanması xüsusi əhəmiyyət kəsb edir. Dəvə saxlanılmasının
da əhəmiyyəti böyükdür. Yəmənin Qırmızı dəniz, Ədən
körfəzi sahilləri balıq və digər dəniz sərvətləri ilə zəngindir. Balıqçılıq
donanması müasir texniki avadanlıqla təchiz olunub. Ovlanan balığın
xeyli hissəsi qurudulduqdan sonra ixrac olunur. Ölkə özünü ərzaq
məhsulları ilə yalnız 50 faiz təmin edə bilir.
Sənayenin aparıcı sahələri. Yəmən sənayesi rüşeym halındadır.
Son illərdə xarici kredit və xüsusi kapital qoyuluşu hesabına
bəzi sahələrin inkişafı üçün imkanlar yaranmışdır.
Neft hasilatı və ilkin emal müəssisələri hasilat sənayesində
üstün yer tutur (ehtiyatı 550 mln. ton, illik hasilat təqribən 20 mln.
tondur). Ölkədə həmçinin xörək duzu, dəmir filizi və bəzək daşları
çıxarılır. Səna, Ədən,Taiz, İbb, Əl-Mükəllə şəhərlərində yerli
miqyasda iri görünən istilik elektrik stansiyaları tikilmişdir. Mədən
sənayesi neft, təbii qaz, daşduz, tikinti materialları çıxarılmasına
əsaslanır. Emaledici sənaye gətirilmə və yerli xammala istinad edir.
Ədən yaxınlığında yerləşmiş Əl-Bureyk və Mərib şəhərlərindəki
neftemalı zavodları ölkənin ən mühüm sənaye müəssisələridir. Mərib
Əl Səlif istiqamətində neft kəməri çəkilmişdir. Yeyinti sənaye çörək
bişirmə, konserv, sərinləşdirici içkilər, şirniyyat, küncüt, pambıq
yağı, süni buz və s. istehsal edən müəssisələrlə təmsil olunmuşdur.
Yüngül sənayeyə məxsus müəssisələr, əsasən kənd təsərrüfatı
məhsullarının emalı və əhali tərəfindən çox işlənən məmulatların
istehsalı üzrə ixtisaslaşmışdır. Bunların içərisində pambıqtəmizləmə
zavodları, gön-dəri məmulatları istehsal edən müəssisələr, toxuculuq,
xalçaçılıq və tikiş fabrikləri, mebel, siqaret, kibrit istehsal edən
müəssisələr xüsusilə əhəmiyyətlidir.
Sənətkarlıq inkişaf emiş sahədir. Burada zərgərlik,dəri aşılama,
270
dulusçuluq, tikiş, çəkməçilik peşələri xüsusilə seçilir. Səna və Ədən
ölkənin ən böyük sənətkarlıq mərkəzləridir. Lakin son illərdə ənənəvi
Yəmən sənətkarlığının əhəmiyyəti xarici ölkələrdən ucuz malların
ölkəyə gətirilməsi ilə əlaqədar xeyli azalmışdır.
Nəqliyyatı və xarici ticarəti. Yəmənin nəqliyyatı zəif inkişaf
etmişdir. Geniş ərazi tutmuş dağlıq bölgələr indiyədək ölkənin başqa
rayonları ilə faktiki olaraq yalnız karvan yolları və cığırlar vasitəsilə
əlaqə saxlayır. Ölkədə dəmir yolu xətti olmadığından daxili
əlaqələrdə əsas işi avtomobil nəqliyyatı yerinə yetirir. Yəmən portlarına
daxil olan yüklərin ölkə daxilində paylanmasında və əks daşınmalarında
avtomobil nəqliyyatı həlledici rol oynayır. Avtomobil
hərəkət edə bilən yolların uzunluğu 20,0 min km-dir. Bunun 11 min
km-i bərkörtüklü yollardır. Ölkənin avtomobil parkı 400 min
avtomobillə təmsil olunub ki, bununda təqribən 40 faizi yük
avtomobilləridir.
Dəniz nəqliyyatı çox zəif inkişaf etmişdir. Yəmən Respublikası
bayrağı altında, mexaniki mühərrik və yelkənlə işləyən bir neçə kiçik
gəmi üzür. Dənizlə daşınan iri həcmli yüklərin əksəriyyəti fraxt* olunmuş
gəmilərlə daşınır. Ölkənin ən böyük dəniz portu Ədəndir. Bu
porta böyük okeanın gəmiləri və neft tankerləri daxil ola bilər.
Əhəmiyyətinə görə ölkənin ikinci portu Hodeyda, üçüncü isə Əl-
Mükəllədir.
Hava nəqliyyatı yaranmaq üzrədir. 1961-ci ilə kimi ölkədəki
bütün təyyarələr şəxsən məlikə məxsus olduğundan onun ailəsinə və
yaxın adamlarına xidmət edirdi. Xarici ölkələrlə hava əlaqəsi Efiopiya
aviasiya şirkətinin Asmara-Hodeyda-Taiz xətti fəaliyyətə başladıqdan
sonra mümkün olmuşdur. Hazırda «Yəməniyyə» adlanan
milli aviaşirkəti fəaliyyət göstərir. Səna, Ədən və Əl-Mükəllə
şəhərlərində beynəlxalq dərəcəli təyyarə portları var.
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarətin rolu
böyükdür. Ölkənin ərzaq məhsullarına olan tələbatının təqribən 70
faizi idxal olunur. Ölkənin vahid milli pulu yoxdur. Alış-veriş
işlərində Yəmən rialı və Yəmən dinarından istifadə olunur. Ölkənin
xarici borcu 6, daxili borcu isə 7 mlrd. ABŞ dolları qədərdir. Fars
* Fraxt – yükün, yaxud sərnişin daşınması müqabilində nəqliyyat vasitəsi
sahibinə verilən haqq.
271
körfəzində baş vermiş müharibə ölkənin maliyyə həyatına böyük
zərər vurmuşdur. Belə ki, Yəmən rəhbərliyi bu müharibədə İraq
tərəfində durduğundan rəsmi Ər-Riyad Yəmənə göstərdiyi maddi
yardımı xeyli azaltmış və Səudiyyə Ərəbistanında işləyən təqribən 1
mln. yəmənli ərəbi ölkəsindən çıxartmışdır.
III HİSSƏ
ORTA ŞƏRQ DÖVLƏTLƏRİ
ƏFQANISTAN İSLAM RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan
bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan
və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan
Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan
dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona yaxın
olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır.
Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı
dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu
sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi
ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar. B.Britaniyanın
xarici işlər nazirliyinin katibi olmuş Dürand 1893-cü ildə
Əfqanıstanla Pakistan sərhədini (daha doğrusu, o vaxt İngiltərə
müstəmləkəsi olmuş Hindistan) zorla Əfqanıstan hökumətinə qəbul
etdirmişdir.
Səth quruluşu və faydalı qazıntıları. Relyefinə görə Əfqanıstan
dağlıq ölkədir. Ərazisinin təqribən 80 faizini dağlar və yaylalar
təşkil edir. Düzənliklər ölkənin kənarlarındadır. Ölkənin şimalşərqində
Hindiquş dağlıq qurşağı yerləşmişdir. Əncuman aşırımı ilə
şərq və qərb hissələrə ayrılmış Hindiquşda ən hündür zirvələr onun
şərq bölgələrindədir. Ölkənin ən hündür nöqtəsi Novşah zirvəsidir
272
(7455 m.).
Hindiquş dağ sistemi mürəkkəb oroqrafik vahid olan orta
hündürlüklü silsilələrlə əhatələnmişdir. Şimalda bu dağlar Baktriiya
düzənliyinə keçir. Ölkənin mərkəzi hissəsi mürəkkəb səth quruluşu
olan Həzəracat yaylasından ibarətdir.
Cənubi Əfqanıstan axarsız düzənliklərdən ibarətdir. Burada
«dəşt» adlanan səthi daşla örtülü səhralarla yanaşı, «kəvir» adlanan
səthi gillə örtülü səhralara da rast gəlmək olar. Dəşte-Namib, Dəşte-
Mərq və digər səhralar Şimali Afrika və Ərəbistan yarımadasındakı
susuz əraziləri xatırladır. Ölkənin ən böyük kəvirləri isə Həməksar və
Qaudi Zirradır. Pakistan sərhədi boyu Gərmsər və Reqistan adlanan
qumlu səhralar yerləşmişdir.
Ölkənin geoloji quruluşunun mürəkkəbliyi faydalı qazıntıların
da müxtəlifliyinə səbəb olmuşdur. Ərazidə təbii qaz, neft, mis,
qurğuşun, dəmir filizi, sink, qızıl, kömür, duz və s. yataqlarının
olması məlumdur. Bu yataqların əksəriyyəti hündür dağlıq rayonlarda
yerləşdiyindən onlardan səmərəli istifadə müəyyən çətinliklərlə
bağlıdır. Əfqanıstan hələ qədimdən qiymətli daşlar sayılan lazurit və
zümrüdlə zəngin olub. Bu yataqlar əsasən Bədəxşan vilayətindədir.
İqlimi və hidroqrafiyası. Mürəkkəb səth quruluşuna malik
olan Əfqanıstanın iqlimi də mürəkkəbdir. Ölkənin iqlimi kəskin
sutkalıq və illik temperatur tərəddüdü ilə səciyyələnən quru
subtropikdir. Qışda ölkəyə şimaldan Arktikadan soyuq, yayda isə
İrandan və Pakistandan quru və isti hava kütlələri daxil olur.
Yağıntıları azdır. Qış və yaz aylarında düşən yağıntıların miqdarı
əksər rayonlarda 100-300 mm-dən artıq olmur. Dəşte-Mərq səhrasına
isə il ərzində 40-50 mm yaıntı düşür. Ölkəyə ən çox (800 mm)
yağıntı onun cənub-şərqinə düşür. Yağıntılar az düşdüyündən
Əfqanıstanın kənd təsərrüfatı süni suvarmadan çox asılıdır.
Dənizə çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir.
Çayların əksəriyyəti ölkənin daxili rayonlarından başlayır və ölkə
daxilində qurtarır. Daxili hövzəyə aid edilməyən ən böyük çayları
Kokça və Kunduzdur. Amudəryaya tökülən bu çaylar sularını Aral
dənizinə axıdılır. Su sərvətləri ilə Əfqanıstanın şərq və cənub-şərqi
nisbətən yaxşı təmin olunmuşdur. Buradan axan Kabil çayı
Əfqanıstanın məhsuldar Kabil, Cəlalabad vahələrinin suvarılmasında
mühüm əhəmiyyət kəsb edir. Sərhəd çayı olan Amudərya ölkənin ən
sulu çayıdır. O, üuxarı axınında Pənc adlanır. Ölkənin daxili
273
rayonlarından Əfqanıstan miqyasında bol sulu sayılan Hilmənd çayı
axır. Bu çayın suvarma əhəmiyyəti çox böyükdür.
Torpaq və bitki örtüyü. Əfqanıstanda su qıtlığı ilə yanaşı
məhsuldar tolrpaq qıtlığı da mövcuddur. Dağların əksər yamacları
torpaq örtüyündən tamamilə məhrumdur. Boz torpaqlar daha geniş
yayılmışdır. Əfqanıstanda 3500 növ bitki yayılmışdır, bunun xeyli
hissəsi endemik bitkilərdir.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Əfqanıstan zəngin tarixi keçmişə malik ölkələrdən biridir.
Arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, onun şimalı
Daş, cənubi isə Tunc dövründən etibarən məskunlaşmışdır.
Əfqanıstan ərazisində yaşayan xalqların tarixi qonşu İran, Orta Asiya,
Pakistan xalqlarının tarixi ilə sıx bağlıdır. Müxtəlif dövrlərdə,
eramızdan əvvəl VI minillikdən eramızın XVII əsrinə qədər müasir
Əfqanıstanın ərazisi yerləşdiyi regionun və dünyanın daha güclü
dövlətlərinin, məsələn, Əhəmənilər, Makedoniyalı İskəndər, Yunan,
Bəlx, Kuşan, Sasani, Əmir Teymur, Böyük Moğol, Səfəvi, Nadir şah
Əfşarın hakimiyyəti altında olmuşdur.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra, Əfqanıstanın
şərq hissəsində Dürrani adlanan müstəqil dövlət yaranır. Bu dövləti
özlərini puştu (əslində paşto) adlandıran əfqanların Dürravni
qəbiləsinin başçısı Əhməd şah yaradır. Onun qonşu dövlətlərlə
apardığı müharibələr nəticəsində Dürranilər dövlətinin sərhədi xeyli
genişlənir. Lakin bir tərəfdən iri feodalların didişməsi, digər tərəfdən
Yaxın və Orta Şərqdə hərbi-siyasi və iqtisadi mövqeyini
möhkəmlətməyə çalışan İngiltərə vahid Əfqanıstan dövlətinin
yaradılmasına hər vasitə ilə mane olurdu.
1838-ci ilin oktyabrında Əfqanıstanı zəbt etmək niyyətilə
İngiltərə (ingilislər Hindistana qısa yol əldə etməyə can atırdılar)
onunla müharibəyə başlayır və ölkənin bəzi əyalətlərini zəbt edir.
1842-ci ildə ölkənin hər yerində güclənmiş xalq hərəkatı London
rəsmilərini məcbur edir ki, qoşunlarını Əfqanıstandan çıxarsın. 1878-
ci ildə İngiltərə ikinci dəfə Əfqanıstana qarşı işğalçılıq müharibəsinə
başlayır. Əfqanıstanda yaşayan xalqların inadlı müqaviməti
İngiltərəni Əfqanısçtanı müstəmləkəyə çevirmək arzusundan əl
çəkməyə məcbur edir.
274
1919-cu ilin əvvəllərində Hindistandan Əfqanıstan ərazisinə
qoşun çıxaran İngiltərə Türküstana hücum etmək istəyirdi. 1919-cu il
fevralın 20-də ölkə əmiri Həbibulla xan öldürülür, fevralın 21-də isə
onun oğlu Əmənulla xan Əfqanıstanın əmiri olur. Həmin ilin 28
fevralında o, ölkənin müstəqilliyini elan edir. Lakin İngiltərə
Əfqanıstanın müstəqilliyini tanımaqdan imtina edirdi. Üçüncü
İngiltərə – Əfqanıstan müharibəsi 1919-cu il mayın 3-də başladı.
Əvvəlki iki müharibədə olduğu kimi canlı qüvvə və hərbi texnika
cəhətdən üstünlük ingilislər tərəfində idi. Lakin sərhəd rayonlarında
yaşayan puştu tayfalarının ingilislərin əleyhinə üsyanları, habelə
Hindistanın özündə azadlıq hərəkatının genişlənməsi təcavüzkarın
vəziyyətini çətinləşdirdi. 1919-cu il iyunun 3-də İngiltərə –
Əfqanıstan arasında müvəqqəti barışıq, avqustun 8-də isə Pakistanın
Ravalpindi şəhərində ilk sülh müqaviləsi imzalandı və ölkə krallıq
üsul-idarəsilə müstəqil dövlət kimi idarə olunmağa başlandı.
1973-cü il iyulun 18-də Məhəmməd Davudun rəhbərliyi
altında baş vermiş çevriliş Məhəmməd Zahirşah hakimiyyətini
devirir, ölkənin adı dəyişdirilib Əfqanıstan Respublikası elan olunur.
Yeni hökumət əsaslı dəyişikliklər həyata keçirəcəyini xalqa vəd etsə
də, əslində heç bir sosial, iqtisadi və ictimai-siyasi problemlər həll
olunmur. 1978-ci il aprelin 27-də (hicri tarixilə 1357-ci ilin saur
ayının 7-də) Əfqanıstan Xalq Demokratik Partiyasının və Əfqanıstan
İnqilab Şurasının rəhbərliyi altında ölkədə daha bir inqilab (bəzi
mənbələrə görə çevriliş) baş verir.
Üç gündən sonra ölkənin adı yenidən dəyişdirilir və Əfqanıstan
Demokratik Respublikası adlanan dövlətin yaradılması elan olunur.
Həmin ilin sonlarına yaxın sabiq sovet qoşunları Əfqanıstana
yeridilir. Bu, ölkənin daxili problemlərini daha da çətinləşdirir. Geniş
kütlələr tərəfindən çox pis qarşılanan sovet ordusu daxili problemləri
daha da kəskinləşdirdi. Əfqanıstan ilə əlaqədar qarşısına qoyduğu
məqsədə nail olmayan sovet hökuməti 1989-cu ilin 15 fevralınadək
qoşunlarını oradan çıxarır.
1992-ci ildə Əfqanıstanda yeni çevriliş baş verir və hakimiyyət
talibançılar (mədrəsələrdə oxuyan tələbələr) hərəkatının əlinə keçir.
Onlar dövlətin adını yenidən dəyişir və ölkə Əfqanıstan İslam
Respublikası adlandırılır. Talibançılar ölkə konstitusiyasının
fəaliyyətini dayandırır və vətəndaş müharibəsinə başlayırlar. Ölkə
paytaxtını ələ keçirdikdən sonra, onlar nəzarət etdikləri ərazilərdə öz
275
idarəçilik qurumlarını yaradırlar.
2001-ci il noyabr ayının 17-də ölkədə baş vermiş antiterror
çevriliş nəticəsində talibançıların hakimiyyəti devrilir və dekabrın
21-dən hakimiyyət yeni təşkil olunmuş keçid hökumətinin əlinə
keçir.
2001-ci ilin payızında Nyu-Yorkda baş vermiş terror
hadisələrindən sonra ABŞ hökuməti Əfqanıstana sülh məqamlı
qüvvələrini göndərir, dünyanın bir sıra dövlətləri, o cümlədən,
Azərbaycan Respublikası sülhü təmin etmək məqsədilə Əfqanıstana
kiçik hərbi kontingentini göndərmişdi.
Dövlət quruluşu. 2004-cü ilin əvvəllərində ölkənin
Ümumxalq məclisi (Loya Cirkəsi) növbəti iclasında Əfqanıstan yeni
konstitusiyasını qəbul edir və ölkənin prezidenti vəzifəsinə keçid
hökumətinin başçısı Həmid Karsay seçilir.
Azərbaycən Respublikası ilə münasibətlər. Əfqanıstan-Azərbaycan
əməkdaşlığının tarixi qədim zamanlara təsadüf etsə də, bu
əsasən mədəni sahələrə aid olmuşdur. Sabiq sovet dövlətindən
Əfqanıstanda yüzlərlə azərbaycanlı mütəxəssis çalışmışdır.
Əfqanıstanın təbii sərvətlərinin tədqiq olunmasında, mütəxəssis
kadrların hazırlanmasında Azərbaycanın rolu böyük olmuşdur.
Yüzlərlə əfqanlı gənc Bakının ali təhsil ocaqlarında müxtəlif
ixtisaslara yiyələnmişlər.
Əfqanıstan İslam Respublikası Azərbaycan Respublikasının
dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.
Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin 21 dekabrında
tanımış və 1994-cü il noyabrın 16-da iki ölkə arasında diplomatik
əlaqələr yaranmışdır.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı
səfirliyi yeni zamanda Əfqanıstan İslam Respublikasında akreditə
olmuşdur. Əfqanıstan İslam Respublikasının Rusiya
Federasiyasındakı səfirliyi isə yeni zamanda öz ölkəsini Azərbaycan
Respublikasında təmsil edir.
Rəsmi diplomatik münasibətlər yaradıldıqdan sonra iki ölkə
arasında yalnız bir sənəd – Ticarət-iqtisadi, Elmi-texniki və Mədəni
əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Lakin buna
baxmayaraq ölkə rəsmiləri arasında beynəlxalq təşkilatlar
çərçivəsində çoxsaylı görüşlər olmuşdur. İslam Konfransı Təşkilatı,
EKO, BMT və digər beynəlxalq hökumətlərarası təşkilatların
276
iclaslarında ölkə başçılarının görüşləri müntəzəm olaraq keçirilir.
Belə görüşlərdən biri 2001-ci ildə ulu öndərimiz Heydər Əliyev və
Əfqanıstan prezidenti Həmid Karzay arasında (İstambul, EKO
təşkilatının toplantısında) xüsusi olaraq təşkil edilmiş iki ölkə
arasındakı münasibətlərin geniş müzakirəsi aparılmışdır. Bundan
başqa 2005-ci ilin may ayının 9-da Əfqanıstan İslam Respublikasının
prezidenti H.Karzay yolüstü Bakıda səfərdə olmuşdur.
2005-ci il aprelin 21-22-də Bakı şəhərində TRASEKA
Dövlətlərarası komissiyanın iclası keçirilmişdir. İclasda Əfqanıstan
İslam Respublikasının nəqliyyat naziri İnayətullah Qasimi iştirak
etmişdi.
Hazırda Azərbaycandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə
birbaşa hava nəqliyyatı əlaqəsi yaradılmışdır. Əfqanıstanda daxili
vəziyyət stabil olmadığından hər iki ölkə arasında iqtisadi
əməkdaşlıqın lazımi səviyyədə inkişaf etməməsinə baxmayaraq, bu
sahənin inkişafı üçün potensial imkanlar böyükdür.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
Əfqanıstan tarixində əhalinin siyahıya alınması işləri ilk dəfə
1979-cu ildə aparılmışdır. O vaxt burada 15,5 mln. nəfərin yaşadığı
qeydə alınmışdı. Əfqanıstan təbii artımı böyük olan ölkələrdən biri
olsa da, burada əhalinin ümumi sayı zəif artır. Bunun səbəbi həm
ölkədə təqribən 20 il müddətində vətəndaş müharibəsinin davam
etməsi, həm də qeyri-stabilliklə əlaqədar köçüb gedənlərin sayının
çox olmasındadır. BMT-nin müvafiq sənədlərində Əfqanıstanda 25,6
mln. nəfərin (2005-ci il) yaşaması qeyd olunur. Bu göstəriciyə görə
Əfqanıstan dünya ölkələri içərisində 53-cü yeri tutur.
Ölkə üzrə orta sıxlıq hər kv. km-ə 40 nəfərə yaxındır. Əhalinin
xeyli hissəsi mənimsənilən torpaq sahələri, mühüm şəhərlər, çay
vadiləri və dağ dərələrində məskunlaşmışdır. Kabil və Qəndahar
vadiləri, Hərirud düzənliyi, Məzari-Şərif, Bəqlan, Cəlalabad
bölgələrində əhali nisbətən sıxdır.
Əfqanıstanda həm xarici, həm də daxili miqrasiya mövcuddur.
1978-ci il aprel inqilabından sonra ölkə ərazisini tərk etmiş 4 mln.
nəfərdən artıq əfqan müxtəlif səbəblər üzündən xaricə, əsasən
Pakistana, İrana və Hindistana getmişdir. Köçəri və yarımköçərilər də
277
daxil olmaqla Əfqanıstan əhalisinin xeyli hissəsi kənd yerlərində,
təqribən 25 faizi isə şəhərlərdə yaşayır.
Əfqanıstanda 30-dan artıq millətin və xalqın nümayəndəsi
yaşayır. Antropoloji cəhətdən Əfqanıstanın əhalisi cənub
avropoidlərin hind-pamir qrupuna aid edilir. Ölkənin cənub və şimalşərq
hissələrində İran, şimal-qərbində isə türk dilli xalqlar
məskunlaşmışlar. Şərqdə Pakistanla sərhəd boyunca hind-ari qrupuna
aid edilən xalqlar yaşayır.
Əfqanıstanda say etibarilə ən böyük xalq puştulardır. Onlar
Əfqanıstan-Pakistan sərhədi boyunca geniş ərazidə, əsasən Hindiquş
silsiləsinin cənubunda məskunlaşmışlar. Taciklər sayca Əfqanıstanın
ikinci xalqıdır. Hazırda ölkədə taciklər yaşayan üç sahə ayrılır: Herat
vadisi; Bədəxşan vilayəti; Pəncşer, Qorbənd və Salanq çaylarının
dərələri.
Sayca ölkənin üçüncü xalqı olan özbəklər Əfqanıstanda
Hindiquş silsiləsindən şimalda qədim zamanlarda yaşayırdılar.
Həzaralar əsasən Kabil – Herat-Həzəracat dağlıq rayonu arasında
olan ərazilərdə məskunlaşmışlar. Türkmənlər isə Türkmənistan
Respublikası ilə sərhədin yaxınlığında yaşayaraq köçəri və yarımköçəri
həyat sürürlər. Bu xalqlardan başqa Əfqanıstan ərazisində
əfşar, qızılbaş, qırğız, brahuilər və başqa xalqların nümayəndələri
yaşayır.
Əfqanıstanın dövlət dili puştu və dəri (bəzi mənbələrdə dari
yazılır) dilləridir. 1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna
farsi-kabuli də deyilir) olmuşdur. 1936-cı ildən puştu dili ikinci,
1964-cü ildən isə birinci dövlət dili statusu qazanmışdır. Əslində
ölkədə yaşayanlar 30-dan artıq dildə danışır. Əhalinin 90 faizi puştu
və ya dəri dilində, ya da iki dildə danışa bilir. Lüğət tərkibinə görə bu
dillər bir-birindən uzaq olsalar da, hər ikisi İran dilləri qrupuna aid
edilir.
Əfqanıstan əhalisinin, demək olar ki, hamısı müsəlmandır.
İslam dininin sünni məshəbi geniş yayılmışdır. Ölkənin ictimai və
siyasi həyatında İslam dininin rolu çox böyükdür.
Kabil ölkənin ən böyük şəhəridir. Qədim şəhər olan Kabil
mühüm nəqliyyat qovşağında yerləşir. Şəhərin əhalisi 3 mln. nəfərə
yaxındır. Puştulardan başqa şəhərdə taciklər, özbəklər, həzaralar və
digər xalqların nümayəndələri də yaşayır. 1504-cü ildən Böyük
Moğolların, 1773-1818-ci illərdə Dürrani dövlətinin paytaxtı
278
olmuşdur. İngiltərə-Əfqanıstan müharibələri zamanı şəhər ingilis
qoşunları tərəfindən işğal edilir. 1880-ci ildən Əfqanıstan dövlətinin
paytaxtıdır.
Kabil eyniadlı çayın sahilində,1800-1900 metr yüksəklikdə
yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur.
Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi
Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş
kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin
binası, parklar, iri yaşayış məhəllələri yerləşir. Kabil şəhəri cənubqərb
istiqamətində böyüyür. Kabil ölkənin siyasi, mədəni mərkəzi
olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Şəhərdə avtomobil təmiri
zavodu, asfalt-beton zavodu, yeyinti və yüngül sənaye müəssisələri,
əczaçılıq fabrikləri və s. vardır. Ölkənin iqtisadi və mədəni həyatında
mühüm əhəmiyyəti olan digər şəhərlər Məzari-Şərif (rəvayətə görə
Həzrət Əlinin qəbrinin burada olması güman edilir. Məzari–Şərif
şərafətli qəbir deməkdir), Herat, Qəndahardır.
4. İqtisadiyyatı
Əfqanıstan dünyanın ən geridə qalmış ölkələrindən biridir.
Ölkədə adambaşına düşən milli gəlir ildə 100 dollara yaxındır (2006).
İqtisadiyyatı zəif inkişaf etmiş Əfqanıstanın geriliyinə səbəb tarixən
onun aqrar ölkə olması və buradakı vətəndaş müharibəsi olmuşdur.
Kənd təsərrüfatının aparıcı sahələri. Əfqanıstanın aqrar
quruluşundakı gerilik kənd təsərrüfatında texniki təchizatın aşağı
səviyyəsi ilə izah olunur. Kənd təsərrüfatında görülən işlərin
əksəriyyəti əvvəllər olduğu kimi, hələ də əl ilədir. Əkinçilik süni
suvarmaya möhtacdır. İqlimin çox quraq olması, atmosfer
yağıntılarının fəsillər üzrə qeyri-bərabər düşməsi əkin sahələrinin
suvarılmasını tələb edir. Ölkədə ümumi əkin sahəsi 4,5 mln.
hektardır, bunun 2,6 mln. hektarı suvarılan torpaqlardır. Lakin
ölkədəki münaqişələr ucbatından bu torpaqlardan səmərəli istifadə
olunmur.
Suvarma əkinçiliyi Hilmənd çayı hövzəsində, Kabil çayı və
onun qollarının vadilərində, şimalda Hərirud çayı vadisindədir.
Əfqanıstan bitkiçiliyində taxılçılıq əsas yer tutur. Buğda ölkənin
bütün rayonlarında becərilir. Bu onunla izah olunur ki, ölkədə
279
nəqliyyat şəbəkəsi zəif inkişaf etdiyindən, hər bölgə ilk növbədə öz
çörəyi ilə özünü təmin etməyə çalışır. Buğda ilə yanaşı Əfqanıstanda
qarğıdalı, çəltik və arpa da yetişdirilir.
Texniki bitkilər Şimali Əfqanıstanda geniş yayılmışdır. Pambıq
və tütün əkinləri nisbətən geniş sahədə becərilən texniki bitkilərdir.
Pambıq ölkədə ötən əsrin 50-ci illərindən becərilir. Əvvəllər bu
sahənin inkişafı həm pambıq parça müəssisələrini xammalla təmin
etmək, həm də dünya bazarında pambığın satış qiymətinin
yüksəlməsi ilə əlaqədar idi. Ən məhsuldar illərdə Əfqanıstanda 150-
160 min ton pambıq yığılırdı. Hazırda isə bu sahədə də geriləmə
vardır.
Bağçılıq və üzümçülük ölkədə ənənəvi təsərrüfat sahəsi sayılır.
Bu sahədə əmtəəlik püstə, badam, qoz, üzüm və meyvə istehsalı
mühüm əhəmiyyət kəsb edirdi. Vətəndaş müharibəsi digər sahələrdə
olduğu kimi üzümlüklər və bağlara da böyük zərər vurmuşdur.
Cəlalabad irriqasiya kompleksinin suyu ilə suvarılan torpaqlarda
sitrus meyvələri və zeytun becərilməsinə xüsusi fikir verilir.
Heyvandarlıqla həm köçəri, həm də oturaq həyat tərzi sürən
kəndlilər məşğul olur. Mövsümi otlaqlar axtarmaq məqsədilə
köçərilər adətən eyni istiqamətdə hərəkət edərək, yay aylarında
Hindiquş və digər dağlıq rayonlara qalxır, qışda isə Hind və Pənc
çaylarının dərələri ilə aşağı – ovalıqlara enirlər. Heyvandarlıqla
oturaq həyat tərzi sürən kəndlilər də məşğul olur. Ölkədə aqrar
bölmədə ümumi məhsulun 30 faizi heyvandarlığın payına düşür. Bu
sahədə qaragül dərili qoyunçuluq, xüsusilə əhəmiyyətlidir.
Əfqanıstan qaragül dərisinin mühüm ixracatçısıdır. Ölkədə xarici
valyuta gəlirinin artıb-azalması qaragül qoyunçuluğunun
vəziyyətindən çox asılıdır. Qoyunçuluğun bu növü ekstensiv
istiqamətdədir. Qaragül dərili qoyunçuluq ölkənin şimal və şimalqərbində
Fəryab, Bəlx vilayətlərində daha yaxşı inkişaf etmişdir. Ən
məhsuldar illərdə ölkədə 1,3-1,4 mln. ədəd qaragül dərisi istehsal
olunur. Dünya bazarında onun alıcıları çoxdur. Qaragül dərisi
dövlətin əsas xarici gəlir mənbəyi olduğundan, ən yaxşı otlaqlar bu
sahə üçün ayrılır.
Sənayenin aparıcı sahələri. Əfqanıstanda sənaye müəssisələri
ilk növbədə kənd təsərrüfatı xammalına əsaslanır. Müharibə
nəticəsində əksəriyyəti dağıdılmış fabrik-zavod müəssisələrinin
tikintisinə ötən əsrsn 50-60-cı illərində başlanılmışdır. Bu sahədə
280
Əfqanıstana xarici ölkələr, o cümlədən sabiq Sovet İttifaqı da kömək
etmişdir. Tərkibində azərbaycanlılar olan sovet mütəxəssisləri
Əfqanıstanda 100-dən artıq müxtəlif obyekt tikilib istifadəyə
vermişlər. Bu mütəxəssislərin ölkədə apardıqları geoloji kəşfiyyat
işləri nəticəsində neft, təbii qaz, mis, dəmir filizi, qrafit və s. yataqları
aşkar edilmişdir.
Toxuculuq tarixən inkişaf etmiş sənaye sahələrindən biridir.
1978-ci il inqilabına qədər Heratda əyirici fabrik, Qəndaharda yun və
pambıq parça toxuculuğu, Bəlxdə toxuculuq fabrikləri fəaliyyət
göstərirdi. Toxuculuq sənayesinin ən böyük müəssisələri dövlətə
məxsus idi. Hazırda bu müəssisələrin əksəriyyəti öz fəaliyyətini
dayandırmışdır. Xalçaçılığın Əfqanıstanda tarixi çox qədimdir. Bu
sənət ölkənin şimal və şimal-qərb rayonlarında daha yaxşı inkişaf
etmişdir. Xalçaçılıqla ölkədə yaşayan türkmənlər və taciklər daha çox
məşğul olurlar.
Kustar sənətkarlıq əhalinin ən mühüm məmulatlara olan
tələbatını ödə-məkdə xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin əsas
məhsulları metaldan hazırlanmış mətbəx qab-qacağı, səbət, mebel,
xalça-palaz, naxış tikmələr, təsbeh, şirniyyat və s. istehsalıdır. Kustar
sənətkarlıq əhalinin işlə təmin edilməsində də mühüm rold oynayır.
Bu sahənin bir sıra məhsulları ixrac olunur.
Nəqliyyatı və xarici ticarəti. Ötən əsrin ikinci onilliyinə qədər
karvan yolları ölkənin yeganə nəqliyyat yolları sayılırdı. Bunun bir
səbəbi də ölkənin səth quruluşunun mürəkkəbliyinin müasir nəqliyyat
şəbəkəsinin inkişaə etdirilməsinə maneçilik törətməsidir. Nəqliyyat
probleminin həlli məsələlərində sabiq SSRİ-nin və ABŞ-ın rolu
böyük olmuşdur.
Əfqanıstanda dəmir yol və su nəqliyyatı olmadığından
avtomobil nəqliy-yatı mühüm əhəmiyyət kəsb edir. Kabil-Qəndahar-
Herat, Kabil-Calalabad, Kabil-Pulu Xumru istiqamətində olan yollar
ən intensiv yollardır. Avtomobil yolları Əfqanıstanı çay limanları,
həmçinin Türkmənistan, İran, Pakistanla əlaqələndirir. Kabil-Şerxan
yolu Hindquş dağlarını kəsib keçərək ölkənin şimal və mərkəz
rayonlarını əlaqələndirir. Yolun əsas hissəsi 2700 metr uzunluğunda
olan tuneldir. Bu tunel 3500 metr yüksəklikdən Salanq aşırımından
keçir.
2007-ci ilin avqust ayının 26-da Əfqanıstan və Tacikistan
arasında sərhəd çayı olan Pənc üzərində uzunluğu 700 metr olan
281
körpünün açılışı olmuşdur. Körpünün tikintisi ABŞ tərəfindən maliyyələşdirilmiş
və 37 mln. dollara başa gəlmişdir. Bu körpü hər iki
ölkə arasında iqtisadi əlaqələri genişləndirməklə yanaşı, Mərkəzi və
Cənubi Asiya arasında İpək yolunun bərpasına xidmət edəcəkdir.
Xarici ticarət. Əfqanıstanın ixracatında ənənəvi məhsullar –
təbii qaz, qurudulmuş meyvə, pambıq, parça, qaragül dərisi və s.,
idxalatında isə yanacaq, maşın və avadanlıq, nəqliyyat vasitələri,
ərzaq, çox işlənən istehlak malları, silah (gizli yolla) üstünlük təşkil
edir. Ticarət əlaqələrinin miqyası o qədər də geniş deyildir. Ölkənin
pul vahidi əfqanidir.
İRAN İSLAM RESPUBLİKASI
1. Coğrafi mövqeyi və təbiəti
Coğrafi mövqe. İran* Cənub – Qərbi Asiyada (və ya Orta
Şərqdə) əlverişli geosiyasi mövqeyə malik olub, sahəsi 1,6 mln. kv.
km-dir. Ölkənin sahəsi B.Britaniya, Fransa, İtaliya, İsveçrə kimi
inkişaf etmiş dövlətlərin birlikdə götürülən ərazisinə bərabərdir.
Avrasiyada bu göstəriciyə görə Rusiya, Çin, Hindistan, Səudiyyə
Ərəbistanı və İndoneziyadan geri qalır. Sahəsinin böyüklüyünə görə
dünya ölkələri sırasında 17-ci yerdədir. Ölkə şimaldan Ermənistan,
Azərbaycan və Türkmənistan şimal-şərqdən Əfqanıstan, cənubşərqdən
Pakistan, qərbdən İraq və Türkiyə ilə həmsərhəddir.
Şimaldan, cənub-qərbdən və cənubdan dənizə çıxışı var.
Sərhədlərinin ümumi uzunluğu 8 min km-dir, bunun üçdə biri dəniz
sərhədləridir. Azərbaycan Respublikası ilə 611 km məsafədə
həmsərhəddir və bu sərhəd əsasən Araz çayı boyuncadır.
Səth quruluşu və faydalı qazıntıları. İran dağlıq ölkədir.
Dağlar, yaylalar ərazisinin təqribən beşdə dörd hissəsini təşkil edir.
İranda iki əsas relyef forması xüsusilə seçilir: şimal-qərbdən cənub-
* İran – qədim fars dilində «aria», «arxiya» sözlərinin dəyişdirilmiş
forması olub, «nəcib», «əsl nəcabətli» mənalarını bildirir. Keçmişdə yüksəkvəzifəli
şəxslərə verilmiş bu ad sonralar bütün ölkəyə şamil edilmişdir.
282
qərb istiqamətində uzanan dağ silsilələri və mərkəzdəki yüksək
düzənliklər sistemi.
Ölkənin mərkəzində yerləşmiş İran yaylasının əsas hissəsini
Dəşte-Kəvir və Dəşte-Lut səhraları tutur. Şoran tirələrdən ibarət olan
Dəşte-Kəvir (dəşt- bərk torpağa malik səth, kəvir – şoranlıq) kənd
təsərrüfatına tamamilə yararsız, nəqliyyat üçün təhlükəli sayılır.
Dəşte-Lut (lut, yəni bitkisiz) isə Yer kürəsinin ən bürkülü və quraq
səhralarından biridir. Dəşte-Kəvirdən fərqli olaraq burada qumla
örtülü sahələr çoxdur. Dəşte-Lut səhrası üçün səciyyəvi xüsusiyyət
qum təpələrinin üstünlüyüdür. Bu qum təpələri sütun, qüllə və qalanı
xatırladan təbii landşaft formaları yaratmışlar. Hər iki səhrada
yaşayış məskənlərinə ensiz kənar zolaqlarda rast gəlmək olar. İran
yaylasını dağlar əhatə edir. Bu dağların ən möhtəşəmi Elburs
sistemidir. Elbursun və eləcə də bütün İranın ən hündür dağı
Dəmavənddir* (hünd. 5604 m.). Dəmavənd iranlılar üçün gözəllik,
əzəmət və qüvvət rəmzidir.
Elburs dağ sistemi mürəkkəb relyefə malik olduğundan, ərazi
təsərrüfat fəaliyyətinə müəyyən dərəcədə cəlb olunmuşdur. Dağ
keçidlərindən yollar çəkilmiş, yeraltı suların üzə çıxdığı ərazilərdə isə
intensiv əkinçilik aparılır. Elburs sistemi şərqdə Türkmən-Xorasan
dağlarına keçir. Bu dağlar sıldırım yamaclara malikdir, lakin dağlar
arasındakı məhsuldar vadiləri kənd təsərrüfatı üçün yararlıdır.
İran yaylasının cənub kənarlarından Zaqros dağ sistemi
başlayır. Cənub-şərqdə bu dağ sistemi Cənubi İran dağları ilə əvəz
olunur. Ölkənin şimal-qərb hissəsi də dağlıqdır. Burada çökəkliklərlə
parçalanmış Kordestan, Talış, Boqrovdağ, Qaradağ, Ağrıdağ
silsilələri uzanır.
İranın böyük düzənlikləri əsasən ölkənin kənar hissələrindədir.
Bunlardan təsərrüfat və turizm baxımından ən mühümü Xəzərsahili
(və ya Cənubi Xəzər) ovalığıdır. Ölkə ərazisinin cəmi 5 faizini təşkil
edən bu ovalıqda əhalinin 20 faizi yaşayır. Mesopotamiya ovalığının
aşağı hissəsi İran ərazisinə daxil olur. İran və Oman körfəzlərinin
sahilləri düzən olsa da, əkinçiliyə yararlı deyildir.
İran faydalı qazıntılarla zəngin ölkədir. Bunlar içərisində
mineral enerji sərvətləri, xüsusilə neft və təbii qaz dünya
* Dəmavənd – püskürən, tüstüləyən qala mənasını bildirir.
283
əhəmiyyətlidir. Neft ehtiyatına görə regionda, həm də dünyada
qabaqcıl mövqeyə malikdir. Ölkənin ən mühüm neft yataqları qərbdə
və şimaldadır. Xəzər şelfində də neft axtarışı işlərinə başlanılmışdır.
Ölkədə təbii qaz ehtiyatı da çoxdur (14 trilyon kub m.). Mineral
enerji sərvətlərindən kömürün əhəmiyyəti də böyükdür. Ən mühüm
yataqları şimal dağ massivi və qərbdədir.Son illərdə enerji məqsədilə
nüvə xammalından istifadəyə meyl güclənmişdir. Bu isə bir sıra Qərb
ölkələrini, ilk növbədə ABŞ rəsmilərini daha çox narahat edir. İranda
qara metal (dəmir filizi) və əlvan metal (mis, qurğuşun, sink, qalay,
sürmə, boksit və s.) filizləri də çıxarılır. Dəmir filizi yataqları əsasən
Kerman, Semnan, Tehran rayonlarında, əlvan metal filizləri isə şimal
və qərb əyalətlərindədir. İran tikinti və üzlük materialları (mərmər,
qranit, yəşəm daşı, gil, gips, əhəng daşı və s.), qiymətli daşlarla da
(firuzə, əqiq və s.) zəngin ölkədir.
İqlimi və hidroqrafiyası. Ölkənin əksər hissəsinin iqlimi
subtropik kontinental, Xəzər dənizi sahilində rütubətli, İran və Oman
körfəzlərinin sahillərində isə tropikdir. İqlimin əsas xüsusiyyətləri
ölkənin coğrafi mövqeyi ilə yanaşı, həm də relyefin müxtəlifliyi,
ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən olunur. İqliminin
xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay
temperaturu deyil, eləcə də çox aşağı qış temperaturu ilə əlaqədar
onun kəskin kontinentallığıdır.
İranın əksər yerlərində yay ayları çox isti və quraq, qış soyuq
və şaxtalı keçir. İlin isti dövründə dağlıq sahələr istisna olmaqla,
ölkənin hər yerində hava +25-30 °C-dək qızır, bu isə istilik sevən
bitkilərin (pambıq, tütün, çəltik və s.) becərilməsinə imkan verir.
Mütləq maksimum temperatur isə 50 °C-dək yüksəlir. Qışda ölkənin
şimalında temperatur mənfi 7-10 °C, cənubunda isə +15-18 °C təşkil
edir. Mərkəzi düzənliklərdə – 20° çatan şaxtalar müşahidə edilir.
İranın şimal-qərbindən cənub-şərqinə doğru orta illik yağıntıların
miqdarı azalır. Məsələn, Cənubi Xəzər ovalığına orta
hesabla 2000 mm yağıntı düşdüyü halda, mərkəz və şərq bölgələrinə
100-50 mm yağıntı düşür.
İran yerüstü sularla zəngin deyil. Çayların əksəriyyəti ölkənin
şimalında Elburs dağ sistemi ilə Xəzər dənizi arasında qalan ensiz
zolaqda, cənub-qərbdə Xuzestanda və qərbdə Cənubi
Azərbaycandadır. Ərazisinin digər bölgələrində daimi axara malik
284
çaylar yoxdur. İranın bütün çayları 3 hövzəyə aid edilir. Axımın 18
faizi Xəzər dənizi, 63 faizi İran körfəzi, 19 faizi axara malik olmayan
daxili hövzənin payına düşür. Axara malik olmayan daxili hövzə ölkə
ərazisinin 65 faizini əhatə edir.
İranda ən böyük çay Karundur (uz. 850 km). Karun çayı İran
əkinçiliyi tarixində mühüm rol oynamışdır. O, həm də ölkənin
gəmiçiliyə yararlı yeganə çayıdır. İllik axımın miqdarına görə ikinci
çay Səfidruddur. Çayın çoxsaylı qolları var, bu qollardan suvarma
kanalları başlanğıcını götürür. İranın mərkəzi əyalətlərinin
suvarılmasında Zayəndərud, şimal bölgələrinin suvarılmasında Araz,
Qorqan çaylarının əhəmiyyəti çox böyükdür. Araz çayı sərhədboyu
ilə 800 km məsafədə axır. Çay üzərində sabiq sovetlər dövründə
müştərək su qovşağı inşa edilmişdir. Araz çayı üzərində Azərbaycan
Respublikası ilə də müştərək irriqasiya kompleksi yaradılmışdır.
Ölkədə yerüstü sulara aid edilən göllərin əhəmiyyəti də
böyükdür. Göllərin əksəriyyəti (Urmiya, Dəryaçeye-Nəmək, Nəyriz,
Nəməkzar və s.) axarsızdır. Bəzi göllər isə yayda quruyur və
şoranlıqlar əmələ gətirir.
İranda yerüstü sulardan başqa süni suvarmada və məişətdə
mühüm rol oynayan yeraltı suların əhəmiyyəti də böyükdür. Bu sular
yeraltı kanallar (kəhriz və ya kanat) vasitəsilə yer səthinə çıxarılır.
Ölkədə mövcud olan 30 min kəhrizin* 20 minindən istifadə edilir.
İran səyahətçisi Əli Əsgər Mohəcərin «Səhranın səması altında»
kitabında kəhriz haqda belə deyilir: «Kəhriz İran həyatının
təcəssümüdür. O, tarlaların susamış qan damarlarına təzə qan vermək
üçün tələsmədən dərinliklərdən qalxır, tədricən kənd və şəhərlərin
ətrafına çəkilir. Kəhriz səs-küylü və arsız dağ çaylarına bənzəmir. O
heç vaxt öz vücudunu diqqəti cəlb etmək üçün biruzə vermir ki, onun
xalqa xidmət yolunda necə yorulduğu və zəiflədiyi görünsün. Nəzərə
çarpmadan özü üçün sakit axır və həmişə həyat və ümid mənbəyi
olmaq səyi ilə çalışır». Bu mənalı sitat İranda kəhrizlə suvarmanın
* Kəhriz – qrunt sularını yer səthinə çıxarmaq üçün Yaxın və Orta Şərq,
Orta Asiya, Azərbaycanda səciyyəvi sayılan quyudur. Texniki cəhətdən
maili lağım (hünd. 1,0-1,4 m, eni 0,5-0,8 m) şəbəkəsindən ibarətdir. Daş və
ya bişmiş kərpicdən hörülən bu lağımlar bir-birilə şaquli quyular vasitəsilə
birləşdirilir. Kəhriz qazılması İranda xüsusi sənət sayılır və bunun sirri
atadan oğula ötürülərək davam etdirilir.
285
əhəmiyyətinin daha bir sübutudur. Ölkədə yeraltı sular kəhrizlərdən
başqa quyular vasitəsilə də səthə çıxarılır. Xuzestan, Fars, Esfəhan
əyalətlərində artezian quyularından geniş istifadə edilir.
Torpaq və bitki örtüyü.Təbii şəraitin sərtliyi ölkənin torpaq
örtüyündə də özünü biruzə verir. İranda torpaqların məhsuldar qatı
çox zəifdir, əksər yerlərdə isə çınqıllı və ya duzludur. Quru səhra
iqlimi, ana suxurların çınqıllı olması, duzluluğu və yeraltı suların şor
olması məhsuldar torpaq qatı yaratmır. Ölkədə müxtəlif torpaq
növləri: dağ yamaclarında daşlı-çınqıllı, çay dərələrində ağır gilli
torpaqlar yayılmışdır.İqliminin quraqlığı, yağıntıların qıtlığı, bitki
örtüyünün zəifliyi ucbatından İran ərazisinin geniş hissəsində
özünəməxsus torpaq əmələgəlmə prosesi gedir. Bu cür torpaqlara
ekstraarid torpaqlar deyilir. İqlim şəraiti əlverişli olan dağlıq
ərazilərdə torpaq əmələgəlmə prosesi daha fəal gedir. Dağ
yamaclarında şabalıdı-dağ, yüksək rütubətli yerlərdə boz-çəmən, dağçəmən
torpaqları yayılmışdır.
Coğrafi mövqe, relyefin müxtəlifliyi, iqlimin və torpaq
şəraitinin fərqli cəhətləri İranda rəngarəng floranın əmələ gəlməsinə
səbəb olmuşdur. Ölkənin bitki örtüyünün tərkibi müxtəlif (6 min
növdən artıq) olsa da, geniş əraziləri əhatə edən səhra və quru
çöllərin kserofit bitkiləri üstünlük təşkil edir. İran ərazisinin təqribən
bir faizində, əsasən Xəzər sahilində, Elburs və Boqrovdağın
yamaclarında dəniz səviyyəsindən 2500 metr yüksəklikdə sıx enliyarpaq,
Cənubi Azərbaycan dağlarında, Araz çayı vadisində isə
seyrək meşələr yayılmışdır.
İranın fauna aləmi Mərkəzi Asiya və Aralıq dənizi zoocoğrafi
yarıməyalətinə aid edilir. Ölkə balıq ehtiyatı ilə də zəngindir. Mirvari
ovu öz əhəmiyyətini hələ də saxlamışdır. İran körfəzi dünya mirvari
ovunun mərkəzi sayılır. Bu körfəzdə qiymətli sədəf alınan mollyusk
növləri də vardır.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
və Azərbaycan Respublikası ilə münasibətləri
Müasir İranın ərazisi qədim məskunlaşma ocaqlarından biri
olub. Eramızdan əvvəl IV minillikdə İranın Xuzestan, Lurestan və
digər əyalətlərində məskunlaşan əhali taxıl becərməyə və qoyun,keçi
286
saxlamağa başlayır. Ölkənin cənub-qərbinin əlverişli aqroiqlim
şəraiti isə buranın əkinçilik və heyvandarlığın ilk ocaqlarından birinə
çevrilməsinə səbəb olmuşdur. Eramızdan əvvəl III minilliyin
əvvəllərində İranın cənub-qərbində ilk sinifli cəmiyyətin meydana
gəlməsi də əkinçilik və heyvandarlıq mədəniyyətinin inkişafı ilə izah
olunur. Əvvəlcə ayrı-ayrı şəhər-dövlətlər, sonralar isə Xuzestan
əyalətində Elam dövləti meydana gəlir. Şumer və Akkadi
(Mesopotamiya) mədəniyyətinin təsiri altında olan bu dövlət e.ə. VII
əsrdə Midiya dövlətinin hakimiyyəti altına düşür və müstəqilliyini
itirir.
E.ə. II minilliyin sonunda İran ərazisinə şimaldan Hind-Avropa
tayfalarının İran qrupuna aid edilən pars və irandilli xalqların
əcdadları hesab olunan ari tayfaları gələrək ölkənin mərkəz və qərb
rayonlarında məskunlaşırlar. Midiya və pars qəbilələrinin birləşməsi
nəticəsində qədim dünyanın iri dövlətlərindən olan Əhəmənilər
(b.e.ə. 558-330) hakimiyyəti yaradılır. Əhəmənilər dövlətinin
sərhədlərinin getdikcə genişlənməsinə baxmayaraq, Makedoniyalı
İskəndər bu dövləti süquta yetirir.
Eramızın III əsrində İranda Sasanilər sülaləsi çox qüvvətlənir.
Qonşu əraziləri zəbt etməklə sərhədlərini genişləndirir. Lakin
Əhəmənilər kimi bu dövlətin daxilində də ziddiyyətlər mövcud idi.
Eramızın VII əsrində Sasanilərin yaratdığı dövlət ərəblər tərəfindən
darmadağın edilir.Bundan sonra İran ərazisi Ərəb xilafətinin,
Səlcuqların, Çinqizxan və Hülaküxanın, Əmir Teymurun yaratdıqları
imperiyaların tərkibində olub. Orta əsrlərdə İranda hakimiyyət
Səfəvilərin əlinə keçir. Bu dövlətin paytaxtı əvvəlcə Təbriz, sonra
Qəzvin, daha sonra isə Esfahan şəhəri olur. Səfəviləri Qacarlar
sülaləsi (1796-1925) əvəz edir, paytaxt Tehran şəhərinə köçürülür.
Avropada kapitalizmin inkişaf etdiyi bir şəraitdə geri qalmış
feodal quruluşlu İran bu ölkələr üçün istismar obyektinə çevrilir.
İngiltərə, ABŞ, Rusiya, Fransa və Almaniya İranı özlərinin xeyrinə
müqavilələr bağlamağa vadar edir, ona ağır şərtlərlə borc verməklə,
ölkənin iqtisadi həyatına, daxili və xarici siyasətinə müdaxilə etmək
imkanı əldə edirlər.
İmperializm zülmünün güclənməsi və daxili ziddiyyətlərin
kəskinləşməsi İranda inqilab üçün zəmin yaratdı. 1905-ci ildə
başlanmış inqilabı hərəkat feodal hakimiyyətinə qarşı yönəlmişdi.
Lakin İran xalqı bu və sonrakı inqilabların bəhrəsini görə bilmədi.
287
1906-cı ildə birinci konstitusiya qəbul edildikdən sonra ölkə
parlamentli monarxiya elan olunur. 1920-ci ilin may ayında sabiq
sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər təsdiq
olunur, 1921-ci il fevral ayında isə hər iki ölkə arasında müqavilə
imzalanır. Bu, Qərb dövlətlərini, ilk növbədə ABŞ, B.Britaniya və
Almaniyanı narahat etməyə bilməzdi. B.Britaniya İranda hakimiyyəti
öz nəzarəti altında saxlamaq məqsədilə ölkədə dövlət çevrilişi etməyə
nail olur. 1921-ci ildə İranda dövlət çevrilişi baş verir və hakimiyyəti
Pəhləvilər sülaləsi ələ keçirir. Rza Pəhləvi 1925-ci ildə İran şahı elan
olunur. İkinci Dünya müharibəsindən sonra Qərb dövlətlərinin İrana
qarşı münasibətlərində yeni istiqamət meydana gəlir. Bu siyasət ABŞ
və B.Britaniyanı maraqlandıran sabiq Sovet İttifaqı ilə sərhəddə
yerləşən İranın yalnız hərbi-strateji mövqeyi ilə deyil, həm də onun
nefti ilə bağlı idi.
1978-ci ildə qüvvətlənən sosial-iqtisadi çətinliklər şəraitində
İranda hökumətə qarşı kütləvi nümayişlər, daha sonra isə mühüm
istehsal sahələrində (neft sənayesi, nəqliyyat, rabitə və s.) kütləvi
tətillər baş verir. İran xalqı siyasi, sosial, iqtisadi və mədəni sahələrdə
köklü dəyişikliklər tələb edirdi. Mütərəqqi qrup və təşkilatların,
həmçinin müsəlman şiə ruhanilərin əvvəlcə İraqda, sonra isə
Fransada mühacirətdə olan başçısı Ayətullah Müsəvi Ruhulla
Xomeyninin rəhbərliyi ilə ümumxalq hərəkatı daha da qüvvətlənir.
İnqilab xarakterli bu hərəkat nəticəsində 1979-cu il fevralın 11-də
İranda monarxiya rejimi devrilir. Həmin vaxtdan 11 fevral milli
bayram – İnqilab günü kimi geniş qeyd olunur. 1979-cu il aprelin 1-
də ölkənin adı dəyişdirilir və dövlət İran İslam Respublikası
adlandırılır. Həmin ilin dekabrında keçirilmiş ümumxalq
referendumunda İranın yeni konstitusiyası qəbul olunur.
Konstitusiyada ruhanilərin ölkə həyatında rəhbər rolu bir daha təsbit
edilir. Ölkədə ictimai həyatın bütün sahələrində islam
fundamentalizmi dərin kök salmışdır.
1979-cu il inqilabından sonra İranın ABŞ-la münasibətlərində
«soyuqluq» yaranır. İraqla müharibə, daha sonra Abu-Musa, Tombe-
Bozorq, Tombe-Kuçek adalarının zəbt edilməsi ərəb ölkələri ilə
münasibətlərini gərginləşdirir. İran İslam Respublikasının Küveyt
(1991), Əfqanıstan (2001) və İraq (2003) münaqişələrində bitərəf
mövqeyi əksər dövlətlərlə münasibətlərinin stabilləşməsinə səbəb olur.
Avropa İttifaqı dövlətləri ilə münasibətləri genişlənir.
288
Dövlət quruluşu. Konstitusiyaya görə dövlətdə ali vəzifələr
bir-birindən asılı olmayan qanunvericilik, icraedicilik və məhkəmə
sistemindən ibarətdir. Bu sistemlər isə ölkənin siyasi və dini
rəhbərinin nəzarəti altındadır. İranın dövlət başçısı əslində
prezidentdir, lakin prezident Ali Dini Rəhbərə tabedir.
Konstitusiyaya görə fəqih, yəni ali dini və ya siyasi nüfuzlu şəxs
əslində ölkənin bütün həyatına rəhbərlik etməlidir. Ayətullah Ruhulla
Xomeyni ömrünün axırınadək bu vəzifəni yerinə yetirmişdir. 1989-cu
ilin 4 uyulunda dövlətin ağsaqqallar şurası Ayətulla Seyid Əli
Xameneyini bu vəzifəyə təsdiq edir.
Birbaşa seçkilər yolu ilə seçilən ölkə prezidentinin səlahiyyət
müddəti 4 ildir. Eyni adam bu vəzifəni iki dəfə tuta bilər. 2005-ci il
17 iyunda bu vəzifəyə Mahmud Əhmədinecad seçilmişdir. İslam
Şurası Məclisi adlanan bir palatalı parlament üzvlərinin sayı 290
nəfərdir. Birbaşa və gizli səsvermə yolu ilə seçilən parlament
deputatlarının fəaliyyət müddəti 4 ildir. 1989-cu ildə Konstitusiyaya
edilmiş dəyişikliklərə əsasən Baş nazir vəzifəsi ləğv edildiyindən
icraedici hakimiyyətə Prezident rəhbərlik edir.
İran İslam Respublikasının konstitusiyasına və 1981-ci ildə
verilmiş fərmana əsasən ölkədə siyasi partiyaların və qeyri-islam
təşkilatlarının fəaliyyəti qadağan olunmuşdur. Ölkənin yeganə və
nüfuzlu partiyası 1979-cu ildə yaradılmış İslam Respublikası
partiyasıdır. Bu partiyaya müxalifətdə duran təşkilatlar isə İranın
Azadlığı Uğrunda Hərəkat, İran Kürdüstanı Demokratik Partiyası,
İran Xalq Partiyası, İran Xalq Mühacidlər Təşkilatı və başqalarıdır.
İnzibati cəhətdən ölkə 25 inzibati əyalətə ayrılmışdır. Tarixi
Azərbaycan torpaqları Qərbi Azərbaycan (inzibati mərkəzi Urmiya
şəhəri), Şərqi Azərbaycan (inzibati mərkəzi Təbriz), Zəncan (inzibati
mərkəzi Zəncan) və Ərdəbil (inzibati mərkəzi Ərdəbil) inzibati
əyalətlərində birləşir. Əyalətlər ayrı-ayrı inzibati rayonlara bölünür.
Rayonlar daxilində kəndlər ayrılır.
Azərbaycan Respublikası ilə münasibətləri. İran İslam
Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər
12 mart 1992-ci ildən mövcuddur. Hər iki dövlət arasında
dostluq, əməkdaşlıq, mehriban qonşuluq barədə Tehranda 1992-ci
ilin may ayının 7-də Protokol imzalanmışdır. İran-Azərbaycan
əlaqələri çoxəhatəlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra
1992-ci ildən başlayaraq qonşu İran dövləti ilə müxtəlif sahələr –
289
sənaye, kənd təsərrüfatı, tikinti, rabitə, nəqliyyat, təhsil, səhiyyə,
ticarət, təhlükəsizlik barədə birgə əməkdaşlıq haqda Memorandum və
Sazişlər imzalanmışdır. Azərbaycan Respublikasının prezidenti
İ.Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı (26 yanvar
2005-ci il) hər iki hökumətin arasında əvəzsiz yardım, Araz çayının
hidroenergetika potensialının istifadəsi, mülki aviasiya, dəmir yol
nəqdiyyatı və digər sahələrdə mühüm sazişlər və Anlaşma
Memorandiumu imzalanmışdır. İran İslam Respublikasının prezidenti
Mahmud Əhmədi Nicat Azərbaycanda səfərdə olduğu vaxtda (21-22
avqust, 2007) hər iki ölkə rəsmiləri arasında müxtəlif sahələrdə (o
cümlədən energetika və nəqliyyat) Sazişlər və Memorandiumlar
imzalanmışdır.
İran və Azərbaycan iqtisadi əlaqələrində ticarət dövriyyəsinin
həcmi ildən-ilə artır. Azərbaycanın İrandan idxal etdiyi məhsulların
dəyəri İrana ixrac etdiyi məhsulların dəyərindən çoxdur. İrandan
Azərbaycana əsasən tikinti materialları, yanacaq, yeyinti sənaye
məhsulları, kənd təsərrüfatı məhsulları və s. gətirilir. Azərbaycandan
isə İrana metallurgiya, maşınqayırma avadanlığı, yüngül sənaye
məhsulları ixrac olunur. Azərbaycan İranla hava nəqliyyatı (Bakı-
Tehran), dəniz nəqliyyatı (Bakı-Noşəhr, Bakı-Ənzəli), dəmir yolu
(Naxçıvan-Culfa-Təbriz-Tehran), avtomobil yolu ilə (Bakı-Astaraİran)
ticarət əlaqələri saxlamaq imkanına malikdir. Tarixi İpək
yolunun bərpası İran-Azərbaycan arasında iqtisadi əlaqələrin daha da
təkmilləşməsinə xidmət edəcəkdir.
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi
İran əhalisi sürətlə artan ölkələrdən biridir. 50 il bundan əvvəl
əhalinin təbii artımı 1,5 faiz təşkil edirdisə, hazırda bu göstərici 2
faizi ötmüşdür. 1956-57-ci illərdə ilk siyahıya alınmaya görə ölkədə
18,9 mln. əhali yaşayırdısa, 1996-cı ildə əhalinin sayı 60 mln., 2003-
cü ildə 66,4 mln.-a çatmışdır. Son 20 ildə əhali 20 mln. nəfər
artmışdır. İranda təbii artımın yüksək olması erkən nigah, tibbi
xidmətin yaxşılaşdırılması və digər səbəblərlə izah olunur.
Ölkədə ərazi üzrə əhalinin sıxlığında kəskin fərqlər mövcuddur.
Əlverişli iqlim şəraiti və torpaq ehtiyatları, ən başlıcası isə su
mənbələrinin olması əhalinin yerləşməsinə təsir göstərir. Bu
290
səbəbdən də ölkə əhalisinin 80 faizi şimal və şimal-qərb əyalətlərində
cəmlənmişdir. Xəzərsahili ovalıq, Urmiya gölü ətrafı, dağətəyi
bölgələr əhalinin sıxlığına görə seçilir. Ərazisinin üçdə iki hissəsini
əhatə edən səhra və yarımsəhralarda 1 kv. km-də orta sıxlıq 3-4
nəfərdən artıq deyildir.
İranda yaşayanların 60 faizi şəhərlərdə məskunlaşıb. Şəhər
əhalisinin artmasına ilk növbədə ölkədaxili miqrasiyalar təsir göstərmişdir.
Sənayenin inkişafı, bununla bağlı şəhərlərdə iş tapmaq
imkanının kəndə nisbətən çox olması, şəhərlərin mədəni şəraitinin
yüksək olması və s. kənd əhalisini cəlb edən əsas səbəblərdir. İran
dünya sivilizasiyasının qədim mərkəzlərindəndir, bu özünü əhalisinin
etnik tərkibində də əks etdirir. İran əhalisinin etnik cəhətdən
formalaşmasında e.ə. II minilliyin ortalarında İran yaylasında
məskunlaşan ari tayfalarının böyük rolu olmuşdur. İran tarixi və
mədəniyyətinin inkişafına ari qrupuna aid midyan və fars tayfalarının
daha çox təsiri olmuşdur. İran ərazisinin dəfələrlə müxtəlif xalqların
basqınına məruz qalması da ölkə əhalisinin çoxmillətli tərkibində
izini qoymuşdur.
Ölkədə 40-dan artıq xalq var. İranda azlıqda qalan xalqların və
tayfaların sayı ya dəqiq verilmir, ya da onların əksəriyyəti İrandilli
xalqlar kimi göstərilir. Çox vaxt islam dininə mənsub olan bütün
xalqları və tayfaları iranlı, digər dinlərə mənsub olanları (ermənilər,
aysorlar, yəhudilər və s.) azlıqda qalan xalqlar adlandırırlar.
İran statistikasına görə sayca ökənin ən böyük xalqı farslardır
(48-50 faiz). Farslar əsasən Elburs dağlarından cənubda, ölkənin şərq
və cənub rayonlarında daha sıx məskunlaşmışlar. Farsların yayıldığı
ərazilər şimal-qərbdə Urmiya gölündən başlayaraq cənub-şərqdə
Oman körfəzinə qədər geniş sahəni əhatə edir. Cənubi Azərbaycan
istisna olmaqla ölkənin bütün əyalətlərində farslar şəhər əhalisinin
çox hissəsini təşkil edirlər. İran dil qrupuna farslardan başqa kürdlər
(7-9 faiz), gilanlılar, lurlar, bəluclar, tatlar, talışlar və başqa xalqlar
daxildir.
İranda sayca ikinci böyük xalq azərbaycanlılardır. İran statistikasında
həmişə azərbaycanlıların sayı az göstərilmişdir (24-26
faiz).Türkdilli xalqlar arasında təbii artımın yüksək olması nəzərə
alınarsa, onların ümumi sayının 30 mln.-a, azərbaycanlıların isə 25
mln.-a çatmasına şübhə qalmır. Azərbaycanlılar Şərqi və Qərbi
Azərbaycan, Zəncan, Ərdəbil əyalətlərində, həmçinin Tehran,
291
Qəzvin, Həmadan, Ərak və digər şəhərlərdə məskunlaşmışlar. Fars
və türkdilli xalqlardan başqa İranda ərəblər, ermənilər, assuriyalılar,
brahuilər və başqa xalqların nümayəndələri yaşayır.
İranın dövlət dili fars dilidir. Bəzi əlavələrlə fars əlifbası ərəb
qrafikasına əsaslanır. Farsların danışıq dilində ərəb, türk, ingilis
dillərindən götürülmüş sözlər çoxdur. Ölkədə hakim din islamdır.
İran müsəlmanlarının (ölkə əhalisinin 98,8 faizi) 90 faizindən çoxu
şiədir. Məşhəd və Qum şəhərlərinin məscidləri dünya
müsəlmanlarının ən çox ziyarət etdikləri dini mərkəzlərdir. Ölkə
əhalisinin 80 mini xristiandır.
Təbii artımın yüksək olması ölkədə şəhərlərin böyüməsinə və
urbanizasiyanın genişlənməsinə səbəb olmuşdur. Tehran, Esfahan,
Təbriz, Məşhəd, Şiraz, Əhvaz İranın böyük şəhərlərindəndir. Bütün
göstəricilərə görə, ölkənin ən böyük şəhəri olan Tehranın adı fars
dilində «təmiz», «gözəl» mənasını bildirir. Əhalisinin sayına görə (12
mln. nəfər) o, nəinki İranın, eləcə də İslam dövlətlərinin iri
şəhərlərindən biridir. Tehran Elbursun ön dağlıq hissəsində 1100-
1300 metr yüksəklikdədir. Şəhərdən 80 km aralı Dəmavənd vulkanı
ucalır.
Tehran IX əsrdə İranın qədim paytaxtı Rey şəhərinin yaxınlığında
salınmışdır. Qacarlar sülaləsini hakimiyyətə gətirmiş Ağa
Məhəmməd şah Tehranı 1796-cı ildə dövlətin paytaxtı elan edir. XX
əsrin ikinci yarısından Tehran sürətlə böyüməyə başlayır. Ölkənin
sənaye istehsalının 30 faizi Tehran müəssisələrinin payına düşür. Tehran
həm də İranın mühüm nəqliyyat qovşağı, siyasi, maliyyə və
mədəni mərkəzidir.
Təbriz Cənubi Azərbaycanın tarixi, siyasi, mədəni və iqtisadi
mərkəzidir. Acıçayın vadisində 1300-1400 metr hündürlükdə
yerləşmiş şəhər 852, 1721,1780, 1884 və 1936-cı illərdə güclü
zəlzələlərə məruz qalmışdır. Təbriz hələ eramızdan əvvəl şəhər-qala
olmuşdur. Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz
Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət
mərkəzlərindən biri olmuşdur. Əhalisinin sayı 2 mln. nəfərdən artıq
olan Təbriz İranın mühüm sənaye və nəqliyyat mərkəzidir. Təbriz
qədim memarlıq abidələri ilə zəngindir. Təbriz bazarı Şərqin qədim,
iri və gözəl bazarlarından biridir. Şəhərdə 200-dən artıq məscid
vardır. Şəhərin yaxınlığında məşhur memarlıq komplekslərinin
qalıqları (Əlişah məscidi, Ərk qalası, Göy məscid və s.) mühafizə ol-
292
unur. XX əsr tikililərindən Bələdiyyə idarəsinin binası, Təbriz Universiteti
kompleksi, Gülüstan bağı və s. fərqlənir. Təbriz şərq
miniatür məktəbinin mərkəzi kimi də məşhurdur.
Esfahan İranın iri sənaye və mədəni mərkəzlərindən biridir.
Qədim fars dilində «hərbi düşərgə» mənasını bildirən bu şəhər
dağlararası dərədə Zayəndərud çayı sahilində yerləşir. Əhalisinin sayı
2,6 mln. nəfərdir. Tehrandan sonra İranın ikinci iqtisadi mərkəzidir.
Toxuculuq sənayesinin inkişafına görə Esfahanı «İranın Mançestri»
adlandırırlar. Esfahan İranın qədim şəhərlərindən biridir. Hələ
Sasanilər dövründə o, inzibati və iqtisadi mərkəz kimi seçilirdi.
Şəhərin inkişaf dövrü Səfəvilərin hakimiyyəti illərinə təsadüf edir.
Şəhərdə onlarca möhtəşəm məscid, mədrəsə qorunub saxlanılır.
4. İqtisadiyyatı
İran iqtisadiyyatının inkişafında .ölkənin beynəlxalq əmək bölgüsü
sistemində müstəmləkə istismarı səciyyəvi amil olmuşdur və bu
amilin təsiri ayrı-ayrı inkişaf dövrlərində müxtəlif olmuşdur. Ölkənin
müstəmləkələşdirilməsi onun milli iqtisadiyyatında kapitalist
bünövrəsinin formalaşmasına səbəb olmuş, dünya ticarət əlaqələrinə
cəlb olunmasına imkan yaratmışdır.
İqtisadi cəhətdən İran inkişaf etməkdə olan ölkələr qrupunda
orta mövqe tutan dövlətlərdən biridir. XX əsrin 60-cı illəri İranın
iqtisadi inkişafında mühüm dövr sayılır, çünki həmin illərdən ölkədə
neft çıxarmanın sürəti artmağa başlamışdı. Bu vəziyyət eyni zamanda
İranın inkişaf etmiş ölkələrdən və dünya bazarından asılılığını da artırırdı.
1979-cu il inqilabından sonra İran rəhbərliyi başqa ölkələrdən
iqtisadi asılılığa son qoyan tədbirlər həyata keçirməyə başladı. Lakin
1980-1988-ci illərdə İraq – İran müharibəsi ölkənin iqtisadi inkişafını
iflic vəziyyətinə saldı. Ölkə iqtisadiyyatına 700 mlrd. ABŞ dolları
həcmində ziyan dəydi. Müharibə nəticəsində emaledici sənaye
sahələrinin istehsal avadanlığının 60 faizi sıradan çıxmış və ölkə
büdcəsinin 40 faizi hərbi xərclərə sərf olunmuşdu.
Sənayenin aparıcı sahələri. Sənayenin inkişafı üçün müxtəlif
amillərin (müxtəlif faydalı qazıntılar, bol əmək ehtiyatı və s. ) olmasına
baxmayaraq, bu sahənin ixtisaslaşması məhdud çərçivədədir.
İqtisadiyyatının aparıcı sahəsi neft və qazçıxarma və bunların
emalıdır. Neft-qaz sektoru ölkənin ümummilli məhsulun 20, valyuta
293
gəlirinin 85 faizini yaradır. 1973-cü ilə qədər ölkədə neftin 90 faizini
Beynəlxalq Neft Konsorsiumu (BNK) çıxarırdı. 1973-cü ildə BNK
ilə İran Milli Neft Şirkəti (İMNŞ) arasında müqavilə bağlanır.
Müqaviləyə əsasən neftin çıxarılması, emalı və satışı İMNŞ-nin ixtiyarına
verilir. Lakin BNŞ 1978-ci ilin sonunadək neft satışının 80
faizinə nəzarət etmiş, İran neftinin alıcıları arasında vasitəçi rolunu
oynamışdır. 30 ilə yaxındır ki, İranda neft sərvətinin yeganə sahibi
dövlətə məxsus İran Milli Neft Şirkətidir.
XX əsrin sonlarına yaxın İranda neft-qaz çıxarılması işində
Rusiyanın «Qazprom», Fransanın «Total» və «Elf Agiten», Malayziyanın
«Petronas» və İtaliyanın «Eni» şirkətləri fəal iştirak etməyə
başlamışlar.
İranda 180 mln. ton neft (2007-ci il) çıxarılsa da , neft emalı
müəssisələrinin istehsal gücü zəif olduğundan neft məhsullarına olan
tələbat ödənilmir və İran hər il 7,0-8,0 mln. ton neft məhsulları idxal
edir. Ölkədə böyük həcmdə təbii qaz da çıxarılır. Mühüm təbii qaz
yataqları ölkənin cənub-qərbindədir. Təbii qaz yataqlarının ümumi
ehtiyatı 14 trillion kub metrdir. Hər il orta hesabla 58-60 mlrd. m3
qaz çıxarılır. İstehsal olunan təbii qazın bir hissəsindən sənaye
müəssisələri və məişətdə istifadə olunur, digər hissəsi isə ixrac edilir.
Neft emalı müəssisələri Abadan, qaz emalı müəssisələri isə Bəndər-
Xomeyni şəhərlərindədir.
İran hökuməti neftdən gələn gəlir hesabına emal sənaye
sahələrini inkişaf etdirmişdir. Bu sahədə baş verən dəyişikliklər üç
istiqamətdə olmuşdur:
• İdxal olunan hazır sənaye məhsullarının azaldılması;
• Yerli istehlak, həm də ixracat əhəmiyyətli mühüm sahələrin
(maşınqayırma, metallurgiya, neft-kimya, atom energetikası və s.)
yaradılması;
Yüngül və yeyinti sənayesinin texniki cəhətdən
təkmilləşdirilməsi.
İranın ən böyük qara metallurgiya müəssisəsi Esfahan şəhəri
yaxınlığındadır. Bu müəssisənin tikilməsində sabiq Sovet İttifaqının
böyük rolu olmuşdur. Bundan başqa Əhvaz, Buşəhr, Məşhəd
şəhərlərində də qara metallurgiya, Tehranda və Ərakda əlvan
metallurgiya müəssisələri vardır. Maşınqayırma sənaye müəssisələri
Təbriz, Ərak, Tehran, Qəzvin, Rəşt şəhərlərindədir və bu müəs-
294
sisələrdə avtomobil, elektrotexnika və radiotexnika avadanlıqları
istehsal edilir.
Kimya və neft-kimya iqtisadiyyatın aparıcı sahələri olmaqla,
xüsusilə əhəmiyyətlidir. Bu sahənin xammalı ölkədə mövcuddur.
1969-cu ildə Abadan şəhəri və Hərq adasında neft emal edən iri
müəssisələr fəaliyyətə başlayır.
İran iqtisadiyyatının sürətli inkişafına mane olan səbəblərdən
biri elektrik enerjisi istehsalının kifayət qədər olmamasıdır. Ölkədə
istehsal olunan elektrik enerjisinin (50 mlrd. kvt.s. 2005) üçdə iki
hissəsi istilik elektrik stansiyalarının payına düşür. İran hökuməti bu
problemi aradan qaldırmaq məqsədilə nüvə enerjisindən daha geniş
miqyasda istifadə etmək iqtidarındadır. Rusiyalı mütəxəssislərin
köməyilə Buşəhr (Buşir) şəhərindəki atom elektrik stansiyasının
istehsal gücü artırılmışdır. İranda nüvə proqramının reallaşdırılması
tədbirləri Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın hakim dairələrini
İrana qarşı hədələyici bəyanatlarla çıxış etməyə vadar etmişdir. İran
rəsmiləri isə nüvədən dinc məqsədlər üçün istifadə ediləcəyini etiraf
edirlər.
İranda yerli xammala əsaslanan tikinti materialları sənayesi də
inkişaf etdirilir. Ölkənin əksər şəhərlərində kərpic, sement, şüşə və
şüşə məmulatları, mərmər, əhəng daşı və s. istehsal edən müəssisələr
var. Bu sahənin bəzi məhsulları qonşu ölkələrə də ixrac olunur.
İranda ənənəvi milli sənətkarlıq öz əhəmiyyətini saxlamışdır.
Ölkədə xalçaçılığın tarixi çox qədimdir. Təbriz, Məşhəd, Esfahan
xalçaları zərifliyi, bədiiliyi, rənglərinin sabitliyi ilə dünya şöhrəti
qazanmışdır. Ən qədim Təbriz xalçaları B. Britaniya, ABŞ, Fransa
muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. İranda süni lifdən
maşınla toxunan xalçalar da bir sıra xarici ölkələrin, o cümlədən
Azərbaycanın istehlak bazarlarını «bəzəyir». Ölkədə sənətkarlar
tərəfindən qızıl, gümüş və mis məmulatlarına mina ilə bəzək vurmaq,
həmçinin milli tikmələr işi yaxşı inkişaf etdirilir.
İranda kənd təsərrüfatı xammalı əsasında yeyinti sənayesi inkişaf
etmişdir. Yeyinti sənayesinin tərkibi mürəkkəb və çox sahəlidir.
Bu sahənin çox məhsulları həm də ixrac olunur.
Kənd təsərrüfatının aparıcı sahələri. XX əsrin 60-cı
illərinədək İran aqrar ölkə kimi tanılırdı. Lakin bu sahədə inkişaf
həmişə ləng getmişdir. Səbəbi isə məhsuldar torpaq və su qıtlığı,
aqrar quruluşun vəziyyəti və s. olmuşdur. İslam inqilabının
295
qələbəsindən sonra aqrar sektorda islahatlara baxmayaraq bu sahədə
köklü və mütərəqqi dəyişikliklər baş vermədi. Ölkədə ərazinin
təqribən 10 faizi (17 mln. ha) əkinçilik məqsədləri üçün istifadə olunur.
Bunun cəmi 4,2 mln. hektarı suvarılır.
Qədim İran mədəniyyətinin inkişafı həmişə suvarma ilə
əlaqədar olmuşdur. Ölkənin irriqasiya sistemi digər Şərq ölkələri ilə
müqayisədə iki xüsusiyyətinə: birincisi, suvarmanın müxtəlif
növlərindən istifadə olunması, ikincisi, suvarmada yeraltı suların
(xüsusilə kəhriz suları) üstünlüyünə görə fərqlənir.
Bitkiçilik kənd təsərrüfatının aparıcı sahəsidir. Ölkədə dənli
bitkilər istehsalı xüsusi əhəmiyyət kəsb edir. Becərilən torpaqların
üçdə iki hissəsi dənli bitkilərin payına düşür. Buğda və çəltik əkinləri
geniş sahəni əhatə edir. Çəltik əkinləri əsasən Xəzərsahili Gilan,
Qorqan, Mazəndəran əyalətlərindədir. Ölkədə çəltiyin müxtəlif
növləri (sədri, çampa, əkuli və s.) becərilir və bunların məhsuldarlığı
da müxtəlifdir.
Texniki bitkilərdən pambıq, şəkər çuğunduru, tütün, çay və s.
becərilir. Ölkədə paxlalı və yağlı bitkilər, ədviyyat da becərilir.
Bağçılıq inkişaf etdirilir. Heyvandarlıq xırdabuynuzlu maldarlıq
istiqamətindədir və yarımköçəri təsərrüfatlar üstünlük təşkil edir.
İribuynuzlu malqara oturaq təsərrüfatlarda bəslənilir.
Nəqliyyatı və xarici ticarəti. Nəqliyyat əlaqələri cəhətdən İran
əlverişli coğrafi mövqeyə malikdir. Uzaq Şərqlə Aralıq dənizi ölkələri
arasında olan mühüm ticarət yolları İran ərazisindən keçirdi. Əhəmənilər
hakimiyyəti dövründə «Şah yolu», «Babilistan-Əfqanıstan yolu»,
eramızın IV-VI əsrlərində məşhur «İpək yolu», ərəblərin İrana gəlməsilə
«Xorasan yolu» və digər istiqamətlərdə çəkilmiş yollar İranın dünya
bazarına fəal cəlb olunmasına imkan yaratdı.
XX əsrin əvvəllərində İranda yol tikintisi işlərində əvvəlcə
B.Britaniya, sonra isə Rusiyanın böyük marağı və rolu olmuşdur. XX
əsrin ortalarında sabiq SSRİ, ABŞ, B.Britaniya, İtaliya, Belçika ölkənin
müxtəlif bölgələrində yol tikinti işlərində iştirak etmişlər.
Çay nəqliyyatı istisna olmaqla İranda nəqliyyatın digər sahələri
inkişaf etmişdir. Ölkənin yük və sərnişin daşımalarında avtomobil
nəqliyyatının rolu böyükdür. Avtomobil yollarının ümumi uzunluğu 60
min km-dir. Tehran-Məşhəd, Tehran-Qəzvin-Təbriz-Culfa (İran),
Tehran-Rəşt, Tehran-Qorqan ölkənin ən mühüm və böyük
magistrallarıdır. İran dəmir yollarının ümumi uzunluğu 6 min km-ə
296
yaxındır. Bunun təqribən 300 km-i elektrikləşdirilmişdir. İranı
Pakistan, Azərbaycan ilə əlaqələndirən dəmir yol xətti mövcuddur.
Ölkənin ən uzun dəmir yol magistralı şimalda Xəzər dənizi sahili
bölgəni cənubda İran körfəzi ilə birləşdirən yoldur.
Xarici ticarət. Son illərdə İranda ümumdaxili məhsulun həcmi
artmağa başlamışdır. Dünya üzrə ümumdaxili məhsulun bir faizi
İranın payına düşür. İran iqtisadiyyatında özəl sektorun payı da
yüksəlmişdir. Ölkə iqtisadiyyatında xarici kapital və investisiyaların
əhəmiyyəti də böyükdür.
İranda neft, bəzi sənaye və kənd təsərrüfatı məhsulları, istehlak
malları ixrac olunur. İdxalatın dəyərcə 50 faizini maşın, avadanlıq və
sənaye sahələri üçün xammal, 30 faizini ərzaq məhsulları təşkil edir.
AFR, Yaponiya, İtaliya, Fransa, B.Britaniya, Ermənistan, Türkiyə,
Azərbaycan və digər ölkələrlə ticarət əlaqələri saxlayır. Pul vahidi
rialdır.
Hiç yorum yok:
Yorum Gönder